İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları



Yüklə 85,2 Kb.
səhifə17/36
tarix29.12.2021
ölçüsü85,2 Kb.
#48730
1   ...   13   14   15   16   17   18   19   20   ...   36
Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4

II qrupa Bu qüsurun əsasını dilin ünsiyyət vasitələrinin olmasına baxmayaraq nitqin komnikativ funksiyasının pozulması təşkil edir.Pedaqoji və psixoloji təsnifat loqopediyada geniş imkanlar açaraq nitq qüsurlarına məktəbəqədər və məktəb yaşı dövründə uşaqların digər psixi funksiyalarına təsir etmək proflaktikasını inkişaf etdirir.Həm kliniki,həm də pedaqoji və psixoloji təsnifat bir-birini tamamlayır və loqopediyanın inkişafına böyük təkan verir.

FUNKSİONAL DİSLALİYA VƏ ONUN MÜƏYYƏN EDİLMƏSİ.

Mexanik dislaliya zamanı səs tellərinin çatışmamazlığı müxtəlif formalarda özünü göstərir. Belə ki, bir sıra samitlərin(s,ş,z,f), fitli və fışıltılı səslərin qüsurlu tələfüzü siqmatizm adlanır. Azərbaycan dilində əvəzlənməsi,yəni fitli səslərin fışıltılı və ya əksinə səslər tələffüz edilməsi parasiqmatizm adlanır.Siqmatizimin aşağıdakı növləri vardır.



1.Dişarası siqmatizm.bu qüsur özünü dişlər arasında böyük boşluqların olması,fitli və fışıltılı səslərin tələffüzü zamanı dilin həmin boşluqlara girib, düzgün olmayan səsin çıxmasında özünü göstərir.Siqmatizmin aradan qaldırılması üçün loqopedlər bir çox üsullardan istifadə edirlər.Bu üsullar qüsurların xarakter və xüsusiyyətlərinə görə seçilib tətbiq edilir.Dişarası siqmatizim zamanı loqoped uşağa alt və üst dişləri bir-birinə yaxınlaşdırmağı,uzun “s” səsini tələffüz etməyi tapşırır. Əgər “s” səsi lazimi qədər aydın tələffüz edilməzsə,loqoped mexaniki üsula əl atır.Yəni xüsusi zond və ya şpatelin ucu ilə loqoped uşağın dilini alt kəsici dişlərin arxasına salır. Dili bu vəziyyətdə saxlamaqla “s” səsinin ayırıca tələffüzü,sonra isə a,o,u,ısaitləri ilə birgə düz və əks hecalarda (sa,so,su,sı və as,os,us,ıs) tələffüz etmək tapşırılır.Əgər loqoped “s” səsini düzgün tələffüz edərsə, onda “z” səsinin tələffüzü onun üçün çətinlik törədməyəcəkdir.

2. Dil-diş siqmatizmi. Bu qüsur zamanı s,z,ş səsləri “v” və “f “kimi tələffüz edilir. Bu səslərin düzgün tələffüzü nəticəsində aşağı dodağı üst kəsici dişlərə tərəf qaldırıb,dar keçid əmələ gətirərək,dili “s” səsinin tələffüzünə hazırlamaq lazımdır.Belə kombinə olunmuş artikulyasiya nəticəsində alınan səs həm “f”, həm də “s” samitinin “v”və “f” elementlərinə malik olduqlarından xoşagəlməz ,qeyri dəqiq tələffüz edilir. Dil diş siqmatizimini aradan qaldırma üçün loqoped uşağa “s”səsini düzgün deməsi üçün dodaqlarını aralayıb,kəsici dişlərin kənarlarına gətirməklə tələffüz etməyi tapşırır.Əgər uşaq bunu edə bilməzsə,loqoped onun alt dodağını saxlayıb və bununlada kəsici dişləri açaraq “s”səsini tələffüz etməyi tələb edir.Sonra isə ayrılıqda tələffüz edilirsə loqoped mexaniki köməkdən istifadə etməklə(alt dodağı barmağı ilə saxlamaqla) saitlərlə birgə tələffüz etməyi öyrədir.Tədricə mexanaki vasitərlədəndə əl çəkilərək müstəqil sürətdə tələffüz etmək öyrədilməlidir.

3.Diş siqmatizmi. Bu qüsuru digərlərindən onunla fərqlənir ki,burada fitli səslərin tələffüzü zamanı dilin ucu üst və alt dişlərin kənarlarına söykənib tıxac əmələ gətirərək hava axınının dişlər arasından keçməsinə mane olur,nəticədə “s” və “z” əvəzinə “t”və”d” səsləri tələffüz edilir.Diş siqmatizminin aradan qaldırılması zamanı loqoped iki üsuldan istifadə edə bilər.

a)şpater və ya zondun ucu ilə loqoped dilin ön kənarını yüngülcə sıxıb onu alt kəsici dişlərin arxasına salır və bununla hava axınının diş yarıqlarından keçməsinə şərait yaradır.

b)uşağa dilin ön kənarını alt və üst kəsici dişlərin arasında geniş yastılaşmış vəziyyətdə saxlamaqla “s” səsini tələffüz etmək tapşırılır. Sonra loqoped şpaterlə enniləşmiş dilin ön kənarını yüngülcə sıxıb, onu alt kəsici dişlərin arxasına salır və bundan “s” səsinini düzgün tələffüzü alınır.

4. Fışıltayan siqmatizm. Siqmatizmin bu növündə dilin ucu alt kəsici dişlərdən ağız boşluğunun içərisinə dartılır,dil arxası sərt damağa doğru kəskin əyilmiş vəziyyətdə “s”və”z” səsləri “ş” və”j” kimi tələffüz edilir. Fışıltılı siqmatizmi aradan qaldırılması üçün uşağa düz(dil ucundan aşağı kəsici dişlərin arxasaında)və səf(dil ucunun ağız boşluğunun içəri dərinə çəkilməsi)artikulyasiya göstərilməli və dili ağızın içrəsinə dartmaq adəti tərgidilməlidir.Uşağa “s”səsini dişlər arasında yayılmış enli dillə tələf edilməsi təklif edilir.

5.Yan siqmatizm. Bu tələffüz qüsurunda fitli və fışıltılı səslər iki cür ifadə olunur.

a)dilin ucu alveollara söykənir,dilin qalan hissəsi isə böyrü üstə,kənarları isə azı dişlərin,daxili hissəsinə doğru qalxıb hava axınını dilin kənarlarından buraxır və nəticədə xırıltılı səs tələffüz edilir.

b)dilin ucu yuxarı alveollara dirənib,hava axınını yanlardan “l” səsinin tələffüzündə olduğu kimi buraxır.Yan siqmatizmi aradan qaldırılması üçün loqoped çalışmalıdır ki, uşağın ağız boşluğu yanlardan örtülsün və dilin ortasında nov əmələ gəlməsin.Bunun üçün uşaq dişlər arasında geniş yastılaşmış dilin ön kənarlarına üfüzmək çalışmalarını yerinə yetirməli,sonra isə dilin ön vəziyyətində “s” səsi tələffüz edilməlidir.

6.Burun siqmatizmi.Bu zaman fitli və fışıltılı səslər dilin aşağıdakı vəziyyətlərində tələffüz olunur.

●Dilin kökü qalxaraq yumşaq damağa dirənir.

● Yumşaq damaq bir qədər aşağı düşüb, ağız boşluğuna gedən yolu tutur.

●Hava axını burundan çıxıb tələffüz edilən səsə tıntınlıq çalarını verir.

Burun siqmatizminin aradan qaldırılması zamanı yan siqmatzminin təsis üsullarından istifadə etmək olar.Burun siqmatizminin korreksiyası üçün dodaq qarmonundan,tütəkdən istifadə etməklə hava axınını burundan buraxmağı tərgidib,ağızdan keçməsini öyrətmək lazımdır.Bundan başqa yanan şamı söndürmək,kağız parçalarını üfürmək çalışmalarınıda öyrətmək xeyirlidir.

Mexaniki dislalaiyanın digər növləri də vardır. Bunlar rotatizm və lambdatsizmdir.

“R” səsinin düzgün tələffüz edilməməsi rotatizm adlanır. “R” səsinin düzgün tələffüzü aşağıdakı şəkildə olur.

Səsin tələffüzü zamanı dilin ucu yuvaqlara doğru istiqamətlənərək yüngülcə onlara toxunulur.Sədalı hava axını dilin ucu ilə yuvaqların arasından keçərkən dilin ucu titrəyir,beləliklə ”r” səsi yaranmış olur. “R” səsinin tələffüzü zamanı dodaqlar neytral vəziyyətdə olmalıdır.Yumşaq “r” səsi dil arxasının müəyyən qədər irəli çıxması və damağa doğru qalxması ilə fərqlənir.”R” səsinin qüsurlu tələffüzü özünü aşağıdakı kimi göstərir.



a) bəzən “r” fonemi boğazda titrəyən səs kimi tələffüz edilir.Bu zaman dilin kökü yumşaq damağın alt kənarlarına yaxınlaşıb onunla keçid yaradır.Bu keçiddən çıxan hava axını yumşaq damaqda zəif titrəyiş yaradır və nəticədə səsin tonunda müəyyən əlavələr yaranır.

b)bəzən “r” səsinin vulyar adlanan qüsurlarına da rast gəlinir.bu qüsurda dilin ön kənarı yalnız bir dəfə yuvaqlara toxunur və titrəyiş alınır.

Bu qüsuru aradan qaldırmaq üçün uşağı güzgünün qarşısında oturtmaq və ona söyləmək lazımdır ki,ağzını geniş açsın.Dilinin ucunu dişlərinin dibinə yaxınlaşdırsın.Bu vəziyyətdə “z” səsini tələffüz etsin.Bu vaxt uşağın dili altdan çay qaşığı ilə yuxarı qaldırılır,”z” səsini tələffüz etməsi tapşırılır.Həmin anda “r” səsinə bənzər səs yaranır.Bu təmrini dəfələrlə təkrarı nəticəsində “r” səsinin düzgün tələffüzünə nail olmaq olar.

“L” səsinin düzgün tələffüz edilməməsi isə lambdatsizm adlanır.Bu səsin düzgün tələffüzü üçün uşağa tapşırmaq lazımdır ki,o,dilini yastılaşmış halda kəsici dişlərinin arasına sıxsın.Sonra dilin uc hissəsini yavaşca dişləsin və bu vəziyyətdə “l” səsini tələffüz etsin.bu tapşırığın dəfələrlə təkrarı sayəsində təmiz “l” səsi alınır.Bütün bu deyilənləri nəzərə alaraq uşaqların nitqini daim inkişaf etdirmək lazımdır.


Yüklə 85,2 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin