II FƏSĠL.
LAÇIN- DAĞLAR QOYNUNDA ġƏHƏR
YaddaĢlarda iz qoymuĢ insanların nurlu əməlləri.
Laçın şəhərinin bünövrəsini qoyanların qüdrətinə
heyrət etməyə bilmərik. İndi o günlərdən söz düşəndə
Hüsü Hacıyevin, İsmayil Şəfiyevin, Qara İlyasovun, Rə-
him Hüseynovun, Əsəd Qarayevin, İsmayıl Mirzəyevin,
Ocaqqulu Musayevin, Abduləli Lütvəliyevin (5, 12) və
başqalarının adları hörmətlə çəkilir, iftixarla yad edilir.
Səkkiz kəndə ömrünün sonuna kimi rəhbərlik etmiş Tey-
mur Abdullayev bu gün də söz düşəndə hörmətlə xatırla-
nır. T.Abdullayevin böyük qardaşı– Qubadlı, Zəngilan,
Laçın, Cəbrayıl qəza icrayyə komitəsində məsul işlərdə
işləmiş Hüseyn Abdullayevin (6,4-5), kolxoz quruluşunda
böyük xidmətləri olan, 40 ilə qədər kənd sovetinə sədrlik
etmiş Dadaş Şükürovun adı həmişə Cicimli və Güləbird
camaatı tərəfindən əziz tutulur. Onlar Laçının ilk qurucu-
ları idilər. Onların adları da əməlləri kimi Laçın torpağın-
da əbədi qalıb. Laçını nəinki respublikada, o vaxtlar bütün
SSRİ-də tanıdan əmək adamları da az olmayıb. Adi kənd-
li, heç bir təhsili olmayan Qarakeçdi sovxozunun (Lenin
kənd) baş çobanı işləyən Həsən Cümşüdov qoyunçuluqda
qazandığı uğurlara görə, hələ 1936-cı ildə Lenin ordeninə
layiq görülmüşdür. Bir neçə il sonra isə onun oğlu Əkbər
Cümşüdov Moskvada Xalq Təssərrüfatı Nailiyyətləri
Sərgisində «Şərəf Nişanı» ordeninə layiq görülmüşdü
(6,11).
Çar Rusiyası dövründə Zəngəzur qəzasına aid edilən
və sonradan inzibati ərazi vahidi kimi formalaşan Laçın
rayonu XIX əsrin II yarısından başlayaraq özünün
41
füsünkar təbiəti, zəngin təbii ehtiyatları, qoçaq oğulları və
qabaqcıl ziyalıları ilə nəinki Azərbaycanda, ondan uzaq-
larda da məşhurlaşmışdı. 1918-ci ildə Azərbaycanda ilk
Xalq Cumhuriyyət qurulduğu zaman əhalinin maarif-
lənməsi və savadsızlığın ləğvi istiqamətində aparılan
tədbirlərdə Laçın rayonundan olan ziyalı insanlar xüsusilə
fəallıq göstərmiş, dövlət siyasətinin yerlərdə həyata
keçirilməsində mühüm rol oynamışlar.
Dövrünün seçilən ziya-
lısı, Azərbaycan Xalq Cum-
huriyyətinin görkəmli dövlət
və siyasi xadimi, milli azad-
lıq hərəkatının fəal iştirakçısı
Xosrov bəy Paşabəy oğlu
Sultanov belə ziyalılardan
biridir. Xosrov bəy Sultanov
1879-cu il mayın 10-da Zən-
gəzur mahalının Qurdgəzi-
Qurdqajı (Kürdhacı) kəndin-
də anadan olmuşdur. Atası
Paşa bəy vətəninə, torpağına
bağlı, xeyirxah və müdrik el
ağsaqqalarından biri olmuş-
dur. Onun hikmətli, dadlı-
duzlu lətifələri bu gün də zəngəzurluların (laçınlıların)
söhbətlərində yaşamaqdadır. Paşa bəy ata qayğıkeşliyi ilə
oğlanları Xosrov bəylə Sultan bəyin xalqın oğulları kimi
yetişmələrinə böyük səy göstərmişdir. Şərqin qəhrəmanlıq
və müdrik keçmişini bu iki övladına öyrədə bilmişdir.
Xosrov bəyin tibb, Sultan bəyin hərb elminə yiyələnmələ-
rinə nail olmuşdur. Xosrov bəy ilk təhsilini Gəncə gimna-
ziyasında, ali tibb təhsilini Odessa və Xarkov şəhərlə-
rində almışdır. 1903-cü ildə tibb fakultəsini bitirdikdən
42
sonra Tiflisə gəlib orada həkim işləmişdir. Hələ XX əsrin
əvvəllərindən xeyriyyəçiliklə də məşqul olmuşdur.
1917-ci ildə Müəssislər məclisinə deputat seçilmiş
və Zaqafqaziya seyminin üzvü idi. 1918 ci ildə İstiqlal
bəyannaməsini imzalayan 26 nəfərdən biri olmuşdur. O,
Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən təsdiq olunan
1-ci hökümət kabinəsində Müstəqil Azərbaycan Cümhu-
riyyətinin ilk hərbi naziri, 1918-ci il iyunun 17-də Gən-
cədə təşkil olunan 2-ci hökümət kabinəsində əkinçilik na-
ziri, Zəngəzur və Qarabağın general-qubernatoru olmuş-
dur.
Zəngəzurda və Qarabağda Xosrov bəy qayğıkeş hə-
kim, vətənpərvər general kimi tanınmışdır. Xosrov bəy
hansı vəzifədə olmasından asılı olmayaraq ömrünün bü-
tün çağlarında öz ləyaqətini, müsbət insani keyfiyyətlərini
itirməmiş, həmişə öz əməlləri ilə vətənpərvər və dəyərli
bir azərbaycanlı kimi xalqın yaddaşında qalmışdır. Xos-
rov bəy Şuşada Qarabağın general qubernatoru işlədiyi
çağlarda belə heç vaxt özünü üstün tutmamış və həmişə
bir həkim kimi də fəaliyyət göstərmiş, yüzlərlə ehtiyac
içində olan ailələrə təmənnasız yardım etmiş və həmişə
bu işindən qəlbən bir rahatlıq tapmışdır. Onun istər iş
yerinin və istərsə də yaşadığı evin bir otağı müxtəlif dər-
manlarla dolu olarmış (9,50). Həmin dərmanların çoxunu
da Zəngəzur dağlarından yığdırdığı şəfaverici ot və çiçək-
lərdən özü hazırlayırmış.
O, Qarabağ quberniyasında general-qubernator ol-
masına baxmayaraq, həftənin şənbə və bazar günləri Zən-
gəzurun və Qarabağın kəndlərinə gedərək xəstə insanları
təmənnasız müalicə edərmiş. Zəngəzurda Xosrov bəyə
«otlar alimi» də deyərmişlər. O, malikanəsinin alt otaqla-
rından birini «yaşıl aptekə» çeviribmiş. Qannıca, Üçtəpə,
Çalbayır, Qırxqız, Lülpər yaylaqlarından, Hacısamlı,
43
Şəlvə, Mizmin, Kırs meşələrindən, müxtəlif dərman bitki-
lərini yığdırıb qış aylarında onlardan dərmanlar düzəl-dib
xəstələrin müalicəsində istifadə edərmiş.
Xosrov bəyin təşkil etdiyi «yaşıl aptekdə» Kəlbəcər
və Laçın bulaqlarının mineral sularından müalicə üçün
istifadə olunarmış. Şuşadakı fəaliyyətindən danışarkən,
bircə bu faktı oxucuların nəzərinə çatdırmaq istəyirəm ki,
zəngəzurlular və qarabağlılar Xosrov bəyi yalnız bir
generalı kimi yox, elin vətənpərvər, qayğıkeş xilaskarı
kimi tanıyırlarmış. Onu Zəngəzur və Qarabağa general-
qubernator təyin edəndə ermənilər etiraz etmişlər. Onlar
Xosrov bəyin gələcəkdə ermənilər üçün çox təhlükəli
adam olacağından qorxurmuşlar.
Xosrov bəy tariximizi, ədəbiyyatımızı, mədəniyyə-
timizi ürəkdən sevən ziyalılardan olmuşdur. O, vaxtının
xeyli hissəsini mütaliəyə həsr edərmiş. Şair və alim-
lərimizin yaradıcılığına böyük ehtiram və hörmətlə
yanaşarmış. Xosrov bəy Şuşadakı evlərinin birində kitab-
xana təşkil etmişdir. Danışırlar ki, Xosrov bəy quberni-
yanın işçilərinə həftədə bir gün Şərq xalqlarının tarixi,
ədəbiyyatı, mədəniyyəti və fəlsəfəsi haqqında mühazirələr
oxuyarmış. Firdovsidən, Nizamidən, Xaqanidən, Sədi və
Xəyyamdan fars dilində, Həsənoğludan, Nəsimi və
Fizulidən, Vaqif və Vidadidən Azərbaycan dilində şerlər
oxuyarmış. Xosrov bəy Sarı Aşığın bayatılarını daha çox
sevərmiş. Yeri gələndə Sarı Aşıqdan bayatı demək
Xosrov bəyin söhbətlərinin dadlı-duzlu olduğundan xəbər
verir. Bəzən özü də bədahətən şerlər deyərmiş. Müasir-
lərindən Əhməd Cavadın şerlərini daha çox sevib mütaliə
edərmiş. Bu da məlumdur ki, Xosrov bəy Bakıda
Ə.Cavadın xəbəri olmadan onun şerlər kitabını çap
etdirmişdir (9,50). Bu xəbəri eşidən Ə.Cavad qəzetlərin
44
birində Xosrov bəyə qədirbilənliyinə görə təşəkkürünü
bildirmişdir.
Azərbaycan Xalq Cumhuriyyətinin dövlət xadimlə-
rindən biri də 18
83-cü ildə Zən-
gəzur mahalının
Minkənd kəndin-
də anadan olmuş
Nurməhəmməd
bəy Əbilxan oğlu
Şahsuvarov Qori
müəllimlər semi-
nariyasını
bitir-
mişdi. 1915-ci il-
də isə ekstern yo-
lu ilə Kiyev Uni-
versitetinin
hü-
quq fakultəsini
bitirmişdir. O, 19
18-ci ilin yayında Şimali Qafqaz xalqlarının azadlıq hə-
rəkatı nəticəsində yaradılmış Dağlılar Respublikasının
Xalq Maarif Naziri təyin olunmuşdur. 1919-cu ilin iyun-
unda Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökümət
kabinəsində maarif nazirinin müavini vəzifəsində işləmiş,
BDU-nun təşkilində yaxından iştirak etmişdi. 1920-ci il
martın 5-də beşinci hökümət kabinəsində Maarif və Dini
Etiqad Naziri təyin olunmuşdur. 1920-ci il aprel işğalın-
dan sonra N.Şahsuvarov Azərbaycan SSR Xalq Maarif
Komissarının müavini olmuşdu (27,19).
45
Zəngəzur qəzasının
Cicimli kəndində 1805-ci
ildə ruhani ailəsində ana-
dan olmuş Seyid Mir
Həmzə Nigari dövrünün
görkəmli ziyalısı və söz
adamı kimi Azərbaycan-
dan kənarda da çox məş-
hur olmuşdu. Müxtəlif
yerlərdə dərs almış və bö-
yük əsərlər yazmışdı.
Ömrünün sonlarında Tür-
kiyədə yaşamış və yarat-
mışdır (16, 34-35).
XVII əsr Azər-
baycan aşığı, haqq aşığı, Qərib aşıq adları ilə tanınan Sarı
Aşığın Zəngəzurun Güləbird
kəndində bəzi deyimlərə görə
isə Cicimli kən-dində olduğu
ehtimal olunur. Yaradıcılığın-
da əsas yer tutan aşiqanə şer-
lərində vüsal həsrəti təbii və
təsirli ifadə edilmişdir. Şerlə-
rində xalq dilinin zəngin bədii
imkanlarından məharətlə isti-
fadə etmiş, orjinal təşbeh və
cinaslar işlətmişdir. Sarı Aşı-
ğın Yaxşı adlı qızla nakam
məhəbbətindən bəhs edən
«Yaxşı və Aşıq» dastanı qoşulmuşdur. Şerlərini ilk dəfə
Salman Mumtaz 1927-ci ildə «Aşıq Abdulla» adı ilə kitab
halında çap etdirmişdir. Həmin şerləri 1935-ci ildə «Sarı
Aşıq və bayatılar» adı ilə yenidən nəşr olunmuşdur.
46
Xalq yazıçısı Süleyman Rəhimovun təbirincə desək
məşhur Qori seminariyasını bitirən, Şuşada açılan darül-
müəlliminin ilk təşkilatçısı və müdirlərindən olan, son-
ralar Zəngəzur qəza maarif şöbəsinin müdiri vəzifəsində
çalışan Müseyib İlyasov bir fədai-mücahid kimi hərəkət
edir, dağ obalarının hamısında maarifin, mədəniyyətin
yayılmasına çalışır, sözün əsl mənasında, cəhalətə qarşı
çarpışırdı.
Müseyib
İbrahim
oğlu İlyasov 1884-cü ildə
Laçın rayonunun Oğul-
dərə kəndində anadan ol-
muşdur. Onun atası Kər-
balayi İbrahim az savadlı
olmasına
baxmayaraq,
dövrünün mütərəqqi fi-
kirli adamlarından ol-
muş, öz hesabına kənddə
məktəb açmış, xüsusi
müəllim tutaraq, əvvəlcə
öz uşaqlarının, sonra isə
kənd uşaqlarının bir ne-
çəsinin savad öyrənmə-
lərinə nail olmuşdur. Müseyib İlyasov burada oxu-yazı
öyrəndikdən sonra əvvəlcə Minkənd kəndində olan rus-
tatar məktəbində, sonra isə təxminən 1906-1907-ci illərdə
Şuşada Həşim bəy Vəzirovun müdir olduğu ikisinifli rus-
tatar məktəbində təhsil almışdır. Burada təhsilini tamam-
ladıqdan sonra Qori Müəllimlər Seminariyasına daxil
olmuş, 1912-ci ildə seminariyanı bitirmişdir. 1920-ci ilə
kimi Bakıda, Qubada müxtəlif məktəblərdə və gimna-
ziyalarda müəllim işləmişdir.
47
M.İlyasov 1920-ci ildən Şuşa şəhərində açılan
Müəllimlər Seminariyasının -darülmüəllimin ilk yaradı-
cısı və təşkilatçılarından olmuş, 1925-ci ilə kimi orada
direktor vəzifəsində çalışmışdı. Görkəmli maarifpərvər
olan M.İlyasov həmin müddət ərzində özünü təşkilatçı
pedaqoq, maarif işini dərindən bilən bacarıqlı rəhbər və
qayğıkeş müəllim kimi göstərmiş, Azərbaycanda müəllim
kadrlarının hazırlanmasında mühüm xidmətlər göstərmiş,
xalq arasında böyük hörmət qazan-mışdır.
M.İlyasov 1925-ci ildən 1931-ci ilə kimi Laçın-
Qubadlı-Zəngilan və Kəlbəcər dairələrini əhatə edən Zən-
gəzur Qəza Xalq Maarif şöbəsinin müdiri olmuşdur. O,
bu vəzifədə çalışarkən bir fədai-mücahid kimi hərəkət
etmiş, dağ obalarının hamısında maarifin, mədəniyyətin
yayılmasına çalışmış, sözün əsl mənasında cəhalətə qarşı
çarpışmışdır. 1926-cı ildə Bakıda çağrılan birinci türkoloji
qurultayın iştirakçısı olmuşdur.
M.İlyasov qəzanın bir çox yerlərində- Laçın şəhə-
rində, Minkənd, Kürdhacı, Qorçu, Vağazin, Şamkənd,
Hocaz və onlarca başqa dağ kəndlərində yaraşıqlı məktəb
binaları tikdirmiş və onların tezliklə istifadəyə verilmə-
sinə şəxsən özü rəhbərlik etmişdir.
Müseyib İlyasov 1931-ci ildən sonra Bakıya gəl-
miş və 1939-cu ilə kimi Azərbaycan Xalq Maarif komi-
sarlığında bir çox məsul vəzifələrdə- kadrlar şöbəsində
pedaqoji kadrlar üzrə məsul icraçı, metodist və inspektor,
V.İ.Lenin adına APİ-nin rus dili kafedrasında assistent və
sair vəzifələrdə çalışmışdır. O, harada işləməsindən asılı
olmayaraq, hər zaman müəllim kadrlarının yetişdiril-
məsinə mənəvi ata qayğısı ilə yanaşmışdır. M.İlyasovun
fəaliyyətinin son dövrü Bakıdakı 17 saylı məktəblə bağlı
olmuşdur. O, 1940-cı ilin sentyabr ayına kimi həmin mık-
təbdə müəllim işləmişdir.
48
Şəxsiyyətə pərəstiş dövrünün acı havası xalqımızın
minlərlə zəkalı və istedadlı oğulları kimi, maarif fədaisi
olan Müseyib İlyasovu da ədalətsizlik məngənəsinə
salmışdır. O, 1941-ci ilin sentyabr ayında cinayətkar-
casına təşkil edilmiş saxta ittiham əsasında həbs edilmiş,
cinayəti sübut olunmasa da, 8 il həbs cəzası ilə azadlıqdan
məhrum edilmişdir. 1944-cü ildə 60 yaşında Karakanda
şəhərində həbsdə vəfat etmişdir. 1956-cı ildə işdə heç bir
cinayət tərkibi olmadığı aşkar edilmiş və M.İlyasova
ölümündən sonra bəraət verilmişdir.
Laçınlılar tarix boyu həm də öz qoçaqlıqları və
mənfur düşmənə qarşı əyilməzlikləri ilə də fərqlənmişlər.
Belə xalq qəhrəmanlarından Zəngəzur mahalının Qurdqajı
(Kürdhacı) kəndində anadan olmuş Sultan bəy Paşabəy
oglu Sultanovu, Qaçaq Xanalını, Çal Asdanı, Sarı Asdanı,
Asdanı, Məhəmmədi, Əkbəri, Molla Şahverdini, Şəmili,
Seyid Məmmədi və adlarını çəkmədiyimiz yüzlərlə igid
vətən oğullarını göstərə bilərik.
Xalqımızın keçdiyi yola nəzər salmaq, torpaqlarımı-
zın bütövlüyünə zərbə vuranlara qarşı igidlik nümunəsi
göstərmiş xalq qəhrəmanlarının fəaliyyətini işıqlandırmaq
daha məqsədə uyğundur. XX əsrin əvvəlində erməni vəh-
şilikləri başlanır. Türkün düşməni olan ermənilər çar mə-
murlarının dəstəyi ilə vətənimizin müxtəlif bölgələrində
qırğınlar törətmişlər.
Zəngəzur qəzasının Hacısamlı bölgəsindən erməni
quldurlarına qarşı mübarizəyə başlayan Sultanovlara Əli-
paşa bəy başçılıq etmişdi. Əlipaşa bəy yalnız Laçının
deyil, ümumilikdə Zəngəzurun, Qarabağın müdafiəsinə
qalxmışdı. Bu yolda ona ilk silahdaş oğlanları olmuşdu.
Sultan bəy və Xosrov bəy qardaşları Qarabağın və Zən-
gəzurun erməni quldurlarından qorunmasında və bu
qırğınların digər bölgələrə yayılmasının qarşısının alınma-
49
sında misilsiz qəhrəmanlıqlar göstərmişlər. Zəngəzurun
igid oğlu, Sultan bəyin soykökü indiki Laçın rayonunun
Qurdgəzi (Qurdqajı-Kürdhacı) kəndi ilə bağlıdır. Ermə-
nilərin hücum və hiyləgərliklərinə qarşı hər an mərdliklə
cavab vermiş, Laçının igid oğlu Sultan bəyin fəaliyyətini
işıqlandırmaq bizcə ərazilərimizin 20%-nin ermənilər
tərəfindən işğal olunduğu indiki zamanda daha da əhə-
miyyətli olardı. Paşa bəy oğlu Sultan bəy Zəngəzurda öz
igidliyi, vətənpərvərliyi, səxavəti və mərdanəliyi ilə hör-
mət və şöhrət sahibi olmuşdu. Laçının qəhrəman oğlunun
vətən torpağı- Zəngəzurun, Göyçənin və Qarabağın ermə-
ni talanlarından qorunması uğrunda göstərdiyi fədakar-
lıqlardan daha da ətraflı söz açmaq əhəmiyyətli olduğu
qədər də şərəflidir.
Sultan bəy 1871-ci ildə
Zəngəzur qəzasının Qasımuşa-
ğı obasında Qurdgəzi (Qurd-
qajı-Kürdhacı) kəndində ana-
dan olmuşdur. Əlipaşa bəy oğ-
lunu Şuşa şəhərinə, qəza mək-
təbinə göndərir. Qəza məktə-
bindən sonra o, Gəncə şəhə-
rində gimnaziyada təhsilini da-
vam etdirir. Orta təhsilini ta-
mamlayıb Sankt-Peterburq şə-
hərinə gedir (9). Orada hərbi
Akademiyaya daxil olur. Lakin
o, təhsilini tamamlaya bilmir.
Bunun bir səbəbi göstərilir ki, o Akademiyanın zabitləri
ilə qiymət üstündə mübahisə edir. Əsgərin zabit üzərinə
qayıtması böyük qəbahət sayıldığı üçün o, təhsilini
yarımçıq saxlamışdır. Digər bir fikirdə isə bildirilir ki,
atası Əlipaşa bəyin xahişi ilə Akademiyada təhsilini ya-
50
rımçıq qoyub geri, doğma Laçınına qayıtmışdı. Sultan bəy
böyük mülk sahibi olmuşdu. O öz obasında əvvəlcə
maldarlıqla məşğul olur. Yerli və xarici cinsdən olan
çoxlu inək alıb dağlarda bəslətdirir və həm də Ata-baba
peşələri olan qoyunçuluğu da inkişaf etdirmişdi. Onun
Çalbayır yaylaqlarında on minlərlə davarı, qara malı sax-
lanılırdı. Hacısamlıda tikdirdiyi yağ-pendir zavodu nə-
həng qurğular sistemini xatırladırdı. Yağın və pendirin
zavod üsulu ilə keyfiyyətli istehsal edilməsi xəbəri digər
Şərq və Avropa ölkələrinə də yayılmışdır. Hacısamlı, Şəl-
və, Qurdqajı (Kürdhacı) meşələrinin qırmızı palıdını kon-
yak istehsal edən zavodlara daşıtdıran Fransa tacirləri Sul-
tanbəyin yağ-pendir zavodunun məhsullarının da əsas
müştəriləri idilər.
Yaylaqlarda sağılmış südü Hacısamlı yağ-pendir
zavoduna dağların döşü ilə saxsı borularla axıdırlarmış.
İsveçrədən yeni mal cinsini Azərbaycana ilk dəfə Sultan
bəy gətirtdirmişdir. Onun vaxtında Kürdhacı kəndi Qaf-
qazdakı rus ordusunun yağ-pendir anbarlarına çevril-
mişdir. İstehsal olunmuş yağ, pendir böyük motallara,
dəmir və ağac çəlləklərə doldurulub buzlu zirzəmilərdə,
soyuq kahalarda saxlanılırdı. Məhsulları uzaq yerlərə
daşımaq üçün bəyliyin xeyli atı, öküzü, kəl arabaları
vardı. Sultan bəy maldarlıqla yanaşı meşəçiliklə də məş-
ğul olurdu. Hacısamlı meşələrində taxta istehsal edib,
xarici bazarlara satırmış.
Fəxr etdiyimiz belə ziyalıların olmasına baxmayaraq
1920-ci illərdə rayon əhalisi içərisində savadlılıq səviy-
yəsi çox yüksək deyildi. Yalnız 1930-cu ildən başlayaraq
kəndlərdə ibtidai və 7-illik məktəblər təşkil edilməyə baş-
lanmışdı. Laçın şəhərində «Firqə» adlanan orta məktəb
fəaliyyət göstərirdi. Direktoru görkəmli yazıçımız Əli
Vəliyev olmuşdu. Hər kənddən bir nəfər şagird məktəbə
51
qəbul olunurmuş ki, onlar da tətil vaxtı əhalinin savadlan-
masına kömək edirmişlər. Müəllim çatışmazlığını nəzərə
alaraq Sovet-Alman müharibəsindən sonra Laçın şəhrində
Pedaqoji texnikum açılmışdı. Allahyar Musayev və İdris
Xəlilov müxtəlif vaxtlarda texnikumun direktoru vəzifə-
sində işləmişlər (16,26).
Məhz belə insanların fəaliyyətinin nəticəsi idi ki,
hələ XIX əsrin sonlarına yaxın bəzi kəndlərimizdə müx-
təlif tipli yeni məktəblər açılmış, əhalinin maariflənməsi
üçün ilk addımlar atılmışdır. Belə məktəblərdən 120-illiyi
qeyd olunmuş Minkənd kənd orta məktəbini, 120 yaşı
olan Qarıqışlaq kənd orta məktəbini göstərə bilərik. Hətta
tarixi ədəbiyyatlarda özünə yer tapmasa da deyilənlərə
görə XIX əsrin ortalarında Cicimli kəndində mədrəsə
fəaliyyət göstərmişdir. Molla Məhəmməd adlı şəxs 25
nəfərə mədrəsədə dərs deyirmiş. Ən maraqlısı budur ki,
Yelzevetopol quberniyası Zəngəzur qəzasının Bağırbəyli
kəndinin sakini Məşədi Qəhrəman bəy Cəbrayıl bəy
oğluna 1911-ci il sentyabrın 4-ü tarixində verilmiş Pas-
porta (Pasportnaya knijka) əsasən tam dəqiqliklə demək
olar ki, Yelzevetopol quberniyası Zəngəzur qəzasının
Cicimli kəndi XIX əsrin sonu XX əsrin əvvəllərində
Zəngəzurda İdarə mərkəzi olmuşdur. Məşədi Qəhrəman
bəyin sakini olduğu Bağırbəyli kəndi heç də Cicimli
kəndinə yaxın məsafədə yerləşmir. Bununla da Qəhrəman
bəyə müddətsiz pasportun Cicimli kəndində verilməsi
göstərir ki, bu kəndin tarixi qədimlərə gedib çıxır. Və həm
də burada vaxtı ilə 700 tüstülük yaşayış məntəqəsinin
olması da təsdiq edilir. 100 il bundan əvvəl verilmiş,
Cicimli kəndinin starşinası (böyüyü) tərəfindən təsdiq
olunan pasporta əsasən, dini mənsubiyyəti Məhəmmədi
(müsəlman) olan, heç bir savad almamış və rütbəsi bəy
(sənəd əsasında təsdiq olunmuş) olan Məşədi Qəhrəman
52
bəy Bağırbəyli nahiyyəsində erməni basqınlarının qarşı-
sının alınmasında xüsusi fəallıq göstərmişdir. Deyilənə
görə Zəngəzurun (Laçının) cənub ərazilərində ermənilərə
qarşı müqavimət göstərən bəylərdən biri olmuşdur. 1905-
1906-cı və sonrakı illərdə ermənilərin törətdikləri qırğın-
ların qarşısının alınmasında göstərdiyi fəaliyyətə görə
təqib olunur. 1912-1915-ci illərdə Bakıya gedərək Bala-
xanı və Sabunçu ərazilərində mənzil icarəyə götürüb ya-
şamışdır(14,s.53-54).
Laçın rayonu həm də sınanmış müqəddəs ocaqları
ilə də seçilir. Rayonun ərazisində olan ziyarətgahlar neçə-
neçə imanlı insana şəfa vermiş, ümidlərini doğrultmuşdur.
Laçında, Qubadlıda və bütün Qarabağda öz xeyirxahlığı
və xeyriyyəçi əməlləri ilə seçilən Laçın əsilli seyidlər də
Laçın torpağının müqəddəsliyini göstərən əyani nümu-
nədir. Mir Paşa ağa, Mir Sədi ağa, Mirməhəmməd ağa,
Seyid Lazım ağa, Seyid Cabbar ağa, Seyid Səttar ağa,
Səudiyyə Ərəbistanında ali ruhani təhsili almış Seyid
Məhəmməd ağanın oğlu Seyid Əsgər ağa, öz hesabına
körpü saldırmış Seyid Əmir ağa, gözləri görməyən və
topladığı nəzir hesabına körpü saldırmış Seyid Məcid ağa,
Seyid Əliş ağa və onlarla adını çəkmədiyimiz bu müqəd-
dəslər bir daha Laçınlıların saflığını, iman və inam sahibi
olduğunu da göstərir.
Heydər Əliyev qayğısı ilə çiçəklənən Laçın
Dostları ilə paylaş: |