ÇADRA ƏTRAFINDA
(Tarixi tədqiq)
Əsrlərdən bəri yüz əlli milyonluq bir insan kütləsini əsir edən, kabus kibi pəncəsində saxlayan çarşaf və çadra bu gün məğlub olmadadır. Qadınları kişilərə qul edən, mədəniyyət və maarifdən ayıran, təsərrüfatdan uzaq salıb, ağır həyata sövq edən çadra “yırtılır, nifrətlə atılır” [demək imiş].
Artıq zənciri qıran zəhmətkeş qadın nə dini ehkamlara, nə dərəbəy məfhumu olan “namus”a boyun əymək istəmir. İnqilab davam edir və əsrlərin kölgəsini daşıyan, fəna qoxuyan həyatı alt-üst edərək, yenilik saçır. Bu yeniliyə qarşı minlərcə əllər uzanır, maarif diləyir, hər bir fərd hazırlıq istəyərək, ümumun yardımına qoşmaq arzu edir.
Ağır bir bəladan xilas olmuş qadın, əlbəttə, bu bəlanın nərədən gəldiyini bilmək istəyir. İştə, bu marağı yatırmaq üçün tarixə göz gəzdirməmiz faidədən xali olmaz deyə bu məqaləni qələmə aldım.
Dostları ilə paylaş: |