17.
İnsanın təbiətdə yeri. Təbiət və insan
Ətraf mühitin müasir vəziyyəti bütün dünyada canlı və cansız təbiətin uzun sürən
t
əkamülünün nəticəsidir. Müəyyən əlverişli şəraitlərdə Yer üzündə həyat yaranmışdır.
Müxtəlifliyin genişlənməsi ilə müşayiət olunan biosferin formalaşması prosesi, canlı
orqanizml
ər sisteminin mürəkkəbliyinə təsir edən və eyni zamanda onlann həyat
f
əaliyyəti sahələrinin kəşfi (biosferin cansız hissəsi) prosesləri ilə başlanmışdır. Biosferin
inkişafının vacib etapı ən ali pilləni təşkil edən canlı varlıqlar olan insanın təkamül
prosesind
ə adi bioloji növdən biososial varlığa çevrilməsidir. Beləliklə, insan təbiətdə ikili
v
əziyyətdə olur. Bir tərəfdən o, təbiətin yaratdığı varlıq, onun «övladıdır». İstənilən canlı
orqanizmin, o cümlədən insanın fizioloji tələbatını yerinə yetirmək üçün təmiz hava, su
v
ə qida lazımdır. Digər tərəfdən, özünün sosial statusundan, gücündən istifadə edən
insan onu
əhatə edən dünyaya aktiv təsir edərək özünün ehtiyaclarını təmin etmək üçün
onu d
əyişməyə məcbur edir. Sivilizasiyanın inkişafı ilə əlaqədar insanın tələbatı artır,
bununla paralel olaraq ictimai istehsal sah
ələri genişlənir və təbii mühitə təsir edən
texnogen t
əsirlər güclənir. Əgər insan cəmiyyətinin lap ilkin mərhələlərində onun təbiətə
t
əsiri canlı aləmin digər üzvlərindən fərqlənmirdisə, yeni biliklərin əldə edilməsi, elm və
texnikanın inkişafı, geoloji proseslərə tətbiq edilən yeni texnologiyanın istifadəsi ətraf
mühitin formaca, keyfiyyətcə və miqyasına görə dəyişməsinə səbəb olmuşdur. Lakin bu
o dem
ək deyildir ki, insanın təbiətdən asılılığı itmişdir, yox olmuşdur. İnsan özünün
sosial t
ələbatlarını yerinə yetirmək üçiin təbiətin qoynundan və gücündən istifadə edir.
İnsan uzun müddət təbiətdən kənarda yaşaya bilməz. Ona görə də sualtı qayıqlarda,
kosmik g
əmilərdə onlann funksiyalarını davam etdirmək üçün yerin təbii mühitinə uyğun
xüsusi şərait yaradılır. Yer üzərində heç bir başqa bioloji varlıq insan qədər belə geniş
yayılmamışdır. Belə ki, əhali əsasən həyat iiçiin və kənd təsərrüfatı fəaliyyəti üçün
h
əddən çox əlverişli, qarışıq landşaftlı və enliyarpaqlı meşələri olan mülayim qurşaq,
subtropik meşələr və savannalarda sıx məskunlaşmışlar.
G
ələcək insan cəmiyyətinin inkişafı üçün insanın optimal həyat şəraitinin həm bioloji,
h
əm də sosial baxımdan öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Yalnız canlı orqanizm
olan insan universallığı və böyük imkanları ilə xarici təsirləri uyğunlaşdımıası ilə
f
ərqlənir. Onun yüksək temperatura dözüm həddi 1 saat ərzində 71°C, 33 dəqiqədə -
93°C, 26 dəqiqədə 290
104°C-dir. Mirvari toplayan dalğıcların bir neçə dəqiqə suyun altında akva- lanqsız
rekord h
əddi 13 dəqiqə 42,5 saniyə təşkil edir. Məlumdur ki, bədənin soyuma
temperaturu t
əxminən 24°C-yə qədərdir və bu zaman şüur və danışma qabiliyyəti
saxlanılır. İnsan həyatı mühitin bir neçə komponentlərindən asılıdır: 1) xüsusi təbii
mühit; 2) aqrotexniki mühit; 3) süni mühit; 4) sosial mühit. İnsan həyatını əhatə edən bu
komponentl
ərin hər biri, müəyyən xarici amillərin insana təsirinin uyğunlaşması ilə
s
əciyyələnir. Təbii mühit təbiəti əmələ gətirən kompleks amillərdən ibarətdir. Buraya
daxildir: atmosferin dinamikası və kimyəvi tərkibi, yer üzünün və havanın nəmliyi, suyun
mövcudluğu və onun kimyəvi tərkibi, Yer kürəsinin kimyəvi tərkibi və fiziki quruluşu (o
cümlədən yer qabığının mineraloji və litoloji tərkibi, geomorfoloji quruluşu), xarici
görünüşü və biosistem tərkibi və onlann landşaft uyğunluğu, təbiət hadisələrinin
tarazlaşdırılması və onlann ritmi (o cümlədən, dağıdıcı təsirli təbii fəlakət). İnsanın
t
əsərrüfat fəaliyyəti nəticəsində az dəyişən təbii mühit yalnız fövqəladə şərtlər mövcud
olan rayonlarda qalmışdır. Belə torpaqlar Antarktidada 100%, Şimali Amerikada 37,5%,
MDB ölkələrində 33,6% Avstraliyada 27,9%, Afrikada 27,5%, Cənubi Amerikada 20,8%,
Asiyada 13,6%, Avropada 2,8% qurunu
əhatə edir. Aqrotexniki mühit - kənd təsərrüfatı
f
əaliyyəti nəticəsində yaranmışdır. O, özüniitəmizləmə qabiliyyətini itirmişdir və insan
t
ərəfindən həmişə qayğıya möhtacdır. Bura aid edilir müxtəlif «mədəni landşaftlar»
(m
əsələn: şumluq torpaqlar), qrunt yolları, əkilmiş yaşıllıqlar (bulvarlar, bağlar, meşə
parkları və s.). Bunların hamısı təbiət mənşəlidir, amma insanın təsərrüfat fəaliyyəti
prosesind
ə dayanıqlığı təmin edir. Süni mühit - bu, təbii mühitlə heç bir analoqu
olmayan, insanlar t
ərəfindən yaradılan mühitdir. Burada insanın təsərrüfat fəaliyyəti
prosesi n
əticəsində kökündən dəyişdirilmiş sahələr, eləcə də sintetik maddələr asfalt və
beton, n
əqliyyat vasitələri, mebel, texnoloji qurğular, nəhayət, onların interyer və
mikroiqliml
ərinin yerləşdirildiyi sahələr daxildir. Bu mühit fasiləsiz islah edildiyindən tez
m
əhv olur. Eyni zamanda bizim zəmanəmizdə əsasən insan bu cür süni mühitdə
yaşayır. İnsan üçün bu mühit mənfi xüsusiyyətlərlə səciyyələnir. Bu təsirlərin
yumşaldılması üçün davamlı olaraq ətraf mühitdə müəyyən dərəcədə süni mühit
yaradılır: məsələn, cv bitkiləri, əkilmiş yaşıl qazonlar və asfalt arasında yaradılmış
bağça. Sosial varlıq olan insan özünün intellekti, texniki imkanları sayəsində yaşadığı
mühiti əhəmiyyətli dərəcədə formalaşdırır, yəni sosial mühit yaradır. Bu, mədəni-
psixoloji v
əziyyətə uyğunlaşma həyat və fəaliyyətin, maddi və mənəvi şərtlərinə, ictimai
normalar v
ə imkanların, fərdi tələblərin sərbəst yerinə yetirilməsinə imkan yaradır. Ətraf
mühitdə bütün yüksək xarakterli amillər insanı əhatə edən həyatın keyfiyyətinə təsir edir.
Onun qiym
ətləndirilməsində subyektiv və sosial amillər iştirak edir ki, bu qiymətləndirmə
insanın bacarıq və imkanlarının reallaşdırılmasının növbəti təsadüf olunan pilləsini təyin
edir. Bu uyğunlaşma mədəni-psixoloji vəziyyətə, ictimai, maddi və mənəvi həyat və
f
əaliyyət şərtlərinə uyğun gəlir, ictimai normalar və imkanlarla fərdi tələblərin yerinə
yetirilm
əsini tələb edir. Ətraf mühitə bütün yüksək xarakterli amillər birlikdə təsir edərək,
insanın həyat mühitinin keyfiyyətini dəyişir. Onun qiymətləndirilməsində subyektiv və
sosial mahiyy
ət iştirak edir ki, bu da insanın bacanq və imkanlarının
qiym
ətləndirilməsinə təsadüf edir. Müasir insanın təbiətə yanaşması iki tərəfdən
müəyyən edilir. Birinci yanaşmanın tərəfdarları - insanı sosial varlıq kimi, ətraf mühitdən
öz intellekti ilə ayrılır və seçilir. İkinci yanaşmanın tərəfdarları hesab edirlər ki,
b
əşəriyyət təbiətin qida zəncirindən mühafizə edilməmişdir. İnsan və heyvanlarda olan
çoxlu sayda xəstəliklər, təbiətdə sosial vəziyyəti xarakterizə edir. Buradan belə bir
n
əticə əmələ gəlir ki, insan müasir təbii mühitin bir hissəsidir. Sivilizasiyanın inkişafı ilə
yalnız onun ətraf mühitdən asılılıq forması dəyişir. Müasir insan təbiətə insani
münasibəti hiss etdirməlidir, mülayim yanaşmalıdır.
Bütün biosistem, o cümlədən, insan inkişafın təyin etdiyi müvəqqəti qanunauyğunluqları
il
ə xarakterizə olunur. Onların içərisində biosistemin həyat fəaliyyətindəki dəyişikliklər
xüsusi yer tutur və bioloji ritmlər adlandırılır. Bioritmlər canlı orqanizmlərin bütün
h
ədlərində aşkar edilmişdir. Onların üzə çıxması xarici mühit faktorlarının dəyişməsi
t
əsirindən yaranır. Eyni zamanda, onlar ətraf mühitin vacib mexanizmi olan orqanizmin
adaptasiyası şəraitində üzə çıxır. Təbii mühitdə sutkalıq, aylıq və illik tsikllər mövcuddur.
Qurunun
əksər heyvan və bitkiləri sutka və il ərzində periodik olaraq aktiv dəyişikliyə
m
əruz qalır. Çox bitkilərin və heyvanların artması, yayılması ilin müəyyən vaxtlarında
baş verir. Orqanizmin ritminə ən çox təsir edən vacib xarici faktorlardan biri Yerin öz oxu
ətrafında fırlanmasıdır. Bununla əlaqədar olaraq orqanizmlər üçün sutkalıq bioritmlərin
böyük təsiri vardır. O orqanizmlərə, sutka ərzində ətraf mühit şəraitində gedən
d
əyişikliklərə uyğunlaşmaya imkan verir (temperatur, işıqlanma və s.). Məsələn, Yer
kürəsində suda-quruda yaşayanlar alatoranlıqda daha aktiv olurlar, çünki bu zaman
temperatur aşağı düşür və havanın nəmliyi çoxalır. İnsan orqanizmi də sutkalıq ritmə
bağlıdır. Bu ritmlərdə əsəb, əzələ, ürək-damar, tənəffüs və həzmetmə sistemlərinin
bütün göstəriciləri dəyişir.
M
əsələn: bədənin maksimal çəkisi saat 18-19 radələrində qeyd olunur, minimal
temperatur gec
ə saat 3-də, maksimal isə saat 15 radələrində müşahidə olunur. Günün
15-18 rad
ələrində dəqiqədə nəbzin vurması 85, saat 2-də isə 60-a qədər azalır, ürək,
n
əfəs, arterial təzyiq saat 15-18-də maksimal həddə çatır. Bioritıııləri bilməklə bir çox
x
əstəlikləri müalicə etmək mümkündür. Məsələn: Çin təbabətində bir dərmanı yalnız
s
əhər, digərini isə axşam qəbul etmək məsləhət görülür. Bronxial astrııa xəstəliyində
d
ərmanı axşam, hormonal dərmanlan isə səhər qəbul etmək effektlidir. Fasiləsiz iş
prosesind
ə insanın cürət reaksiyası azalır, diqqəti zəifləyir, hərdən isə yuxusuzluq və
nitqin aktivliyi d
əyişir. Bu ritm adətən gecə yuxu fazasının periodik növbəsinə uyğun
g
əlir. Tez-tez baş verən uzun gəzintilər, o cümlədən gecə növbəsində işləyən
insanlarda d
əyişkən sutkalıq ritmlər baş verir. Bu yuxunun pozulmasına, hissetmənin və
əhvalın pisləşməsinə, əsəbin pozulmasına gətirib çıxarır. Belə halda iş qabiliyyəti aşağı
düşür, immunitet azalır, xroniki xəstəliklər genişlənir. Texnogen faktorların insana təsiri
C
əmiyyətin təbiətə texnogen təsiri planetdə həyat şəraitinin qlobal miqyasda
pisl
əşməsinə gətirib çıxarmışdır. Bu neqativ dəyişikliklər həm təbiətin ayrı-ayrı
komponentl
ərində, həm do landşaftların deqradasiyasında əks olunur. Torpaqlardan
düzgün istifadə edilməməsi nəticəsində Şimali Afrikanın, Cənub-qərbi və Mərkəzi
Asiyanın, Mərkəzi Amerikanın, Avstraliyanın, Cənubi Avropanın geniş əraziləri səhralığa
çevrilmişdir. Hər il səhraların sahəsi təxminən 6 mln. ha qədər genişlənir, nəticədə
istifad
ə edilən torpaqların 26 mlrd, ton məhsuldar qatı itirilir. Texnogen dəyişikliklərin
t
əsiri ilə ətraf mühitdə baş verən dəyişikliklər insanın həyat və fəaliyyətində əks
olunmaya bilm
əz. Təbiətə nə qədər güclü təsir edilərsə, bir o qədər də əks təsirlə
qarşılaşarıq. Ciicülərə qarşı kimyəvi zəhərləyici dərmanların istifadəsi nəticəsində
ciiciil
ərin zəhərəda- vaııılı forması meydana gəlmişdir. Torpaqlardan istifadənin
düşünülməmiş metodları torpaq eroziyalarına səbəb olur və s. problemlər yaradır. Ətraf
mühitin müxtəlif zəhərli komponentlərlə çirklənməsi canlı və cansız təbiətdə əks olunur.
Turşulu yağışların yağması nəticəsində ABŞ, Kanada, Norveç, İsveçrə və bir sıra başqa
ölkələrin 31 mln.ha-dan çox sahəsi bioloji ölü ərazilərə çevrilmişdir. Bunun nəticəsində
yeyinti, qida m
əhsulları özünün toksiki təsiri ilə insanlarda müxtəlif xəstəliklərin əmələ
g
əlməsinə səbəb olmuşdur. Mühitin müasir vəziyyəti, biosferin sabit xarakterinin
pozulması insanlara neqativ təsir edir. Bu birinci növbədə havanın, suyun və torpağın
çirklənməsinə, aktiv hərəkətlərin çatışmamasına səbəb olur. Atmosferin çirklənməsi
sağlamlığın ümumi vəziyyətinin pisləşməsinə, allergiya, göz xəstəlikləri və s. inkişafına
s
əbəb olur. Ayrı-ayrı çirkləndirici maddolor orqanizmi zohərləyir (fosfor birləşmələri,
sulfıd anhidridi, karbon oksidlori, azot 2-oksidi, karbohidrogen). Atmosfer çirklondiriciləri
udlağın və ağ ciyərin, nəfəs yollarının ifliclərinə apanb çıxarır. Xüsusilə şəhərlərdə azot
oksidlori çox təhlükəlidir, belə ki, onlar doymuş karbohidrogenlərlə qarşılıqlı təsirə
gir
ərək fotokimyəvi duman - smoq əmələ gətirir. Havanın çirklənməsi insanların
sağlamlığından başqa böyük iqtisadi ziyan gətirir: ev heyvanlarının zəhərlənməsinə
yaşıllıqların məhv olmasına səbəb olur (nəinki şəhərdə, ondan kənarda da).
«Fotokimyəvi smoq» binaların köhnəlməsinə, materialların korroziyasına, rezin və
sintetik madd
ələrin xarab olmasına şərait yaradır. Qurğuşun birləşmələri nəfəs orqanları
vasit
əsilə orqanizmə daxil olur, qanda hemoqlobinin azalmasına və əsəb sistemləri
x
əstəliklərinə səbəb olur. Hipertoniya xəstəliklərindən ölənlərin əsas səbəbi şəhər
atmosferind
ə kadmiumun konsentrasiya həddinin artması ilə əlaqədardır. Hidrocoğrafi
şəbəkələrdə texnogen dəyişikliklər - su anbarı və platin tikintiləri - axın səthinin
l
əngiməsinə səbəb olur. Bu səbəbdən də göy-yaşıl yosunlar inkişaf edir, ayrılan
toksinl
ər Qoff adlı xəstəliyin yaranmasına səbəb olur. O, bağırsaq divarının zədələnmə
sin
ə, qaraciyər, böyrək, əsəb sistemləri xəstəliklərinə gətirib çıxarır. Sututarların
texnogen çirklənməsi, o cümlədən Dünya Okeanının, qida zəncirində zəhərli maddələrin
yığılmasına səbəb olur. Ona görə də sənaye cəhətdən inkişaf etmiş rayonların
ərazisində axan çaylardan balıq tutulması təhlükəlidir. İnsan üçün ən təhlükəli vəziyyət
bioloji, sosial, iqtisadi planda
ətraf mühitin radioaktiv çirklənməsidir. Buna misal olaraq,
1986-
cı ildə Çemobl AES-də baş verən qəzanı göstərə bilərik. Ətraf mühitə 120 tondan
çox radioaktiv yanacaq və 700 tondan artıq radioaktiv reaktor qrafiti yayılmışdır. Bu,
Xirosimaya atılan bombanın atmosferə yayılan radionuklidlorindən 600 dəfə artıqdır.
Bütün bunların insan dərisinə və orqanlarına hopması insanların daxili şüalanmasına və
onkoloji x
əstəliklərin yaranmasına səbəb olmuşdur.
Dostları ilə paylaş: |