Ixtisas: tspx kurs: II fənn: Orfoqrafiya və orfoepiynın əsasları



Yüklə 335 Kb.
səhifə3/22
tarix20.06.2023
ölçüsü335 Kb.
#132986
1   2   3   4   5   6   7   8   9   ...   22
Orfoqrafiya-və-Orfoepiyanın-əsasları-TSPX-2-kurs

Ixtisas: TSPX

  • Kurs: II

  • Fənn: Orfoqrafiya və orfoepiynın əsasları

  • Mövzu: 3. Azərbaycan Orfoqrafiyanın əsas prinsipləri

  • Ədəbiyyat siyahısı:

    1.N.Abdullayev. Ədəbi tələffüz təliminin metodikası Bakı-1966.
    2.Ə.Dəmirçizadə.Azərbaycan ədəbi tələffüzü haqqında, Bakı-1969.
    3.Ə.Dəmirçizadə.Müasir Azərbaycan dili, Bakı, 2007.
    4.A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.Bakı 2003.
    Əlavə:
    1.Y.Ş.Kərimov.Ana dilinin tədrisi metodikası. Bakı, 2005.
    2.Şəhla Fətəliyeva. Orfoqrafiya və orfoepiyanın təlimindən praktik məşğələ (Dərs vəsaiti). Naxçıvan.2016
    3.A.M.Ağalarov, S.Z.Həsənova. F.İ.Cəfərova. Ana dilindən praktik məşğələ (dərs vəsaiti). Naxçıvan. 2014.
    Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.comHYPERLINK "mailto:Feehla
    Plan:

    fonetik prinsip deyilir. Bu prinsip üçün sözlərin deyilişi əsas meyar hesab olunur, yəni söz deyildiyi kimi yazılır. Məs:
    Deyilir: Yazılır:
    Ata ata
    Qara qara
    İki iki
    Mən mən
    Gəl (mək) gəl (mək)
    Tez tez
    Azərbaycan dilinin orfoqrafiyasında başlıca prinsip fonetik prinsip hesab olunur. Dilimizdəki sözlərin çox hissəsi bu prinsip əsasında, yəni deyildiyi kimi yazılır.
    Azərbaycan dilinin yazısı üçün təkcə fonetik prinsipi göstərmək olmaz. Çünki Ümumxalq Azərbaycan dilində eyni formada tələffüz olunan sözlərdən başqa, onun dialekt və şivələrində çox müxtəlif şəkildə tələffüz olunan sözlər vardır. Məs: atandan sözünü götürək. Bu söz ayrı-ayrı yerlərdə atonnan, atannan formalarında tələffüz olunur. Əgər belə sözlər hər yerin tələffüzünə uyğun yazılsa, onda yazımızda hərc-mərclik, dolaşıqlıq əmələ gələr. Elə buna görə də müxtəlif şəkildə tələffüz olunan sözlərin bu formada yazılmasını müəyyən etmək üçün yazımızda başqa orfoqrafik prinsiplərdən də istifadə olunur.

    • Müxtəlif şəkildə tələffüz olunan morfemlərin (sözün mənalı hissələrinin) eyni

    formada yazılmasını tələb edən prinsip morfoloji prinsip adlanır. Bu prinsip sözün mənalı hissələrinə əsaslanır. Morfoloji prinsipə əsasən, dilin xüsusiyyətləri nəzərə alınaraq, müxtəlif şəkildə tələffüz olunan kök və şəkilçilər deyildiyi kimi yox, vahid qaydada, yəni bir formada yazılır. Məs:
    degil
    dəgil
    dəyil deyil
    dəgül
    döyü
    döy
    Şəkilçilərə aid misallar.
    lar
    baş dar baş - lar
    lar
    qar rar qar - lar
    Göründüyü kimi deyil sözü bir neçə formada , cəm şəkilçiləri isə lar-lər, dar-dər və s. şəkildə tələffüz edilməsinə baxmayaraq morfoloji prinsip üzrə yazıda həmin sözlərin ancaq deyil variantından və şəkilçilərin ahənginə görə -lar –lər formasından istifadə olunur.
    Morfoloji prinsipin mahiyyəti ondan ibarətdir ki, bu prinsip müxtəlif morfomlerdə olan səs dəyişmələrinin yazıya keçməsinə yol vermir və vahid qayda yaradır.

    • Sözün müasir tələffüzünə əsasən yazılmasını deyil, onun tarixi yazılış

    formasının saxlanmasını tələb edən prinsip tarixi, yaxud ənənəvi prinsip adlanır. Bu prinsipə əsasən sözün tarixən necə yazıldığı əsas götürülür. Bunun nəticəsidir ki, bəzi sözlər ədəbi dildə tələffüz edildiyi şəkildə yazılmır. Buna görə də həmin sözlərin tələffüzü ilə yazılışı bir-birindən az-çox fərqlənir. Məs: Əlbətdə, hətda deyil, əlbəttə, hətta yazılır.
    Bundan başqa, dilimizdəki sonu {q} və {x} səsləri ilə tələffüz edilən çoxhecalı sözlərin q hərfi ilə yazılmasında da ənənəvi prinsip əsas tutulur.
    Azərbaycan yazısında ənənəvi prinsipdən az istifadə olunur. Çünki ənənəvi prinsip yazıda bir o qədər də əlverişli deyildir. Bu prinsip ümumiyyətlə, yazını ağırlaşdırır. Lakin buna baxmayaraq, bəzi xalqların yazısı orfoqrafiyanın əsasını ənənəvi prinsip təşkil edir.


  • 1   2   3   4   5   6   7   8   9   ...   22




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin