İXTİsasa giRİŞ


Texnoloji və mexaniki avadanlıqların təhlükəsizlik əsasları



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə61/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   58   59   60   61   62   63   64   65   66
Mirzacanzade Ixtisasa girish

4. Texnoloji və mexaniki avadanlıqların təhlükəsizlik əsasları 
Neft sənayesində, dağ-geoloji və başqa işlərdə tətbiq olunan 
avadanlıqların mexaniki möhkəmliyinin təhlükəsizlik baxımından 
əhəmiyyəti böyükdür. 
Maşın və avadanlıqların, onların ayrı-ayrı hissə və materiallarının 
möhkəmliyi mexaniki təsirdən dağılma, yaxud qalıq deformasiyasına 
müqaviməti ilə müəyyən olunur. 
Maşın və avadanlıqların mexaniki möhkəmlik xarakteristikası 
dağıdıcı qüvvə həddinin hesablama qüvvəsinə (buraxılabilən) 
nisbətini ifadə edən möhkəmlik ehtiyatı əmsalı ilə təyin edilir. 


114
XII. Əmək mühafizəsi haqqında məlumat 
Eyni tikinti və avadanlıqda təsir edən qüvvə hər yerdə eyni 
qiymətdə olmadığı üçün ehtiyat əmsalının qiyməti iş şəraitinə uyğun 
olaraq müxtəlif hissələr üçün bərabər müqavimətlilik prinsipində 
seçilir. Məsələn, qazma kəmərləri və qoruyucu kəmərlər qazılan 
quyuda müxtəlif dərinliklərdə boyuna dəyişən yüklərə işlədiyi üçün 
onların bərabər müqavimətlilik prinsipində hesablanması normal 
iş şəraitini təmin etməklə yanaşı, materialdan qənaətlə və səmərəli 
istifadə olunmasına imkan verir. Onu da nəzərə almaq lazımdır ki, 
ehtiyat əmsalının ehtiyac olmadan çox böyük götürülməsi qurğu və 
avadanlığı mürəkkəbləşdirir, onun ölçülərinin böyüməsinə səbəb 
olur və iqtisadi dəyərini xeyli artırır. 
Maşın və avadanlıqların iş prosesində ən zəif yeri düzgün 
müəyyən edib, tez dəyişdirilə bilən hissələr tətbiq edilməsi, qoruy-
ucu diafraqmalı klapanların və s. qurulması möhkəmliyi daha yaxşı 
və uzunmüddətli iş üçün qoruyub saxlamağa imkan verir. 
Dinamiki yüklərə işləyən, yaxud statik qeyri-müəyyən 
sistemlərdən ibarət mürəkkəb maşın və qurğuların nəzəri düsturlar-
la hesablanması bir çox hallarda qeyri-dəqiq nəticələr verir. Belə hal-
larda tenzometrik ölçmə həqiqi iş şəraitində təsir göstərən qüvvələrin 
düzgün tapılmasına kömək edir. 
Avadanlıqların layihələndirilməsində dayanıqlıq məsələlərinin 
düzgün həlli böyük əhəmiyyətə malikdir. Avadanlıqların 
dayanıqlığını artırmaq tədbirləri sistemlərin möhkəmliyini artırmaqla 
bərabər, həm də müxtəlif əlavə yükləmə şəraitində onların normal 
işinin təmin edilməsinə yönəldilməlidir. 
Neft sənayesində müxtəlif qaldırıcı mexanizmlərin aşması və 
dağılması, ötürmə vasitələrinin, metal kanatların, təzyiq altında 
işləyən manifold birləşmələrin qırılması və s. ağır qəzalara və bədbəxt 
hadisələrə səbəb olur. 
Maşın və avadanlıqlara vaxtında xidmət göstərilməsi onların 
etibarlı işləməsini, uzunmüddətli istismarını təmin etməklə yanaşı, 
qəza və bədbəxt hadisələrin aradan qaldırılmasına da kömək edir. 
İş prosesinin təhlükəsizliyini təmin etmək, maşın, avadanlıq 
və mexanizmlərin dağılmasının qarşısını almaq üçün onların 
konstruksiyasında qeyri-normal iş şəraitinə daha həssas olan zəif tur, 
qaldırılan yüklər və başqa parametrlər buraxılabilən həddən artıq 
olduqda işin dayandırılmasını təmin edir. 
Maşın hissələrinin materiallarındakı mexaniki, fiziki, kimyəvi (ko-
rroziya) və termiki qüsurlar avadanlıqların hazırlanması və istismarı 
zamanı törəyir. 
Zavod şəraitində törəyən qüsurlar hazır avadanlıqların qəbulu 
vaxtı aşkara çıxarılmalıdır. 
Maşın və avadanlıqların yaradılmasında texnoloji, iqtisadi və 
s. tələblərlə yanaşı, onların istismarı zamanı tam təhlükəsizliyi və 
sağlam iş şəraiti məsələləri də ilk planda durur. Bu məsələlər əsasən 
aşağıdakılardır: 


115
XII. Əmək mühafizəsi haqqında məlumat
a) avadanlıqların qəzasız və etibarlı işinə verilən təhlükəsiz 
mühəndisi tələblər; 
b) insanın maşın və ətraf mühitlə qarşılıqlı təsiri şəraitində nor-
mal həyat fəaliyyəti və iş qabiliyyətini təmin edən və sanitariya 
normaları ilə təyin edilən gigiyena tələbləri. Meteoroloji amillər: 
səs-küy, titrəyiş, zəhərli maddələrin havadakı qatılığı və s. gigiyena 
tələblərinə aiddir; 
c) avadanlıqların insan bədəninin və onun üzvlərinin ölçü və 
formasına uyğunluğu üçün antropometrik tələblər. Bu tələblər 
icraçının səmərəli fizioloji vəziyyətdə fəaliyyət göstərməsini, iş 
zamanı gərginlik və yorğunluğun törənməməsini təmin edir. 
ç) avadanlıqların insanın hiss orqanlarının xüsusiyyətlərinə 
uyğunluğunu ifadə edən psixi-fiziki tələblər
d) avadanlığın insanın psixoloji xüsusiyyətlərinə uyğunluğunu 
və iş zamanı icraçıya müsbət emosional təsiri ifadə edən psixoloji 
tələblər. 
Bütün bu tələblər layihələşdirmə, təkmilləşdirmə və ixtiraçılıq 
işlərinin əsasını təmin edir. 
Avadanlıqların hazırlanması və quraşdırılmasında, istismarında 
iş şəraitinin təhlükəsizliyi tam təmin edilməlidir. 
Maşın və avadanlıqların konstruksiyası təmir və xidmət işlərinin 
rahat və təhlükəsiz şəraitdə aparılmasına, qəza törədikdə isə onun 
qarşısının tez alınmasına və icraçıların təhlükəsizliyinin təmin 
edilməsinə uyğun gəlməlidir. 
Maşın və avadanlıqların hazırlanmasında standartlaşma 
tələblərinə xüsusi diqqət verilir. Müxtəlif növ avadanlığın ölçü 
və keyfiyyətcə eyniliyi olan nümunələrə əsaslanan məfhumuna 
standartlaşma deyilir. 
Standartlaşma normaları xalq təsərrüfatının bütün sahələri üçün 
məcburi olan Dövlət standartları (DÜİST) əsasında hazırlanır. Bir 
çox avadanlıqlar nazirliklər, baş idarələr və s. tərəfindən hazırlanmış 
texniki normalar əsasında istehsal olunur. 
Standartlar və texniki normalar avadanlıqlarla işlədilən hissələrin 
ölçü, konstruksiya müxtəlifliyinin aradan qaldırılması və onlardan 
mümkün qədər qarşılıqlı surətdə istifadə edilməsi tələblərini rəhbər 
tutur. 
Standartlaşma və vahidləşmə iqtisadi və texnoloji üstünlükdən 
başqa, avadanlıqların istismarında təhlükəsizlik dərəcəsini artırmağa 
imkan verir. Avadanlıqların təmiri standart maşın hissələri ilə daha 
asan və tez həyata keçirilir. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin