Biogeokimyəvi göstəricilər: Propan və butan oksidləşdirici bakteriyalar, metanoksidləşdirici abkteriyalar, sulfatsızlaşdırıcı bakteriyalar.
Hidrogeokimyəvi göstəricilər: SO4-2 mq/l, NH4+ mq/l; J, Br, B, benzol, toluol.
Bituminoloji göstəricilər:ÜM-in propan rezonansı göstəricisi, XBA-nın yağlılıq miqdarı; XBA-da komponentlərin struktur göstəriciləri; biomarkerlərin XBA yağlarında paylanma xüsusiyyətini əks etdirən göstəricilər; Bituminor maddələrin morfoloji xüsusiyyətlərini əks etdirən göstəricilər.
Litogeokimyəvi göstəricilər: Ph, EH, elektrik, maqnit göstəriciləri, süxurların istilik-keçirmə qabiliyyətini əks etdirən göstəricilər, Fe süxurunda formalarının nisbəti.
Bu göstəricilər kompleksinin informatikliyi tədqiqat rayonun geoloji-geokimyəvi xüsusiyyətlərindən, yığımların yatım dərinliyindən, onların faza halından asılıdır.
(MÜHAZİRƏ 16) GEOKİMYƏVİ AXTARIŞ ÜSULLARININ TƏTBİQ OLUNMA MƏRHƏLƏLƏRİ. Regional mərhələr – bu mərhələdə geokimyəvi tədqiqatlar aşağıdakı məqsədlə aparılır; iri əyalətlərin və neft-qaz hövzələrinin dayaq kəsilişinin geokimyəvi üsul tipinə görə bölünməsi; regional və zonal anomal geokimyəvi sahələrin seçilməsi; rayonların ayrılması və onlarıda axtarış işləri aparılmasının növbələşdirilməsi və s. Bu tədqiqatlar əsasən neft-qazlılığın proqnozu və neft qaz toplanma zonalarının qiymətləndirilməsi mərhələlərində aparılır.
Proqnoz-rekoqnisləşmə mərhələsi – bu tədqiqatlar axtarış mərhələsində aşağıdakı məqsədlə aparılır: perspektiv tələlər daxilində lokal anomal sahələrin aparılması; obyektlərin seçilməsi və onların axtarış qazmasında hazırlamaq məqsədilə növbələşdirilməsi; Bu tədqiqatlar- qaz, hidrogeokimyəvi və biogeokimyəvi metodlara əsaslanır. Bu üsullarla planalma adətən 1:500000; 1:200000; 1:100000 miqyasında aparılır.
Axtarış- qiymələndirmə mərhələsi – bu mərhələdə tədqiqatlar aşağıdakı məqsədlə aparılır: perspektiv tələlər daxilində lokal anomaliyalı sahələrin təbiətinin qiymətləndirilməsi, dərin quyuların qazılmas yerinin təyini və seçilib-hazırlanmış sahələrin qazmaya verilməsi üçün növbələşdirilməsi.
Detal mərhələ- bu mərhələdə geokimyəvi tədqiqatlar aşağıdakı məqsədlə aparılır: Geoloji kəsilişin neft-qazlılıq və geokimyəvi cəhətdən qiymətləndirilməsi; kəsilişdə neftli-qazlı komplekslərin yerinin və hüdudunun təyini; neftli-qazlı komplekslərin, kollektorların, qeyri-keçirici örtük süxurların qiymətləndirilməsi; flüidərin geokimyəvi xassələri və xüsusiyyətlərinin təyini:
Bu tədqiqatlar- neft və qaz yataqları və yığımlarının axtarış mərhələsində aparılır.