İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq Bismillahir-rəhmanir-rəhim



Yüklə 2,61 Mb.
səhifə18/44
tarix09.05.2020
ölçüsü2,61 Mb.
#31168
1   ...   14   15   16   17   18   19   20   21   ...   44
Ayetullah-Sistani-aganin-Risalesi


Məsələ 1175: Əgər bir kəs namazı məxsusi yerdə qılan zaman çox şəkk edirsə, əgər ondan başqa yerdə namaz qılsa və onun qarşısına şəkk çıxsa, gərək şəkkin göstərişinə əməl etsin.
Məsələ 1176: Kəsirüş-şəkk olub-olmadığında şəkk edən bir şəxs, şəkkin qaydalarına əsasən əməl etməlidir. Kəsirüş-şəkk olan şəxs isə, normal şəkk edən insanların halına çevrildiyinə yəqin edincəyə qədər, onun şəkkinin mənşəyi kəsiruş-şəkk mənasına olan şəkk deyil, öz halının dəyişməsində olsa, şəkkinə e`tina etməməlidir.
Məsələ 1177: Çox şəkk edən şəxs, əgər bir rüknü yerinə yetirib-yetirmədiyi barədə şəkk edib ona e`tina etməzsə, sonra da onu yerinə yetirmədiyini xatırlayarsa, belə ki, sonrakı rüknə başlamamışdırsa, onu yerinə yetirməlidir. Əgər sonrakı rüknə başlamışdırsa, ehtiyata əsasən namazı batildir. Məsələn; rüku edib-etmədiyi barədə şəkk edib buna e`tina etməzsə, ikinci səcdədən qabaq rüku etmədiyini xatırlayarsa, geri qayıdıb rüku etməlidir. Əgər ikinci səcdədə xatırlayarsa, ehtiyata əsasən namazı batildir.
Məsələ 1178: Çox şəkk edən bir şəxs, rükn olmayan bir əməli yerinə yetirib-yetirmədiyində şəkk edərsə və şəkkinə e`tina etməzsə, belə ki, sonradan da onu yerinə yetirmədiyini xatırlayarsa, onu yerinə yetirmə məhəlli keçməmişdirsə, onu və ondan sonrakı hissələri yerinə yetirməlidir. Əgər məhəlli keçmişdirsə, namazı səhihdir. Məsələn; Həmdi oxuyub-oxumadığında şəkk edərsə və buna e`tina etməzsə və qunut oxuyarkən, Həmdi oxumadığını xatırlayarsa, oxumalıdır. Əgər rükuda xatırlayarsa, namazı səhihdir.

5. İmam və mə`mumun şəkki
Məsələ 1179: Əgər imam, namazın rük`ətlərinin sayında şəkk edərsə, məsələn; üç rük`ət, yoxsa dörd rük`ət qıldığı barədə şəkk edərsə, bu halda əgər mə`mum yəqin və ya zənni olaraq dörd rük`ət qıldığını bilsə və dörd rük`ət qıldığını imama başa sala bilərsə, imam namazı tamamlamalıdır və ehtiyat namazı qılması da lazım deyildir. Həmçinin imam, neçə rük`ət qıldığını yəqin və ya zənni olaraq bilib, mə`mum namazın rük`ətlərinin sayında şəkk edərsə, şəkkinə e`tina etməməlidir. Onların hər biri, səcdənin sayı kimi namazın işlərində də şəkk edərsə hökm eynidir.

6. Müstəhəbbi namazda şəkk
Məsələ 1180: Müstəhəbb namazların rük`ətinin sayında şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil edərsə, az tərəfə qərar verməlidir. Məsələn; əgər sübh namazının nafiləsində, iki rük`ət, yoxsa üç rük`ət qıldığı barədə şəkk edərsə, iki rük`ət qıldığına qərar verməlidir. Əgər şəkkinin çox tərəfi namazı batil etmirsə, məsələn; bir rük`ət, yoxsa iki rük`ət qıldığında şəkk edərsə, şəkkinin hansı tərəfinə görə əməl edərsə, namazı səhihdir.
Məsələ 1181: Rüknün az olması nafiləni batil edər, amma rüknün çox olması onu batil etməz. Belə ki, əgər nafilənin işlərindən birini unutsa və sonrakı rüknə məşğul olan vaxtda yadına düşsə, gərək o işi yerinə yetirsin və ikinci dəfə olaraq o rüknü yerinə yetirsin. Məsələn; əgər rükuda Həmdi oxumadığını xatırlayarsa, qalxıb Həmdi oxumalı, sonra da rükunu yerinə yetirməlidir.
Məsələ 1182: Əgər nafilənin işlərindən birində şəkk etsə, istər rükn olsun, istərsə də qeyri-rükn, əgər məhəlli keçməyibdirsə, gərək yerinə yetirsin və əgər məhəlli keçmişdirsə, öz şəkkinə e`tina etməməlidir.
Məsələ 1183: Əgər iki rük`ətli müstəhəbb namazda gümanı üç, yaxud çox rük`ətə getsə, gərək e`tina etməsin və namazı səhihdir. Əgər gümanı iki və ya az rük`ətə getsə, vacib ehtiyata əsasən, gərək həmin gümana əməl etsin. Məsələn, bir rük`ət qıldığını güman etsə, gərək ehtiyata görə, bir rük`ət də qılsın.
Məsələ 1184: Əgər nafilə namazında, vacib namazlarda səhv səcdəsini vacib edən bir iş görərsə ya da bir səcdəni unudarsa, namazdan sonra səhv səcdəsini və ya səcdənin qəzasını yerinə yetirməsi lazım deyildir.
Məsələ 1185: Əgər müstəhəbb bir namazı qılıb-qılmadığına şəkk edərsə, bu namaz Cə`fəri-Təyyar namazı kimi müəyyən vaxtı olmayan bir namazdırsa, qılmadığını qəbul etməlidir. Amma əgər gündəlik nafilə namazları kimi, müəyyən vaxtları vardırsa, belə ki, vaxtı keçməzdən qabaq onu yerinə yetirib-yetirmədiyində şəkk edərsə, yenə də eyni hökmü daşıyır. Amma vaxtı keçdikdən sonra, belə bir şəkkə düşən şəxs, şəkkinə e`tina etməməlidir.

SƏHİH OLAN ŞƏKKLƏR
Məsələ 1186: Bir neçə halda əgər dörd rük`ətli namazın rük`ətlərinin sayında şəkk etsə, gərək fikirləşsin, əgər şəkkin bir tərəfinə yəqin, yaxud güman tapsa, həmin tərəfi əsas götürüb, namazı tamam etsin və əgər belə olmasa, deyilmiş göstərişlə əməl etsin. O doqquz hal bunlardar:
1. İkinci səcdəyə getdikdən sonra, iki rük`ət, yaxud üç rük`ət qıldığı barədə şəkk edərsə, üç rük`ət qıldığını əsas götürməli və əlavə olaraq bir rük`ət də qılıb, namazı tamamlamalıdır. Namazdan sonra da ayaq üstə bir rük`ət ehtiyat namazı qılmalıdır, vacib ehtiyata əsasən oturan halda iki rük`ət kifayət deyildir.
2. İkinci səcdəyə daxil olandan sonra iki və dörd arasında şəkk etsə, gərək dörd rük`ət qıldığını əsas götürsün və namazdan sonra ayaq üstə iki rük`ət ehtiyat namazı qılsın.
3. İkinci səcdəyə daxil olandan sonra, iki, üç və dörd arasında şəkk etsə, gərək dörd rük`ət qıldığını əsas götürsün və namazdan sonra iki rük`ət ayaq üstə və sonra iki rük`ət də oturan yerdə ehtiyat namazı qılsın.
4. İkinci səcdəyə başladıqdan sonra dörd və beş arasında şəkk edərsə, dördü qəbul edib, namazı tamamlamalıdır. Namazdan sonra isə iki səhv səcdəsi yerinə yetirməlidir. Dördlə altı arasında şəkk etmək kimi, az tərəfi dörd rük`ət olan hər şəkkdə habelə, ikinci səcdəyə başladıqdan sonra, dörd rük`ətlə, ondan az və ya daha çox qıldığında şəkk etdiyi zaman dörd rük`ət qıldığını qəbul edib, hər iki şəkkin vəzifəsini yerinə yetirə bilər. Yə`ni dörd rük`ətdən az qıldığı ehtimalı olduğundan, ehtiyat namazı qılar və dörd rək`ətdən çox kimi ehtimalı olduğundan iki səhv səcdəsi yerinə yetirər. Hər bir halda birinci səcdədən sonra və ikinci səcdəyə başlamamışdan əvvəl, yuxarıda deyilən dörd şəkkdən birisi ilə qarşılaşsa, namazı batildir.
5. Üç və dörd arasında namazın hər hansı yerində olursa-olsun, gərək dörd rük`ət qıldığını əsas götürsün və namazı tamam edib, namazdan sonra bir rük`ət ayaq üstə, yaxud iki rük`ət oturduğu yerdə ehtiyat namazı qılsın.
6. Ayaq üstə dörd və beş rük`ət arasında şəkk etsə, gərək otursun və təşəhhüdü oxusun və namazın salamını versin. Bundan sonra bir rük`ət ayaq üstə, yaxud iki rük`ət oturan yerdə ehtiyat namazı qılsın.
7. Ayaq üstə üç və beş rük`ət arasında şəkk etsə, gərək oturub təşəhhüdü oxusun və namazın salamını versin. Sonra ayaq üstə iki rük`ət ehtiyat namazı qılsın.
8. Ayaq üstə üç, dörd və beş rük`ət arasında şəkk etsə, gərək otursun, təşəhhüdü oxusun və namazın salamını versin. İki rük`ət ayaq üstə və sonra iki rük`ət oturan yerdə ehtiyat namazı qılsın.
9. Ayaq üstə beş və altı rük`ət arasında şəkk etsə, gərək otursun, təşəhhüdü oxusun və namazın salamını versin. Sonra iki səhv səcdəsi yerinə yetirsin.
Məsələ 1187: Əgər insanın qarşısına səhih olan şəkklərdən biri çıxsa, belə ki, namazın vaxtı dar olsa da, namazı başdan başlaya bilməsə, namazı sındırmamalı və deyilən göstərişə əməl etməlidir. Amma əgər namazın vaxtı geniş olarsa, namazı sındırıb yenidən başlaya bilər.
Məsələ 1188: Əgər insan namazda, ehtiyat namazı vacib olan şəkklərdən birilə qarşılaşarsa və bu halda namazı tamamlayarsa, ehtiyat müstəhəbb odur ki, ehtiyat namazı qılsın və ehtiyat namazını qılmadan namazı təzədən qılmasın. Əgər namazı batil edən işlərdən birini görmədən namazı başlasa, ikinci namazı da vacib ehtiyata əsasən batildir. Amma namazı batil edən işlərdən sonra ikinci namaza məşğul olsa, ikinci namazı səhihdir.
Məsələ 1189: İnsan batil şəkklərdən biri ilə qarşılaşdıqda, əgər sonrakı hala keçdiyi təqdirdə, yəqin və ya zənn hasil olacağını bilirsə, onun batil şəkki namazın birinci iki rük`ətindəndirsə, şəkk halı ilə namazına davam etməsi caiz deyildir. Məsələn; əgər qiyam halında ikən bir rük`ət və ya daha çox qıldığında şəkk edərsə və rükuya getdiyi təqdirdə, bir tərəfə yəqin ya zənn edəcəyini bilirsə, bu halla rükuya getməsi caiz deyildir. Amma qalan batil şəkklərdə yəqin və ya zənn əldə etmək məqsədi ilə namazına davam edə bilər.
Məsələ 1190: Əgər əvvəl gümanı bir tərəfə çox olsa və sonradan nəzərində hər iki tərəf eyni olsa, gərək şəkkin göstərişinə əməl etsin. Əgər əvvəl nəzərində hər iki tərəf eyni olsa, vəzifəsi hansı tərəfədirsə, o tərəfə hesab etsin və sonra onun gümanı digər tərəfə getsə, gərək həmin tərəfi əsas tutsun və namazı tamam etsin.
Məsələ 1191: Zənninin bir tərəfə çox, yoxsa hər iki tərəfə də bərabər olduğunu bilməyən şəxs, şəkkin göstərişinə əsasən əməl etməlidir.
Məsələ 1192: Əgər namazdan sonra, namazda ikən, məsələn; iki rük`ət, yoxsa üç rük`ət qıldığına dair tərəddüd edib, üç rük`ət qəbul etdiyini bilir, amma üç rük`ət qıldığınımı zənn etdiyini, yoxsa hər iki tərəfin nəzərində bərabərmi olduğunu bilməzsə, ehtiyat namazı qılması lazım deyildir.
Məsələ 1193: Əgər ayağa qalxdıqdan sonra, iki səcdəni yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə və o halda iki səcdənin tamamlanmasından sonra, səhih olan şəkklərdən biri ilə qarşılaşarsa, məsələn; iki rük`ət, yoxsa üç rük`ət qıldığında şəkk edərsə, o şəkkin hökmünə görə əməl edərsə, namazı səhihdir. Amma əgər təşəhhüdü oxuduğu zaman bu şəkklərdən biri ilə qarşılaşarsa, əgər şəkki iki ilə üç arasındadırsa, namazı batildir. Əgər iki ilə dörd ya iki üç və dörd arasında olsa, namazı səhihdir və gərək şəkkin göstərişlərinə əməl etsin.
Məsələ 1194: Əgər təşəhhüdə başlamazdan əvvəl və ya təşəhhüdü olmayan rük`ətlərdə ayağa qalxmazdan əvvəl, bir və ya iki səcdəni yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə və həmin zamanda iki səcdəni yerinə yetirdikdən sonra səhih olan şəkklərdən biri ilə qarşılaşarsa, namazı batildir.
Məsələ 1195: Əgər qiyamda ikən, üç ilə dörd və ya üç, dörd və beş rük`ətlər arasında şəkk edərsə və həmin zamanda əvvəlki rük`ətin bir və ya iki səcdəsini yerinə yeirmədiyini xatırlayarsa, namazı batildir.
Məsələ 1196: Bir şəkki aradan gedən şəxs, digər bir şəkk ilə qarşılaşarsa, məsələn; qabaqcadan iki, yoxsa üç rük`ət qıldığı barədə şəkk edən şəxs, daha sonra üç, yoxsa dörd rük`ət qıldığı barədə şəkk edərsə, ikinci şəkkinin hökmünə görə əməl etməlidir.
Məsələ 1197: Əgər namazdan sonra şəkk etsə ki, namazda, məsələn, iki ilə dörd rük`ət arasında şəkk edib, yoxsa üç ilə dörd arasında, hər iki şəkkin göstərişinə əməl edə bilər və həmçinin namazı batil edən işlərdən sonra onu ikinci dəfə qılar.
Məsələ 1198: Namazdan sonra, namazda bir şəkk ilə qarşılaşdığını bilərsə, lakin səhih şəkklərdən, yoxsa batil şəkklərdən olduğunu bilməsə gərək namazını yenidən qılsın. əgər səhih şəkklərdən olsa da, onların hansı qismindən olduğunu bilməzsə, o namazı, yenidən qılması caizdir.
Məsələ 1199: Oturaraq namaz qılan bir şəxs, bir rük`ət ayaq üstə və ya iki rük`ət oturaq halda ehtiyat namazı qılmasını lazım edəcək şəkk ilə qarşılaşarsa, bir rük`ət oturaq halda qılmalıdır. İki rük`ət ayaq üstə ehtiyat namazı qılmasını lazım edən bir şəkk etdiyi təqdirdə də, iki rük`ət oturaq halda qılmalıdır.
Məsələ 1200: Ayaq üstə namaz qılan bir şəxs, ehtiyat namazı qılarkən ayaq üstə durmaqdan aciz olarsa, əvvəlki məsələdə hökmü müəyyən edilən oturaq halda namaz qılan bir şəxs kimi, ehtiyat namazını qılmalıdır.
Məsələ 1201: Oturaq halda namaz qılan bir şəxs, ehtiyat namazı qılacağı zaman ayaq üstə dura bilmə imkanını özündə müşahidə edərsə, ayaq üstə namaz qılan şəxsin vəzifəsinə görə əməl etməlidir.
EHTİYAT NAMAZININ GÖSTƏRİŞİ
Məsələ 1202: Ehtiyat namazı üzərinə vacib olan şəxs, namazın salamından sonra gərək dərhal ehtiyat namazı niyyəti edib, təkbir desin, Həmd oxusun və rükuya getsin, sonra iki səcdə etsin. Əgər ona bir rük`ət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra təşəhhüd oxuyub salam versin, əgər iki rük`ət ehtiyat namazı ona vacib olsa, iki səcdədən sonra daha bir rük`ət, birinci rük`ət kimi yerinə yetirsin və sonra təşəhhüd və salam desin.
Məsələ 1203: Ehtiyat namazının surə və qunutu yoxdur. Lazım ehtiyata əsasən, onun Həmdini səssiz oxumalıdır. Onun niyyətini dillə söyləməməlidir. Onun «Bismillah»ını da səssiz söyləmək ehtiyat-müstəhəbbdir.
Məsələ 1204: Əgər ehtiyat namazını qılmazdan əvvəl namazını düzgün qıldığını anlayarsa, ehtiyat namazı qılması lazım deyil və əgər ehtiyat namazı qılarkən anlayarsa, onu tamamlaması da lazım deyildir.
Məsələ 1205: Ehtiyat namazını qılmazdan qabaq namazın rük`ətlərinin əskik olduğunu anlayarsa, belə ki, əgər namazı batil edən bir iş görməmişdirsə, namazda qılmadığı qismi qılmalı və yersiz salam verdiyi üçün lazım-ehtiyata əsasən, iki səhv səcdəsi yerinə yetirməlidir. Əgər namazı batil edən bir iş görmüşdürsə, məsələn; arxasını qibləyə çevirmişdirsə, namazı yenidən qılmalıdır.
Məsələ 1206: Ehtiyat namazını qıldıqdan sonra, namazdan əskik qalan rük`ətlərin, qıldığı ehtiyat namazı qədər olduğunu anlayarsa, məsələn; üç ilə dörd arasındakı şəkkdə, bir rük`ət ehtiyat namazı qılıb, sonradan namazı üç rük`ət qılmış olduğunu anlayarsa, namazı səhihdir.
Məsələ 1207: Ehtiyat namazını qıldıqdan sonra, namazından əskik qalan rük`ətlərin, ehtiyat namazından az olduğunu anlayarsa, məsələn; iki ilə dörd arasındakı şəkkdə, iki rük`ət ehtiyat namazı qılıb, sonradan namazı üç rük`ət qılmış olduğunu anlayarsa, namazı yenidən qılmalıdır.
Məsələ 1208: Ehtiyat namazını qıldıqdan sonra, namazın nöqsanının ehtiyat namazından çox olduğunu anlayarsa, məsələn; üç ilə dörd arasında şəkk edən şəxs, bir rük`ət ehtiyat namazı qılıb, sonra da namazı iki rük`ət qıldığını anlayarsa, bu surətdə ehtiyat namazından sonra, namazı batil edən bir iş etmişdirsə (arxasını qibləyə çevirmək kimi), namazı yenidən qılmalıdır. Amma əgər namazı batil edən bir iş görməmişdirsə, lazım-ehtiyata əsasən bu təqdirdə də, namazı yenidən qılmalı və namazdan nöqsan qalan rük`əti əlavə etməklə kifayətlənməməlidir.
Məsələ 1209: İki, üç və dörd arasında şəkk edən şəxs, iki rük`ət ayaq üstə ehtiyat namazı qıldıqdan sonra, namazı iki rük`ət qıldığını xatırlayarsa, iki rük`ət də oturaraq ehtiyat namazı qılması lazım deyildir.
Məsələ 1210: Əgər üç və dörd rük`ət arasında şəkk etsə və bir rük`ət ayaq üstə ehtiyat namazı qılarkən yadına düşsə ki, namazı üç rük`ət qılmışdır, gərək ehtiyat namazını buraxsın, belə ki, rükuya daxil olmazdan əvvəl yadına düşsə, bir rük`əti ona bitişik qılsın, namazı səhihdir. Artıq salam üçün lazım ehtiyata əsasən bir cüt səhv səcdəsi etsin. Amma əgər rükuya gedəndən sonra yadına düşmüş olsa, namazı ikinci dəfə qılmalı və ehtiyata əsasən əvvəlki rük`ətə əlavə etməklə kifayətlənməməlidir.
Məsələ 1211: Əgər iki, üç və dörd rük`ət arasında şəkk etsə, ayaq üstə iki rük`ət ehtiyat namazı qılarkən, namazı üç rük`ət qıldığı yadına düşsə, əvvəldə deyilən buna oxşar məsələ, burada da icra olunacaq.
Məsələ 1212: Ehtiyat namazını qılarkən, namazın nöqsanlı qisminin ehtiyat namazından az və ya çox olduğunu anlayarsa, 1210-cu məsələdə söylənən hökmün bənzəri burada da keçərlidir.
Məsələ 1213: Boynuna vacib olan ehtiyat namazını yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə, əgər namaz vaxtı keçmişdirsə, şəkkinə e`tina etməməlidir. Əgər vaxt vardırsa, şəkki ilə namaz arasında çox bir zaman keçməmişdirsə başqa bir işə başlayıbsa və qiblədən üzünü çevirmək kimi, namazı batil edən bir iş də etməmişdirsə, ehtiyat namazını qılmalıdır. Amma əgər namazı batil edən bir iş görmüşdürsə ya başqa bir işə başlayıbsa və ya namazla onun şəkki arasında uzun bir vaxt keçmişdirsə, lazım-ehtiyata əsasən namazı yenidən qılmalıdır.
Məsələ 1214: Əgər ehtiyat namazında, bir rük`ətin əvəzinə iki rük`ət qılsa, ehtiyat namazı batil olar və gərək ikinci dəfə namazın əslini qılsın. Lazım ehtiyata əsasən, ehtiyat namazında bir rüknü artırsa da hökm eynidir.
Məsələ 1215: Ehtiyat namazı qılarkən onun işlərinin birində şəkk etsə, əgər məhəlli (yeri) keçməyibdirsə, gərək yerinə yetirsin və əgər məhəlli keçibdirsə, gərək öz şəkkinə e`tina etməsin. Məsələn; Həmdi oxuyub-oxumadığında şəkk edərsə, əgər rükuya getməmişdirsə, oxumalıdır. Əgər rükuya getmişdirsə, şəkkinə e`tina etməməlidir.
Məsələ 1216: Əgər ehtiyat namazının rük`ətlərinin sayında şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil edərsə, az tərəfə qərar verməlidir. Əgər şəkkinin çox tərəfi namazı batil etmirsə, çox tərəfə qərar verməlidir. Məsələn; iki rük`ət ehtiyat namazı qılarkən, iki rük`ət, yoxsa üç rük`ət qılmış olduğunda şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil etdiyinə görə, iki rük`ət qıldığına qərar verməlidir. Amma əgər bir rük`ət, yoxsa iki rük`ət qıldığı barədə şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil etmədiyinə görə, iki rük`ət qılmış olduğuna qərar verməlidir.
Məsələ 1217: Əgər ehtiyat namazında rükn olmayan şeyi səhvən çoxaltsa, ya azaltsa, səcdeyi-səhv yoxdur.
Məsələ 1218: Ehtiyat namazının salamından sonra, onun hissələrindən və ya şərtlərindən birini yerinə yetirib-yetirmədiyində şəkk edərsə, şəkkinə e`tina etməməlidir.
Məsələ 1219: Əgər ehtiyat namazında təşəhhüd, yaxud səcdənin birini yaddan çıxartsa və öz yerində tədarük (cübran) edə bilməsə, vacib ehtiyat odur ki, namazın salamından sonra səcdəni qəza etsin. Lakin təşəhhüdün qəzası lazım deyil.
Məsələ 1220: Əgər ehtiyat namazı və bir cüt səhv səcdəsi ona vacib olsa, gərək əvvəl ehtiyat namazını qılsın. Həmçinin vacib ehtiyata görə əgər ehtiyat namazı və səcdənin qəzası da ona vacib olsa, hökm eynidir.
Məsələ 1221: Namazda rük`ətlərə nisbətən gümanın hökmü, yəqinin hökmü kimidir. Məsələn; bir və ya iki rük`ət qıldığını bilmədikdə, iki rük`ət qıldığını zənn edərsə, iki rük`ət qıldığına qərar verməlidir. Əgər dörd rük`ətli bir namazda dörd rük`ət qıldığını zənn edərsə, ehtiyat namazı yoxdur. Amma əməllərə nisbətən zənnin şəkk hökmü vardır. Belə ki, əgər rüku etməsini zənn edərsə, səcdəyə daxil olmayıbsa, onu yerinə yetirməlidir. Yaxud; əgər Həmd oxumadığını zənn edərsə, əgər surəyə başlamışdırsa, zənninə e`tina etməməlidir və namazı səhihdir.
Məsələ 1222: Şəkk, səhv və zənnin hökmündə, gündəlik vacib namazlarla, digər namazlar arasında bir fərq yoxdur. Məsələn; ayət namazında, bir rük`ət, yoxsa iki rük`ət qıldığı barədə şəkk edərsə, şəkki iki rük`ətli namazda olduğu üçün, namazı batil olar. Əgər bir rük`ət və ya iki rük`ət olduğunu zənn edərsə, o zənninə əsasən namazı tamamlamalıdır.

SƏHV SƏCDƏSİ (SƏCDEYİ-SƏHV)
Məsələ 1223: İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi sonradan deyiləcək göstərişlə yerinə yetirsin:
1. Təşəhhüdü unutsa.
2. Səhih şəkklərin dördüncü qismində deyildiyi kimi, dörd rük`ətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rük`ət qıldığı barədə şəkk edərsə.
Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır:
1. Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə.
2. Namaz əsnasında səhvən danışsa.
3. Namazın salamını verməli olmadığı yerdə məsələn birinci rük`ətdə səhvən salam versə.
Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq.
Məsələ 1224: Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən bir cüt səhv səcdəsi yerinə yetirsin.
Məsələ 1225: Öskürəkdən peyda olan səs üçün, səhv səcdəsi vacib deyildir. Amma səhvən nalə çəksə, ya «ah» çəksə və ya «ah» desə, gərək vacib ehtiyata əsasən səhv səcdəsi etsin.
Məsələ 1226: Əgər bir şeyi səhv oxuduqdan sonra, ikinci dəfə səhih oxusa, ikinci dəfə oxumaq üçün səhv səcdəsi vacib deyildir.
Məsələ 1227: Əgər namazda səhvən bir neçə kəlmə danışsa və onların hamısının mənşəyi bir səhv olsa, namazın salamından sonra bir cüt səhv səcdəsi kifayətdir.
Məsələ 1228: Əgər səhvən təsbihati-ərbəəni deməsə, müstəhəbb ehtiyat odur ki, namazdan sonra bir cüt səhv səcdəsi etsin.
Məsələ 1229: Namazın salamının verilməməli olduğu bir yerdə səhvən «Əssəlamu ələyna və əla ibadillahis-salihin» və ya «Əssəlamu ələykum» deyərsə, hərçənd «Və rəhmətullahi və bərəkatuh» deməsə də, lazım-ehtiyata əsasən iki səhv səcdəsi etməsi lazımdır. Amma əgər səhvən «Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh» deyərsə, müstəhəbb ehtiyata əsasən, bir cüt səhv səcdəsi yerinə yetirməlidir. Amma əgər iki hərf yaxud salamdan artıq deyərsə, vacib ehtiyata əsasən iki səcdeyi səhv etsin.
Məsələ 1230: İnsan, salamın verilməsi lazım olmayan bir yerdə səhvən hər üç salamı da verərsə, bir cüt səhv səcdəsi kifayətdir.
Məsələ 1231: Əgər bir səcdə, yaxud təşəhhüdünü unutsa və sonrakı rük`ətin rükusundan əvvəl yadına düşsə, gərək qayıdıb yerinə yetirsin və namazdan sonra ehtiyat müstəhəbbə əsasən yersiz qiyam üçün bir cüt səhv səcdəsi yerinə yetirsin.
Məsələ 1232: Rükuda və ya rükudan sonra, əvvəlki rük`ətin təşəhhüdünü və ya səcdəsinin birini unutduğunu xatırlayarsa, namazın salamından sonra səcdəni qəza etməlidir. Təşəhhüd üçün isə bir cüt səhv səcdəsi yerinə yetirməlidir.
Məsələ 1233: Əgər səhv səcdəsini namazın salamından sonra qəsdən yerinə yetirməsə, günah etmişdir. Vacib ehtiyata əsasən, gərək nə qədər tez olsa əmələ gətirsin, belə ki, səhvən əmələ gətirməsə, hər vaxt yadına düşsə, gərək tə`cili əmələ gətirsin. Namazı yenidən qılması lazım deyildir.
Məsələ 1234: Bir şəxs, səhv səcdəsinin boynuna vacib olub-olmadığı barədə şəkk edərsə, onu yerinə yetirməsi lazım deyildir.
Məsələ 1235: Boynuna iki, yoxsa dörd səhv səcdəsi vacib olduğu barədə şəkk edən şəxsin, iki səhv səcdəsi yerinə yetirməsi kifayətdir.
Məsələ 1236: Əgər səhv səcdəsindən birini yerinə yetirmədiyini bilərsə və onu düzəltməsi aradan çox vaxt keçdiyinə görə mümkün olmasa ya bilə ki, səhvən üç səcdə yerinə yetirib, yenidən iki səhv səcdəsi yerinə yetirməlidir.

SƏHV SƏCDƏSİNİN QAYDASI
Məsələ 1237: Səhv səcdəsinin göstərişi belədir ki, namazın salamından sonra dərhal səhv səcdəsi niyyəti etsin və alnını lazım ehtiyata əsasən səcdəsi səhih olan bir şeyin üzərinə qoysun. Bu səcdədə zikr demək ehtiyat-müstəhəbbdir. Belə ki, bu zikri söyləməsi daha yaxşıdır: «Bismillahi və billahi. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh». Sonra oturmalı və təkrarən səcdəyə gedib, söylədiyi zikri yenidən oxuduqdan sonra oturmalı və təşəhhüdü dedikdən sonra «Əssəlamu ələykum» deməlidir. Buna «Və rəhmətullahi və bərəkatuh»u da əlavə etməsi daha güclü nəzərdir.

YADDAN ÇIXMIŞ TƏŞƏHHÜD VƏ SƏCDƏNİN QƏZASI
Məsələ 1238: İnsan, unutduğu səcdənin qəzasını namazdan sonra edərkən, bədən və libasının pak olması, üzü qibləyə olmaq kimi, namazın bütün şərtlərinə sahib olması lazımdır.
Məsələ 1239: Əgər səcdəni bir neçə dəfə yaddan çıxarsa, məsələn, birinci rük`ətdən bir səcdə yaddan çıxarsa və ikinci rük`ətdən də bir səcdə yaddan çıxarsa, gərək namazdan sonra hər ikisinin qəzasını yerinə yetirsin və ehtiyat müstəhəbb odur ki, yaddan çıxan hər səcdə üçün bir cüt səhv səcdəsi yerinə yetirsin.
Məsələ 1240: Əgər bir səcdə və təşəhhüdü yaddan çıxarsa, unudulmuş təşəhhüd üçün bir cüt səhv səcdəsi yerinə yetirsin. Amma unudulmuş səcdə üçün yaxşı olmasına baxmayaraq, layiq deyil.
Məsələ 1241: Əgər iki rük`ətdən iki səcdə yaddan çıxarsa, qəza edən zaman tərtibə riayət etməsi lazım deyildir.
Məsələ 1242: Namazın salamı ilə səcdənin qəzası arasında, namaz əsnasında qəsdən və ya unutqanlıqla edildiyi təqdirdə, namazı batil edən bir iş görərsə, məsələn; arxasını qibləyə çevirərsə, səcdənin qəzasını etdikdən sonra o namazı təkrarən qılması ehtiyat-müstəhəbbdir.
Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin