«allahlar dünyasına» mənsubdur. «Allahlar dünyası» ifadəsi mövcud olan kimi təsəvvür edilməsinə baxmayaraq, bilavasitə insan əqli və hissi ilə əldə edilə bilməyən nə varsa onu özünə daxil edirdi. Əlbətdə zəmanəmizdə hamımız üçün aydın olan predmet və hadisələri, məsələn, günəş, səma və s. qədim misirli «allahlar dünyasına» daxil edirdi. Lakin bütün bunlar «simvol» vasitəsilə ifadə edilirdi. «Simvol» insanın allahlar dünyasındakı bəzi ünsürləri, bəşəri kateqoriyalar, daha dəqiq desək məntiq və hissi qavrayış kateqoriyaları ilə vermək cəhdidir. Doğrudur, elə də olur ki, onların əksəriyyətini təbiət qanunları ilə uyğunlaşdırmaq o qədər də zəruri olmur. Hələ b.e.ə. III minillikdə Misirin müdrik adamları bu barədə özlərinə həmin məsələni aydınlaşdıraraq qeyd edirdilər ki, simvolu onun əks etdirdiyi predmetin əsli kimi qəbul etmək olmaz. Bu mənada misirli simvolu ya predmet forması, ya hərəkət, ya da söz forması qəbul edə bilərdi. Həmin dövrdə hər bir simvol mifoloji anlayış olmadığı halda, hər bir mifoloji anlayış allahlar dünyasının predmetinin simvolik inikası idi. Şübhəsiz zəka simvolun həqiqiliyini yoxlamaq imkanına malik deyildi. Mifoloji anlayış yalnız o halda həqiqidir ki, o, allahlar dünyasının hər bir hadisəsini insana aydın ola bilən kateqoriyalarla ifadə edə bilirdi və insan tərəfindən etiqad kimi qəbul olunurdu.[1][2]X
Qədim misirlilər bütövlükdə dünyaya miflərin prizmasından yanaşaraq göstərirdilər ki, səmanı ulduzlar və onların topluları şəklində göy ilahəsinin (nut) gərilmiş bədəni yaratmışdır. İnsanlar isə günəş Allahı Ranın göz yaşlarından törənmişlər. Onların əsaslandıqları İsida və Osiris rəvayətinə görə Osiris həm həyatı, həm də ölümü özündə birləşdirən hər şeyə qadir qüvvədir, onun ölümü Nil çayının suyunun səviyyəsinin aşağı düşməsini, onun parçalanıb suya atılmış bədən hissələri Nil çayının daşmasından sonrakı kiçik gölcüklər, bataqlıqlardır, Osirisin dirilməsi çayın yenidən daşması, yeni həyatın başlanğıcıdır.
Qədim misirlilər ruhun ölməzliyini qəbul edirdilər və göstərirdilər ki, ruh bədən tam saxlandığı təqdirdə ölmür. Ölülərin mumiyalanması adəti də, həmin fikirdən irəli gəlmişdi. Lakin qədim Misirdə
Dostları ilə paylaş: |