Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə54/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   50   51   52   53   54   55   56   57   ...   74

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

8

Milli Qəhrəman

308

5

Milli Qəhrəmanlar 

80 

illiyi

Soltanağa Bayramov

1936-1993

OKTY

ABR

Soltanağa  Nəhmət  oğlu  Bayra-

mov  1936-cı  il  oktyabr  ayının  17-də 

Lənkəran  rayonunun  Şürük  kəndində 

anadan  olmuşdur.  Orta  təhsilini  As-

tara  rayonunda  almışdır.  1957-ci  ildə 

Lənkəran  Tibb  Məktəbini  bitirərək, 

təyinatla  hərbi  hospitalda  əmək 

fəaliyyətinə  başlamışdır.  1967-ci  ildə 

fizio-terapevt,  sonra  isə  rentgenoloq-

texnik vəzifəsində işləmişdir.

Soltanağa  Bayramov  hərbi  hospi-

talda  çalışdığı  müddətdə  kollektivin 

dərin  hörmətini  qazanmış,  Milli  Or-

dumuzun neçə-neçə əsgərinin sağalıb 

fəal  həyata  qaytarılmasında  böyük 

əməyi olmuşdur.

1990-cı  ildə  xalqımız  çətin  sınaq-

larla üz-üzə durmuşdu. “Talış Muğan 

Respublikası”  yaratmaq  xülyası  ilə 

yaşayan  Əlikram  Hümbətov  öz  qul-

dur  dəstəsi  ilə  Azərbaycanın  cənub 

bölgələrində ağır cinayətlər törədirdi. 

Soltanağa Bayramov da neçə-neçə 

igid  oğullar  kimi  separatçı  dəstənin 

şəxsi  ambisiyasının  qurbanı  oldu. 

1993-cü il avqust ayının 23-də silah-

lı  dəstələr  Soltanağa  Bayramovun 

çalışdığı  hospitala  basqın  etmişdilər. 

O,  burada  əsl  vətənpərvərlik  nüma-

yiş  etdirərək  silahlılara  müqavimət 

göstərmiş  və  qəhrəmancasına  həlak 

olmuşdur. 

Lənkəran şəhərindəki Şəhidlər Xi-

yabanında dəfn edilmişdir.

Azərbaycan  Respublikası  Prezi-

dentinin  24  avqust  1993-cü  il  tarixli 

740 saylı Fərmanı ilə Bayramov Sol-

tanağa Nəhmət oğlu ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adına layiq görülmüşdür.

Lənkəran  şəhərindəki  küçələrdən 

birinə onun adı verilmiş və büstü qo-

yulmuşdur.  Yaşadığı  binanın  önünə 

xatirə lövhəsi vurulmuşdur.

Ə d ə b i y y a t

Soltanağa Nəhmət oğlu Bayramova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Lənkəran hərbi hospitalının rentgen-

texniki-Azərbaycan Respublikasının dövlətçiliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında, Azərbaycan xalqına təcavüz 

edən cinayətkar ünsürlərə qarşı mübarizədə göstərdiyi igidlik və şücaətə görə]:Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 24 

avqust 1993-cü il//Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1993.-№16.-S.19;Azərbaycan.- 1993.- 26 avqust.- S.1.-(Ölümündən 

sonra).

Əsgərov, V. Bayramov Soltanağa Nəhmət oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- 

S.52.

Seyidzadə, M. Bayramov Soltanağa Nəhmət oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.39. 

İ n t e r n e t d ə 

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

17

Milli Qəhrəman


309

Milli Qəhrəmanlar 

45 

illiyi

İqor Makeyev 

1971-1992 

OKTY

ABR

İqor  Vladimiroviç  Makeyev  1971-ci 

il oktyabr ayının 27-də Gəncə şəhərində, 

fəhlə ailəsində anadan olmuşdur. 1979-

cu ildə Mir Cəlal Paşayev adına Kəpəz 

rayon  39  saylı  məktəbin  birinci  sinfinə 

getmiş,  1987-ci  ildə  həmin  məktəbin 

səkkizinci sinfini bitirmişdir. 

1987-1990-cı illərdə 8 saylı Texniki-

peşə  məktəbində  avtomobil  çilingəri 

peşəsinə yiyələnmişdir. 1990-ci il noyab-

rın 26-da Kəpəz Rayon Hərbi Komissar-

lığından hərbi xidmətə göndərilmişdir. 

İqor Makeyev Bakıda desant qoşun-

ları  hissəsində  xidmət  edirdi.  Sonralar 

Rusiyanın Rostov vilayətinə göndərilmiş 

və burada 6 ay çavuş məktəbində təhsil 

almışdır.

Azərbaycanda  baş  verən  hadisələrlə 

əlaqədar olaraq hərbi xidmətini yarımçıq 

qoyan  İqor  Gəncəyə  qayıtmış,  Bakıya 

gələrək  Daxili  İşlər  Nazirliyinin  qoşun 

hissələrindən birinə yazılaraq, elə həmin 

gündən  də  həyatını  cəbhəyə  bağlamış-

dır. 

Cəsur döyüşçü tez bir zamanda bütün 



silahlardan istifadə etməyi öyrənir. Çox 

keçmir ki, onu taqım komandirinin müa-

vini vəzifəsinə təyin edirlər. 

1992-ci il iyunun 5-də erməni quldur-

ları Naxçıvanik kəndinə qəflətən hücuma 

keçmişdilər. İqorun qoruduğu post kənd 

qəbiristanlığının yaxınlığında yerləşirdi.

Bir  saata  yaxın  davam  edən 

döyüşdə  İqor  öz  əsgərləri  ilə  postu 

qəhrəmancasına qorumuş, ağır döyüşdə 

ermənilər Naxçivanik kəndini 3-4 saatlıq 

əllərinə keçirsələr də onun başçılıq etdi-

yi  özünümüdafiə  dəstəsi  yenidən  hücu-

ma keçərək tez bir zamanda kəndi geri 

almışdır. 

1992-ci il avqust ayının 2-də “Vışka” 

yüksəkliyi  uğrunda  ağır  döyüşlərdə  28 

nəfərin  mühasirədən  çıxmasına  kömək 

etmiş, özü isə qəhrəmancasına həlak ol-

muşdur.


Azərbaycan Respublikası Prezidenti-

nin 6 noyabr 1992-ci il tarixli 290 saylı 

Fərmanı ilə Makeyev İqor Vladimiroviçə 

ölümündən  sonra  “Azərbaycanın  Milli 

Qəhrəmanı” fəxri adı verilmişdir. Gəncə 

şəhərinin  Şəhidlər  Xiyabanında  dəfn 

edilmişdir.

Sadıllı qəsəbəsində onun adına küçə 

var.

Ə d ə b i y y a t

Azərbaycan Respublikası Daxili işlər orqanlarının əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi haqqında: [Ma-

keyev İqor Vladimiroviç - sıravi - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidliyə və şücaətə görə]:Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 19 oktyabr 

1992-ci il// Azərbaycan Respublikası Ali Sovetinin məlumatı.-1992.-. №21.-S.27.-(Ölümündən sonra)

Əsgərov, V. Makeyev İqor Vladimiroviç /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.-Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.180-181.

Makeyev İqor Vladimiroviç //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- Bakı, 

2008.- S.129.

Seyidzadə, M. Makeyev İqor Vladimiroviç /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.134. 

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

27

Milli Qəhrəman


310

Siyasət.Hüquq.Hərbi iş

Hərbi pilot

125 

illiyi

Fərrux Qayıbov

1891-1916

OKTY

ABR

Fərrux  ağa  Məmmədkərim  ağa  oğlu 

Qayıbov  1891-ci  il  oktyabr  ayının  2-də 

Qazax qəzasının (indiki Qazax şəhəri) Qı-

raq Salahlı kəndində, hərbçi ailəsində ana-

dan olmuşdur. Ailədə dörd uşaq atası olan 

Məmmədkərim ağa özü də hərbçi idi. 

Atasını  çox  erkən  yaşlarında  itirən 

Fərrux ağa dövrünün görkəmli maarifçisi, 

əmisi Səməd ağa Qayıbovun himayəsində 

böyümüşdür. Doğma kəndi Salahlıda beş-

sinifli Rus-Azərbaycan məktəbini bitirərək 

general  Əliağa  Şıxlinskinin  məsləhəti 

ilə  Tiflis  Kadet  Korpusunda  oxumağa 

göndərilir. 

1910-cu il iyun ayının 16-da Tiflis Ka-

det Korpusunu əla qiymətlərlə bitirdikdən 

sonra,  Peterburqdakı  üçillik  Konstantin 

Topçuluq Məktəbinə daxil olur. 

Məktəbdə iti zehni, gözlə dəqiq ölçmə 

qabiliyyəti,  igidliyi  ilə  fərqlənən  Fərrux 

ağa xüsusilə topdan bacarıqla atəş açdığı 

üçün İsveçrənin “Pavel Bure” firmasında 

hazırlanmış,  arxasında  “Yunker  Fərrux 

ağa  Qayıbov,  1913-cü  il”  sözləri  həkk 

olunmuş “Qızıl saat” mükafatı almışdır. 

Podporuçik Fərrux ağa Qayıbov Kons-

tantin Topçuluq Məktəbini əla qiymətlərlə 

bitirdikdən  sonra  1913-cü  il  avqustun 

6-da  Aleksandrapoldakı  39-cu  artilleriya 

briqadasında xidmət etmiş, Birinci Dünya 

müharibəsi (1914-1918) başlananda Qərb 

cəbhəsindəki  11-ci  aviasiya  korpusuna 

göndərilmişdir.

Fərrux  Qayıbovun  daxil  olduğu  “İlya 

Muromets  N16”  təyyarəsinin  4  nəfərlik 

heyəti  ilk  döyüş  uçuşunda  Neman  ça-

yındakı  strateji  əhəmiyyətli  körpünü 

dağıtmış,  1916-cı  ilin  sentyabrında  rus 

təyyarələrinin  Vilnodakı  (Vilnus)  alman 

hərbi məntəqələrinə hücumunda iştirak et-

mişdir. Vuruşmada almanların üç təyyarəsi 

məhv edilmişdir. 

Lakin 1916-cı il sentyabr ayının 12-də 

gedən qeyri-bərabər döyüş vaxtı igid po-

ruçik Fərrux Qayıbov və onun heyəti “İlya 

Muromets  N16”da  aldığı  ciddi  zədədən 

təyyarəsi  ilə  bərabər  yerə  düşərək  həlak 

olmuşlar.

Fərrux  ağa  Qayıbovun  “IV  dərəcəli 

Müqəddəs Georgi” ordeni ilə təltif olun-

ması haqqında sənədin surəti Azərbaycan 

Tarix Muzeyində qorunub saxlanılır.

Həlak  olmuş  poruçik  Fərrux  Qayıbo-

vu  və  onun  heyətini  alman  əsgərləri  bü-

tün hərbi ənənələrə uyğun olaraq ehtiram 

və  şərəflə Almaniyanın  Boruno  kəndinin 

qəbiristanlığında dəfn etmişlər. 

25  illik  ömür  yaşamasına  baxmaya-

raq  Fərrux  Qayıbov  şərəfli  döyüş  yolu 

keçmişdir.  1915-ci  ildə  üçüncü  dərəcəli 

“Müqəddəs  Stanislav”  (qılınc  və  bant-

la  birgə),  yenə  həmin  ilin  dekabr  ayın-

da  dördüncü  dərəcəli  “Müqəddəs Anna” 

(üzərində  “İgidliyə  görə”  yazısı  ilə), 

1916-cı  ildə  ikinci  dərəcəli  “Müqəddəs 

Stanislav” (qılınc və bantla birgə), 1917-ci 

ildə ikinci dərəcəli “Müqəddəs Anna” (qı-

lıncla birgə), 1917-ci ilin martında üçün-

cü  dərəcəli  “Müqəddəs Anna”  (qılınc  və 

bantla birgə) və 1917-ci ilin mart ayında 

isə dördüncü dərəcəli “Müqəddəs Georgi” 

ordenlərinə layiq görülmüşdür.

Poruçik Qayıbovun hünəri 1916-cı ilin 

qəzetlərində, hətta alman mətbuatında da 

öz əksini tapmışdır. Onlar arasında gene-

ral Ə.Şıxlinskinin “İlk Azərbaycan pilotu” 

yazısı xüsusi dəyərə malikdir. 



Ə d ə b i y y a t

Nəzirli, Ş. Azərbaycanın 

ilk hərbi təyyarəçisi 

Fərrux ağa Qayı-

bov /Ş.Nəzirli; tərt. 

O.Bədəlov; ön söz. müəl. 

F.Axundova.- Bakı, 2007.- 

40 s.

Kazımlı, K. Dünyaya mərd 

gəlib, mərd gedənlər... 

/K.Kazımlı  //Mədəni 

həyat.-2013.- №1/2.- S.39.

Qayıbov Fərrux ağa 

Məmmədkərim oğlu           

/Azərbaycan Sovet Ensik-

lopediyası: 10 cilddə.-

Bakı, 1979.- C.III.- S.5.

Назирли, Ш. Первый 

военный летчик 

Азербайджана 

Фаррух Ага Гаибов                        

/Назирли Ш.; [вступ. ст. 

Ф.Ахундова (Гаибова)].- 

Баку: [б.и.], 2007.- 40 с.

Мамедов, М. Авиаторы 

Азербайджана в годы 

первой мировой войны 

/М.Мамедов //IRS 

Наследие.-2014.- №5 

(71).- С.60-62.

Фаррух Гаибов – первый 

летчик Азербайджана 

//Новое время.- 2014.- 6 

июня.- С.5.

www.adam.az

www.anl.az

2

311

Fəlsəfə.İqtisadiyyat

90 

illiyi

Qurban Abbasov

1926-1994

OKTY

ABR

Qurbаn  Аbbаsqulu  оğlu  Аbbаsоv 

(Neftçi  Qurban)  1926-cı  il  oktyabr  ayı-

nın  26-da  Naxçıvan  MSSR  (Naxçıvan 

MR) Bаbək rаyоnunun Pаiz (indiki Payız 

kəndi) kəndində anadan olmuşdur. Əmək 

fəаliyyətinə  1944-cü  ildə  “Аrtyоmnеft” 

trеstində fəhlə kimi bаşlаmışdır. Sonrakı 

illərdə Qurbаn Abbasov “Аzərnеft” Bir-

liyinin  qаzmа  kоntоrundа  qаzmаçı,  bu-

ruq ustаsı, “Gürgаnnеft” Nеft Mədənləri 

İdаrəsinin  (NMİ)  Şimаl  qаzmа  sаhəsi 

kоntоrunun rəisi vəzifələrində işləmişdir.

1967-1983-cü illərdə “Хəzərdəniznеft-

kəşfiyyаt” trеstinin müdiri, “Хəzərdəniz-

nеft”  İstеhsаlаt  Birliyinin  (İB)  bаş 

dirеktоr müаvini, “Nеft dаşlаrı” Nеft və 

Qаzçıxаrmа İdаrəsinin rəisi vəzifələrində 

işləmişdir. 

1980-1988-ci illərdə “Хəzərdəniznеft-

qаzsənаyе”  Ümumittifаq  İB-nin  bаş 

dirеktоru,  1988-1992-ci  illərdə  “Хəzər-

dəniznеft”  İB-nin  bаş  dirеktоru,  1992-

1994-cü  illərdə  isə  Аzərbаycаn  Dövlət 

Nеft Şirkətinin bаş müşаviri оlmuşdur.

Qurban Abbasov açıq dənizdə neft və 

qaz  çıxarılmasının  ilk  təşkilatçılarından 

biri  idi.  “Şelf-1”  tipli  yarımdalma 

üzən  qazma  qurğularının  Xəzər  dənizi 

şəraitində  mənimsənilməsində  onun  xü-

susi  xidmətləri  olmuşdur.  Bu  qurğular 

200 metrlik dəniz dərinliyində işləyə bil-

miş,  Kaveroçkin  adına  (indiki  “Çıraq” 

yatağı) yatağı kəşf etməyə və yeni, dərin 

perspektivli strukturlarda kəşfiyyat işləri 

aparmağa imkan yaratmışdır.

Onun  bilavasitə  rəhbərliyi  altında 

dərin  dəniz  stasionar  özüllərin  inşası-

nın  istehsalat  bazası  yaradılmış,  Xəzər 

dənizinin  dərin  sahələrində  stasionar 

özüllərin  quraşdırma  işlərinin  prinsipcə 

yeni üsulu işlənib hazırlanmışdır. Qurban 

Abbasovun “Günəşli”, “Azəri”, “Kəpəz” 

və  s.  iri  yataqların  kəşf  edilməsindəki 

xidmətləri isə əvəzsizdir. 

Qurban Abbasov SSRİ Аli Sоvеtinin 

(6-11-ci  çаğırış)  və  Аzərbаycаn  SSR 

Аli  Sоvеtinin  (6-9-cu  çаğırış)  dеputаtı 

оlmuşdur. 

“Neft  Daşları”  dəniz  yatağının  kəşfi 

və  mənimsənilməsinə  görə  1951-ci  ildə 

Qurban Abbasov SSRİ Dövlət mükafatı, 

1972-ci ildə isə maili quyuların qazılma-

sına  görə Azərbaycan  SSR  Dövlət  Mü-

kafatına,  1959-cu  ildə  “Sosialist  Əməyi 

Qəhrəmanı”,  həmçinin  “Azərbaycanın 

neft  ustası”,  “SSRİ-nin  Əməkdar  neft-

çisi”,  1975-ci  ildə  “Azərbaycanın 

Əməkdar  mühəndisi”  fəxri  adlarına  la-

yiq  görülmüş,“SSRİ-nin  fəxri  neftçisi”, 

2  dəfə  “Lenin”,  “Qırmızı  Əmək  Bayra-

ğı”,  “Şərəf  Nişanı”,  “Oktyabr  İnqilabı” 

ordenləri və medalları ilə təltif edilmiş-

dir. 


Neftçi  Qurban  fəaliyyətinin  50  illik 

yubileyini  qeyd  edərkən  Azərbaycanın 

ən yüksək mükafatını - “Şöhrət” ordenini 

alan ilk neftçi olmuşdur.

Qurban Abbasov 1994-cü il sentyabr 

ayının 14-də Bakı şəhərində vəfat etmiş-

dir. 

Onun  adınа  krаn-gəmi,  mədəniyyət 



sаrаyı, küçə, məktəb, körpü vаr. Bəstəkаr 

А.Rzаyеvаnın  məşhur  “Nеftçi  Qurbаn” 

mаhnısı оnа həsr оlunmuşdur. Tələbə və 

аspirаntlаr üçün “Nеftçi Qurbаn” təqаüdü 

təsis еdilmişdir. 

Ə d ə b i y y a t

Qurban Abbasov //

Naxçıvan Milli 

Еnsiklоpеdiyаsı.- Bakı, 

2005.- S.9.

Бурение глубоких 

скважин с плавучей 

буровой установки 

“Хазар” /К.А.Абасов 

и др.-Мосва.: 

ВНИИОЭНГ,1975.- С 

83.

Опыт работы 

буровиков-новаторов 

Нефтяных Камней /К. 

А. Абасов, Э. Б. Караш; 

ред. Г. Е. Карасик;Гос. 

Научно-Тех. Комитет 

Совета Мин. Азерб. 

ССР Ин-т Научно-Тех. 

Информации.- Баку: 

Азнефтеиздат,1957.- C 

60.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

26

Neftçi


312

Fəlsəfə.İqtisadiyyat

85

illiyi

Cəmil Əhmədli

1931-2010 

OKTY

ABR

Cəmil Mirzə Teymur oğlu Əhmədli 

1931-ci il oktyabrın 27-də Gədəbəy ra-

yonunun  Söyüdlü  kəndində,  müəllim 

ailəsində  anadan  olmuşdur.  Orta 

məktəb illəri (1938-1948) İkinci Dün-

ya müharibəsi illərinə təsadüf etmişdir. 

Buna  baxmayaraq  elmə  böyük  maraq 

göstərmiş, 10-cu sinifdə oxuyarkən res-

publikada keçirilən riyaziyyat olimpia-

dasının (1948) qalibi olmuşdur. Həmin 

il  yeni  yaradılmış  Moskva  Fizika-

Texnika  İnstitutunun  nümayəndəsi 

C.Əhmədlinin  oxuduğu  məktəbin  bu-

raxılış  imtahanlarında  iştirak  etmiş  və 

onun həmin instituta qəbul olunduğunu 

bildirmişdir.  Lakin  maddi  çətinliklərə 

görə  Moskvaya  gedə  bilməmiş, 

sənədlərini Azərbaycan Dövlət Univer-

sitetinin (indiki BDU) fəlsəfə şöbəsinə 

verərək  qəbul  olunmuş  və  universiteti 

fərqlənmə diplomu ilə bitirmişdir. 

Cəmil  Əhmədli  1953-cü  ildə  SSRİ 

Elmlər  Akademiyasının  Fəlsəfə  İnsti-

tutunun aspiranturasına qəbul olunmuş, 

1956-cı  ildə  akademik  Teodar  Oyzer-

manın  rəhbərliyi  ilə  “Azadlıq  və  zə-

rurət” mövzusunda dissertasiya müdafiə 

edərək, fəlsəfə elmləri namizədi alimlik 

dərəcəsini almışdır.

1960-cı  ildə  Bakıda  nəşr  edilən 

“Azadlıq və zərurət” (rus dilində) kita-

bı keçmiş SSRİ məkanında ilk monoq-

rafiya idi.

1954-1956-cı illərdə Moskva Dövlət 

Universitetində,  1958-1962-ci  illərdə 

Azərbaycan Sənaye İnstitutunda (indi-

ki ADNSU), 1963-1972-ci illərdə Bakı 

Ali  Partiya  Məktəbində  (AR  DİA), 

1959-1974-cü illərdə Azərbaycan SSR 

EA-nın  aspiranturasında  fəlsəfə  kur-

sundan dərs demişdir.

1957-ci  ildə  Azərbaycan  SSR  EA-

nın Fəlsəfə və Hüquq İnstitutunda elmi 

katib  kimi  fəaliyyət  göstərmiş,  baş 

elmi  işçi,  şöbə  müdiri  vəzifələrində 

işləmişdir. 1958-ci ildən etibarən “Ma-

terialist dialektikanın qanun kateqoriya-

sı” mövzusu üzərində çalışmış, 1964-cü 

ildə bu əsər filosofun doktorluq disser-

tasiyasının əsasını təşkil etmişdir. 

Cəmil  Əhmədlinin  təşəbbüsü  və 

rəhbərliyi ilə 1969-cu ildə Azərbaycanda 

ilk sosioloji laboratoriya yaradılmışdır. 

16  monoqrafiyanın,  400-dən  artıq 

məqalənin müəllifi olan Cəmil Əhmədli 

12  doktor,  100-ə  yaxın  namizəd  ye-

tirmişdir.  Alim  “Azərbaycan  Sovet 

Ensiklopediyası”nda  54  məqalənin 

müəllifidir.

1966-cı  ildə  Azərbaycan  Xalq 

Təsərrüfatı İnstitutunun (indiki ADİU) 

1990-cı  ilə  qədər  Fəlsəfə  kafedrasının 

müdiri vəzifəsində çalışmışdır. 

1990-cı ildən 2000-ci ilə qədər Bakı 

Dövlət Universitetinin Fəlsəfə və sosi-

ologiya kafedrasının müdiri vəzifəsində 

işləmiş,  BDU-nun  professoru  olmuş-

dur. 

1990-cı ildə “Əməkdar elm xadimi” 



fəxri  adını  almış,  1997-ci  ildə  Rusiya 

Pyotr  Elmlər  və  İncəsənət  Akademi-

yasının  müxbir  üzvü,  2000-ci  ildə  isə 

akademiki  seçilmişdir.  2009-cu  ildə 

Azərbaycanın “Şöhrət” ordeni ilə təltif 

edilmişdir.

Cəmil  Əhmədli  2010-cu  il  fevral 

ayının 10-da vəfat etmişdir. 



Ə d ə b i y y a t

İnsan və cəmiyyət: 10-cu 

sinif üçün dərslik /red. C. 

Əhmədli.- Bakı: Təhsil, 

2004.- S.144.

İnsan və cəmiyyət: 10-cu 

sinif üçün dərslik /red.: 

Cəmil Əhmədli.- Bakı: 

Тəhsil, 2003.- S 144.

İnsan və cəmiyyət: 9-cu 

sinif üçün dərslik /Red.: 

C. Əhmədli.- Bakı: Təhsil, 

2003.- S. 192. Siyasət 

institutuna kompleks 

baxış/V.Hacıyeva; elmi 

red. C.T.Əhmədli.-

Bakı:Azərbaycan 

Universiteti,2003.-S 186.

Cəmil Əhmədli ucalığı: 

Görkəmli Azərbaycan filo-

sofu Cəmil Əhmədlinin 70 

illiyinə /Naşir: N.Hüseynli; 

Tərt.ed., çapa hazırlayan, 

red. və ön sözün müəllifi:N.

Hacızadə; Red.:N.Xan-

larova.- Bakı: Diplomat, 

2001.- S. 285

Nəzəriyyə, onun tipləri və 

funksiyaları. B.:Azərnəşr, 

2001

Sosiologiya: nəzəriyyə və 

tədqiqat metodologiyası: 

dərs vəsaiti /R.Quliyev ; 

elmi red. C.T. Əhmədli.-. 

Bakı: Siyasət, 1995.- S.424.

www.adam.az

www.istoriya.az

27

Filosof

313

Mədəniyyət.Maarif.Təhsil

105 

illiyi

Abbas Zamanov 

1911-1993

OKTY

ABR

Abbas Fəttah oğlu Zamanov 1911-ci 

il oktyabr ayının 10-da Naxçıvan MR-

nın Şərur rayonunun Maxta kəndində 

anadan olmuşdur. 1921-1927-ci illərdə 

Naxçıvan  və  Bakı  şəhərlərində  uşaq 

evlərində  yaşamışdır.  Bakı  Pedaqoji 

Texnikumunu bitirdikdən sonra, 1929-

1937-ci  illərdə  rəhbər  komsomol  iş-

çisi kimi çalışmış, 1933-34-cü illərdə 

isə  “Gənc  işçi”  qəzeti  redaksiyasında 

məsul redaktorun müavini vəzifəsində 

işləmişdir. 

1937-1939-cu  illərdə  “Ədəbiyyat” 

qəzetində  məsul  katib  və  Azərnəşrin 

Bədii  ədəbiyyat  şöbəsinin  müdiri  ol-

muşdur. 1939-cu ildə Azərbaycan Pe-

daqoji İnstitutunun (indiki ADPU) Dil-

ədəbiyyat fakültəsini qiyabi bitirmiş və 

institutda müəllim saxlanılmışdır.

Abbas  Zamanov  1940-1941-ci 

illərdə  M.F.Axundov  adına  Opera 

və  Balet  Teatrının  direktoru  olmuş, 

1941-ci  ildə  teatrın  Təbrizə  qastrol 

səfərinə  rəhbərlik  etmişdir.  İkinci 

Dünya müharibəsi illərində ordu sıra-

larında  xidmət  etmişdir.  Tərxis  olun-

duqdan  sonra  1948-1960-cı  illərdə 

ADU-nun  (indiki  BDU)  filologiya 

fakültəsində  baş  müəllim,  1960-68-

ci  illərdə  Azərbaycan  EA  (indiki 

AMEA) Nizami adına Ədəbiyyat İns-

titutunun  elmi  əməkdaşı,  1968-1971-

ci illərdə Azərbaycan EA Nizami adı-

na  Ədəbiyyat  Muzeyinin  direktoru, 

1971-1979-cu  illərdə  isə  ADU-nun 

Azərbaycan  ədəbiyyatı  kafedrasının 

müdiri vəzifələrində çalışmışdır. 

Ədəbi  fəaliyyətə  1937-ci  ildə  çap 

etdirdiyi  publisist  və  elmi-kütləvi 

məqalələrlə  başlamışdır.  Həmin  vaxt-

dan ölkəmizdə və ölkəmizin hüdudla-

rından  uzaqlarda  XX  əsr Azərbaycan 

ədəbiyyatına dair elmi-tədqiqat əsərləri 

müntəzəm  dərc  olunmuş,  “Sabir  və 

müasirləri”  adlı  monoqrafiyası  Əsəd 

Behrənginin  tərcüməsində  Təbrizdə, 

“Cəlil  Məmmədquluzadə”  oçerki  isə 

Ələkbər  Qəhrəmaninin  tərcüməsində 

Tehranda  fars  dilində  nəşr  olunmuş-

dur. 

Akademik C.Məmmədquluzadənin, 



M.Ə.Sabirin, 

Ə.Haqverdiyevin, 

N.Nərimanovun, 

S.S.Axundovun, 

S.Hüseynin, 

H.Nəzərlinin, 

S.Ə.Şirvaninin,  S.M.Qənizadənin  və 

Q.Zakirin əsərlərini rus və Azərbaycan 

dillərində tərtib və nəşr etdirmişdir.

1968-ci ildə filologiya elmləri dok-

toru  elmi  adını  almış,  1971-ci  ildə 

professor  elmi  rütbəsini  qazanmışdır. 

1980-ci  ildə  Azərbaycanın  Əməkdar 

elm  xadimi  fəxri  adına  layiq  görül-

müşdür. 

1982-ci  ildən  Azərbaycan  Yazı-

çılar  Birliyinin  üzvü,  1983-cü  ildə 

Azərbaycan  EA-nın  müxbir  üzvi  ol-

muşdur. I dərəcəli “Vətən müharibəsi” 

ordeni,  döyüş  xidmətlərinə  görə  me-

dalı və bir sıra digər medallarla təltif 

edilmişdir.

Abbas Zamanov 1993-cü il aprelin 

ayının 1-də Bakı şəhərində vəfat etmiş, 

Fəxri Xiyabanda dəfn olunmuşdur.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin