Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

kafir adlandıranlar, camaatı bir-birinə  qırdıranlar,  ədalətsiz 

hökm çıxaran hakimlər, yetimlərin malını yeyənlər, rəiyyətə 

zülm edən hakimlər, camaat malına xəyanət edənlər, una torpaq 

qatıb çörək bişirənlər, hökumət adamlarına yaltaqlıq edib xalqı 

satanlar, qoç, bildirçin, xoruz döyüşdürənlər, gündə yüz dəfə 

yalandan and içib malı baha qiymətə satan tacirlər və s. mənfi 

tiplər də haman «müqəddəs» adamlarla cəhənnəmdə  əzab 

çəkməkdədirlər» (29, s.219). 

Tədqiqatçı yazıçının fikrini araşdırır, açıqlayır və bildirir 

ki,  bu günahkarların hər biri cəhənnəmə düşərkən «çar kazak-

ları əlsiz-ayaqsız füqəranın üstünü alan kimi» mələklər də onun 


                                                                                      Gülxani Pənah 

 

 



144

üstünü alıb «odun içinə sürükləyir», beləliklə, yazıçı cəhənnə-

min dəhşətli zülmü ilə ictimai həyatdakı zülmü müqayisə edir, 

mələkləri «bizim qaradovoylara bənzədir».  

Kamran Məmmədov yazır: «Cəhənnəm məktubları», 

«Mozalanbəyin səyahətnaməsi», «Marallarım» kimi əsərlərdə 

din, cəhalət, nadanlıq və köhnə etiqadlara istehza edilir, xalqın 

ruhunu, zehnini zəhərləyən din «mübəlliğləri» kəskin tənqid 

atəşinə tutulurdu. «Cəhənnəm məktubları» dinə qarşı çevrilmiş 

pamfletdir.  Əsərin nə  məqsədlə yazıldığını Haqverdiyev belə 

izah edir: «Bu əsəri yazmaqdan məqsəd mövhumatın avam xal-

qın başında nə  dərəcədə bir mövqe tutmasını göstərmək idi» 

(55, s.186). 

Əsərin sonunda həyatda baş verən inqilab nəticəsində oz 

qoşunları ilə  cəhənnəmə vasil olan çarı  Cəhənnəm  əhlinin bir 

qismi qəbul etmir: «İstəmirik, gəlməsinlər! Onları biz aramıza 

qoymayacağıq! Onlar bizə  cəhənnəmdə  də rahat yatmağa 

imkan verməyəcəklər»,-deyirsə, ruhanilər, əyanlar-bəylər, ağa-

lar, dvoryanlar və s. iki qat olub təzim edirlər. Göründüyü kimi, 

yazıçı real həyati hadisələri təsvir etmiş, ictimai əlaqələrə öz 

münasibətini bildirmişdir» (29, s.219). 

 Yazıçının «Odabaşının hekayəsi» əsərini də «maraqlı bir 

süjet üzərində qurulmuş bədii əsər kimi», «realist nəsrimizin ən 

gözəl nümunələrindən» biri kimi qiymətləndirir. Yazıçının ifşa 

etdiyi o tiplərin yazıçının dövründə sağ olmasına baxmayaraq 

ədibin «nə hakim dairələr, nə  də onların müdafiə edikləri bu 

mürtəce qüvvələrdən qorxub çəkinmədən onların qüvvətli ifşa-

sını» verməsi, onun demokratik fikirli bir ziyalı kimi «Molla 

Nəsrəddin» ideyalarını yayması, bu üslubda hekayələr yazması, 

nəsr  əsərlərindəki formanın qeyri-standartlığı, «mövzunun 

səciyyəsi, mündəricəsindən asılı olaraq ədibin «müxtəlif for-

malara» müraciəti, «gah tənqid, gah xatirə, gah felyeton və s 

şəkillərdə» əsərlərini yazması tədqiq edilir. 

«Pir», «Uca dağ başında», «Acından təbib», «Diş ağrısı», 

«Qiraət», «Şeyx  Şaban» kimi hekayələrində  də feodal qanun-


Gülxani Pənah 

 

 



145 

qaydalarının hökm sürdüyü bir şəraitdə «xalqın nə qədər avam, 

cahil, geridə qalmış olduğunu» göstərdiyi, «onun maarifə, 

mədəniyyət və  nəhayət öz hüququnu anlamağa» çağırışını, 

onun satira və yumordan geniş  və ustalıqla istifadəsini təd-

qiqata cəlb edən C.Xəndan «Şeyx-Şəban»ı Qoqolun «Köhnə 

dünya mülkədarları»  əsəri kimi dəyərli bilir. «Qoqol «Köhnə 

dünya mülkədarları»nda öz xalqına necə xidmət etmişsə, bu 

əsər də bizim üçün bir o qədər əzizdir» (29, s.223). 

 Seyid Hüseyn 1915-ci ildə «Açıq söz» qəzetində «Şeyx 

Şəban» hekayəsinə dair yazdığı məqalədə bu əsəri Azərbaycan 

nəsrinin klassik nümunələrindən biri kimi yüksək qiymətlən-

dirmişdir. Azərbaycan həyatının tipik bir lövhəsini sənətkarlıqla 

əks etdirdiyini, dialoqların təbii və təsvirlərin reallığına diqqəti 

çəkən tənqidçi  onu  realist bir sənətkar  kimi    dəyərləndirir. 

Seyid Hüseyn yazır: «Haqverdiyev faciənəvisliyi və dramçılığı 

ilə  məərufdur. Faciənəvislərin birinci məziy-yətləri  şəxslərin 

əhvali-ruhiyyəsinə diqqət etmək, onları layiqincə  təsvir 

etməkdir. Bu məziyyəti Haqverdiyev cənablarında da görü-

yoruz» («Açıq söz» qəzeti, 21 dekabr, 1915-ci il, №66). 

Ədibin «Diş  ağrısı» hekayəsilə Çexovun «Cərrahlıq» 

hekayəsi arasında «yaxınlıq» araşdırılır, müqayisələr aparılır. 

Lirik hekayələrində Qorkinin «təsirini» görür, ondan etdiyi 

tərcümələri («Arxip baba və Lyonka», «İzergil qarı», «Makar 

Çudra», «Xan və oğlu»)  əsas götürür, yazıçının Qorkidən çox 

şey öyrəndiyi qənaətini bölüşür. 

Onun  əksər hekayələrinin novellalardan ibarət olduğunu 

deyir. «Mütrüb dəftəri», «Pir», «Şəbih» kimi əsərlərindəki 

epiqrafların «əsərin  əsas mövzusu ilə» oxucunu tanış etdiyi 

fikrindədir. 

Qasım əmi, dur qapını cəftələ, 

Qorxuram adın yazıla dəftərə. 

 («Mütrüb dəftəri») 

Cəfər Xəndan yazıçının «Pir» hekayəsinin: 

Qurban olum pir sana, 


                                                                                      Gülxani Pənah 

 

 



146

Nə yatmısan dursana.  

(«Pir») 

Və yaxud, «Şəbih» hekayəsinin epirqaflarını yada salır: 

Ey dad şümr əlindən

Fəryad şümr əlindən. 

Fələk götürdü qaçdı, 

Bir cad şümr əlindən.  

«Ə.Haqverdiyev bir sıra hekayələrində («Şəbih», «Pir» 

və s.), o cümlədən haqqında danışdığımız «Mütrüb dəftəri» 

hekayəsində müvəffəqiyyətlə düzəltdiyi epiqraflar verir. Bu 

epiqraflar bilavasitə hekayənin məzmun və qayəsilə bağlı 

olduğu kimi, oradakı tiplərin xarakterinin açılmasına da kömək 

edir» (58, s.222). 

Sovet hakimiyyəti illərində yazdığı «Ağac kölgəsində» 

pyesində sovet hakimiyyətinin qələbəsini əks etdirdiyini, xalqın 

azadlığı  uğrunda apardığı mübarizəsini  əks etdirən «Yoldaş 

Koroğlu»  əsərini qeyd edir. «Köhnə dudman»-doqquz pərdə, 

iki hissədən ibarət olan bu pyes «xanlıqlar dövrünü, XIX, XX 

əsri və  nəhayət Azərbaycanda Sovet hakimiyyətinin 

qurulmasını» təsvir etdiyini, «vaxtilə «atalar və  oğullar» 

məsələsini öz dram əsərlərində qoyan» yazıçının «bu dəfə 

nəvələri də göstərməyə» çalışdığı bildirilir. «Sovet dövrünün 

təsviri ilə əlaqədar olan ikinci hissənin «Baba yurdu» adlanması 

da təsadüfi deyildir. Demək, bu əsərdə üç nəsil-babalar, oğullar 

və nəvələr simasın-da tariximizin üç dövrü göstərilmişdir» (29, 

s.226). 

Yazıçının «Mirzə  Səfər», «Koroğlu» kimi hekayələrinin 

«yeni həyat uğrunda mübarizələri»  əks etdirdiyi, yeni həyata 

mane olan tipləri ifşa etdiyi qeyd edilir: «o, bir sıra hekayə-

lərində («Koroğlu») müasir insanın, ziyalı bolşevik obrazını 

yaratmaq» istədiyini, «bu obraz tam canlılığı və reallığı ilə çıx-

masa da, əsərlərinin ideya-məzmun cəhətdən  inkişafı üçün 

ədibin təşəbbüs göstərdiyini» sübut etdiyini deyir (29, s.228). 



Gülxani Pənah 

 

 



147 

Yazıçının sovet quruluşuna məhəbbəti bu əsərdə gös-

tərilsə  də, sovet quruluşu uğrunda gedən mübarizənin göstə-

rilməməsini, üçüncü nəslin yetişməsində siyasi-ictimai şəraitin 

verilməməsini əsərin «zəif» cəhətlərindən hesab edir. 

Ə.Haqverdiyevin bir yazıçı kimi nəsr  əsərlərinin ideya-

məzmun xüsusiyyətləri, bu əsərlərdəki ictimai-siyasi motivlərin 

gücü, sənətkarlıq keyfiyyətləri C. Xəndan tərəfindən geniş 

araşdırılmış, təhlil və  tədqiq edilmiş,  əsərlərinin Azərbaycan 

ədəbiyyatının inkişafında əhəmiyyətli rolu dəyərləndirilmişdir. 

Cəfər Xəndan  Ə.Haqverdiyevin dramaturgiyasını geniş 

şəkildə araşdırmış, təhlilini vermişdir. «Dağılan tifaq» faciə-

sində yazıçı mülkədar tifaqlarının dağılmasını «realistcəsinə» 

göstərir. Qumarbaz, içki düşkünü, israfçı, zalım, mədəniyyətsiz 

kimi xarakterizə etdiyi Nəcəf bəyin surətinin geniş  təhlilini 

verir, burada «atalar» və «oğullar»ın mənfi sifətləri qabarıq 

şəkildə göstərilir. Zalım bir mülkədar ailəsinin öz daxilindən 

çürüməsi, mülkədarlığın çirkin sifətləri, ata-oğul, ər-arvad, bəy 

ilə bəy arasındakı ziddiyyətlər «olduqca real və inadırıcı şəkildə 

təsvir edilir» . 

«Pəri cadu» əsərində də yazıçı mülkədar sinfinə bəslədiyi 

mənfi münasibəti, «Dağılan tifaq»dakı «ideyanı davam etdirir», 

«Dağılan tifaq» dramatik səhnələrlə «zəngindir, pərdələrdəki 

müxtəlif hadisələr «sənətkarcasına» bir-birinə bağlanıb, müəllif 

bədii təsiri artırmaq üçün «xalq ifadələrindən, şeirlərdən», mu-

siqi, qaibanə  və  s.  kimi  digər təsirli vasitələrdən istifadə edir, 

tiplər «canlı və ümumiləşdirici» xüsusiyyətlərə malikdir. Yazı-

çının bu əsəri də teatr səhnəsini zənginləşdirir, «keçmiş əsrdəki 

istismarçı siniflərin yaramaz sifətlərini göstərməklə, azad və 

xoşbəxt həyata hüsn-rəğbət»  (29, s.229)  doğurur.  

Tədqiqatçı Xeyrulla Məmmədov yazır: «Pəri cadu» istər 

üslub xüsusiyyətləri, istərsə  də mövzusu baxımından təkcə 

Ə.Haqverdiyev yaradıcılığında deyil, ümumiyyətlə, bu illərdə 

qələmə alınmış faciələr içərisində xüsusi yer tutur və orijinal bir 

səhifə  təşkil edir. Azərbaycan dramaturgiyasının inkişafı 


                                                                                      Gülxani Pənah 

 

 



148

tarixində ilk dəfə olaraq, bu əsərdə geniş planda alleqorik vasi-

tələrə müraciət olunmuş, real və qeyri-real qüvvələrin iştirak 

etdiyi bir faciə yaradılmışdır» (71, s.182).  

Ə.Haqverdiyevin «Bəxtsiz cavan»  əsərinin «Müsibəti 

Fəxrəddin»lə səsləşdiyini qeyd edən Xeyrulla Məmmədov onun 

bu «faciəsində ictimai ədalətsizlik, ona qarşı ziyalı  gənclərin 

mübarizəsi və mülkədar həyatının daxilən çürümə prosesi 

göstərilir. Bir-birinə ziddi iki dünyagörüşün mübarizəsini  əks 

etdirən bu əsərdə döyüşən qütblərin birində köhnə qaydaların 

müdafiəçisi, mühafizəkar Hacı Səmədağa, digərində isə yenilik 

nümayəndəsi Fərhad durur. Faciənin dramatik münaqişəsini 

atalar və  oğullar arasında gedən mübarizə  təşkil edir» -deyir 

(71, s.182). 

Rusiyanın yazıçının dünyagörüşünə  təsirini, ölkəsinə 

qayıdandan sonra burada «ən geridə qalmış feodal-patriarxal 

münasibətləri»nin  hökm sürdüyünü anlamasını, yeni, qabaqcıl 

fikirli bir gənc ədib kimi bunları anlamasının yaradıcılığına da 

təsir etdiyi fikrində olan tədqiqatçı «Bəxtsiz cavan» əsərinin 

«Dağılan tifaq» əsərindən öz xüsusiyyətləri ilə seçildiyini qeyd 

edir.  

«Dağılan tifaq»da olduğu kimi mülkədarlığı islah etmək 



məqsədini qarşısına qoymadığını deyən  Məmməd Cəfər yazır: 

«Əksinə. Bəy gərək kənddən çıxsın. Torpaq gərək kəndlinin 

olsun. Hər kəs öz hüququnu tapsın. Hamı  gərək hüquqca 

bərabər olsun. İnsan qanı soranların, nainsaf zalımların və 

bimürvət, xunxar cəlladların, bəylik və mülkədarlığın zorakı 

ağalığına, vəhşilik və zülmünə son qoymaq lazımdır»Bəxtsiz 

cavan» faciəsinin təbliğ etdiyi əsas fikirlər bunlardır» (75, 

s.62). 


Burada mülkədarlığın parçalanması, «eyni sinfin 

nümayəndələrinin («atalar və  oğullar») simasında göstərilir, 

Onlar bir-birinə qarşı qoyulur, «atalar» Hacı  Səməd, «oğular» 

Fərhadın simasında ifadə edilmişdir. Hacı  Səməd «mürtəce 

mülkədarlığın nümayəndəsi», «həddindən artıq zülmkar, cahil 


Gülxani Pənah 

 

 



149 

və  mədəniyyətsiz bir tip», gözü doymaz, var-dövlət hərisidir: 

qardaşının puluna, malına yiyələnmək üçün ölən qardaşının 

arvadını almış, özünü «yetim-yesir tərəfdarı kimi tanıtsa da» 

əslində «pulgir, xəsis, zalım»dır. Mülkədarın fikrincə, «xalqı 

daha çox istismar etmək üçün iki yol vardır: qamçı və cəhalət! 

Xalqın başının üstündən qamçı əskik olsa və o, oxuyub ayılsa 

bəy yaxşı yaşaya bilməz. «Rəiyyət nədir, dövlət nədir, elm 

nədir, sənət nədir?»-deyən Hacı  Səməd hər cür yeniliyin 

düşmənidir» (29, s.203). 

Yazıçının yaratdığı onun əksi olan gənc, liberal Fərhad 

oxumaq, «öz təhsilini bitirmək, öz xalqına mənfəət vermək və 

mülkədar həyatında bir sıra ciddi islahat işləri aparmaq istəyən 

gənc bir mülkədardır», sadə xalqla, rəiyyətlə «xoş və mülayim 

bir dildə danışır»  (29, s.203).  

Fərhad surətinin «zəif» və «məhdud» cəhətlərinə baxma-

yaraq tədqiqatçı bu fikirdədir ki, «Ə.Haqverdiyev mülkədar 

sinfinin parçalanmasını, gəncliyin (oğulların) qurtuluş yolunu 

axtarmasını göstərmişdir (29, s.206). 

Yazıçı «Dağılan tifaq»dakı  gəncliyə nisbətən buradakı 

gənclərə müsbət münasibət bəsləyir. Fərhadın faciəsinə “hüzn-

kədərlə” yanaşır (29, s.206). 

Yazıçı sadə adamların diliylə böyük həqiqətləri açıb 

göstərir». «Mülkədar həyatının çirkinliklərini göstərən «Pəri 

cadu» əsəri  o biri əsərlərindən sitil etibarilə fərqlənir. Müəllif 

«qismən xəyali və qismən peal obrazların vasitəsilə dövründəki 

şər qüvvələrin üstünlüyünü» göstərməyə «çalışır», mülkədar 

zülmünün, sinfi ziddiyyətlərin kəskinliyini daha bariz şəkildə 

verir: «Əvvəlki əsərlərində mülkədarlığın zülmünü ən çox ifadə 

edən ədib, burada onu təcrübədə göstərir, xalqdan hədsiz vergi 

alan, yoxsulları incidən bu zalıma qarşı oxucuda nifrət hissi 

oyadır» (29, s.208). 

Digər əsərlərində yoxsulların həyatını «epizodik» şəkildə 

təsvir edən  ədib bu əsərdə Qurbanın ailəsinin simasında onu 

mülkədar ailələrinə qarşı qoyur, ərini və uşağını sevən Səlimə 


                                                                                      Gülxani Pənah 

 

 



150 

bir insan kimi Hafizə xanımdan çox yüksəkdə durur: «Əvvəllər 

xarici gözəlliyə aldanıb ailəsinin bədbəxtliyinə  səbəb olan 

Qurbanın iztirabları, öz səmimi ailəsini yada salması və ədibin 

bu hadisəni tez-tez xatırlatması təsadüfi deyildir»  (29-208). 

Tədqiqatçı ədibin bu əsərində də «ictimai həyatdakı zidd 

qüvvələri gördüyünü sübut etsə  də, zülm və istismara qarşı 

mübarizə aparan həqiqi inqilabçı sinfi» görə bilmədiyi qə-

naətindədir: «XX əsrin kəskin mübarizə şəraitində yoxsul sinfin 

nümayəndələrinə hüsn-rəğbət bəsləyən  ədib, onların qüdrət və 

əzəmətini göstərə bilməmişdir» (29, s.209). Bunu yazıçının 

«yaradıcılığındakı ziddiyyətlərlə» əlaqələndirir: «Ədibin realiz-

mi istər bəzi romantik surət və hadisələrin təsvirində, istərsə də 

real həyatın inikasında öz məhdudluğunu nümayiş etdir-

məkdədir.  Bu əsərdə mistik-romantik qüvvələrin pyesin 

realizmini  «zəiflətdiyi»ni deyir. 

Yazıçının «Ağa Məhəmməd  şah Qacar» tarixi dramı 

üzərində  tədqiqatlarını davam etdirən  C. Xəndan bu əsərdə 

hadisələrin tarixi faktlara əsaslandığını bildirir. Ağa Məhəm-

məd şah surətini təhlil edir. Nadir şahdan sonra İranın xanlıqlar 

arasında parçalanması nəticəsində şah olmaq fikrinə düşənlərin 

artır bu fikir Qacarı  və onun qardaşlarını da (Cəfərqulu,  Əli-

qulu, Mustafa, Murtuzaqulu, Rzaqulu) «məşğul» edir, siyasət 

və hiylə nəticəsində Qacar qardaşlarına üstün gəlir: «O, özünü 

vətənin, xalqın taleyini düşünən, dağınıq vəziyyətdə olan İran 

xanlıqlarını qüdrətli bir şahlıq ətrafında birləşdirən bir hökmdar 

kimi  qələmə verir (29, s.210).  

Özünü millət və  məmləkət müdafiəçisi kimi göstərən, 

«cəmi  İranın gələcək günlərini» düşünən, bu mülahizələrini 

xalq içində yaymağa nail olan, özünü sülh tərəfdarı kimi 

göstərən Qacar şahlığı  ələ keçirəndən sonra tamamilə başqa 

xarakterli adam kimi görünür: «Onun hiyləgər simasını örtən 

pərdə  yırtılır,  şəxsi intiqam hissi bütün əvvəlki müsbət və 

ictimai mahiyyətli hisslərə üstün gəlir» (29, s.210). 



Gülxani Pənah 

 

 



151 

 O,  düşməni Kərim xanın “ölüsündən belə intiqam alir”, 

az-çox xalq içində hörməti olan insanları məhv etdirir, zülm və 

işgəncələrini artırır. Zülm və  işgəncələri o yerə çatır ki, 

«qardaşı  Cəfərqulu xanın nüfuzundan qorxaraq ona verdiyi 

vədlərdən boyun qaçırır və qəflətən onu öldürür. İran xanlarını 

özünə tabe etdikdən sonra, Zaqafqaziyaya hücum edib buradakı 

xanları keçmişdə olduğu kimi İran  şahlığına tabe etdirmək 

istəyir» (29, s.210). 

«Ağa Məhəmməd xanın  əsl məqsədi (əlbəttə, burada 

söhbət bədii obrazdan gedir) bir sıra tayfa və xalqları özündə 

birləşdirən  İran dövlətini qüvvətləndirib,  əmin-amanlıq  şəraiti 

yaratmaq, xalqların tərəqqi və rifahına çalışmaq deyildir. Haki-

miyyət,  tədbir və qüvvətli qılınc, sayı-hesabı olmayan qoşun 

şəxsi şıltaqlıq və ehtiraslarını söndürmək üçün onun əlində bir 

vasitəyə çevrilir. O insan sümüklərindən də intiqam alır...» (58, 

s.15).  

İstilaçı  şahın qoşunlarına qarşı Zaqafqaziya xalqlarının 

müqavimətini yazıçı «tarixi sənədlər  əsasında» ilhamla təsvir 

etmişdir. Qacarın xalqın müqavimətini qırmaq üçün törətdiyi 

qırğınlar, onun simasında «xalqın dinc həyatını pozan, 

zəhmətkeş kütlələrə qan udduran Şərq müstəbidlərinin xarakter 

cizgiləri toplandığı və ümumiləşdirildiyi bildirilir: «Yazıçı əsər 

boyu onun mənfi sifətlərini, ikiüzlülüyünü, qəddarlığını gös-

tərir... Yazıçı göstərir ki, olduqca geridə qalmış  İran  şahlığına 

arxalanan xanlıqlar daha cahil, daha geri qalmışlar» (29, s.211). 

Tədqiqatçının qənaətinə görə, əsərdə Rusiyaya arxalanan 

xanları yazıçı müsbət planda verir. Ağa Məhəmməd  şahın 

istilaçı planları  əleyhinə çevrilmiş xalq üsyanlarından  yazıçı 

ilham alır və bu, əsərdə müəyyən yer tutur: «...Vaqifin dili ilə 

müəllif şaha xalqın cavabını verir. Vaqifin sözləri iti bir xəncər 

kimi şahın qəlbinə dəyir. Xalqın qabaqcıl adamlarından intiqam 

almaq məqsədilə  şah Qarabağda misli görünməmiş  fəlakətlər 

törədir və belə bir əmr verir: «Sabah gərək kəllədən bir minarə 

qurduram ki, Şəmkir minarəsindən uca ola... gərək sabah bir elə 


                                                                                      Gülxani Pənah 

 

 



152 

divan eləyəm ki, Araz və Kürün arası  zəlzələyə  gələ. Gərək 

sabah fələk dəriçəsini açıb tamaşa eləyə, ta görə Adəmdən 

indiyədək kim mənimtək divan eləyib» (29, s.212). Əsərdə 

«zəif də olsa bəzi adamların vətənpərvərliyi», zülmə qarşı  gür-

cü xalqının da kin və  qəzəbi, üsyan və intiqam hissi, yadelli 

işğalçılara qarşı  ədibin «vətənpərvər və humanist qəlbi» bu 

əsərində aydın görünür.  

Ə.Haqverdiyevin yaradıcılığında bu hadisəni «məfkurəvi 

inkişaf kimi» qiymətləndirən tədqiqatçı əsas səbəbini 1905-ci il 

inqilabının təsiri ilə izah edir. Yaradıcılığının ikinci dövründə 

yazdığı hekayələrində  də bunun «nəzərə çarpdığını» deyir və 

gəldiyi qənaət budur ki, «Ümumiyyətlə, çarizmin mənfiliklərini 

ardıcıl surətdə  tənqid və ifşa edən  ədib Rusiyaya müsbət 

münasibət bəsləmiş və onu İrana qarşı qoymuşdur. Məhz buna 

görə də «Ağa Məhəmməd şah Qacar» pyesini təkcə bir şəxsiy-

yətin zülmü ilə  məhdudlaşdırmaq olmazdı. Bu, öz obyektiv 

təsirilə  Şərq istibdadı  əleyhinə çevrilmiş bir dram kimi qiy-

mətləndirilə bilər»  (29, s.213). 

Hüseyn İsrafilov «Tarixi dramalarda müasirlik problemi» 

məqaləsində yazır: «Ə.Haqverdiyev  Əfşar və Qacar sülalə-

lərinin siyasi tarixini, xüsusilə Ağa Məhəmməd şahın hakimiy-

yət illərini dərindən öyrənib, zəngin materiallar toplamışdır. 

Pyesin ilk  tamaşası  ətrafında gedən mübahisələrdə müəllifin 

özü də  iştirak etmiş  və pyesin yaranma prosesində hansı 

prinsiplərə  əsaslandığını belə ifadə etmişdi: «Tarixi faciələrdə 

müsənnif «qeroy» ağzına dil verə bilər, amma olmuş 

keyfiyyətləri dəyişdirə bilməz» (76). 

C.Xəndan  ədibin bu əsərini dramaturji nöqteyi-nəzərdən 

«çox qüvvətli» bilir, «dram əsərləri üçün lazım olan gərgin 

münaqişədən bu əsərdə geniş istifadə» edilir, gərgin mü-

barizələr, hərbi toqquşmalar bir-birini təqib edir, xanlar 

arasındakı  gərgin mübarizələr, hökmdarlar arasındakı kon-

fliktlər bir-birini tamamlayır. 



Gülxani Pənah 

 

 



153 

Əsərin zəngin hadisələr üzərində qurulan kompozisiya-

sının «maraqlı», bədii dilinin «qüvvətli» olduğu açılır, «mono-

loqlardakı dolğunluq, dialoqlardakı canlılıq»  əsərin bədii də-

yərini «artırır». Tədqiqatçı  əsərin tarixi faktlar, sənədlər və 

hadisələrlə «zəngin» olsa da yazıçı «tarixi faktları  hər yerdə 

eyni ilə  əsərə köçürməmiş, onları öz yaradıcılıq süzgəcindən 

keçirmişdir»,-qənaətindədir (29, s.214). 

«Kimdir müqəssir», «Ac həriflər», «Xəyalat», «Millət 

dostları» kimi pyeslərində  ədibin «demokratik idealları» daha 

«konkret  şəkildə» öz «ifadəsini» tapır, yaradıcılığının ikinci 

dövrünə aid bu kiçik formalı dram əsərlərini «zəif» bilir: 

«Mülkədar quruluşunun əsas konfliktlərini görən, bunları ifadə 

etmək üçün yaxşı formalar tapan dramaturq burjua cəmiyyətini 

ifşa etmək üçün eyni zəngin boyaları tapa bilmir. Onun bu 

cəmiyyətdə seçdiyi tiplər XX əsrdə burjuaziyanın oynadığı 

mürtəce rolu göstərən ümumiləşmiş portretlər səviyyəsindən  

çox aşağıdadırlar»  (29, s.215). 

«Şair, dramaturq, jurnalist, memuarist, siyasi publisist

musiqi mətnləri müəllifi, tərcüməçi, xüsusilə qüdrətli nasir-ro-

mançı, həm də alim-şərqşünas» (1, s.187) kimi tanınmış Məm-

məd Səid Ordubadinin yaradıcılığı,  ədəbi-bədii fəaliyyəti 

tədqiqatçılarımız tərəfindən araşdırılmış, geniş  təhlil və  təd-

qiqini tapmışdır. Hələ sağlığında Mir Cəlal, Cəfər Xəndan kimi 

görkəmli tədqiqatçılar onun yaradıcılığının təhlilini vermiş, 

dərsliklərdə böyük sənətkarın tədrisi də öz yerini tapmışdır. 

M.C.Cəfərov yazır: «Ordubadinin ədəbi fəaliyyətinin ilk 

dövrlərindən onun yaradıcılığında qılıncla qələmin möhkəm 

dostluğu vardı. Onun sözü ilə  işi,  əsərlərində  təbliğ etdiyi 

fikirlərlə  əməli, ictimai-siyasi-mədəni fəaliyyəti arasında zid-

diyyət olmamışdır.  Ədibin  əsərlərində  mənsub olduğu xalq öz 

varlığının, qədimliyinin, zəngin  ədəbi-mədəni irsinin, qəhrə-

manlıq  ənənələrinin və yeni həyat uğrunda mübarizədə sarsıl-

maz iradəsinin... bədii inikasını görür (49, s.196). 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin