Neftin əksər komponentləri günəş şüalarını və oksigeni udaraq, oksidləşmiş polimerlər əmələ gətirirlər. Naftenlər uzun müddət hava və günəş təsirindən öz tədbirlərinə 6%-ə qədər O2 qəbul etməyə qadirdirlər.
Jelatinləşmə.
Bir sıra təzahürlər zamanı zaman keçdikcə neft öz konsistensiyasını dəyişərək gel formasını alır. Bütün bu proseslər neftin qatlaşmasına və ya ilkin neftin bərkiməsinə gətirib çıxarır. Neft maye haldan tədricən asfalta, asfaltitə və nəhayət pirobituma çevrilir. Əgər neft təzahürü davamlı deyilsə, neft bərkiyərək, qara rəngli bərk bitum yığımı əmələ gətirir.
NEFT QAZ TƏZAHÜRÜNÜN TƏSNİFATI. Çöl tədqiqatları zamanı praktiki istifadə məqsədilə neft-qaz təzahürlərini 3 qrupa ayırmaq olar:
Aktiv təzahürlər
Belə təzahürlər qaz, neft və qapışqan şəkilli asfalt çıxışları ilə təmsil olunur.
Qeyri – aktiv təzahürlər.
Bunlar əsasən asfaltitlər və pirobitumlarla təmsil olunur.
Yalançı təzahülər.
Xarici görünüşünə görə I və II-lərə oxşasa da, yeraltı Kh yığımları ilə heç bir əlaqəsi olmur.
Aktiv neft-qaz təzahürləri olan sahələrdə həm yerüstü həm də dərinlik tədqiqatları aparmaq lazımdır ki, bunlardan əsas məqsəd ratonun stratiqrafiyasıdır, litologiyası və quruluşu ilə bu təzahürlərin əlaqəsini müəyyən etmək mümkün olsun.
Aktiv təzahürlər zamanı Kh-in tərkibi, H-alkanların, asfalten və qətranların, oksigenin miqdarı, H/C olan nisbəti müəyyən edilməlidir. Bu oksidləşməsinin dərəcəsini müəyyən etməyə və Kh-in dərinlik rezervuarları ilə əlaqədar olub-olmamasını təyin etməyə imkan verər.
Xromotoqrafik və mass-stektrometrik analiz neft-qaz təzahürlərində olan Kh-lərin tədqiqat rayonunun məlum neftləri və bitumoidlərlə müqayisə etməyə imkan verə bilər.