Жяфяр хянданын aзярбайжан ядябиййатына


-2. Azərbaycan ədəbiyyatında folklor



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

6-2. Azərbaycan ədəbiyyatında folklor  

və dil-üslub məsələləri 

 

Tədqiqatçı folklorla bağlı qiymətli fikirlərini bildirir. 

Fikirlərində haqlıdır ki, bu böyük xəzinədən yararlanmadan 

«yeni, zəngin söz xəzinəsi yaratmaq mümkün deyildir. Saysız-

hesabsız əsrlərin sınağından çıxıb gələn folklor nümunələri öz 

ideya-bədii dəyərilə  sənətin tacı  mənziləsinə yüksəlir, xalqın 

özü kimi əbədi yaşayır» (107, s. 387). 

C.Xəndan Azərbaycan  ədəbiyyatşünaslığının, xüsusilə 

ədəbi tənqidin formalaşmasında, inkişaf etməsində, bugünkü 

yüksək səviyyəyə çatmasında böyük xidmətləri olan ədəbiyyat-



Gülxani Pənah 

 

 



475

şünasdır. Xalqının dilinə, mədəniyyətinə,  ədəbiyyatına bağlı 

alimdir.  

 C.Xəndan folklordan istifadənin min illik tarixində bö-

yük «rəngarəngli»yə rast gəldiyimizi yazır. C.Xəndan yazır: 

«...folklor obrazı  təfəkkürün  ən yaxşı sahəsidir. Orada fikir 

məcazlar, istiarələr, təşbihlərlə, mübaliğə, kinayə  və  tərizlərlə 

verilir. Bununla belə bu fikirlər ən sadə düşüncəli oxucuya da 

dərhal çatır» (107, s. 393.). 

Sənətkarların onun formalarından istifadə edərək qoşma, 

gəraylı təcnis yaratdığı, bir qisminin canlı xalq dilindən istifadə 

etdiyi, bir qisim yazıçıların folklor nümunələrini öz əsərlərinə 

«yaradıcı bir şəkildə» daxil etdiyini, bir qisminin xalq möv-

zularını yenidən işləmək, müsbət qəhrəmanları xalqdan seç-

mək, xalq adətənənələrinə geniş yer vermək, folklora bənzər 

bayatı, tapmaca, atalar sözü yaratmaq yolu ilə getdiyini söylə-

yir. Eyni zamanda folklordan istifadəni təkrarda, yamsılamaq-

da, epiqonçuluqda da görənlər olduğu fikrindədir. Amma 

tədqiqatçı bu fikirdədir ki, folklordan istifadə yollarında «təsdiq 

olunmuş bir qanun və ya resept» olmasa da, «bununla belə, bir 

məsələ aydındır ki, folklordan istifadə onu yamsılamaq, o 

səviyyədə qalmaq demək deyildir, keçilən yollara baxıb yeni 

cığırlar, yeni yollar tapmaq, daha yüksəkliklərə aparıb çıxara 

bilən izlərə düşmək, bu yaradıcılıq xəzinəsinin özünü də 

zənginləşdirmək deməkdir. Bu, ədəbiyyatı  həyata, xalqa 

yaxınlaşdırmaq,  ədəbiyyatla həyat arasındakı uçurumu aradan 

qaldırmaq, bu kəskin silahı xalqın ixtiyarına verək deməkdir 

(107-388). Bunun həm də folklora təsir edib onun xəzinəsinin 

zənginləşdirmək demək olduğu qənaətində olan C.Xəndan bu 

istifadədə xalq mənafeyinin qorunmasının  əsas «şərt» 

olduğunu, yaranan əsərin bədii-ideya istiqaməti xəlqi olduqda 

o, sözün həqiqi mənasında xəlqi əsər sayıla bildiyini deyir. 

V.Q.Belinski yazır: «xəlqi  şair sözün fəlsəfi mənasında, 

həqiqi bir hadisədir: onun şairlik istedadı çox böyük olmasa da, 

o, həmişə möhkəm bir özülə-öz xalqının təbiətinə istinad edir 


                                                                                      Gülxani Pənah 

 

 



476 

və xalqın ona diqqət yetirməsində  həmin xalqın özünü dərk 

etməsi ifadə olunur. İstedadlı, lakin milli zəmindən məhrum bir 

şair isə, həmişə az və ya çox dərəcədə müvəqqəti və keçici bir 

hadisədir: bu elə bir ağacdır ki, əvvəlcə gur qol-budaq atıb 

göyərir, sonra isə, kökü torpağın dərinliklərinə işləmədiyindən 

tezliklə quruyur. Buna görə  də  şairdə  xəlqilik çox zaman 

dərinlik və çoxnövlülük mənasında olmasa da, lakin həmişə 

orijinallıq mənasında bir növ dahilikdir» (107, s. 388). 

Nizaminin folklorla bağlılığı, əsərlərində xalq yaradıcılı-

ğından yaradıcı  şəkildə yararlanması, mənsub olduğu xalqın 

mədəniyyəti, adət-ənənəsi, etnoqrafiyası, mifologiyası, folkoru 

haqqında C.Xəndanın dəyərli fikirləri vardır. O fəaliyyət 

göstərdiyi dövrdə M.Əlizadə («Nizami yaradıcılığında 

Azərbaycan folklorunun təsiri». «Ədəbiyyat» qəzeti, 24 iyun, 

1938,  №29), M.Ələkbərov («Nizami Gəncəvi və Azərbaycan 

xalq yaradıcılığı», «Azərbaycan məktəbi» jurnalı, Bakı. 1938), 

H.Araslı («Nizamidə xalq sözləri və xalq ifadələri». SSRİ EA 

Azərbaycan filialı  xəbərləri, 1942, №8, H.Araslı. «Nizami 

Gəncəvi». Azərnəşr. Bakı. 1947), Ə.Axundov («Nizami 

Gəncəvi  və xalq yaradıcılığı». Azərbaycan. SSR EA xəbərləri. 

Bakı. 1954.№2) maraqlı, dəyərli araşdırmalar aparmışlar, 

müasir dövrümüzdə nizamişünaslar bu tədqiqatların elmi-nəzəri 

dəyərlərinə  əsaslanaraq araşdırmalarını, tədqiqatlarını daha da 

genişləndirirlər. Sonralar da bu tədqiqatlar davam etdirilir. 

Ə.Sultanlı yazırdı: «Nizaminin əli altında belə  zəngin 

folklor materialları var idi və bu mənbələr Nizaminin yaradı-

cılıq xəyalı üçün əsas zəmin olmuşdur» (7, s.81). 

Nizaminin xalq yaradıcılığı-folklorla bağlılığının sonralar 

bu mövzuda xüsusilə R.Azadənin «Nizami Gəncəvi («həyatı və 

sənəti») monoqrafiyasında geniş  təhlil və  tədqiqatı diqqətəla-

yiqdir. «Nizami və folklor», «Nizami sənətinin  şifahi qaynaq-

ları», «Xalq şeirinə Nizami təsiri» kimi hissələrdə şairin yara-

dıcılıqla bəhrələndiyi türk-Şərq folklor qaynaqları araşdırılır. 

Tağı Xalisbəylinin «Nizami Gəncəvi və Azərbaycan qaynaq-


Gülxani Pənah 

 

 



477 

ları»  əsərində  şairin yaradıcılığının folklorla bağlılığı geniş 

araşdırılmışdır. 

 C.Xəndan bu zəngin mövzuların  şairin yaradıcılığında 

geniş  şəkildə olduğunu görmüş, ilk tədqiqatçı kimi Nizami və 

folklor məsələsinin araşdırılmasını lazım olan problemlərdən 

biri kimi alimlərin qarşısına qoymuşdur. Hələ keçən  əsrin ilk 

illərində «Nizami və folklor» məsələsi haqqında maraqlı faktlar 

C.Xəndan kimi ilk tədqiqatçı alimlərimizin tədqiqatlarında öz 

əksini tapır. Sonralar elm inkişaf etdikcə, zəngin araşdırmalar 

bu mövzunun dərinliyini, zənginliyini üzə  çıxardı. Nizaminin 

xalq arasında dinlədiyi nağıl,  əfsanə, rəvayətlərin  əsasında 

maraqlı, yığcam süjetli yüksək bədii dəyərə malik əsərlər 

yaratdığı, qidalandığı  mənbənin  əsasən Azərbaycan-türk  şifahi 

xalq  ədəbiyyatı olduğu, xalqa yaxın  şairin onların istək və 

arzularını bədii şəkildə qələmə aldığı, qədim adət-ənənələrin bu 

nümunələrdə yaşadıldığı,  şifahi xalq ədəbiyyatımızdan 

bəhrələnən  şairin «öz fikir və ideyalarını, arzu və istəklərini, 

elmi və tarixi düşüncələrini bədii  şəkildə müxtəlif yollarla» 

oxucuya çatdırdığı, «rəngarəng boyalı bu ədəbiyyatın 

N.Gəncəvinin «şeir və sənət dünyasının örnək mənbəyi» oldu-

ğu araşdırmalarında geniş təhlil və tədqiq edilmişdir.  

C.Xəndan yaradıcılığını araşdırdığı  sənətkarların  ədəbi 

irsində folklor elementlərindən bəhrələnmə imkanlarına diq-

qətlə yanaşır. Nizami yaradıcılığının folklorla əlaqəsini araş-

dırır. Nizami Gəncəvi «xalq kəlamlarından, atalar sözü və zərb 

məsəllərdən» çox geniş  şəkildə yaradıcılığında yararlanmışdır. 

Şair bəzən atalar sözlərini olduğu kimi işlətmiş, bəzən «məz-

mununu» saxlamış, fikrini ifadə etmək üçün həmin atalar sö-

zündəki ideyanı  əsas götürərək öz bədii fikrini qüvvətli ifadə 

etməyə nail olmuşdur. H.Araslı «Nizami və Azərbaycan xalq 

ədəbiyyatı» adlı  məqaləsində yazır: «Nizami yaradıcılığının 

qüdrətini Azərbaycan mədəniyyətinin inkişafı ilə izah edərkən, 

bu qüdrətin  əsas təməlini təşkil edən zəngin və qüdrətli  şifahi 

xalq yaradıcılığını yaddan çıxarmaq olmaz. Çünki bütün Şərq 


                                                                                      Gülxani Pənah 

 

 



478 

şairlərindən xalq həyatına və xalq məişətinə  yaxınlığı və bağlı-

lığı ilə  fərqlənib, Azərbaycan xalqının milli xüsusiyyətlərilə 

ayrılmaz dərəcədə  əlaqədar olan Nizami, zəngin  şifahi xalq 

ədəbiyyatı ilə tərbiyələnib, öz yaradıcılığını da ondan bacarıqla 

istifadə yolu ilə rövnəqləndirmişdir» (14, s. 9). 

Milli köklərə, milli ənənələrə, adət və məişətə bağlı sənət-

kar xalq dühasından su içib. Tədqiqatçılar fikirlərində haqlıdır 

ki, «Uzaqgörən ağıllı  nə gözəl demişdir: «Dil ətdən, qılınc 

dəmirdən», «Bu sözlər qızıl su ilə yazılmalıdır: «Dəvə sahibi nə 

əkibsə, dəvəçi də elə onu biçəcək», «Qeybdən mənə  xəlvətcə 

bir səs gəldi: «Borcu o qədər al ki, onu verə biləsən», «Məgər o 

yolun xidmətçisindən eşitmədi ki, «Kim quyu qazsa, özü 

quyuya düşər», «Deyənlərin şahı belə məsəl çəkdi ki, axtaranlar 

taparlar» və s. Bizcə, «Uzaqgörən ağıllı», «Bu sözlər qızıl su ilə 

yazılmalıdır», «Qeybdən mənə  xəlvətcə bir səs gəldi», «O 

yolun xidmətçisi» «Deyənlərin şahı belə məsəl çəkdi» və s. bu 

və ya bunun kimi onlarca cümlələr tam mənası ilə xalqdan 

alındığına açıq-aydın işarədir» (8, s. 284). 

C.Xəndan Nizaminin poemalarının bədii xüsusiyyətləri 

haqqında danışır, nümunə olaraq «Şərəfnamə»nin bədii 

dəyərini araşdırır, burada şairin xalq yaradıcılığından «geniş və 

səmərəli» istifadə etməklə bu mövzunun «ayrıca tədqiqə layiq» 

olduğunu vurğulamaqla yanaşı,  şairin xalq poeziyasından isti-

fadə etməklə yaratdığı dəyərli «aforizmlər, dillərdə əzbər olası 

ifadələr» üzərində xüsusi olaraq dayanır. «Şərəfnamə» böl-

məsinin əvvəlində «Xızırın Nizamiyə təlimi» hissəsində «səvab 

etmək üçün vasitəçi olmalısan ki, nə  şiş yansın, nə kabab» 

misralarında insanın hər bir işə ehtiyatla, ədalətlə yanaşma fikri 

təbliğ olunur. Nüşabənin tərifi zamanı şair onun cəsarətini, ağıl, 

qabiliyyətini,  şücaətini xalqdan gəlmə ifadələrlə yüksəklərə 

qaldırır, «Aslanın erkəyi, dişisi olmaz» atalar sözüylə Nüşabə-

nin cəsurluğu, qorxmazlığı, mərdliyi fikrini daha da qüvvət-

ləndirmiş olur. 



Gülxani Pənah 

 

 



479 

 Şair «Şərəfnamə»də xalqın müdrik kəlamlarına arxala-

naraq «səbir qıfıllar açmaq üçün açardır//səbr edəni heç kəs 

peşman görməyib!», «Ovda səbirsiz olan şəxsin oxu nişanədən 

(hədəfdən) uzaq düşər» və  s.  kimi  səbirli olmağı tövsiyə edən 

nəsihətləri müasir tədqiqatçıların, nizamişünasların tədqiqatla-

rında geniş şərhini və təhlil-tədqiqini tapıb. C. Xəndan hələ ke-

çən  əsrin ilk onilliklərində Nizaminin yaradıcılığına rövnəq 

verən, onun əsərlərinin bədii təsir gücünü artıran bu keyfiyyət-

ləri görür, tədqiqatçı kimi dəyərli fikirlərini söyləyir: «Ortada 

nə kabab yansın, nə də şiş», «hər vaxtsız banlayan xoruzun gə-

rək, durmadan başını  bıçaqla kəsmək», «el ilə qara gün bay-

ramdır, toydur», «aslanın erkəyi, dişisi olmaz», «hər bir yerin 

dovşanını yenə  də o yerin tazısı tutar», və  s.  Bu  aforizmlərdə 

nəsihət, xalq hikməti, dərin fəlsəfi, ictimai fikirlər, həyati təc-

rübədən alınan nəticələr ifadə olunmuşdur» (2, s. 150). 

«Hər vaxtsız banlayan xoruzun gərək, durmadan başını 

bıçaqla kəsmək» ifadəsi «Vaxtsız banlayan xoruzun başını kə-

sərlər» atalar sözünə bənzəyir. Tədqiqatçılar bu ifadədən şairin 

dönə-dönə yararlandığını bildirirlər. «Şərəfnamə»də: 

Vaxtsız (yersiz) banlayan xoruzun, 

Başını səhər tezdən kəsmək lazımdır! 

«Xosrov və Şirin» poemasında: 

Əgər vaxtsız sürsən, pusqunda durarlar, 

Vaxtsız banlasan, başını kəsərlər. 

«Göründüyü kimi, şair çalışmışdır ki, xalqın sınaqdan ke-

çirmiş olduğu bu atalar sözünün məzmunun saxlasın və buna 

nail olmuşdur» (8, s. 273-274). 

 C.Xəndanın qısa da olsa söylədiyi dəyərli tədqiqatlar 

sonralar Nizami yaradıcılığında folklor, xalq yaradıcılığı məsə-

lələrinin geniş şəkildə təhlil və tədqiqatına yol açmış, bu sahədə 

onlarla dəyərli fikirləri özündə ehtiva edən namizədlik, dok-

torluq işləri yazılmışdır. 

Tədqiqatçı T.Xalisbəyli fikirlərində haqlıdır ki, Nizami 

«əsərlərinin zinəti saydığımız atalar sözləri və  zərb-məsəllərə 


                                                                                      Gülxani Pənah 

 

 



480 

hər an rast gəlmək olur. Şair belə nümunələri gəlişi gözəl olmaq 

üçün seçmir, işlənmə  məqamına, yerinə, amalına, məqsədinə 

müvafiq yerdə  işlədir» (8, s. 275). C. Xəndan  şairin «inci 

dənələri kimi» əsərin müxtəlif yerlərinə «səpələnmiş» 

aforizmlərinə diqqət yetirir: 

Qızıl öz vəznini versə arpaya, 

Qızıl qiymətiylə çıxar ortaya. 

Ümidin sönməsin dünya olsa dar

Hər qara buluddan ağ yağış yağar. 

Kəhrəba olsa da əqrəb quyruğu, 

Yenə də əqrəbdir, zəhərlidir bu. 

İskəndər gülərək söylədi cavab: 

Gizlində qalmağı sevməz afitab! 

Dövran acizlərə olsa mehriban, 

Qarışqa oxuyar ilana meydan. 

Nizaminin yaradıcılığındakı bədii təsvir və ifadə vasitələ-

rindəki «ümumiləşdirici qüvvə» Cəfər Xəndanın diqqətindədir 

və bunun sayəsində şairin ən adi misralarının da bəzən aforizm 

kimi səsləndiyini qeyd edən tədqiqatçı bildirir ki, «onun bədii 

təsvir və ifadə vasitələrinin üstünlüyü onların sadəliyindədir» 

(2, s. 151). Nümunələrə istinad edir: «Məsələn, gecə ilə gündüz 

haqqında danışdıqda: 

«Bu fələk səninlə deyildir can bir, 

Tikdiyi libaslar iki rənglidir». 

Yaxud, özünü günəş adlandıran Daranın İskəndərə yazdı-

ğı məktubda aşağıdakı sözləri oxuyuruq: 

 

Əgər Rum elinə çəksəm ordular, 



Tozundan günəşin gözü kor olar. 

Burada günəş sözü həm günəşə, həm də  İskəndərə  işa-

rədir. 

Əsgər hər tərəfdən bürüdü düzü, 



Qatdı bir-birinə gecə-gündüzü. 

Gülxani Pənah 

 

 



481 

Burada gecə qara zəncilərə, gündüz isə ağ rumlulara təş-

bih tutulmuşdur» (2, s. 151). 

Şairin məcazi mənada olan ifadələrini «bəzən müşabihət 

şəklində» verilməsi məsələsinə diqqəti yönəldir. 

Nalbəndlə palançı, eşşəyə bir gün, 

Nal, palan pulunu ver,-dedi, -bütün! 

Topal ayağından, yağır dalından, 

Nalını, palanı atdı o heyvan. 

Eşşək öz borcundan olurkən azad, 

Olduqca dincəldi qəlbi oldu şad. 

Nizami bu yerdə də belə bir nəticəyə gəlir: 

Sən də ey tozlara bulaşmış insan, 

Borcunu ver qurtar bu toz-torpaqdan (2, s. 151). 

 Tədqiqatçı burada təsvir olunan hadisənin çox yığcam və 

təsirli olduğunu göstərir: «oxucu min əzaba dözüb minnət al-

tında yaşayanların köləlik vəziyyətini dərk edir. Bir az diqqətlə 

yanaşdıqda: «Səni incidərək boynuna minnət qoyan dövranın 

borcunu ver, rahat ol» ideyasını irəli sürdüyü aydın olur»-deyir 

(2, s. 151-152). 

 C.Xəndan Nizaminin yaradıcılığında təşbih və istiarə-

lərin «qüvvətli» olduğuna diqqəti yönəldir: 

Küləyə minmişdi yeriyən dağ tək, 

Dağ külək belində durarmış demək 

misralarında -»bu mübaliğəli və istiarəli təşbihdə qəhrəman da-

ğa, mindiyi at isə küləyə bənzədilmişdir, bəllidir ki, dağ küləyə 

minə bilməz, ona görə də «dağ külək belində durarmış demək»-

deyə oxucunu şübhədən çıxardır» (2, s. 152). 

«İskəndərnamə»də  İskəndərin hücumlarını  təsvir edən 

şairin döyüş meydanını  təsvir edərkən işlətdiyi təşbih və isti-

arələr: 

Yer xəstə düşmüşdü at nallarından, 

Qılıncın dəhşətli çalhaçalından, 

Buludun qəlbində su olurdu qan- 

- kimi misralarda verdiyini bildirir. 


                                                                                      Gülxani Pənah 

 

 



482

«İskəndərnamə»ni «Şahnamə»dəki  İskəndər dastanının 

müvafiq epizodları ilə müqayisə edən məşhur hind alimi Şibli 

Nemani yazır: «Siz hər  şeydən  əvvəl bunu nəzərdə tutun ki, 

eyni fikri, eyni hadisəni və eyni mövzunu bu iki şairin (Firdovsi 

və Nizami) hər ikisi nəzmə çəkmişdir. Bununla belə, tərkiblərin 

qurulması, ifadələrin işlənməsi, sözlərin seçilməsi cəhətdən 

bunların arasında böyük fərq var. Tərkiblərin, cümlələrin yığ-

camlıq və təsirində, qafiyələrin bakirlik və möhkəmliyində, ifa-

dələrin dəbdəbəli çıxmasında Nizaminin göstərdiyi qüdrətdən 

Firdövsidə əsər belə yoxdur və bu cəhətdən o, Nizamiyə tay ola 

bilməz» (bax. Şibli Nemani. Şe rüləcəm. Tehran. 1936. 

səh.263) (1, s. 184). 

H.Araslı fikirlərində haqlıdır ki, «Böyük şair öz ölməz 

ideallarını  həm də yüksək sənət dili ilə ifadə etmiş, humanist 

həyati görüşlərini bədii sözün ecazlarından  istifadə yolu ilə, 

eləcə də xalq ədəbiyyatından aldığı hikmətli hekayələrlə təsdiqə 

çalışmış, tarixi vaqiələri, ötən hadisələri öz bədii məqsədinə 

uyğun  şəklə salaraq oxucuya təqdim etmişdir. O, əfsanə  və el 

rəvayətlərindən bol-bol faydalanmış, xalq hikmətinə, xalqın iti 

zəkasını  əks edən ibrətamiz məsəllərə, dərin mənalı atalar 

sözlərinə tez-tez müraciət etmişdir. Bütün bunlar Nizami şeiri-

nin öyrədici məzmunu və ictimai mənasını oxucuya daha aydın 

çatdıran, şair tərəfindən gətirilən yüksək idealların həyati qüv-

vəsinə inamı möhkəmləndirən başlıca yaradıcılıq üslubu olub, 

Nizami sənətinin amal və  məqsədinə, xalqın səadəti naminə 

irəli sürülən ülvi, bəşəri idealların daha aydın ifadəsinə xidmət 

edir. Nizaminin Şərq  şeirində  əsaslandırdığı bu poetik üslub 

əsrlər boyu şairin xələfləri tərəfindən davam etdirilərək 

məsnəvi  ədəbiyyatının ictimai-siyasi ideallarla zənginləşməsi, 

burada xəlqilik və qabaqcıl fikirlərin geniş yer almasında böyük 

rol oynamışdır ki, bu da öz növbəsində şairin adı ilə bağlı yeni 

bir ədəbi məktəbin yaranmasıyla nəticələnmişdir» (15, s. 5). 

C.Xəndan böyük şairin ədəbi irsini, onun yazılı ədəbiyya-

ta gətirdiyi yeni ənənələri,  Şərq ictimai-bədii fikrinin inkişa-


Gülxani Pənah 

 

 



483 

fında oynadığı böyük rolun düzgün təhlini verən bir ədəbiy-

yatşünas kimi yaddaqalandır. Onun Nizami irsinə dair apardığı 

araşdırmalar nizamişünaslığı zənginləşdirməklə yanaşı, Nizami 

sənətini bu və ya digər aspektdən araşdırmaq üçün alimlərə 

mövzu verib. Bunun nəticəsidir ki, bu gün keçən  əsrin ilk 

illərində Mir Cəlal, C.Xəndan, H.Araslı və s. kimi yüksək elmi 

təfəkkürə malik ədəbiyyatşünasların  əməyi nəticəsində Niza-

minin Azərbaycan, türk, Şərq, ümumilikdə dünya ədəbi prose-

sinin inkişafına təsiri, dünya ədəbiyyatında tutduğu yeri 

müəyyənləşdirən onlarla namizədlik, doktorluq işi yazılmışdır. 

Nizamişünaslıq elmi inkişaf etməkdədir. Bu böyük ədəbiy-

yatşünasların sayəsində  şairin  ədəbi irsi küll halında təhlil və 

tədqiqatını tapmış, tutduğu mövqe müəyyənləşdirilmişdir  

C.Xəndan bütün yaradıcılığı ilə xalq ədəbiyyatına bağlı 

C. Məmmədquluzadə irsini araşdırarkən onun folklorla, 

ümumilikdə xalq ədəbiyyatı, dil məsəllərinə  həmişə diqqət 

yetirdiyini, xalq ruhunun yaradıcılığının qanına, canına 

hopduğunu söyləyir. 

Onun publisistikası kimi ədəbi yaradıcılığı da Azərbay-

can ədəbiyyatını həm məzmunca, həm də formaca zənginləşdir-

miş, bir novator sənətkar kimi ədəbi ictimaiyyətin, böyük 

oxucu kütləsinin heyrətini qazanmışdır. 

C.Məmmədquluzadə xalqının sənətkarı olub, yaratdığı 

«Molla Nəsrəddin» jurnalı ilə  səsini təkcə Azərbaycana deyil, 

onun kimi istismar olunan, məzlum Şərq dünyasına çatdırmaq, 

xalqların gözünü açmaq, din pərdəsi altında xalqları qəflət yu-

xusuna düçar edənlərin çirkin simasını aləmə tanıtmaq, onlara 

nifrət oyatmaq, xalqları elmə, maarifə, biliyə yiyələnməsi üçün 

mübarizə yolunu tutmağa səsləyirdi. O taylı, bu taylı Azər-

baycan məsələsi, Azərbaycanın birliyi məsələsi «Molla Nəsrəd-

din»in məramı idi. Hələ 1917-ci ildə  Cəlil Məmmədquluzadə  

hüznlü, qəmli sətirləri ilə bu birliyin ilk çağırışçısı kimi çıxış 

edirdi: «Ax, unudulmuş vətən, ax yazıq vətən! Duyanlar titrədi, 

fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyandı, gözlərini 


                                                                                      Gülxani Pənah 

 

 



484

açdılar və  pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış 

evlərini bina etməyə üz qoydular. Bəs sən hardasan ay biçarə 

vətən?! 


Söz Azərbaycan vətənimin üstündədir. Bəzi vaxt oturu-

ram və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cu-

muram, özümdən soruşuram ki, mənim anam kimdir? Öz-

özümə cavab verirəm ki, mənim anam rəhmətlik Zəhrabanudur. 

Dilim nədir? Azərbaycan dilidir. Yəni vətənim haradır? Azər-

baycan vilayəti. Demək dilimin adı Azərbaycan dilidir. Belə 

məlum olur ki, vətənim də Azərbaycan vilayətidir. Haradır 

Azərbaycan? 

Ax gözəl Azərbaycanım! Harada qalmısan? Gəl, gəl! 

Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım! Ay keçə 

papaq xoylu, meşkinli, sərablı, goruslu, moruslu qardaşlarım! 

Ay bitli, marağalı, mərəndli, gülüstanlı, qulibiyabani vətəndaş-

larım! Ey vəhşi  ərdəbilli, xalxallı, bəradərlərim! Gəlin, gəlin, 

gəlin! Mənə bir yol göstərin, vallah, ağlım çaşıbdır! Axı dünya-

aləm dəyişildi, hər bir şey qayıdıb öz yerini tapdı, hər mətləbə 

əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı 

ortalığa qoyub bir fikirləşək, görək haradır bizim vətənimiz. 

Niyə sakitsiniz, ey mənim lüt-üryan qardaşlarım!» (38, s. 151).  

Cəfər Xəndan böyük sənətkarın qəlbindəki vətən məhəb-

bətini, dilinə hörmətini, sabahı üçün narahatlığını  əks etdirən 

bədii  əsərlərinə diqqət yetirir. Onun «Çay dəstgahı» alleqorik 

əsərində «xalq nümayəndələrinə bəraət qazandıran, həqiqəti de-

məkdən» çəkinməyən  ədibin «Danabaş  kəndinin  əhvalatları» 

povestində yaratdığı  Məmmədhəsən  əmiləri, zeynəbləri 

«Xudayar bəyə qarşı qoyaraq, xalqın yaralarını sağaltmağa, onu 

düşmüş olduğu ağır vəziyyətdən qurtarmağa» səy göstərdiyini 

bildirir. Tədqiqatçılar «Danabaş  kəndinin  əhvalatları» poves-

tində və ilk hekayələrində C.Məmmədquluzadənin «o zamankı 

Azərbaycan kəndində hökm sürən feodal-patriarxal münasi-

bətlər, çar hakimlərinin və din xadimlərinin özbaşınalığı, şüur-

larda və  məişətdəki gerilik, mövhumat və xurafat, qadınların 


Gülxani Pənah 

 

 



485 

acınacaqlı taleyi böyük vətəndaş kədəri ilə qələmə» (6, s. 495) 

alındığı, böyük ədibin xalqın nöqsanlarını da «göstərməyə 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin