Kamran NƏZİRLİ


Amerİkanı Allah saxlasın!



Yüklə 1,21 Mb.
səhifə21/23
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#22560
1   ...   15   16   17   18   19   20   21   22   23
Amerİkanı Allah saxlasın!
İngiltərə Parlamentində çıxış edən Harold Pinter (oktyabr 2002-ci ildə) İraqa qarşı müharibənin əleyhinə olmuşdur.
Təpədən-dırnağa silahlanaraq,

Düzlənib parada gedir yankilər.

Sevinclə oxuyub mahnılarını,

Göylərə qaldırır Allahlarını,

Dünyanı dördnala çapır Yankilər…
Ölü zibilliyi olub nohurlar,

Bu mənfur parada nifrət edən var….

Biri marş nəğməsin oxumur, susur,

Birisi səsini tamam itirib,

Biri də unudub bəlkə sözləri...
Əli qamçılıdır azğın çaparlar,

Baş kəsir, leş tökür torpaq üstünə.

Çirkaba bulaşıb başlar, ayaqlar,

Hər yan tozanaqlı, üfunətlidi.

Gözlər də dipdiri bərələ qalıb,

Ölü qoxusunu burunlar çəkir...

Budur, ölü hava diridir, ondan

ABŞ allahının qoxusu gəlir...


Yanvar, 2003
Demokratİya
Qurtulmağa bir yer yox!

Vicdan əzabı da qalmayıb artıq!

Onlar gözə görünən nə varsa,

hamısını qayıracaqlar!

Dalınızı qoruyun!
Fevral 2003

Hava proqnozu
Buludlu hava olacaq

Çiskinli duman dolacaq.

Sonra açılacaq hava

Günəş də boylanacaq…

Gün ortada olanda

quru isti olacaq.

Axşama ay çıxacaq

Gecə işıq doğacaq.

Deyirlər ki, sonra da

Sərin külək əsəcək.

Sonra gecə yarısı

Bu külək də kəsəcək.

Sonra…heç nə və heç nə

Baş verməyəcək daha...

Sonuncu proqnozdur-

Hava olmayacaq daha…



Mart 2003.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin