Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   9   10   11   12   13   14   15   16   ...   35
 Azərbaycan poeziyasının inkişafında xüsusi xidmətləri 

olan Abbas Səhhətin həyatını, ədəbi irsini, maarifçilik fəaliyyə-

tini geniş  şəkildə  təhlil və  tədqiq edən C.Xəndan onun ədə-

biyyatımızda tutduğu yeri, elmimizin, ədəbiyyatımızın inkişa-

fında rolunu araşdırmış  və dəyərli əsərlərini təhlil etmiş, məz-

mun, ideya zənginliyini tənqidçi, ədəbiyyatşünas kimi qiymət-

ləndirmişdir. Abbas Səhhət dövrünün bədii-estetik fikrinin inki-

şafında özünəməxsus yer tutduğunu xüsusilə ön plana çək-

mişdir. 

 

 

 

 

 


                                                                                      Gülxani Pənah 

 

 



190 

 

 

 

 

III FƏSİL 

 

M.Ə.Sabir yaradıcılığının Şərq xalqlarının 

milli-azadlıq hərəkatında rolu 

 

Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatının tarixində 

böyük xidmətləri olan, onun tarixində realistik satiranı zirvələrə 

qaldıran, dünya klassik ədəbiyyatı  və incəsənətinin mütərəqqi 

ənənələrini dərindən qavrayan böyük sənətkar kimi tanınır. O, 

yaşadığı cəmiyyəti düşünən, onu düşündürən gündəlik məsələ-

lərə daha tez cavab vermək qabiliyyətinə malik olan satirik şair-

dir. Onun satiralarında nəyi müdafiə etdiyi, hansı ictimai-siyasi 

hadisələri müdafiə etdiyi asanlıqla başa düşülür. Satira onun 

əlində oxucusunu söyləmək istədiyi fikirlərə inandırmaq, onu 

xoşbəxt gələcək qurmaq naminə maarifləndirmək üçün çox 

çevik, mütərəqqi silahdır. Onda elə bir istedad var idi ki, cə-

miyyətlə ünsiyyət saxlamaq, fikir yürütmək, özünün daha 

mütərəqqi fikirlərini xalqa aşılamaqda çətinlik çəkmirdi. Azər-

baycanda mətbuatın inkişaf etdiyi və genişləndiyi azadlıq 

hərəkatının və maarifpərvərlik ideyalarının  xeyli gücləndiyi bir 

zamanda Sabir cəmiyyətin savadsızlığını, ictimai həyatın, siyasi 

həyatın  bir çox problemlərini satiralarının mövzusuna çevir-

mişdi.  

F.Hüseynov «Əli Nəzmi» monoqrafiyasında yazır: «Əli 

Nəzmi üslub və ideyaca böyük xalq şairi Sabirə  ən yaxın 

sənətkardır. Satiralarındakı inqilabi ruh, qüvvətli realizm və 

kəskinlik, dərin həyati müşahidə  və dünyagörüşü cəhətdən bu 

şairlərin yaradıcılığı bir-birinə son dərəcə yaxındır. Əli Nəzmi 

Sabir məktəbinin tanınmış, görkəmli simlarından birincisidir. 

Sabir  ədəbi məktəbi isə o zamankı  ədəbiyyatımızda adi hal 



Gülxani Pənah 

 

 



191 

deyil, böyük bir hadisə idi. Həyata realist münasibət, müba-

rizlik, hadisələrə inqilabi baxış, tematik zənginlik və vüsət, 

orijinal sənət yolu, sadəlik və aydınlıq Sabir yaradıcılığının mə-

ziyyətlərindəndir» (96, s.100-101). 

Onun güclü məntiqi, fikirlərinin dərinliyi və  təsirliliyi 

əsərlərinin təhlil və tədqiqatlarını aparan sənətkarlarımızın diq-

qət mərkəzindədir. 

Sabirin həyatı, yaradıcılığı geniş şəkildə araşdırılmış, təd-

qiq edilmiş, dəyərli məqalələr, elmi əsərlər yazılmışdır. C.Xən-

dan («Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri». Bakı. 

1962,  «Şairin həyatı». Bakı. 1977), H. Səmədzadə, Məmməd-

kazım  Ələkbərli («Ağlar güləyən haqqında». «Kommunist» 

qəzeti, 16, 17, 18, 20, 21, 22, 23, 26 dekabr, 1936, №289, 290, 

291, 292, 293, 294, 295, 297), Mir Cəlal («Azərbaycanda ədəbi 

məktəblər» (1905-1917-ci illər) Bakı. 2007), Əziz Şərif («Sabir 

və «Molla Nəsrəddin» məqaləsi, «Revolyusiya və kultura» 

1937.№1), Əli Nazim (Sabir Tahirzadə». «Kommunist» qəzeti, 

24 iyul, 1936. №170), Cəfər M. («Hünərvər  şair». «Azərbay-

can» 1962, №3),  Ə.Mirəhmədov («Sabir», Azərbaycan SSR 

EA Nəşriyyatı, Bakı. 1958), K. Talıbzadə (Seçilmiş əsərləri. İki 

cilddə. I cild. Az. Döv. Nəşriyyatı. Bakı. 1990), K.Məmmədov 

(«Azərbaycan satira jurnalları (1906-1920-ci illər». Az. SSR 

EA Nəşriyyatı. Bakı.1968), M. Ağamirov («Sabirin dünya-

görüşü». Bakı. 1962), Abbas Zamanov («Sabir və müasirləri». 

Azərbaycan Dövlət Nəşriyyatı. Bakı. 1973), Tərlan Novruzov 

«Sabir  ədəbi məktəbi». Yazıçı.1992. Bakı), Tofiq Hacıyev 

(«Sabir (qaynaqlar və  sələflər)» Bakı. Yazıçı.1980), M. 

İbrahimov («Böyük şairimiz Sabir». Bakı. 1962. «Müasirləri 

Sabir haqqında (məcmuə)», Bakı. 1962; M.Məmmədov («Sabir 

və  mətbuat». Bakı. 1974), R. Məhərrəmova («Sabirin dili». 

Bakı. 1976), B.Nəbiyev,  Ə. Yerevanlı,  А.Шяриф («Жизнь  и 

поэтическое  творчество  Сабира» (1862-1911), M.1951), 

A.Мирахмедов («Поэт,  призаванный  революцией».  Б. 

1967), M.Aриф (Великий сатирик Сабир: «Избранное», т. I, 


                                                                                      Gülxani Pənah 

 

 



192

1973) və s. kimi bir çox tədqiqatçılar Sabir yaradıcılığını 

araşdırmışlar. 

Sabir yaradıcılığı geniş  şəkildə  tədqiq olunmuşdur. 

A.Səhhət «Sabir» məqaləsiylə Azərbaycan filologiyasında «sa-

birşünaslığın bir elm kimi yaranıb inkişaf etməsinə ilk doğru 

istiqamət verən bir tənqidi» fikir sahibi kimi tanınır. Abbas 

Səhhət yazır: «Sabir əfəndi müqəllid deyil, bəlkə elə mücəd-

diddir ki, köhnə şeirlə yeni şeir arasında bir əsrlik qədər uçurum 

açdı ki, bir daha geri dönüb də, o uçurumu atlanmağa kimsədə 

cürət və cəsarət qalmadı. 

Bir kərə düşünülsün, ədəbiyyatımızda nə qədər böyük bir 

təsir, nə qədər əzim bir inqilab vücuda gətirmiş» (92, s.88)

İlk dəfə onun ədəbi fəaliyyəti haqqında geniş  məlumat 

verən Abbas Səhhətin «Sabir» (1911) adlı ilk məqaləsində 

tədqiqatçılar bildirirdilər ki, o, böyük şairin bir sıra yaradıcılıq  

xüsusiyyətlərini elmi surətdə izah etmişdi, «bu dəyərli məqa-

lədə, Sabirin ədəbiyyatımıza gətirdiyi yenilik, ədəbiyyatda tut-

duğu mövqe bir sıra yeni ədəbi faktlarla təsdiq edilirdi. Məqalə 

müəllifi, Sabir sənətinin böyüklüyünü onun qüdrətli realiz-

mində, həyatı doğru əks etdirməsində görürdü» (46, s.50).  

Dövrün mollanəsrəddinçiləri içərisində tanınan  böyük 

sənətkarımız M.S.Ordubadi yazır. «Həcvlərilə xalq həyatını 

yüngülləşdirib, təhzibi-əxlaqa xidmət edəcək bir həcvi ancaq 

Sabir yarada bilmiş, məzhəkənəvisliyin yeni dövrü ancaq 

Sabirdən başlanmışdır» (91, s.75). 

Sabir dünya ədəbi prosesində tanınmış böyük sənətkar-

larla müqayisə edilir. Ədəbiyyat tarixində tutduğu yer tədqi-

qatçılar tərəfindən yetərincə  dəyərləndirilir.  Ə. Haqverdiyev 

Sabirin ölümündən iki il sonra yazırdı: «İki ildir ki, Sabirimiz 

əlimizdən gedib. İki ildir ki, Hophopumuzun mollanümalara, 

zalım bəylərə, camaat qanı soran tacirlərə, millət qanını şüşəyə 

tutduran xanlara, on dəfə Qurana and içib, andını pozub axırda 

məclisi-millini topa tutduran şaha rahatlıq verməyən səsi kəsi-



Gülxani Pənah 

 

 



193 

lib. Övrətlər oxuyarlar: düşmənə  xəbər olsun-hasil oldu dilək-

lər. Düşmən sevinir. 

... Hanı yoldaş, sənin fəsih dilin? Hanı  sənin o rəvan 

mövzun, ürəyini yandırıb, camaatı güldürən  əsərin. Yatıbsan? 

Yuxudasan?» Heyf ki, tez yatdın!.. 

Təqdiri qəzaya tamaşa edin: molla babalar, şeyx həbiblər, 

molla ismayıllar,  şeyx fəzlullahlar, məmmədəlilər, kamil pa-

şalar, səməd xanlar tək islam dəryasını qarışdırıb bulandıranlar 

yaşaya bildikcə, yaşayıb boyunlarını yoğunlandırırlar. Amma... 

millətini canından artıq istəyən  şair vətənindən qovulur, qapı-

qapı gəzib maaş yolu axtarır, axırda dərddən ürəyi, ciyəri şişib, 

əhli-fəsadı  şad edir. Qəribə haldır! Söz yox, ölümdən heç kəs 

qurtarmayacaq. Amma millət xoşbəxtliyinə ciddən çalışan bir 

vücudun qəflətən ortalıqdan götürülməyi adamı yandırar. 

... İnsan çox davamlı olar: ata ölümünə, qardaş, oğul, qız 

ölümünə bir növ davam etmək mümkündür, amma rəfiq ölüm-

ünə dava  etmək çox çətindir!  İki il keçib, bainhəmə  hər bir 

«Molla Nəsrəddin»in nömrəsini açanda yəqin edirsən ki, Hop-

hopun əşarını görəcəksən. Amma yox» (98). 

Onun təkcə Azərbaycanda deyil, ümumilikdə Qafqaz 

xalqlarının idtimai-siyasi həyatına yaradıcılığı ilə təsiri diqqət-

dən qaçmırdı. Hüseyn Cavid yazırdı: «Əvət,  şu bir sənə  zər-

fində Qafqaz, ulu Qafqaz sevgili övladlarından üç qiymətli 

vücud qaib etdi. 

Birincisi, möhtərəm  şairi-mərhum Sabir həzrətləri idi. 

Mir mümilileyhi Tiflisdən Şamaxıya, yəni məzarı-ədəmə doğru 

yollandığı  sırada görmüşdüm. O lətif və düzgün sima hala 

gözümün önündə təcəssüm edib duruyor. Qafqaz eylə nadir bir 

vücuda çətinliklə malik ola bilir» (99). 

Sabir məktəbinin İran, Türkiyə, İraq, Orta Asiya kim bir 

sıra ölkələrdə çoxaldığını da qeyd edən sənətkar «böyük xalq 

şairi çox məhsuldar bir sənətkar kimi həm yazır, həm də  şeiri 

xalqdan, mübarizədən, həyatdan ayırmır» (107, s.304) 



                                                                                      Gülxani Pənah 

 

 



194

Türk tədqiqatçı alimi Fuad Köprülü Sabir yaradıcılığını, 

ondakı yenilik hisslərini, xalqları yeni tipli mədəniyyət uğrunda 

mübarizəyə çağırdığını, din xadimlərinə qarşı qüvvətli tənqidi, 

Türkiyə  və  İranda baş verən ictimai-siyasi hadisələri düzgün 

qiymətləndirdiyini, Sabirin M.F.Axundovun başladığı ictimai 

tənqidi «orijinal bir formada» inkişaf etdirməsini, şeirlərindəki 

novatorluğu,  əsərlərinin dilini, onun bədii  əsərlərə  təsirini də-

yərləndirir: «... Kiçik və nəşəli mənzumələr ilə, müxtəlif ictimai 

siniflərin zəif və gülünc tərəflərini, həcv və mizah  vadisində 

yaymağa və tənqidə başladı. Müttəəssib, riyakar və mənfəətpə-

rəst axundlar, taleyin sövqi ilə, yaxud qarışıq yollar ilə zəngin 

olan cahil və axmaq sonradangörmələr, çocuqlarını gavur ola-

caq deyə yeni məktəblərə göndərməkdən qorxan cahil və müt-

təəssib ailələr... şiyə məzhəbinin tərnic etdiyi müvəqqəti nigah-

ların və kiçicik qızların böyük babaları yaşında zənginlərə  və 

axundlara vermək adətinin azəri cəmiyyətinin bünövrəsində  

açdığı yaralar Sabirin şeirlərində qüvvətli bir rəssam fırçası ilə, 

gülünclükləri və masqaralıqları qüvvətli təərrüz etdirilərək 

təsvir edilir və canlandırılır» (101, s.148-149; 8, s.337). 

Azərbaycan  ədəbiyyatşünasları türk tədqiqatçılarının Sa-

birə verdiyi dəyəri, onun türk ədəbi prosesinə  təsirini dəyər-

ləndirirlər. Həmid Araslı «Sabir və  Şərq  ədəbiyyatı» məqalə-

sində Sabirin əsərlərinə 1909-cu ildə türk şairlərinin nəzirələr 

yazdığını, Türkiyədə  nəşr olunan «Qaragöz» satirik qəzetin 

«70-ci nömrəsində  Məhəmməd  İzzətin «Həsbihal və  fəryadi-

şahi-əcəm» adlı  şeiri Sabirin 1908-ci ildə «Molla Nəsrəd-

din»də nəşr olunmuş «İran özümündür» şeirinə nəzirə olduğunu 

bildirir: «Bu fakt göstərir ki, türk mətbuatı geniş tədqiq olunsa, 

Sabir yaradıcılığının Türkiyə  ədəbiyyatı üzərindəki mütərəqqi  

təsiri də aydınlaşdırıla bilər» (102, s.344). 

Səlim Rəfiq «Azərbaycan  ədəbiyyatı antologiyası», 

«Azəri ədəbiyyatı tarixi» və s. kitablarında Sabir yaradıcılığını 

təqdir edir. «Son dövr azəri  ədəbiyyatı» məqaləsində yazır: 

«Molla Nəsrəddin»  ədəbiyyatı iftixarla yad edəcəyimiz Sabiri 


Gülxani Pənah 

 

 



195 

yetirdi. Sabir də «Molla Nəsrəddin» ədəbiyyatını yaşatdı. Sabir 

kəndini böyük bir sənətkar olmaqdan ziyadə bir islahatçı kimi 

tanıtdı. Lakin bu onun şairlik qüdrətinə mane olmadı.  Şeirdə 

istedadını göstərdi. Sabirin ictimai həyatımızda adətə  təmas 

etmədiyi sahə qalmadı. Fikirlərini kəndinə  məxsus bir əda ilə 

nəzmin qəlibləri  arasına sığışdırdı. Azəri  ədəbiyyatına bir 

«Hophopnamə» bəxş edən Sabir Ə.Nəzmi kimi şairlərin yetiş-

məsinə  də müyəssər oldu. Ə.Nəzmi,  Ə. Qəmküsar və sair 

yazıçıları kəndi ətrafına toplayan «Molla Nəsrəddin» lisanı xalq 

lisanıdır» (103, s.27-31; 32, s.340). 

 Tədqiqatçı Hüseyn Kazım Qədrinin bir neçə cildlik 

«Türk lüğəti» kitabında Sabirə istinad etdiyi, «Molla Nəsrəd-

din» jurnalının münasib materiallarından öz izahlı lüğətində 

«nümunələr verdiyi» bildirilir. Hilmi Ucabaşı «Həcv ədəbiyyatı 

antologiyası» kitabında Nəsimi, Füzuli, eləcə  də Sabir satirası 

haqqında məlumat verir. 

Türkiyədə Sabir haqqında monoqrafik əsərlər də (104, 

s.58) yazılıb.  

Yuxarıda dediyimiz kimi, bir sıra Türkiyə  və eləcə  də 

azərbaycanlı  tədqiqatçılarımız Sabirin həyat və yaradıcılığının 

geniş  şəkildə  təhlilini vermiş, tədqiqatlar aparmışlar. Mir 

Cəlalın və C.Xəndanın bu sahədə xidmətləri böyükdür. Eyni 

vaxtda, eyni illərdə Sabir yaradıcılığı, sənətkarlıq keyfiyyətləri 

hər iki alim tərəfindən geniş araşdırılmışdır, sabirşünaslığın 

qazandığı nailiyyyətlərdə bu iki böyük tədqiqatçının mühüm 

yer tutduğu danılmazdır. Mirzə  Cəlil məktəbinin layiqli 

davamçısı saydığı, «zəmanəsinin ən gözüaçıq və irəliyə baxan

uzaq görən ziyalılarından» biri kimi yüksək qiymətləndirdiyi 

Mirzə  Ələkbər Sabir yaradıcılığının geniş elmi-nəzəri təhlilini 

Mir Cəlal da daha gözəl verir. 

Mir Cəlalın uşaqlığı, gəncliyi, bütövlükdə həyatı ilə bağlı 

verdiyi məlumatlar  şair haqqında  ətraflı bilgilərə malik 

olduğundan irəli gəlir.  



                                                                                      Gülxani Pənah 

 

 



196

Mir Cəlalın  ən çox sevdiyi sənətkarlardan biri M. Ə. 

Sabirdir. Professor İfrat  Əliyeva onun «Yolumuz hayanadır» 

romanı haqqında fikirlərini bölüşərkən qeyd edir ki, «roman 

yaranmazdan əvvəl də, sonra da Mir Cəlal bir alim və müəllim 

kimi M.Ə. Sabirə müraciət etmiş, onun zəngin  ədəbi irsi, 

ziddiyyətli ictimai-siyasi mühiti haqqında maraqlı mülahizələr 

söyləmiş, dəyərli elmi məqalələr yazmışdır». 

Sabir haqqında «İki heykəl» kitabının müəllifi Dadaş 

Bünyadzadə yazır: «Rusların Nekrasovları əgər şeir və ədəbiy-

yatda özlərindən sonra gələnlər üçün bir yol açdısa, Sabir də 

daima eşq, məhəbbət, nağıl və hekayələr yazan şairlərə göstərdi 

ki, bunlarla millətə  və insaniyyətə xidmət eləmək olmaz, şair 

gərək gördüyünü xalqın başa düşəcəyi dildə təsvir etsin, həyatın 

eybəcər cəhətlərini tənqidə tutsun, xalqın ayılmasına, yaxşını 

pisdən, mənfini müsbətdən seçə bilməsinə kömək etsin. Sabir 

öz yaradıcılığı ilə məhz belə bir ədəbiyyatın klassik nümunəsini 

yaratdı və öz xalqının bədii fikir inkişafına yeni yol açdı, yeni 

istiqamət verdi» (91, s.71-72). 

Qulu Xəlilov «Tənqidçilik çətin peşədir» kitabında 

yazdığı fikirlərində Mir Cəlalın fikirlərinə qüvvət vermiş olur: 

«Sabir portret yaratmaqda metaforanın zəngin xüsusiyyət-

lərindən məharətlə istifadə edirdi. Bəzən onun işlətdiyi adi 

xarakterik bir ştrix, cizgi və  işarə oxuculara şairin məqsədini 

asanlıqla anladırdı». 

 Sabirin  ümumilikdə  həyat və yaradıcılığı, poetikası, 

sənətkarlıq keyfiyyətləri ilə bağlı geniş şəkildə təhlil və tədqi-

qatlar aparan, ilk monrqafiyanın müəllifi C.Xəndandır.. 

Abbas Zamanov yazır: «Azərbaycan  ədəbiyyatşünas-

lığında sabirşünaslığın bir elm kimi yaranıb təşəkkül tapma-

sında xüsusi xidməti olan C.Xəndan 1940-cı ildə Sabirin həyat 

və yaradıcılığına həsr etdiyi kitabında (90) müasirlərinin böyük 

şair haqqında yazılmış  məqalələrindən bir sıra tutarlı misallar 

gətirmiş, öz fikirlərini bu misallarla təsbit etməyə çalışmışdır». 



Gülxani Pənah 

 

 



197 

C.Xəndan Sabirin həyat və yaradıcılığı haqqında verdiyi 

məlumatda onun uşaqlığı, gəncliyi, təhsili, ictimai fəaliyyəti, 

ədəbi fəaliyyəti, müəllimlik fəaliyyəti ilə bağlı ilk məlumatları 

verir və bununla da sabirşünaslığa ilk dəyərli tədqiqatları ilə 

daxil olur. Onun yaradıcılığının geniş  təhlilini verir, xalqının 

dərdinə qalan, istək və arzularını  tərənnüm edən bir sənətkar 

kimi dəyərləndirir. Sabirin  təlim və  tərbiyəsində S. Ə. 

Şirvaninin rolunu, onunla yazışmalarını araşdıran tədqiqatçı S. 

Ə. Şirvaninin 

Eyməh bilirəm fitneyi-dövran olacaqsan, 

Ey qaşı hilalım, məhi-taban olacaqsan 

misraları ilə başlanan qəzəlinə Sabirin cavabını verir: 

Sən piri-cahandidəsən ey Seyyidi-sərkar, 

Məndən çək əlin, eyləgilən pir ilə rəftar, 

Olmaz sənə qismət dəxi bu dövləti-didar, 

Bundan sora hicrimdə ciyər qan olacaqsan. 

 

Aşiq mənə bir mən kimi ziba gərək olsun, 



Mayil gülə bir bülbüli-şeyda gərək olsun. 

Səndə bu işə səbrü-şəkiba gərək olsun, 

Amma bilirəm səbr evi, viran olacaqsan. 

Bədii cəhətdən qüvvətli  şeir S.Ə.Şirvaniyə xoş  gəlir. 

C.Xəndan Nizaminin «Xəmsə»sini oxuyarkən Sabirin bu mək-

tubunu alan şairin ona yazdığı məktubu diqqətə çatdırır: «Nuri 

didəm Sabir! 

Qəzəlimə yazdığın məlih və şirin cavab çox xoşuma gəl-

di. Hazırda başqa bir şeyə gümanım olmadığından, həmin kita-

bı  sənə silə göndərirəm. Yadigari-ustadanə olmaq təriqi ilə 

qəbul edəsiniz və şairlikdə tərəqqi etmənizi arzu edirəm». 

 Nizaminin «Xəmsə»sini alan Sabirin həm müəllimi, həm 

də «klassik Azərbaycan  ədəbiyyatının təsiri altında inkişaf 

etməyə» (29, s.141) başladığını bildirən tədqiqatçı sonralar 

onun ağır sosial çətinliklər içində yaşasa da ictimai fəaliyyəti, 

yazdığı satiraları ilə tanındığını, yaradıcılığının «dövrün siyasi-



                                                                                      Gülxani Pənah 

 

 



198

ictimai hadisələrilə əlaqədar olaraq» dəyişdiyini, inkişaf etdiyi-

ni, romanlar, poemalar yazmasa da, «hər kiçik əsərində böyük 

bir aləm açdığını» bildirir. Onun qəzəllərinin dil, üslub, məz-

mun etibarilə satirik şeirlərindən ayrıldığını qeyd edir. Sabirin 

qəzəllərində bir sıra qəzəllərdən fərqli olaraq «ictimai motiv-

lərin üstünlüyü, feodal-patriarxal mühitin mənfiliklərinə tənqidi 

münasibətin özünü göstərməsi»ni dəyərləndirir və bunun şairin 

gələcəkdə realist-satirik şeir yoluna keçəcəyindən xəbər 

verdiyini deyir. 

C.Xəndan Sabirin yaradıcılığını iki dövrə ayırır: 

1.1905-ci il rus inqilabına qədərki dövr. 

2. 1905-ci il rus inqilabından sonrakı dövr. 

Onun ilk yaradıcılıq dövrünə aid əsərlərinin oğurlanan 

boxçada olduğu güman edildiyindən bunların bizə gəlib çatma-

dığını deyən tədqiqatçı Sabir yaradıcılığını dövrlərə ayıraraq 

geniş  təhlilini veririr, onu dövrünün «qabaqcıl  şairi» kimi də-

yərləndirir: «O, kapitalizm, çarizm, istibdad əleyhinə çıxış edir-

di. Sabir inqilab düşmənlərinə qarşı amansız idi. Lakin bu 

düşmənlər hər yerdə eyni şəkildə, eyni səciyyədə deyildilər. 

Ona görə Sabir Azərbaycan  şəraitində inqilab düşmənlərinin 

əsas cizgilərini verərkən, onların ümumən inqilab düşmənlərin-

dən fərqli olan xüsusi cizgilərini də verir. Sabir xalqa öz 

düşmənlərini müxtəlif yollarla tanıdırdı. Ümumiyyətlə, böyük 

yazıçılara məxsus olan, oxucunu istədiyi zaman düşündürmək, 

ağlatmaq, güldürmək, nifrət etdirmək qabiliyyəti Sabir yara-

dıcılığında klasssik nümunələrini tapmışdır»  (29, s.157). 

 «Sabir və İran inqilabı» ilə bağlı araşdırmalarında Sabi-

rin təkcə Azərbaycanın deyil, Şərqin böyük şairi kimi şöhrət 

tapdığını, Şərqin intibahı üçün çalışdığını, Cənubi Azərbaycan 

xalqının taleyini düşündüyünü, onun vətənpərvərlik ənənələrini, 

İran hadisələrinə fəal münasibətini açır: «Sabirin Məhəmmədəli 

şah haqqında yazdığı satirik şeirləri ildırım sürətilə bütün Şərqə 

yayılırdı.  İranda və  Cənubi Azərbaycanda bu şeirlərin təsiri 

altında yazılı və şifahi ədəbiyyat yaranırdı. Məhəmmədəli şahın 


Gülxani Pənah 

 

 



199

o zamankı Rusiya və  İngiltərəyə istinad edərək, inqilabi 

hərəkatı boğmağa çalışmasını yerli xalq nifrət hissiylə belə 

ifadə etmişdi: 

Təbrizdə var inqilab, 

Məmdəli dinmə get yat! 

Get özünə kömək tap. 

Yorğanı sazla ört yat! 

Al kömək ingilisdən...» (29, s.162). 

C.Xəndan Sabirin mövhumat və  cəhalətlə mübarizəsini, 

qadın azadlığını özündə  əks etdirən  əsərlərinin geniş  təhlilini 

verir. Qadın azadlığı  məsələsi Sabiri düşündürən  əsas məsə-

lələrdən biri olduğu fikrindədir: «Onları  cəhalətdən, avamlıq-

dan uzaqlaşdırmaq istəyən  şair, qadın azadlığı  məsələsində  də 

qabaqcıl fikirlər söyləmişdir. Böyük xalq şairi gələcək nəslin 

sağlam ruhda tərbiyə edilməsi işində qadınların rolunu yüksək 

qiymətləndirdiyindən arzu edirdi ki, qadınlar elm oxuyub, 

tərbiyə qaydalarını bilsinlər» (29, s.176). 

 Sabirin uşaq şeirlərini, lətifə və nağıllardan istifadə edə-

rək yazdığı şeirləri, bu şeirlərin qısa, sadə və bədiiliyi ilə diq-

qəti cəlb etməsini, onların böyük tərbiyəvi  əhəmiyyətini açır. 

Küçələrdəki səfil uşaqların təhsilə cəlb edilməsi, ailə tərbiyəsi, 

uşaqlarda valideynlərə  məhəbbət hissi oyatmaq, sədaqət, doğ-

ruluq, zəhməti sevmək, tənbəllikdən uzaqlaşmaq, yaltaqlığa, 

xudbinliyə nifrət hissi oyandırmaq, cəmiyyət əmlakını sevmək 

və sairə kimi işlərdə Sabirin uşaq  şeirlərinin «olduqca böyük 

təsiri» olub. Onun «Uşaq və pul», «Azarlı kəndçi», «Artıq alıb 

əskik satan tacir», «Camış və sel», «Molla Nəsrəddin və oğru», 

«Molla Nəsrəddinin yorğanı» kimi uşaq  şeirlərinin adlarını 

çəkir.  


C.Xəndan Sabirin yaradıcılığındakı mübarizliyi, onu xal-

qa yaxınlaşdıran cəhətləri açır. Sabiri Azərbaycan poeziya-

sında inqilabi satiranın  «yaradıcısı  və banisi» kimi dəyərlən-

dirir. Sabir realizminin xüsusiyyətlərini açır, təhlilini verir. 

Onun satirasının büllurlaşması, temalarının konkretləşməsi işin-


                                                                                      Gülxani Pənah 

 

 



200

də «Molla Nəsrəddin» jurnalının mühüm rol oynadığını, jurna-

lın «satirik simasının müəyyənləşməsində» Sabirin də xususi 

rolu olduğunu bildirir. Hələ sağlığında qələm və məslək  dost-

ları Sabirini böyük inqilabçı, alovlu mübariz bir qələm sahibi 

olduğunu təsdiq edirdilər. Abdulla Şaiq yazır: «... nə «Molla 

Nəsrəddin» Sabiri, nə də Sabir «Molla Nəsrəddin»i yetişdirmiş-

dir. Hər ikisini yetişdirən o zamankı ictimai mühitdir. Ancaq 

inkar etmək olmaz ki, «Molla Nəsrəddin» məcmuəsinin yarat-

dığı ümumi təsir Sabirin dahiyanə ilhamına, donub qalmış olan 

ictimai həcv istedadına hərəkət, qüvvə  və istiqamət verdi və 

böyük Sabirin meydana atılması üçün şərait yaratdı. Beləliklə, 

Sabir o vaxtın ictimai nöqsanlarımızı tənqid edən şeirləri ilə də-

rin təsirli gözəl tablolar yaratdı, məcmuənin əhəmiyyətini oxu-

cuların nəzərində qat-qat artırdı. Azərbaycanda «Molla Nəsrəd-

din»  girməyən ev az idi. Heç bir qəzet və məcmuə özünü  bü-

tün  Şərq aləmində bu qədər sevdirə bilməmişdir. Bu böyük 

sevgini doğuran  əsasən Azərbaycanın iki böyük ədəbi siması 

Mirzə  Cəlil və Sabir olmuşdur» (31-199-200). Tədqiqatçılar 

Sabirlə «Molla Nəsrəddin» jurnalı arasındakı yaxınlığı, ictimai 

mühitin birləşdirdiyi simaları yetişdirən dövrü araşdırarkən 

gəldikləri qənaətlər, mübahisəli məqamlar da çoxdur. «Molla 

Nəsrəddin»in Sabiri, yaxud Sabirin Molla Nəsrəddini yetişdir-

mək kimi qeyri-elmi müba-hisələri araşdıran A. Zamanov 

M.S.Ordubadinin «əcəba Sabir «Molla Nəsrəddin»in naşiri-əf-

karı, yaxud «Molla Nəsrəddin» Sabirin naşiri əfkarı idi» sualını 

irəli sürməsini, 1922 ci ildə  nəşr olunan  «Hophop-namə»nin 

müqəddiməsində  jurnalın şöhrət qazanmasında Sabirin «birinci 

amil» olduğu fikrini yanlış sayır. Abdulla Şaiq «Molla Nəsrəd-

din»  məcmuəsinin ruhu Sabiri görürdü. Onun ölümündən 

sonra məcmuənin də gündən günə sönməyə «məhkum» oldu-

ğunu deyirdi (92-85). Abbas Zamanov Məmmədkazım  Ələk-

bərlinin «Molla Nəsrəddin» Sabirə yaraşırdı, Sabir də «Molla 

Nəsrəddin»ə. Bunlar bir-birini bəzəyir və tamamlayırdı» (93-

20) və onun Sabirlə «Molla Nəsrəddin»in  qarşılıqlı  əlaqəsini 


Gülxani Pənah 

 

 



201 

şərh etdiyini, ondan sonra Əziz Şərifin fikirlərini («Sabir olma-

saydı, «Molla Nəsrəddin» jurnalı qazandığı nüfuzu qazana 

bilməzdi» fikri doğru isə, «Molla Nəsrəddin» olmasaydı Sabir 

də meydana gəlməzdi» fikri də doğrudur. Bu iki sima-»Molla 

Nəsrəddin» jurnalının kollektiv siması ilə xalq şairimiz Sabirin 

siması ayrılmaz surətdə, bərk-bərk bir-birinə bağlıdır, bunlar 

bir-birindən ayrılmayır (94-70) doğru sayır. Abbas Zamanov 

onların fikirlərini tamamlayaraq «Molla Nəsrəddin» də, 

Mollanəsrəddinçilərin «ağsaqqal yoldaşı» C.Məmmədquluzadə 

də, Sabir də o zamankı ictimai mühitin məhsuludur. Onları 

1905-ci il inqilabı yetişdirmişdir. 1905-ci il inqilabı olmasaydı 

nə «Molla Nəsrəddin», nə C.Məmmədquluzadə, nə Sabir, nə də 

onların məsləkdaşları olan digər yazıçılar yetişə bilərdilər» (91, 

s.121)-deyir. 

Haqverdiyev yazırdı: «Sabir həqiqət  şeirdə böyük məha-

rət yetirmiş bir şair idi. Sabir «Molla Nəsrəddin»dən çox 

qabaqlar  şeirlər yazardı. Nəhayət, Sabiri «Sabir» edən «Molla 

Nəsrəddin» oldu. Təb Sabirin idi, qafiyəpərdazlıq Sabirin idi, 

istedadi-şeiriyyə Sabirin idi, fəqət mövzu verən «Molla Nəs-

rəddin» və Mirzə Cəlil idi» (95). A. Zamanov onun fikirlərini 

dəstəkləyir, eyni məqsəd uğrunda vuruşan sənətkarların bir-

birinə  təsir göstərməməsini «qeyri-mümkün» sayır, Molla-

nəsrəddinçilərin bir-birinə qarşılıqlı  təsirindən» danışmağın 

daha düzgün olduğunu bildirir: «ictimai mühiti, siyasi şəraiti 

nəzərə almayıb, onların birini digərinə qarşı qoymaq elmi-

metodoloji cəhətdən yanlışdır»,-deyir (91, s.121). 

Sabir yalnız  Şərq xalqları deyil, ümumtürk dünyasının 

şairi, inqilabçı  şairi kimi də  tədqiqatçıların diqqət mərkəzin-

dədir. Türkiyə ədəbi ictimai mühiti onun yaradıcılığını yüksək 

qiymətləndirir. N. Hikmət yazır: «Sabir yalnız Azərbaycanın 

deyil, Orta Asiyanın, Orta və Yaxın Şərqin ən böyük, ən xeyirli 

şairlərindən biridir... Sabirin azadlıq, xalq mənafeyi, demokra-

tiya uğrunda, istibdada, dərəbəyliyə, qara qüvvələrə  və burjua 

liberalizminə qarşı apardığı mübarizə  mənim vətənimdə, eyni 


                                                                                      Gülxani Pənah 

 

 



202 

yolda döyüşənlər üçün sınanmış bir silahdır. Sabirin şeirləri, 

«Molla Nəsrəddin» jurnalındakı  əsərləri Türkiyədə azadlıq 

sevənlərin ilham mənbəyi idi. 1908-ci il inqilabından əvvəl və 

sonra Sabir Türkiyədə yalnız tərəqqipərvər ziyalılar arasında 

deyil, xalq kütlələri arasında da məhəbbət və həyəcanla oxunan 

bir şair idi. Sabir xalqa bağlı olmasından doğan dühası ilə itti-

hadçıların 1908-ci il inqilabından sonra xalqa xəyanət edəcək-

lərini də sezmişdi» (100, s.367).  

Sabir satirasında aydınlıq, sadəlik, bununla birlikdə «də-

rinlik» görür. «Başlayırıq qızmağa yay gəlməmiş»-deyərkən, 

ilk baxışda çox sadə, aydın görünən bu fikirdə eyni zamanda 

böyük bir dərinliyin olduğu qənaətinə  gəlirik.  Şairin hər işi 

yerində görməyən və bunun üzündən zərər çəkən adamlara 

qarşı münasibəti aydındır. Sadə və eyni zamanda dərin yazmaq 

böyük sənətkarlıq tələb edir ki, bu sahədə Sabir poeziyası 

klassik nümunələrə aiddir» (29, s.138).  

Sabirin həyatı haqqında  ətraflı  məlumat verir, Bakı 

mühitinin onun həyatında yeni səhifələr açdığını, Sabirin bur-

jua-mülkədar quruluşu əleyhinə olan hücumlarının burjua ziya-

lılarını da qorxuya saldığını bildirən tədqiqatçı onun qırx illik 

ədəbi fəaliyyəti dövründə klassik poeziyamızın görkəmli 

nümayəndələri Nizami, Füzuli, Vaqif kimi sənətkarlarıyla bir 

sırada dayandığını bildirir. Şairin yaradıcılığını iki dövrə-1905-

ci il rus inqilabına qədərki və 1905-ci il rus inqilabından son-

rakı dövrlərə ayırır. Onun qəzəllərinin bədii dil, üslub və 

məzmun etirarilə sonrakı satirik şeirlərindən ayrıldığını, 

qəzəllərindəki eşqin mistik olmadığını, bu eşqin adi insani 

hisslərlə bağlandığından «qiymətli» olduğu fikrindədir.  Şairin 

iki dövrə böldüyü yaradıcılığının geniş  təhlilini verir və onun 

sənətkarlıq xüsusiyyətlərini geniş  şəkildə  tədqiq edir, Sabirin 

bədii-poetik imkanlarını araşdırır.  

Ədəbiyyatşünaslıqda bədii dil, poetik obrazlılıq, sənət və 

sənətkar məsələri ilə bağlı V.V. Vinoqradov, R.A. Budaqov, 

V.V.Kojina, A.N.Kojina, X.R.Kurbatov, B.Meylax, L İ.Timo-


Gülxani Pənah 

 

 



203

feyev, M.A.Moren, E.Rozental, Ə.Dəmirçizadə, C.Hacıyev, 

M.Paşayev, Z.Budaqova, M.Adilov, T.Hacıyev, 

D.N.Şemelyov, A.İ. Yefimov və başqaları  dəyərli təhlil və 

tədqiqatlar aparmışlar. 

Azərbaycan  şifahi və yazılı söz sənətinin poetikası 

mühüm bir sənətkarlıq məsələləri kimi ədəbiyyatşünaslar tərə-

findən təhlil və  tədqiqatını tapmışdır. Böyük filosoflar, filo-

loqlar və söz ustadları Demokrit, Aristotel, Nizami, Füzuli, 

Hegel, F.Şellinq, F.Köçərli, D.Didro, N.Bualo, Q.E.Lessinq, 

V.Hüqo, N.Q.Çernışevski, A.M.Aslanov, M.Cəfər, Q. O.Vin-

okur, A.Yefimov və başqaları düşünülmüş, dəyərli fikirləri, 

tədqiqatları ilə tanınmışlar. 

«Poetika-bütün  ədəbi növlərdə  bədii yaradıcılığın  əsas 

sirləri haqqında elmdir. Onun əhatə dairəsinə  ədəbiyyatın 

məqsəd və vəzifələri, incəsənətin başqa növləri ilə ədəbiyyatın 

qarşılıqlı  əlaqəsi, oxşar və  fərqli xüsusiyyətləri, hər bir ədəbi 

növ və janrın öz poetikası, bütünlüklə dilin poetikası, mövzu və 

ideya, forma və məzmun, süjet və kompozisiya, vəzn və ölçü, 

surət və xarakter, obraz və tip, portret və karikatura, lövhə  və 

mənzərə, bədiilik və obrazlılığın kriteriyası, obrazlılığın sintetik 

mahiyyəti, assosiasiya və müqayisə, söz sənətində troplar və 

füqurlar sistemi, sözdə konkretlilik və mücərrədlik, metaforik-

ləşmə, potensial və poetik obrazlılıq, istedad və yaradıcılıq, 

fərdi və ictimai üslub, elmi və poetik təfəkkür, həqiqi və məcazi 

məna, söz hörgüsü, poetik obrazlılığın növləri, dildə təbii-elmi 

əsasları, linqvistik kökləri, mühitə  və zamana uyğunluğu, 

poetik obrazlılığın milli və ümumbəşəri xüsusiyyətləri, insan 

təfəkkürünün eyniyyət qanununa, sənətdə qızıl bölgü qanununa 

uyğunluğu və s. bir küll halında daxildir» (105, s.215).  

Sabirin poetikasını araşdıran C.Xəndan ilk öncə poetika 

haqqında fikirlərini dilə  gətirir. Onun fikrincə, «poetika şairin 

yalnız ədəbi yaradıcılıq qaydalarına necə əməl  edib-etməməsi 

ilə qalmır, eyni zamanda onun bədii zövqünü, dünyagörüşünü 

və  sənətkarlıq xüsusiyyətlərini qiymətləndirmək işində  də 


                                                                                      Gülxani Pənah 

 

 



204 

müəyyən rol oynayır. Elə  sənətkarlar vardır ki, onlar nəinki 

mövcud  ənənələri davam və inkişaf etdirir, hətta yeni-yeni 

kəşfləri ilə onu zənginləşdirib, yeni inkişaf yoluna yönəldirlər» 

(107, s.6). 

 Y.V.Çəmənzəminli yazır: «Sabir filosofdur, mürəbbidir, 

inqilabçıdır... hamısında da səmimidir» (107, s.69). Sabir 

dövrünün tanınmış mühərriri Mehdibəy Hacinski onu «yeni 

ədəbiyyatımızın rəhbəri» (91, s.7) adlandırır. 

Sabir belə  sənətkarlardan biri kimi C.Xəndan tərəfindən 

də  dəyərləndirilir. Sabirin XX əsr Azərbaycan  şeirində yarat-

dığı «məktəb», onun yaradıcılığının Füzulidən sonrakı  şeiri-

mizdə  nəzəri xüsusilə «cəlb etməsi» diqqətə çatdırılır. Tədqi-

qatçı onun ədəbiyyat tariximizdəki yerini müəyyənləşdirən 

yaradıcılığını, xüsusilə poetikasını geniş  təhlilə  cəlb edir. 

Tədqiqatçı  şairin poetikası dedikdə «onun təsvir ifadə vasi-

tələri, fiqurları  və  təşbihlərindən tutmuş tip yaratma texnika-

sınadək çox geniş bir yaradıcılıq sahəsi haqqında» (107, s.6) 

fikirlərini nəzərdə tutur, məqam çatdıqca «xalq şairinin poetik 

istedadı, poetik sərbəstliyi, poetik formaları, habelə poetik dili, 

təfəkkürü, priyomları, xarakteri və s. haqqında» (107, s.7) mə-

lumat verir. 

Tədqiqatçı fikirlərində haqlıdır ki, «Sabir kimi böyük bir 

söz ustasının poetikasını  məhdud və mücərrəd halda təsəvvür 

etmək olmaz. O, ədəbiyyatımızın dünəni, bu günü və sabahı ilə 

bağlı olduğundan məhz bu mənada da təhlil etmək lazımdır. 

Sabirin sənətkarlıq xüsusiyyətlərini klassik ədəbiyyatımızla 

müqayisə edərkən, bu müqayisədə şairin nə kimi yeniliklər gə-

tirdiyini, öz müasirləri arasında nə kimi təsir oyandırdığını, bir 

şair kimi əzəmətini müəyyənləşdirə bilərik» (107, s.7). Sabir 

böyük bir sənətkar kimi ilk dəfə C.Xəndanın tədqiqatlarında 

ədəbiyyatımıza gətirdiyi yeniliklərlə birlikdə  tədqiq edilir. 

Onun «ədəbiyyat tariximizdə ictimai səviyyəyə qalxan gülüş 

növünü» inqilabi «satira səviyyəsinə yüksəldərək onun banisi» 

olduğunu bildirir. 1905-1911-ci illər romantizm yolu ilə gedən 


Gülxani Pənah 

 

 



205 

şairlərdən fərqli olaraq Sabirin və onun məktəbinin «tənqidi 

realizm yolunu tutması» dəyərləndirilir: «Bir çox müasirlərin-

dən fərqli olaraq Sabir xalq üçün, həm də  təkcə Azərbaycan 

xalqı üçün deyil, bütün xalqlar üçün yaratmaq istəmişdir. Sanki 

Sabir bilmiş ki, dil ayrılığına baxmayaraq hamı onu oxuyacaq 

və başa düşəcəkdir. Bu cəhət Sabirin poetikasına da təsir etmiş, 

yaşadığı dövrdəki  şairlərin poetikasına bənzəməyən yeni 

keyfiyyətli bir poetik üsulun meydana gəlməsinə  səbəb 

olmuşdur» (107, s.7). 

Şairin bədii zövqünün, poetik görüşlərinin, eləcə də əsər-

lərinin  şəkli quruluşu haqqındakı prinsiplərin dövr, hadisə, 

mövzu və sairədən asılı olaraq «tez-tez dəyişdiyi», «təkmilləş-

diyi», «yeniləşdiyi», sənətkarın təkrardan «qaçması», «rənga-

rəng qafiyələr işlətməsi», müxtəlif  şeir ölçülərindən yarar-

lanmasını, «bu xüsussiyyətin təzahür forması kimi» qiymətlən-

dirilməsini görürük. Tədqiqaçı  tədqiqatlarında bu məsələlərə 

xüsusi diqqət yetirir. Onun satira texnikasını yüksək dəyərlən-

dirir.  Ə.Dəmirçizadə yazır: «Sabirin satira texnikası Sabirin 

tənqidi gülüş texnikası deməkdir. Sabir bu texnika ilə gülünc 

olanları göstərmiş, oxucularını buna güldürmüş  və  bəzən 

gülüncləri olduqları  vəziyyətdən xilas etməyə, bəzən də daha 

eybəcər bir vəziyyətdə göstərməklə nüfuzdan, hörmətdən 

salmağa çalışmışdır» (107, s.8). 

C.Xəndan Sabirin «Süjet qurmaq prinsipini» araşdırır. 

Xalq  şeirinin poetik prinsiplərindən birinin əsərlərdə «süjet 

xətti qurmaq» olduğunu diqqətə çatdıran  C.Xəndan sovet 

şeirində inkişaf edən «süjetli lirika» və «süjetli satira»nın Sabir 

yaradıcılığında «yaxşı nümunələrini» görür: «Satiraların süjet 

xəttinə mövzu cəhətdən aktual bir  məsələ daxil edilir, bu 

məsələ ilə  əlaqədar olaraq bir və ya bir neçə tip iştirak edir. 

Məsələn, «Millət necə tarac olur....» satirasında bir, «Ata nəsi-

həti»ndə iki, «Bir məclisdə 12 kişinin söhbəti»ndə isə on iki 

adam iştirak edir» (107, s.8). 



                                                                                      Gülxani Pənah 

 

 



206 

Süjet xəttinin qurulmasının şairin yaradıcılığında «məqsə-

dəuyğun və düşünülmüş bir hadisə» olduğu bildirilir: «o, istəyir 

ki, oxucunun nəzərində həyatın elə canlı səhnəsi canlandırılsın 

ki, o hadisə  həm ibrətamiz, həm də tipik və ümumiləşdirilmiş 

olsun» (107, s.8). 

Şeirlərindəki zəngin mövzuları («ərinin  əməllərindən 

avam arvadın  şikayəti, Məhəmmədəli  şahın qaçıb rus konsul-

xanasına sığınması, kapitalistin fəhləyə qarşı nifrəti, yetim bir 

uşağın sərgərdan gəzməsi, məktəb uşaqlarının küçədən keçməsi 

və s. satiralarda «maraqlı süjet vasitəsilə» oxucuya çatdırıldığı 

və hər birinin öz təsirini göstərdiyi qeyd edilir. Süjetin maraqlı 

və  təsirli çıxmasında  şairin çətinlik çəkməməsinin səbəbini 

onun həyat həqiqətini yaxşı bilməsində, tipik hadisələri seçib 

maraqlandırmasında, ümumiləşdirə bilməsində görür: «ilk 

baxışda çox asan, sadə və bəsit görünən bir hadisənin bu yara-

dıcılıqda lazımi səviyyəyə qaldırıldığını, mürəkkəb və siyasi 

hadisələri təmsil etdiyini və  fəlsəfi məna daşıdığını göstərən» 

faktların çox olduğunu deyən tədqiqatçı nümunələr gətirir, bu 

satiraların «yığcam  süjetini» dəyərləndirir. İki səhifədən ibarət 

satiraların bəzilərinin yığcam süjeti genişləndirilsə hər birindən 

«mənzum-satirik bir hekayə çıxa bilər»,-deyən tədqiqatçı buna 

ehtiyac «hiss olunmadığı» qənaətindədir (107, s.8). 

Bədii əsərlərdə  «bu və ya başqa bir əhvalatın» müəyyən 

xətt üzrə «inkişaf etdirməsi»nə deyilən süjet (109, s.161), 

«həyat həqiqətlərini dərk etmək vasitəsi», müəyyən əhvalatların 

«ardıcıllığı», «sistemi», «bədii əsərin əvvəlindən axırına qədər 

davam  edən mərkəzi xətt»dir (109, s.161)  

Sabir satiralarının süjet xətlərinin «sadəliyi», haşiyələrin, 

izah və  şərhlərin, yardımçı süjet xətlərinin onlarda olmadığı, 

hər satirada bir konkret məsələdən bəhs olunub qabaqcadan 

düşünülmüş fikir aşılandığı bildirilir: «Süjetin necə başlayıb 

necə davam etdirilməsi kimi, necə bitməsi də qabaqcadan dü-

şünülür və çox maraqlı kompozisiya ilə sətirlər bir-birilərindən 

fərqlənirlər» (107, s.8). 


Gülxani Pənah 

 

 



207 

Şairin süjet və mövzu rəngarənliyinin və  zənginliyinin 

həyatı yaxşı bildiyindən irəli gəldiyini deyən tədqiqatçı «bu sü-

jetlərin tematik dairəsi nə  qədər geniş olsa da ideya 

istiqamətində bir vəhdət nəzərə çarpır; köhnə dünyanı yıxmaq, 

onun yerində yeni və gözəl bir dünya qurmaq qayəsi yüzlərcə 

süjeti birləşdirir, vahid, möhkəm monolit süjetin qollarını 

yaradır»-fikrindədir (107, s.9). 

Sabirin poetik prinsiplərinə görə süjet xəttinin savadsız 

bir adamın belə başa düşəcəyi qədər «sadə»liyi tədqiqatçının 

diqqətindədir: «Satiralarda bədii müqəddimə, düyünün bağlanıb 

açılması, kulminasiya nöqtəsinə çatdırılması, nəhayət, nəticədə 

məqsədin izahı da çox sadə, yığcamdır. Bir atanın öz oğlunu 

məktəbdən çıxartması kimi sadə bir əhvalat, bir qocanın evlən-

mək xəyalına düşməsi, bir köhnəpərəstin keçmişi xatırlaması 

kimi çox sadə  və  həyati hadisələr bu və ya digər  əsərin süjet 

xəttini təşkil edir» (107, s.8).  

Şairin əsərlərində süjetqurma prinsipinin seçilən «mövzu 

ilə» bağlılığını deyən tədqiqatçı onun «mövzu və tip seçmə 

prinsipi»nə toxunur: «Sabirin mövzuları: kapitalizm dünyasının 

eyiblərini ifşa,  fəhlələrin inqilabi mübarizəsini tərənnüm, dini 

cəhalətpərəstlik, köhnə  məişət, mövhumat, nadanlıq,  şərq  əta-

ləti, mütləqiyyət zülmü və s. ictimai bəlalar əleyhinə mübarizə-

dən ibarət idi» (107, s.9).  

Şairin həyatda gördüklərindən tipik və lazım bildiyini 

seçərkən məqsədi bu idi ki, çatdırmaq istədiyi ideyanı «oxucu-

ya aşılamaqda qüdrətli vasitəyə çevrilə bilsinlər» (107, s.9). 

Onun satirası qədər mövzusu olduğunu, hər şeydən seçib yaz-

mış olduğunu, mövzu rəngarənliyini görən tədqiqatçı bununla 

belə onun yazdığı  əsərləri qruplaşdırmaq imkanlarının «müm-

künlüyünü» görür: «Fəhlə  həyatı, inqilabi mübarizə, çarizmə 

qarşı, ailə-məişət məsələləri, ziyalılar, avamlığa, cəhalətə qarşı, 

qadın azadlığı, məktəb həyatı, tərbiyə  məsələsi və s» (107, 

s.10).  


                                                                                      Gülxani Pənah 

 

 



208 

Mövzunu işləyərkən süjeti quran şair tip və hadisələri 

ayrı-ayrı satiraları «əsasında qoyur», bu tiplər «obraz səviyyə-

sinə qaldırılır». Yazıçı təfəkküründən keçirilmiş «əksər hallarda 

ümumiləşdirilən tiplər», tiplərinin çox müxtəlifliyi, «xarakter 

xüsusiyyətləri, ictimai mənşələri, habelə dünyagörüşləri ilə bir-

birindən tamamilə  fərqlənən tiplər» olduğu araşdırılır.  Şairin 

öz arzu və ideyalarına uyğun müsbət və ya mənfi tip seçməsi, 

«fərdi və ümumi cizgisini» yaratması  dəyərləndirilir: «Fəhlə, 

özünü sən də bir insanmı sanırsan?»-deyən kapitalistin seçil-

məsi və sözlərin onun dili ilə deyilməsi passiv və ya təsviri 

xarakter daşımır. Şair çox fəal, hətta tendensiyalı bir şəkildə öz 

mənfi qəhrəmanının qəlbinə girir, onu danışdırır, hirsləndirib 

acıqlandırır, açıq deməsə  də, çox pis adam olması haqqında 

fikir yaradır» (107, s.10). 

Tədqiqatçı  həcmcə kiçik əsərlərdə tip yaratmağın çətin-

liklərini doğru olaraq görür. Bir-iki misrayla, beytlə  canlı bir 

insan surəti yaratmaq, bir qrup adamların xarakter-tipik nüma-

yəndəsi olduğuna oxucuları inandırmaq “böyük məharət» tələb 

edir, amma Sabirin imkanlarını, onun az sözlə, hətta bir 

misrayla tip yaratmaq qabiliyyətini  

Əfsus qocaldım, ağacım düşdü əlimdən, 

Səd heyf cavanlıq! 

-misrasını nümunə  gətirməklə fikirlərini sübut edir. 

«Oxucunun gözü qarşısında qocanın daxilini açmaq üçün «əf-

sus» və «səd heyf cavanlıq» sözləri kifayətdir. «Ağacın əlindən 

düşməsi» isə onun xarici haqqında müəyyən təsəvvür oyadır. 

Şübhəsiz, bu tipin hələ tam portreti deyildir. Bunun üçün cəmi 

bir səhifədən ibarət olan şeiri oxumaq kifayətdir» (107, s.11). 

Şairin tipin tam portretini yaratmaq üçün  onun xarakter 

xüsusiyyətlərini ilk misrada dediklərinə «əlavə» etdiyini deyən 

tədqiqatçı «məlum olur ki, qoca zəiflik üzündən  əməlindən 

qalmış, ziyan çəkmiş, cavanlığı yada düşdükcə  dərdi on qat 

artmışdır. «Saqqalın ağarıb», «belin bükülməsi» və s. kiçik 

əlavələr portretin görünüşünü tamamlayır» (107, s.11). 


Gülxani Pənah 

 

 



209 

«Bədii  əsərdə surətin xarici görkəminin sözlə ifadəsinə 

portret deyilir. Yazıçı  bədii  əsərdə yaratdığı surəti oxucuya 

daha dolğun, yaddaqalan şəkildə təqdim etmək üçün ona müx-

təlif cəhətdən yanaşır; onun danışıq tərzini, davranışını, 

rəftarını təsvir etməklə yanaşı  xarici görkəmi: boyu, bədəninin 

quruluşu, rəngi, üzünün əsas cizgiləri, geyimi haqqında da 

məlumat verir... o sözlə obrazın portretini çəkir» (109, s.153). 

Xəndan Sabirin kiçik həcmli şeirdə «həm daxili, həm də xarici 

portret yaratmaq səy»ini dəyərləndirir. Onun 

Cəhd eylə sən ancaq nəzəri-xalqda pak ol, 

Məxluqu inandır. 

Xasiyyətin od olsa da, ətvarda xak ol, 

Sök aləmi yandır. 

Xalqın nəzərin cəlb elə qurşağa, qəbayə, 

Məclubi-uyun ol; 

Hər hiyləvu bicliklə gir, əlbəttə, əbayə, 

İmanə sütun ol; 

Səy eylə ki, saqqal uzanıb üç çərək olsun, 

Papaq ona nisbət; 

Qurşaq da, bilirsən ki, on arşın gərək olsun, 

Təfsilə nə hacət... (107, s.12). 

-misralarında çox «əcayib, mənfur və biabırçı bir portret yarat-

ması»nı yüksək qiymətləndirir. Tədqiqatçı bir ədəbiyyat nə-

zəriyyəçisi kimi bu fikirdədir ki, «portretin daha canlı və təsirli 

çıxması üçün tipin əhval-ruhiyyəsi, daxili həyəcanları da təsvir 

edilməlidir. Ürək çırpıntısı, qorxu, sevinc, təlaş və s. keyfiyyət-

lərin təsviri satiraları daha maraqlı, tipləri daha canlı, fikri daha 

təsirli edir» (107, s.12). Sabir bu işdə böyük məharət göstərir. 

Şairin bəzən tip haqqında «özü danışdığı» («Könlüm 

bulanır küçədə covlanını görcək»), bəzən tipin «öz-özünü tanıt-

dığı» («Ah eylədiyim nəşəyi-qəlyanın üçündür»), bəzən iki 

tipin danışmasıyla başqa tiplər haqqında «təsəvvür yaradıldığı» 

(«Xandostu, amandı, qoyma gəldi») və s. mövzu rəngarəngliyi 

ilə bağlı  şairin  əsərləri üzərində apardığı  təhlil və  tədqiqatları 


                                                                                      Gülxani Pənah 

 

 



210 

tədqiqatçını bu qənaətə  gətirir: «Əsl sənətkar öz mövzusu ilə 

yaşayır, tiplərini yaradıb qurtarmayınca onlardan ayrılmır, 

narahat olur. Sabir də öz tiplərini belə duymuş, öyrənmiş, satira 

yazılanadək onlardan ayrılmamışdır. Sabirin satiralarında milli 

kolorit, fərdi xüsusiyyətlər və tarixən konkretlik çox güclü olsa 

da, onlarda böyük bir ümumiləşdirmə xüsusiyyəti nəzərə çar-

pır» (107, s.13). 

Tədqiqatçı şairin əsərindən nümunə gətirir: 

Mailəm, cümlə bilir, dövləti-didarına mən, 

Ki, baxam sübhü məsa şövq ilə ruxsarına mən. 

Dinimi, məzhəbimi sərf edəm israrına mən, 

Dəyməyim batsa cahan dirhəmi dinarına mən, 

Müstəhəqlər qala sənduquna yeksər nigəran, 

Biəbi əntəvə ümmi sənə canım qurban! 

Və  bildirir ki, «Xüsusi mülkiyyətin hakim olduğu cəmiy-

yətin pulgirinin bu tipik surəti təkcə Azərbaycan üçün deyil, 

İran, Türkiyə  və ya Orta Asiya ölkələri üçün də tipik sayıla 

bilər. Biz bu dairəni bir az da genişləndirib Avropa, Afrika 

ölkələrində  də belə  xəsis pulgirlərdə bu sifətlərin olduğunu 

deyə bilərik. Təkcə öz mənfəətlərini güdən, can verərkən belə 

puldan ayrılmayan, öz uşaqlarını ac qoyan belə adamlar 

haqqında  şairin elə tutarlı misraları var ki, onları yaratmaq 

ancaq böyük realist sənətkarlara xas olan keyfiyyətdir» (107, 

s.14). 

Tiplərin daxilini açarkən  şairin mükalimədən geniş  şə-



kildə istifadə etdiyini, ata ilə oğulun, qarı nənə ilə avam qızın, 

ziyalı ilə köhnəpərstin, kapitalistlə fəhlənin, dövlətli ilə kasıbın 

və s. arasındakı mükalimələrin təkcə tipin deyil, onu əhatə edən 

ictimai mühit və obyektiv aləmin də çox canlı «mənzərəsini ya-

ratdığını» deyir və bu cəhətdən «Sual-cavab» satirasını nümunə 

gətirir: 

«Şəhri-məlumunuzun vəzu qərarı neçədir? 

Həmdülillah, necə görmüşdümsə Nuh, eyləcədir. 



Gülxani Pənah 

 

 



211 

Elə sual yeni məktəbə, qəzet oxumağa, qiraətxana aç-

mağa keçir, bununla əlaqədar olaraq söhbətin ahəngi də dəyişir. 

Daha sonra aclara yardım məsələsi, dul arvadların vəziyyəti, 

xalqın birliyi kimi ictimai dərdlər satirik qəhrəmanın halını 

pozur. O sanki barıt kimi partlamağa bir bəhanə axtarırmış kimi 

«sünni-şiə  təəssübləri ləğv oldumu?» sualını  eşidərkən güllə 

kimi açılır, danışığına tamamilə başqa bir ahəng verərək: «Nə 

dedin? Küfr danışdın, cıraram ağzını ha» sözlərilə müsahibini: 

«bəcəhənnəm ki, gedirsən!...»-deyə qovur da». Göründüyü kimi 

şair sanki öz qəhrəmanının ürəyinə girərək nə varsa açıb 

tökmüşdür (107, s.15). Sabirin bir şair kimi tipin zəif cəhət-

lərini «çox yaxşı duyması», xarakterini açmaq üçün bunları 

«üzə çıxartması» bacarığını görür. 

Tədqiqatçı  şairin tip yaradarkən həyatından maraqlı bir 

epizod, tipik bir hadisəni verməklə «kifayətlənib», bəzən 

«təfərrüata» keçməsini, tipin bu təfərrüatla verilməsinin bir nə-

fərin deyil, bir çoxlarının (məsələn, mollaların) haqqında müəy-

yən təsəvvür yaratmasını «Bir məclisdə on iki kişinin söhbəti» 

satirası  əsasında təhlil edir, şairin hər misrada bir peşənin 

nümayəndəsini ustalıqla xarakterizə etdiyini bildirir: 

V ə k i l 

Haqsıza haqlı deyib bir çox günaha batmışam. 

H ə k i m 

Dərdi təşxis etməyib, qövm-əqrəba ağlatmışam. 

T a c i r 

Mən həlal ilə həramı bir-birinə qatmışam. 

R ö v z ə x a n 

Ümmətin pulun alıb, mən gözlərin islatmışam. 

D ə r v i ş 

Nerdə bulsam soz açıb min-min yalan söz satmışam. 

S o f i 


Ruzü şəb haq-haq deyib, mən hər kəsi oynatmışam. 

M o l l a 

Gündə bir fitva verib, məxluqu çox aldatmışam. 


                                                                                      Gülxani Pənah 

 

 



212

E l m 


Qəti-ümmid etmişəm, yeksər bu qövmü atmışam. 

C ə h l 


Ortada keyf eyləyib mən həm mərama çatmışam. 

Ş a i r 


Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam. 

Ə v a m 


Anlamam hərgiz, cəhalət bəstərində yatmışam. 

Q ə z e t ç i 

Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam. 

Bu şeirdə tip haqqında deyilən sözlərin peşə sahibini ifşa 

etmək üçün münasib seçilməsindən başqa şairin tendensiyası da 

çox mənalı  şəkildə ifadə olunmuşdur» (107, s.16). Tip və ya 

portret yaratmaqda yazıçının «bitərəf ola bilmədiyini» deyən 

tədqiqatçı Sabiri nəinki bitərəf deyil, hətta «açıq tendensiyalı 

şair» kimi yüksək qiymətləndirir. 

Sabirin yaratdığı tiplərin zaman və məkanından çıxıb bir 

çox dövrlər, ölkələr üçün xarakterik olduğu, onların hər zaman 

müasir olduğu, keçmişin qalıqlarına (tənbəllik,  ətalət, xudpə-

səndlik, lovğalıq, nadanlıq və s.) qarşı mübarizədə bu satiraların 

əhəmiyyəti qeyd edilir. 

Bədii  əsərlərdəki tipin həyatdakı  şəxsin özü olmadığı, 

onun yazıçı təfəkküründən keçirilərək yaranan obraz olduğunu 

bildirən tədqiqatçı Sabirin tiplərini də onun yaradıcı təxəyyülü-

nün məhsulu bilir, Sabir realizmin əsasını təşkil edən tipikləş-

dirməni «çox yaxşı bilir»: «O, ola bilsin ki, nəzəri cəhətdən 

bilməsə  də, yaradıcılıq qabiliyyəti ilə hiss edirdi ki, tipikləş-

dirmə-həyat hadisələri və  şəxsiyyətlərin fərdiləşdirilmiş, eyni 

zamanda ümumiləşdirilmiş formada elə  bədii ifadəsidir ki, 

bunsuz ədəbiyyat yoxdur» (107, s.17). 

Tədqiqatçı fikirlərində haqlıdır ki, tipin fərdiləşdirməsi 

olmasa, rəngarənglik olmaz, bütün tiplər (mollalar, kapitalistlər, 

hakimlər və s) bir-birinə  bənzər «ədəbiyyat cansıxıcı söz 

yığımına çevrilərdi» (107-17). Sabirin tiplər silsiləsini yaradar-


Gülxani Pənah 

 

 



213 

kən ümumiləşdirmə ilə yanaşı  fərdiləşdirməyə diqqəti də 

gözdən yayınmır. Bu fərdiləşdirməni satiralarının dilində  də 

«hiss» edən, bu xüsusiyyətilərin satiralarının təkcə dilinə deyil, 

həm də  vəzninə «təsir»ini, müxtəlif ahəngli, formalı  şeirlərin 

yaranmasına diqqəti çəkən tədqiqatçı Sabir satiralarındakı peşə 

sahiblərinin dilindəki fərqi və bundan doğan vəzn rəngarən-

liyini tiplərin danışığı əsasında araşdırır: 

Mən şahi-qəvi-şövkətəm İran özümündür! (şah) 

Ay nənə, bir qırmızı saqqal kişi... (uşaq) 

Xandostu, amandı, qoyma gəldi! (qız) 

Ay başı daşdı kişi, dinmə uşaqdır uşağım. (ana) 

Ax, necə kef çəkməli əyyam idi... (köhnəpərəst) 

Şahim, tacidarım, qəvi şövkətim (sərkərdə) və. s. 

Burada hər misranın təmsil etdiyi şəxsin digərinə «bən-

zəmədiyi», «hətta eyni vəzndə yazılmış  şeirlərdə» belə  fərqin 

olduğu, «sözlərin seçilməsi və tipi xaraterizə etməsi işində 

şairin sənətkarlığına tədqiqatçı «heyranlığını» gizlətmir: «hey-

rət, təəccüb, sevinc, kədər və s. hisslərin satiralarda çox təbii 

ifadəsi misraları dolduran sözlərin düzülüşündə özünü göstərir. 

«Çatlayır, Xanbacı, qəmdən ürəyim» misrasındakı təbiilik, can-

lılıq və reallıq ona görə sənətkaranədir ki, sözlər məhz belə dü-

zülmüşdür. Bu sözlərin heç birini digərinin yerinə qoymaq ol-

maz, çünki vəzn, ahəng və  məna pozulduğu kimi, bədii təsir 

dairəsi də xeyli azalar» (107, s.18). 

Sabirin poetikasındakı müasirlik və aktuallıq da C.Xən-

danın nəzərindədir. Onun yaradıcılığında müasirliyin, aktuallıq 

və  həyatiliyin «qüvvətli» olduğunu bildirən tədqiqatçı onun 

yaradıcılığında yaşadığı dövrün ən mühüm hadisələrinin satira-

larında öz əksini tapdığını bildirir: «Böyük realist sənətkar olan 

Sabir öz dövrünün siyasi hadisələrini dərindən müşahidə etməyi 

bacarırdı. Epoxanın mühüm siyasi məsələləri onun gözündən 

qaça bilmirdi» (107, s.27). 

Tədqiqatçı İranı Rusiya ilə birlikdə bölüşdürməyə çalışan  

İngiltərə imperializminin yeritdiyi siyasəti, gərgin ictimai-siyasi 


                                                                                      Gülxani Pənah 

 

 



214

münasibətləri  şairin «dörd misralıq bir epiqramda çox düzgün 

və tarixi həqiqətə uyğun şəkildə» əks etdirdiyini qiymətləndirir: 

Almaniya imperatoru Vilhelm deyir ki, 

Möhtərəm iranlılar, sizdən təmənnamız budur: 

Bir də İran hifzini bizdən təmənna etməyin. 

Çünki Rusun, İngilisin xatiri bizdən sınar, 

İncinərlər, siz dəxi artıq təğəlla etməyin. 

«Dörd misralıq bu kiçik şeiri yazmaq üçün böyük siyasi 

hadisələri-üç dövlətin İran haqqındakı siyasətini bilmək, dövrün 

nəbzini tutmaq və xalqın arzusunu ifadə etmək lazım idi. Bütün 

yaradıcılığını müasir mövzulara həsr edən  şair üçün bu çətin 

deyildir» (107, s.28).  

Müasirlik və aktuallıq prinsipinin Sabir poetikasında bir 

sıra yeniliklərin yaranmasına «səbəb» olduğu, bədii publisis-

tikanın gücləndiyi, şairin satiralarına «burjua-mülkədar cəmiy-

yətinə xas olan tipik hadisələrin təsvirini, mövzu rəngarəng-

liyini və bunun zəngin söz ehtiyatını (inqilab, ixtişaş, parlaman 

məşrutə, hürriyyət və s) gətirdiyini (107, s.28), bu prinsipin 

satiranın poetik xüsusiyyətlərində  də özünü göstərdiyini, 

«köhnə  təşbih-istiarələr, cinaslar, məcazlar  şairə müasir zövqə 

görə «nöqsanlı» göründüyündən, bu sahədə «bir sıra yeniliklər» 

yaratmış olduğunu bildirir. Şairin yaradıcılığındakı bu müa-

sirlik və aktuallıq prinsipi ədəbiyyatımızın sonrakı inkişafında 

da mühüm rol oynayır, bu ənənələr  ən qüvvətli realist sə-

nətkarlar tərəfindən inkişaf etdirilir, sovet ədəbiyyatında daha 

geniş yayılır. 

C.Xəndan bədii məntiqi sənətkarlığın başlıca xüsusiy-

yətlərindən biri bilir: «sözlər, ifadələr, misralar, beytlər və 

bəndlər arasındakı monolit əlaqə bədii məntiq yaradır». Füzuli 

bu prinsip üzərində «yaradıcılığını qurdu», bu prinsipi Sabir də 

öz yaradıcılığında «qorudu», satirik əsərlərin  tələbinə uyğun 

olan «bədii məntiq yaratdı». Bədii cəhətdən  əsaslandırılmış 

məntiqin daha «qüvvətli və  təsirli» olduğunu deyən tədqiqatçı 

nümunələrə diqqəti çəkir: «Lovğalaşıb, a görməmiş, çox da 


Gülxani Pənah 

 

 



215 

belə  fırıldama» misrası ilə başlanan satirada Sabir başqa bir 

şairə deyir ki, «dinmə, danışma, yat balam, sən deyən olmayıb 

hələ!». Bu kəskin hücumu əsaslandırmaq üçün Sabir məntiqi 

dəlillərini bir-bir sayır: 

Müntəzəm olmamış əməl rövnəqi-kar olurmu ya! 

Sübh tülu etməmiş vəqti-nahar olurmu ya! 

Bir gül açılmaq ilə də fəsli-bahar olurmu ya! 

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ! 

Bu bənddəki fikirlərin, dəlillərin hamısı  həm məntiqi, 

həm də  bədii cəhətdən  əsaslandırılmışdır. Doğrudan da, iş 

müntəzəm olmamış «rövnəqi-kar», «bir gül açılmaq ilə bahar» 

və sübh açılmamış da günorta ola bilməz. Bu həyati məntiqin 

qiyməti ona görə böyük, təsiri ona görə qüvvətlidir ki, adi sözlə 

deyil, bədii dillə, obrazlı  təfəkkürün nümunəsi kimi ifadə 

olunmuşdur, görürsünüz, üç misranın üçü də bir dəlilin qüvvət-

lənməsinə kömək edir: «sən deyən olmayıb hələ! Daha doğ-

rusu: biz deyən olmayıb hələ!» (107, s.30). 

Satirik tipin özünəməxsus məntiqinin olduğunu deyən 

tədqiqatçı şairin yaratdığı kapitalistin nitqini təhlil edir: «kapi-

talist öz məntiqi ilə isbat etmək istəyir ki, fəhlənin öz hüququnu 

tələb etməyə, ayağa qalxmağa, ayrılmağa və s. ixtiyarı yoxdur. 

Çünki onun paltarı köhnə, papağı motaldır. Çünki o, keçmişdə 

bəyə yalvarıb, nücəbaları görəndə ayağa durub, ikiqat əyilibdir. 

Bəşəriyyət aləmində pay axtaranın «rütbə-vücəlalı», «pulu, 

mülkü, malı», «qəsri-zərnigarı» olmalıdır. Nəhayət, kapitalist 

belə bir dəlil irəli sürür ki,  

Əgər istəsəydi allah ki, səni edəydi məqbul

Bizə verdiyi tək, əlbət, sənə həm verərdi pul-mul, 

De, utan ləyaqətindən, barı olma bunca məchul! 

Quru, boş əl ilə umma özünə kəmalə fəhlə. 

Kapitalistin məntiqi isə belədir.  Əlbəttə, bu yol ilə  şair 

fəhləni deyil, kapitalisti ifşa edir, onun məntiqi dəlillərinin 

tamamilə məntiqsiz olduqlarını oxucuya başa salır». Tədqiqatçı 

fikirlərində haqlıdır ki, «kütbeyin, şüur və  mədəniyyət dairəsi 


                                                                                      Gülxani Pənah 

 

 



216

dar, savadsız, qanacaqsız, varlanmaqdan başqa heç bir şey 

bilməyən», xalqa heç bir xeyir verməyən kapitalistin «məntiqi, 

«fəlsəfəsi» və  dəlili bu səviyyədən irəli gedə bilməzdi» (107, 

s.31). 

Realist şairin həyatı dürüst verdiyi, güzgüdə hər kəsin öz 



əksini gördüyü, əməlindən xəcalət çəksə də şairin bədii cəhət-

dən heç bir güzəştə yol vermədiyi, kapitalistin dəlillərini onun 

dünyagörüşü  əsasında, bədii formada əks etdirmiş olduğu 

açıqlanır. 

Satira üçün əlverişli priyomlardan biri «məntiqsizin 

məntiqindən danışmaqdır»deyən tədqiqatçı bildirir ki, «məntiq-

sizlik ağıldan kəm adamlara xas olan keyfiyyətdir. Satirik 

mübaliğə yolu ilə  bəzən ağıldan kəm olmayan adamların ifşa-

sını vermək üçün onları məntiqsiz səviyyəsində göstərib gülür, 

ifşa və biabır edir» (107, s.31). Şairin «Şahnamə» adlı satirasını 

nümunə gətirir. Səttarxan hərəkatını boğmaq üçün şah tərəfin-

dən göndərilən qoşunun başçısı sərkərdə məğlubiyyətə uğrayır: 

«O məğlubiyyətinin səbəblərini  əsaslandırmağa çalışdıqca 

dəlillərindəki məntiqsizliklə» özünü ifşa edir: «O yazır ki, 

mücahidləri öldürmək üçün qoşunu çox dəbdəbə ilə sizin hüzu-

runuzdan çıxardıb, Təbrizə  tərəf yola düşdük. Döyüş meyda-

nına gələnə kimi hər bir dəbdəbə yerində idi. Elə ki, düşmən 

tərəfə casus göndərmək lazım gəldi, «ha mən söylədim, bir 

gedən olmadı». Daha sonra Səttar xanın hücumunu təsvir edən 

sərkərdə yazır:  

Nə gördüm, qaçır tülkünisbət qoşun, 

Özün də görsəydin gələrdi xoşun. 

Haray basdım, ah, vah, aman, qaçmayın! 

Davam eyləyin bir zaman qaçmayın! 

Sözüm batmadı ləşkərin beyninə, 

Ox, ox!  Batdı ox dövlətin eyninə, 

Qoşun qaçdı, başladı meydani-cəng, 

Bütün getdi yəğmayə, turu tüfəng, 

Çu gördüm olur vəzi halım təbah, 


Gülxani Pənah 

 

 



217 

Gətirdim iyirmi qazağa pənah. 

Yanan qəlbimə sanki su saçdılar, 

O yerdən alıb də məni qaçdılar. 

Budur  surəti-ərzihalım mənim, 

Mücahidlər ilə cidalım mənim. 

Qəvi şövkətim, indi fərman nədir? 

Buyur mad nədir, baş nədir, can nədir? 

Əgərçi, qaçanda atı yormuşam, 

Yenə hər nə hökmün ola durmuşam. 

Məncə, satirik komediyanın gözəl bir nümunəsi kimi 

qiymətləndirilə bilən bu gözəl sənət əsəri öz yeni ifşa priyomu 

ilə satirik ədəbiyyatımızın  ən yaxşı nümunələrini davam et-

dirir» (107, s.32).  

M.F.Axundovun «Aldanmış  kəvakib»ində özünü öyən, 

məntiqsiz niqti ilə ifşa olunan tiplərin surətini yaratdığını yada 

salan tədqiqatçı bu «ənənəni» davam  etdirən şairin «Aldanmış 

kəvakib»dən fərqli olaraq «müasir mövzuya» müraciət etdiyini, 

«konkret tarixi hadisə  və  şəxsiyyətlərin simasında inqilabi 

hərəkatın  ən aktual bir məsələsinin bədii təsvirini» verdiyini 

deyir: «Diqqət edilsə görülər ki, burada məntiq heç də  şairin 

özünə  məxsus olan məntiqdən zəif çıxmamışdır. Bədii təsvir 

qüvvəsini artırmaq üçün-təşbih, istiarə, bədii sual, nida, təkrar, 

kontrast, təriz və sairədən geniş istifadə olunduğu göz qaba-

ğındadır» (107, s.32).  

Şairin  əsərlərindəki bədii məntiq araşdırılır, tədqiqatçı 

bədii məntiqin kəsərli, tutarlı dəlillərə əsasən qüvvətli olduğunu 

deyir, bu cəhətdən  şair «tipin şüuruna, biliyinə, qabiliyyətinə 

görə belə dəlilləri tapmaqda çətinlik çəkməyir», yaradıcılığında 

hər misrada, beytlər, bəndlər arasında bədii məntiq «gözləni-

lir», bədii məntiqindəki «monolitlik və tutarlıq» həqiqi sənət 

əsərlərinin «rəhni sayılir», çox qüvvətli priyomlarından «dönə-

dönə istifadə etməkdən» çəkinməyir. 

Sən o deyilmidin dedin: Dumdur ümidgahımız? 

Mən demədimmi var buna dumduru iştibahımız? 


                                                                                      Gülxani Pənah 

 

 



218

Bu fikrin başqa şəkildə təkrarı olan 

Sən demədinmi Dumada rəf olur ehtiyacımız? 

Mən demədimmi çox yemə, tez pozular məcazımız? 

misralarını diqqətə çatdıran tədqiqatçı «bunları özünün təkrarı 

deyil, fikri, məntiqi qüvvətləndirmək üçün priyom kimi qiymət-

ləndirmək olar»-deyir (107, s.39). Şairin poetikasının priyom-

larla «zənginliyi»ni deyən tədqiqatçı «bu bir həqiqətdir ki, xalq 

şairinin poetik prinsipləri təkcə XX əsr  ədəbiyyatımız üçün 

deyil, sonrakı  şeirimiz üçün də  əhəmiyyətli idi. Bu prinsiplər 

bir də ona görə yüksək qiymətə malikdir ki, bunlarla gələcəkdə 

inkişaf etməli olan yeni şeirimizin bünövrə daşları qoyulurdu» 

(107, s.40). 

Kinayə söz sənətkarlarının bədii  əsərdə tez-tez müraciət 

etdiyi ifadə vasitələrindən biri olub  ədəbiyyatşünaslıqda iro-

niya sözü ilə də əvəz olunur, ərəb sözü olub mənası tənə etmək, 

toxunmaq mənasındadır, ironiya da yunan sözü olub hiy-

ləgərlik, istehza deməkdir: «Kinayə üçün xarakterik cəhət on-

dan ibarətdir ki, fikrin ifadə  tərzi onun məzmununa, daxili 

mənasına qarşı qoyulur, ifadəyə, danışığa emosional təsir 

göstərilir. Bu təsir gücü nəticəsində də kinayə olunan mənfi tip 

demək olar ki, sarsılır» (109, s.200). 

Sabirdə «konkret kinayə forması» görməyən tədqiqat-

çılardan fərqli olaraq C.Xəndan kinayələrin ifadə formaların-

dan, spesifik cəhətlərindən danışmağın, onları qruplaşdırmağın 

mümkünlüyünü görür. Bunlar aşağıdakılardır: 

Tərifləmə yolu ilə kinayə.   

Pisə yaxşı deməklə yaranan kinayə. 

Yaxşıya pis deməklə yaranan kinayə. 

Nəsihət və məsləhətlərlə kinayə. 

Avamların kinayəsi. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin