GEOLOGİYASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ Məlumdur ki, neft –qaz yığımlarının əmələ gəlməsi üçün aşağıdakı şərtlərin olması
vacibdir:
Neft –qaz əmələgətirici ana süxurlar;
Uyğun məsaməliyə və keçiriciliyə malik kollektorlar;
Tələlər;
Örtük rolunu oynayan qeyri-keçirici süxur qatı;
Yer səthində neft və qaz təzahürləri axtarışda mühüm rol oynayır, beləki, onların varlığı I şərtin olmasına əgər təzahür güclüdürsə bütün şərtlərin varlığına dəlalət edir. Əksər hallarda neft-qaz təzahürləri dərində olan məhsuldar laylardan KH-in qırılma və çatlarla Yer səthinə miqrasiyasının nəticəsidir.
Neft-qaz Yer səthinə qalxdıqda, onlar bir sıra kimyəvi və fiziki təsorlərə məruz qalır ki, bu da onların xarici görünüşünün və tərkibinin dəyişməsinə səbəb olur.
Yer səthinə qalxan neft, bu zaman aşağıdakı proseslərin təsirinə məruz qalır:
Uçucu KH-in buxarlanması.
Yer səthinə çıxdıqdan sonra, birinci 2 həftə ərzində neft, təqribən C15-qədər Kh-ləri itirir ki, bu da 2500C-də qaynayan fraksiyaya uyğundur. Sonrakı aylarda isə C24-ə qədər Kh-lər yox olur.
Suda həll olmuş birləşmələrin çıxışı.
Azotun, kükürdün və oksigenin həll olma qabiliyyətinə malik birləşmələri və yüngül aromatik Kh-lər qrunt suları vasitəsilə Yer səthinə çıxarılır.
Biodeqradasiya.
Yer səthinə çıxan Kh-lər bakteriyaların təsirinə məruz qalır. H-alkanlar, bir sıra izoalkanlar və naftenlər müxtəlif dərəcədə, bakteriyaların aktivliyini şərtləndirən şəraitdən asılı olaraq adsorbsiyaya məruz qalır və oksidləşir.
Polimerləşmə.
Su, CO2 və H2 ayrıldıqdan sonra orta və iri molekullar birləşərək, çox iri və qəliz strukturlar, polimerlər əmələ gətirirlər.