Ənənəvi və əcnəbi mənbələr.
Ədəbi tələffüz normalarının müəyyənləşdirilməsində istifadə olunan mənbələrdən biri də ənənəvi və əcnəbi tələffüz normalarıdır.
Saitlər. Azərbaycan ədəbi tələffüzünün əsasları baxımından sait səslərin orfoepik normalarının müəyyənləşdirilməsi birinci dərəcəli şərtlərdəndir. Saitlər dilin lüğət və qrammatik vahidlərini formalaşdırıb təzahür etdirən ən mühüm fonetik ünsürlərdir. Əsasən saitlərlə bağlı olan bir sıra qanunlarının məna və ahəngdarlıq baxımından, xüsusən şəkilçilərin yazılışında, həm də tələffüzündə çox mühüm rolu vardır.
Samitlər. Orfoepik normalar baxımından samitlərin tələffüzünün dəqiqləşdirilməsi də çox vacibdir. Samitlər dilin maddi əsasını təşkil edən ünsürlərdir. Buna görə samitlərin dəyişməsi dilin əsas vahidləri hesab olunan sözlərin dəyişməsinə səbəb olur. Məs: at. Ad, al, az, aş və s.
Ixtisas: TSPX
Kurs: II
Fənn: Orfoqrafiya və orfoepiynın əsasları
Mövzu: 6. Sözlərin və şəkilçilərin yazılışı.
Ədəbiyyat siyahısı:
1.N.Abdullayev. Ədəbi tələffüz təliminin metodikası Bakı-1966.
2.Ə.Dəmirçizadə.Azərbaycan ədəbi tələffüzü haqqında, Bakı-1969.
3.Ə.Dəmirçizadə.Müasir Azərbaycan dili, Bakı, 2007.
4.A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.Bakı 2003.
Əlavə:
1.Y.Ş.Kərimov.Ana dilinin tədrisi metodikası. Bakı, 2005.
2.Şəhla Fətəliyeva. Orfoqrafiya və orfoepiyanın təlimindən praktik məşğələ (Dərs vəsaiti). Naxçıvan.2016
3.A.M.Ağalarov, S.Z.Həsənova. F.İ.Cəfərova. Ana dilindən praktik məşğələ (dərs vəsaiti). Naxçıvan. 2014.
Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com
Plan:
Sözlərin bitişik, ayrı və defislə yazılması
Şəkilçilərin bir cür yazılması
Şəkilçilərin iki cür yazılması
Şəkilçilərin dörd cür yazılması
Sözlərin bitişik, yarımbitişik və ya ayrı-ayrı yazılması müasir Azərbaycan dili orfoqrafiyasının ayrıca bölməsidir.
Müasir Azərbaycan dilində sözlərin bitişik, yarımbitişik və ayrı yazılması halları dilin lüğət tərkibində həmişə dəyişmə, inkişaf prosesi mövcuddur.
|