835) Aşağıdakılardan hansı kəskin infeksion endokarditi daha tez-tez törədir?
A) streptokoklar
B) enterokoklar
C) stafilokoklar
D) göbələklər
E) göy-yaşıl irin çöpləri
Ədəbiyyat: А.Н.Oкороков “Лечение болезней внутренних органов” 2007.
836) Miokardın zədələnməsinin ən əsas səbəbi kimi hansı xəstəlik hesab olunur?
A) ürəyin işemik xəstəliyi
B) infeksion endokardit
C) kardiomiopatiyalar
D) ürəyin qapaq xəstəlikləri
E) arterial hipertenziya
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
837) Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya xəstəlikləri beynəlxalq təsnifata (XBT-10) əsasən necə qeyd olunur?
A) I 22. 2
B) I 20. 1
C) I 23. 0
D) I 11. 0
E) I 21. 1
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
Dostları ilə paylaş: |