Mövzu: 7. ixtisar edilən sözlərin və qısaltmaların sətirdən sətrə keçilməsi qaydaları
Ədəbiyyat siyahısı:
1.N.Abdullayev. Ədəbi tələffüz təliminin metodikası Bakı-1966.
2.Ə.Dəmirçizadə.Azərbaycan ədəbi tələffüzü haqqında, Bakı-1969.
3.Ə.Dəmirçizadə.Müasir Azərbaycan dili, Bakı, 2007.
4.A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.Bakı 2003.
Əlavə:
1.Y.Ş.Kərimov.Ana dilinin tədrisi metodikası. Bakı, 2005.
2.Şəhla Fətəliyeva. Orfoqrafiya və orfoepiyanın təlimindən praktik məşğələ (Dərs vəsaiti). Naxçıvan.2016
3.A.M.Ağalarov, S.Z.Həsənova. F.İ.Cəfərova. Ana dilindən praktik məşğələ (dərs vəsaiti). Naxçıvan. 2014.
Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com
Qısaltmalar rəqəmlə göstərilən sayla işlənib müəyyən ad bildirdikdə qısaltma ilə rəqəm arasında defis qoyulur. İl- 18
Ad və familyaların qısaltmasında nöqtədən istifadə olunur. M.N.Vidadi, C.Cabbarlı.
Sətrin sonunda bu və ya başqa sözün bütöv yazılması mümkün olmadıqda, yəni söz sətrə sığmadıqda onun müəyyən hissəsi zərurət nəticəsində ikinci sətrə keçirilir. Belə hallarda sözün mənasının təhrif edilməməsi və onun oxunmamasının çətinləşməməsi üçün müəyyən qaydalara riayət olunur. Həmin qaydalar sözün hissələrinin sətirdən-sətrə keçirilməsi qaydaları adlanır.
Azərbaycan dilində söz keçirmənin əsasını heca qanunu təşkil edir.
Müasir Azərbaycan dilində həm bütöv, həm ixtisar edilmiş, həm də qısaldılmış sözlərə aid müvafiq söz keçirilmə qaydaları mövcuddur.