Жяфяр хянданын aзярбайжан ядябиййатына


Cənubi Azərbaycanda baş verən tarixi



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   15   16   17   18   19   20   21   22   ...   35
Cənubi Azərbaycanda baş verən tarixi 

inqilabi hərəkatın bədii ədəbiyyatda inikası (1920-

1940; 1941-1945-ci illər) 

 

Cəfər Xəndan 1917-ci il oktyabr inqilabından sonra İran 



və  Cənubi Azərbaycan  ədəbi prosesini tədqiq edir. Bu dövrün 

ictimai-siyasi hadisələrinə şərh verir. Şimali Azərbaycanda baş 

verən inqilabı prosesin Cənubi Azərbaycana, Zaqafqaziya 

xalqlarına təsirini  araşdırır, Şeyx Məhəmməd Xiyabaninin baş-

çılıq etdiyi demokratik hərəkatın mətbu orqanı olan «Təcəd-

düd» qəzetinin Birinci nömrəsindən əlli səkizinci nömrəsinədək 

Əbülqasim Füyuzatın,  əlli doqquzdan səksən altıyadək Tağı 

xan Rüfətin, səksən yeddidən yüz otuz altıyadək Mirzə  Əbül-

fəttah Ələvinin, yüz otuz yeddidən iki yüz səkkizinci nömrəyə-

dək Xiyabaninin bilavasitə öz redaktorluğu ilə çıxdığını bildirir. 

Bu qəzetin fars dilində  nəşr edildiyi, bəzi nömrələrində Azər-


                                                                                      Gülxani Pənah 

 

 



326 

baycan dilində də yazılar dərc edildiyi, azərbaycanlılarda milli 

şüurun oyanmasında müsbət rolunu qeyd edir.  Qəzetin 24-cü 

nömrəsində  dərc olunmuş «Azərbaycan» məqaləsinə, «Azər-

baycan himni»nə diqqəti yönəldir: 

Yetdi yenə iqbalımız, 

Hasil oldu amalımız, 

Nə rövşən istiqbalımız! 

Yaşasın hürriyyət! 

 

 Rövşən millətin gözləri, 



Gülsün tamamən üzləri, 

Batdı səhər ulduzları, 

Gəldi şərəf gündüzləri, 

Yaşasın hürriyyət! 

 

Fəxrü şərəf misdağımız, 



Rövşən hamı afaqımız, 

Asad olub torpağımız, 

Yaylağımız, qışlağımız, 

Yaşasın hürriyyət! 

 

Millət hamı qardaşımız, 



Fəthü zəfər yoldaşımız, 

Torpağımız, dağ-daşımız, 

Öz əlimiz, öz başımız, 

Yaşasın hürriyyət! 

 

Yetdi zamani-imtahan, 



Nə xoş zamandı bu zaman, 

Bəxtü səadətü əman, 

Qardaşlarım, qeyrət, aman 

Yaşasın hürriyyət! 

 

 


Gülxani Pənah 

 

 



327 

Qardaşlarım qeyrət edin, 

Təhsil üçün himmət edin. 

Nə vaxta din! İbrət edin. 

Kəsbü şərəf rüfət edin, 

Yaşasın hürriyyət! 

 

Əxzi-hünər, kəsbi-fünun, 



İnsana vacibdir bütün, 

Sanma fünunu sən cünun, 

Bu etiqadı bil zəbun, 

Yaşasın hürriyyət! 

 

Cəfər Xəndan  şeirlərdəki «qəliz, anlaşılmaz misralara 



baxmayaraq o, əsasən Azərbaycan xalq şeiri ruhu və  şəklində 

yazılmış xalqın başa düşəcəyi fikirləri tərənnüm etmişdir»- 

(122, s. 94)-deyir. 

Bakıda fəaliyyət göstərən Cənubi azərbaycanlı azadlıq-

sevərlərin «Beyrəqi-ədalət» məcmuəsinin səhifələrində  dərc 

olunan həm siyasi, həm də  ədəbi yazılarında «köhnə  həyatla 

mübarizə, inqilaba çağırış ruhu» dəyərləndirilir. «Məcmuə İran 

azadlıqsevərlərinin orqanı olsa da, onun səhifələrində,  əsasən, 

burjua-demokratik inqilabının irəli sürdüyü vəzifələrdən daha 

çox danışılırdı» (122, s. 95)-deyən tədqiqatçı ilk nömrəsi 1917-

ci ilin iyun ayında çıxan «Beyrəqi-ədalət»in İranda kök salmış 

xarici imperialistlərin iç üzünü açan, İran mürtəcelərindən in-

tiqam almaq üçün xalqı üsyana çağıran şeirləri nümunə gətirir: 

Dedim ki, yerdə qalmaz bunca ahu naləvü fəryad, 

Bu ahu nalə, zalim, xanəni tez eyləyər bərbad! 

Bu nahaq qanların kimdir səbəbkarı, xəyal eylə! 

Deyil bunlar məyər insan, deyilmi bunlar adəmzad? 

Yaxıb, məhv etdin İranı, nə çox insan qanı tökdün? 

 

Tutar axır bu nahaq qan səni ey qan tökən cəllad! 



Çıraqi zalimin yanmaz sərasər, aqibət hər dəm, 

                                                                                      Gülxani Pənah 

 

 



328 

Onu xamuş elər canibi-həqqdən əsəndə bad. 

Bizə bəsdir, Pərişan, bunca zillət oldu aləmdə, 

Ədibü şair azad ruh, gərək olsun qələm azad. 

 

Pərişan imzalı Şairin  burada burjua demokratik inqilabı-



na hələ ümid bəslədiyi, azadlığı («Hürriyyət münasi-bətilə» 

yazdığı şeirdə) təbliğ etməsi, xalqını ayıltmağa çalışması təqdir 

edilir. 

Məcmuənin 7-ci nömrəsində  həm ingilis, həm çar qar-

şısında diz çokmüş İran şahına hücum edən imzasız şairin mis-

ralarına diqqəti çəkir: 

İstəyirsiz vətəni getməyə nahaq aradan, 

Qoymayın ta qala İranda o ki, xani-qədim. 

Cümlə İranı verib bada, içib qanımızı, 

İstəyin siz də olardan tökülə qani-qədim, 

İngilisə baxıyor, çarə itaət eləyir, 

Zilli-Zillillahımız, həzrəti-xaqani-qədim. 

İnqilabi mətbuatın bu dövrdə dərc etdirdiyi siyasi məqa-

lələrə toxunan tədqiqatçı milli azadlıq hərəkatının demokratik 

mətbuatda da öz əksini  tapdığını, «Molla Nəsrəddin» məcmu-

əsinin demokratik ruhlu bir intibahnamənin «əsas ruhunu saxla-

maqla məcmuənin üslubuna uyğun  bir şəkildə onu öz oxu-

cularına, o cümlədən də Cənubi Azərbaycan xalqına» aşağıdakı 

şəkildə çatdırdığını bildirir: 

«Qalxın! Qiyam edin, ey allahların qoşunları! 

Sübhi-sadiq açıldı, müəzzin təkbir çəkir, xoruzlar ban-

layır, eşitmirsiniz məyər? Vaxt yetişdi. Bəs kəsb olunan hü-

ququnuzu nə vaxt alacaqsınız? ... İrəli, qardaşlar, irəli! Qanun, 

ədalət və müsavat qabağında səf bağlayın, durun, ey İranın pə-

şid, qəyur oğulları! (122, s. 97). 

Xiyabaninin çıxışları, nitqləri  İran,  İngiltərə mürtəcelə-

rinin qəzəbinə  səbəb olsa da, demokratik ruhlu mühərrirlərin 

nəzərini cəlb edirdi. Onun Bakıyla  əlaqəsi, xalq kütlələrinin 

arasında hörmətinin getdikcə artması, Demokratik firqənin 


Gülxani Pənah 

 

 



329 

seçkilərdə qələbəsi, Xiyabani hərəkatının yatırılması üçün yerli 

və xarici müdaxiləçilərin birləşməsi, İngiltərənin təhriki ilə yeni 

yaranmış Sovet İttifaqına qarşı  İranın yeritdiyi işğalçılıq 

siyasəti, 1919-cu ildə Parisdə sülh konfransına  İran hökumə-

tinin göndərdiyi memorandum xatırlanır: «İranın bu memo-

randumunda deyilirdi ki, az qala Qafqazın yarısı, yəni Bakı 

şəhəri ilə birlikdə bütün Azərbaycan, İrəvan şəhəri ilə bütün Er-

mənistan, Naxçıvan, Dağlıq Qarabağ  və  Dərbənd  şəhəri ilə 

Dağıstanın bir hissəsi İrana verilməlidir» (122, s. 99).   

Onun Orta Asiya və  Aşqabad haqqında tələblərini, bu 

iştahasının ingilis imperialistlərinin planı olduğu yazılır: «1919-

cu ildə bağlanan  İran-İngilis müahidənaməsinin xarici mənası 

belə olduğu halda, onun daxili mənası isə İranda hər hansı de-

mokratik hərəkatı boğmaq, ölkənin sərvətlərini  İngiltərə 

mənafeyi üçün istifadə etmək, onu tam mənası ilə müstəmləkə 

halına salmaqdan ibarət idi»-deyən tədqiqatçı (4-100) buna 

qarşı inqilabçı şairlərin çıxışını yada salır. Eşqinin: 

Dad əlindən ol qonağın ki, evə qoycaq ayaq, 

Əsl sahibxanəni evdən qovar, nalan edər. 

... Biz əyər aslan da olsaq, ingilis bir tülküdür

Rəsmdir, aslanı tülkü məkr ilə candan edər. 

... Beş quruş  yardım adıyla versə bu, bu beş gün sora 

Əlli milyon borclusan söylər, evin talan edər, 

-misralarını xatırladır (122, s. 100). Bu dövrdə Mirzə Əli Mö-

cüzün də ingilis əleyhinə kəskin satiralar yazdığını qeyd edir. 

Xiyabaninin yoxsul xalq kütlələrini müdafiə etməsi, İran 

dövləti daxilində Azərbaycana istiqlaliyyət tələb edən çıxışları, 

onun bu dövrdəki məqalə və nitqləri, ingilis casuslarının və İran 

irticaçılarının terror planı əsasında yüzlərcə demokratın məhvi, 

evlərinin qarət edilməsi, 1920-ci ilin sentyabrında Xiyabaninin 

olduğu evə hücum edilib onun əziyyətlə öldürülməsi, bundan 

sonra da demokratik hərəkatın «sönməməsi», firqənin mərkəzi 

komitəsinin öz fəaliyyətini davam etdirməsi kimi tarixi faktlar 

açıqlanır.  


                                                                                      Gülxani Pənah 

 

 



330

Tədqiqatçı Azərbaycanda və Orta Asiyada sovet haki-

miyyəti qurulan illərdə Xiyabani hərəkatının Cənubi Azər-

baycanda gücləndiyi zamanda Gilanda Kiçik xanın başçılıq 

etdiyi güclənən hərəkata toxunur. Sovet qoşunları Denikin 

qoşunlarını  təqib edərkən sərhəddi keçir və bundan ruhlanan 

Kiçik xanın şöhrəti artır, lakin öz dəstəsinə daxil olan düşmən 

ünsürlər onunla Heydər xan arasında iğtişaş yaratmağa nail 

olurlar. 1921-ci ildə inqilabi gücü tükənən Kiçik xanın məğlu-

biyyətə uğrama səbəbləri araşdırılır, tarixi məqamlar açıqlanır. 

Tədqiqatçı nə Xiyabaninin, nə də sonralar baş qaldıran inqilabi 

üsyanların yatırılmasına, irticanın qüvvətlənməsinə baxmayaraq 

Azərbaycan xalqının möhkəm iradə nümayiş etdirdiyini, 

sənətkarların xalqın arzularını öz yaradıcılıqlarında əks etdirdi-

yini, bu nöqteyi-nəzərdən M.Ə.Möcüzün Sabir inqilabi satira-

sını davam etdirərək bir tərəfdən irticanı qamçılamasını, digər 

tərəfdən bu taydakı sosializmi tərənnüm etməsini dəyərləndirir: 

«Xalqın istəklərindən xəbər verdiyi üçündür ki, Möcüz geniş 

xalq kütlələri tərəfindən sevilir, onun əsərləri  əzbərlənirdi» 

(122, s. 106). Hələ Səttarxan hərəkatı dövründə ədəbi fəaliyyətə 

başlayan, lakin o zamanlar öz yaradıcılıq üslubunu təkmilləş-

dirə bilməyən Möcüz Şimal Azərbaycanında baş verən oktyabr 

inqilabından sonra «yeni bir qüvvətlə ədəbi fəaliyyətini» inkişaf 

etdirir, Cənubi Azərbaycanda artıq «yeni bir ədəbiyyat» ya-

ranmış olur.  

XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış, İran-Cə-

nubi Azərbaycan  ədəbiyyatının görkəmli nümayəndəsi, Sabir 

ənənələrinin davamçısı,  «satirik şairlər sırasında öz orijinallığı 

ilə»  diqqəti cəlb edən, «movzularının aktuallığı, məfkurəvi 

dərinliyi, yaradıcılığındakı yeni bədii xüsusiyyətləri ilə» Cənubi 

Azərbaycan poeziyasında xüsusi yer tutan, qırx illik ədəbi 

fəalliyyəti dövründə «qəzəlçilikdən inqilabçı satirik bir şair 

səviyyəsinə» qalxan Mirzə Əli Möcüz Şəbüstəri  «1905-ci il rus 

inqilabının təsiri ilə birinci İran inqilabı, Birinci Dünya im-

perialist müharibəsi, Fevral inqilabı, Böyük Oktyabr sosilist 


Gülxani Pənah 

 

 



331

inqilabı  və ondan ilham alan Şeyx Məhəmməd Xiyabaninin 

rəhbərliyi altında baş tutan demokratik hərəkat və Azərbay-

canda Sovet hakimiyyətinin qurulması kimi böyük siyasi, 

ictimai və inqilabi hadisələr» dövründə yaşamışdır və  «şair 

bunların heç birinə biganə qalmamışdır» (126, s. 285)  

Onun həyatı  və yaradıcılığı haqqında Mir Cəlalın və 

Cəfər Xəndanın tədqiqatlarında məlumat verilir. Mir Cəlal onu 

Şərq  ədəbiyyatını, müasir ictimai-siyasi mətbuatı  həvəslə 

izləyən, Vətənə qayıtdıqdan sonra ölkəsinin geridə qaldığını 

dərk edib «təəssüratını  şeirlə ifadə» edən, alim, mütəfəkkir 

Şeyx Mahmud Şəbustərinin məqbərəsində xidmətdə keçirən, 

vətəndaşlarının cəhalətdən qurtarması  və  mədəni həyata çıx-

ması üçün qələmi ilə çox iş görən və geniş  fəaliyyət göstərən 

şəxsiyyət kimi dəyərləndirir: «Şəbustərdə molla və mövhumatçı 

ünsürlərin müqavimətini qıraraq 1932-ci ildə birinci dəfə  qız 

məktəbi açan, qadın azadlığını  kəskin və  təsirli sözləri ilə 

müdafiə və təbliğ edən Mirzə Əli Möcüz olmuşdur» (68). 

Mirzə Əli Möcüz Şəbüstərinin yaradıcılığını tədqiq edən 

ilk tədqiqatçılardan biri, bəlkə  də ilki Cəfər Xəndandır. Cəfər 

Xəndanın araşdırmalarına görə, Möcüz Təbriz  şəhərinin 70 

kilometrliyində yerləşən  Şəbüstər qəsəbəsində, «ağır vergilər, 

istismar»... nəticəsində yoxsullaşmış tacir ailəsində (1873-cü 

ildə) doğulmuş, ilk təhsilini Şəbüstərin köhnə üsullu məktəbin-

də almış, mollaxanada fars və qismən ərəb dilini öyrənmiş, 16 

yaşında ikən ticarətlə bağlı qardaşları ilə İstanbula gedib, 16 il 

«orada kitab və  məktəb ləvazimatı satmaqla» məşğul olmaqla 

yanaşı osmanlı  ədəbiyyatı, dili ilə, eyni zamanda Ana dili  və 

Azərbaycan ədəbiyyatı ilə yaxından maraqlanmış, vətənə qayıt-

dıqdan sonra əsərlərini doğma Azəbaycan dilində yazıb, «xal-

qını və vətənini satanları» satira atəşinə tutmuşdur.  

O,  əsərlərinin mövzularını «xalqının həyatından» almış, 

ehtiyac içində yaşayan, vətəndən didərgin düşən həmyerlilə-

rinin arzu və istəklərini «tərənnüm» etmiş, «hələ  uşaq yaşla-



                                                                                      Gülxani Pənah 

 

 



332

rında ata və qardaşlarının üzünü görməyən» Möcüz «qürbətdə 

qalan ailə başçıları adından»  

 

Yəqin bilin ki, qədəm basmaz özgə torpağa, 



Vətəndə xoş keçə gər ruzigarı insanın 

-misralarını yazmışdı. Daima öz yurdunu, elini düşünən, xalqın 

qurtuluş yollarını axtaran, 1905-ci il rus inqilabı baş verən kimi 

İstanbulu tərk edib vətənə qayıdan şair: «Cənubi Azərbaycanda 

başlanan inqilabi hərəkatdan qüvvət alaraq xalqda azadlıq fikri 

oyatmaq, ana dilini təbliğ etmək yolunda var qüvvəsini sərf 

edir. Onun bu fəaliyyəti yerli mürtəcelərin qəzəbinə səbəb olur. 

Hücumlar qarşısında tərkisilah olmayan şair mübarizəsini da-

vam etdirib öz fikirlərinin həqiqiliyini isbata çalışır» (29, s. 

287). 


C.Xəndan onun bu dövr fəaliyyətini, fikirlərini  əks et-

dirən xatirələrini diqqətə çatdırır.  Şəbüstəri yazır: «...Vətənə 

qayıtdıqdan sonra yurdumun ağlar halını görüb «növhəxanlığa» 

başladım. Mənim «növhəxanlığım» axundların xoşuna gəlmədi. 

Mənə müharibə elan etdilər. 26 il vuruşdum. Yəni, xeyrat ver-

dilər, məni dəvət etmədilər, toy oldu, məni çağırmadılar. Bu-

nunla belə, axıra qədər vuruşdum. Yəni yazdım, özüm də ana 

dilində yazdım» (29, s. 287). 

C.Xəndan məktəblərin ana dilində olmasını arzulayan, 

arzularının «həqiqətə» çevrilməsi üçün yollar axtaran, xalqının 

ana dilində inkişafını istəyən  şairin köhnə qayda-qanunlara 

qarşı, geriliyə qarşı mübarizəsini araşdırır, ciddi islahatların 

tərəfdarı olduğunu deyir, bu mövzuda yazdığı  şeirləri tədqiq 

edir: 


Çün yetişdim vətənə «açma dəhanın» dedilər, 

«Dinmə, danışma və tərpətmə zəbanın» dedilər. 

Dedim: alllaha baxın, etməyin, axır öldüm! 

«Gər bu cür etməyəsən, çoxdu ziyanın» dedilər. 

Şübhəsiz, bu hücumlar şairi öz yolundan döndərə bil-

mirdi.  Əksinə mürtəcelər  əleyhinə daha qızğın satiralar yazır, 



Gülxani Pənah 

 

 



333 

beləliklə  də, yaradıcılığının yeni dövrünə  qədəm qoyurdu. O, 

düşmənlərini özündən çox-çox aşağıda görürdü» (29, s. 288) -

deyən tədqiqatçı «insaniyyət,  şüur, düşüncə  və qayə etibarilə» 

şairdən «aşağıda» duran bu adamların «hakim» olduqlarını, 

şairin haqq səsinin eşidilmədiyini, ancaq xalqına güvənərək 

çıxışlar etdiyini, xalqının da «hüquqsuz» olduğunu, bunların 

şairi çox düşündürdüyünü yazır: 

Nə rəyətəm, nə şahənşah, nə mir xalisəcat, 

Nə məlcəim, nə pənahım, nə qəmküsarım var. 

Nə qolçomağəm, nə aciz, nə də ki, ərbabəm, 

Nə qorxaram, nə çəkinnəm, uca divarım var (29, s. 288). 

Mirzə  Əli Möcüz Şəbüstərinin ilk ictimai fəaliyyəti 

maarifçiliklə bağlı olub, «savadsız qadın kütləsinin gözünü 

açmaq» istəyib, maarif idarəsinin başçısı İmadis-səltənəyə mü-

ractət etsə  də, məktəbin açılmasına rədd cavabı alıb. Bununla 

belə, C.Xəndan Təbrizdə inqilabi hərəkatın genişləndiyi 

zamanda qız məktəbi açmağa müvəffəq olduğunu, qızları bu 

məktəbə cəlb etmək üçün apardığı işləri, ən sadə dildə maarifi 

«təbliğ» etməsini dəyərləndirir. O, 1934-cü ildə  Şahrudda 

qonaq gedərkən vəfat etmiş, Şahrudda dəfn olunmuşdur. 1945-

ci ildə  «İran cəmiyyətinin Təbriz  şöbəsinin mədəni  əlaqələri 

nəticəsində şairin  əsərlərinin çapı məsələsi» qoyulmuş, 1948-

1954-cü illərdə Azərnəşr tərəfindən də çap edilmişdir. 

Mir Cəlalın da araşdırmaları əsasında məlum olur ki, Mö-

cüzü «son bir əsr müddətində Azərbaycanda yetişən, Xal-

xalidən, Ləlidən başlamış Sabirə  qədər davam edən yumorist, 

istedadlı, güclü və rəvan təb sahibi olan şairlərin ən istedadlıla-

rından biri» kimi dəyərləndirir: Möcüz də ustadı Sabir kimi 

xalq hərəkatına həssas və ictimai fəlakətləri dərindən duyan bir 

şairdir. Sabir kimi kəskin siyasi satirası olmasa da, maraqlı və 

şirin gülüş məharəti vardır»-deyir (6). 

C.Xəndan Cənubi Azərbaycanda, İranda inqilabi hərəkat-

ların Şimali Azərbaycandan qaynaqlandığını, Bakı neft mədən-

lərində işləməyə gələn insanların öz vətənlərinə «çörək pulu ilə 


                                                                                      Gülxani Pənah 

 

 



334

bərabər, inqilabi fikirlər» də apardığını söyləyir.  İran inqilabı-

nın Möcüzün yaradıcılığını daha da «dərinləşdirdiyini» deyir, 

xalqın qarşısında duran əsas məsələlərdən olan «milli istiqla-

liyyət», vətənpərvərlik mövzusunda yazdığı  əsərləri tədqiq 

edərkən bu qənaətə gəlir ki, «Vətən məhəbbəti Möcüz yaradı-

cılığında öz müasirlərindən fərqli olaraq daha konkret şəkildə 

tərənnüm olunurdu. O, hər  şeydən  əvvəl,  İran mürtəcelərinin 

əsrlər boyu təbliğ etdikləri «azərbaycanlıların vətəni  İrandır» 

fikrinin  əleyhinə  çıxır və Azərbaycan haqqında öz ürək söz-

lərini yazırdı» (119, s. 290). 

 C.Xəndan Möcüzün vətəni təbliğ etməklə yanaşı im-

perializmə  və  İran mürtəceləri  əleyhinə  çıxışlarını, «amerikan 

imperialistlərinin iç üzünü» açıb göstərən, onları xalqın gözün-

dən salan satiralarını təhlil edir: «O, şeirlərinin birində vətən və 

millətin fəlakətə düçar olmasında başlıca müqəssir hesab etdiyi 

ingilis imperialistləri haqqında yazır: 

Lənət eylər ingilisə xasüam, 

İngilisin rəngidir bu vəssalam!» (119, s. 290). 

Tədqiqatçı o dövrdə Cənubi Azərbaycanda və İranda in-

gilis imperialist siyasətinin çox yayıldığını qeyd edir və bildirir 

ki, bu, o qədər yayılmışdı ki, «bir ailədə baş verən dedi-qodunu 

belə camaat bu siyasət ilə bağlayıb və «orada ingilis barmağı 

var»-deyir» (119, s. 290). Bu mənalı ifadəni şairin: 

Söylər hər kəs küçədə, bazardə: 

«İngilis barmağı var bu karidə» (2, s. 39) 

- misralarını diqqətə çəkir. 

Tədqiqatçı alim Kamran Məmmədov  şairin xarici impe-

rialistlərə nifrətinin «hədsiz» səbəbini həmin  əcnəbilərin siya-

sətində görür: «sənin vətənində gözün görə-görə, əqlin kəsə-kə-

sə var-yoxunu əlindən alıb səni «həmmal» ediblər, dilənçi kö-

künə salıblar, başına elə qapaz vurublar ki, ağrının zərbindən 

gözlərin çıxıb, kor olmusan. «İngilis barmağı var bu karidə» 

məsəlini işlədən  şair ingilis siyasətinin riyakarlığına, öz ağa-



Gülxani Pənah 

 

 



335 

lığını hiylə ilə  Şərqdə  bərqərar etdiyinə  işarə edir və  qəzəblə 

yazırdı: 

 

Aman, ingilisin əlindən aman, 



Yeridir su altından hər gün saman. 

 

Onun öhdəsindən gələmməz cahan, 



Xuda! İngilisi özün vur yerə! (120, s. 41). 

Cəfər Cəndan xalqın milli istiqlaliyyəti uğrunda mübarizə 

aparılmasına qarşı  təkcə yerli mürtəcelərin deyil, imperialist 

qüvvələrin də mane olduğunu görən  şairin alman faşistlərinin 

vəhşiliklərini ifşa edən, törətdikləri dünya müharibəsinin geniş-

ləndirmək cəhdlərinə    kəskin etiraz ifadə edən  şeirlərindən 

aşağıdakı misralarını nümunə gətirir: 

Sülh baş tutmur, işin rast getməyir, aya nədən? 

Həq yanında günahın var demək, ey Vilhelm! 

... Ay balam, əl çəkmirsiz xəlqin yaxasından niyə? 

Sən bic oğlu bic, haramzada firəng, ey Vilhelm! 

Nikolay zülm eylədi, buldu cəzasın aqibət, 

Gör necə zindanda qalmış çar nəng, ey Vilhelm! 

Taxtüvü  tabut edər bir gün sənin də ruzigar, 

 «Ey Vilhelm» şeirində «Möcüz bir tərəfdən müharibənin 

törətdiyi qırğın, aclıq və  təxribatı yanıqlı  və  təəssüflü dil ilə 

təsvir edir, ikinci tərəfdən almanların hökumət başçısı olan 

Vilhelmə  lənət və nifrət yağdırır, nəhayət, nicat və haqq yolu 

tutan demokratik qüvvələrə xeyir-dua verir» (125). 

Oktyabr inqilabından sonra Bakıda, İranda sosial-demok-

ratların nəşr etdirdikləri «Bayraqi-ədalət», «Hürriyyət» qə-

zetinin, «Molla Nəsrəddin» jurnalının səhifələrində milli istiq-

laliyyətimizi tərənnüm edən  şeirləri diqqətə  çəkilir,  Şeyx 

Məhəmməd Xiyabani hərəkatını ürəkdən alqışladığı, bu hərəkat 

yatırıldıqdan sonra da «ümidləri»ni kəsməyən  şairin Oktyabr 

inqilabının onun yurdunda da «qaranlıq üfüqləri» işıqlandıraca-

ğına inamını  əks etdirən yaradıcılığını  tədqiq edir. Rza şahın 


                                                                                      Gülxani Pənah 

 

 



336 

«xalqın şimala baxan gözlərini həyat işığından məhrum etmək» 

hədələrini Möcüz qorxmadan «satiraları ilə» qamçılayır, tədqi-

qatçı  şairin xalqını ürəkdən mübarizəyə  səsləyən, respublika 

üsül-idarəsini tərənnüm edən bu məzmunlu şeirlərini təhlil edir.  

Şairin arzularının  İranda həyata keçirilməməsi, inqilabın 

boğulması,  şah rejiminin qəddarlığı, zindanlarla dolu ölkənin 

məhbəsi xatırlatdığını qeyd edən tədqiqatçı bu dövrün xarak-

terini verir, şair “Arazın bu tayına həsrətlə baxır”, «yeni həyata 

qibtə» hissini «O tərəfdə, bu tərəfdə» şeirində əks etdirir: «Bu 

şeir bir-birinə tamamilə zidd olan sistemin bədii 

müqayisəsindən ibarətdir. Bədii kontrastın yaxşı nü-

munələrindən olan bu əsərində Möcüz bu tərəfdəki baharla o 

tərəfdəki qışı, bu tərəfdəki  şənliklə, o tərəfdəki matəmi 

müqayisə etmişdir» (29, s. 294). 

Tədqiqatçı Möcüzlə Sabirin fəaliyyətini müqayisə edir. 

Özünü «Sabirin şagirdi» hesab edən Möcüzün onu Sabirə 

«bağlayan» səbəblərdən biri kimi, «Sabirin Cənubi Azərbaycan 

xalqına bəslədiyi böyük məhəbbət» olduğu qənaətindədir. 

Sabirin bir çox qiymətli  əsərlərinin Cənubi azərbaycanlıların 

1906-1911-ci illərdə apardığı    mübarizələrə  həsr olunduğunu 

qeyd edən tədqiqatçı buna görə  də  məşhur olduğunu, Təbriz 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin