Kafedra: İctimai fənlər



Yüklə 34,54 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü34,54 Kb.
#34790
  1   2   3   4   5   6
Ülvi Hüseynov Fəlsəfə serb iş.


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti

Kafedra: İctimai fənlər

Fənn: Fəlsəfə

Sərbəst iş N-1

Fakultə:Nəqliyyat və logistika

İxtisas:Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi

Qrup:199a2

Tələbə: Hüseynov Ülvi

Müəllim: Şirinova Nailə

Bakı 2020



Qədim Misirdə fəlsəfi fikir:


Misirin həyat damarı olan Nil çayı Mərkəzi Afrikada yerləşən böyük göllərdən başlayır. Çay 700 km məsafədə dərin vadi ilə axaraq Aralıq dənizinə tökülür. Dənizə töküldüyü yerdə Nil qollara ayrılaraq delta əmələ gətirir.X

Yuxarı hissələrdən başlayaraq dənizədək Nil vadisində və deltasında qədim Misir yerləşirdi. Rus dilində Misirə Eqipet (Eгипeт) deyirlər. Bəzi tədqiqatçıların fikrin­cə, «Eqipet» sözü qədim yunan sözü olan «Ayqyuptos» sözündən əmələ gəlmişdir. Misirlilər özləri ölkələrini torpaqlarının rənginə uyğun olaraq «Ta Kemet»– «Qara torpaq» adlandırırdılar. Herodota görə, «Misir Nilin töhfəsidir». Çünki Nilsiz Misiri təsəvvür etmək qeyri–mümkündür. Nil vadisini əhatə edən dağlar da müxtəlif daş növləri ilə zəngin idi. Misirin özündə metal yox idi. Metal qonşu vi­la­yətlərdən gətirilirdi; Sinay yarımadasından mis, Nillə Qırmızı dəniz arasındakı səhradan qızıl, Qırmızı dənizin sahillərindən sink və qurğuşun əldə edilirdi. Gümüş və dəmir isə Kiçik Asiyadan gətirilirdi.X

Əsrlər boyu yayın başlanğıcında yağan yağışların hesabına Nilə tökülən sular artdığından daşqınlar başlayır. Daşqından sonra vadidə torpaq həm çox rütubətli olur, həm də qalın lay halında qara və çox məhsuldar lillə örtülürdü. Təsadüfi deyildir ki, bütün bunlara görə Qədim Misiri Qara torpaq adlandırırdılar.X

Qədim misirlilər qumluq və bataqlıqlarla həmişə mübarizə aparmışlar. Misirlilərin başlıca məşğuliyyəti əkinçilik olmuşdur. Bun­lardan əlavə arıçılıq, maldarlıq və digər sənət sahələri də inkişaf etmişdir. Ümumiyyətlə, insanların əməyi Nil vadisinin simasını köklü surətdə dəyişdirmişdir. Misir yaşayış üçün, demək olar yararlı olmayan bir yerdən, artıq bizim eradan əvvəl IV minillikdə əhalisi sıx olan bir ölkəyə çevrilmişdir. Elə həmin dövrdən başlayaraq Misirdə quldarlıq, onun ardınca da quldarlıq dövləti yaranmışdır. Misir fironların–padşahların hakimiyyəti altına düşdü. Padşahlardan biri Misirin şimalını – bütün deltanı, digəri isə ölkənin cənubunu – Nil çayının vadisini özünə tabe etmişdi.

Təqribən b.e.ə. 3000–ci ildə Cənub padşahlığının şahı Şimal padşahlığını məğlub etdi və deltanı tutdu. Qüdrətli Misir dövləti yarandı. Dövlətin paytaxtı Memfis şəhəri oldu. Bundan sonra işğalçı yürüşlər başlandı. Dünyanın xeyli hissəsini tutan Misir padşahları ehramlar– sərdabələr tikməyə başladılar. Bu və ya digər padşahın böyüklüyünü ehramların böyüklüyü təcəssüm etdirirdi. Ən böyük ehram b.e.ə. 2600–cü ildə firon Xeops üçün Memfis yaxınlığında tikilmişdir. Ehramın hündürlüyü 150 m–dir. Onun ətrafına fırlanmaq üçün 1 km yol getmək lazımdır. Tikintidə 2300 daş işlənmişdir ki, onlardan da ən kiçiyinin çəkisi 2,5 tondur. Ehramların yaxınlığında boyük bir qayadan sfinks– insan başlı nəhəng aslan heykəli yonulmuşdur. Sfinksin hündürlüyü 20 m–dən çoxdur. Fironlardan biri sfinks şəklində əks olunmuşdur. Bu daş heykəl böyük vahimə yaratdığından onu «dəhşətlər atası» adlandırırdılar. Ehramlar və sfinks misirlilərə fironun adi adamlar yox, qüdrətli allahlar olması fikrini aşılayır. Bundan əlavə, ehramlar və sfinks Misir padşahlarının amansız hakimiyyətinin dilsiz şahidləri kimi indi də səhranın ortasında ucalmaqdadır.

Üç min il bundan əvvəl Finikiya şəhərinin hakimi demişdir: «Amon bütün torpaqları yaratmışdır. Lakin Misir torpağını onların hamısından əvvəl yaratmışdır. Həmin yerdə ilk incəsənət və təlimlər meydana gəlmişdir».

Fiva Misir padşahlığının yeni paytaxtı olarkən, artıq Misir öz inkişafının zirvəsinə çatmışdı. Qüdrətli hökmranlığı dövründə Misirdə elm və mədəniyyət inkişaf etməyə başlamışdı. İşarə – şəkillər–heroqliflər yarandı. Papiruslarda yazılar yazılırdı. O vaxtdan qalmış bir şer Misirdə kitaba yüksək qiymət verildiyini sübut edirdi. Misirdə həndəsə, astronomiya, təbabət inkişaf etmişdir. Onlar təqvim yaratmışdılar. Bir daşqından o biri daşqına qədər olan vaxt il hesab olunurdu ki, onu da on iki aya bölürdülər. Onların hesablamasına görə, il 365 gündən ibarət idi. Gündüzü və gecəni onlar 12 saata bölürdülər. Misirdə günəş və su saatı ixtira edilmişdir. Ümumiyyətlə, elmi biliklər kənd təsərrüfatının, sənətkarlığın, tikinti işinin, gəmiçiliyin, ticarətin yüksəlməsinə böyük kömək etmişdir. Yazı biliklərin, bədii əsərlərin qorunub saxlanmasına, onların nəsillərdən nəsillərə, bir xalqdan başqa xalqlara keçməsinə imkan vermişdir.X

Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də inanırdılar ki, təbiəti və insanların həyatını allahlar idarə edir. Allahları misirlilər adətən heyvanbaşlı insan şəklində təsəvvürlərinə gətirirdilər. Bu cür təsəvvürlərin ovçuluq dövrlərindən qalması şübhəsizdir. Qədim misirlilərdə axirət dünyasına inam mühüm yer tuturdu. Elə buna görə də meyitləri mumiyalamaq geniş yayılmışdı. Misirlilərə görə, axirət səltənətində hər şey boldur. Lakin hər bir adamın ruhu bu səltənətə getmir. Ölənlərin ruhunu Oziris mühakimə edir o, allahların iradəsi əleyhinə gedənlərə qarşı çox böyük amansızlıq göstərir. Belələrinin ruhunu müdhiş, yırtıcı heyvanlar yeyir. Qədim Misirdə fironlar ilahiləşdirilirdi. Ona görə də qədim dini kitabədə yazılırdı: «Allahlar itaət edənləri sevir, itaət etməyənlərəsə nifrət edir». Bu ölkədə din fironlara danışıqsız itaət etməyi tələb edirdi. Əmri pozanlar isə quraqlıq, taun xəstəliyi, düşmənlərin hücumları ilə, öləndən sonra Ozirisin mühakiməsi ilə hədələnirdi. Qədim insanlara belə gəlirdi ki, fironların ixtiyarında olan qeyri– məhdud hakimiyyəti insanlar yox, allahlar müəyyən etmişlər. Təsadüfi deyildir ki, fironu 


Yüklə 34,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin