Ixtisas: tspx kurs: II fənn: Orfoqrafiya və orfoepiynın əsasları



Yüklə 335 Kb.
səhifə4/22
tarix20.06.2023
ölçüsü335 Kb.
#132986
1   2   3   4   5   6   7   8   9   ...   22
Orfoqrafiya-və-Orfoepiyanın-əsasları-TSPX-2-kurs

Ixtisas: TSPX

  • Kurs: II

  • Fənn: Orfoqrafiya və orfoepiynın əsasları

  • Mövzu: 4. Orfoepiya və tələffüz

  • Ədəbiyyat siyahısı:

    1.N.Abdullayev. Ədəbi tələffüz təliminin metodikası Bakı-1966.
    2.Ə.Dəmirçizadə.Azərbaycan ədəbi tələffüzü haqqında, Bakı-1969.
    3.Ə.Dəmirçizadə.Müasir Azərbaycan dili, Bakı, 2007.
    4.A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.Bakı 2003.
    Əlavə:
    1.Y.Ş.Kərimov.Ana dilinin tədrisi metodikası. Bakı, 2005.
    2.Şəhla Fətəliyeva. Orfoqrafiya və orfoepiyanın təlimindən praktik məşğələ (Dərs vəsaiti). Naxçıvan.2016
    3.A.M.Ağalarov, S.Z.Həsənova. F.İ.Cəfərova. Ana dilindən praktik məşğələ (dərs vəsaiti). Naxçıvan. 2014.
    Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com
    Plan:

    • Orfoepiya və tələffüz anlayışı

    • Tələffüz üslubları

    • Orfoepiya ədəbi dilin şifahi qolunu ümumi normalar əsasında formalaşdıran, yəni

    fonetik cəhətdən ümumiləşdirici normaları təzahür etdirən tələffüz qayda-qanunlarının sistemli məcmusudur. Orfoepiya anlayışını bəzən çox dar, bəzən də çox geniş mənada başa düşmək olar.
    Orfoepiya anlayışını geniş mənada qəbul etmək məqsədə daha çox uyğundur. Çünki ədəbi tələffüzün əsas cəhətləri, xüsusən bu və ya digər səsin müəyyən fonetik şəraitdə, yəni ayrılıqda, digər həmcins və ya ayrı cins səslə yanaşı olduqda, sözün əvvəlində, ortasında, sonunda olduqda, qrammatik formalarda və söz birləşmələrində yanaşı gəldikdə necə tələffüz edilməsi qayda-qanunları, eləcə də vurğu, intonasiya normaları geniş mənada orfoepiya anlayışı ilə üzvü sürətdə bağlı məsələlərdir.
    Azərbaycan dilində əsasən sabit vurğu var, sərbəst vurğu məhdud dərəcədədir. Son zamanlar ədəbi dildə geniş dairədə işlənən alınma sözlərin bir qismində də vurğu sözün əvvəlində, söz ortasında işlənilməsi halları artmışdır. Buna görə də Azərbaycan dili orfoepiyası mövzuları sırasında vurğu məsələsindən də bəhs etmək lazımdır.
    Belə bir cəhəti də nəzərə almalıyıq ki, şifahi-ədəbi dilin normalar sistemi anlayışı ilə bağlı olduğundan, şifahi ədəbi dilin müxtəlif üslubları ilə əlaqədar bir sıra cəhətləri əhatə edir.
  • 1   2   3   4   5   6   7   8   9   ...   22




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin