Kafedra: İctimai fənlər



Yüklə 34,54 Kb.
səhifə2/6
tarix02.01.2022
ölçüsü34,54 Kb.
#34790
1   2   3   4   5   6
Ülvi Hüseynov Fəlsəfə serb iş.

«allahın oğlu» və «böyük allah» adlandırır, onu belə «vəsf edirdilər»; «o, öz şüaları ilə görən günəşdir». Misirdə allahlara dualarla müraciət edir, onlara qurban verirdilər. Məbədlər allahların evləri hesab olunurdu. Orada allahların bütləri qoyulurdu. Məbədlərdə «allahların xidmətçiləri» – kahinlər olurdular. Hesab edilirdi ki, kahinlər allahları yedizdirirlər– onlar bütlərin qabağına yemək qoyurdular. Qırğı başı olan Günəş allahı Ra– allahların padşahı hər gün qızıl qayıqda göydə gəzir və Qərbdə yerə enir. Uzaq cənubda Nil allahı ilanların qoruduğu mağarada, küpələrdən su tökür. Nə qədər su tökəcəyi onun iradəsindən asılıdır. Bunlardan əlavə vəbanı göndərən aslan başlı qəzəbli müharibə ilahəsi də olduqca təhlükəli idi.

Qum kimi kürən saçı, qırmızı gözləri olan kinli Set özü 50 xid­mətçisi ilə gəlib bitkilərin və əkinçilərin himayəçisi Ozirisi öldürür. Lakin İzidanın köməyi ilə Oziris dirilir. O, dirildikdən sonra axirət dünyasında padşah və hakim olur. Allah Seti çox vaxt eşşəkbaşlı təsvir edirdilər. Qeyd etmək lazımdır ki, Nil çayı misirlilər üçün həyat demək idi. Təsadüfi deyildir ki, həm bədii yaradıcılıqda, həm də digər sahələrdə, o cümlədən xüsusilə poeziya və mifologiyada Nilin tərənnümü mühüm yer tutur. Ümumiyyətlə, misirlilərin etiqadlarına görə, ruh heykəldə yaşaya bilərdi. Öləni əzəmətli pozada təsvir edirdilər; o, həyatda kim idisə, ölümdən sora da həmin adam, yəni firon və əyani olaraq qalmalı idi.

Misirin tarixi, dini, mədəniyyəti, incəsənəti özünü bu və ya digər şəkildə Misir mifologiyasında göstərmişdir. Məsələn Günəş allahı Ra haqqında mifoloji hekayəni götürək. Hekayəni qısa məzmunu belədir: Günəş allahı – eləcə də insanların və allahların padşahı Ra qocaldıqdan sonra öyrənir ki, Nilin yuxarı hissəsində və səhrada adamlar onun əleyhinə nəsə fikirləşirlər. O zaman Ra kişi allahları Şu, Geb və Nunu, eləcə də qadın allahları Tefnut, Nut və Oko Ranın daxil olduğu allahlar şurasını çağırdı. Bu şura insanlardan gizli olaraq çağrılmışdı. Allahların məsləhəti ilə Ra Okonu Xatxor ilahəsi simasında bəşəriyyəti məhv etməyə göndərdi. İlahə işinin bir hissəsini sevinclə yerinə yetirdikdən sonra Ranın hüzuruna qayıdarkən Ra peşiman olaraq hələ məhv edilməyən insanların günahından keçməyə qərar verdi. Onun əmri ilə gecə sahələrə qırmızı pivə qoydular. Səhər qaniçən ilahə yoluna davam edərkən pivəni gördü və içməyə başladı. Xatxor sərxoş oldu və adamları görə bilmədi. Hekayəni nəql edən əlavə edir ki, Xatxor bayramına məstedici içkilər hazırlanması adəti belə yaranmışdır.

Qeyd etmək lazımdır ki, Misirdə günəş allahı kultu Şumer və Akkad rituallarına nisbətən daha mühüm rol oynamışdır. Şamaş ədalət qoruyucusu olsa da, onun adı heç vaxt allahlar üçlüyünə daxil olmamışdı və o, yaradılış mifi ilə əlaqədar göstərilməmişdir. Misirdə isə Ra ənənəyə əsasən misirin birinci padşahı olmuş Atum kimi dünyanın yaradıcısı hesab olunurdu. Heliopol şəhəri Ra kultunun əsas mərkəzi olmuşdur və yəqin ki, qədim padşahlıq dövründə elə həmin şəhərdə Oziris kultu ilə günəş allahı kultunun birləşməsi baş vermişdir. Elə həmin zamandan başlayaraq fironların allah Ranın oğlu olması mərasimi keçirilmişdi. Firon Xafranın heykəlində onun başının qoruyucusu Qor – şahin Qor və Ranın identikliyini (eyniliyini) və padşah hakimiyyətinin Ra ilə əlaqəsini göstərir. Oziris– Qor mifologiyası Ra kultu ilə birlikdə fironun taxta gəlməsi və tac qoyması qaydasını müəyyən edirdi. Ölən padşah Ozirisə çevrildi və o, həm də Ra ilə birləşdi. Məlum olur ki, Ra ilə Oziris haqqında miflər tamamilə bir birinin içərisində əriyərək birləşir. Lakin qədim Misirdə «Günəş» mifologiyasının elə elementləri vardır ki, onlar Ozeris haqqında mifdən köklü surətdə fərqlənir. Misir «mifoloji konsepsiyası» elə bir konsepsiyadır ki, onun köməyi ilə misirli özü üçün insana adi görünən anlayışlarla obrazları, hadisələri, obrazlar qrupunu, yaxud bir sıra hadisələri izah etməyə cəlb edirdi. Onlara görə həmin hadisə, obraz və anlayışlar 


Yüklə 34,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin