ĠĠkar məHƏMMƏDƏLĠ oğlu qasimov



Yüklə 6,18 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix31.01.2017
ölçüsü6,18 Mb.
#6982
1   2   3   4   5   6   7   8   9   ...   12

 
 

 
16 
I FƏSIL. 
 
        QƏDIM OĞUZ TÜRK YURDU- LAÇIN 
 
                   Laçının qədim tarixindən. 
 
Azərbaycanın  dilbər  guşələrindən  biri,  qədim  oğuz 
yurdu olan Laçın rayonunun inzibati sərhədlərini Dəlidağ, 
İşıqlı,  Qırxqız  dağ  silsilələri  cızmışdı.  Qarabağla  nankor 
düşmən  qonşularımız  arasında  mərdlik  qalasıydı  Laçın! 
Tarix boyu torpağımıza göz dikənlər Laçını «Aranın- Qa-
rabağın qara qapısı» adlandırırdılar. Ümummilli liderimiz 
Heydər  Əliyev  bu  torpağın  tarixi,  strateji  əhəmiyyətini 
yüksək  qiymətləndirərək  deyirdi:  «Azərbaycanın  müstə-
qilliyi, ərazisinin qorunması nöqteyi nəzərindən Laçın ra-
yonu çox böyük strateji əhəmiyyətə malikdir».  
Qədim  Türk  yurdu  olan  Laçının  tarixi  haqqında 
daha dəqiq bilgilər əldə etmək üçün tarixə müraciət etmə-
miz daha obyektiv və əhəmiyyətli olardı.  
Laçın  bölgəsi  və  onun  çoxsaylı  kəndləri  yaşayış 
məskəni  kimi  çox-çox  qədimlərdən  xəbər  verir.  Belə  ki, 
bu  ərazilərdə  xristianlıqdan  əvvəllərə  aid  abidələrin  bu 
günə  qədər  qalması  fikrimizi  təsdiq  edir.  Qalalar,  Qəbir-
üstü abidələr, kahalar, mağaralar, kurqanlar bu gündə sirli 
olaraq qalır. 
Qurdqajı  (Kürdhacı)  və  Ərikli  kəndi  arasında  olan 
Alban  abidəsi,  Kiş  dağında  yerləşən  Vəng  abidəsi,  Ci-
cimli  kəndində  Məlik-Əjdər  türbəsi,  Mircəfər  qalası  bu 
ərazilərin  qədim  minilliklərdən  xəbər  verdiyini  göstərir. 
Bu  abidələr  içərisində  diqqəti  xüsusilə  Kiş  sülaləsinin 
adını  daşıyan,  Laçında  Kiş  dağı,  Şəkidəki  Kiş  kəndi  və 
Kiş  çayı  cəlb  edir.  Altı  min  illik  tarixi  yaddaşımız  bu 
abidələr  vasitəsilə  təsdiqini  tapır.  Bununla  biz  Laçın 

 
17 
rayonu  ərazisində  məskunlaşmış  ulu  babaları-mızın  altı 
min illik bir tarixə malik olmasının, e.ə IV minillikdə bu 
yerlərin sahibi olduqlarını bir daha şahidi oluruq.  
Zəngəzurda,  onun  Laçın  bölgəsində  yaşayan  xalqı-
mızın soy kökü, qədim tarixi ilə bağlı və tədqiqinə zərurət 
duyulan  toponimlər  çoxdur.  Belə  toponimlərin  bəziləri 
ayrı-ayrı  məqalələrdə  qismən  də  olsa  verilmişdir.  Qara-
dağlı, Bayındır, Bozlu,  Küllü təpə, Qızıl qaya,  və s kimi 
coğrafi adlar bu qəbildəndir. Dəyərli yazıçımız Süleyman 
Rəhimovun  əsərlərində  Qırxbulaq,  İşıqlı,  Dəvəuçan, 
Qartal  qayası,  Koroğlu  qayası,  Nəbi  hörgüsü  və  başqa 
adda Laçın toponimlərinin izahı əsas yer tutur. Görkəmli 
ədib  «Mehman»  əsərində  Laçındakı  Sadınlar  və  Mirza-
lılar  adı  ilə  tanınan  kəndlər  barəsində  yazır:  Sadınlar 
kolxozu yeddi para kəndi birləşdirir. Hamısı da bir kişinin 
törəməsidir. Bu kəndlərin bünövrəsi vaxtilə Qaraqoyunlu 
tayfalarından  ayrılıb,  bu  yeddiqardaş  dağında  məskən 
salmış Mirzəalı kişinin özü və oğlanları tərəfindən qoyul-
muşdur (7,33). 
Laçının  yaşlı  nəslinin  nümayəndələrinin  dediyinə 
görə  Minkənd  çayına  əvvəllər  Ağoğlan  çayı  deyilirmiş. 
Hətta çayın sahilində bu günə qədər qalmış Ağoğlan mə-
bədi həmin adı yaşadır. Bəzi qədim adlar tayfa və soyad-
larını əks etdirir. Məsələn, Bayandır və  yaxud  Bayındırlı 
adları  «Kitabi  Dədə  Qorqud»  dastanında  oğuz  elinin  ağ-
saqqalı Bayındır xanı xatırladır.  
Bir  qisim  yazarlar  israr  edirlər  ki,  Bayındır  çayı 
Xanlar  (Göygöl)  rayonunda,  Bayındırlı  kəndi  isə  Bərdə 
rayonundadır. Biz isə yəqinliklə deyə bilərik ki, ən qədim 
oğuz-türklərinin  yaşayış  yeri  olan  Bayındır  adlı  kənd  və 
eyni  adlı  çay  Laçın  rayonunun  ərazisindədir.  Bu  qədim 
adlar  müasir  günümüzdə  də  əvvəlki  adları  ilə  qalmaq-
dadır.  Bayındır  dərəsindən  köçüb  Minkəndə  və  Bərdə 

 
18 
rayonuna  gələnlər  isə  bayındırlılar  adlanır.  Bərdə  rayo-
nunun  ərazisindəki  Bayındırlı  kəndinin  yaşlı  sakinləri 
bura Laçın rayonunun ərazisində olan Bayındırdan köçüb 
gəldiklərini  etiraf  edirlər.  Antropologiya,  arxeologiya  və 
etnoqrafiya  sözlüyündə  verilmiş toponimlərin əksəriyyəti 
hazırda kənd adları kimi Bayat, Bayındırlı, Qaraqoyunlu, 
Ovşar, Padar, Xəzər, Şahsevən və s. daha çox ümumiləşir.  
Laçın tayfa adı bildirən toponimlər sırasında müsəl-
manlar (musurmanlar) sözü də maraqlıdır. İndi də Köhnə-
kənd, Qışlaq, Alçan, İrçan, Xumarta ərazisində yaşayanla-
rın  hamısı  birlikdə  müsəlmanlar  tayfası  adlanır.  Bu  ba-
xımdan  XX  əsrin  20-ci  illərində  bünövrəsi  qoyulan  yeni 
şəhərə Laçın adının verilməsi maraqlıdır. Araşdırmalarda 
bu  ad  dağ  zirvəsində  uçan  quş,  yaxud  da  dağ  adı  ilə 
əlaqələndirilir. Ancaq Laçın şəhərindən cəmi bir kilometr 
aralıda  yerləşən  Laçın  adlı  kəndin  tarixi  çox  qədimlərə 
gedib  çıxır.  Elmi  mənbələrdən  görünür  ki,  Laçın  sözü 
hələ XII əsrdə Bəlx şəhəri ətrafında yaşayan türk qəbilələ-
rindən  birinin  adı  olmuşdur  (7,34).  Eyni  bir  adın  bir-
birinə yaxın olmayan ərazilərdə işlənməsi təsadüfü deyil-
dir.  Görünür  hər  hansı  bir  səbəb  üzündən  öz  yerlərindən 
köçüb  gedənlərin  yer  adlarını  da  özləri  ilə  aparmalarının 
və məskunlaşdıqları ərazidə yaşatmalarının nəticəsidir. 
Fikrimizi  dəqiqləşdirmək  üçün  göstərmək  olar:  Əl-
yanlı  Laçınla  Qubadlı  arasında  yer  adıdır.  Bu  kəndin  sa-
kinləri  Alman-Sovet  müharibəsi  illərində  maddi  çətinlik 
ucbatından  Bərdə  rayonunun  ərazisinə  köçmüş  və  rayon 
mərkəzinə  yaxın  bir  yerdə  Əlyanlı  adlı  kənd  salmışlar. 
Kəlbəcər rayonu ərazisindəki Xallanlı, Ağcakənd, Alxas-
lı, Şelli, Laçın adını daşıyan yaşayış yerlərinin adı da be-
ləcə  yaranmışdır.  Elə  də  olmuşdur  ki,  tayfa  adı  bildirən 
sözlər  yer  adını,  soyadı  bildirən  sözlərə  çevrilmişdir(14, 
s.42).  

 
19 
Laçın  rayonu  ərazisində  ərəb-fars  və  türk-monqol 
mənşəli  toponimlərin  mövcudluğu  da  tarixin  müxtəlif 
mərhələlərində  yadelli  işğalçıların  bu  yerlərə  basqını  ilə 
əlaqədardır.  
Bütün bu izahlar və gətirilən nümunələr bir daha sü-
but  edir  ki,  igid  oğulları  və  əsrarəngiz  təbiəti  ilə  seçilən 
Laçının tarixi çox qədimlərə gedir. Bu yerlərin türk yurdu 
olduğu bir daha qədim toponimlərdə də öz təsdiqini tapır.    
1822-ci  ildə  Qarabağ  xanlığı  ləğv  olunana  qədər 
Laçın  rayonunun  ərazisi  həmin  xanlığın  tərkibində  ol-
muşdur. Xanlıq ləğv olunandan sonra həmin ərazidə eyni 
adlı əyalət yaradılır. Çarizmin müstəmləkə əsarətinə qarşı 
yerlərdə  baş  verən  narazılıqları  və  üsyanları  görən  Çar 
höküməti  komendant  üsul-idarə  sisteminin  ləğvi  və  yeni 
inzibati  idarə  üsulu  haqqında  fərman  verir.  1840-cı  il  10 
aprel  tarixli  fərmana  əsasən  Qarabağ  əyaləti  Şuşa 
qəzasına çevrilir. 1868-ci ildə Gəncə quberniyası yaranan 
zaman Şuşa qəzası  yeni yaranmış quberniyanın tərkibinə 
daxil  olur  (13,11).  1874-cu  ildən  sonra  Quberniyanın 
tərkibində yeni bir qəza– Zəngəzur qəzası yaradılır. Laçın 
rayonunun ərazisi həmin qəzanın tərkibinə daxil olur. Bu 
cür inzibati bölgü 1921-ci ilə qədər mövcud olmuşdur.  
1921-ci  ildə  Ermənistan  SSR  yaradılanda  tarixi 
Qarabağın xeyli hissəsi (Zəngəzurun xeyli hissəsi) Ermə-
nistana  verilmişdi.  1923-cü  ildə  Qarabağın  dağlıq  hissə-
sinə  muxtariyyat  verildi.  Bura  Cavanşir  qəzası,  Şuşa  və 
Cəbrayıl  qəzalarının  dağlıq  hissələri  daxil  edilmişdi. 
Zəngəzur  qəzasının  tərkibində  Laçın  rayonunun  bir 
hissəsi– Məzməzək, Fərəcan, Suarası, Bayramuşağı, Köh-
nəkənd,  Qışlaq  (13,15)  və  b  kəndlər  Şuşa  qəzasının 
tərkibinə daxil edilmişdi. Lakin, elə həmin il DQMV-nin 
təşkili  ilə  əlaqədar  olaraq  Şuşa  Qəzası  ləğv  olunur  və 
onun  əvəzində  Ağdam  qəzası  təşkil  olunur.  Mərkəzdən 

 
20 
ucqarda  olmaqla,  geniş  bir  ərazini  əhatə  edən  Qubadlı, 
Laçın  və  Kəlbəcər  torpaqlarının  vahid  qəza  kimi  birləş-
məsi məsələsi ortaya çıxır. 
Ermənistana verilməsi vəd edilmiş– tarixi Azərbay-
can  torpaqları  olan  Qarabağ  və  Zəngəzurun  bütünlüklə 
Ermənistana  birləşdirilməsini  asanlaşdırmaq  məqsədilə 
yeni planlar cızılır. Beləliklə, ehtiyac olmamasına baxma-
yaraq  Zəngəzur  qəzasını  parçalayıb  ərazinin  bir  hissə-
sində  Kürdüstan  qəzasının  yaradılması  məsələsi  ortaya 
atılır.  1923-cü  il  avqust  ayının  6-da  Qubadlı  qəzasının 
Şimal  və  Cavanşir  qəzasının  qərb  hissəsində  Kürdüstan 
qəzasının təşkil edilməsinə dair Azərbaycan SSR Mərkəzi 
İcraiyyə  Komitəsində  qərar  qəbul  olunur.  Qəza  mərkəzi 
əvvəlcə  Pircahan,  sonra  isə  Minkənd  təsdiq  edilmişdir. 
Lakin  qəza  mərkəzi  mübahisə  doğurduğundan  idarələr 
müvəqqəti olaraq Şuşa şəhərində yerləşdirilmişdir. 
1923-cü ilin noyabrında S.M.Kirov bildirir ki, MK-
nın  bürosu  qəzanın  mərkəzinin  əlverişli  yerdə  seçilməsi 
üçün  komissiya  yaradıb.  Bundan  sonra  İnqilabi  Şöhrət 
Şurasının üzvü İsmayıl Şəfiyev və Hüsü Hacıyev qəzanın 
bir sıra kəndlərini gəzir, Kəlbəcər, Qarıqışlaq, Qubadlı və 
Minkəndi  hərlənib  Abdallarda  dayanırlar.  Soruşulur  ki, 
şəhər  salmaq  üçün  düz  torpaq  sahəsi  varmı?  Nurani  bir 
kişi yaxınlıqdakı uca bir Qayanı nişan verir və deyir: bax 
bu  Laçın  qayasının  alt  tərəfi  bir  qədər  düzənlikdir. 
Ermənistanın  Gorus  şəhərinə  gedən  yol  da  buradan 
keçirdi.  Deməli  qəza  mərkəzi  üçün  əsas  şərtlər  vardı. 
1924-cü ilin əvvəllərində Tağı Şahbazi İsmayıl Şəfiyev və 
Hüsü Hacıyevlə təklif edilən yerə gedib baxırlar. Abdallar 
poçtu üstündəki yeri bəyənirlər. Sonra T. Şahbazi soruşur: 
şəhərin adı nə olacaq? Buralara Abdallar deyirlər. Şəhərin 
adını  Abdallar  qoyaq.  Tağı  Şahbazi  könülsüz  dillənir: 
Abdal  sözündən  xoşum  gəlmir.  Mənası  da  fərəhsizdir. 

 
21 
Sonra  soruşur:  o  dağın  adı  nədir?  Hüsü  Hacıyev  cavab 
verir: Laçın. Tağı Şahbazi gülümsünür və deyir: qəzanın 
mərkəzi Laçın şəhəri olsun (5,10). 
1924-cü ildə Laçının bünövrəsi qoyulur. Yevlaxdan 
Laçının tikintisi üçün materialı araba ilə daşıyıblar. Tikin-
ti hələ qurtarmamış Laçın hər yerdə şəhər kimi tanınırdı. 
1929-cu  il  aprelin  8-də  qəzalar  ləğv  olunur.  Laçın  şəhəri 
1930-cu ildən Laçın rayonunun mərkəzi elan edilir.  
Azərbaycan Respublikasının Laçın rayonu Kəlbəcər-
Zəngilan iqtisadi rayonuna daxildir. Rayonun mərkəzi La-
çın şəhəridir. Ərazisi 1835 km
2
-dır. Şimaldan Kəlbəcər ra-
yonu (45km), Şərqdən Xocalı, Şuşa, Xocavənd, cənubdan 
Qubadlı  (13  km)  rayonları,  qərbdən  isə  Ermənistanla  (50 
km)  həmsərhəddir.  Laçın  rayonunda  1  şəhər,  1  qəsəbə  və 
125  kənd  vardı.  İşğala  qədər  əhalisi  60  min  nəfər  idi 
(13,15-16).  
Laçın  rayonunun  ərazisi  dağlıq  olduğundan  uzun 
müddət zəif inkişaf etmişdir. Aran rayonlarının qoyun sü-
rüləri isti-yay aylarında ancaq Laçın dağlarında  yerləşdi-
rilirdi. Laçının keçilməz meşələri, Səfalı istirahət guşələri, 
İşıqlı,  Qızılboğaz,  Fərməc,  Mıxtökən,  Qırxqız  kimi 
dağları-yaylaqları vardı. Rayonun ən hündür zirvəsi Qızıl-
boğaz  dağıdır  (3594  m).  Rayonun  ərazisində  Yura-
Antropogen çöküntüləri yayılmışdır. Nazran tipli mineral 
bulaqları, tikinti materialları ilə zəngin meşələri, yataqları 
vardı.  Rayon  ərazisinin  16%-ni  42  min  hektar  sahəsini 
meşələr tutur. Əsasən Şəlvə, Hacısamlı və Ərikli meşələ-
rində cökə, ağcaqayın ağacları bitir ki, bunlar da material 
kimi  çox  qiymətlidir.  Dünyada  nadir  ağac  kimi  sayılan 
qırmızı  palıd  «qızıl  palıd» da  Laçının  Hacısamlı  meşələ-
rində, xüsusən Hacısamlı dərəsində  bitirdi. Qırmızı palıd 
(qızıl  palıd)  ağacından  istifadə  etmək  üçün  hələ  Çar 
höküməti zamanında fransızlar çətin dağlara, Xankəndin-

 
22 
dən Qırxqız dağına keçməklə araba yolu çəkmişlər. Sovet 
hakimiyyəti qurulduqdan sonra taxta materiallarından çox 
apara  bilməmişlər.  Həmin  ağacın  materiallarından  qiy-
mətli  mebel  və  xüsusən  konyak  spirti  saxlamaq  üçün 
çəlləklər düzəldilməsində istifadə edilirdi. İndi isə bu qır-
mızı  palıd  növləri  ermənilər  tərəfindən  vəhşicəsinə  talan 
edilir.  
Laçın  rayonu  ərazisində  dünya  əhəmiyyəti  daşıyan 
inci-Laçın  Dövlət  Təbiət  Yasaqlığı  1961-ci  ilin  noyabr 
ayında heyvanat və quşları qoruyub saxlamaq və artırmaq 
məqsədi ilə əraziyə yasaqlıq statusu verilib. 1989-cu ildə 
yasaqlıqda aparılan yoxlamaya əsasən müəyyən olunmuş-
dur  ki,  mühafizə  olunan  bu  ərazidə  320  cüyür,  96  dağ 
keçisi, 360 çöl donuzu, 110 ayı, 1500 kəklik, 200 qırqov-
ul,  qaratoyuq,  turac,  xeyli  sayda  canavar,  porsuq,  dələ 
kimi nadir növlər məskunlaşmışdır (16,28). 1991-ci ildən 
etibarən  heyvanat  aləminin  ermənilər  tərəfindən  ovlan-
ması nəticəsində çox növlər məhv edilmişdir. Yasaqlığın 
ərazisində- Hacısamlı meşəsində dünyada ən qiymətli növ 
olan  qırmızı  palıd  (qızıl  palıd)  indi  ermənilər  tərəfindən 
talan  edilir.  Ermənistan  ordusunun  işğalı  nəti-cəsində 
ekoloji  cəhətdən  yararsız  hala  salınmış  Azər-baycan 
təbiətinə  qarşı  aqressiv  münasibət  indi  də  davam 
etməkdədir.  Təəssüf  ki,  hələ  də  dünya  ictimaiyyəti  və 
beynəlxalq  qurumlar  müasir  dünyanın  inkişaf  tenden-
siyasına  məhəl  qoymayan  davamlı  inkişafın  tələblərinə 
göz yuman erməni vandallarına tutarlı cavab verməyib.  
Bununla  birlikdə  işğala  məruz  qalmış  Laçın  rayo-
nunda yerləşən Qaragöl Dövlət Təbiət Qoruğunda da ətraf 
mühitə  vurulan  ziyanın  məbləği  ölçüyə  gəlməz  dərəcə-
dədir.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  17 
noyabr  1987-ci  il  tarixli  408  №-li  qərarı  ilə  yaradılan 
Qaragöl  (Sevliç)  Respublikalararası  Dövlət  Təbiət  Qoru-

 
23 
ğu  Laçın  rayonu  ilə  Ermənistanın  Gorus  rayonu  sərhəd-
dində,  dəniz  səviyyəsindən  2658  metr  hündürlükdə  yer-
ləşir.  Qoruğun  ümumi  sahəsi  240  hektardır  (16,27).  Göl, 
sönmüş  vulkan  kraterini  xatırladan  relikt  su  mənbəyidir. 
Göl nasos yağları vasitəsilə ermənilər tərəfindən hələ so-
vetlər dövründə çirkləndirilirdi. İndi isə Qaragöl və əhatə-
sindəki ərazilərin məhv olmaq təhlükəsi yaranıb.  
Laçının  təbii  ehtiyyatlarını  zənginləşdirən  nemətlər 
içində  meşələrdə  bitən,  min  bir  dərdin  müalicəsi  sayılan 
qiymətli  dərman  bitkiləri-  itburnu,  çobanyastığı,  innab, 
zirinc, kəklikotu, qantəpər, dağ qırxbuğumu və adını çək-
mədiyimiz  yüzlərlə  otlar,  bitkilər  və  çiçəklər  var.  Dağ-
larda  yüzlərlə  adda  gül-çiçək  növünə  rast  gəlmək  müm-
kündür.  
 
                    Zəngin tarixi abidələr diyarı. 
 
Laçın rayonunun ərazisinin qədim Oğuz-Türk yurdu 
olduğunu  onun  çox  saylı  tarixi  abidələri  və  yaşayış  məs-
kənləri də subut edir. Rayon ərazisində tarixi çox qədim-
lərə  gedən  memarlıq  abidələri  var.  Bunlar  içərisində 
dəmir dövrünə aid daş at, daş qoç fiqurları, qədim qəbris-
tanlıqları, körpü, türbə, məbəd, mağara, birtağlı və ikitağlı 
körpüləri,  kümbəzləri  və  başqalarını  göstərmək  olar. 
Birsütun  Ağoğlan,  Məlik-Əjdər  abidələri  ulu  keçmişlər-
dən  bu  günki  nəslə  yadigar  qalmış  ən  qiymətli  mənəvi 
sərvətlərdir.  Memarlıq  sənətinin  ən  mürəkkəb,  ən  gizli 
sirləri  bu  abidələrdə  açılmamış  qalmaqdadır.  Yonulmuş 
ağır  daşları  nə  ilə  göylərə  qaldırıb  bir-birinə  bağlamaqla 
ortası  sütunsuz  kümbəzlər,  məbədlər  tikmişlər.  Ayrı-ayrı 
yonma  daşlardan  tutmuş  abidələrin  bütün  formalarına 
qədər hamısı böyük sir olaraq qalır. 

 
24 
Hoçaz kəndində Mağara məbəd (V əsr), adsız türbə 
(XV-XVI  əsr),  Sultanbaba  türbəsi,  Şeyxəhməd  türbəsi 
(XVI-XIX əsr), məscid, körpü, Ağoğlan məbədi (IX əsr), 
Cicimli kəndində dəmir dövrünə aid «Qız qəbri» kurqanı, 
orta  əsrlərə  aid  olan  «Çobandaş»,  XII-XIV  əsrlərə  aid 
Məlik-Əjdər türbələri, XVII-XVIII əsrlərə aid olan türbə-
lər,  məscid,  Güləbird  yaxınlığında  iki  abidə,  türbə  (XIV 
əsr), Quşçu kəndində Kurqan, Qala (XVIII əsr), Malxələf 
kəndində  Xəlifə  türbəsi  (XVII  əsr),  Məzməzəkdə  Qədim 
qəbristanlıq və s. göstərir və bir daha sübut edir ki, Laçın 
rayonu  ərazisində  hətta  daş  dövründən  üzü  bəri  yaşayış 
məskənləri olmuş və bu yerlər  Oğuz-Türk torpaqlarıdır.  
Cicimlidəki Məlik-Əjdər türbələri dünya memarlığı-
nın nadir incilərindəndir. Abidənin tikilməsi barədə dəqiq 
məlumat  yoxdur.  Deyilənə  görə  yüzillik  Səlib  müharibə-
sində  iştirak  etmiş,  sonralar  Qafqazda  xristianlarla 
müharibələr  zamanı  böyük  qəhrəmanlıq  göstərmiş  sər-
kərdə Məlik və Əjdərin şərəfinə tikilmişdir. Nankor ermə-
nilər  abidələrin  üstündəki  yazıları  qaşımışlar.  Xeyli  daş 
kitabələri  çıxarıb  aparmışlar.  Cicimli  kəndinin  inzibati 
ərazisində  yerləşən  bu  abidələr,  buradakı  qədim  yaşayış 
yerləri  və  qəbristanlıq  tariximizin  qəhrəmanlıq  səhifələ-
rindən və müdrik keçmişindən xəbər verir.  
Bu  yerlərin  müdrik  qocaları  Şah  İsmayıl  Xətainin 
gəcavə  yolu  ilə  İrəvan  çökəkliyinə  gedərkən  həmin  tür-
bələrdə  qaldığından,  abidədən  bir  qədər  aralıda  tikilmiş 
memarlıq  incisinin  qədim  günbəzindən  danışırlar.  Bu 
abidələr  Azərbaycan  memarlığının  tədqiq  olunmamış 
böyük  mənəvi  sərvətidir.  Bütün  bunları  nəzərə  alaraq 
rayon  ərazisində  olan  məlum  abidələri  ümumiləşdirib  və 
onların siyahısını  verməyi əhəmiyyətli hesab edirik: 
 
 

 
25 
Zeyvə kəndi: Seyid Əhməd türbəsiXVII əsr; Sol-
tan Baba türbəsi  XVII əsr; Kafir qala, Türbə, Kurqan- 
XVIII əsr; Qədim qəbristanlıq orta əsrl. 
Zabux kəndi: Daş qoç fiquru, Daş at fiquru, İkitağlı 
körpü,  Qədim qəbritanlıq 
Kosalar kəndi: Qədim qəbristanlıq,  Ağ oğlan kil-
səsi-  IX əsr. 
Quşçu kəndi: Pir,  Kurqan ,  Bulaq,  Dəyirman,  
Qala-  XVIII əsr. 
Qarıqışlaq kəndi: Çobandaş, Dəyirmanqala , Çi-
narqaya ; Məscid-XVIII əsr. 
Malxələf kəndi: Xəlifə türbəsi- XVII əsr;  Sınıq 
körpü 
Soltanlar kəndi: Həmzə Soltan sarayı- XVII əsr;  
Soltan Əhməd  sarayı,  Daş qoç fiquru,  Daş at fiquru-  
orta əsr. 
Abdallar kəndi: Qədim qəbristanlıq,  İkitağlı körpü- 
XVIII əsr;  Daş qutu 
Mirik kəndi: Kurqan, Dəyirman, Qala; Məbəd-XII 
əsr;  Bulaq,  Mağara 
Hacılar kəndi: Bulaq,  Qədim qəbristanlıq 
Seyidlər kəndi: Birtağlı körpü- XVII əsr; Dəyir-
man, Bulaq,  Daş at fiquru,  Daş qoç fiquru 
Piçəniz kəndi: Türbə , Məbəd, Qədim qəbristanlıq 
Əhmədli kəndi: Qədim qəbristanlıq, Körpü, Mə-
bəd, Mağara, O. Musaye-vin qəbrüstü abidəsi 
Soyuqbulaq kəndi: Qədim qəbristanlıq,  Bulaq 
Güləbird kəndi: Kurqan,  Qədim qəbristanlıq, Ma-
ğara qala;  Türbə-  XV əsr;  Daş at at fiqurları, Daş qoç fi-
qurları, Sarı Aşığın xatirə kompleksi,  Sarı Aşıq  muzeyi 
Minkənd kəndi: İkitağlı körpü,  Birtağlı körpü 
 

 
26 
Cicimli kəndi: Qız qəbri- dəmir dövrü; Məlik Əjdər 
Türbəsi- XII-XIV əsrlər; Türbə- XVII əsr; Kümbəz, Məs-
cid- XIX əsr; Kurqan,  Qədim qəbristanlıq, Çobandaş- 
orta əsrlər.  
Katos kəndi: Körpü,  Qədim qəbristanlıq 
Pircahan kəndi: Körpü;  Gavur qala-  XI əsr;  Qədim 
qəbristanlıq 
Şeylanlı kəndi: İkitağlı körpü,  Birtağlı körpü 
Hocaz kəndi: Kurqan, Mağara məbəd- V əsr;  
Qədim qəbristanlıq 
Sus kəndi: Bulaq 
Ərikli kəndi: Qarasaqqal türbəsi- XVI əsr; Türbə- 
XVI əsr,  Qədim qəbristanlıq 
Ziyirik kəndi: Kurqan,  Qədim qəbristanlıq 
Qorçu kəndi: Qədim qəbristanl 
Bozlu kəndi: Kurqan, Daş at fiquru, Daş qoç fiquru, 
Qədim qəbristanlıq 
Xallanlı kəndi: Daş at fiquru, Daş qoç fiquru; Sü-
müklü qəbristanlıq-  orta əsr 
Malıbəy kəndi: Qədim qəbristanlıq,  Daş at fiquru,  
Daş qoç fiquru 
Məzməzək kəndi: Qədim qəbristanlıq 
Şəlvə kəndi: Qədim qəbristanlıq 
Laçın şəhəri 
Sovet  ittifaqı  qəhrəmanı  Əvəz  Verdiyevin  heykəli,  
N.Nərimanovun heykəli, Ana və uşaq heykəli, Sağıcı qız 
heykəli,  Çoban  heykəli,  Böyük  Vətən  Müharibə-sində 
halak  olanların  xatirə  kompleksi,  Tarix  diyarşünaslıq 
muzeyi,  Dövlət rəsm qalareyası. 
 
 
 
 

 
27 
ĠĢğala qədər bəzi tarix və mədəniyyət  abidələrinin     
 görüntüləri

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                           Qoç abidəsi.  Orta əsrlər. 
Ram fuqure. Middle Ages 
         Памятник овну. Средние века. 
Qoç və at abidələri. Seyidlər kəndi. Orta əsrlər.
 
           Ram and horse figures. Seyidlar Village. Middle Ages 
                   Памятник овну и лошади. Село Сеидляр. Средние века.
 
 

 
28 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   Ağoğlan məbədinin ümumi görünüşü. 
   General view of the Aghoghlan Temple 
   Общий вид храма Агоглан 
 
   • Ağoğlan əfsanəsi
 
Qədim  zamanlarda  gənc  bir 
səyyahın  yolu buralardan ke-
çir.  Qarşılaşdığı  gözəlliyə  elə 
məftun  olur  ki,  burada  qəsr 
tikdirməyə  qərar  verir.  Yerli 
usta  və  könüllüləri  toplayıb 
işə  girişir.  Gənc  səyyah  çox 
yaraşıqlı  olduğundan  yerlilər 
ona  ağ  oğlan  deyirmiş.  Gün-
lərin  birində  günorta  yeməyi 
saatında  bir  qaranquş  gəlib 
aşpazın başında fırlanaraq ye-
mək  paylamağa  mane  olur. 
Hər kəs buna maraqla tamaşa 
etdiyi yerdə quş özünü qaynar 
qazana  ataraq  öldürür.  Hamı 
gördüyü mənzərənin qarşısın-
da  donur.  Qazanı  boşaldan 
aşpaz yeməyin içərisindən bir 
ilan ölüsünün də çıxdığını gö-
rüncə  heyrətlər  içərisində  qa-
lır  və  quşun  hərəkətinin  mə-
nasını  anlayır.  Qəsr  hazır  ol-
unca  Qaranquş  qəsri  deyilsə 
də,  illər  sonra  onu  inşa  etdi-
rənin  şərəfinə  adı  Ağoğlan 
qəsri deyə yaddaşlarda qalır.  
 

 
29 
Minkənd, 
alban kilsəsi 
               Minkend Village. Alban Temple 
                       Село Минкенд. Албанская церковь

 
                Məlik Əjdər türbəsi. Cicimli kəndi. XII-XIV əsr. 
  Malik Ajdar Tomb. Jijimli Village. 12-14th century 
                   Мавзолей Мелик Аждара. Село Джиджимли. XII-ХIV век. 

 
30 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Kar günbəz” türbəsi. Cicimli kəndi. XVII əsr. 
      “Kar Gunbaz” Tomb. Jijimli Village. 17 th century 
                      Мавзолей “Глухой купол”. Село Джиджимли. ХVII век. 
 
Pir. Quşçu kəndi. XII-XIII əsrlər.
 
                            Sacred place. Gushchu Village. 12th- 13 th century. 
 Пир. Село Гушчу. XII-XIII века. 

 
31 
 
   Həmzə Soltan sarayı. Soltanlar kəndi. 1761-ci il. 
                Hamza Soltan Palace. Soltanlar village. 1761 
                Памятник Гамза Солтан. Село Солтанлар. 1761. 
        Uşaq (Abadxeyir) qalası. Quşçu kəndi. XV əsr. 
                 Ushag (Abadxeyir ) Castle. Gushchu Village. 15th century 
             Детская ( Абадхеир ) крепость. Село Гушчу. XV век. 

 
32 
                Zeyvə kəndi. Soltanbaba türbəsi.  
                             Zeyva Village. Soltanbaba Tomb. 
                             Село Зейве. Мавзолей Солтанбаба. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bir tağlı körpü. Güləbird kəndi yaxınlığında. XIX əsr. 
               One-arched bridge. Gulabird Village. 19 th century 
               Одноарочный мост. Село Гюлабирд. XIX век. 
 

 
33 
 
 
           
Sənduqə. Laçın Tarix-Diyarşünaslıq Muzeyi. ХVI. 
            Sarcophagus. Lachin Museum of Local History. 16 th century 
            Сендуга. Лачынский историко-краеведческий музей. ХVI век. 
İki tağlı körpü. Minkənd kəndi. XIX əsr. 
                Two-arched bridge. Minkend Village. 19 th century 
         Двухарочный мост. Село Минкенд. XIX век. 

 
34 
Bir tağlı körpü. Seyidlər kəndi. XIX əsr. 
               One-arched bridge. Seyidlar Village. 19 th century 
         Одноарочный мост. Село Сеидляр. XIX век. 
 
 
 
 
 
 
 
 
Sarı Aşıq abidəsi.          A 
monument of Sary 
Ashyg.  
Памятник Сары Ашугу 
 
 
 
 
 
 
 
 

 
35 
                                        Zabux körpüsü 
                                        Zabukh bridge 
                                        Забухский мост 
Böyük Vətən müharibəsi xatirə kompleksi 
           The memorial monument of the Great World War 
                Комплекс памяти Великой Отечественной войны 

 
36 
Qoç abidəsi,orta əsrlər - Əhmədli kəndi                                                         
Ram fuqure. Middle Ages – Ahmedli kendi                            
Памятник овну.Средние века.- село Ахмедли 
 
 
                          
 
 
              
                                  
 
 
 
 
 
 
 
 
 
 
 
                                             Ana və uşaq abidəsi
 
                                             Mother and child statue 
                                             Памятник матери с ребенком 

 
37 
Şəhərdən görüntülər 
             Sights of the town of Lachin 
    Виды города Лачына 
 

 
38 
                  
 
 
     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
Sovet İttifaqı qəhrəmanı Əvəz Verdiyevin abidəsi 
                 A monument to the Hero of the Soviet Union Avaz Verdiyev 
        Памятник герою Советского союза Авазу Вердиеву 

 
39 
Minkənd-İstisu                                                                                                   
Minkand – İstisu                                                                                
Минкент – Истису 
 
 
  
 
N.Nərimanov abidəsi           
A monument of 
N.Narimanov                   
Памятник 
Н.Нариманову 
 
 
 
       
 

 
40 
Yüklə 6,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin