«İxtisasa giriş»


Ətraf mühiti qorumaq - ən vacib sosial məsələdir



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix23.11.2022
ölçüsü1,12 Mb.
#69987
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
M.Sunay-İxtisasa-giriş

15.Ətraf mühiti qorumaq - ən vacib sosial məsələdir 
C
əmiyyət - insanların həyat fəaliyyətinin tarixi inkişaf formasıdır. Nəticədə təbiətdən 
ayrılmış xüsusi reallıq texnika, istehsal və s. sahələr yaranır. Geniş mənada cəmiyyət 
anlayışı hazırda yaşayan insanları, bütün keçmiş və gələcək nəsilləri, daha dorğusu 
b
əşəriyyəti onun tarixi perspektivini əhatə edir. Cəmiyyət özünün istənilən inkişaf 
m
ərhələsində insanlar arasında çoxlu əlaqə və münasibətlərin, başqa sözlə, sosial 
sisteml
ərin məcmusu kimi canlanır. İnsanlar kollektiv birliklər yaratmadan yaşaya 
bilm
əzlər, çünki onlar bir-birilərindən bioloji, psixoloji və sosial baxımdan asılıdırlar. 
Kollektiviz- min m
ənbəyi hələ heyvanlar birliyində, sürüdə yaranmışdır. Məsələn, 
yerüstü həyat tərzi keçirən meymunların qrup şəklində yaşaması və davranışı 
formalaşan insanların sosial təşkilinə səbəb olmuşdur. Cəmiyyətin formalaşması təkcə 
so
siogenoz deyil, etnogenoz xarakter daşıyır, yəni insanların geniş birliklərin, nəsil, 
q
əbilə, xalqın fomıalaş ması bu əsasda getmişdir. Sosiogenoz və etnogenoz müddəti 
müxtəlif olan iki paralel prosesdir, lakin tarixi gedişdə bir-birinə daha çox təsir göstərirlər. 
C
əmiyyət müəyyən ərazinin təşkili (kənd, şəhər, region, ölkə) ilə səciyyələnir. Birləşmiş 
insanlar üçün ümumi mədəniyyət, sosial, iqtisadi, siyasi əlamətlərə qoşulmaq 
xüsusiyyətləri səciyyəvidir. Hər bir inkişaf mərhələsində cəmiyyət özünün yaşamasından 
ötrü xeyli cəhdlər göstərmişdir. İnsanların fərdi tələblərinin ödənilməsi ilə yanaşı, 
c
əmiyyətdə «sosial» tələblərin də ödənilməsi vacibdir. Belə ki, cəmiyyətin həyat 
f
əaliyyətini, onun birliyini saxlamaqdan ötrü aşağıdakıların olması vacibdir: -cəmiyyət 
üzvləri arasında kommunikasiyanın (dil və informasiyanın ötürülmə vasitəsinin) olması; -
əmtəə istehsalı və müxtəlif məişət xidmətlərinin təmin edilməsi; -cəmiyyət üzvlərinin 
t
əbii fəlakət və başqa təhlükələrdən qorunması; -əhali artımının təmin edilməsi (əhalinin 
artımının müəyyən səviyyədə saxlanması); -yeni nəsillərin ictimailəşməsi (tərbiyə və 
t
əhsil vasitəsilə yeni nəsillərə müəyyən mədəniyyəti mənimsətmək). Sosial tələblər 
sistemind
ə müəyyənedici amil insan üçün vacib olan maddi nemətlərin istehsalıdır. 
C
əmiyyətin xüsusiyyəti son nəticədə insanların sağ qalması məqsədilə fəaliyyətinin 
t
əşkili qaydası ilə müəyyən olunur. İlk dofo V.İ.Vemadski Yer kürəsi ilə Kosmos 
arasında olan əlaqəyə nəzər yetirib. Biosferin həyat qabiliyyətini kosmik, ya da Günəş 
enerjisi t
əmin edir. Sənayenin inkişafı zamanı cansız maddələr (tullantılar) canlı 
madd
ələri sıxışdıraraq biosferin sabitliyin pozurlar. XX əsrdə inkişafctmiş ölkələr bazar 
iqtisadiyyatına görə öz təbii mühitlərini məhv etdilər. ABŞ-da pozulmamış təbii sahələr 
5%, Avropada 4%-
dir. Hazırda planetimiz müxtəlif bitki və heyvan növlərinin məhv 
olması ilə xarakterizə edilir. Son on illər ərzində dünya meşələrinin 60%-i məhv edilib. 


Dünya meşələrinin 21%-ni təşkil edən Sibir meşələri XXI əsrin birinci on illiyində məhv 
ola bil
ər. Tayqa meşələri də böyük təzyiqə məruz qalır. Hətta Bclovejsk meşələrini də 
bü təhlükə gözləyir. Hər il dünya 2,5 mln ton humusdan məhrum olur, 6 mln. hektar 
m
əhsuldar torpaq səhraya çevrilir, 5%-ə qədər meşə isə yanğından məhv olub gedir. 
İnsanın bir neçə tələbatını ödəmək üçün təbiəti total şəkildə məhv etmək və bunun 
n
əticəsində bütün tələbatlarını ədalətlə yerinə yetirən hiosid adlanan sistem, özünün 
n
əticələrilə ola bilər ki, biosferi tamamilə məhv etsin. Tək-tək hallarda insanlar özlərini 
t
əbiətlə müqayisə edəndə, İ.V.Mi- çurinin məşhur kəlamı yada düşür: «Biz təbiətdən 
m
ərhəmətli olmağını gözləyə bilmərik, çünki bizim məqsədimiz - təbiətdən həmişə nəyi 
is
ə götürmək olub», bu mənimsəmə həm ictimai səviyyədə, həm də fərdi aparılıb. Bu, 
insanı təbiətdən uzaqlaşdıran və yeni müasir ekoloji böhranı yaradan bir vasitədir. 1992-
ci ild
ə Rio-de-Janeyro şəhərində keçirilən BMT-nin beynəlxalq konfransında (ətraf 
mühitin inkişafı üzrə) qeyd olunmuşdur ki, insan öz həyatında həlledici bir an yaşayır. 
Aclıq, xəstəliklər, kasıblıq, savadsızlıq və ekosistemin deqradasiyası nəinki bəşəriyyəti 
bu probleml
ərlə üzləşdirir, hətta insanların gələcəkdə vəziyyətinin yaxşılaşması və ya 
pisl
əşməsi bu amillərdən asılıdır. Bunun əsas səbəbi inkişaf etmiş ölkələrdə sabitlik 
sistemini t
ənzimləməyən istehlak və istehsal strukturudur. Varlı adamların keçirdiyi 
h
əyat tərzi və onların həddindən artıq iddiaları ətraf mühitə təsir edir. Akademik 
N.N.Moiseyev qeyd edirdi ki: «İnsanın tələbatını ödəmək üçün, bununla biosferin təbii 
tsikll
ərini pozmamaq şərtilə, dünya əhalisinin tələbatlarını - 10 dəfə, amerikalılarınkım 
is
ə 50 dəfə azaltmaq lazımdır». Ona görə iqtisadi inkişaf etmiş ölkələrdə bu problem 
üzrə xüsusi proqramlar tərtib edilir. Bunlardan biri: elektrik enerjisinə tələbatın idarəetmə 
proqramı adlanır. Hətta elə energetika kompaniyaları və müəssisələri də yaradılır ki, 
onlar biznes qanununa 
əsasən tələbatın artmasının qarşısını alınaq üçün onu azaltmaq 
yox, stimullaşdırmağa çalışırlar. Bu məqsədlə itkiyə gedən vəsait üçün kompensasiya 
mexanizmi qanunla möhkəmləndirilib. Cəmiyyət vaxt keçdikcə yavaş-yavaş tələbatları 
m
əqsədyönlü şəkildə idaro etməyə başlayır. Yəni tələbatın öyrənilməsi yox, ənənəvi 
biznesl
ə məşğul olmaq, məs- rəfçiliklə mübarizə aparmaq lazımdır. Bəzi ölkələrdə 
dövlət idarəetmə funksiyaları vergi, kredit, səhm, cərimə və s. vasitələrlə gücləndirildi. 
Daha geniş ekoloji fəaliyyət dairələri GEııişləndirilir və həvəsləndirilirdi. Dövlət 
idar
əetməni bazarla uzlaşdıran mexanizm ekofəaliyyətin maddi maraq sahələri - 
ekom
ədəniyyəti və məsuliyyəti formalaşdırdı. Bu kimi problemlər bəzi ölkələrdə təbliğ 
olunub v
ə praktikada istifadə olunur. Skandinaviya ölkələrində icazə verildi ki, nəinki 
ekosiyas
ət istehsal prosesinə daxil edilsin, hətta «effcktiv»liyi artırılsın. Təsadüfi deyil ki, 
bu ölkələrin «həyat qabiliyyəti» beşballıq sistemlərlə ölçülür; 1992-1993-cü illərdə 
İslandiya 4 bal (5 bal hələ heç bir ölkə almayıb) qazanmışdı. Adıçəkilən ölkələr 
m
ədəniyyətləri, milli adət-ənənələri, ekoetikası, həyat tərzləri ilə fərqlənirlər. Əgər həyat 
qabiliyy
əti 2 bala qədər enirsə, bu, təhlükəli hal sayılır. Elmə, təhsilə, ekologiyaya 
müəyyən məbləğ ayrılmasa, onda vəziyyət ciddi hesab olunur. Ukraynada, 
Qazaxıstanda, Moldovada, Belorusiyada həyat qabiliyyəti göstəriciləri 1,7-dən 1,9-a 
q
ədərdir, Rusiyada 1,4 baldır. Ətraf mühitin mühafizəsi probleminin həlli qeyri-dövlət 
t
əşkilatlarına da aiddir. Dünyada təbiəti qoruyan təşkilatlar çoxdur. Bunlardan biri «Qrin- 
pis» təşkilatıdır. Orada 1,3 mln insan işləyir. Onların sərf elədiyi güc əsasən planetdə 
canlı orqanizmlərin üçün təbii şəraiti qorumaqdır. Təbiəti qorumaq faktoru elə inkişaf 
etmişdir ki, hətta bəzi dövlətlərdə siyasi partiyalar «yaşıllar» yaradılmışdır. Baxmayaraq 
ki, buna bir o q
ədər də çox əhəmiyyət vermirlər, anıma bu təşkilatlarda insanların sayı 


artmaqdadır. Demək olar ki, Qərbi Avropanın hər bir ölkəsində «yaşıllar» partiyaları 
dövlətdə öz təsdiqini tapıb. 2000-ci ildə ckoproblcmlərin həlli üçün BMT-nin hesabatına 
görə, 600 mlrd dollar vəsait sərf olunub, qeyri-dövlət təşkilatları isə 4 dəfə artıb. 
H
əm şəxsi, həm də ictimai, iqtisadi və siyasi məsələlər iki yolla müəyyən olunur: 1) 
dünyagörüşü baxışlar sistemi ilə, yəni dünyanın qurulması və insanın bu dünyada 
tutduğu yer; 2) etika-əxlaq norma sistemi ilə. Əhalinin təbəqələri əsasən inkişaf etmiş 
ölkələrdə israfçılıq dünyagörüşü ilə bağlıdır. Bunu bir neçə anlayışla ifadə etmək olar: 1) 
biz t
əbiətdən kənardayıq; 2) insan bütün canlılardan üstündür; 3) bizim vəzifəmiz təbiəti 
f
əth etmək, bununla da qoyulmuş məqsədə çatmaq; 4) ehtiyatlar tükənməzdir, ona görə 
d
ə insan həmişə axtarışdadır və çalışır ki, təzələrini yaratsın; 5) biz nə qədər çox 
istehsal v
ə istehlak ediriksə, bir o qədər do yaxşı yaşayırıq; 6) aparıcı rol o ölkəyə aiddir 
ki, başqa ölkələrə nisbətən dünya ehtiyatlarini daha çox yerləşdirir vo daha çox istifado 
edir. İlahiyyatçı T.Bcrri dünyagörüşü bazası üzorindo qurulan sonayc-istehlak 
c
əmiyyotini «tarixdo on pis patologiya» adlandırmışdır. Bu dünyagörüşünün əsasında 
insanın təbiot üstündə rəhbərliyi fikri dünyanı ekofəlakətlə üzləşməyə məcbur edir. Yerin 
biosferinin inkişafını sabit saxlayan dünyagörüşünə - ekodünya- görüşü deyilir. Bu, ilk 
d
əfə XX əsrin birinci yarısında Norveç alimi A.Na- yessu tərəfindən qısaca və dürüst 
ifad
ə edilmişdir. Onun əsasnaməsinə daxildir: -bütün ekosistemin və biosferin tam 
qarşılıqlı asılılığı; -ekobərabərlik: ekoperspektivlik nöqteyi-nəzərdən heç bir növün 
insandan üstünlüyü yoxdur, bütün fərdlər və növlər eyni hüquqa malikdirlər; -bioloji 
müxtəliflik: insan bütün həyat formalarına dərin hörmət etməlidir; -mədəni müxtəliflik: 
ekob
ərabərliyin qəbul edilməsi insanların sosial bərabərliyi anlaması və müxtəlif 
m
ədəniyyətləri qoruması lazımdır; -ehtiyatların çirklənməsinə və ehtiyatların israfçılığına 
qarşı mübarizə; -ekosistem haqqında bilikləri əsasında insan bu sistemlərin necə 
işlədiyini bilsin, real olaraq onu qiymətləndirsin; -yerli müstəqillik və mərkəzdənqaçma, 
y
əni burada əsas məqsəd lokal vəziyyətə keçmək üçün kiçikmiqyaslı texnologiyadan 
istifad
ə etməkdir (müasir dövrdə bu konsepsiyaya bioregionalizm deyirlər). Yer 
kürəsində həyatın saxlanması hər bir insandan ekoloji təmiz, ağıllı həyat tərzi keçirməyi 
t
ələb edir. Bu əlaqələndirmədə əsas cəlbedici fikir könüllü sadəlik fəlsəfəsidir. Süni 
t
ələbatları təmin edən külli miqdarda yaradılan əşyalar heç də təhlükəsizliyi, müstəqilliyi 
v
ə sevinci təmin etmir. Əksinə, bu yol müstəqilliyi məhdudlaşdırır: nə qədər insan çox 
şeyə malik olsa, bir o qədər də çox onların təsirinə düşür. Bunun nəticəsində faydasız 
əşyaları qorumaq üçün çox pul, vaxt itirir. Könüllü sadəliyə malik olanlar, başqalarına 
nisb
ətən daha çox tələbatları olsa da, özlərini məcburi ehtiyacı olanlarla səhv 
salmamalıdır (yeməyə, geyməyə, yaşayışa, tələbatlarını ödəyə bilməyənlər). 
Sivilizasiyanın inkişafında əsas mərhələ: ehtiyatları israfçılıqla işlətmək, sabit olmayan 
c
əmiyyəti daha da sabit tsikl ilə bağlı olan harmonik həyata keçirməkdir. Cəmiyyətin 
dünyagörüşünün inkişafı «insan təbiətinin ayrılmayan hissəsidir və onun əsas məqsədi 
planetd
ə yaşayan başqa insanların qayğısına qalmaqdır» anlayışına əsaslanır. Maddi 
v
ə enc- rgetik ehtiyatlar tükənəndir, boş yerə istifadəsi məsləhət deyil. Ekoloji etikanın 
əsas məqsədi — planeti və onu əhatə edən sakinləri qorumaq, hər gün elə həyat tərzi 
yaşamaq lazımdır ki, ondan sonra planetdə heç bir pis iz qalmasın. Əməkdaşlıq, 
ədalətlilik, xeyirxahlıq və sevgi Yer kürəsinə və bir-birimizə olan münasibətin əsası 
olmalıdır. 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin