Siyasi gərginlik yeni mərhələdə
Mərkəz tərəfindən müdafiə olunan ermənilərin
məkrli planları beləcə davam etdirilirdi. Bütün bunların
yekunu isə 1985-ci ildən Qarbaçovun bədnam yenidən-
qurma siyasəti nəticəsində oldu. Bu siyasət bir tərəfdən
millətlərin müstəqillik uğrunda mübarizəsinə şərait ya-
ratsa da, digər tərəfdən xeyli fəzadlar törətdi. Milli əda-
vət, millətçilik qızışdı, müstəqillik uğrunda mübarizə apa-
ran xalqlara hədələr, təcavüzlər artdı. Bu proseslərin ağrı-
acısını ən çox Azərbaycan yaşasa da müstəqillik uğrunda
mübarizədən dönmədi. Bakıda antisovet qiyam baş ver-
diyini bəhanə edib 20 yanvar faciəsini törətmək üçün
heç bir əsas yox idi. Lakin Moskva bu təxribatı axra
kimi davam etdirdi. Çünki bu təxribat ona hava-su
kimi lazım idi Ona görə ki, islahatı keçirilən siyasi sis-
temin əsas dayağı olan, hərbi sənaye kompleksinin nüfu-
zuna zərbə vursun və sovet respublikalarında ona nifrət
yaradılsın. Digər tərəfdən müstəqillik uğrunda mübari-
zəyə qalxmış Azərbaycan xalqının timsalında digər milli
respublikalara da ibrət dərsi verilsin, azadlıq hərəkatının
qarşısı alınsın. İmperiyanı yeni formada qoruyub saxla-
maq mümkün olsun.
20 yanvar faciəsindən sonra Azərbaycanda dəyiş-
məkdə olan siyasi gərginlik yeni tarixi mərhələyə qədəm
qoydu. Azərbaycanın demokratik qüvvələri isə siyasi
mübarizə şəraitinin çətinliyinə baxmayaraq, respubli-
70
kanın suverenliyinin müdafiəsi sahəsində iqtidarın atdığı
adımların yarımçıqlığını Moskvanın tapşırıqlarına uyğun
siyasət yeritdiyini tənqid edirdi. Prezidentin başlıca vəzi-
fəsinin, Respublikanın suverenliyinin təmin olunması,
ərazi bütövlüyünün və sərhədlərin qorunması, vətəndaş-
ların hüquq və azadlıqlarının təmin edilməsi sahəsindəki
fəaliyyəti yarımçıq və ardıcıl olmayan fəaliyyət kimi
qiymətləndirildi. 1991-ci il avqustun 27-də Azərbaycan
Respublikası Ali Sovetinin növbədənkənar sesiyası çağı-
rıldı. Gündəliyə Azərbaycanın dövlət müstəqilliyinin bər-
pası məsələsi daxil edildi. Kəskin müzakirə və mübahisə-
dən sonra, 1991-ci il avqustun 30-da Azərbaycan Respub-
likasının dövlət müstəqilliyini bərpa etmək haqqında
Bəyannamə qəbul edildi. Demokratik mübarizə dahada
kəskinləşən, yeni mərhələyə daxil oldu. Sov. İKP süqut
etdikdən sonra Azərbaycan KP 14 sentyabr 1991-ci il
tarixli XXXIII qurultayında buraxıldı. Respublikada siya-
si vakkum yarandı.
1991-ci ilin 18 oktyabr tarixli sessiyasında Azər-
baycan Respublikasının Ali Soveti Azərbaycan Respub-
likasının dövlət müstəqilliyi haqqında konstitusyia aktını
qəbul etdi. Kommunist rejimi devriləndən sonra, əsasən
1991-ci ilin sentyabr ayının ikinci yarısında iqtidar-
müxalifət sövdələşməsi baş verdi. Ali Soveti iqtidar və
müxalifətdən olan deputatlar hesabına (hər tərəfdən 25
nəfər) təşkil etmək haqda müxalifətin təklifi qəbul edildi.
Bu bir tərəfdən mövcud hakimiyyətinin böhranının ifadəsi
idisə, digər tərəfdən isə “üçüncü bir qüvvənin” hakimiy-
yətə gəlmək ehtimalından edilən ciddi ehtiyat idi. Hər iki
tərəfin ehtiyat etdiyi üçüncü qüvvə arasında, əsas rəqib
Heydər Əliyev hesab edilirdi. Elə bu ehtiyatın nəticəsi idi
ki, sentyabr ayından başlayaraq Heydər Əliyevə qarşı
qərəzli təbliğat kompaniyası genişləndirildi. Çünki Hey-
71
dər Əliyev artıq 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali
Məclisinin sədri seçilmişdi. İqtidar Heydər Əliyevin sədr
seçilməsini hətta Naxçıvanda dövlət çevrilişi kimi
qiymətləndirirdi. Heydər Əliyevin isə çoxdankı nüfuzu və
təcrübəsi eləcə də Naxçıvan MP-nın gərgin anında gör-
düyü əməli tədbirlər onun hakimiyyətə gəlmək şansını
daha da zəruri edirdi.
1991-ci il dekabırın 8-də 3 respublika rəhbər-ləri-
nin Minsk görüşü, SSRİ-nin buraxılması iktidar-müxa-
lifət ziddiyyətləri üçün yeni məqam yaratdı. SSRİ-nin
iflasından sonra bütün respublikalar, eləcə də, Azərbay-
can siyasi müstəqilliyə nail oldu. Lakin, Azərbaycanda
iqtidarla müxalifət arasında ortaq siyasi məxrəc tapıl-
madı. Hakimiyyət hərisliyi çılpaqlığı ilə üzə sıxdı. “Bey-
nəlxalq problem” kimi xarakterizə olunan Dağlıq Qara-
bağ qondarma problemini həll etmək üçün tarazlaşdı-
rılmış prinsipial xarici siyasət xətti götürmək vacib idi.
Lakin, iqtidar düzgün xarici siyasət xətti müəyyən edə
bilmədi. Müxalifət isə hər vəchlə MDB-yə daxil olmağa
maneçilik törədirdi. Bilmirdilər ki, MDB-yə daxil olmaq
respublikanın müstəqilliyi və fəal xarici siyasət yeritimə-
si üçün stimul ola bilər. Prezident Ayaz Mütəllibov isə
nəinki öz mövqeyini qəbul etdirə bilmədi, heç olmasa
istefa verərək xalqın diqqətini problemə cəlb etmədi.
1991-ci ilin noyabrında törədilmiş “vertalyot faciəsi”nə
münasibətdə Azərbaycan dövlətinin qətiyətsiz, qorxaq
mövqeyindən sonra, azərbaycanlılar yaşayan ərazilərdə
erməni həmlələri fəallaşdı. Ordunun yaradılmasında,
hərbi əməliyyatların keçirilməsində buraxılan ciddi səhv-
lərin və daxili qarşıdurmaların nəticəsində torpaqla-
rımızın bir hissəsi hələ 1992-ci ilin yanvar, fevral ayla-
rında düşmənin əlinə keçdi. 1992-ci il yanvarın 21-də
Qeybalı, fevralın 12-də Aşağı Quşçular,Yuxarı Quşçlar,
72
Malıbəyli, fevralın 17-də Qaradağlı və s. yaşayış məntə-
qələri yandırılaraq viran qoyuldu. Ermənilərin nankor-
luğu, respublika rəhbərliyinin isə fəaliyyətsizliyi xalqın
qəzəbini artırdı. Azərbaycan xalqının böyük oğlu Heydər
Əliyevin respublikaya rəhbərlik etməməsi, A.Volskinin
rəhbərliyi ilə yaranmış təşkilat komitəsinin antiazərbay-
can siyasəti seperatçı erməniləri dahada şirnikləndirirdi.
Zori Balayan Volskiyə yazdığı aftoqra-finda ona verdiyi
təxəllüsdə hər şeyi açırdı. “Bizim Volskiyə (Qarabağlıya)
qoy sizin ocaqda daimi işıq və hərarət olsun! Hər şeyə
görə sağ ol!” Ermənilər artıq DQMV-də olan 53 Azər-
baycan kəndindən azərbaycanlıların qovulmasını təşkil
etdilər. Bütün bunlar A.Volskinin və Polyaniçkonun əli
ilə həyata kesirildi. 1991-ci ilin sentyabrın 2-də Vilayətin
ərazisində qondarma “Dağlıq Qarabağ Respublikası”nı
elan etdilər. Artıq Moskva və Bakıdan heç bir kömək
gözləməyən əhali özü könüllülər təşkil edib, müdafiyə
qalxdı. Xocalının vəzyəti isə günü-gündən pisləşirdi.
2000 nəfərə qədər əhali şəhərdə mühasirə vəzyətində qal-
mışdı. Fevral ayının 25-dən 26-na keçən gecə, Erməni
ordusu kesmiş SSRİ-nin 366-cı motoatıcı alayının kö-
məyi ilə Xocalı şəhəri üzərinə hücum etdi. Bu alayın
tərkibində 100 ədəd zirehli döyüş texnikası vardı. Polkun
tərkibində olanlardan 49-u zabit və gizir idi. Təkcə ae-
roport istiqamətində mudafiədə 150 nəfərə qədər adamı
qətlə yetirmişlər. Xocalılar müdafiəsiz qalmışdı. Ancaq
Ba-kıda oturmuş rəhbərlər isə kömək göstərmək barədə
de-mək olar heç düşünmürdülər. Şaxtalı qış gecəsində
uşaqlar, qadınlar, qocalar ayaqyalın Ağdam tərəfə üz
tutdular. Naxçivanik kəndi yaxınlığında jamaatı ot kimi
biçmişlər. Burada 200 nəfərə qədər əsir götürülmüşdür.
Gülablı kəndi yaxınlığında da 200 nəfərə qədər əsir düş-
müşdü. Qocaların, qadınların, uşaqların gözləri çıxarılır,
73
qulaqları kəsilir və yandırılırdı. 50 nəfər xüsusi qəddar-
lıqla öldürülmüşdür.
Bu soyqırım nəticəsində 613 nəfər Xocalı sakini
öldürülmüş, əlil olmuş, 1275 nəfərədək adam qirov
qötürülmüşdür. Ölənlər arasinda 83 uşaq olmuş, (onlardan
33-ü, 2-15yaş arasında olmuşdur). 106 qadın, 70 nəfər
qoca var idi. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki
valideynini, 130 uşaq isə 1 valideynini itirib. 150 nəfərin
taleyi bu gün də məlum deyil. Bütün bunların qarşısında
isə respublika televizyası ilə deyilirdi ki, cəmi iki nəfər
həlak olmuşdur. Bu onu göstərirdi ki, rəhbərləri əhali,
torpaq, onun müdafiəsi düşündürmürdü, başları özlərinə
qarışmışdı.
Köməksiz qalan Xocalılar faciə ilə üzləşsələr də öz
qəhrəmanlıqlarını göstərdilər. Öldülər, ancaq əyilmədi-
lər. Neçə-neçə erməni məhv etdilər. Əlif Hacıyev, Aqil
Quluyev, Tofiq Hüseyinov, Hikmət Nəzərli və İnqilab
İsmayılov Xocalının müdafiəsində qəhrəmanlıq göstər-
diklərinə görə, Azərbaycanın Milli Qəhrəmanı fəxri
adına layiq görüldülər.
Azərbaycanın fəal siyasi xətt yeritməməsindən,
respublikadakı daxili siyasi gərginlikdən istifadə edən
erməni işğalçıları Qarabağda hücumu daha da gücləndi-
rərək Şuşa, Laçın və digər sərhəd bölgələri üçün işğal
dairəsini genişləndirdilər.
74
Xəyanətin acı nəticələri.
1992-ci il may ayının 8-də erməni işğalçılarının
kütləvi hücumu nəticəsində Şuşa şəhəri işğal olunur.
Bundan sonra Laçının vəziyyəti daha da pisləşir. Qurub-
yaratmaq eşqi ilə yaşayan, «Qara qapı» adlandırılan, mərd
igidlər diyarı olan Laçın da çox təssüf ki, mənfur erməni
faşistləri tərəfindən 1992-ci il may ayının 17-də işğal
olundu. Laçın o zamanki, Azərbaycan rəhbərliyinin, başı
hakimiyyət davasına qarışan AXC-Müsavat cütlüyünün
xəyanətinin qurbanı oldu. Bu il may ayının 17-də Laçın
rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işgal
edilməsinin 20 ili tamam olur. Öz havadarlarının kömə-
yindən istifadə edərək bu işğalı həyata keçirən Ermənistan
70 min laçınlını keçən illər ərzində məcburi köçkün
həyatı yaşamağa məhkum etmişdir. Çox təəssüf ki, dün-
yanın ən böyük beynəlxalq təşkilatlarının və dövlətlərinin
münaqişəyə ikili yanaşmaları, göstərdikləri loyal müna-
sibət nəticəsində ərazilərimizin 20 faizini əhatə edən işğal
hələ də davam etməkdədir.
Azərbaycan Respublikasının cənub-qərbində yer-
ləşən Laçın rayonu işğal nəticəsində 1şəhəri, 1 qəsəbəsi
və 125 kəndi dagıdılaraq yerlə yeksan edilmiş, əhalisi isə
respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskun-
laşmışdır. Rayonun 166488 hektar torpaq sahəsinin 75781
hektarı kənd təsərrüfatına yararlı olmuş, 33205 hektarını
əsasən palıd, ardıc, cökə, vələs, fısdıq və s. Agaclardan
ibarət meşə zolagı, 72000 hektarını yaylaq sahəsi, 1470
hektarını isə meyvə bagları təşkil etmişdir. Ərazisi əsasən
çay daşı, qum, gil, qrafit, dag bülluru, mərmər, civə, uran,
kobalt, xrom, qızıl və dəmir yataqları kimi faydalı qazın-
tılarla zəngindir. Rayon ərazisində 200-ə yaxın tarixi,
mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala
75
tipli arxeologiya baxımdan faydalı olan abidələr, qəbir-
üstü abidələr vardır.
Laçın rayonu əsasən təbii turşsu, istisu və digər
mineral bulaqları, kəklik otu, itburnu, qatırquyrugu, ço-
banyastıgı, solmazçiçəyi, bagayarpagı, yemişan, baldırgan
və s. Saysız-hesabsız dərman bitkiləri, dag keçisi, cüyür,
qaban, ayı, bəbir, canavar, tülkü, dələ, dovşan və s. Çoxlu
sayda ov heyvanları, bülbül, qartal, turac, qırqovul, şana-
pipik, alabaxta, göyərçin, bildirçin və s. quşlar, heyvan-
darlıq, arıçılıq və tərəvəz məhsulları ilə məşhurdur.
Rayonda 1187 km uzunlugunda su kəməri, 33 su
anbarı, 15 km uzunlugunda mərkəzi kanalizasiya, 20 km
uzunlugunda istilik şəbəkəsi, 14 hamam, 8 yanacaq dol-
durma stansiyası, 6 elektrik yarımstansiyası, 2636 km
uzunlugunda elektrik hava xətləri, 498 km uzunlugunda
qaz xətti və 3 televiziya stansiyası vardı (34).
Rayonun iqtisadiyyatını əsasən heyvandarlıq, arıçı-
lıq və qismən bagçılıq təşkil etmişdir. Rayonda icti-mai
və şəxsi təsərrüfatlarda 40211 baş iri və 244000 baş xırda
buynuzlu heyvanlar, 44235 arı ailəsi olmuş, 3438 hektar
sahədə taxıl əkilmiş, 1470 hektar sahədə meyvə agacları
salınmışdır. Hər il rayon üzrə 6000 ton süd, 5000 ton ət,
400 tondan çox yun tədarük olunurdu. Rayonda iri dövlət
müəssisələrindən olan 9 heyvandarlıq sovxozu, o cüm-
lədən südçülük-damazlıq sovxozu, yag-pendir zavodu,
konserv zavodu, ət tədarükü və qəbulu məntəqəsi, yun və
göndəri qəbulu idarəsi, kimya birliyi, baytarlıq müalicə-
xanası, tikinti materialları istehsalat birliyi, agac emalı
sənayesi, yol və tikinti quraşdırma idarəsi, Sumqayıt
Aliminium və Maşınqayırma zavodlarının filialları, yün-
gül və yerli sənaye kombinatları, 2 asfalt zavod, beton
zavod, 23 tikinti idarəsi, mərmər, əhəng, pemoksal və
76
toxuculuq sexləri, 2 daş karxanası və s. müəssisələr fəa-
liyyət göstərirdi (35).
İşgal nəticəsində Laçın şəhərində, Qayğı qəsəbə-
sində və 125 kənddə olan 13.745 fərdi yaşayış evi, 48
sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəni-maarif,
101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəs-
sisə, 142 səhiyyə, 460 ticarət obyekti itirilmişdir. Ümu-
milikdə o dövrün hesablamaları ilə rayona 7,1 milyard
ABŞ dolları həcmində ziyan dəymişdir.
Rayonun bütün sakinləri ciddi cəhdlə düşmənə
müqavimət göstərsələr də havadarları tərəfindən ən müa-
sir silahlarla təchiz edilmiş və canlı qüvvə ilə kömək alan
erməni silahlı birləşmələri sonda müvəqqəti də olsa ərazi-
lərimizi işgal etməyə nail oldu. Laçınlıların qurub-yarat-
dıqları, göstərilən nələri var idisə hamısı düşmən əlinə
keçdi. Buna baxmayaraq, ataların keçdiyi qəhrəmanlıq
yolunu onların varisləri davam etdirdilər. Belə ki, torpaq-
larımızın bütövlüyü, o cümlədən Laçın uğrunda gedən
döyüşlərdə neçə-neçə mərd oğullarımız canından keçdi.
Son dəqiqləşdirmələrə görə döyüşlərdə 328 nəfər şəhid
olmuş, 225 nəfər əlil olmuş, 33 nəfər hər iki valideynini
itirmiş, 5 nəfər– Oktay Güləli oğlu Güləliyev, Kamil
Baladə oğlu Nəsibov, İsrafil Şahverdi oğlu Şahverdiyev,
Qorxmaz Abış oğlu Eyvazov və Fazil Umud oğlu
Mehdiyev Azərbaycanın Milli Qəhramanı adına la-yiq
görülmüşlər.
77
Laçında erməni vandalizmi və erməniləĢdirmə
siyasəti (Ģəkillərin dili ilə)
Laçın od içində
78
79
Yandırılmış Cicimli kəndi
80
81
Köçkünlük həyatı
82
Laçın rayonunun erməniləşdirilmiş xəritəsi.
Armenized map of Lachin district
Арменизированная карта Лачынского района
83
Şəhərdən görüntülər
Sights of the town of Lachin
Виды города Лачына
84
Zabıx- Gorus yolu
85
Laçının işğalından sonra tikilmiş erməni kilsəsi
A church built by Armenians after occupation of the town of Lachin
Церковь, построенная армянами после захвата города Лачына
86
Böyük Vətən müharibəsi xatirə kompleksinin erməniləşdirilməsi,
A monument to warriors of the Great Patriotic War recast as
Armenian
Памятник воинам Великой Отечественной войны,
переделанный под
армянский.
87
Şəhərdən görüntülər
Sights of the town of Lachin
Виды города Лачына
88
Həmzə Soltan sarayı. Soltanlar kəndi. 1761-ci il.
Hamza Soltan Palace. Soltanlar village. 1761
Памятник Гамза Солтан. Село Солтанлар. 1761.
89
Minkənd-İstisu
Minkand – İstisu
Минкент – Истису
90
91
IV Fəsil.
Canlarını torpağa sipər edən vətən oğulları
Laçından olan Azərbaycanın Milli
Qəhrəmanları.
Oqtay Güləli oglu Güləliyev,
1962-ci ildə Xaçınyalı kəndində
anadan olub. Laçın şəhər 1 saylı
orta məktəbi bitirib. 1980-1982-ci
illərdə hərbi xidmətdə olub. 1986-cı
ildən Laçın rayon DİŞ-də işləyib.
1989-cu ildə Poltava Kooperativ
İnstitutunu qiyabi bitirib. 1991-ci
ildə rayon DİŞ-də bölmə komandiri
təyin olunub. Şuşa, Kərkicahan, Malıbəyli, Kosalar, Da-
şaltı ugrunda gedən döyüşlərdə iştirak edib.
Onun komandiri oldugu dəstə Laçın kəndlərinin
müdafiəsi zamanı ermənilərin xeyli döyüşçüsünü məhv
edib, yüksək rütbəli zabitlərini əsir götürüb. Döyüşlərin
birində yaralanıb, sagaldıqdan sonra yenidən ön cəbhəyə
qayıdıb. 1992-ci il oktyabrın 11-də Avazlar kəndi yaxın-
lıgında gedən qeyri-bərabər döyüşdə həlak olub. Bakı
şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi.
İki övladı yadigar qalıb.
Kamil Baladə oglu Nəsibov,
1946-cı ildə Bozlu kəndində anadan
olub. Orta məktəbi Minkənddə
bitirib. 1963-cü ildə orduya xidmətə
çagrılıb. 1973-1978-ci illərdə Azər-
baycan Politexnik İnstitutunda təhsil
alıb.
1988-ci
ildə könüllülərdən
ibarət özünümüdafiə dəstəsi yara-
92
daraq düşmənə qarşı mübarizə aparıb. Laçının işgalından
sonra Güləbird, Səfian, Suarası, Cicimli kəndləri ugrunda
gedən döyüşlərdə iştirak edib. 1992-ci il 28-29 iyulda
Laçın ugrunda gedən döyüşlərdə həlak olub. Agcəbədi
şəhərində dəfn olunub. Ailəli idi. Dörd övladı yadigar
qalıb.
Qorxmaz Abış oglu Eyvazov,
1967-ci ildə Güləbird kəndində ana-
dan olub. Doguldugu kənddə orta
məktə-bi bitirib. 1985-1987-ci illər-
də hərbi xidmətdə olub. 1992-ci ildə
Laçın rayon DİŞ-də polis nəfəri ki-
mi işə qəbul edilib.
Torpaqlarımızın azadlıgı ug-
runda aparılan bir çox döyüşlərdə
iştirak edib, cəsarətlə vuruşub, öz şücaətilə yoldaşlarından
fərqlənib. 1994-cü ilin fevral ayında Füzuli rayonunun
Mehdili kəndi ugrunda aparılan döyüşlərdə həlak olub.
Sumqayıt şəhər qəbristanlıgında dəfn olunub. Ailəli idi.
İki övladı yadigar qalıb.
İsrafil Şahverdi oglu Şah-
verdiyev, 1952-ci ildə Uannovu
kəndində anadan olub. Orta məktəbi
bitirdikdən sonra 1971-1974-cü illər
ərzində hərbi xidmətdə olub. 1975-
ci ildə Laçın rayon DİŞ-də işə götü-
rülüb.
1988-ci
ildən
başlayaraq
erməni işgalçılarına qarşı döyüş-
lərdə yaxından iştirak edib. Döyüşlər zamanı bir neçə
düşmən əsgərini girov götürmüş, 4 döyüş maşını və xeyli
sursat ələ keçirib. Döyüşlərdə göstərdiyi qəhrəmanlıga
93
görə baş leytenant rütbəsinə və Laçın rayon Kooperativlər
İttifaqının “Sultan bəy” mükafatına layiq görülüb.
1994-cü il yanvarın 13-də Horadiz döyüşlərində
həlak olub. Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.
Ailəli idi.Üç övladı yadigar qalıb.
Fazil Umud oglu Mehtiyev, 1966-
cı ildə Ələkci kəndində anadan
olub. 1983-cü ildə orta məktəbi bi-
tirdikdən sonra 1986-1988-ci illərdə
hərbi xidmətdə olub. Sonradan
ailələri ilə birlikdə Agdam rayonuna
köçübdür.
Erməni işgalçıları torpaqları-
mıza təcavüz etdiyi vaxtdan Agdam rayon DİŞ-də fəaliy-
yətə başlayıb. İlk günlərdən öz qorxmazlıgı ilə fərqlənib.
Xocalı, Agdərə, Qaradaglı, Kərkicahan döyüşlərində şəxsi
igidlik və şücaət göstərib.
1991-ci il sentyabrın 24-də postlara baş çəkərkən
düşmən əsgərləri ilə qarşılaşıb və qeyri-bərabər döyüşdə
igidliklə həlak olub. Agdam rayonunda dəfn olunub.
Subay idi.
Bayramın ömür yolu gənclər üçün
nümunədirdir.
1970-ci il mart ayının 22-də anadan olmuşdu.
Novruz bayramı günü doguldugundan adını da Bayram
qoydular. O, öz gəlişilə ailəyə ikiqat bayram sevinci
yaşatdı. Böyüdükcə də öz tərbiyəsi və davranışı ilə bu
sevincli günlərin sayını artırmaqda davam etdi. Orta
məktəbi dogulub boya-başa çatdıgı Minkənddə bitirdi.
Bakıya gələrək sənədlərini Azərbaycan Dövlət Neft
Kimya İnstitutuna verdi. Hər zaman oldugu kimi bu dəfə
94
də valideyinlərini sevindirdi. Qəbul imtahanlarını
müvəffəqiyyətlə verərək tələbə adını qazandı. Arzusu ali
təhsilli mütəxəssis kimi cəmiyyətə fayda vermək idi.
İnstitutda oxudugu zaman hərbi
xidmətə çagrıldı. Xidmət yeri Rusiya
Federasiyasının Orenburq vilayətindəki
qapalı hərbi hissə oldu. Hərbi xid-
mətini başa vurub vətənə qayıdan kimi
könüllü olaraq ermənilərlə mübarizəyə
başladı. Şəhid oldugu 1992-ci ilin 7
iyununa qədər şərəfli bir döyüş yolu
keçdi. Şübhəsiz ki, Bayram kimi vətən
ogulları heç bir zaman ölmür, öz
cismani yoxluqları ilə daha da müqəddəsləşir, əlçatmaz
olurlar. Bayramın vətən qarşısında göstərdiyi xidmətlər
dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
imzaladıgı 2005-ci il 30 iyun tarixli sərəncamla ölümün-
dən sonra “Vətən ugrunda” medalı ilə təltif edilib. Vaxtilə
təhsil aldıgı Minkənd kənd orta məktəbi də indi onun
adını daşıyır.
Tədbirlərdə Bayramın atası Məhəmməd kişidən də-
fələrlə bu sözləri eşitmişəm. ”Mən Bayramın ölümünə
heyifsilənmirəm. Çünki biz ogulu vətən üçün böyüdürük.
O, da vətən yolunda getdi, dogulub tərbiyə aldıgı öcagın
adına layiq iş gördü. Mən bununla ancaq fəxr edirəm”.
Daşaltı və Meşəli hadisələrində həlak olan azərbay-
canlıların cəsədlərinin çıxarılmasında yaxından iştirak
edən Bayram Kəlbəcərə köməyə gedərkən qəhrəman-
casına şəhid oldu. Köməyə gedən dəstə Kəlbəcərin bir
kəndinə yetişəndə görürlər ki, 12 nəfər hərbiçi bir həyətə
gələrək evdəki mebeli maşına yükləməyə başladılar.
Əvvəl hesab edirlər ki, bizimkilərdir. Yaxınlaşanda eşi-
95
dirlər ki, ermənicə danışırlar. Şiddətli atışma başlayır.
Qaçıb canlarını qurtara bilməyən ermənilər girib evdə
gizlənirlər. Bizimkilər tərəfindən atılan qrantamyot atəşi
evdə şiddətli yangını səbəb olur. Bayram yoldaşlarına
deyir ki, məni arxadan qoruyun, girib onların qulaq-
larından tutub sürüyüm bayıra. Yoldaşları evin sonacan
yanıb qurtarmasını gözləməyi məsləhət bilsələr də o,
razılaşmır. Qapını açaraq evə daxil olur. Yaralı halda
ölümünü gözləyən erməni bu zaman əlindəki qumbaranı
onun ayaqları altına atır. Bayram da əlindəki qumbaranı
düşmən tərəfə tullayır. Evdə olan 8 erməni döyüşçüsünün
hamısı həlak olur.
Yaralı halda bayıra çıxan Bayramı yoldaşları UAZ
markalı maşınla Kəlbəcərə gətirirlər. Yolda maşını
saxlatdırıb: məni yerə düşürün deyir. Agır vəziyyətdə
Laçına sarı boylanıb: ”Heyif səndən, ay Laçın” söyləyir.
Aglayan yoldaşlarına üzünü tutub: ”Niyə aglayırsınız?
Fəxr edin ki, qardaşınız şəhid olur” deyir.
Həyatda cəmi 22 il yaşayan və ölümündən 20 il ötən
Bayram Məmmədovun şərəfli ömür yolu bugünkü gənclər
üçün ən böyük nümunə və örnəkdir. Qoy onlar belə qəh-
rəmanlarımızdan nümunə götürərək, bu gün işgal altında
olan torpaqlarımızın azadlıgı ugrunda mübarizəyə hər
zaman hazır olsunlar.
Dostları ilə paylaş: |