Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

yini,  İran mürtəcelərinə  və xarici imperialistlərə qaşı yazılan 

şeirlərin bu qəzetin səhifələrini «bəzədiyini», xalqı yeni mü-

barizəyə «çağırdığını» qeyd edir. 

Tədqiqatçılar Möcüzün ictimai fikir tariximizdə yerini 

müəyyənləşdirir. Möcüz «XIX əsr Cənubi Azərbaycan ədəbiy-

yatında maarifçi satirik şeiri XX əsrdə yeni mərhələyə qaldır-

mış, onun məzmununu inqilabiləşdirmiş, demokratikləşdirmiş, 

cümhuriyyət quruluşunu üstün tutmuş, M.Ə.Sabir satirasını 

yeni  şəraitdə inkişaf etdirmiş, məşhur inqilab qəhrəmanları 

Səttarxana,  Ş.M.Xiyabaniyə, Heydər  Əmioğluya, Həllac oğ-

luna.... rəğbət hissilə yanaşmış, onların haqq işi uğrunda 

mübarizələrini alqışlamışdır» (122, s. 212).  

Mirzə  Əli Möcüzün yaradıcılığındakı «vətənpərvərlik və 

milli-azadlıq ideyalarının tərənnümü, maarif və  mədəniyyətə 

çağırış» (122, s. 81), ana dili uğrundakı  fəal mübarizliyi təd-

qiqatçıların diqqət mərkəzində olmuşdur. Q. Məmmədli onun 

«Seçilmiş  əsərləri»ni toplayıb  (Təbriz. 1945) nəşr etdirmiş, 

1954-cü ildə Bakıda «Seçilmiş əsərləri» çap olunmuş, 1982-ci 

ildə  «Əsərləri» nəşr olunmuşdur. «Azərbaycan  ədəbiyyatı 

tarixi» (Üç cilddə. 2-ci cild. Bakı. 1960) kitabında, Mir Cəlal və 

Firudin Hüseynovun birgə yazdıqları «XX əsr Azərbaycan 

ədəbiyyatı tarixi» (Bakı.1982) dərsliyində, L.Ömərovanın 

«Mirzə  Əli Möcüz» (Bakı. 1958) əsərlərində  şairin həyatı, 

inqilabi-ədəbi-bədii fəaliyyəti geniş şəkildə araşdırılmış, tədqiq 

edilmişdir. Satirik şeirlərinin  əsas mövzusu «şah üsul-idarəsi-

nin, istibdadın, zülm və istismarın, cəhalət və mövhumatın, 

qadın hüquqsuzluğunun, imperalizmin tənqidi» (14, s. 82) olan 

Mirzə  Əli Möcüzün yaradıcılığı ilk dəfə  Cəfər Xəndanın elmi 

yaradıcılığında geniş şəkildə tədqiq olunmuşdur. Bununla belə, 

İlk dəfə Cəfər Xəndan şairin yaradıcılığını araşdırmış «XX əsr 

Azərbaycan ədəbiyyatı tarixi» dərsliyinə salmışdır.  

Bütün  şeirlərində  İran istibdadından, feodal mütləqiyyət 

quruluşundan, məişətindən şikayət edir, bu şikayətlərdə «sızıltı 


                                                                                      Gülxani Pənah 

 

 



348 

və göz yaşları yox, mübarizə  və etiraz vardır, satira ruhu 

üstündür, öz halından, vətəninin halından  şikayətlənməyir, bu 

zülm və  fəlakətin səbəblərinin baisi canilərə, zalimlərə odlu 

nifrət yağdırır. 

Sırf məişət mövzusunda olan həcvlərinin qüvvətli olduğu, 

yoxsul kəndli təbəqələrinin ağır və acı həyatının inandırıcı  bo-

yalarla təsvir olunduğu, şairin bu şeirlərində bəyə, xana, ərbaba, 

şaha üsyan etdiyi, xalqın qul zəhməti, zəhmətin barını yeyən  

İran  ərbabları, onların hökmranlığı, qəddar, ağlasığmaz zülm 

sisteminin tənqidi, ifşası, onların satira atəşinə tutulduğu 

açıqlanır.  

Möcüz yaradıcılığının təhlil və tədqiqini verən, onun sə-

nətkarlıq imkanlarını araşdıran  tədqiqatçılar dövrünün ictimai 

hadisələrinə öz münasibətini «açıq və  cəsarətlə bildirən, nə 

maraqlı,  ən şirin üslublu»  şair kimi dəyərləndirir və onun şeir 

üslubunun «bir tərəfdən Sabir məktəbinə bağlıdırsa, digər 

tərəfdən də  Ləli, Sərraf kimi şairlərin məişətə dair həcvlərini  

(M.Cəlal) xatırlatdığını deyir. 

Möcüzün həyat və yaradıcılığını geniş tədqiq edən Cəfər 

Xandan, onun müasiri, görkəmli alim, Möcüz yaradıcılığının 

tədqiqatçısı Mir Cəlal  və digər tədqiqatçılar bir fikirdə ümumi 

qənaətdədirlər ki, Möcüz qorxmaz, cəsarətli, köhnəpərəstlərin 

ağzını yuma bilmədiyi, millətinin, xalqının mübariz oğlu, 

qorxusu olmayan, kəsərli, güclü qələmi olan, bundan  başqa bir 

şeyi olmamasıyla fəxr edən  əsl vətəndaşdır: «Möcüzün şeirlə-

rindəki tənqid obyektin müəyyənliyi cəhətdən həqiqi olduğu 

kimi, məna cəhətdən də dərin və ümumiləşdiricidir. Bu, təsvir 

olunan lövhənin çərçivəsindən çıxan, daha çox və daha ətraflı 

əhatə dairəsi olan kəskin satirik tənqiddir. Möcüz böyük və da-

vamlı təhsil görməsə də, müasir cəmiyyət quruluşunun ictimai-

iqtisadi köklərini, nəzəri əsas və mənşələrini bilməsə də, gözü-

açıq bir şair duyğusu və müşahidəsi ilə acı həqiqətləri görmüş, 

çox qabarıq həyati ziddiyyətləri duymuş və oxucuya söyləməyə 

çalışmışdır» (10). 


Gülxani Pənah 

 

 



349 

Tədqiqatçı mövzuya keçməzdən əvvəl Rza şahın 20 illik 

diktator rejiminin törətdiyi cinayətlərə diqqəti çəkir. O, özünü 

üzdə respublikaçı kimi göstərsə  də, işdə  İran azadixahlarına 

divan tutur, hiyləgər planı ilə hakimiyyəti  ələ keçirir, 1925-ci 

ildən İran irticaçı tarixinə «daha müdhiş səhifələr» yazır, ölkədə 

həmkarlar ittifaqlarını dağıdır, mətbuata zərbə vurur, liberal 

qəzetləri bağlatdırır, zindana saldığı saysız-hesabsız azadixah-

lara işgəncə verir, “milli-istiqlaliyyəti uğrunda mübarizə aparan 

xalqlara  divan tutur”, “ana dilində yazmaq, danışmaq 

fəaliyyətini qadağan etdirir, ana dilində yazılmış klassik 

ədəbiyyatı kitabxanalardan yığdırır”,  şəxsi adamlarda 

tapıldıqda ölüm cəsazına məhkum edir, bir sözlə, görünməmiş 

bir irticaçı kimi tanındığı açıqlanır. Onun fəaliyyəti Azərbaycan  

kəndlərini ağır vəziyyətə salır, iqtisadi, mədəni geriliyə  səbəb 

olur. Ölkədə yeritdiyi xarici siyasət araşdırılır. Almanların 

sovet sərhədlərinə yaxın yerlərdə,  İran və  Cənubi Azərbaycan 

torpaqlarında sərbəstliyi, qüvvələrini artırdığı, 1937-1938-ci 

illərdə SSRİ  əleyhinə hücum bazası düzəltmək niyyətlərini 

reallaşdırmasına  şərait yaratması, Sovet hökümətinin xəbər-

darlığına (1941-ci il 15 avqust) məhəl qoymadığından 1941-ci 

ilin 16 sentaybrında sovet qoşunlarının sərhədi keçdiyi tarixi 

məqamlar araşdırılır. Almaniyadan güclü kömək alacağına 

ümid bəsləyən Rza şahın planları pozulur, ölkədən qaçır. 

Şahlığa oğlu Məmmədrza Pəhləvi keçir, o Cənubi Azərbaycana 

qarşı siyasətində heç bir dəyişiklik etmədiyindən «xalq bu 

mürtəce siyasətə qarşı mübarizəni alman faşizmi  əleyhinə 

aparılan mübarizə ilə birləşdirir» (122, s. 110) 

Həmin dövrdə yaranan cəmiyyətlər, həmkarlar təşkilatla-

rı, Təbrizdə «Vətən yolunda» qəzetindən savayı, «Azərbaycan» 

qəzeti, «Ziddi-faşist», «Ədəbiyyat səhifəsi» vərəqələri çap 

olunur, mədəni  əlaqələr genişlənir. «Vətən yolunda» qəzetinin 

1944-cü ilin yazında Təbrizdə yenidən nəşri Cənubi 

Azərbaycanda demokratik fikirli yazıçıların fəaliyyətinin, milli 

mətbuatın genişlənməsinə imkan verir. Bu dövrdə  İran 


                                                                                      Gülxani Pənah 

 

 



350

hökumətinin başçısı  Səidin riyakar siyasəti, buna qarşı 

demokratik dairələrin tənqidi fikirlərinin mətbuatda geniş yer 

alması, Səidin «Azadlıq cəbhəsi» adamlarının qəzetlərini 

bağlatması, onun hakimiyyətinin noyabrın 9-da istefaya məcbur 

olması, onun əlaltısı Seyid Ziyaəddinin  fitnəkarlıqları, bunların 

mətbuatda geniş  işıqlandırılması, onun və  əlaltılarının Sovet-

İran əlaqələrinin yaxşılaşdırılmasına xidmət edən  hər hansı bir 

təşəbbüsün qarşısını almağa çalışdıqları, xalqın belə satqınlara 

qarşı  çıxışı, baş alıb gedən gərginliklər, xalqın mürtəce 

qüvvələrə qarşı keçirdikləri nümayişləri dilə  gətirən tədqiqatçı 

1944-cü il dekabr ayında çıxan Tehran və Təbriz qəzetlərindən 

verdiyi xülasələri bu fikirlərlə tamamlayır: «Bunlar məfkurə 

cəbhəsində mübarizənin gərginliyini göstərdiyi kimi, xalqın 

siyasi-ictimai mübarizəsində yeni bir mərhələnin yarandığını da 

isbat etməkdədir. Bu yenilik Cənubi Azərbaycanda daha çox 

nəzərə çarpırdı» (122, s. 116).  

İran hökumətinin ümumilikdə sovet xalqına bəslədiyi 

düşmənçilik münasibətini sübuta yetirmək istəyən tədqiqatçı 

müharibədən qalib çıxmış silahlı qüvvələri qarşılayan Təbriz 

əhlinin sevincini, Tehranda irticanın müharibədən sonra daha 

qüvvətləndiyini qeyd edir. Həmin dövrdə «Nəcate  İran», 

«Pravda», səhifələrində yer tutan mövzular açılır. Təzyiq və 

təqiblərə baxmayaraq Azərbaycan Demokratik Firqəsi  fəaliy-

yətini sürətlə davam etdirir, orqanı olan «Azərbaycan» qəzetini, 

məramnaməsini yaradır və bu məramnamədə  səhiyyə, mədə-

niyyət, iqtisadiyyat və s. sahələrə dair demokratik qanunlar ək-

sini tapır, xalqın rifahının yaxşılaşdırılması üçün proqram 

işlənib hazırlanır, Cənubi azərbaycanlıların hökumət təşkil 

etməsi Pişəvəriyə tapşırılır, dekabrın 13-də Azərbaycan milli 

hökumətinin 20 maddədən ibarət proqramı elan edilir, fəaliy-

yəti  ədəbi  əsərlərin də mövzusuna çevrilir: «dekabrın 16-da 

«Şairlər məclisi» üzvləri öz mənzum məktublarında xalqın 

hökumətə münasibətini ifadə edərək yazmışdılar ki: 

 


Gülxani Pənah 

 

 



351 

Məclisi-milli nümayan oldu gün tək ölkədə, 

Güldü ellər, güldü tarix, güldü gül tək ölkə də. 

Seçdi ellər xalq içindən şövqilə on bir vəzir, 

Olmaya yadlar əlində xalqımız bir də əsir» (4, s. 126). 

İran irticaçılarının demokratik hərəkatın qarşısını almaq 

üçün  min bir fırıldağa  əl atıb milli hökumətin işini pozmaq 

üçün onu iqtisadi və maddi çətinliklər içində qoymaq istəyini 

verir. Milli hökumətin ticarət böhranını aradan qaldırmaq üçün 

gördüyü tədbirlər, verdiyi qərarlar «Azərbaycan» qəzetinin 

səhifələrində  işıqlandırılır, səhifələrində  İran irticaçılarının 

Azərbaycanın sərvətini çəkib aparmaq istəyini ifşa edir. İranın 

Azərbaycana qarşı münasibəti getdikcə  kəskinləşir, «Azər-

baycan», «Azad millət» qəzetləri xalqın apardığı mübarizədən 

geri dönməyəcəyini («Öldü var-döndü yox!» şüarı) bildirir. C. 

Xəndan Pişəvərinin «Hamıya, hamıya, hamıya» müraciətilə 

söylədiyi aşağıdakı sözlərinə diqqəti yönəldir: 

«Yaşamaq istəyirsən ölümə hazır ol! 

Silah qarşısına çıxmalı  və qoşuna qoşun ilə cavab 

verməlidir. 

Azərbaycan sakit bir diyardır. Lakin onun dəhşətli tufanı 

qalxdıqda dünyanı öz gurultusu ilə doldurur və  bəşəriyyəti 

düşünməyə vadar edir. Bu da tarixin şahid olduğu böyük 

işlərdəndir. Ya azad yaşamaq, ya iftixar ilə ölmək!» (122-129). 

Xalqın qanı içində boğulan azadlığı,  İran irticaçılarının 

qanlı cinayəti pislənir: «Onlar Azərbaycan xalqının  ən yaxşı 

oğul və qızlarını silahdan keçirib, dar ağacından asıb daşqalaq 

etdilər. Zindanlarda yer tapılmadı. Orta əsr cəza tədbirlərini 

kölgədə buraxan bu cəza üsulları xalqın möhkəm iradəsini qıra 

bilmədi. Dar ağacına aparılan, daş-qalaq edilən, boğazına qur-

ğuşun tökülən adamlar «Yaşasın Azərbaycan!», «Yaşasın 

demokrat firqəsi!», «Yaşasın azadlıq!»-deyə ölümə gedirdilər» 

(4, s. 110). Bütün bunların  şahidi olan azərbaycanlı  sənətkar-

ların ana dilində  mətbuatı,  ədəbi təşkilatı, heç bir şəraiti 

olmadan ciddi təqiblərə məruz qalmasına baxmayaraq Əli Fit-


                                                                                      Gülxani Pənah 

 

 



352 

rət, Mir Mehdi Etimad, Hilal Nasiri, Balaş Azəroğlu, Aşıq Hü-

seyn Cavan kimi sənətkarlar yetişdirdiyi açıqlanır, onların 

yaradıcılığına şimali azərbaycanlıların böyük təsirini qeyd edir: 

«Bunlar kimi onlarca digər  şair və  ədiblərin yaratdıqları 

ədəbiyyat öz ideya-məzmunu ilə  əvvəlki  ədəbiyyatdan fərqlə-

nir»-deyən tədqiqatçı (122, s. 138) bu ədəbiyyatın faşizmə qarşı 

mübarizə işinə kömək etdiyi kimi, Cənubi Azərbaycan xalqını 

öz milli istiqlaliyyəti uğrunda mübarizəyə də «ruhlandırdığı»nı 

bildirir: «Siyasi həyatda olduğu kimi mədəni-ədəbi həyatda da 

bir yüksəliş  və intibah nəzərə çarpırdı. Bu yenilik ana dilində 

mətbuatın yaranması, yazıçıların təşkilat altına alınması, 

dövrün tələblərinə uyğun yeni məzmunlu bədii  əsərlərin 

yaranması və milli hisslərin inkişaf etməsində özünü göstərdi»-

deyir (122, s. 138). 

Tədqiqatçı apardığı araşdırmalar nəticəsində bu qənaətə 

gəlir ki, Cənubi Azərbaycan  ədibləri-təkcə  gənc nəsil deyil, 

yaşlı  nəsil də zamanın nəbzini tutmağa, eyni zamanda Zeyna-

labdin Marağayi, Səid Səlmasi, M.Ə.Möcüz kimi «köhnə dü-

şüncə və köhnə ədəbiyyatla mübarizə edən sənətkarların da nə-

cib ənənələrini» davam etdirməyə səy göstərir. Müasir ədəbiy-

yatın xalqın «siyasi, ictimai mübarizəsinə tarixdə misli görün-

məmiş» böyük yaxınlığı, bunun onda  mübariz ruh doğurması 

tədqiqatçının diqqətindədir: «Müasir, gözüaçıq  yazıçı, milli qü-

ruru olan sənətkar xalqın mübarizəsində iştirak etməyə bilmir. 

Çünki bu mübarizənin qayəsi  indi həmişəkindən daha çox 

sənətkarlara aydın olduğu kimi, bilavasitə onların iştirakı ilə 

yaxından köməyi də qeyd edilməlidir. Məsələn, dünənki 

şairlərdən fərqli olaraq bugünkü şair eyni zamanda fədai, siyasi 

və ictimai bir xadimdir» (122, s. 139). 

Mir Mehdi Etimadın doğma xalqını, torpağını məhəbbətlə 

tərənnüm edən misralarını verir: 

Yurdum, yuvam, ellər gülü, doğma vətənimsən, 

Dünya hamısı bir tərəfə, sən də mənimsən! 

Heç qüvvə cahanda ayıranmaz səni məndən, 


Gülxani Pənah 

 

 



353 

Mümkünmü ayırmaq ola bir ruhi bədəndən? (4, s. 140). 

B. Azəroğlunun «Bakı səfəri» şeirindən misraları nümunə 

gətirir. Milli qürürun, vətənpərvərlik hissinin şair və yazıçıların 

sonrakı  əsərlərində  də olduğunu bildirən tədqiqatçı  İran 

mürtəcelərinə qarşı mübarizənin kəskin dövründə xalqı mü-

barizəyə səsləyən, döyüşlərə çağıran, döyüşləri tərənnüm edən 

şeirlərin  Təbriz, Ərdəbil, Urmiya, Xoy və başqa şəhərlərdə ya-

randığını bildirir. Yada general Drəxşaninin nizamlı ordusunun 

xalq qüvvələri qarşısında baş əyməyə məcbur edilməsini salır: 

«Təbrizin  ən məşhur aşıqlarından Hüseyn Cavan bu tarixi 

hadisəni tərənnüm edərək yazmışdı: 

Bir soraq gətirdi könül tərlanı, 

Təbrizin dövrəsin aldı fədai. 

Sel kimi kəndlilər kəsib hər yanı, 

Şir kimi meydana gəldi fədai! 

 

Çəkildi dumanlar, göründü dağlar, 



Bəzəndi bağçalar, bəzəndi bağlar. 

Güldü elimizə bu gözəl çağlar, 

Öz milli həqqini bildi fədai! (4, s. 141) 

Milli hökumət dövründə  Təbrizdə  «Şairlər və yazıçılar» 

cəmiyyətinin, mədəni müəssisələrin, ana dilində  qəzet və 

məcmuələrin, incəsənət məktəbləri və s. təşkili yada salınır. 

Milli hökumətin yarandığı ilk günlərdə  «Şairlər məclisi» 

üzvlərinin Azərbaycan milli hökumətinə yazdıqları, bütün 

ölkəyə səs saldığı mənzum məktubunu verir: 

«Ey müqəddəs məskənim, ey şanlı Azərbaycan, 

Biz səninlə fəxr qıllıq yer üzündə hər zaman. 

Hansı bir yer sən kimi aləmdə vardır basəfa, 

Yoxdur heç yerdə yəqin et, məndəki abu-həva! 

-deyən  şairlər ta qədim Midiya dövründən başlayaraq, 

Azərbaycan xalqının keçmiş olduğu  şanlı mübarizə yollarına 

iftixarla nəzər salırlar.  Ərəb, fars, monqol işğalçıları  əleyhinə 



                                                                                      Gülxani Pənah 

 

 



354 

azərilərin apardığı  qəhrəmanlıq mübarizəsini təsvir etdikdən 

sonra şairlər deyirlər: 

Qaldırıb baş ol zaman imdadına aslanların, 

Qorxu bilməz ellərin, namuslu mərd oğlanların» 

 (122, s. 142) 

Milli hökumət dövründə bədii yaradıcılığın inkişafı üçün 

«geniş imkanlar» yarandığı, təkcə  Təbrizdə «Azərbaycan», 

«Azad millət», «Qələbə», «Ədəbiyyat səhifəsi», «Şəfəq», 

«Şairlər məclisi», «Yeni Şərq» və s. ana dilində olan qəzet və 

jurnalların nəşrə başladığı, «Şairlər və yazıçılar» cəmiyyətinin 

ədəbiyyatı «yeni inkişaf mərhələsinə» qaldırdığı təqdir edilir. 

Təbrizdə milli qoşun-Qızılbaş Ordunun təşkil olunması 

xalqda qələbəyə yeni inam doğurur, böyük bir qələbə kimi səs 

salır, qocaman şair Hilal Nasiri sevinc içərisində göz yaşı 

tökərək «Damlalar» şeirini yazır: 

Ey gözəllər üzlərində parlayan, 

Almaz kimi gözdən axan damlalar! 

Yoxsa siz də milli sərbaz görməyə 

Ürəyimdən olduz rəvan damlalar? 

 

Xiyabandan milli qoşun axanda



Məhəbbətli göz onlara baxanda, 

Ürəkdəki duman gözə çıxanda, 

Siz olursuz orda əyan damlalar. 

Azərbaycanın istiqlaliyyətini tanımaq fikrində olmayan 

İran və onun tərəfdarlarına qarşı  Cənubi azərbaycanlıların 

silaha sarılması, ölkəni müdafiə etməsi, bu dövrdə «ölkə mü-

dafiəsi» mövzusunun ədəbiyyatda  əsas mövzu olması diqqətə 

çatdırılır. Ölkə müdafiəsi mövzusunda xalq ədəbiyyatında da 

«diqqətəşayan» mövzular yaranır. Aşıq Hüseynin «Bizim 

səsimiz»  şeirində elləri səfərbərliyə çağırdığını  gətirdiyi 

nümunələr əsasında təhlil edir. 

Cənubi Azərbaycan  şairlərindən Mirzə Mehdi Çavuşi, 

Mədinə Gülgün, İbrahim Zakir, Hökumə Bülluri, Fəxrəddin 


Gülxani Pənah 

 

 



355

Nuri diqqətə  çəkilir, yazıçılardan Fəthi Xoşginabi, M. Vilai, 

Məhəmmədluyi Abbasinin və başqalarının yaratdığı  əsərlər, 

onların sırasına gələn gənc qələm sahiblərinin əsərləri, «on üç 

yaşlı bir uşağın» aşağıdakı sözləri bədii ədəbiyyata qarşı artan 

marağının bir nümunəsi kimi qiymətləndirilir: 

Sən mənim öz vətənimsən verərəm can səndə, 

Edərəm canımı hürriyyətə qurban səndə! 

Bülbüləm eşqin ilə heç yuxu girməz gözümə, 

Bağrımı qönçə kimi eylərəm al qan səndə! 

Sənin eşqində vətən aşiqi-divanə mənəm, 

Yaranıbdır vətənim, cənnəti-rizvan səndə! (122, s. 145). 

Alman faşizminə qarşı mübarizə dövründə yaranan 

Cənubi Azərbaycan ədəbiyyatını araşdıran tədqiqatçı bildirir ki, 

bu dövrdə «Cənubi Azərbaycan xalqında milli şüur, milli 

azadlıq uğrunda mübarizə hissi xeyli artdığı kimi yeni milli 

ədəbiyyat yaratmaq və yaranan ədəbiyyatı  tədqiq etməkdə  də 

çox iş görüldü» (122, s. 145). Bu dövrdə Təbrizdə nəşr olunan 

məcmuə  və  qəzetlərin Azərbaycan folkloruna geniş yer ver-

məsi, «Azərbaycan» qəzetinin bu sahədə xüsusi rolu, onun 

səhifələrində «Azərbaycan milli dastanları» başlığı altında  his-

səsində folklor nümunələri, onunla bağlı  tədqiqat işlərinə aid 

məqalələrin dərc edilməsi faktlarla tədqiqini tapır. Onun səhi-

fələrində yer alan folklor nümunələrindən («Sarala-sarala yaşa-

maqdan, qızara-qızara ölmək yaxşıdır», «Uzaq qohumdan ya-

xın həmsayə yaxşıdır», «Qurda rəhm eləmək qoyuna zülm elə-

məkdir», «Dağlardan yüksək-himmətdir», «Harda var birlik, 

orda var dirilik», «Nahaq qan yerdə qalmaz, «Haqq yandıran 

çırağı heç tufan söndürə bilməz» və sairə» (122, s. 145) bəhs 

edir. 


C.Xəndan Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı 

dövründə realist ədəbiyyyatla yanaşı ara-sıra «müasir Cənubi 

Azərbaycan yazıçılarının yaradıcılığı üçün səciyyəvi» olmayan 

mücərrəd romantik ədəbiyyat nümayəndələrinin də olduğunu 

bildirir. Həbib Sahirin adını çəkir.  


                                                                                      Gülxani Pənah 

 

 



356 

Onun mübarizə ilə  əlaqəsi olmayan mövzulardan bəhs 

etməsini diqqətə çatdırır,  şeirlərində «hiss, həyəcan, nə  qədər 

yüksək olsa da fikir və qayə də bir o qədər dolaşıq və geniş xalq 

kütlələri üçün anlaşılmazdır» (122, s. 147)-deyir. Həbib Sahirin 

Hüseyn Mehdinin onun əsərlərinə yazdığı rəydən sonra xalqın 

mübarizəsinə səs verdiyini, bu cür yeni məzmunlu ədəbiyyatın 

yaranmasına sovet ədəbiyyatının təsirini qeyd edir.  

C.Xəndan müharibədən qabaq Cənubi Azərbaycan gənc-

lərinin öz vətənlərinə sosializm ideyaları apardığını, sovet 

yazıçılarının ilk əsərlərini öz ölkələrində yaydıqlarını yazır və 

«Azəroğlu,  Əli Tudə kimi gənclərin ilk əsərlərindəki yeniliyi 

bununla izah etməliyik» (122, s. 147)-deyir. Bu ədəbiyyatın və 

mədəniyyətin onlara təsiri yollarının «müxtəlifliyini» dilə 

gətirən tədqiqatçı onların cəmiyyətinin xariclə  mədəni  əlaqə 

saxladığını, Cənubi Azərbaycanda sovet ədəbiyyatına və mədə-

niyyətinə böyük marağın olduğunu göstərir. C.Cabbalının 

«Sevil» əsərinə xüsusi marağı, sovet filmlərinə marağı diqqətə 

çatdırmaqla yanaşı tədqiqatçı Böyük Vətən Müharibəsi illərin-

də ordu sıralarında Cənubi Azərbaycana getmiş M.İbrahimov, 

S.Rəhimov, S.Rüstəm, Ə.Məmmədxanlı, M.Rahim, O.Sarıvəlli 

kimi sənətkarların orada nəşr etdirdikləri əsərləri, Təbrizdə nəşr 

olunan «Vətən yolunda» qəzetinin səhifələrində çap edilən 

sovet  ədəbi numunələrini, «Şairlər məclisi» və  Mədəni Rabitə 

Cəmiyyəti tərəfindən sovet ədəbiyyatına həsr olunmuş məruzə 

və mühazirələrin də maraqla qarşılandığını bildirir. Eləcə  də 

sovet ədəbiyyatında geniş yer tutan cənub mövzusunun rolunu 

da qeyd edir: «Sovet sənətkarlarının cənub mövzusunda yazdıq-

ları  əsərlər içərisində S.Vurğunun «20 bahar», «Yandırılan 

kitablar», S.Rüstəmin «Cənub  şeirləri» və «XII tüfəng» poe-

ması, M.Rahimin «Arazın  şikayəti», Rəsul Rzanın «Təbrizli 

yoldaşıma»,  Ə.Cəmilin «Təbrizdə  əzan çağı», M.Dilbazinin 

«Şair bacıma», N.Rəfibəylinin «Ayrılıq», M.S.Ordubadinin 

«Dumanlı  Təbriz», Zeynal Xəlilin «Fədai», M.İbrahimovun 

«Nakam məhəbbət», «Cənub hekayələri», «Gələcək gün», O. 


Gülxani Pənah 

 

 



357 

Sarıvəllinin «Panamalı dilənçi», «Təbriz şeirləri», Ə.Məmməd-

xanlının «Qızıl qönçələr»,  Əvəz Sadıqın «Zərqələm» kimi 

əsərləri vardır. Bu əsərlər Cənubi Azərbaycan xalqının xoşbəxt 

günlərini arzulayan sovet xalqlarının arzu və istəklərini 

tərənnüm etməkdədir» (122, s. 148). 

Sovet ədəbiyyatıyla bağlı məlumatların yayılmasında təd-

qiqatçı o taydan gələn sənətkarların da rolunu, Azərbaycanda 

sovet hakimiyyətinin qurulmasının 25 illiyi ilə  bağlı keçirilən 

görüşlərində iştirakını da qeyd edir. 

Realizmin inkişafı «nəsr janrının yaranmasına» da səbəb 

olur və bunu müasir ədəbiyyatda «yeni bir hadisə kimi» 

qiymətləndirir. Sözün həqiqi mənasında yüksək nəsr  əsərləri 

nümunəsinin az olduğunu, bununla belə, Təbrizli Lalənin «Bir 

gərdiş xatirəsi» hekayəsini, Bəylər Hailinin «Həbibə», «Həyat-

da mənim nəsibim» hekayəsini, Fəthi Xoşginabinin «İbrahim», 

«Züleyxa», «Zeynəb», «Məsum və  Məsumə» hekayələrini nü-

munə gətirir. Milli hökumət dövründə hər hansı nəzərə çarpan 

yeniliyi tərənnüm etməyə çalışan oçerklər, hekayələr yazan 

İ.Tahirin «Pərvizin arzusu və sevinci» adlı ana dilində yazılmış 

əsərində «Azərbaycan» qəzetinin nəşri münasibətilə  Pərvizin 

sevinci fonunda xalqın fərəhini təsvir edir» (122, s. 151). 

Dövrün müasir şeirinin nəzərə çarpan yeniliklərini qeyd edir: 

«Şeirdə heca vəzninin inkişafını böyük bir yenilik» kimi də-

yərləndirir: «Heca vəzni formal bir hadisə deyildir. Bu milli 

şüurun, yeni ideyanın doğurduğu milli şeir kimi özünü 

göstərmişdir. Bu şairləri fars təsirindən tamamilə uzaqlaş-

dırmış, milli ədəbiyyata, folklora bağlamışdır... Heca vəznində 

yazmaq onları əruz vəzni üçün səciyyəvi olan bir sıra çətinlik-

lərdən qurtarmış, formalizmdən uzaqlaşdırmış,  şeiri xalqa ya-

xınlaşdırmışdır» (122, s. 151). Qəzəl, qəsidə əvəzinə dastanın, 

qoşmanın, poema janrının inkişafı  nəticəsində yaranan epik 

əsərlərin (B.Azəroğlunun «Bakı  şəfəri»,  Əli Fitrətin «Səttar-

xan», Etimadın «Analar namusu» və s) yaranmasını  dəyər-

ləndirir. Bu dövrdə  şeirin məzmunundakı yeniliyi görür. Xal-


                                                                                      Gülxani Pənah 

 

 



358 

qımızın  qəhrəman  keçmişinə, milli şüur və sinfi mübarizə 

mövzusunda  yaranan qiymətli əsərlər xatırlanır, intim  lirika öz 

yerini siyasi lirikaya verir, «vətənpərvərlik, xəlqilik, humanizm, 

demokratizm və sair sifətlər Cənubi Azərbaycan  şeirinin  əsas 

səciyyəsi» olur, şeir ümumxalq işinin ayrılmaz bir tərkib 

hissəsinə çevrilir: «Öz məzmunu və şəkli etibarilə indi Cənubi 

Azərbaycan şeiri fars şeirini arxada buraxmışdır» (122, s. 152). 

Yaradıcı qüvvələrin çiçəklənməsi,  ədəbiyyat sıralarına 

gələn istedadlı  gənclik, onların yaratdıqları  əsərlər dəyərləndi-

rilir. Səttar xan haqqında yaxşı  bədii  əsərlər yaratmaq müsa-

biqəsində «60-dan artıq  şair iştirak etmişdir ki, bunların 40 

nəfəri yalnız son illərdə  ədəbi fəaliyyətə başlamış  və tanınmış 

gənclərdir»-deyir (4-152). 

Şeirdə siyasi lirika və satiranın  inkişafını da «böyük bir 

yenilik» kimi, xalq, vətən məhəbbətinin onların yaradıcılığında 

gözəl siyasi lirika nümunələrini yaratdığını dəyərləndirir, Cənu-

bi Azərbaycanda yaranan ədəbiyyatın tərbiyəvi  əhəmiyyətini 

qeyd edir: «Vaxtilə XX əsrin  əvvəllərində öz məşhur «Vətən 

dili» adlı dərs kitabını yazan Mirzə Həsən Rüşdiyyə müasirlə-

rində  uşaqların tərbiyəsinə köməkedici bədii bir nümunə tapa 

bilmədiyi halda, milli hökumət dövründə ibtidai məktəbin I-IV 

sinifləri üçün ana dilində yazılmış  dərs kitablarındakı mate-

rialların çoxunu müasir şair və  ədiblərin  əsərləri  təşkil 

etməkdədir» (122, s. 154).  

1946-cı ildə sovet qoşunları  İran, Cənubi Azərbaycan 

torpaqlarını  tərk etdikdən sonra da vətən mövzusunun ədəbiy-

yatda «yeni qüvvət kəsb etməsi», Təbriz radio stansiyasının və 

mətbuatda  şairlərin öz odlu şeirləri ilə xalqı «müqavimətə» 

çağırması, İran irticasının «asayişi bərpa etmək» siyasəti altında 

Cənubi Azərbaycana qoşun yeritməsi, qoşundan qabaq Təbrizə 

göndərilən bıçaqçı dəstəsinin  azad fikirli adamları qanına qəl-

tan etməsi, görünməmiş  qətl və qarətlər,  Əli Fitrətin zindanda 

öldürülməsi, Etimadın həbs olunması, Hilal Nasirinin edamı, 

yazıçı Məhəmmədluyi Abbasinin ölümcül surətdə bıçaqlanma-


Gülxani Pənah 

 

 



359 

sının «bu dövrdə  təsadüf olunan adi hallar» olduğunu bildirir. 

Xalqın Aşıq Hüseyni, M.Gülgünü, B. Azəroğlunu, H. Büllurini 

qoruyub ələ verməməsi, bu hadisələrin əsərlərdə (məsələn, Əli 

Tudənin «Yenə Azərbaycan torpağındadır»  şeiri)  əksi qeyd 

edilir. 


«Bu vəziyyəti xatırlayan gənc  şair  Əli Tudə  Aşıq Hü-

seynə ithaf etdiyi «Yenə Azərbaycan torpağındadır» adlı 

şeirində yazmışdı: 

Hər evi yüz kərə axtardı düşmən, 

Min qalın kitaba od vurdu birdən. 

Fəqət o bilmədi sənin hər nəğmən, 

Duyan ürəklərin varağındadır» (122, s. 154). 

Milli hökumət dövründə ana dlilində mətbuatın inkişafını 

tədqiq edən tədqiqatçı ilk öncə Azərbaycan Demokrat Firqə-

sinin məramnaməsinin 41-ci maddəsini yada salır: 

«Azərbaycan dilində kitab nəşrinə mane olan adamlar 

vətən xaini və xalq düşməni kimi məsuliyyətə alınmalıdır» 

(122, s. 157). Bu  maddənin həyata keçirilməsini sübut edən o 

dövrdə ana dilində çıxan «Azərbaycan». «Azad millət», «Yeni 

şərq», «Qələbə», «Cövdət», «Urmiyə», «Cavanlar», «Azər» və 

s. qəzetlər, «Azərbaycan ulduzu», «Şairlər məclisi», «Şəfəq», 

«Maarif», «Vətən», «Demokrat», «Cavanlar» və «Günəş» adlı 

məcmuələr çıxdığını, nəşr olunan kitabları («Krılovun Azər-

baycan və fars dillərində təmsilləri, Azərbaycan və fars dilində 

«Ziddi-faşist» adlı kitablar, «Usta Zeynal» hekayəsi, C.Məm-

mədquluzadənin tərcümeyi-halı, «Şura Azərbaycanı» kitabları, 

Səfvətin «Dəsteyi-gül» adlı müntəxabatı, Heyran xanımın 

«Seçilmiş əsərləri», «Saib Təbrizi» kitabçası, Əli Fitrətin «Se-

çilmiş  əsərlər» kitabı, həkim Məhəmməd Zəkəryayi-Razinin 

tərcümeyi-halı, Fədainin «Bəxtiyarnamə» dastanı, M. Ə.Mö-

cüzün «Seçilmiş  əsərləri», M.Ənvərin «25 bahar» kitabçası, 

Hejarın kürd və Azərbaycan dilində «Lay-lay» adlı  şeirlər 

kitabçası», aylıq «Şəfəq» məcmuəsinin nəşri və s), maarif 

sahəsində  nəzərə çarpan nailiyyətlər  (yaşlılar və ibtidai 


                                                                                      Gülxani Pənah 

 

 



360 

məktəbin I-IV sinifləri üçün ana dilində  dərsliklər,  ən yaxşı 

dərs kitablarının yazılması  əmri, kitabların tərtibində bir neçə 

müəllifin iştirakı, dərs kitablarının məzmununda yeniliklər, bu 

dərsliklərdə N.Gəncəvi, S.Təbrizi, M.Ə.Sabir,  Ə.Haqverdiyev, 

C.Məmmədquluzadə, A.Səhhət və digər klassik sənətkarların 

əsərlərindən parçalar) dilə gətirilir və bunların İran mürtəcelə-

rini və ingilis-amerikan  ağalarını hiddətləndirdiyini, pozuculuq 

əməllərini araşdıran tədqiqatçı 1946-cı ilə  Təbrizdə «Sovet 

Azərbaycanı dostları cəmiyyəti»nin yaranmasının iki ölkə ara-

sında mədəni əlaqələrin genişlənməsində rolunu dəyərləndirir.  

Tədqiqatçı 1906-1946-cı illər arasında «Azərbaycan» adı 

altında çıxan qəzet və məcmuələri araşdırır, onların eyni siyasi, 

ictimai və  ədəbi məzmuna» malik olmadığı  qənaətindədir.  

«Azərbaycan» adı altında çıxan mübariz orqandan əvvəl 40 ildə 

bu ad altında olan qəzet və  məcmuələrə diqqəti çəkir. Onlar 

aşağıdakılardır:  

«1. «Azərbaycan» məcmuəsi-məlumumuz olduğu üzrə bu 

məcmuə 1906-1907-ci illərdə Səttarxanın təşəbbüsü ilə Təbriz-

də nəşr olunan demokratik ruhlu bir  məcmuə idi. 

2. «Azərbaycan» qəzeti 1918-ci ildə türklər tərəfindən 

Təbrizdə nəşr olunan bir qəzet idi. 

3. «Azərbaycan» 1918-ci ildə Bakıda Cənubi Azərbaycan 

inqilabçıları  tərəfindən buraxılan inqilabi bir qəzet idi. Bu 

qəzetdə  məşhur inqilabçı  S.C. Pişəvəri (Cavadzadə) iştirak 

etmişdir. 

4. «Azərbaycan» 1918-1920-ci illərdə Bakıda çıxan 

«Müsavat» partiyasının orqanı olan bir qəzet idi. 

5. «Azərbaycan» yenə  həmin dövrdə Bakıda rus dilində 

nəşr olunan «Müsavat» partiyasının orqanı olan bir qəzet idi. 

6. «Azərbaycan» 1343-cü hicridə  Təbrizdə doktor Ələk-

bər Pişvanın redaktorluğu altında çıxan həftəlik qəzet idi. 

7. «Azərbaycan» 1337-ci hicri ilində  Təbrizdə Möhsün 

Məcdüssəltənə -Əfşar tərəfindən buraxılan həftəlik qəzet idi. 



Gülxani Pənah 

 

 



361 

8. «Fəryadi-Azərbaycan» 1336-46-cı hicri illərində  Təb-

rizdə Kazım Dadgəran tərəfindən nəşr edilən həftəlik qəzet idi. 

9. «Azər» 1343-cü hicridə  Təbrizdə doktor Pişva 

tərəfindən nəşr olunan həftəlik qəzet idi. 

10. «Azərbaycan məcmuəsi» («Azərbaycan ulduzu») 

1945-1946-cı illərdə  Təbrizdə Hilal Nasirinin nəşr etdirdiyi 

demokratik ruhlu satirik məcmuə idi. 

11. «Azərbaycan» 1942-1945-ci illərdə  Əli  Şəbüstərinin 

Təbrizdə  nəşr etdirdiyi demokratik ruhlu bir qəzet idi ki, bu, 

Azərbaycan Demokratik Firqəsinin orqanıdır...  

12. «Azər» 1946-cı ildə  Zəncanda Azərbaycan Demok-

ratik firqəsinin Zəncan komitəsi tərəfindən buraxılan qəzet  idi. 

13. «Azərbaycan məcmuəsi» 1945-1946-cı illər arasında 

nəşr olunan aylıq ictimai, siyasi və  ədəbi mücəvvər bir məc-

muədir ki, öz bədii qiyməti və siyasi ictimai məzmunu ilə 

indiyədək bu ad altında çıxmış  qəzet və  məcmuələrdən üstün 

idi. 


14. «Azərbaycan» 1945-ci ilin 5 sentyabrından nəşrə 

başlayıb kiçik bir fasilə ilə nəşr olunan Azərbaycan Demokratik 

Firqəsinin orqanıdır»  (122, s. 162-163). 

1945-ci ilin sentyabrından nəşrə başlayan Azərbaycan 

Demokratik  Firqəsinin orqanı olan «Azərbaycan» qəzeti bu 

başlıq altında çıxan qəzet və məcmuələrin, «xüsusən «Azərbay-

can» adlı satirik məcmuə və demokratik ruhlu qəzetlərin nəcib 

ənənələrini-dildə sadəlik, vətənpərvərlik, milli qürur və s» 

davam etdirir, qəzetin Əli Şəbüstəri tərəfindən buraxılan «Azər-

baycan»ın «ikinci dövrəsi» adlandırılması «təsadüfi» sayılmır. 

Milli hökumət dövründə Milli məclisin sədri olmuş Ə.Şəbüstəri 

alman faşizminə qarşı mübarizə günlərində Azərbaycan dilində 

bu qəzeti nəşr etdirmişdi və «Cənubi Azərbaycan mətbuatı 

tarixində bu, böyük bir hadisə», müharibə illərində «Təbrizdə 

nəşr olunan «Vətən yolunda» adlı gizli əsgər qəzetindən sonra 

birinci təşəbbbüs» kimi yüksək qiymətləndirilir.  



                                                                                      Gülxani Pənah 

 

 



362 

«Azərbaycan» həm alman-faşist, həm də xalqın istiqla-

liyyətinə mane olan İran irticasına qarşı mübarizənin Təbrizdə 

«ilhamçısı  və  təşkilatçısı», xalqda milli şüur oyadan, onu 

istiqlaliyyəti uğrunda mübarizəyə ruhlandıran, eyni zamanda 

bədii ədəbiyyatın inkişafında da öz təsirini göstərən orqan idi. 

Onun səhifələrində  Əli Fitrətin, Hilal Nasirinin, Mir Mehdi 

Etimadın və başqalarının ana dilində əsərləri dərc olunurdu. Bu 

qəzetdə S. Rüstəmin «Təbriz  şeirləri»nin çoxu “dərc olunur”. 

Onun «Dəymə» qoşmasından 

Mən sənin dilinə  dəymirəm, sən də, 

Gəl, mənim bu ana dilimə dəymə! 

Sənin də bağın var, gülün var, çəkin, 

Bağımda əkdiyim gülümə dəymə! 

-misralarını nümunə gətirir. Qəzetin siyasi bir firqənin iradəsini 

ifadə etdiyi, ana dilinin saflığı uğrunda mübarizə apardığı, milli 

istiqlaliyyət uğrunda gedən mübarizəni «ana dili və ədəbiyyatın 

inkişafı ilə» bağladığı qənaətindədir. «Ana dili» adlı məqalədə 

deyir: 

«... Biz də dünya millətləri cərgəsinə daxil olub, öz qa-



nuni haqlarımızı istəməliyik və bütün dünyada olan azadixah 

xalqlara sübut etməliyik ki, bizim də öz ana dilimiz və ədəbiy-

yatımız vardır. Biz də qeyri xalqlar kimi azad yaşamalıyıq və 

azad, müstəqil maarifimiz olmalıdır» (122, s. 167). 

Pişəvərinin seçkilərin qələbəsindən xəbər verən («Bulud-

lar çəkilir, fəzalar işıqlanır») məqaləsinin doğurduğu ruh 

yüksəkliyi, 1945-ci il 12 dekabrda milli məclisin təşkilinin 

doğurduğu xalq bayramının tərənnümünü verən aşağıdakı 

Açıldı məclisi-milli, vətən bir nobahar oldu, 

Azadlıq bağı gül açdı, sərasər laləzar oldu. 

Daha qəbrində yat rahət, sən ey Sərdarımız, hər vaxt. 

Vətən azad olub qəmdən, muradın bərqərar oldu. 

Sizi, ey Məclisi-Milli, ürəkdən eylərəm təbrik, 

Bu gün bu Məclisi-Milli bizə bir iftixar oldu 



Gülxani Pənah 

 

 



363 

-misralarını (122, s. 169) yada salır. Məclisin təşkili münasibə-

tilə Etimadın fədailərin rəsm-küsadını tərənnüm etdiyini yazır. 

Milli hökumətin bütün Cənubi Azərbaycanda doğurduğu sevin-

ci əks etdirən onlarca şeirini diqqətə çatdıran tədqiqatçı Süley-

man Əminin əsərindən bir parçanı verir. 

Qəzetdə «Azərbaycan milli himni» üçün elan edilən mü-

sabiqədə birinciliyi qazanan Etimadın dərc edilən  şeirinə 

diqqəti çəkir. Qəzetin 160-cı nömrəsində  Əli Fitrətin Milli 

hökumət dövründə yaradılmış  Qızılbaş ordunu tərənnüm edən  

«Qızılbaş Orduya» şeirindən 

Bu gün bizdən  bu orduyi-Qızılbaşa salam olsun, 

Həmişə nüsrəti fəthü zəfərlə nikünam olsun! 

-misralarını nümunə gətirir. Qəzetin səhifələrində kifayət qədər 

tarix, folklor, bədii ədəbiyyatla bağlı materialların olduğunu, bu 

materialların aktuallığı diqqətə çatdırılır. Cənubi Azərbaycanda 

epik  əsərlərin «azlığını» nəzərə alıb bu cəhətdən Süleyman 

Əminin «Malik və Nəriman» əsərini dəyərləndirir. Onun «XIX-

XX  əsrlərdə  Təbrizdə  ədəbiyyat» mövzusunda bir neçə  məqa-

ləsi, M. Qorkiylə bağlı yazıları, yerli şairlərin əsərləri ilə bağlı 

tənqid və biblioqrafları, Nizami, Z.Marağayi, M. Ə. Möcüz, 

Xaqani və s. haqqında tədqiqatları, tənqidi məqalələri, tərcümə-

ləri də  qəzetin səhifələrində yer aldığı Azərbaycanın milli 

dastanları başlığı altında 30 nömrə «Kitabi-Dədə Qorqud» 

dastanının verilməsini dəyərləndirir. 

İkiyə parçalanmış, öz torpağından didərgin düşmüş Azər-

baycan xalqının bütövlük ruhunu əks etdirən  ədəbiyyatı öz 

dilində  və yaxud qeyri dildə yaranmasından asılı olmayaraq 

vahid Azərbaycan xalqının arzu və istəklərini ifadə etmişdir, 

edir… 


C.Xəndan Yaxın və Orta Şərq xalqları içərisində öz zən-

gin  ədəbiyyatımızı yaşadan, onu inkişaf etdirən Cənubi Azər-

baycan  şair və nasirlərinin, maarifpərvər ziyalılarının  ədəbi, 

ictimai, siyasi fəaliyyətini araşdırmış, Azərbaycan  ədəbiy-

yatşünaslığı tarixində ilk dəfə geniş elmi-nəzəri,  ədəbi-tənqidi 


                                                                                      Gülxani Pənah 

 

 



364 

təhlil və tədqiqatını aparmışdır. «Türkmənçay» müqaviləsindən 

sonra ikiyə parçalansa da öz bütövlük amalından əl çəkməyən 

Azərbaycan ziyalılarının xalqımızın maariflənməsi, ölkəmizin 

sosial, mədəni, ədəbi inkişafı sahəsində apardıqları uğurlu işlə-

ri, bu yolda mübariz vətən oğullarının başı  çəkən müsibətləri 

araşdırmış, bu sahədə elmi, nəzəri dərin mülahizələrini irəli 

sürmüşdür. 

Cənubi Azərbaycan xalqının həyatı, ümumilikdə ikiyə 

bölünmüş Azərbaycanın cənub bölgəsinin həyatı realist sənət-

karlarımızın yaradıcılığında mühüm yer tutur. 

C.Xəndanın tədqiqatlarında  Şimali Azərbaycan  ədiblə-

rinin  əsərlərində  Cənubi Azərbaycan mövzusu «ictimai-siyasi 

mündərəcə» kəsb edir, sərhəd ağrıları get-gedə  kəskinləşir və 

bunun bədii  əsərlərdə inikasını görür. Əvvəllər bu ayrılmalar 

«bir ailə  mənafeyi nöqteyi-nəzərindən, qohumun qohumdan 

ayrılması, gediş-gəlişin qadağan edilməsi üzündən doğan bir 

narazılıq kimi» yanaşılırdısa, sonralar isə çoxları «bunun  

Cənubi Azərbaycan üçün böyük fəlakət olduğunu» dərk edir. 

M.F.Axundovun İran irticaçılarının zülmü altında əzilən  Cənu-

bi azərbaycanlıların fəlakətini hamıdan qabaq hiss etdiyini dilə 

gətirir.  İctimai, bədii fəaliyyətində, komediyalarında Cənub 

mövzusuna ötəri də olsa işarə vurur. Təbriz həyatından bəhs 

edən «Mürafiə  vəkillərinin hekayəti» komediyasına diqqəti 

yönəldir. Burada təbrizlilərin həyatına münasibətindəki 

doğmalığı görür. Əsərlərinin mövzusunu, qələmə aldığı tipləri 

yaradarkən  şimal-cənub azərbaycanlıları ayırmadığını, Təbrizi 

Nuxadan, Ağcabədidən, Lənkərandan ayırmadığını görür. «Ha-

cı Qara» əsərindəki Sona kimi «Mürafiə  vəkillərinin hekayə-

tin»dəki Səkinəni də  cəsur,  şüurlu, ağıllı bir qız kimi yaratdı-

ğını görür. Hər iki surəti təhlil edən tədqiqatçı Səkinənin Sona-

dan gənc olduğundan «daha böyük maneələr qarşısında» 

qaldığını bildirir. Qardaşının ölümündən sonra qıza çatası 60 

min tüməni mənimsəmək üçün mürafiə vəkillərinin gördükləri 

hazırlıqlar, düzəltdikləri yalançı  şahidlər, qızın puluna sahib 


Gülxani Pənah 

 

 



365 

olmaq üçün ona evlənmək istəyən Ağa Həsənin təhdidləri qar-

şısında qızın özünü itirməməsi, azad sevgini hər  şeydən üstün 

tutan Səkinənin cəsarəti, öz cəsarətinə görə Sona xanımdan da 

«yüksəkdə» durması verilir. M.F. Axundovun Təbriz mühitində 

dövlət adamlarının qanunsuz işlərini «ifşa etməklə onların qolu 

zorluluğuna qarşı mübarizədə ardıcıl və iradəli olmağı» irəli 

sürməsi dəyərləndirilir: «Beləliklə, Arazın bu tayı üçün təbliğ 

etdiyi idealları böyük ədibimiz Cənubi Azərbaycanda təbliğ 

etmişdir» (122, s. 179). 

Axundovun  Şərq xalqlarının feodal-patriarxal qanun- 

qaydalara son qoya bilməsi üçün irəli sürdüyü maarifçilik ide-

yalarını tədqir edir. Onun «Kəmalüddövlə məktubları»ndan bir 

parçanı yada salır. 

Tədqiqatçı Axundovun bunları  İrana xitabən desə  də, 

birinci növbədə  Cənubi Azərbaycanı  nəzərə aldığı  qənaətində 

haqlıdır. Onun milli şüur yaratmaq məqsədilə Cənubi Azərbay-

can və  İran üçün yeni olan fikirlər söylədiyini deyir. «Kəma-

lüddövlə  məktubların»da xalqının, millətinin düşmüş olduğu 

vəziyyətə «acıması», onun xilası yollarını «axtarması», bir 

materialist filosof kimi xalqı intibaha «çağırması», İran hakim-

lərinin zülmünün törətdiyi dəhşətlərin «mənzərəsini verməsi», 

«qəflət yuxusundan oyanmamasına» görə keçirdiyi «təəssüf» 

hissini görür. M.F.Axundovun bu məktublarının təhlilini verən 

tədqiqatçı alimlərin ona qədər Cənubi Azərbaycanın xilasına 

xüsusi əhəmiyyət verdiyini «nəzərə çapdırmamalarına» təəssüf 

edir: «Aydın məsələdir ki, M.F.Axundov və onun müasirləri, 

bir çox şagirdlərinin işlətdikləri «İran  əhli» kimi ifadə  və 

Cənubi azərbaycanlılar, «milləti-islam» sözlərində ümümən 

azərbaycanlılar nəzərdə tutulurdu. Bu da təsadüfi deyil ki, 

M.F.Axundovla yazışan Cənub yazıçısı  və alimləri içərisində 

və yaxud onun yolunu davam etdirənlər sırasında Cənubi azər-

baycanlılar xüsusi yer tutur» (4, s. 180). Bu cəhətdən onun 

Təbriz naibülvüzərası  sərtib Mirzə Yusif xana «Yek kəlmə» 

haqqında 1975-ci ildə yazdığı  tənqidin axırında həyəcanlı bir 


                                                                                      Gülxani Pənah 

 

 



366

surətdə dediyi «Ədaləti  yerinə yetirmək və zülmü qaldırmaq 

ancaq yuxarıda dediyim şəkildə mümkündür, yənim millətin 

özü bəsirət və elm sahibi olmalı, ittifaq və birfikirlilik əsaslarını 

əldə etməli, ondan sonra zalıma müraciət edərək deməlidir: 

səltənət və hökumət büsatından çəkil! Ondan sonra, özü za-

manın vəziyyətinə uyğun olaraq qanun qoyub, konstitusion 

yazmalı və ona əməl etməlidir. O zaman millət yeni həyat tapa-

caq və  Şərq torpağı gözəl cənnət kimi olacaqdır» fikrini 

nümunə  gətirir. Tədqiqatçı onun öz məqsədlərini müxtəlif 

şəkildə söylədiyini bildirir, bu cəhətdən «Aldanmış  kəvakib»i 

nümunə  gətirir.  İran irticaçı  və mütləqiyyətini ifşa üçün bu 

dramatik povestin dram əsərləri yazılması üçün «mənbə» 

rolunu oynadığını, bu mövzuda A.Şaiqin «Aldanmış ulduzlar» 

dramını yazmasını, povestin «qayə  və ideya etibari ilə tam 

mənada müasir əsər» kimi qiymətləndirilməsini görürük. 

M.F.Axundovun öz ədəbi-bədii görüşləri ilə  də  Şərq 

ədəbiyyatında yenilik yaratmağı tələb etməsi  açıqlanır: «Azər-

baycan və ümumən Yaxın  Şərq  ədəbiyyatında dram janrının 

banisi kimi tanınan M.F.Axundov bir tərəfdən yeni janrlar 

yaratmağı  təbliğ edir, digər tərəfdən mövcud janrda da bir 

dəyişiklik yaratmaq istəyirdi» (4, s. 181). Şərq  ədəbiyyatında 

ədəbi tənqidin inkişafından bəhs edən  fikirlərini yada salır: 

«Əyər Tehran qəzeti vasitəsilə bu qayda İranda tətbiq olunur-

sa…, hal-hazırda məzmunsuz və duzsuz deyilən və heç bir fay-

dası olmayan qəzəl və qəsidələr düzəltməkdən əl çəkərək  məs-

nəvi  şəklində müxtəlif xalqların  əhval və adətini bildirən he-

kayəli  şeir deməyə başlayacaqlar və  nəsrdə  də qafiyədən və 

uşaqcasına mübaliğələrdən,  əbləhcəsinə bütünlüklə  çəkinə-

cəklər, ancaq rəğbətli məzmun arxasınca gedəcəklər» (122, s. 

181). Axundovun bu fikirlərinin Azərbaycanda olduğu kimi 

İranda da yeni ədəbiyyatın yaranmasında çox böyük rol 

oynadığını bildirən tədqiqatçı onun İranda məzmunsuz  şeirləri 

çap edən «Şəmsüş-şüəra», «Ruznameyi-milləti-səniyəyi  İran» 

kimi qəzetləri, Rzaqulu xan və başqaları haqqında yazdığı 


Gülxani Pənah 

 

 



367

əsərlərdə amansız «tənqid etməsini qeyd edir və onun cənub 

məsələləri ilə bu qədər geniş    məşğul olmasının «təsadüfi» 

olmadığını bildirir: «O, ədəbi fəaliyyətinin  XIX əsrin ikinci 

yarısındakı dövründə artıq böyük bir dramaturq, mütəfəkkir və 

ədib idi. O, ədəbiyyata istiqamət verir və öz fikirlərinin doğru-

luğuna tam mənası ilə inanırdı (122, s. 182). 

Öz dövründə  olmasa  da  gələcək nəsillərin başa düşə-

cəyinə inamını, cənub məsələlərinin həllini xalqının özündən 

gözlədiyini, bir maarifçi kimi köməyini  əsirgəmədiyini görür. 

Tədqiqatçı getdikcə xalqın milli şüurunun oyandığını, ayrılığın 

ictimai-siyasi mənasını  dərk etməsini, vətəni ikiyə bölmüş 

Araza həsr olunan mətnlərdən şahidi olduğumuzu bildirir. Araz 

haqqında yayılmış  əfsanələr, bayatılar, qoşmalar bu ayrılığa 

münasibəti özündə əks etdirməsini, birləşmək həsrətinin Arazın 

hər iki tayında yaranan folklor nümunələrində özünü 

göstərməsini diqqətə çəkir. 

Cənubi Azərbaycanda yayılmış «Köşkü Balaban» adlı 

oyunu bu ideyaları özündə  əks etdirən oyunlardan biri kimi 

dəyərləndirir. Oyunda «çiyin-çiyinə durmuş iki nəfər  əllərini 

dala aparıb barmaqlarını bir-birinə keçirir, üçüncü bir nəfər isə 

onların ovucuna çıxır. Buna köşk (uca bina) deyərlər. Köşkə 

çıxan nəfər aşağıdakı  nəğməni oxuyur, sonra onu bir başqası 

əvəz edir. Arazın bu tayına baxan adamlar belə sözlər 

oxuyurlar: 

Köşkü balaban Araza baxar, 

Arazın suyu gözlərdən axar, 

Biz darıxırıq, köşkə çıxırıq, 

Həsrət gözülən sizə baxarıq. 

Siz ki, qardaşsız, Arazı aşdız, 

Bizdən nə gördüz tez uzaqlaşdız! 

Dövrəmiz dağdır, bağçadır, bağdır, 

Sizlərə çatsaq, kefimiz çağdır» (122, s. 183). 

 Bu  nəğmə  əsasında Cənubi Azərbaycanda  şairlərin yeni 

nəğmələr yaratmasını qeyd edir və çayın bu sahilində-şimalında 


                                                                                      Gülxani Pənah 

 

 



368 

yerləşən «Ərgünəş» dağı ilə cənub sahilindəki «Qaradağ» haq-

qında yaradılmış nağıllarda xalqın öz ürək sözlərini tərənnüm 

etməsi bildirilir. Xalqın arzu və istəklərini bildirən belə folklor 

nümunələrinin çox olduğunu söyləyir. 

Yazılı  ədəbiyyatda Axundovdan sonra Cənub mövzu-

sunun ən çox yer aldığı böyük demokrat C.Məmmədquluzadə-

nin və onun təsis etdiyi «Molla Nəsrəddin»in rolu yüksək 

qiymətləndirilir. «Molla Nəsrəddin»də Cənubi Azərbaycan xal-

qının azadlığı  uğrunda apardığı mübarizəni xüsusi qeyd edir. 

«Molla Nəsrəddin»in çapından  əvvəl Tiflisdə  çıxan «Kav-

kazskiy raboçiy listok» qəzetində «İran fəhlələri»nin ağır həya-

tına acıyan  ədibin Cənubi azərbaycanlı qardaşları haqqında 

dediyi aşağıdakı sözləri xatırladır: 

«Bunlar... gəliblər işləməyə, işləyirlər də. 

Amma bunlar çox bədbəxtdir, çünki bunları heç kim istə-

mir, heç kim bunların fikrini çəkmir, qeydinə qalmır. Bunları 

gəldikləri yerdə  də istəmirlər, bizdə  də istəmirlər. Amma mən 

belə düşünürəm: bunları ancaq ona görə istəmirlər ki, bunların 

üstü-başı cırım-cındır, özləri də acdır...» (122, s. 185). 

Onun 1905-ci ildə yazdığı ikinci məqaləsini də bu möv-

zuya həsr etməsini diqqətə çatdırır. Cənubi Azərbaycana qayı-

dan fəhlələrə  xeyir-dua verən yazıçının  İran feodal-patriarxal 

geriliklərdən qurtarmaq yolunu da onlara göstərdiyini deyir. C. 

Məmmədquluzadə yazır: «Öz vətəninizə qayıdandan sonra siz 

özünüz kimi  cırım-cındırlı, ac və  məzlum zəhmətkeş xalqı 

başınıza toplayın və onlara bu xoş  xəbəri yetirin, onlara nağıl 

edin ki, bizdə, bütün Rusiyada fəhlə xalqının hamısı ayağa 

qalxmış  və böyük bir qüvvəylə birləşib indiyə  qədər altında 

inlədiyi zülmü öz üzərindən atmışdır. Orda siz öz həmyerliniz 

olan fəhlələrə deyin ki, onların rusiyalı yoldaşları (Şimali Azər-

baycan fəhlələri nəzərdə tutulur-G.P) onlara salam göndərir. 

Əgər onlar orada buradakı öz yoldaşlarının yolu ilə getmək 

istəsələr... Əyər öz insani hüquqlarını qazanmaq və azad nəfəs 

almaq istəsələr, o zaman onların Rusiyadakı yoldaşları yadigar 


Gülxani Pənah 

 

 



369 

üçün öz bayrağını  və bu bayraqda yazılmış müqəddəs  şüarı 

onlara verərlər. Qoy təhqir edilən məzlum fəhlə xalqı bu şüarı 

oxusun: 


«Bütün ölkələrin proletarları birləşin!» 

Qoy oxusun və birləşsinlər!» (122, s. 185). 

«Molla Nəsrəddin» nəşrə başlayandan sonra Cənubi 

Azərbaycan məsələsini unutmayan ədibin «məşrutə» məsələ-

sinə  həsr etdiyi felyeton və satiralarında  mübarizənin azadlıq 

uğrunda aparılan «daha ciddi mübarizəyə çevirməyə» çalışdığı 

açıqlanır. «Söhbət» adlı felyetonunu, «Həmşəri söhbəti», eyni 

zamanda teleqraf xəbərləri, atalar sözü, tapmaca, karikatura, 

şeir və başqa yollarla bu mübarizədən bəhs etdiyi açıqlanır. 

«Molla Nəsrəddin»in 1907-ci ilin 17 sentaybr nömrəsində olan 

şəklin dərin məna kəsb etdiyini deyir. İki səhifədə yerləşdiril-

miş bu karikaturada rəssam  İran məclisini verməyə çalışır: 

«Səhifələrin ortasında qırmızı bayraq üzərində «Yaşasın məş-

rutə!»  sözləri yazılmış, «Şir və xurşid» simvolu üzərində 1298 

rəqəmi qeyd edilmişdir. Lap yuxarıda «Məclise-milliye-İran-

Baharestan»-sözləri nəzəri-diqqəti cəlb edir. Sağ  tərəfdən 

Osmanlı məclisi oxla nişan alır. Sol tərəfdən İran şahı məclisə 

diqqətlə baxır. Aşağıda bir tərəfdən başda Fəzlüllah olmaqla 

ruhanilər, digər tərəfdən isə başda Rəhim xan olmaqla xanlar 

silah çəkib hücuma keçirlər. Karikaturanın altında cüzi 

dəyişikliklə Sabirin aşağıdakı sözləri yazılmışdır: 

Müxtəlif insan görürəm, qorxmuram, 

Leyk bu qorxmazlıq ilə, doğrusu, 

Mollanı xannan görürəm, qorxuram. 

Bisəbəb qorxmuram, vəchi var, 

 

Məclisi pozğun görürəm, qorxuram, 



Milləti cahil görürəm, qorxuram. 

Göründüyü üzrə, hadisələrin siyasi mahiyyətini «Molla 

Nəsrəddin» nə qədər düzgün izah etmişdir» (122, s. 187). 


                                                                                      Gülxani Pənah 

 

 



370 

İranda irticanı ifşa edən digər karikatura və 

felyetonlardan biri -»Məhəmmədəli şah və bütpərəstlər»in adını 

çəkir.  Ədibin bir tərəfdən  İran irticasını, digər tərəfdən Alma-

niya, Amerika, İngiltərə  və çarizmin bu ölkədə yeritdiyi müs-

təmləkəçilik siyasətini ifşa etməsini, öz sadə üslubu və  qısa, 

aydın cümlələri ilə hərəkatın əsl mahiyyətini açıb göstərməsini 

dəyərləndirir. Cənubi Azərbaycanda gedən inqilabi hərəkatı 

tərənnüm edən C.Məmmədquluzadənin bu inqilabın məğlubiy-

yətə  uğramasını böyük bir hüznlə qarşıladığı, Səttarxan və 

Bağır xanın Tehrana çağırılıb öldürülməsini məcmuənin 1910-

cu il 34-cü nömrəsində qeyd etdikdən sonra «İranda baş 

qaldıran irticadan, qanunsuzluqdan özünəməxsus bir üslubda 

bəhs etməsini yazır: 

«Əgər Maku, Qaradağ  və  Ərdəbil mahallarında zorba 

ağalar və qoçaq mülkədarlar, zəbərddəst seyidlər və boynu-yo-

ğun mollalar biçarə rəiyyətin və yazıq əkinçinin dərisini soyub 

qanlarını içməkdə, Azərbaycan əyaləti-kəbirəsi kənardan durub 

biqeydanə tamaşaçı olsa qiyamətmi qopar? 

...  Əgər Azərbaycanda bələdiyyələr,  ədliyyələr, nəzmiy-

yələr, qanunsuz, mühakiməsiz iş görüb, rüşvətxorluq, tərəfdar-

lıq, boşboğazlıq eləməsələr qiyamətmi qopar?» (4, s. 189). 

Ədibin Azərbaycanın taleyi, Cənubi Azərbaycan haqqın-

da «Azərbaycan» felyetonunda fikirlərinə yekun vurduğu 

qənaətindədir. «Ax unudulmuş vətən, ax, yazıq vətən. 

Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə 

qarışdı. Millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakən-

də düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz 

qoydular. Bəs sən hardasan, ay biçarə vətən?! 

Dünya və aləm dəyişildi, mənalar özgə  təbir  əxz elədi, 

yəni bizim dilcə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, 

qayıdıb əslini tapdı.. 

Amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, 

dil, dil; millət, millət, millət!.. 



Gülxani Pənah 

 

 



371 

Dəxi bu dayirələrdən kənar bəni növbəşər üçün nicat yolu 

yoxdur. 

Bununla bərabər, yəni «bavücudiin ki» hər söz danışdı, 

hər mətləbə  əl vuruldu, hamı  pəhləvanlarımız öz hünərlərini 

çıxartdılar meydana və lakin bununla bərabər, bu qədər ki, var 

bircə lazımlı söz... haman söz Azərbaycan vətəninin üstündədir. 

Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə 

gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki: 

-Mənim anam kimdir? 

Öz-özümə də cavab veirirəm ki: 

-Mənim anam rəhmətlik Zəhrabanu bacı idi. 

-Dilim nə dilidir? 

-Azərbaycan dilidir. 

-Yəni vətənim haradır? 

-Azərbaycan vilayətidir. 

Demək, çünki dilimin adı türk (azərbaycan) dilidir, belə 

məlum olur ki, vətənim də Azərbaycan vilayətidir. 

-Haradır Azərbaycan? 

-Haranın çox hissəsi iranlıdır ki, mərkəzi ibarət olsun 

Təbriz  şəhərindən, qalan hissələri də Gilandan tutub qədim 

Rusiya hökuməti ilə osmanlı hökuməti daxillərindədir ki, bizim 

Qafqazın böyük parçası ilə osmanlı Kürdüstanından və 

Bayəzidən ibarət olsun. 

Ax, gözəl Azərbaycan, vətənim, harada qalmısan?.. Ay 

torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, 

meşkinli, sərablı, goruslu və moruslu qardaşlarım! Ay bitli, 

marağalı, gülüstanlı, quli-biyaban vətəndaşlarım, ey ərdəbilli 

xalxallı bəradərlərim, gəlin, gəlin, gəlin mənə yol göstərin! 

Vallah, ağlım çaşıb! Axır, dünyavü aləm dəyişildi, hər 

şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu. Gəlin, biz də 

bir dəfə oturaq və geçə papaqlarımızı ortalığa qoyub bir 

fikirləşək haradadır bizim vətənimiz?!» (122, s. 190-191).  

Bu felyetondan sonra Cənubi Azərbaycan mövzusunda 

ədibin yazdığı digər əsəri də dəyərləndirir. 1917-1920-ci illərdə 


                                                                                      Gülxani Pənah 

 

 



372

Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi 

altında başlanan inqilabi hərəkata  ədib münasibətini bildirir, 

1917-ci il 12-ci nömrə «Molla Nəsrəddin»də Cənubi Azərbay-

cana aid yazılmış intibahnaməni dərc etmiş, qardaşının təklifi 

ilə Təbrizə gedib «Molla Nəsrəddin»i nəşr etdirmiş, onun necə 

qarşılandığını  Əli  Şəbüstərinin «Mirzə  Cəlil haqqında xatirə-

lərim» adlı  məqaləsində vermişdir. Onun Xiyabani ilə görüşü, 

partiya sıralarına daxil olub, mərkəzi komitəsinə üzv seçilməsi, 

dəfələrlə bu klubda çıxışı, Xiyabaninin köməyi ilə məcmuənin 

nəşri (Qulam Məmmədli bu barədə yazır), Xiyabaninin ingilis 

casuslarının  əli ilə  İran mürtəceləri  tərəfindən öldürüldükdən 

sonra məcmuənin çıxarılması üçün başqa demokratlara müra-

ciəti qeyd olunur. Burada vali məcmuənin farsca çıxarılmasını 

təkid edəndə C. Məmmədquluzadə 15 il ərzində bu məcmuənin 

Azərbaycan dilində  nəşr edildiyini söyləyir: «Qafqaz 

Azərbaycanı, habelə İran Azərbaycanında azərbaycanlılar yaşa-

yırlar, burada farsca danışan tək-tük ziyalılardır. Mən «Molla 

Nəsrəddin» məcmuəsini onlar üçün deyil, xalq kütlələri üçün 

nəşr etdirirəm, hətta rus hökuməti mənə icazə vermişdi, amma 

siz icazə vermirsiniz» (4-192). Təşəbbüs nəticəsiz qalsa da, 

sonralar yenidən müraciət edildikdə vali baş  məqalələri farsca 

yazmaq  şərti ilə icazə versə  də, M.Cəlil razı olmur. Əli 

Şəbüstəri, Mir Ələkbər və  Qəsri Qacarda öldürülmüş Möhsün 

xan Sərtibi Müxbirüs-səltənə ilə söhbət aparıb məcmuənin 

təzədən nəşrinə icazə almışdı. Təbrizdə  məcmuənin 1921-ci 

ildə  çıxan 8 nömrənin 2 nömrəsi fevral, 3 nömrəsi mart, 2 

nömrəsi aprel və bir nömrəsi mayda çıxarıldığını, nömrələr 

arasında  ən böyük fasilə I ilə II arasında olduğunu  bildirən 

tədqiqatçı «görünür ki, 19 günlük bu fasilədə  məcmuənin 

nəşrini bərpa etmək  ətrafında söhbət getmişdir»-deyir (122, s. 

193).  


Cənubi Azərbaycanda «Molla Nəsrədin»in adını  eşitmə-

yən olmadığı, savadsız kəndlilərin də bu adla tanışlığı, onun 

səhifələrində Möcüz Şəbüstərinin, Mir Mehdi Etimadın şeirlə-


Gülxani Pənah 

 

 



373 

rindən nümunələr verildiyi söylənir, bu məcmuəni Azərbaycan 

dilində  nəşr etdiməyə müvəffəq olan ədibin Təbrizdə  nəşr 

etdirdiyi «Molla Nəsrəddin»də çıxan «Millət» adlı məqaləsində 

millət sözünün mənasını, əhəmiyyətini oxuculara başa salmaq, 

onlarda milli şüur haqqında bilikləri artırmaq  istəyi açıqlanır. 

Təbriz jurnalındakı materialların  İran mürtəcelərinə, ruhanilə-

rinə xoş gəlməməsi açılır. Burada C.Məmmədquluzadə ayrı-ay-

rı dövlət xadimlərini və hökumət idarələrini tənqid atəşinə 

tutur. «Vətən xadimləri», «Tüstü», «Qız tərbiyəsi» kimi məqalə 

və felyetonlarında vahid firqənin olmadığını düşünən  ədibin 

xalqın parçalanmasına dözmədiyindən onları birləşməyə, bir-

likdə mübarizəyə səslədiyi qeyd edilir. 

Jurnal 1922-ci ildə Bakıda nəşr ediləndə də Cənubi Azər-

baycanı «unutmayır», öz səhifələrində  Cənubi Azərbaycanda 

güclənən zülmü «ifşa edir», «xalqa istiqlaliyyət yollarını göstə-

rir». «İnqilab lazımdır», «Tehran müxbirimizə» adlı yazılarını, 

Təbriz həyatı ilə çox maraqlandığını  təsdiq edən «Qeyd dəf-

təri»ndəki parçalara diqqəti çəkir: «Şəkil üçün tema: Təbrizdə 

məşədilər bir yazıq müsəlman mühacirini əhatə eləyib soruşur: 

«Satdıq qızılın var?», 

Yaxud: 


«Təbrizdə «Ölülər»də lojada bir İran sahibmənsəbi oyun 

vaxtı süfrəni açıb küftə yeyir». 

Və yaxud: 

«Təbrizdə  şəkildən ötrü tema: Teatr, qaranlıq.., Səhnədə 

yapışıblar rejissorun yaxasından, dartırlar. Bir yandan səhnəçi, 

bir yandan paltarçı, qrimçi. Artistlər də bir artistin başına cəm 

olub,  əllərini cibinə soxub deyirlər: «Çıxart, bazarda xəlvət 

satdığın biletin pulunu bölək». 

Bunlar bir daha sübut edir ki, böyük mühərrir məcmuənin 

rəsmləri üçün də mövzu verirmiş» (122-201). İranda ingilis-

amerikan siyasətini ifşa edən mövzuların öz qiymətini itirmə-

diyi, işğal altında saxlayanların onun sərvətini taladığı, Cənubi 

Azərbaycandakı neft yataqlarının talandığı, bunun məcmuənin 


                                                                                      Gülxani Pənah 

 

 



374

səhifələrində ifşa edildiyi («Şimali İran nefti üçün mübarizələr» 

başlığı altında verdiyi bu şəkli maral şəklində çəkmiş, İngiltərə 

və Amerikanı isə  əjdaha simasında vermişdir. Maralı xilas 

etməyə çalışan xalqın qolu isə bağlıdır- C.Xəndan) göstərilir. 

Bədii yaradıcılığında da Cənub mövzusunu əsas götürən 

ədibin «Ölülər» əsəri diqqətə səkilir, burada İran ruhanilərinin 

avam xalqı aldatması, onların başına açdıqları oyun, törətdikləri 

faciələrin təsirli bir dillə ifşası qeyd edilir. Felyetonlarında 

olduğu kimi hekayələrində də Cənub mövzusu əsasdır. «İranda 

hürriyyət» hekayəsində Bakı neft mədənlərinə işləməyə cəlmiş 

Cənubi azərbaycanlıların ağır həyat və  şəraitini kədərlə verir, 

savadsız zəhmətkeş xalqın taleyinə acıyır. Cənublu Kərbalayı 

Məhəmmədəli «məktub yazıb ailəsindən xahiş edir ki, şahın 

verdiyi «hürriyyət»dən buna düşən payı göndərsin» (122, s. 

202). «Xanın təsbehi» hekayəsində  ədib «İran xanlarının XX 

əsr  şəraitində feodal-patriarxal həyatın  ən köhnəlmiş zülmünü 

həyata tətbiq edən nümayəndəri»ni kəskin satira atəşinə tutur. 

«Anamın kitabı» komediyasında Turan tərbiyəsi tərəfdarı 

olan Azərbaycan ziyalısı Mirzə Məhəmmədəli də «kəskin satira 

atəşinə» tutulur. 

C. Məmmədquluzadə  Cənubi Azərbaycanla bağlı  ədəbi, 

ictimai fəaliyyətini təhlil və tədqiqata cəlb edən C.Xəndan onun 

Cənubi Azərbaycandakı gerilikləri, cəhaləti, zorakılığı ifşa etsə 

də, kəskin satira və yumor burada əsas olsa da, həzin bir lirizmi 

də gözdən qaçırmır: «bu lirika humanist sənətkarın yüksək 

insani duyğularından irəli gəlir. O, «İranda hürriyyət» kim 

məşhur hekayəsində yalnız satira və yumorla kifayətlənmir, 

xalqın avamlığına acıyır. Məhz buna görə  də onun gülüşündə 

göz yaşları da görünməkdədir» (122, s. 203). 

Cənub mövzusu, Cənubi azərbaycanıların taleyini düşü-

nən Ə.Haqverdiyevin qüvvətli və təsirli qələmi diqqətə çəkilir. 

Onun yaradıcılığında da satira və yumor kimi dərin lirika görür. 

«Marallarım» hekayələrində feodal-patriarxal həyatın  çirkin-

liklərini sadəcə «göstərməklə kifayətlənmir», eyni zamanda 


Gülxani Pənah 

 

 



375 

xalqını cahil, savadsız görən realist sənətkar  buna «ürəkdən 

yanır». Onun «Seyidlər ocağı» hekayəsində avam camaatı so-

yan seyidlər ifşa edilir. Cənubi Azərbaycanda din və möv-

humatın dərin kök saldığını  bədii və publisist yazılarında ifşa 

edən  Ə.Haqverdiyev «Molla Nəsrəddin səhifələrindəki «felye-

tonları ilə avam camaatın gözünü açmaq və xalqı intibaha 

çağırmaq» istəyir. «Yaşılbaş sona» əsəri seyidlərin (sonaların) 

iç üzünü açmaq cəhətdən səciyyəvi sayılır: «Təbriz yolunda 

müsafirlərin üstünə qarışqa tək tökülüb soyan», «Məşhəddə 

adamları kötəkləyib güc ilə pul alan», Qarabağda, Aşqabadda 

və başqa yerlərdə din adına min bir fırıldaq işlədən bu tüfey-

lilərin əsl simasını açıb göstərir» (122, s. 204). 

Cənub mövzusuna həsr etdiyi «Ağa Məhəmməd şah Qa-

car» tarixi dramının xüsusilə adını  çəkir: «Yazıçı bu əsərində 

İrandakı xalqları birləşdirib vahid bir İran dövləti yaratmaq 

istəyən Ağa Məhəmməd şah surətini yaratsa da, bu surət əsərin 

sonrakı hissələrində  ədibin realist qələmindən irticaçı, zülüm-

kar, insaniyyət hissini itirmiş bir şah kimi çıxmışdır» (122-

204)-deyir. İran şahlarının, İran mürtəce və ruhanlərinin Cənubi 

Azərbaycandakı siyasəti əleyhinə çıxan Ə. Haqverdiyev «Molla 

Nəsrəddin» cərəyanının demokratik cəbhəsində durmuş  və 

başqa əsərləri ilə də «bu cəbhədə dayanmış»dır. 

Təkcə Azərbaycanın deyil Şərqin böyük şairi adlandırılan 

M.Ə.Sabiri də  Cənubi azərbaycanlıların taleyi çox düşündür-

müşdür. O, İran inqilabı, Cənubi Azərbaycan taleyinə xüsusi 

diqqət göstərirdi.  İranda məşrutənin tarixi ilə maraqlanırdı. 

Onun Müzəffərəddin  şahın ölümündən sonra taxta çıxan Mə-

həmmədəli şahın mürtəce fəaliyyətini ifşa edən satiraları, məş-

rutəyə qarşı mübarizəsinə nifrətlə dolu satiraları vardır və onlar 

ildırım surəti ilə  Şərqə yayılırdı: «Cənubi Azərbaycanda bu 

şeirlərin təsiri altında yazılı  və  şifahi  ədəbiyyat yaranırdı»-

deyən C.Xəndan onun inqilabi hərəkatı boğmağa çalışmasına 

nifrət edən xalqın yaratdığı misraları yada salır: 

Təbrizdə var inqilab, 


                                                                                      Gülxani Pənah 

 

 



376

Məmdəli, dinmə, get yat! 

Get, özünə kömək tap, 

Yorğanı saçla, ört, yat! 

Al kömək ingilisdən, 

İstə kazak urusdan (122, s. 207).  

Sabirin başqa şeirlərində olduğu kimi bu şeirdə də «məm-

dəli»  şəklində adının istehzalı ifadəsi,  İrandakı bütün mühüm, 

siyasi, ictimai hadisələri izləməsi araşdırılır. 

1907-1909-ci il inqilabının qüvvətləndiyi vaxt şahın öz 

canını qurtarmaq üçün rus konsulxanasına sığınmasına gülən 

Sabirin 


Yansın iranlıların arxası, yandı ciyərim, 

O yetim Məmdəlidən var yenə bir pis xəbərim. 

Belə derlər ki, qoyub taxtı, qaçıb taci-sərim, 

Dərhəqiqət pis imiş qanları iranlıların. 

-misralarını yada salır. Üsyançıların bu hökuməti aldıqdan son-

ra onun Bakıya, oradan da Odessaya qaçmasını da şairin satira 

atəşinə tutduğunu əks etdirən misralarına diqqəti çəkir: 

Bilsə idim, el məni axır belə müflis qovar, 

Var-yoxumu dərcib edib əvvəl fərar etməzmidim? 

Mülki-İranın düşünsəydim əlimdən getməsin, 

Var ikən fürsət o mülki tarımar etməzmidim? 

Qoy desinlər Məmdəli düşdü Odes sevdasına, 

Mənzili versəydilər, orda qərar etməzmidim? 

«Hadisələri bu qədər təfərrüatı ilə yazmaq Sabir satira-

larındakı realizmin qüvvətini və  həyatiliyini bir daha sübut 

etməkdədir» (122, s. 208)-deyən C.Xəndan onun mətbuatdan, 

hətta ayrı-ayrı inqilabçılardan  İran haqqında məlumat toplama-

sını, günün tələblərinə uyğun «aktual şeirlər» yazdığını dəyər-

ləndirir: «Yerli xalq Sabirin şeirlərinə o qədər alışmışdı ki, bu 

gün baş verən bu və ya başqa bir hadisəni sabah Sabirin qələmə 

alacağını bilir, onun yeni-yeni şeirlərini gözləyirdi».  Sabir öz 

satiraları ilə xalqın yollarını «işıqlandırırdı», onun inqilabda 

iştirak edən  ictimai mənafeyi bir-birinə uyğun gəlməyən qüv-


Gülxani Pənah 

 

 



377 

vələrin  əksinqilabi simalarını açıb göstərən  əsərlərinə diqqəti 

yönəldən tədqiqatçı eyni zamanda, Təbriz inqilabının başçısı 

Səttarxana qarşı qurulan planlardan xəbərdar Sabirin Rəhim 

xanın başçılığı ilə  Təbriz üzərinə hücuma hazırlaşdığı, onun 

günahsız xalqın qanını tökməsi  ilə bağlı yazdığı  şeirləri yada 

salır. Çar hökumətinin  İrandakı daxili əksinqilabı qüvvələrin  

köməyi ilə Məhəmmədəli şahı hakimiyyətə qaytarmaq istəyini, 

şahın  Şüays-səltənənin yardımı ilə Tehrana getmək istəyini 

bilən Sabirin xalqa xitabən yazdığı 

Zilli-Sultan, amandır, verməyin İranə yol! 

Rəhm edin bir kərrə xalqüllahə allah eşqinə, 

İşbu millət xaini, mən, sən deyil, aləm tanır, 

Yalxı xəlqüllah deyil, allah satar şah eşqinə. 

-misralarını nümunə  gətirir «Xalq doğrudan da Sabir deyən 

kimi elədi.  Şah  əleyhinə yenidən hücumlar başlandı. Mə-

həmmədəli şah ikinci dəfə xaricə qaçmağa məcbur oldu. Bu və-

ziyyət İranda mənafeyi olan xarici dövlətləri qəzəbləndirməklə 

bərabər xalqı da cürətləndirdi» (122, s. 211). 

Tarixə  Səttarxan inqilabını  həkk edən Cənubi azərbay-

canlıların inqilabi hərəkatına qoşulan nəğmələri, Sabirin ən 

dəyərli  şeirlərini ona ithaf etməsini mücahidlərin söylədikləri 

xatirələrlə verir. «...müsamirədə müxtəlif inqilabi şeirlər, nəğ-

mələr və mahnılar oxunurdu və musiqi çalınırdı. Cavan bir 

inqilabçı səhnəyə çıxıb, Sabirin Səttarxan haqqında yazdığı 

Hali-məczubim görüb, qare, demə divanədir, 

Nəreyi-şüridəmi zənn etmə bir əfsanədir. 

Şairəm təbim dəniz, şeiri-tərim dürdanədir. 

Behtacəm, eyşim, şiruruim, vəcdim ehrarəndədir. 

Afərinim himməte-valeyi-Səttarxanədir. 

şeiri və başqa  şeirləri oxumağa başladı. Fövri-Sərdari-Milli 

ləqəbini almış Səttarxanı telefona çağırıb, bu şeirləri dinləməyi 

rica etdilər, Sabirin həmin şeirinin: 

 

Haqq mədədkar oldu Azərbaycan ətrafına, 



                                                                                      Gülxani Pənah 

 

 



378

Ali Qacarın protest etdilər Zöhhakına. 

Ol şahidanın salam olsun rəvni-pakına, 

Kim, tökülmüş qanları Təbrizü Tehran xakına. 

Onların cənnət deyilmiş mənzili, aya, nədir? 

Afərinim hümməti -valeyi-Səttarxanədir 

parçası böyük bir maraq və həyəcanla dinlənildi və elə ki: 

Afərin, təbrizli, etdiz əcəb əhdə vəfa, 

Dust, düşmən əl çalıb söylər sizə səd mərhaba, 

Çox yaşa: dövlətli Səttarxan əfəndim, çox yaşa! 

və başqa şeirləri oxundu, məclis əhli ayağa qalxıb Səttar-xanın 

ünvanına alqışlar göndərərək, bu şeirlərin müəllifi Sabiri ehti-

ramla xatırlamışdılar» (122, s. 212). 

Döyüşçüləri  də «unutmayan» Sabirin fədailər arasında 

böyük hörməti olduğunu sübut edən H.Ə.Şəbüstərinin «Azadi-

xahların sevimlisi» adlı xatirəsini, Təbrizin köhnə müəllimlə-

rindən Abdulla Fərivərin «Xatirələrim» adlı  məqaləsini, bu 

mövzuda yazılan digər xatirələri nümunə gətirir. Təbriz müha-

cir və azadixahlarının onun şeirlərini oxuduqlarını, bunlardan 

ruhlandıqlarını bildirir. 

 C.Xəndan Cənubi Azərbaycan ədəbiyyatında «yeni səhi-

fələr açmış» Sabirin Cənubi Azərbaycanda ictimai satiranın 

inkişafına təsirini görür və M.Ə.Möcüzü nümunə gətirir. Onun 

fars  ədəbiyyatına da böyük təsiri qeyd edilir. «Baba Şəməl» 

satirik məcmuəsi Sabirdən ilham alır (Məhəmmədluyi Abbasi 

məqalələrində bildirir-G.P), Sabirə təqlidən fars dilində bir çox 

şeirlər, qitələr yazılır. Tədqiqatçı Sabirin İrana xidmətindən 

bəhs edən məqalələrini (Ələsgər Hilalinin «Sabir» adlı 

məqaləsi) araşdırır və  gəldiyi qənaəti bildirir: «Sabir Cənubi 

Azərbaycan və  İranın müasir ədəbiyyatına daha çox təsir 

etmişdir» (122, s. 215). 

Türkiyədəki hadisələrlə bağlı şeirlərində də Cənubi Azər-

baycan və  İran məsələlərinə toxunan Sabirin Şərq xalqlarına 

münasibətinin humanizmdən irəli gəldiyi fikrindədir: «Sabir 



Gülxani Pənah 

 

 



379

yalnız Azərbaycan xalqının deyil, bütün Şərq xalqlarının qəl-

bində öz heykəlini ucaltmışdı. O, çox doğru olaraq demişdi ki: 

Hara getsən səninlə mən də varam. 

Bu bədəndə fəqət əsiriz, zar, 

Ölməyimlə sevinməsin əğyar, 

Aləm olduqca mən dəxi duraram (122, s. 217). 

Abbas Səhhət onun İran inqilabına xidmətini «düzgün» 

dəyərləndirir. A. Səhhət yazır: 

«Bir kərə düşünün, ədəbiyyatımızda nə qədər böyük təsir 

və nə qədər əzim bir inqilab vücuda gətirmiş. Gələyim siyasət 

aləminə etdiyi xidmətlərinə. Məlumdur ki, fransız  şairlərindən 

Şatobriyan, fransız qəvminin səltənət xanədanından olan Bur-

bonlar ilə Napoleon Bonapart arasındakı müqayisəyə dair bir 

kitab yazmışdır ki, bu kitab Burbon xanədanından olan fransız 

kralı on səkkizinci Luinin öz etiraf və iqrarınca bir ordudan 

ziyadə ona xidmət etmişdir. 

Mən də iddia edirəm ki, Sabir əfəndinin də bu əsəri bu 

beş ilin müddətində haman növ bir ordudan ziyadə xidmət 

etmişdir» (122, s. 217). 

C.Xəndan 1945-1946-cı illərdə Cənubi Azərbaycanda baş 

verən milli azadlıq hərəkatı dövründə Sabir yaradıcılığına olan 

ehtiyacı görür, «Hophopnamə»nin hissə-hissə «Vətən yolunda» 

verildiyini bildirir. Milli hökumət dövründə Sabirdən məktəb 

dərsliklərinə verilən nümunələr, «Xavəreno» qəzeti, 

«Azərbaycan ulduzu» məcmuəsi səhifələrində Sabirin 

şeirlərinin yer almasını  və  Cənubi Azərbaycan xalqını milli-

azadlıq hərəkatına çağırış ruhlu şeirlərini qiymətləndirir. 

C.Xəndan Cənub mövzusunun C.Cabbarlı yaradıcılığında 

da mühüm yer tutduğunu yazır.  Şərqdəki inqilabi hərəkatla 

yaxından maraqlanan C. Cabbarlının «Nəsrəddin şah» dramını, 

«Ey  Şərq»  şeirini, «Əfqanıstan»  əsərini qeyd edir. C.Cabbarlı 

«Nəsrəddin  şah»  əsərində ictimai ədalətsizliyi ifşa etmiş, 

cəmiyyətin mənafeyi uğrunda mübarizə aparan müsbət 

qəhrəmanların surətlərini yaratmış,  İran  şəraitində  təkcə 


                                                                                      Gülxani Pənah 

 

 



380

dramatik islahatlara deyil, hətta mədəni-məişət yeniliklərinə də 

imkan verilməmişdir: «Hakimiyyət dairələrində olan mürtəcelər 

əsrin tələblərindən çox-çox geridə qalmış, feodal-patriarxal 

həyatın pozulmasına imkan verməyən adamlardır»-deyən 

tədqiqatçı Fərhad və Mirzə Rza xanı yenilik yaradan mülkədar 

ziyalıları olub, Rəhim xan kimi mürtəcelərin hücumlarına 

məruz qaldıqlarını göstərir: «Rəhim xan Mirzə Rza xanın evini 

qarət, oğlunu qətl etməklə kifayətlənməyib, qızını da şahın 

hərəmxanasına göndərir» (122, s. 218). 

C.Cabbarlının burada ictimai-siyasi həyatda böyük ye-

nilik yaratmaq, mütləqiyyət üsul-idarəsini dəyişdirmək uğrunda 

mübarizənin getdikcə genişləndiyini təsvir etdiyini, eyni 

zamanda kütləvi hərəkatın da təsvirini verdiyini açır. Onun 

əsərində fədailər dəstəsinə Cəmaləddin Əfqani «başçılıq edir», 

saray zülmlərinə dözməyən mülkədar inqilabçılar da «fədai 

hərəkatına meyllidir», onların mükəmməl bir proqramları olma-

sa da, öz dövrləri və İran şəraiti üçün «səciyyəvi işlər» görürlər, 

qəhrəmanları «ictimai mənafe uğrunda» vuruşurlar. Bunu biz 

Mirzə xanın aşağıdakı sözlərində görürük: 

«Ey silah, keçən dəfə oğlumun intiqamını almaq istəyir-

dim. Xəyanət etdin, amma bu dəfə məzlum bir millətin intiqa-

mını alacağam. Səni and verirəm cəlladlar ayağı altında tapda-

lanmış  məsum  İran füqəralarının ismətinə, bu yaxınlaşan 

saniyədə mənə xəyanət etmə» (4, s. 219). 

Onun sonrakı əsərlərində də bu məsələyə «daha ehtirasla» 

yanaşmasını araşdırır,  Şərqin qurtuluşunu «inqilabda» gördü-

yünü deyir, «Məhkum Şərqə» xitabən yazdığı şeirini yada salır: 

Topla nə gücün varsa, giriş qəti cidalə, 

Ya haqqını al, ya əbədi ol laməhalə. 

Qoy güllələri ya qan sulasın, yaxud ədalət, 

Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət (122, s. 219). 

Cabbarlının cənub mövzusunda yazdığı əsərləri içərisində 

satirik üslubda yazdığı «Şahnamə və yaxud Qacarnamə» əsərini 

xüsusilə qeyd edir. O, İranı viran qoyan şahları, mürtəce qüvvə-


Gülxani Pənah 

 

 



381 

ləri, ruhaniləri kəskin «atəşə tutur», birinci İran inqilabında 

Cənubi Azərbaycan xalqının «qabaqcıl rolundan danışır»,  İra-

nın geridə qalmasından və «zülmün həddən aşmasından bəhs 

edir».  İran inqilabının taleyi ilə o dövrdə Azərbaycanın bütün 

görkəmli simaları maraqlanır. Ü.Hacıbəyovun 1909-cu ilin 

yayında Səttarxanın Tehrana hərəkət etməsini «Tərəqqi» qə-

zetində çap olunan «İranda inqilab» məqaləsində xatırlaması 

(Ü.Hacıbəyov yazırdı: «...Millətin birdən-birə  təcdidi-həyat 

etməsi inqilabsız baş tutmazdı  və tutmadı da»), inqilabın 

qurbansız ötüşmədiyi fikrini yada salır. 

C.Xəndan proletar və demokratik mətbuatdan başqa özü-

nün liberal və mürtəce saydığı burjua mətbuatının da bu 

inqilabi hərəkatı «izlədiyini» deyir. Sovet hakimiyyəti qurul-

duqdan sonra da Azərbaycan ziyalılarının  İran, Cənubi Azər-

baycan mövzusunu davam etdirdiklərini bildirən tədqiqatçı bu 

cəhətdən M.S.Ordubadinin fəaliyyətini xüsusilə qeyd edir. 

Cənubi Azərbaycan oxucusuna yaxşı tanış olan «Hərdəmxəyal» 

imzası altında «Molla Nəsrəddin»inin səhifələrində gedən 

şeirlərində  «mövhumat və avamlığa qarşı çıxır», Cənubi Azər-

baycan həyatının təsviri onun yaradıcılığında «uzun bir tarixə 

malikdir». 1907-ci ildə İran inqilabında iştirak etdiyindən zən-

gin materiallara malik olan M.S.Ordubadinin «Rzaqulu xan 

Firəngiməab, yaxud bədbəxt milyonçu» romanında «İrandakı 

ictimai hadisələr yenilik və köhnəliyin mübarizəsi, elmsizlik və 

avamlığın acı nəticələri, ruhanilərin xalqı aldadıb soyması və s. 

bu kimi hadisələri» təsviri diqqətə  çəkilir. Rzaqulu xan surəti 

təhlil edilir, Rzaqulu xanın islahat planlarında «ədibin öz arzu 

və istəklərinin» göründüyünü, bu arzularındakı tarixi 

məhdudluğun  əsərin qəhrəmanı  tərəfindən irəli sürülən ye-

niliklərdə də «özünü göstərdiyini» yazır. Müəllif kimi Rzaqulu 

da  İranla Cənubi Azərbaycan məsələsini «qarışdırmış», ümu-

milikdə  İranın taleyini «düşünmüş», 1905-ci il rus inqilabının 

təsiri altında yaranan milli azadlıq uğrunda mübarizə məsələsini 

yazıçı «əsas mövzu kimi götürməmişdir»-deyir (4-226). «Məhz 


                                                                                      Gülxani Pənah 

 

 



382 

buna görə də əsərdəki ideya dolğunluğu öz zəifliyini göstərmiş, 

demokratik fikirli ədib islahatçılıqla məşğul olmuşdur» (122-

226). Bu kimi tarixən «məhdud cəhətlərinə» baxmayaraq İran 

mürtəceləri və ruhanilərinin simasını açmaq sahəsində bu əsərin 

«əhəmiyyətini» unutmur. Əsərdəki ictimai-siyasi məhdudluğu 

qəhrəmanı geniş xalq kütlələri içərisindən deyil, 

milyonçulardan alınmasında görür. Rzaqulunun islahatlarının 

realist planda təsviri,  əsərin tənqidi realizm stilində yazılması, 

kompozisiyasının «bitkin və maraqlı qurulduğundan ayrı-ayrı 

tiplərin tərcümeyi-halı ilə başlayan» hadisənin get-gedə gərgin 

ziddiyyətlərə çevrilməsi açıqlanır. Dilinin nisbətən qəliz olsa 

da, sadə və bədiiliyi, oxucuların maraqla qarşıladığı, yazıçının 

ilk böyük əsəri olduğundan dəyəri verilir: «romanın qəhrəmanı 

Rzaqulu xanın məğlubiyyəti feodal-patriarxal münasibətlər 

ölkəsi olan İran dövləti quruluşuna qarşı oxucuda nifrət hissi 

oyadır. Müəllif bu məğlubiyyətdən mütəəssir olduğu üçün onun 

bütün baislərini mənfi planda təsvir etmişdir» (4, s. 227). 

İran inqilabı dövründə Zaqafqaziya inqilabçıları arasında 

təqib olunan Ordubadi 1913-cü ildə  həbsə alınıb Tsaritsinə 

sürgün zamanı çar mütləqiyyəti  əleyhinə  şeirlər yazır, oktyabr 

inqilabından sonra qələmə aldığı ilk böyük əsərinin mövzusunu 

Cənubi Azərbaycanda gedən inqilabi mübarizədən götürür: 

«Dumanlı  Təbriz» adı ilə  məşhur olan bu dörd cildlik böyük 

əsərin mövzusu üzərində  ədib 1909-cu ildən işləməyə 

başlamışdır. Şahidi olduğu hadisələri qələmə almaq istəyən M. 

S. Ordubadi Azərbaycan sovet nəsrində tarixi roman janrının 

banisi hesab oluna bilər» (122, s. 229).  Bu əsərində 

Məhəmmədəli  şah, onu müdafiə edən çar hökuməti və ingilis 

imperialistlərinə qarşı  mıbarizə aparan Cənubi Azərbaycan 

mücahidlərinin inqilabi fəaliyyətlərinin və onlara kömək edən 

Zaqafqaziya bolşeviklərinin rolunun «parlaq boyalarla» 

verilməsini təqdir edir: «Təbriz inqilabı tarixi və onun başçısı 

Səttarxanın inqilabi fəaliyyətini təsvir edən bu böyük əsər 

Azərbaycan Sovet ədəbiyyatında müsbət bir hadisə kimi qiy-


Gülxani Pənah 

 

 



383

mətləndirilmişdir. Ordubadi tarixi hadisələri və  şəxsiyyətlərin 

real təsvirini vermiş  və çox yerdə tarixi sənədlərə istinad et-

mişdir» (122, s. 229). 

Romandakı Səttarxan surətinin özünəxas xüsusiyyətlərini 

açan tədqiqatçı  ədibin «müvəffəqiyyətini» onun təsvir etdiyi 

həyatı yaxşı bilməsində  və mürəkkəb siyasi-ictimai, tarixi 

hadisələri düzgün dərk etməsində görür: «İran inqilabının əsas 

mahiyyətini, onun milli azadlıq uğrunda gedən böyük bir müba-

rizəyə çevrilməsini yaxşı  dərk edən Ordubadi dolğun məz-

munlu bir əsər yazmışdır» (122-230). İran inqilabının bütün 

«mürəkkəbliyi ilə» verilməsi, inqilabçıların tərkibi (onların 

sıralarında yoxsullar, xalça fabrikası  fəhlələri, ağır istismar 

olunanlarla bərabər tacirlər, ruhanilər, hətta mülkədarlar da 

var), yazıçının ustalığı (bu qüvvələrin ayrı-ayrı məqsədlərlə in-

qilaba qoşulmasının real cizgilərlə verilməsi, inqilabın məğlub 

olmasına bir tərəfdən də onların səbəb olduqlarını sübut etməsi, 

şəxsi mənfəəti üçün inqilaba qoşulanların inqilabda əsas olma-

dıqlarını göstərə bilməsi) tədqiqatçının təhlilində açılır. Tədqi-

qatçı romanın dördüncü cildinin İran inqilabının məğlubiyyə-

tindən sonrakı bir dövrə  həsr olunduğunu, çətinlik və  mərhu-

miyyətlərə baxmayaraq Azərbaycan xalqının istiqlala olan 

ümidlərinin sönmədiyi, İran və xarici imperialist qüvvələr üçün 

qorxu «təşkil etdiyi», xalqın yeni qələbələr uğrunda mübarizəni 

davam etdirməsi, bu təşkilatın inqilabi fəaliyyəti, oktyabr inqi-

labının başlanmasıyla Cənubi Azərbaycanda inqilabi hərəkatın 

yeni mərhələyə daxil olmasının təsviri, xalqın bu inqilabdan 

ruhlanıb daha siyasi, mütəşəkkil yol tutması kimi məsələlərin 

romanda verildiyi, «Dumanlı  Təbriz» pyesində  də, romanında 

da 1905-1917-ci illər arasında Cənubi Azərbaycanda baş ver-

miş inqilabi hərəkatın bədii təsvirini verməyə çalışması, bu 

inqilabda iştirakının yazıçıya zəngin material verməsi, digər 

yazıçı və şairlərimizdən fərqli olaraq hadisələri epik planda ver-

məsi, publisist məqaləsində də Cənubi Azərbaycanda gedən in-



                                                                                      Gülxani Pənah 

 

 



384 

qilabi hərəkatdan bəhs etməsi, Səttarxan, Cənubi Azərbaycan 

şairləri və Şərq mədəniyyətinə aid yazıları diqqətə cəlb edilir.  

Mirzə İbrahimovun Cənub mövzusunda yazdığı əsərlərini 

dəyərləndirən tədqiqatçı mövzusu Cənubi Azərbaycan həya-

tından götürülən oçerk və  məqalələr ilə yanaşı «Cənub heka-

yələri» silsilə hekayələrində «həyatın müxtəlif sahələri böyük 

bir sənətkarlıq qüdrəti ilə ümumiləşdirilmişdir. Qəhrəmanları 

sadə adamlardan ibarət olan bu əsərlər həqiqəti çılpaqlığı ilə 

əks etdirməkdədir»-(122, s. 233)-deyir, «Azad», «12 dekabr», 

«Tonqal başında», «İztirabın sonu» hekayələrini təhlil edir. İran 

həyatının mürəkkəb səhnələri, xalqı çuğlayan ehtiyac hissi, pul 

gücünə  fəlakətlər törədən mürtəcelərin murdar simaları, xalqa 

divan tutan Zülfüqarilərin dəhşətləri ilə bir sırada gəncliyin 

məhəbbət macəraları da öz ifadəsini tapdığını ifadə edən 

«Nakam məhəbbət», günün satqın adamları ilə  gələcək günün 

çarçıları arasında gedən ölüm-dirim mübarizəsinin təsviri olan 

«Gələcək gün» romanı  dəyərləndirilir: «Gələcək gün» romanı 

öz məzmun və  əhatə etdiyi məsələlərin  əhəmiyyəti etibarı ilə 

Cənub mövzusuna həsr edilmiş  əsərlər içərisində xüsusi yer 

tutur. Onun səlis dili, gözəl təsvir və ifadə vasitələri lap ilk 

səhifələrdən oxucunu cəlb edir. Çox zəngin hadisələrin 

möhkəm bir süjet xəttində birləşdirilməsi işində yazıçının 

məharəti təqdirəlayiqdir» (122, s. 242). 

M.İbrahimovun elmi, ictimai-publisist əsərlərində də İran 

irticasını ifşa etməsi açıqlanır. Yol xatirələri kimi tanınan «Sə-

hər açılacaq» bədii oçerki “İran xalqlarının acınacaqlı həyatın-

dan lövhələrlə yanaşı sovet Azərbaycanına bəslənən ümidləri 

də özündə əks etdirir”. Sovet Həmkarlar İttifaqları nümayəndə 

heyətinin tərkibində  İrana gedən yazıçı  Cənubi Azərbaycan 

fəhlələrinin həyatı ilə tanış olur. «Biz, Təbriz fəhlələri və 

Təbriz Üskü arasında olan kəndlilərin əhalisi ilə tanış olduqda 

inandıq ki, Cənubi Azərbaycanda  əhalinin halı daha pisdir. 

Buranın bütün varidatını istibdad hakimiyyəti çəkib aparır. 



Gülxani Pənah 

 

 



385 

Azərbaycanda heç bir şey tikilməmişdir. Azərbaycan 

balaları elm və savaddan məhrumdur. Vur-tut bir neçə məktəb 

vardır. Bu məktəblərdə  təlim fars dilində aparılır ki, xalqın 

böyük bir qisminin balaları burada oxumaq imkanından məh-

rumdurlar. Azərbaycanın şəhər və kəndləri bərbad bir haldadır. 

Şairlər və  ədiblər, dövlət adamları alimlər məskəni olan gözəl 

Təbriz xaraba qalıb, toz-torpaq içində sönüb gedir. Mərkəzi 

dövlət Rza şah istibdadı zamanında olduğu kimi, yenə də azər-

baycanlılara inanmır. Azərbaycanın bütün hakim və məmurları 

farslardan təyin edilir. Azərbaycan xalqı milli zülm altında 

saxlanılır» (122, s. 244).  Bütün bu həqiqətləri istedadlı yazıçı-

nın öz əsərlərində «canlı bir şəkildə, daha inandırıcı boyalarla» 

verməsi dəyərləndirilir. M.İbrahimovun «Cənubi Azərbaycanda 

milli demokratik hərəkat haqqında» məqaləsini dəyərləndirir, 

bu məqalə  «İrandakı irtica və  Cənubi Azərbaycandakı milli 

demokratik hərəkatın tədqiqinə  həsr edilmiş elmi publisist bir 

əsər kimi müasir gəncliyə çox şey vermişdir» (122, s. 244)-

deyir: Burada Səttarxan və  Şeyx Məhəmməd Xiyabaninin 

rəhbərliyi altında 1906-1911 və 1917-1920-ci illər inqilabi 

demokratik hərəkat haqqında «xülasə  şəklində  yığcam, lakin 

dolğun və mənalı» məlumat verməsi dəyərləndirilir. Onun elmi 

fəaliyyətində də Cənubi Azərbaycan məsələsinin nəzər-diqqəti 

cəlb etdiyi vurğulanır. «Böyük demokrat» əsərində «Molla 

Nəsrəddin» məcmuəsinin Cənubi Azərbaycanda çıxan nömrələ-

rindən danışarkən yerli sənətkarların orada iştirakını, M.Ə. 

Möcüzün məcmuə səhifələrində çıxan şeirlərə də diqqət göstər-

diyini görür. «Böyük şairə Heyran xanım», «Vətənpərvər 

şairlər», «Vətən yolu» qəzetində dərc etdirdiyi «Azərbaycan di-

li» məqaləsində  Cənubi Azərbaycan xalqının həyat və yara-

dıcılığı ilə maraqlanan M. İbrahimovun rolu dəyərləndirilir. 

C.Xəndan ilk dəfə  Cənubi Azərbaycanın 50-ci illərinə 

qədər, Cənubi Azərbaycanda, İranda gedən inqilabi mübarizəni, 

ictimai-siyasi hərəkatı, o dövrün demokratik ruhlu şair və 

ədiblərinin həyat və fəaliyyətini, yaradıcılığını geniş araşdırmış, 


                                                                                      Gülxani Pənah 

 

 



386 

o dövrün ədəbi mühiti ilə bağlı geniş şəkildə tədqiqat aparmış-

dır. C.Xəndanın böyük xidmətlərindən biri də budur ki, Cənubi 

Azərbaycanın  ədəbi prosesini, ədəbiyyatımızın  şah budağını 

geniş araşdırmış, onun numayəndələrinin həyat və  fəaliyyətini 

ictimai-siyasi-tarixi kontekstdən təhlil və  tədqiqatını aparmış, 

ədəbiyyatşünaslığımızı  zənginləşdirmişdir. Sovet dönəmində 

yaranan  ədəbiyyatşünaslığın o taylı bu taylı  ədəbi prosesini 

diqqətlə izləyən tədqiqatçı paralel şəkildə  Cənubi Azərbaycan 

ədəbi irsini araşdırmış, qiymətli monoqrafiyalar, məqalələr 

yazmış, o taylı-bu taylı Azərbaycanın (baxmarayaq iki yerə par-

çalanmışdır)  ədəbi bədii mühitində birgəliyi, bir-birindən ay-

rılması qeyri-mümkün olan qanı bir, canı bir xalqımızın 

maarifçi ziyalılarını xalqının savadlanması, azadlığı  uğrunda 

mübarizəyə  səsləyən  əsərlərinin geniş  təhlilini vermiş, onların 

həyatını, bədii irsini üzə çıxarmış, bir ədəbiyyatşünas kimi on-

ların bədii irsimizin inikaşafında rolunu müəyyənləşdirmişdir.  

C.Xəndan XX əsr sovet ədəbiyyatı kimi XX əsr Cənubi 

Azərbaycan ədəbi prosesini də diqqətlə izləmiş, bir-birinə təsir 

edən bu iki ədəbiyyatın bir ideyada birləşməsini tədqiqatlarında 

üzə  çıxarmışdır. Həmişə  Şimali Azərbaycan  ədəbi mühitinin 

təsiri altında olan Cənubi Azərbaycan  ədib və mühərrirlərini 

milli-azadlıq uğrunda mübarizə hissləri birləşdirdiyindən, xalq, 

millət mənafeyi  əsas tutulduğundan, Azərbaycən  ədəbi prose-

sində yaratdıqları  əsərlərin bədii dəyəri də bu istiqamətdən öz 

qiymətini aldığı üçün C. Xəndan üçün də doğmadır. C. Xəndan 

bütöv bir Azərbaycan uğrunda vuruşan məsləkdaşlarının yolu 

ilə gedib. Azərbaycan  ədəbiyyatşünasılığına qiymətli araşdır-

maları ilə zəngin töhfələrini verib. İlk dəfə o taylı bu taylı Azər-

baycan xalqının  ədəbiyyatını, onların bədii irsini ədəbiyyatşü-

naslığımızın mövzusuna çevirib. Hələ sovet hakimiyyətinin 

formalaşdığı ilk illərdən Cənubi Azərbaycan xalqının bədii 

irsinə biganə qalmamış, öz tədqiqatlarında onlara da geniş yer 

ayırmışdır. Dərsliklərimizin tərtibatında, yazılmasında böyük 

rolu olan C.Xəndan Cənubi Azərbaycan  ədəbiyyatı haqqında 


Gülxani Pənah 

 

 



387 

yeni gələn nəsli yetərincə məlumatlandırmaq üçün, onların Cə-

nubi Azərbaycan irsinə  dərindən bələd olması üçün Şimali 

Azərbaycan  ədiblərinin Cənubi Azərbaycanda gedən azadlıq 

hərəkatını öz əsərlərində necə ifadə etdiklərini çatdırmağa 

çalışıb. C. Xəndanın  Cənubi Azərbaycan tarixi, ictimai-siyasi 

və  ədəbi-bədii prosesi haqqında apardığı fundamental tədqiqat 

əsərlərində vahid Azərbaycan missiyası hər an görünür. Onları 

bir-birindən ayrımamış, ədəbi prosesi bütövlükdə tədqiq etmiş, 

cənublu,  şimallı Azərbaycan  ədəbiyyatının inkişaf istiqamətini 

araşdırmış, təhlil etmiş, əsərlərinin bədii dəyərini üzə çıxarmış, 

ictimai-siyasi həyatımızda rolunu dəyərləndirmişdir.  İstər 

Mollanəsrəddinçilərin, istər Sabir ədəbi məktəbinin davamçı-

larının, istərsə də sovet dövründə ədəbiyyata gələn qələm sahib-

lərinin Cənubi Azərbaycan həyatına,  ədəbiyyatına diqqət və 

qayğısının bariz nümunəsi kimi Cəfər Xəndanın xidmətləri 

danılmazdır. Baxmayaraq ki, siyasi düşüncələrində  əsl sovet 

alimidir, amma mənəvi aləmində, elmi təfəkküründə bütöv 

Azərbaycanın oğlu kimi çıxış edir. Onun yarım əsrlik ömrünün 

böyük bir hissəsi Azərbaycan  şair və yazıçılarının həyat və 

yaradıcılığını  tədqiq etməyə  sərf edilib, onları  gələn nəslə 

çatdırmaq, yeni yaranan gənc  ədəbiyyatşünasların gələcək 

uğurlu tədqiqatları üçün yollar açmaq missiyasını  ləyaqətlə 

yerinə yetirib. Ondan sonra yetişən alimlərimiz nizamişünaslar, 

sabirşünaslar, mollanəsrəddinşünaslar onun tədqiq və tədqiqat-

larından bəhrələnib, onun qoyduğu mövzuların araşdırılmasına 

çalışıb və  uğurlu nəticələr  ədəbiyyatşünaslığımızın zənginləş-

məsinə gətirib çıxarıb.  




Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin