Kafedra: neft-qaz geologiyasi müƏLLİM : dos. MƏMMƏdov. H. M geokiMYƏVİ TƏDQİqatlar



Yüklə 0,66 Mb.
səhifə5/14
tarix15.12.2022
ölçüsü0,66 Mb.
#74969
1   2   3   4   5   6   7   8   9   ...   14
C fakepathMühazir l r tam toplu

II növbədə- Miqrasiyanın nəzəri əsaslarına üstünlük verilməsidir. Miqrasiya nəzəriyyəsinin vacibliyini inkar etməyərək hər halda qeyd etməliyik ki, tədqiqatların yalnız miqrasiya problemlərinin həllinə yönəldilməsi, I və II mərhələlərdə geokimyəvi axtarış üsullarının nəzəri əsaslarının hərtərəfli inkişafına malik olurdu. 1960-cı illərin sonuna qədər hər bir Kh anomaliyası bir qayda olaraq, neft-qaz yığımlarının olması ilə əlaqələndirilirdi. Eyni zamanda bu anomaliyaların dərin qazma nəticəsində təstiqini tapmaması, axtarış geologiyasını çətin vəziyyətə salırdı.
III mərhələ- (1979-cu ildən başlayaraq)-axtarış geokimyası tarixində neft-qaz geokimyası sahəsində, nəzəri və eksperimental tədqiqatların neft-qaz bituminologiyasında, hidrogeokimyəvi, litogeokimyəvi, izotopgeokimyəvi, radiogeokimyəvi tədqiqatların inkişafı və geokimyəvi axtarış üsullarının nəzəriyəsinin və texnologiyasının inkişafı ilə səciyyələnir.
Bu mərhələnin əsas nəaliyyətlərindən biri, SÜM-in Kh-ın öyrənilməsində sistemli təhlilin elementlərindən istifadə olunması, geofiziki, geokimyəvi və biokimyəvi anomal sahələrin paragenezisi haqqında təsəvvürərin inkişaf etdirilməsi oldu.
Müəyyən olundu ki, bu anomal sahələrin strukturu Yer qabığında baş verən gərginliklər hesabına formalaşır. Bu gərginliklər eyni zamanda neft-qaz yığımlarından Ph-ın subvertial miqrasiyasını şərtləndirir.
Neft və qaz yataqlarının axtarışında geokimyəvi məlumatlardan istifadə müxtəlif xarakterlidir. Neft və qaz yataqlarının varlığı haqqında müəyyən Geokimyəvi parametrlərə əsaslanaraq mülahizə yürüdülür. Bu geokimyəvi parametrlər neft-qaz yatağından ayrılan maddələrin geokimyəvi arealını əks etdirir.
Beləliklə, neft-qaz yataqlarının axtarışında istifadə olunan geokimyəvi metodların əsasını yığımlardan ayrılan maddələrin əmələ gətirdiyi geokimyəvi areallar təşkil edir.
Yığımların səpələnmə arealları litosferdə, hidrosferdə və atmosferdə diffuziya, filtirasiya, yeraltı suların turbulent rejimi əsasında, külək və.s. vasitəsilə yaranır və inkişaf edir.
Səpələnmə arealları geokimyəvi təsir arealları ilə tənzimlənir.Geokimyəvi təsir areallarının xarakteri də geokimyəvi parametrlər və əlamətlərlə müəyyən edilir. Lakin bu əlamətlər artıq II dərəcəli törəmə əalmətlərə aid edilir.
Son illər neft-qaz axtarışında geokimyəvi üsulların nəzəri və tətbiqi problemləri ilə geokimyaçı-alimlər L.M.Zorkin, N.V.Lopatin, A.V.Petuxov, Xant və başqaları məşğuldurlar. Bu alimlərə görə- geokimyəvi ahə dedikdə Yerin müəyyən hissələrində bərk, maye və qaz komplekslərin paylanma forması nəzərdə tutulmalıdır. Axtarışda geokimyəvi metodların nəzəri əsaslarını isə, yalnız yığımlardan ayrılan maddələrin səpələnmə arealı deyil, eyni zamanda subvertikal miqrasiyanın varlığını təstiqləyən geoloji-geokimyəvi məlumatlar və anomal geokimyəvi sahələrin əmələgəlmə və qorunub saxlanma mümkünlüyü təşkil edir. Neft və qazın axtarışı zamanı geokimyəvi metodlar Yer qabığının neftin və qazın genezisi ilə müəyyənləşdirilən konkret sahələrində aparılır. Belə sahələr mənimsənilmə zonaları adlanır.
Bu zaman 2 geokimyəvi zona ayrılır:

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin