Kafedra: İctimai fənlər



Yüklə 34,54 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü34,54 Kb.
#34790
1   2   3   4   5   6
Ülvi Hüseynov Fəlsəfə serb iş.

“İsida və Osiris” haq­qın­­da əsatirdir. Osiris səhraların təcəssümü olan qardaşı Set ilə mü­­barizə aparır. Isida isə həm onların bacısı, həm də Osi­ri­sin ar­va­dı­dır. (O zaman Misirdə fironlar öz bacıları ilə evlənirdilər.) Set Osirisi al­dadıb onu öldürür və bədənini kiçik hissəciklərə doğra­yaraq ət­rafa səpələyir. Bundan xəbər tu­tan yenicə Qor adlı oğul doğmuş İsi­da ərinin bədən his­sələrini bir yerə yığır. Yeraltı səl­tə­nətlərin allah­larından biri olan Anubisin köməyi ilə Osirisə hə­yat verirlər, o dirilir və Setlə vuruşaraq ona qalib gəlir. Bu daimi mü­ba­­rizə Misirdə ilin fə­sil­lə­rini özündə əks etdirir. Belə ki, Nilin daş­ma­sı, sə­pin dövrü, yetişmə və məhsul yığımı dövrüdür. Aprel-iyun ayların­dakı qu­raq­lıq dövrü Osi­rislə Set arasında mübarizə, Nil ça­yı­nın suyunun çirklən­mə­si, ətrafda kiçik gölməçələrin və bataqlıq­la­rın yaranması Osirisin ətrafa səpələnmiş bədə­ni, diril­məsi və Set üzə­rindəki qələbəsi isə yeni daş­qın­la­rı və həyatı əks etdirir. Osiris həm də, ölümün təcəs­sümü oldu­ğundan bütün ölən­lərin ruhu onun qarşısında cavab verməlidir. O zaman tərəzinin bir gözünə ruh, digər gözünə isə haqq - ədalət qoyulur. Əgər ruh günah­sız olar­dısa o, cəhən­nəm odundan azad olur və İala dü­zən­liyinə gön­dərilirdi. İala düzənliyində heç vaxt quraqlıq olmurdu. Qədim Mi­sirdə axirət dünyasına inam mühüm yer tut­du­ğun­dan, onlar belə hesab edirdilər ki, ölümdən sonra bədənin saxlan­ması şərai­tində ruh yaşaya bilər. Mumiyalama, ölülər şəhərlərinin sa­lın­ması, daş tabut­ların, nə­həng ehramların, piramidaların yara­dıl­ması məhz bu məqsədə xidmət edirdi. Lakin miflərə dini məz­mun verilməsi, tezliklə fəlsəfi baxışla əvəz olunmağa başladı. Bu əsa­sən Qədim Misirdə yaranmış “Arfaçının mahnısı” və “Ölümün tərən­nü­mü” kimi ədəbi əsərlərdə öz əksini tapmışdır. Arfa­çının mah­nı­sında “axirət dünyası” anlayışı şübhə altına alın­maqla, əsərdə gös­tərilir ki, hələ o dünyadan heç kim qayıtmamışdır ki, onun haq­qında məlumat versin, insan yalnız öz əməllərinin sayəsində əbədi yaşaya bilər. “Ölümün tərənnümü” əsərində isə bunun ək­si­nə ola­­raq axirət dünyasının mövcudluğu haq­qında fikir irəli sürü­lür­­dü. Bütün bunlar göstərir ki, mifoloji dini dünyagörüş tədri­cən tarix səhnəsindən düşür, onu həyata, ətraf aləmə yeni fəlsəfi baxışlar əvəz etməyə başlayır.[4X
Yüklə 34,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin