ĠĠkar məHƏMMƏDƏLĠ oğlu qasimov



Yüklə 6,18 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix31.01.2017
ölçüsü6,18 Mb.
#6982
1   ...   4   5   6   7   8   9   10   11   12

Laçın gözləyir 
      Dəli dağdan aşan bulud ağlayır, 
İldırımlar zirvələri dağlayır, 
Sellər axır, dərələri gurlayır, 
       Dağıdır qayasın, daşın, gözləyir
   Atlanın igidlər, Laçın gözləyir! 
 
*** 
 
   

 
193 
                  Kəklikləri narahatdır yuvada, 
                  Qartalları yol gözləyir səmada, 
                  Bayquş yiyə durub gülüstan yurda
                  Bülbül tökür gözdən yaşın, gözləyir, 
                  Atlanın igidlər, Laçın gözləyir! 
                                   *** 
  
                  Necə oldu, Paşa bəyin qüdrəti, 
                  Seyid Həmidin, Xosrov bəyin qeyrəti? 
                  Sultan bəy dünyaya saldı heyrəti, 
                  Ruhu yollardadır, yatmır, gözləyir, 
                  Atlanın igidlər, Laçın gözləyir! 
                                     *** 
               Varımdı o dağlar, canımdı dağlar, 
               Hopub damarıma, qanımdı dağlar, 
               Müseyiboğluyam, ağ saçlı babamdı dağlar, 
               Küləklər darayır saçın, gözləyir, 
               Atlanın igidlər, Laçın gözləyir! 
 
                                       *** 
Laçın tarixən hər bir Azərbaycanlının qəlbində, yad-
daşında  qürur,  vüqar  və  əyilməzlik  rəmzi  olmuşdur.  Bu 
torpağın mərd və cəsur oğlanları zaman-zaman öz qəhrə-
manları  ilə  bu  adı  doğrultmuş,  xalqımızın  igidlik  səlna-
məsinə  şərəfli  səhifələr  yazmışlar.  Bu  gün  laçınlılar  öz 
təşəbbüskarlığı, vətənpərvərliyi və dövlətə bağlılıqları ilə 
seçilirlər. Onlar yaşadıqları ərazidən, şəraitdən asılı olma-
yaraq qürurla yaşayır və çalışırlar. İnanır və ümüd edirlər 
ki,  düşmənə  layiqli  cavab  verəcək,  Laçın,  eləcə  də  işğal 
altında olan bütün ərazilərimiz düşmən tapdağından azad 
ediləcəkdir.  Qüdrətdən  səngərli,  qalalı  dağlar  yenə  də  öz 
əziz övladlarını qoynuna alacaqdır. 
 

 
194 
    Əzizim Laçın gərək, 
  Yolları açım gərək. 
İstəmirik cənnəti, 
    Bizlərə Laçın gərək. 
 
Ölkə prezidenti Cənab İlham Əliyevin bu istiqamət-
də apardığı müdrik və qətiyyətli xarici siyasət, diplomatik 
səylər,  sülh  danışıqları  laçınlıların  inam  və  ümidini  daha 
da artırır. Əks təqdirdə bütün laçınlılar Ali Baş Komanda-
nın əmrinə hazırdırlar. 
  
         BUNLAR  UNUDULMAMALIDIR 
 
 
 
1813-1828-ci ilə qədər Azərbaycanın sahəsi təxmi-
nən 410 kv., km olmuşdu.  
1813-1828-ci  illərdə  işğal  edilmiş  Azərbaycan    
əraziləri:İranın  əsarəti  altında  olan  Cənubi  Azərbaycanın 
sahəsi, təxm. 280 min kv., km, 
Rusiya  əsarəti  altında  olan  Şimali  Azərbaycanın 
sahəsi təxminən 130 min kv., km,  
1918-ci  ildə  Rusiyanın  təzyiqi  ilə  emənilərə 
verilmiş İrəvan xanlıgının  sahəsi, 9 min kv., km,  
  Rusiya əsarəti altındakı Dərbənd xanlıgının sahəsi, 
7 min kv., km, 
  1918-1920-ci  illərdə  Azərbaycan  Xalq  Cümhu-
riyyətinin  quruldugu  ərazinin  sahəsi,  təxminən114  min 
kv., km, 
  1920-ci  ildə  AXC-i  işgal  edən  rus  sovet  impe-
ryasının  bölüşdürdüyü Azərbaycan əraziləri:  
  Ermənistan  Sovet  Sosialist  Respublikasının  qis-
mən  nəzarətinə  verilən  Zəngəzur,  Göyçə,  Şərur,  Dərələ-
yəz,  Dilican  və  gürcülərin  qismən  nəzarətinə    verilən  

 
195 
(Gürcüstan  Sovet  Sosialist  Respublikası)    Borçalı-  bir-
likdə sahəsi təxminən 27,4 min kv., km,  
1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış 
Azərbaycan Sovet Sosialist  Respublikasının sahəsi, 86, 6 
min kv, km. olmuşdur. 
 
Azərbaycanın 1988-1993-cü illərdə iĢgal   
                      edilmiĢ əraziləri: 
 
 
№ 
Rayon
-ların 
adı 
Sahə
-si 
Kənd 
və  di-
gər  ya-
ĢayıĢ 
mənt.  
ĠĢğal 
zama-
nı  əha-
lisi 
ĠĢğal 
olundu
ğu 
tarix 
ġəhid-
ləri 
Milli 
qəh-
rə-
man-
ları 

Xan-
kəndi 
302 
kv.k
m. 
25 
(25) 
18000
nəfər 
1991 
102 
nəfər 
 
       


Xoca-
vənd 
1458 
kv.k
m. 
84 
(84) 
10648 
nəfər 
02.10 
1992 
145 
nəfər  
 
       


Xocalı  936 
kv.k
m. 
53 
(53) 
12000
nəfər 
26.02. 
1992 
 
613 
10 
nə-
fər 

Şuşa 
289 
kv.k
m. 
39 
(39) 
24900 
nəfər 
08.05. 
1992 
195 
nəfər 

nə-
fər 

Ağdə-
rə 
1705 
kv.k
m. 
58 
(58) 
14000
nəfər 
17.06. 
1993 
145 
nəfər 
 
      - 

Laçın  1835 
kv.k
m. 
126 
(126) 
60000
nəfər 
17.05. 
1992 
328 
nəfər 

nə-
fər  

 
196 

Kəlbə-
cər 
1936 
kv.k
m. 
124 
(124) 
55000 
nəfər 
02.04. 
1993 
217 
nəfər 

nə-
fər 

Ağ-
dam 
1154 
kv.k

138 
(80)  
1531 
54 
nəfər 
23.07. 
1993 
538 
nəfər 
1
15 
nə-
fər 

Füzuli  1386 
kv.k
m. 
 75 
(51) 
95940 
nəfər 
23.08 
1993 
528 
nəfər 

nə-
fər 
10  Cəbra-
yıl 
1050 
kv.k
m. 
 91 
(90) 
52640  
nəfər 
23.08. 
1993 
351 
nəfər 

nə-
fər 
11  Qubad
-lı 
826 
kv.k

 95 
(95) 
31300 
nəfər  
31.08. 
1993 
232 
nəfər 

nə-
fər 
12  Zəngil
an 
707 
kv.k
m. 
 83 
(83) 
35500 
nəfər 
29.10. 
1993 
191 
nəfər 

nə-
fər 
 
 
Qeyd:  Cədvəldə  kənd  və  digər  yaşayış  məntəqələ-
rinin sayı sütununda, mötərizədə göstərilmiş rəqəmlər isə 
ermənilər  tərəfindən  işğal  olunmuş  kəndlərin  sayını  əks 
etdirir.  
Beləliklə, Azərbaycanın deyildiyi kimi 20 faizi yox, 
təxminən 80 faiz ərazisi işğal altındadır. 
 
 
 
 
 
 

 
197 
NƏTĠCƏ 
 
Araşdırmalar  bir  daha  təsdiq  edir  ki,  Laçın  bölgəsi 
qədim  insan  yaşayışı  məskənlərindən  biri  olmuşdur.  Bu 
yerlərdə  qalmış  türk  soylarının  və  albanların  izləri  son 
illərə  kimi-  erməni  vandalizminə  qədər    qayaüstü  təsvir-
lərdə,  qəbirlərdə,  kənd  adlarında  və  qədim  tarixi  abidə-
lərdə qalmaqda idi. Bu da təsdiqini tapır ki, bu ərazilərdə 
ermənilərin əcdadları heç vaxt məskun olmamışdır.  
Bu  qənaətə  gəlinir  ki,  Zəngəzur  qəzasının  Laçın 
bölgəsində bu günümüzü qədimlərə bağlayan qədim insan 
yaşayışı  məskənləri,  yeraltı,  yerüstü  sərvətləri,  qədim  ta-
rixi  abidələri  bir  daha  sübut  edir  ki,  bu  yerlər  Azərbay-
canın ən qədim yaşayış məskəni olmuşdur. Eyni zaman da 
bu  ərazilər həm  də Azərbaycanın  mərdlik qalası,  mübarizə 
meydanı  olmuş  və  erməni  hücumlarına  qarşı  həmişə  sinə 
gərmiş igid oğulları ilə seçilmişdir. Talan və qarət olunsa da 
illərin sınağından qürurla, vüqarla çıxmışdır.  
Aparılan  tədqiqatlar  və  ictimai  rəylər  göstərir  ki, 
ərazi  bütövlüyü  uğrunda  mübarizə  və  xalq  qəhrəmanları 
mövzusunda  araya-ərsəyə  gətirilən  hər  bir  iş  xüsusi  əhə-
miyyət  kəsb  edir.  Bu  yönümlü  mövzular  xalqın  öz  azad-
lığı,  düşmənlərə  qarşı  mübarizəsi  və  torpaqlarımızın  bü-
tövlüyü  uğrunda  canını  belə  əsirgəməyən  igid  oğul  və 
qızlarımızın  fədəkarlıqlarına  dayaqlanır.  Kitab  obyektiv 
həqiqəti    göstərmək  imkanı    verən  tarixilik  prinsipi  ilə, 
tarixi  aspektdə  yazılmışdır.  Burada  qədim  zamanlardan 
1920-ci  ilə  qədər  Laçının  qədim  tarixi,  onun  dəyərli 
ziyalılarının fəaliyyəti, dağlar qoynunda gözəl bir şəhərin 
salındığı  konkret  faktlar  əsasında  işıqlandırılmışdır.  Eyni 
zamanda  monoqrafiyada  Laçının  işğal  olunması,  onun 
oğul  və  qızlarının  göstərdiklikləri  igidliklər  şərh  olun-
muşdu.  Ən  əsası  kitabda  laçınlıların  məcburi  köçkünlük 

 
198 
illərində  yaşam  tərzləri,  onlara  göstərilən  dövlət  qayğısı 
və  laçınlıların  torpaq  həsrəti  obyektiv  şəkildə  təsvir 
olunmuşdur.  
Ermənistanın  ölkəmizə  qarşı  irəli  sürdüyü  əsassız 
ərazi  iddiaları  nəticəsində  xalqımız  bir  çox  məhrumiy-
yətlərə  düçar  oldu.  Sonda  yarım  milyondan  çox  soyda-
şımız  tarixi  torpaqlarımız  olan  Qərbi  Azərbaycandan 
zorla  qovuldu.  Daglıq  Qarabagdan  və  ona  bitişik  ərazi-
lərdən  yüz  minlərlə  vətəndaşımız  öz  ev-eşiyini  tərk  edib 
qaçqın  və  məcburi  köçkün  həyatı  yaşamaga  məhkum 
edildi. O zaman könüllülərdən ibarət milli özünümüdafiə 
dəstələri  yaradılaraq  düşmənə  müqavimət  göstərilsə  də 
rus havadarlarının köməyi və birbaşa müdaxiləsi ilə ermə-
nilər döyüşü uddu. Minlərlə şəhid verən xalqımız, müvəq-
qəti  də  olsa  ərazilərinin  20  faizini  itirmək  faciəsilə  də 
üzləşdi.  Ancaq  tərəddüd  etmədən  torpaqlarımızın  müda-
fiəsinə  qalxan  igid  ogullarımız  sinələrin  düşmənə  sipər 
edərək  Vətən sag olsun dedilər.  
Əsərdə  göstərilənlərə  və  bütövlükdə  xalqımızın 
başına  gətirilən bəlalara qarşı vətən uğrunda canını əsir-
gəməyən  soydaşlarımızın  qəhrəmanlıqları  gənclərimiz 
üçün bir örnək, nümunə olmalıdır. Onlar torpaqlarını düş-
məndən azad etmək üçün lazım gələn anda Sultan bəyin, 
Xosrov  bəyin,  neçə-neçə  şəhidlərimizin  ruhuna  and  içib 
döyüşə  getməli  və  qələbə  ilə  qayıtmalıdırlar.  Bu  əmin-
liklərin  əsasını  kitabda  ümumiləşdirilmiş  şəkildə  təsvir 
olunan  qəhrəmanlıq nümunələri təşkil edir.  
Tarix  boyu  Laçın  torpağında  gözü  olan  bədxah 
qonşularımız  buna  nail  ola  bilməmişdir.  Eləcə  də  son 
Qarabağ  müharibəsində  1988-1993-cü  illərdə  köməksiz 
əhali  düşmənin  hücumlarını  mərdliklə  dəf  etmiş,  ermə-
nilərin  Dağlıq  Qarabağa  daxil  olmasına  imkan  vermə-
mişdir. Lakin, vəziyyət elə gətirdi ki, Laçın rayonu işğal 

 
199 
olundu.  Ancaq  Laçın  son  ana  qədər  düşmənlə  döyüşdü, 
yüzlərlə  oğul  və  qızlarımız  şəhid  oldu,  əsir  düşdü,  özlə-
rinin və qalan nəslinin namusınu qorumaq üçün neçə-neçə 
laçınlı-kəlbəcərli  qadınlarımız  əl-ələ  verərək  özlərini  qa-
yadan atdı və yaxud intihar etdi. Elə doğulduğum Cicimli 
kəndi  və  yaxından  tanıdığım  Qazıdərəsi  kəndindən  7 
nəfər,  Güləbird  kəndindən  isə  12  nəfər  ağır  döyüşlərdə 
şəhid  oldu.  Beş  nəfər  laçınlı  Azərbaycanın  milli  Qəhrə-
manı kimi yüksək ada layiq görüldü.  
Qüvvələrin  qeyri-bərabərliyi  digər  tərəfdən  həmin 
vaxtdan  ölkədə  baş  verən  hakimiyyət  böhranı,  daxili 
qarşıdurma və xəyanətkarlıq halları erməni quldurla-rının 
qalib  gəlməsinə  və  Laçının  bütövlükdə  işğalına  səbəb 
oldu. Tarixi torpaqlarından zorla didərgin salınmış insan-
ların  yaşayış  şəraitinin  yaxşılaşdırılması  ümummilli  lider 
Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə 
qayıdışından sonra dövlət və hökumət qarşısında dayanan 
prioritet  məsələlər  səviyyəsinə  qaldırılmış  və  bu  istiqa-
mətdə çox ciddi addımlar atılmışdı. Həmin kurs Azərbay-
can  Respublikasının  Prezidenti  İlham  Əliyev  cənabları 
tərəfindən  bu  gün  daha  geniş  şəkildə  davam  etdirilmək-
dədir.  Ölkə  rəhbərinin  digər  qaçqın  və  məcburi  köçkün-
lərlə  yanaşı  laçınlılara  göstərdiyi  diqqət  və  qaygının 
nəticəsi  olaraq  Taxta  Körpü  və  məcburi  köçkünlərin  sıx 
məskunlaşdıgı  digər  ərazilərdə  geniş  miqyaslı  tikinti-
quraşdırma  və  abadlıq  işləri  həyata  keçirilmişdir.  Son 
illərdə  həyata  keçirilən  işlərin  nəticəsi  olaraq  rayonun 
bütün icra strukturlarının fəaliyyət göstərdiyi Taxtakörpü 
qəsəbəsi  abad  və  yaraşıqlı  bir  yaşayış  məntəqəsinə 
çevrilmişdir.  
Cənab  İlham  Əliyevin  dəstəyi  və  laçınlılara  olan 
qayğısı  sayəsində  verdiyi  sərəncamlarla  Laçın  şəhərinin 
85  illiyi  2009-cu  ilin  fevralında,  Minkənd  kənd  orta 

 
200 
məktəbinin 120 illiyi isə 2010-cu ilin fevralında təmtəraqlı 
şəkildə qeyd olunmuşdur. Son üç ildə rayonun təhsil işçilə-
rindən  3  nəfər  əməkdar  müəllim  adı,  3  nəfər  Tərəqqi  me-
dalı almış, 2 nəfərə Təhsil nazirliyinin, 11 nəfərə isə rayon 
İcra Hakimiyyətinin Fəxri Fərmanları verilmişdir (27,14).   
2010-cu ildə inşasına başlanılan və 24 dekabr 2011- 
ci  il  tarixində  Azərbaycan  Respublikasının  Prezidenti 
cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın da 
iştirak  etdiyi  açılış  mərasimindən  sonra  daha  552  laçınlı 
məcburi  köçkün  ailəsi  abad  və  rahat  mənzillərə  köçü-
rülmüşdü. Bütün bunlar ondan xəbər verir ki, zorla  tarixi 
torpaqlarından  qovulan  insanlar  öz  dogma  ev-eşıklərinə 
qayıtmayana  qədər  qaçqın  və  məcburi  köçkün  problemi 
ölkə  rəhbərliyinin  diqqətində  bir  saylı  məsələ  olaraq 
qalacaqdır.   
Əlbətdə  bütün  bunlar  müvəqqəti  xarakter  daşıyır. 
Azərbaycan dövləti və hökuməti tərəfindən nə qədər çox 
diqqət və qaygı göstərilsə də hər bir laçınlı öz isti ocagına 
qayıdacagı günü böyük səbirsizliklə gözləyir və o günün 
gələcəyinə  inanır.  Çünki  orada  onları  müqəddəs  torpaq, 
əzizlərinin  məzarları  və  yüzlərlə  niga-ran  şəhid  ruhu 
gözləyir. 
Xalqımıza  qarşı  törədilən  faciələrin  belə  geniş 
miqyas  olmasının  və  son  dərəcə  ağır  nəticələrə  gətirib 
çıxarmasının başlıca səbəbi, o illərdə respublikamıza rəh-
bərlik  edən  şəxslərin  təsirli  tədbirlər  görə  bilməməsi    və 
kölə  psixologiyasının  təsirindən  çıxa  bilməyərək,  Mos-
kvanın diktəsi ilə hərəkət etmələri olmuşdur. Bu il respub-
likamız  Xocalı  soyqırımının  baş  verməsinin  20  ilini 
böyük  ürək  ağrısı  ilə  qeyd  etdi.  May  ayında  isə  Laçının 
işğalının 20 ili qeyd olunacaq. Ancaq çox təssüflər olsun 
ki,  beynəlxalq  aləmin  ölkəmizə  qarşı  yeritdiyi  ikili 

 
201 
standartların nəticəsi olaraq  günahkarları hələ də öz cəza-
larını almamışdır.  
Buna  görə  də  vaxtaşırı  olaraq  mətbuatda,  televi-
ziyada  işğal  olunmuş  ərazilərimiz-  əzəli  Azərbaycan  tor-
paqları  olan  Zəngəzur,  Göyçə,  İrəvan,  Dərbənd,  Borçalı, 
Qarabağ hətta son illərdə işğal olunmuş Qarabağ ətrafı 7 
rayon  haqqında  danışılmalıdır.    Bədnam  qonşularımızın 
mənfur  xisləti,  habelə  onlara  himəyadarlıq  edən  dövlət-
lərin  ikili  standart  siyasəti  barədə  yazmaq,  verlişlər 
hazırlamaq,  qəzetlərdə  xüsusi  rubrika  açmaq  bu  gün 
xüsusilə  vacibdir.  Habelə  bu  yönümdə  yazılan  tarixi  və 
bədii  əsərləri,  monoqrafiyaları  müxtəlif  dillərdə  nəşr 
etdirib  dünyaya  yaymaq  istiqamətində  görülən  işləri  bu 
gün daha da genişləndirmək lazımdır. Ən əsası bilməliyik 
ki, böyüməkdə olan gənc nəsil bir çox həqiqətləri təfərüatı 
ilə bilmir. Bunu nəzərə alaraq  başlıca məqsədimiz böyü-
məkdə  olan  nəsli  vətənpərvərlik  ruhunda  tərbiyə  etmək 
olmalıdır.  Biz  heç  nəyi  gözləmədən  ermənilərin  əli  ilə 
xalqımızın  başına  gətirilən  faciələrdən  ibrət  dərsi  götür-
məli,  bu  gün  dünyanın  sürətlə  inkişaf  edən  ölkələri  ara-
sında  olan  və  öz  müstəqilliyini  ilbəil  daha  da  möhkəm-
ləndirən  respublikamızın  bundan  sonra  güclənməsi  üçün 
əlimizdən  gələni  etməliyik.  Çünki,  20  ildən  çoxdur  ki, 
erməni işğalı altında qalan torpaqlarımızın azadlığı, doğ-
ma  yurdyuvamıza  qayıtmağın  yolu  ancaq  bizim  gücü-
müzdən və inkişafımızdan keçir. Müasir dünya sülh istə-
yir, inanırıq ki, bizim işimiz haqq işi olduğuna görə geci-
tezi  qalib  gələcəyik.  Qalibiyyətə  gedən  yol  isə  bir  neçə 
mərhələdən keçir. Milli birlikdən, dövlətimizin güclənmə-
sindən, regionda söz və güc sahibi olmasından və uğurlu 
xarici siyasətdən. Hazırda ölkəmizdə cənab prezidentimiz 
İlham  Əliyevin  rəhbərliyi  altında  bu  sahələrdə  uğurlu  və 
məqsədyönlü  iş  aparılır.  Bütün  bunlar  isə  millətini  və 

 
202 
torpağını  sevən  hər  kəsin  ürəyindən  xəbər  verir  (25).  Bu 
kitab  Laçının  işğalının  20-ci  ilində  Laçın  şəhidlərinin 
xatirəsinə ucaldılmış kiçik bir abidədir. İnanırıq ki, böyük 
abidəni  biz  Laçın  rayonunu,  eləcə  də  bütün  işğal  altında 
olan  torpaqlarımızı  düşmən  tapdağından  azad  edib, 
Laçının ən görkəmli yerində  Qarabağ  şəhidlərinə  abidə  
kompleksi  tikəcəyik.  Bununla da bu abidə keçmişimizə 
ehtiram,  düşmənə  nifrət,  vətənpərvərliyə  isə  bir  çağırış 
simvolu olacaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
203 
 
 
        Ġstifadə edilmiĢ ədəbiyyat 
  
1.”Azərbaycan” qəzeti qəzeti, 13 mart 2001-ci il. 
2.”Azərbaycan” qəzeti qəzeti, 27 mart 2007-ci il. 
3. “Azərbaycan” qəzeti,  11 yanvar  2011-ci il. 
4. “Azərbaycan” qəzeti,  25 dekabr  2011-ci il. 
5. Abbasov F. Laçın. Bakı, 1978. 
6. Cabbarov M.M. Mənim Laçınım. Bakı, 1995. 
7. Cabbarov X.M. Mən Laçınam. Bakı, 2006.   
 8.“Doğru yol” qəzeti,  12 mart 1993-cü il. 
 9. Elbrus Şahmar. Torpaq həsrəti. Bakı, 2008. 
10.”Xalq qəzeti”,  28 mart 2007-ci il. 
11.”Xalq qəzeti”,  8 fevral 2008-ci il. 
12.“Xalq qəzeti”,  10 fevral 2008-ci il. 
13.”Xalq qəzeti”,  18 dekabr   2010-cu il. 
14.Qasımov Ş.M. Xalq qəhrəmanı Sultan bəy, Bakı, 2009. 
15.Qənimətoğlu R. Həkərinin qəm nəğməsi. Bakı, 2004. 
16.Laçın 85. Xüsusi buraxılış. Bakı, 2009.  
17. Laçın Rayonu, bületen, Bakı, 2011. 
18. Laçın yurdu,  Baki, 2011,  №1(1). 
19.” Laçın qəzeti”,  10  fevral  2010-cu il. 
20. “Laçın qəzeti”,  31 mart 2010-cu il. 
21. “Laçın” qəzeti, 16 aprel 2010-cu il.  
22.”Laçın” qəzeti, 12 iyun 2010-cu il.  
23.”Laçın” qəzeti, 20 noyabr 2010-cu il.  
24. “Laçın” qəzeti, 16 fevral 2012-ci il.  
25. “Laçın” qəzeti, 16 aprel 2012. 
26.Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur    
      bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin  
      siyasəti (1917- 1921-ci illər),  Bakı, 1996. 
27.Minkənd orta məktəbinin 120 illiyi münasibəti ilə    

 
204 
      xüsusi buraxılış,  Bakı,  2010. 
28.Mərdlik qalası Laçın,  Bakı,  2009. 
29. “Respublika” qəzeti, 26 mart 2002-ci il. 
30.“Respublika” qəzeti,31 mart 2004-cü il. 
31.“Respublika” qəzeti, 10 dekabr 2006-cı il. 
32.“Respublika” qəzeti, 12 dekabr 2006-cı il. 
33.“Respublika” qəzeti, 31 mart 2007-ci il. 
34.Rayon İcra hakimiyyətinin 2010-cu il hesabatı. 
35.Rayon İcra hakimiyyətinin 2011-ci il hesabatı. 
36.Səlimov A. Ora vətəndir,  Bakı,  2009. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
205 
 
 
 
   ġĠKAR MƏHƏMMƏDƏLĠ OĞLU QASIMOV 
 
 
 
 
                 ƏSĠRLĠKDƏ QALAN LAÇIN 
 
  
 
 
---------------------------------------------- 
Kompyüter dizaynı: İlqar Qasımzadə 
Kompüter yığımı: Aysel Məmmədova  
Yığılmağa verilmişdir: 
Çapa imzalanmışdır: 
             Sifariş № 
Format: Həcmi Tirac: 1300 
 

 
206 
ġikar Məhəmmədəli oğlu Qasımov Laçın rayonu-
nun  Cicimli  kəndində  anadan  olmuşdur.  1981-ci 
ildə  Pedoqoji  İnstitutunun  tarix  fakültəsini  fərq-
lənmə diplomu ilə bitirmişdir. 1981-1985-ci illərdə 
Laçın  rayonunda  tarix  müəllimi,  1985-1987-ci  il-
lərdə  Abşeron  rayon  mədəniyyət  şöbəsində  və 
diyarşünaslıq  muzeyində  elmi  işçi  vəzifələrində 
işləmişdir. 1987-ci ildən isə AzPİ-nin Sov.İKP tari-
xi  kafedrasında  (AzTU)  işləyir.  Kafedrada  labo-
rantlıqdan, baş laborant, müəllim, dosent və kafed-
ra müdüri vəzifələrinədək yüksəlmişdir.  
1990-ci  ildə  AEA-nın  Tarix  İnstitutunda  na-
mizədlik  dissertasiyasını  müdafiə  edərək  alimlik 
dərəcəsi  almışdır.  1992-ci  ildə  AzTU-nun  Tarix 
kafedrasında müəlim vəzifəsindən birbaşa kafedra-
nın dosenti vəzifəsinə seçilmişdir. 1995-ci ildən isə AzTU-nun HİK-in sədr müavini 
və  1995-ci  ildən  2001-ci  ilə  kimi  «MBM» fakultəsində  dekan  müavini  vəzifəsində 
işləmişdir.  1993-1996-cı  illərdə  özəl,  Azərbaycan  Milli  Uni-versitetində  «Tarix  və 
Fəlsəfə»  kafedrasının,  1996-1998-ci  illərdə  Azərbaycan  Dövlət  Dəniz  Akademi-
yasında «Humanitar fənlər» kafedrasının müdiri vəzifələrində işləmişdir. 
2001-2006-cı illərdə AzTU-da tərbiyə işləri üzrə prorektor və AzTU-nun orqanı 
olan «Ziya» qəzetinin baş redaktoru işləmişdir. 2002-ci ildən bu günədək isə «Tarix» 
kafedrasının  müdiri  vəzifəsində  çalışır.  2008-ci  ildə  AMEA-nın  Tarix  İnstitutunda 
doktorluq dissertasiyasını müdafiə etmişdir. 218-dən çox elmi, metodik və publistik 
məqalənin,  o  cümlədən  «Azərbaycan  SSR  yaradıcılıq  ittifaqlarının  yaranması  və 
fəaliyyəti  (1920-30-cu  illər),  Bakı,  2007,  «Azərbaycan  yaradıcı  ziyalıları  sovet 
hakimiyyəti  illərində  (1920-1940-cı  illər),  Bakı,  2009  və  “Xalq  Qəhrəmanı  Sultan 
bəy”,  Bakı,  2011  monoqrafiyalarının  müəllifidir.  Onun,  Moskvanın,  Dağıstanın, 
Türkiyənin və Kiyevin elmi jurnallarında 10-dan çox məqaləsi çap olunubdur. 2011-
ci  ilin aprel  ayında  Kiyev şəhərində  keçirilmiş Beynəlxalq elmi-praktik  konfransda 
iştirak  etmişdir.  «Türk  xalqlarının  tarixi»,  «Siyasi  tarix»  dərs  vəsaitinin  rəyçisi, 
«Peyğəmbərə  100  sual»  kitabının  isə  redaktoru  və  rəyçisi  olmuşdur.  10-dan  çox 
namizədlik  və  doktorluq  dissertasiyalarının  aftoreferatlarına  rəy  vermiş  və  rəsmi 
opponent olmuşdur. 
Azərbaycan  Respublikasının  Prezidenti  Cənab  İlham  Əliyevin  sərəncamı  ilə 
2011-ci ilin noyabrında “Tərəqqi” medalı ilə təltif olunubdur.   
Qarabağ  müharibəsi  veteranıdır.  Ailəlidir,  iki  övladı,  bir  nəvəsi  var.  Qızı  orta 
məktəbdə  müəllimə  işləyir,  oğlu  isə  Azərbaycan  Tibb  Universitetinin  müalicə  işi 
fakültəsini bitirmişdir, həkimdir. 
Ən  böyük  arzusu  torpaqlarımızın  işğaldan  azad  olduğu  günü  görmək,  doğma 
Laçını və onun bir parçası olan Cicimli kəndini ziyarət etməkdir. 

Yüklə 6,18 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin