Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə36/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   32   33   34   35   36   37   38   39   ...   75

Başlayanlara mƏslƏhƏt

Yeniyetmələrin son zaman oxuduğumuz əsərlərində hələ də əv­vəl­lər göstərdiyimiz qüsurlar gözə çarpmaqdadır. Az mü­taliə etdik­ləri üçün götürdükləri temaları lazımınca qavramağı bacarmayırlar, həyatımızı olduğu kibi görə bilməyirlər. Bir çox­la­rının yazılarında hələ də qramer səhvlərinə təsadüf edilmək­dədir. Başlıca nöqsan­lardan birisi də hər sahəyə əl atmaqdır. Məsələn, biri həm şer, həm hekayə, həm də pyes yazır, “tutar qatıq, tutmaz ayran”, – demək istəyirlər. Halbuki bu düzgün üsul deyil. Bir sahədə ləngər atmalı, ixtisası dərinləşdirməlidir.

Bununla bərabər, müvəffəqiyyətlər də az deyil. Yazıçılıq ilə maraqlananların dairəsi get-gedə genişlənir, verdiyimiz göstə­riş­lərə diqqət edərək çalışan gənc yazıçıların sayı artır. Qızlar arasında da ümid verən şəxslər meydana çıxır. Verdiyeva Sə­kinə ilə Məhəm­mədzadə Sonanı misal göstərmək olar. Bu iki qızın qələmlərində bir duzluluq görünür. Sonanın yazılarında olduqca gözəl müqayisələr, obrazlar var. Lakin onlar hələ gənc­dirlər, mütaliə tədarükləri və həyatın təcrübələri azdır, sa­vadları kafi deyil. Göstərişlər alırlar, hazırlanırlar, lazımınca ha­zırlandıqdan sonra mətbuatımızda daha fəal bir surətdə iştirak edəcəklərinə ümid edirəm.

Kirovabad rayonundan yazan Qəhrəman Qəhrə­man­za­də­nin üç hekayəsini oxuduq. Müəllifdə dil pozğunluğu ilə bəra­bər, müşahidə pozğunluğu da var. Bu hələ yeni əlifbaya və onun qaydalarına lazı­mınca alışmamışdır. “Qorxulu imtahan” adlı hekayəsində göstərdiyi müəllim kənddə yaşadığı evin qı­zı­na aşiq olur. Qızın qardaşı Gümüş bunları pusmaq üçün pərdə dalında gizlənir və oradan qəflətən çıxanda qız bunu görüb dəli olur.

Dəlilik və dəlinin rəftarı müşahidədən çox elmi bir məsələ­dir. Bu­nunla psixotriya məşğul olur. Müəllif bu elmlə məşğul olmuşdurmu?

“Aldanmış həyat” adlı hekayə daha çox uydurmadır. Xən­dan adlı gözəl bir qız evlərindən küçəyə salınır və bir sərsəriyə qoşulub gecələr peyin altında yatır. Bizdə sərsəri həyatı var­mı?.. Bizdə qızları belə həyata vadar edən şərait varmı?

Eyni müəllifin “Üz-üzə” adlı üçüncü hekayəsi həqiqi həyata ya­xınlaşır. Pambıq qəhrəmanlarından Bəyaz tipi fəna deyil. Bu qadın vəzifələrinə sadiqdir. Lakin buna qarşı qoyulan düşmən tipin vəziy­yəti anlaşılmayır. Bu adam sinifcə yabançı olmaq­dan başqa, canidir. Bəyazın qardaşını öldürmüş[dür]. Bəyazın buna qarşı əlaqəsi qəribədir – yalnız qarğış etməklə kifayətlə­nir.

Qəhrəmanzadə yoldaş öz üzərində ciddi olaraq çalışmalı­dır, siyasi savadını artırmalı və həyatı ətraflı olaraq öyrən­mə­li­dir.

Qadamov Oraz, Gözəlov Cahangir və Paşa Osmanın yaz­dıq­ları bir sıra hekayə məktəblilərin həyatını təsvir edir. Bun­la­rın möv­zuları dar bir sahədən alınmışdır. Məktəbli oxumamış, nəticədə sinifdə qalmış və ya məktəbdən dışarı atılmış[dır]. Böylə dar mövzulu hekayələr divar qəzetələrinə verilsə, daha yaxşı olar. Sonra bu hekayələrdə başqa nöqsanlar da az de­yil. Qadamov Orazın dili hələ oturuşmamışdır, Bakı bağlarının adlarını bilməyir. Bakıda “Quber­nator”, “Parapet”, “Çarlston” ad­lı bağ yoxdur. Paşa Osmanın təsvir etdiyi məktəb müdiri ti­pik deyil.

Bir sıra gənc yoldaşlar var ki, içində yaşadığımız həyatı bu­raxıb uzaqlarda mövzu arayırlar. Davud Bağırın “Frans” və “Cəb­hədə” adlı hekayələri bu qəbildəndir. “Cəbhədə” impe­ria­list müharibəsini təsvir etməyə çalışır. Qəhrəman keyfi istədiyi zaman alman cəbhəsindən rus cəbhəsinə keçir, yenə geri qayıdır və gediş-gəlişinin məqsədi də bəlli olmayır. Halbuki mü­haribə əsnasında cəbhədən keçmək ayrı-ayrı şəxslər üçün bir o qədər də asan deyil. Düşmənlər bir-biri ilə sıralarla çəkil­miş tikanlı tel örgülərlə ayrılır, hər yerdə qaraulçular qoyulur, gecələr cəbhə boyu fişənglərlə işıqlanır… Bizə Anri Barbüs, Bexer, Mate Zalqa və başqa proletar yazıçıları belə səhnələri ətraflı olaraq təsvir etmişlər.

Məhəmmədnağı Nağıyevin bir pyesini oxuduq. Pyes yaz­maq yaxşıdır. Bu gün bizim dram əsərlərinə böyük ehtiyacımız var. Lakin pyes yazmaq zənn olunduğu qədər də asan deyil. Bu­rada xüsusi bir texnika var. Pyes yazmadan əvvəl teatro texnikasını ətraflı surətdə öyrənməlidir. Nağıyev yoldaş bu tex­ni­ka ilə tanış deyil. Tanış olmaq üçün teatroya getməli və klas­siklərin pyeslərini öyrənməlidir.
Yazıçı


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin