Kafedra: neft-qaz geologiyasi müƏLLİM : dos. MƏMMƏdov. H. M geokiMYƏVİ TƏDQİqatlar



Yüklə 0,66 Mb.
səhifə11/14
tarix15.12.2022
ölçüsü0,66 Mb.
#74969
1   ...   6   7   8   9   10   11   12   13   14
C fakepathMühazir l r tam toplu





(MÜHAZİRƏ 19)
ÇÖKMƏ SÜXURLARIN PİROLİZİ
Neft və qaz yataqlarının axtarışında əsas problemlərdən biri ana süxurların neft və qaz əmələgətirmə qabiliyyətinin qimətləndirilməsidir.
Potensial ana süxurların təyin olunması, onların yayılmasının və kinetik parametrlərinin müəyyən edilməsi, habelə onların yetkimlik dərəcəsinin qiymətləndirilməsi Rock-Eval aparatı vasitəsilə süxur nümunələrinin (kern və ya şlam ) tez bir zamanda çeşidlənməsini keçirməklə aparılan məsələlərə aiddirlər. Ona görə də bu texnologiya son 15 ildə daim istifadə olunur və Kh yığımlarının axtarışında standart bir metoda çevrilmişdir.
Bu üsul, çoxlu miqdarda süxur nümunələrinin çeşidlənməsinin həyata keçirilməsini və sonrakı geokimyəvi tədqiqatlar üçün tez bir zamanda seçilməsini təmin edə bilən üsuldur.
Süxurların litologiyası, onların tərkibindəki ÜM –in miqdarı və növü, quyu şəraiti haqqında məlumatlar geoloq tədqiqatçı tərəfindən daha dəqiq interpretsiya aparmaq üçün vacibdir.
Piroliz – üzvi komponentlərin ayrılması üçün üzvi maddənin oksigensiz mühitdə, yəni bərpa şəraitində qızdırılması deməkdir.
Rock-Eval aparatında piroliz zamanı xırdalanmış süxur nümunələri oksigensiz mühitdə tədricən qızdırılır. Bu zaman sərbəst üzvi maddələr (bitumoidlər) distillə edilir, daha sonra isə həll olmayan üzvi maddələr (kerogen) parçalanır. Bu metod, daha az insan əməyi və çox xırda süxur nümunələri və az vaxt tələb etdiyindən bir sıra laboratoriyalarda istifdə edilən kimyəvi ekstraksiya texnologiyasını əvəz etmişdir.
Hazırda müztəlif növ Rock-Eval piroanalizatorları mövcuddur. Rock-Eval-1 piroanalizatoru Fransa Neft İnsitutu tərəfindən hazırlanmışdır.
Rock-Eval-2 ( Delsi İncinikinq tərəfindən hazırlanmış və pirolizlə yanaşı üzvi karbonun ümumi miqdarını ( CÜZV) – TOC təyin etməyə imkan verir.
Rock-Eval-3 (neft analizatoru) Rock-Eval-2-dən fərqli olaraq nefti və qazı ayrı-ayrı analiz edir, CO2-ni isə ölçmür.
İndi isə Rock-Eval-2 analizatorunun iş prinsipi və ölçü parametrləri ilə tanış olaq.
Təqribən 100 mq çəkidə olan süxur nümunələri 3000C temperaturda 3-4 dəqiqə piroliz edilir, daha sonra dəqiqədə 250C artırmaqla 5500C temperatura qədər piroliz proqramı həyata keçirilir. Hər iki proses analizatorun helium atmosferində aparılır. Qızdırıcının soyumasına sərf olunan zamanla birlikdə hər analiz təqribən 20 dəqiqə təşkil edir. Bütün nümunələr eyni çəkidə olmalıdır (100 mq), çünki parametrlərin qiymətləri nümunələrin çəkisindən asılı olaraq dəyişə bilər. Rock-Eval-2 metodikası bir neçə ölçmə aparmağa imkan verir ( Espitalye və başq.). (şəkil 1).

Alov ionlaşma detektoru (FİD) piroliz zamanı əmələ gələn müxtəlif komponentləri qeydə alır.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin