Misir səmasında ən parlaq ulduz Sirus görünürdü. Min beş yüz il ərzində misirli astronomlar 373 Günəş və 832 Ay tutulmasını qeydə almışlar. Səmanın seyri əsasında yaranan ilk təqvimə görə bir il hər biri 30 gündən ibarət olan 12 aya bölünürdü. Hər ilin əvvəlində ona 5 müqəddəs gün də əlavə edilirdi. Bu da ilin 365 günə bərabər olmasını göstərirdi. Onlar gündüz və gecəni 12 saata bölürdülər. Burada elm, xüsusən də dəqiq elmlər tətbiqi xarakter daşıyırdı. Dünya mədəniyyətinin nadir incilərindən sayılan və bir sıra sirləri hələ də açılmamış qalan, hər biri 2,5 tondan 54 tona qədər ağırlığında olan, daş süxurlarından və qranitdən tikilmiş məşhur Misir ehramları, piramidaları, həndəsə, cəbr, mexanika elmlərinin sayəsində inşa edilmişdir. Riyaziyyat sahəsində təqribi kvadrat kök alma, oturacağı kvadrat olan kəsik piramidanın həcminin hesablanması, çevrə uzunluğunun diametrə nisbəti və s. onların nailiyyəti idi. Təbabət sahəsində isə Misir həkimləri meyitləri yarmaqla, insanın anatomiyasına və qan dövranına dair bir sıra məlumatlar əldə etmişlər. Buradan aydın olur ki, onlar xəstələrin müalicəsini ovsunlamaqla deyil, elmi əsaslarla həyata keçirmişlər.
Qədim Misirdə fəlsəfi fikrin meydana gəlməsi bir tərəfdən təbiət elmlərinin inkişafı ilə, digər tərəfdən isə dünyaya mifoloji baxış ilə bağlı olmuşdur. Burada fəlsəfi fikirlər öz mənbəyini miflərdən, əfsanələrdən, nağıllardan, dastanlardan götürmüşdür.
Bizə gəlib çatan məşhur miflərdən biri
Dostları ilə paylaş: |