Nəbinin döyüĢ yolu gənclər üçün örnəkdir
Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü əsassız
ərazi iddiaları nəticəsində xalqımız bir çox məhrumiy-
yətlərə düçar oldu. Sonda yarım milyondan çox soyda-
şımız tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan
zorla qovuldu. Daglıq Qarabagdan və ona bitişik ərazi-
lərdən yüz minlərlə vətəndaşımız öz ev-eşiyini tərk edib
96
qaçqın və məcburi köçkün həyatı yaşamaga məhkum
edildi.
O zaman könüllülərdən ibarət milli özünümüdafiə
dəstələri yaradılaraq düşmənə müqavimət göstərilsə də
rus havadarlarının köməyi və birbaşa müdaxiləsi ilə ermə-
nilər döyüşü uddu. Minlərlə şəhid verən xalqımız, müvəq-
qəti də olsa ərazilərinin 20 faizini itirmək faciəsilə də
üzləşdi. Tərəddüd etmədən torpaqlarımızın müdafiəsinə
qalxan ogullar sinələrin düşmənə sipər edərək “təki vətən
sag olsun” dedilər. Belə ogullardan biri də Nəbi idi.
İsmayılov Nəbi İmran oglu 1969-cu ildə Laçın
şəhərində anadan olmuşdu. üç bacının bir qardaşı idi.
Gəlişilə ailəyə hədsiz sevinc bəxş etmişdi. Atası İmran,
anası Minayə və bacıları Nəbinin böyüyüb boya-başa
çatmasını səbirsizliklə gözləyirdilər. 1976- cı ildə Laçın
şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olan Nəbi
1986 cı ildə orta məktəbi bitirdi.
Məktəb illərində özünü nümunəvi şagird kimi
göstərən Nəbi müəllimlərinin sevimlisi idi. Dərs zamanı
diqqətini tədris edilən fənnə və müəlliminə yönəltsə də
təbiətindəki çılgınlıq müəllimlərinin diqqətindən yayın-
mazdı. Bu xarakteri onu çılgın bir yeniyetmə kimi forma-
laşdırırdı.
Orta məktəbi bitirdiyi ili Sovet ordusu sıralarına
çagrılmış, 1988-ci ildə tərxis olunaraq dogma Laçına
qayıtmışdı. Arzusu ali təhsil almaq, elinə-obasına səriştəli
bir mütəxəssis kimi xidmət etmək idi.
Lakin Sovet imperiyasının sonunun yaxınlaşması və
yaranmış şəraitdən istifadə etməyə çalışan erməni mil-
lətçilərinin qaldırdıgı əsassız ərazi iddiaları bir çoxları
kimi, Nəbinin də bu arzusunu ürəyində qoydu. Tez-tez
erməni silahlılarının hücumuna məruz qalan əhali ittifaq
rəhbərliyindən və respublika hökumətindən bir kömək
97
olmadıgını görüb yerli özünümüdafiə dəstələri yaratmaq
məcburiyyətində qalmışdı. İlk növbədə Daglıq Qarabagda
və sərhədyanı rayonlarda yaradılan bu dəstələr düşmənə
layiqli cavab verirdilər. Laçında ilk özünümüdafiə dəs-
tələri yaradılarkən könüllü yazılanlardan biri də Nəbi
oldu. Digər silahdaşları kimi o da belə çətin şəraitdə evdə
yatıb dincəlməyi, arın-arxayın gəzib dolanmagı özünə
sıgışdırmadı. Təbiətən çılgın olması onu emosional bir
gəncə çevirmişdi. Düşmənlə döyüşdə son dərəcə amansız
və qətiyyətli idi. Erməni quldurlarının ərazilərimizə təşkil
etdikləri hücumlar onu hiddətləndirir, tezliklə müqəddəs
torpaqlarımızdan düşmən ayagının kəsilməsi istiqamətin-
də bacardıgından da artıq çalışmaga cəhd göstərirdi.
1990-cı ilin əvvəllərində Laçın rayonunda 811 saylı
hərbi hissə təşkil ediləndə də ora ilk müraciət edənlərdən
biri Nəbi oldu. Bundan sonra onun döyüş yolu rayonun
Ermənistanla həmsərhəd əraziləri ilə məhdudlaşmadı.
Harada zərurət duyulurdusa oraya birinci can atanlardan
oldu Nəbi. Onun mənalı və şərəfli döyüş yolu bu gün
gənc nəsil üçün gözəl örnəkdir. Gənclərimiz onun kimi
yaşamaq, vətəni sevmək və qəhrəman olmaq istəyirlər.
Nəbinin Laçından başlanan döyüş yolu Daglıq
Qarabag ərazisinə, Şuşaya, Şuşaətrafı kəndlərə- Kərki-
cahana, Daşaltına və Qubadlı rayonunun Ermənistanla
həmsərhəd ərazilərinə qədər uzandı. Digər döyüşçü
yoldaşları kimi onun da ən böyük arzusu erməni quldur-
larının ayagını müqəddəs torpaqlarımızdan kəsmək, onları
layiq olduqları üsulla cəzalandırmaq idi. Döyüş zamanı
düşmənin üzləşdiyi agır durum və verdikləri itki onda bö-
yük ruh yüksəkliyi yaradırdı. Məcburiyyət qarşısında ev-
eşiyini tərk etmiş insanların qayıdışını böyük səbirsizliklə
gözləyirdi. Yalnız bundan sonra arxayın nəfəs alacagını
və dincələcəyini söyləyirdi. Komandirlər və yoldaşları
98
ona bir neçə günlüyə evlərinə getməyi təklif edəndə də o,
bundan imtina edir, tezliklə hücuma keçmək istədiyini
bildirirdi.
1992-ci ilin iyul ayının ortaları idi. Laçın şəhərinin
və kəndlərin əhalisi yerində olmasa da hərbiçilərimiz hər
bir məntəqə ugrunda qəhrəmancasına mübarizə aparır,
nəyin bahasına olursa-olsun düşməni ələ keçirdiyi mövqe-
lərdən vurub çıxarmaq istəyirdilər. Demək olar ki, hər bir
qarış torpaq, hər bir daş ugrunda şiddətli mübarizə aparı-
lırdı. Təəssüf ki, arxadan lazımı köməyin gəlməməsi və
ordu hissələri arasında olan əlaqəsizlik bu döyüşlərin
düşmənin tam məglubiyyəti ilə başa çatmasına imkan
vermirdi.
Yuxarıda qeyd etdiyimiz kimi iyul ayının 14-də belə
döyüşlərin biri Laçının Səfian kəndi ugrunda aparılırdı.
Kənddə möhkəmlənmiş düşmən qüvvələri geri çəkilmək
istəmir, bizimkilər isə strateji əhəmiyyətə malik məntə-
qələri ələ keçirməyə cəhd göstərirdilər. Nəbiyə və yoldaş-
larına tapşırıq verilmişdi ki, nəyin bahasına olursa-olsun
qarşıdakı yüksəklikdən düşmən qüvvələrini sıxışdırıb çı-
xarmaq və orada möhkəmlənmək lazımdır.
Bir neçə saat əvvəl başlanan döyüş sona çatmaq
üzrə idi. Bizimkilərin açdıgı şiddətli atəşə davam gətir-
məyən düşmən yavaşyavaş mövqelərini tərk etməyə baş-
lamışdı. Döyüşçülərimiz komandanlıq tərəfindən verilən
tapşırıqları başa çatdırmaq ərəfəsində idilər. Qəflətən düş-
mən snayperinin açdıgı atəş bu döyüşdə də öz cəsarətilə
yoldaşlarından fərqlənən Nəbini yaxaladı.
1992-ci ilin isti yay günlərində Agcəbədi rayonunun
114 saylı peşə məktəbində sıgınacaq tapan ailə üzvüləri
Nəbinin özünü gözlədikləri halda cənazəsi ilə üzləşdilər.
Nə qədər arzuları var idi atası İmranın, anası Minayənin
və bacılarının. Hamısı bir anda puç oldu. İndi onların
99
yeganə arzusu Nəbinin ugrunda qurban getdiyi dogma
Laçına qayıtmaq, onun döyüşdüyü əraziləri ziyarət et-
məkdir. Təsəlli yerləri isə Nəbinin Agcəbədi şəhər qəbris-
tanında yerləşən məzarıdır.
Ruhun şad olsun, Vətən oglu. O gün olsun ki, Laçın
göylərində dolaşan nigaran ruhun dogmalarına qovuşsun
və rahatlıq tapsın.
Qeyri-adi Qəhrəmanlığa malik olan kəĢfiyyatçı
Cabbarov İlyas Vaqif oğlu
1968-ci ildə Laçın rayonunun
Güləbird kəndində anadan olmuş-
dur. İlyas hərbi xidmətini başa
vurduqdan sonra Bakıda yaşayır-
dı, kəndə az-az gəlirdi. O, Gülə-
bird özünü müdafiə dəstəsi yara-
narkən, onun fəal üzvlərindən biri
və rəhbəri olmuş, sonralar tağım
və batalyon komandiri kimi böyük
şöhrət qazanmış ən əsası vətənse-
vərliyi ilə seçilən Vaqif Cabbarovun oğlu idi.
Namərd qonşularımızın Azərbaycana olan torpaq
hərisliyi bütün xalqımızı təlatünə gətirmişdi. İlyas da
Ağdərə istiqamətində erməni işğalçılarına qarşı döyüş-
lərdə iştirak etmişdi. 1992-ci ilin yanvar-fevral aylarında
Ağdərədə ermənilərə qarşı döyüşlərdə göstərdiyi qəhrə-
manlıqlara görə kəşfiyyat bölüyünün rəhbəri kimi yol-
daşları arasında böyük hörmət qazanmışdır. Kənd sakin-
lərinin dediyinə görə o doğma kəndinə arasıra gedərmiş
və gedəndə də özü ilə hərbi sursat da apararmış. İlyas
eşidir ki, doğma kəndi Güləbirdin və ətraf Cicimli,
Qazıdərəsi kəndlərinin vəziyyəti gərginləşib, onda Gülə-
100
birdə gəlir və ərazi müdafiə batalyonuna rəhbərlik edir.
Az zaman çərçivəsində İlyas erməni silahlı qüvvələrinə
qarşı döyüşlərdə böyük igidliklər göstərir.
1992-ci ilin sentyabrında Susuzdağ və Qızartı kimi
yüksəkliklərin ələ keçirilməsində İlyasın kəşfiyyat rota-
sının böyük xidməti olmuşdur.
1992-ci ilin oktyabr ayında Güləbird kəndindən
Laçın istiqamətinə hücum əmri verilir. Səhərə yaxın dörd
istiqamətdə başlanan hücum da yenə də əməliyyatın
böyük hissəsi kəşfiyyatın üzərinə düşmüş, saat 11-12 ra-
dələrində Fərəcan, Dəhan, Tərxanlı, Dəyirmanyalı kənd-
ləri düşməndən azad edilir. Tərxanlı kəndində erməni-
lərin qoyub qaçdığı bir BMP və bir tankı İlyas ələ keçirib
hərbi hissəyə təhvil verir. Bütün bu gedən əməliyyatların
fəal iştirakçısı, təcrübəli döyüşçü Ramiz Əmirov qəhrə-
manlıqlarla dolu o ağır günləri belə xatırlayır. Laçın rayo-
nunun mərkəzinə hava xətti ilə 10 km məsafə qalırdı.
Qarabağda Ermənistanı birləşdirən əsas mərkəzi yol
Laçından keçirdi. Zenit qurğularını idarə edən İlyas Laçı-
nın mərkəzi yoluna tam nəzarət edirdi. Qarabağ tərəfdən
gələn maşın karvanı və piyada qaçan ermənilər özlərini
tam itirmişdi. Axşam yeməyində biz, İlyas, Ələsgər,
Yaqub və bir neçə yoldaşlarımızın gətirdiyi “turşsu”nu
içdik. Doğurdan da deyim ki, İlyasda qeyriadi bir qəhrə-
manlıq hiss olunurdu.
Oktyabr ayının 15-ə qədər Azərbaycan ordusu Laçın
rayonunun 85
0
/
0
-ə nəzarət edirdi. İlyas nə biləydi ki,
hakimiyyətə can atan, Qurana əl basan insanlar (Quran
onlara qənim olacaq) Qarabağı və ətraf rayonları sata-
caqlar (15,87).
Ancaq İlyas kimi minlərlə Azəri oğlu mərdliklə
erməni quldurlarına qarşı amansız döyüşlər aparmışlar...
101
Doğma Laçınımızın bir parçası olan Güləbird kən-
dinin igid oğlanlarından biri İlyas Vaqif oğlu Cabbarov
1993-cü il iyul ayının 20-də düşmən arxasından qayı-
darkən Laçının Xanallar kəndi yaxınlığında minaya düşür
və gözlərini əbədi yumur. O, Güləbird kəndində Sarı qa-
yanın altında dəfn edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin 9 oktyabr 1994-cü il 218 saylı fərmanı ilə Cab-
barov İlyas Vaqif oğlu ölümündən sonra Azərbaycan Res-
publikasının torpaqlarının erməni işğalçılarından müda-
fiə edilməsində gğstərdiyi xüsusi xidmətlərə görə, şəxsi
igidlik və şücaətlərə görə “Azərbaycan Bayrağı” ordeni
ilə təltif edilmişdir.
Qazıdərəsinin Ģəhid oğulları
Sumqayıt şəhidlər xiyabanında Laçın rayonunun
Qazıdərəsi kəndindən iki şəhid uyuyur. Hər kəsin bir
qisməti olur deyiblər. Cavanşirlə Fazilin də bəxtinə belə
yarımçıq ömür yazılıbmış. Nə gördülər bu az yaşlarında!
Həyata yenicə qədəm qoymuşdular ki, bədxah qonşuların
alçaq xəyanətinin şəhidi və qurbanı oldular. Ona görə
şahidi deyirik ki, respublikanın əksər yerləri erməni
təcavüzünün nə olduğunu bilmədiyi vaxtlarda sərhəddin
100-200 metrliyində olan Cicimli, Qazıdərəsi və başqa
kəndlərin bütün sakinləri bu zülmü yaşayır və mübarizə
aparırdılar. Düşmənin hər həmləsinə layiqincə cavab
verirdilər. Buna baxmayaraq müharibə itkisiz olmur,
Cicimli Qazıdərəsi camaatının 1990-cı ildə ilk şəhidi
Mehdi kişi oldu. Bu itki sanki bütün eli qisasa çağırdı.
1992-ci ilin mayına qədər bu kəndlər mərdliklə sərhəd-
lərimizin keşiyini çəkdilər. Lakin mayın 17-də bütün
102
Laçın camaatının beş ildən bəri göstərdiyi hünər xəyanət
nəticəsində alt-üst oldu.
Laçın igidləri yenə də əldə silah bölgənin şimalında
və cənubunda torpaqlarımızı azad etmək uğrunda döyüş-
lərə girişdilər. Belə gənclərdən Ağayev Cavanşir Cəmil
oğlu və Ağayev Fazil Cəlil oğlu erməni faşistlərinə qarşı
cəsarətlə vuruşaraq 1992-ci il oktyabrın 8-də qəhrəman-
lıqla şəhid oldular.
Cavanşir Cəmil oğlu Ağayev Fazil Cəlil oğlu Ağayev
Cavanşir Cəmil oğlu Ağayev 1965-ci ildə, Fazil
Cəlil oğlu Ağayev isə 1969-cu ildə Laçın rayonunun
Qazıdərəsi kəndində anadan olub, orada boya–başa çat-
mışlar. Cavanşir Şuşa kənd təsərrüfatı texnikumunu bitir-
dikdən sonra Atlas xalaya, Cəmil dayıya gəlin gətirdi.
Ömür-gün yoldaşı ilə birlikdə iki körpələrini qayğısız
böyütmək istəyirdi...
Torpağımız yağı düşmən tapdağı altına düşdüyü
zaman bütün igid oğulları-mız kimi hər iki əmioğlu da
silaha sarıldı. Ilk vaxtlar könüllü özünümüdafiə dəstə-
sinin tərkibində, sonra isə dəstə ilə birlikdə milli ordu
103
sıralarında quldurlara qarşı vuruşdular. Onlar “Xallıqaya”
və “Qızılqaya” yüksəkliklərindəki sərhəd döyüş məntə-
qələrində həmişə mərdliklə dayanmışlar. Cəsurluqları,
döyüşkənlikləri və xoş rəftarları ilə ele ilk günlərdən dö-
yüş yoldaşlarının hörmətini qazanmışdılar.
1992-ci ilin 7 oktyabrında şiddətli döyüş zamanı
ermənilər Qazıdərəsi və Məlxələf kəndlərinə qədər irəlilə-
yirlər. Oktyabrın 8-də saat 7-30-da düşmən üç istiqamətdə
Səfiyan tərəfdən, Qornidzordan Qazıdərəsi və Qayğı
tərəfinə, Xınzirəkdən isə Cicimli və “Qız qəbri” məntəqə-
sinə güclü hücuma keçdilər. “Qızılqaya” məntəqəsində
keşikdə dayanan 3 nəfər döyüşçümüz bölmə komandiri
İlyas Ağayevin rəhbərliyi altında sayca qat-qat üstün olan
erməni quldurları ilə döyüşə-döyüşə geri çəkilməyə
məcbur oldular. Döyüşçülər 2-3 km. geri çəkilib Güləbird
ətrafında “Zur dərə” deyilən yerdə mövqelərini möhkəm-
ləndirərək qeyr-bərabər döyüşə girişdilər. Batalyon
komandiri Vaqif Cabbarov 10 nəfər döyüşçü ilə onların
köməyinə gəldi. Fəqət qüvvəcə qat-qat az olan milli or-
dunun döyüşçüləri mühasirəyə düşdü. Mühasirəni çətin-
liklə yararkən batalyon komandiri V. Cabbarov, oğlu
İlyas və Bəhruz Hüseynov ağır yaralandılar, Cavanşir və
fazil Ağayevlər, eləcədə Ramiz Rüstəmov qəhrəmanlıqla
həlak oldular. Həmin döyüşdə Cavanşir 3 erməni öldür-
müş və yoldaşlarının xilas olmasında fədakarlıq göstər-
mişdir (8).
Bölmə komandiri İlyas Ağayevin dediklərindən:
Cavanşirin, Fazilin və onlardan bir az sonra şəhid olmuş
Füruzəddinin ölümü məni yaman yandırır. Onları uşaq-
lıqdan tanıyıram, qorxmaz, mərd və düşmənə qarşı aman-
sız idilər. Döyüşdə həmişə qabaqda gedirdilər. Yaxşı kəş-
fiyyatçı kimi dəstədə tanınırdılar. Iyun ayında Cicimli
istiqamətində ermənilərin hücumunun qarşısının alınma-
104
sında da hər biri şəxsi igidlik göstərdi. Bu gənclərlə
nəinki valideynləri, doğulduqları Cicimli və Qazıdərəsi
kəndləri də fəxr edə bilərlər.
Şəhidlərin dəfnindən sonra, təsərrüfatda çalışa-
çalışa kiprikləri ilə od götürüb uşaq böyüdüb, onu kişi-
liyə, sərbəst həyata hazırlamış valideynlərə- Cəmil və
Cəlil qardaşlarına yaxınlaşıb təsəlli verməkdə və onları
dinləmkdə çətinlik çəksəm də ayrı çarəm yox idi. Cəmil
dayının dediklərindən:
Nə deyə bilərəm, ot kökü üstə bitər deyiblər. Biz
uşaqlarımızı zəhmətkeş, vətənpərvər ruhda tərbiyə etmi-
şik. Bəs torpaqlarımızı yağı düşməndən biz qorumasaq
kim qoruyacaqdır? Təsəllimiz ondadır ki, oğlanlarımız
torpaqlarımız uğrunda şəhid olublar. Xahiş edirəm onuda
yazın ki, laçını xəyanət nəticəsində necə veriblərsə, elə də
özümüzə qaytarsınlar. Sonra bizə heç kim lazım deyil,
özümüz qoruyacağıq öz yurd-yuvamızı.
Vaqif sərrast atıcı kimi tanınırdı
Xalqımızın əzəli və əbədi düşməni olan ermənilər
1988-ci ildə növbəti dəfə öz çirkin əməllərini həyata
keçirməyə başlayanda digər igid eloglularımız kimi Vaqif
də silaha sarıldı. Daşnakların ölkəmizə qarşı irəli sürdüyü
əsassız və ədalətsiz torpaq iddiaları digərləri kimi onun da
səbr kasasını doldurmuşdu.
Vaqif Məhəmməd oglu Salmanov 1948-ci ildə
Laçın rayonunun Qarabəyli kəndində bəy ailəsində ana-
dan olmuşdu. Doguldugu kənddə orta məktəbi bitir-
dikdən sonra Gəncə Texnologiya Texnikumuna daxil olub
və tam kursu müvəffəqiyyətlə başa vurub. Uzun illər
Laçın rayon Tikinti və istehsalat idarəsində çalışan Vaqif
Salmanov ilk könüllü özünümüdafiə dəstələri təşkil edən-
105
lərdən və onun sıra üzvülərindən biri olub. Hələ yeni-
yetmə yaşlarında ikən ovçuluqla məşgul olan Vaqif el
arasında sərrast bir atıcı kimi tanınırdı.
Bədnam qonşularımız tərəfindən torpaqlarımıza
təhlükə yarananda ilk ayaga qalxanlardan biri oldu Vaqif.
Düşmənə olan nifrəti ona səngərdən uzaqlaşmaga imkan
vermirdi. Düşmənə qarşı keçirilən yüzlərlə əməliyyatın
planını hazırlamaqla bərabər, həm də onun fəal icra-
çılarından olub. 811 saylı hərbi hissənin tərkibində kəş-
fiyyat bölüyünün komandiri olan cəsur həmyerlimiz düş-
mənin onlarca strateji əhəmiyyətə malik hərbi obyektini,
silah-sursat anbarını, xeyli sayda canlı qüvvəsini və texni-
kasını məhv etmişdir.
1992-ci ilin 8 mayında Şuşa şəhəri işgal edildikdən
sonra Laçın-Qubadlı istiqamətində gedən yol ermənilər
tərəfindən nəzarətə alınmışdı. Nəticədə yüzlərlə dinc
sakin əsir düşmək təhlükəsi ilə üzbəüz qalmışdı. Belə bir
anda özünü təhlükəyə atan Vaqif hərbi maşının üstündə
müxtəlif silahlardan atəş açaraq erməniləri atəş xəttindən
uzaqlaşdırmış və təhlükəni aradan qaldıra bilmişdir.
Bu hadisənin canlı şahidi olan Müdafiə Nazirliyinin
hərbi operatoru Seyidaga Mövsümlü həmin döyüş səh-
nəsini öz kamerasının yaddaşına köçürə bilmişdir. Hal-
hazırda həmin lent müxtəlif televiziya kanallarının arxi-
vində qorunub saxlanır.
Adı təkcə Laçında deyil, ondan uzaqlarda da məşhur
olan qorxmaz eloglumuz rayonun işgalından sonra döyüş
yolunu digər bölgələrdə davam etdirib.
1993-cü ildə xüsusi tapşırıqla Qubadlı istiqamə-
tindən Ermənistan sərhəddini keçən Vaqif Salmanov 60
km irəliləyərək Qafan rayonunun Şamsız kəndinə qədər
gedib çıxır. Tapşırıgı yerinə yetirərkən düşmənlə qeyri-
bərabər mübarizəyə başlayan qəhrəmanın bu sonuncu
106
döyüşü olur. Bir neçə düşmən yaraqlısını məhv edən
Vaqif Salmanov özü də qəhrəmancasına həlak olur.
Dövlət qurumlarının müdaxiləsindən sonra cəsədi alına-
raq I Şəhidlər Xiyabanında torpaga tapşırılır.
Ġslam Ģəhidlik zirvəsinə qovuĢdu.
Aslanov İslam Xanış oğlu
12 iyun 1973-cü ildə Laçın rayo-
nunun Güləbird kəndində halal
zəhməti ilə dolanan, həmişə haqqın
tərəfində olan Xanış kişinin oca-
ğında anadan olmuşdur. 1990-cı
iıdə orta məktəbi bitirmiş, 1991-ci
ildə hərbi xidmətə çağırılmışdır. Bir
müddət Gəncədə xidmət etdikdən
sonra onun xidmət etdiyi hərbi hissə
Laçına göndərilir. İslamın döyüş yolu Laçının Hacılar,
Malıbəy kəndlərindən, Hocaz yüksəkliyindən başlanır.
Sonra isə vəziyyət gərginləşəndə hərbi hissə Sarıbaba,
Qızartı, Susuzdağ, Suarası, Fərəcan, Türklər, Cicimli,
Güləbird istiqamətində döyüşlərdə olur. Bu döyüşlərdə
yoldaşları ilə birlikdə İslamda xeyli sayda düşmən qüv-
vəsini məhv etmişdir. Laçın rayonu işğal olunduqdan
sonra o, doğulduğu Güləbird kəndində qalıb döyüş yolunu
davam etdirmişdir. Yoldaşlarının dediyinə görə düşmənə
qarşı mərdliklə vuruşan İslam qorxu nə olduğunu bil-
məzmiş. Dəfələrlə erməni postlarına və kəndlərinə kəş-
fiyyata gedərək 30 düşmən dili və xeyli qənimət gətir-
mişimiş (23). Döyüşlərdə məhv etdiyi ermənilərin sayı
heç də bundan az olmamışdır.
İslam Aslanov 1993-cü ilin avqust ayında Gülə-
birdi hərbi hissə ilə birlikdə tərk etməli olur. O, Qubadlı,
107
Cəbrayıl, Zəngilan və Füzuli bölgələrində aparılan döyüş-
lərin fəal iştirakçısı olmuşdur. 1993-cü ildə yenidən
Gəncəyə aparılan gənc döyüşçü Ağdamın Güllücə kəndi
uğrunda gedən döyüşlərə göndərilir. Həmin bölgədə olan
bütün ağır döyüşlərdə İslam iştirak edir. Yüksək döyüş
məharətinə və cəsurluğuna görə dəfələrlə komandanlıq
tərəfindən mükafatlandırılır. İslamın xidmət etdiyi 706
saylı hərbi hissə Horadizdə dayanmışdı. Əsas məqsəd
azğın-laşmış düşmənin irəliləməsinə imkan verməmək
idi. Ağır döyüşlərin getdiyi bir məqamda, 1994-cü il
avqust ayının 14-də ermənilərin atdığı “Qrad”ın qəlpələri
Füzuli bölgəsində xidməti işini yerinə yetirərkən onun
ürəyinə sancılır. İslam həsrətində olduğu Laçın torpağını
görmədən, 21 yaşında əbədiyyətə qovuşur, şəhidlik zir-
vəsinə ucalır.
Ölümündən 16 il keçəndən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 24
iyun 2010-cu il tarixli 976 saylı sərəncamla İslam Xanış
oğlu Aslanov “Hərbi xidmətlərə görə” medalı ilə ölümü-
ndən sonra təltif olunmuşdur. Bu nümunə bir daha gös-
tərir ki, müqəddəs torpağımızın bütövlüyü uğrunda canın-
dan keçən və mübarizə aparan heç kəs unudulmur, onların
fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilir.
Bu gün də İslam Aslanov və onu kimilər ehtiramla
xatırlanır. O, bu gün Sumqayıt şəhərində ki, şəhidlər xiya-
banında uyuyur. Bütün şəhidlərimiz kimi onun da nigaran
ruhu torpaqlarımızın azad olacağı günü gözləyir. İnanırıq
ki, o gün çox uzaqda deyil.
108
Laçının ilk hərbi Ģahinlərindən biri
Dostları ilə paylaş: |