«Arfist nəğməsi» adlı əsərdə dünyanın dini-mifoloji şərhinə şübhə ilə yanaşılaraq göstərilir ki, heç bir «axirət dünyası» insanlara səadət gətirə bilməz, çünki «heç kəs oradan gəlib oranın nə olduğunu, orda nələr baş verdiyini, onlara nə lazım olduğunu bizə danışmamışdır», həm də ölənlərdən heç biri hələ oradan geri qayıtmamışdır. Ona görə də necə ki, insan sağdır, öz ürəyinin arzuları ilə hərəkət etməlidir. Danışılan dövrdə Misirdə təsərrüfat həyatının, xüsusilə əkinçiliyin tələbatları ilə əlaqədar olaraq riyaziyyat, astronomiya, həndəsə, mexanika elmləri inkişaf etmişdi. Onlarda həftənin yeddi, ayın 30 gün, ilin 365 gün və 12 aydan ibarət olmasını göstərən ilk təqvim mövcud idi. Qədim Misirdə riyaziyyatın inkişafına dair çoxlu sənədlər indi də saxlanmaqdadır, mexanikanın inkişafını isə hündürlüyü 146 metr olan dünyada ən nəhəng ehram Xeops ehramı sübut edir.[3]X
B.e.ə. IV minillikdə Qədim Misir ərazisində mövcud olan quldarlıq quruluşu, özünün ən yüksək inkişaf mərhələsinə çatmışdı. Burada ilk təsərrüfat formaları, əkinçilik və heyvandarlıqla yanaşı, inşaat incəsənəti, daş və ağac emalı, dəri aşılanması, toxuculuq sənəti, papiruslar üzərində yazı və s. yaranmağa başlamışdı. Qulların əməyi ilə, dünya mədəniyyətinin inciləri sayılan nəhəng ehramlar, məbədlər, saraylar inşa edilirdi. Belə bir istehsal fəaliyyəti insanlarda təbiət və ətraf aləm haqqında müəyyən biliklər əldə etməyə imkan yaradırdı. Odur ki, burada bir sıra təbiət elmləri - mexanika, fizika, biologiya, astronomiya, kosmologiya, təbabət və s. eləcə də fəlsəfə sahəsində ilk addımlar atılırdı. Bu dövrdə Günəş təqvimi və su saatı düzəldilmişdır. Nil çayının daşıb çəkilməsinə uyğun olaraq əhali əkinçilikdə toxumun səpilmə vaxtını və məhsul yığımı dövrünü müəyyən edirdi. Nil çayının daşmasının və çəkilməsinin səbəbini öyrənmək cəhdi Qədim Misir astronomiyasının yaranması və inkişafına güclü təkan verdi. Qeyd edək ki, Nil çayı bir növ misirlilər üçün həyat demək idi, istər bədii yaradıcılıqda, istərsə də digər sahələr də, xüsusilə poeziya və mifologiyada Nilin tərənnümü mühüm yer tutur.
Nil çayı daşan zaman
Dostları ilə paylaş: |