Kafedra: neft-qaz geologiyasi müƏLLİM : dos. MƏMMƏdov. H. M geokiMYƏVİ TƏDQİqatlar



Yüklə 0,66 Mb.
səhifə6/14
tarix15.12.2022
ölçüsü0,66 Mb.
#74969
1   2   3   4   5   6   7   8   9   ...   14
C fakepathMühazir l r tam toplu

Yuxarı geokimyəvi zona- mənimsənilmə zonasının bir hissəsi olaraq, Yer səthində ilk regional qeyri-keçirici örtek layına qədər olan sahəni əhatə edir və bu zona sərbəst su-qaz mübadiləsi ilə səciyyələnir. Bu zonada aparılan geokimyəvi tədqiqatların informatikliyi azdır. Buna səbəb burada Kh-izlərinin saxlanması üçün geoloji şəraitin qənaətbəxş olmamasıdır. Burada olan sərbəst su-qaz mübadiləsi Kh-in oksidləşməsinə, onların atmosferə və litosferə çıxarılmasına şərait yaradır.
Aşağı geokimyəvi zona –mənimsənilmə zonasının bir hissəsi olaraq, erozziya bazisindən və ya ilk regional qeyri-keçirici laydan aşağıda yerləşir və çətin su-qaz mübadiləsi ilə səciyyələnir. Təbii ki, bu zonanın geokimyəvi parametrləri daha informatik olacaq, çünki, burada Kh-in saxlanması üçün münbit şərait mövcuddur.
Neftli-qazlı hövzələrin müxtəlif hissələri- o cümlədən, qonşu geostruktur elementlər və onlarla əlaqədar olan atmosferin, hidrosferin, biosferin müəyyən hissələri geokimyəvi tədqiqat obyekti ola bilər. Burada geokimyəvi parametrlərin qiymətləri müəyyən edilir və geokimyəvi anomal sahələrin formalaşma şəraiti və geokimyəvi proseslər öyrənilir.
Geokimyəvi axtarış obyektləri kimi neft və qaz yığımları ilə əlaqədar olan anomal geokimyəvi sahələr qəbul edilir.
Geokimyəvi planalma dedikdə isə müəyyən sxem üzrə aparılan geokimyəvi mənimsənilmə başa düşülür.
Geokimyəvi sahələrin xəritələnməsi. Bu geokimyəvi rayonlaşdırmanın metodlarından biridir və tədqiqat obyektinin geokimyəvi ixtisaslaşma tipinə görə sahələrin bölünməsinə əsaslanır.

( MÜHAZİRƏ 5 )
GEOKİMYƏVİ AXTARIŞ METODLARI
Geokimyəvi axtarış dedikdə, naftidlərin birbaşa axtarışı nəzərdə tutulur ki, bu da öz növbəsində Kh-in müəyyən hissəsinin nefy-qaz yataqlarından miqrasiya etməsi fikrinə əsaslanır. Bu metodlar gözlə görünməyən neft-qaz təzahürlərini aşkar etmək üçün lazımdır. Axtarış metodikası ondan ibarətdir ki, müəyyən olunmuş yerdən torpaq nümunələri götürülür və tədqiqat ol aparılır. Tədqiqatlar aşağıdakı istiqamətlərdə aparılır:
1. Torpaq nümunəsi məsamələrində azad Kh qazlarının tədqiqatı;
2. Torpaq hissəciklərində adsorbsiya olunmuş Kh qazların tədqiqatı;
3. Torpaq hissəciklərinin flüoressensiyası. Bu onlarda yüksək molekullu Kh-in olması ilə əlaqədardır;
4. Torpaq nümunəsində olan bakteriyaların tədqiqi. Bu onunla əlaqədardır ki, ayrı-ayrı bakteriyalar müəyyən tip Kh-lərlə qidalanır;
5. Müəyyən metalların izinin və radioaktiv elementlərin tədqiqatı.
Bunların adsorbsiyası yalnız Kh-in olduğu vaxt mümkündür.Əgər vertikal miqradiya diffuziya nəticəsində baş verirsə, bu zaman Kh-in maksimal miqdarı sırf neft-qaz yatağının üzərində qeyd olunur. Bu geofizikada olam qravitasiya anomaliyalarını xatırladır.Geniş anomaliyalar isə dərində yatan Kh yığımları ilə əlaqədar olur.
Əgər qaz Yer səthinə vertikal miqrasiya edirsə,bu zaman etan və ağır Kh-lər əsasən neftdən, metan isə qaz papağından ayrılır. Bunun nəticəsində etan və ağır Kh-in arealı neft yığımının konfiqurasiyasını təkrar edəcək.
Eyni arealı yalnız C7 H16 -nı oksidləşdirən bakteriyalar, nikel (Ni) və radioaktib elementlər də yaratmış olur.

C7- Oksidi

C2 Ʃ Ağır Kh
Anomaliyası

an


Ni anomaliyası

Radiometrik anomaliya



Yer səthi

Hazırda neft-qaz axtatışı qarşısında duran konkret vəzifələrdən asılı olaraq, praktikada aşağıdakı geokimyəvi axtarış üsullarından istifadə olunur: qaz, bituminoloji, hidrogeokimyəvi, biogeokimyəvi, litogeokimyəvi, aerogeokimyəvi, radiogeokimyəvi (izotop- geokimyəvi ). Eyni zamanda fitogeokimyəvi və qar örtüyünə görə planalmadan geniş istifadə olunur. Göstərilən hər bir metod müəyyən informatik göstəricilər toplusuna malik olmaqla, axtarışın uyğun mərhələlərində tətbiq olunur.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin