Kafedra: Azərbaycan dili və pedaqogika; Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix01.06.2022
ölçüsü0,73 Mb.
#60353
1   2   3   4   5   6   7   8   9   ...   14
az dili-payiz

“Arif ol, söhbəti müxtəsər eylə
Uzun danışandan qaç, həzər eylə” (Sədi) 
I) Düzgünlük I) Dəqiqlik 
I) Yığcamlıq
I) Təmizlik 
I) Sadəlik 
301. 


“Təmiz danış, az danış” atalar sözündə mədəni nitqin hansı xüsusiyyəti əks olunub? 
I) Münasiblik 
I) Sadəlik 
I) Orijinallıq 
I) Yığcamlıq
I) İfadəlilik 
302. 
“Dil çıxarmaq”, “ağız büzmək” nitqin hansı tələblərinə aiddir? 
I) Orijinallıq 
I) Düzgünlük
I) Dəqiqlik 
I) Düzgünlük və yığcamlıq 
I) İfadəlilik
303. 
Əgər natiq [Azərbaycandan] tələffüz edərsə, mədəni nitqin hansı tələbi pozulur? 
I) Düzgünlüyü 
I) Dəqiqliyi 
I) Təmizliyi 
I) Aydınlığı I) İfadəliliyi 
304. 
Əgər natiq yazılı nitqində “Azərbaycannan” yazarsa, mədəni nitqin hansı tələbi pozulur? 
I) Dəqiqliyi 
I) Düzgünlüyü
I) İfadəliliyi 
I) Münasibliyi I) Aydınlığı 
305. 
Natiq nitqində yalnız qrammatik qaydalara əməl edirsə, mədəni nitqin hansı tələbi pozulur? 
I) Təmizliyi 
I) Dəqiqliyi 
I) Düzgünlüyü I) İfadəliliyi I) Aydınlığı 
306. 
Bu cür nitqdə ən müvafiq, üslub baxımından ən uğurlu dil vasitəsini tapıb işlətmək tələb olunur.
I) Nitqin yığcamlığında 
I) Nitqin düzgünlüyündə 
I) Nitqin sadəliyində 
I) Nitqin ifadəliliyində I) Nitqin aydınlığında
307. 
“O, ömrünü boş-boşuna keçirdi” cümləsində mədəni nitqin hansı tələbi yoxdur? 
I) Aydınlıq 
I) Sadəlik I) Təmizlik I) Düzgünlük I) İfadəlilik
308. 
“Qapını vurmaq” birləşməsində nitqin hansı tələbi pozulmuşdur? 
I) Düzgünlük 
I) Təmizlik 
I) Sadəlik 
I) Münasiblik 
I) Aydınlıq 
309. 
“Qoyun ilxısı” birləşməsində nitqin hansı tələbi pozulmuşdur? 


I) Orijinallıq 
I) Dəqiqlik
I) Təmizlik 
I) Aydınlıq 
I) İfadəlilik 
310. 
“At naxırı” birləşməsində nitqin hansı tələbi pozulub? 
I) Orijinallıq 
I) Aydınlıq 
I) Dəqiqlik
I) Sadəlik 
I) Təmizlik 
311. 
“Qış gəlir” cümləsi haqqındakı fikirlərdən biri düzgündür. 
I) Düzgün və ifadəlidir. 
I) Həm düzgün, həm də dəqiqdir. 
I) Dəqiqdir, ancaq düzgün deyil. 
I) Düzgündür, ancaq dəqiq deyil. 
I) Dəqiq və ifadəlidir. 
312. 
“Dəryaca ağlın olsa, yoxsul olsan, güləllər” (Bayatı). Misrada [gülərlər] tələffüz edilsə, mədəni 
nitqin hansı tələbi pozular? 
I) Aydınlığı 
I) Dəqiqliyi 
I) Təmizliyi I) Sadəliyi I) Düzgünlüyü
313. 
Nitqin aydın olması üçün verilən tələblərdən biri yanlışdır. 
I) Adi intonasiyadan istifadə etmək 
I) Danışılacaq mövzu ilə bağlı material və faktlar toplamaq 
I) Materialı sistemləşdirmək 
I) Məntiqi vurğulu sözü nəzərə çarpacaq dərəcədə tələffüz etməyə nail olmaq 
I) Mətndəki mənası çətin sözləri izah etmək 
314. 
“Tamaşalarımız çox yaxşı kiçikyaşlılar tərəfindən qarşılandı” cümləsində hansı tələb pozulub? 
I) Dəqiqlik 
I) Düzgünlük
I) Aydınlıq 
I) Təmizlik 
I) Yığcamlıq
315. 
İntonasiya qaydalarının pozulması ilə bağlı qüsurlara yol veriləndə mədəni nitqin hansı tələbi 
pozulur? 
I) Sadəlik 
I) Dəqiqlik 
I) Düzgünlük
I) Təmizlik 
I) Aydınlıq 
316. 
“Axşam düşür”. Bu cümlədə “düşür” sözünü “gəlir” sözü ilə əvəz etsək, mədəni nitqin hansı 
tələbi pozulmuş olar? 


I) Təmizliyi 
I) Düzgünlüyü 
I) Sadəliyi 
I) Dəqiqliyi I) Münasibliyi 
317. 
Düzgün nitq forması sayılır ki,
I) terminlərdən istifadə etməklə elmilik gözlənilsin. 
I) obrazlılıq və məcazilikdən geniş istifadə edilsin. 
I) ancaq ümumişlək sözlərdən ibarət olsun. 
I) yığcamlıq, sadəlik tələblərinə əməl edilsin. 
I) dilin fonetik, leksik, qrammatik qayda-qanunları pozulmasın. 
318. 
Nitq mədəniyyətinin ən mühüm şərti nədir? 
I) Ədəbi dilin normalarına riayət etmək 
I) Terminlərdən istifadə etmək 
I) Obrazlılıq və məcazilikdən istifadə etmək 
I) Yığcamlıq, sadəlik tələblərinə əməl etmək
I) Nitqin ədəbi tələffüz baxımından dəqiqliyinə əməl etmək 
319. 
Diksiya nədir? 
I) Səsin yüksək tempidir. 
I) Səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunmasıdır.
I) Səsin aşağı tonla tələffüzüdür. 
I) Səsin həyəcanlı vurğu ilə tələffüzüdür.
I) İfadənin məntiqi vurğusudur. 
320. 
Mədəni nitqə verilən tələbin bu növündə başlıca meyar danışanın və yazanın geniş söz ehtiyatına 
malik olmasıdır. Bu tələb hansıdır? 
I) Yığcamlıq 
I) İfadəlilik 
I) Zənginlik
I) Təmizlik I) Münasiblik 
321. 
Bu əlamətlər nitqin zənginliyini yaradan vasitələrdir. Verilənlərdən biri yanlışdır. 
I) Mütaliə, danışanın intellektuallığı 
I) İntonasiya çalarlarının müxtəlifliyi 
I) Nitqin informasiya, məzmun cəhətdən dolğunluğu 
I) Yığcamlıq
I) Dilin qrammatik və üslubi imkanlarından səmərəli istifadə 
322. 


Bəzi natiqlər məşhur adamların, görkəmli şair və yazıçıların, dövlət xadimlərinin çıxışlarındakı 
sərrast ifadələrdən sitat gətirdikdən sonra çıxışlarına başlayırlar. Bu cür nitq nə adlanır? 
I) Yığcam 
I) Aydın 
I) Zəngin 
I) Sadə 
I) Orijinal
323. 
“Şəraitə uyğunluq gözlənilməzsə, nitq fikri ifadə edə bilməz” – Söhbət nitqin hansı tələbindən 
gedir? 
I) Münasiblik 
I) Aydınlıq 
I) Təmizlik 
I) Zənginlik 
I) Yığcamlıq 
324. 
Natiq nitqində dinləyənin kimliyini nəzərə almırsa, onun uşaq, ağsaqqal, tələbə, alim olduğunun 
fərqinə varmırsa və yaxud ixtisasından, təhsilindən, savadından asılı olmayaraq, onları bərabər 
tutub nitq söyləyirsə, mədəni nitqin hansı tələbini pozmuş olur? 
I) Aydınlığını 
I) Münasibliyini I) Təmizliyini I) Orijinallığını I) Zənginliyini 
325. 
Nitqdə ifadəliliyi yaradan vasitələrdən biri yanlış verilmişdir. 
I) Leksik vahidlər 
I) İntonasiya 
I) Hərflər
I) Frazeoloji vahidlər 
I) Ritorik suallar 
326. 
Aforizmlər, təkrarlar, sintaktik fiqurlar, inversiya mədəni nitqin hansı tələbinin vasitələridir? 
I) Yığcamlığın I) Təmizliyin I) Düzgünlüyün I) İfadəliliyin I) Aydınlığın 
327. 

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin