Ixtisas: tspx kurs: II fənn: Orfoqrafiya və orfoepiynın əsasları



Yüklə 335 Kb.
səhifə6/22
tarix20.06.2023
ölçüsü335 Kb.
#132986
1   2   3   4   5   6   7   8   9   ...   22
Orfoqrafiya-və-Orfoepiyanın-əsasları-TSPX-2-kurs

Ixtisas: TSPX

  • Kurs: II

  • Fənn: Orfoqrafiya və orfoepiynın əsasları

  • Mövzu: 5. Ədəbi tələffüzün mənbələri və vasitələri

  • Ədəbiyyat siyahısı:

    1.N.Abdullayev. Ədəbi tələffüz təliminin metodikası Bakı-1966.
    2.Ə.Dəmirçizadə.Azərbaycan ədəbi tələffüzü haqqında, Bakı-1969.
    3.Ə.Dəmirçizadə.Müasir Azərbaycan dili, Bakı, 2007.
    4.A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.Bakı 2003.
    Əlavə:
    1.Y.Ş.Kərimov.Ana dilinin tədrisi metodikası. Bakı, 2005.
    2.Şəhla Fətəliyeva. Orfoqrafiya və orfoepiyanın təlimindən praktik məşğələ (Dərs vəsaiti). Naxçıvan.2016
    3.A.M.Ağalarov, S.Z.Həsənova. F.İ.Cəfərova. Ana dilindən praktik məşğələ (dərs vəsaiti). Naxçıvan. 2014.
    Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com
    Plan:

    • Ədəbi tələffüzün mənbəyi haqqında

    • Tələffüz vasitələri

    • Ədəbi dilin formalaşması və inkişafı tarixindən bizə məlumdur ki, ədəbi tələffüzün əsas mənbəyi ümumxalq dili və onun şiə qolları olmuşdur. Azərbaycan ədəbi dilinin təzahür vasitəsi olan Azərbaycan ədəbi tələffüz normaları aşağıda üz mənbə üzərində aparılan seçmə, əvəzetmə əməliyyatı əsasında müəyyənləşdirilir.

    Şivələr. Ədəbi tələffüz normalarının müəyyənləşdirilməsində istifadə olunan ən mühüm mənbə şivələrdir.
    Ədəbi tələffüz normalarının müəyyənləşdirilməsində müxtəlif dil vahidləri ilə əlaqədar olaraq bu və ya digər dərəcədə şivələrin hamısından istifadə olunur.
    Bəs şivələrdən hansı yollarla istifadə olunur? Bu zaman mərkəzləşdirmə prosesinin böyük rolu vardır.
    Mərkəzləşdirmə əsasən 2 pillə üzrə aparılır. I pillə bu və ya digər rayon mərkəzi olan şəhərin, qəsəbənin şivələrinin rayon mərkəzində qovuşma və ümumiləşmə pilləsidir. Məs: naxşıvan, Şuşa və s.
    II pillə əsasən şivə qrupları üzrə ümumi mərkəzdə - qovuşma və ümumiləşmə pilləsidir.
    Yazı. Ədəbi dilin tələffüz normalarının müəyyənləşdirilməsində istifadə olunan mənbələrdəndir. Yazı dedikdə həm yazılı ədəbi dil materialları, həm də əlifba sistemi və orfoqrafiya qaydaları nəzərdə tutulur.
    Müasir Azərbaycan yazı sistemi, orfoqrafiya qaydaları tələffüz normalarının müəyyənləşdirilməsində olduqca əlverişli mənbədir. Müasir Azərbaycan ədəbi dil lüğət tərkibində olan bəzi alınma sözlərin də yazı vasitəsilə danışığa köçürülən sözlərin, o cümlədən terminlərin və qısaltma sözlərin də tələffüzü əksərən yazı ilə əlaqədar olur və daha çox yazılışlarına müvafiq çalarlıqla tələffüz olunur.

    Yüklə 335 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   22




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin