Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə50/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   46   47   48   49   50   51   52   53   ...   74

Ə d ə b i y y a t

Rəhimli, İ. Yaşar Nuri-

yev (3 Sentyabr 1951) 

/İ.Rəhimli //Azərbaycan 

teatr tarixi: Dərslik 

/İ.Rəhimli.- Bakı, 2005.- 

S. 388-389.

Yaşar Nurisiz 3 il...  

Ramiz Həsənoğlu: 

“Azərbaycan ekranının 

böyük istedadları var. 

Ancaq Yaşarın olduğu 

yeri heç kim doldura 

bilməz” /T.Məhərrəmova

//Kaspi .-2015.- 4 sent-

yabr.- S.9.6.

Yaşar Nuri-63:İlham 

Namiq Kamal: “Yaşar 

Nuri böyük sənətkar 

olmaqla bərabər, insan 

kimi dəyərli, ləyaqətli 

idi”//Üç nöqtə .-2014.- 4 

sentyabr.- S. 13.

 Yaşar Nurinin son 

filmi...: “Mən evə qa-

yıdıram” bədii filminin 

təqdimatı keçirildi /R. 

İbrahimov //Bizim yol 

.-2014.- 28 fevral.- S. 13.

İ n t e r n e t d ə

www.medeniyyet.az

www.teatrmuzeyi.

musigi-dunya.az



3

Aktyor

285

Kazımağa  Mövsüm  oğlu  Kərimov 

1951-ci  il  sentyabr  ayının  1-də  Qubad-

lı  rayonunun  Sarıyataq  kəndində,  ziyalı 

ailəsində  anadan  olmuşdur.  Qubadlı  ra-

yon orta məktəbini bitirdikdən sonra ra-

yonun “Avanqard” qəzetinin mətbəəsində 

yığıcı işləmişdir. 

1970-ci  ildə  Azərbaycan  Dövlət 

Universitetinin  (indiki  BDU)  Jurnalis-

tika  fakültəsinə  daxil  olmuşdur.  Beş  il 

müddətində  təhsil  aldığı  universitetin 

bütün ictimai işlərində fəallıq göstərmiş, 

tez-tez  həm  respublika,  həm  də  rayon 

qəzetlərində maraqlı yazıları dərc olun-

muşdur. 


Universiteti bitirdikdən sonra təyinatla 

“Azərbaycan məktəbi” jurnalında, sonra 

isə “Azərbaycan müəllimi” qəzetində ça-

lışmışdır. Sonralar Goranboy rayon Qızıl-

hacılı kəndində Aqrar Sənaye Birliyində 

hüquq məsləhətçisi kimi işə qəbul olun-

muşdur. 

1988-ci  ildə  vətəndaşlıq  borcunu 

yerinə  yetirmək  üçün  cəbhə  bölgəsinə 

yollanmışdır. 

1991-ci ildə Goranboy rayonunda ya-

radılan könüllü özünümüdafiə batalyon-

larından  birinə  komandir  müavini  təyin 

olunan  Kazımağa  baş  leytenant  rütbəsi 

ilə  doğma  torpaqlarımızın  müdafiəsinə 

qalxmışdı.

İlk  günlərdən  bir  çox  mühüm  hərbi 

əməliyyatlarda  iştirak  etmiş,  Goranboy 

rayonunun Gülüstan, Qaraçinar, Manas, 

Şəfəq, Tapqaraqoyunlu kəndləri uğrunda 

gedən döyüşlərə komandanlıq etmişdir. 

Kazımağa Kərimov 1992-ci ilin 12-13 

iyun  tarixlərində  Goranboy  rayonunun 

azad olunması uğrunda həyata keçirilən 

döyüşdə  ayağından  ağır  yaralanmış,  la-

kin  çox  qan  itirdiyindən  onun  həyatını 

xilas etmək mümkün olmamışdır. 1992-

ci il iyun ayının 15-də vəfat etmişdir.

Bakı şəhərindəki Şəhidlər Xiyabanın-

da dəfn edilmişdir. 

Azərbaycan  Respublikası  Preziden-

tinin  23  iyun  1992-ci  il  tarixli  6  saylı 

Fərmanı ilə Kərimov Kazımağa Mövsüm 

oğluna ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Qızılhacılı kənd Mədəniyyət evi onun 

adını daşıyır. Goranboy şəhərində büstü 

qoyulmuşdur.



Milli Qəhrəmanlar

Kazımağa Kərimov

1951-1992

Milli Qəhrəman

65 

illiyi

1

SENTY

ABR

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Kərimov 

Kazımağa Mövsüm oğlu-baş leytenant- Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 23 iyun 

1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 12.- S.35.- (Ölümündən sonra). 

Əsgərov, V. Kərimov Kazımağa Mövsüm oğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- 

S.150-151.

Kərimov Kazımağa Mövsüm oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. 

H.Həmidova.- Bakı, 2008.- S.112.

Seyidzadə, M. Kərimov Kazımağa Mövsüm oğlu /M. Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.115. 

286

12

Seymur Məmmədov 

1971-1992

Milli Qəhrəman

45 

illiyi

Milli Qəhrəmanlar

SENTY

ABR

18

Seymur 


Qəhrəman 

oğlu 


Məmmədov 1971-ci il sentyabr ayı-

nın  18-də  Füzuli  rayonunda  anadan 

olmuşdur. 1988-ci ildə Füzuli rayonu 

2 saylı orta məktəbi bitirmişdir. Elə 

həmin ildə Azərbaycan Texniki İns-

titutunun (indiki ADTU) elektrotex-

nika fakültəsinə (qiyabi təhsil) daxil 

olmuşdur. Təhsil almaqla yanaşı həm 

də Füzuli şəhər Rabitə şöbəsində ça-

lışmışdır.

1991-ci  ildə  hərbi  xidmətə  çağı-

rılaraq  Vladimir  vilayətinin  Kovrov 

şəhərində artilleriya üzrə kurs keçmiş, 

sonra isə Almaniyaya göndərilmişdir. 

Bir müddətdən sonra xidmətini Uk-

raynanın Çerniqov şəhərində davam 

etdirmişdir.

Hərbi xidmətini yerinə yetirdikdən 

sonra  Vətənə  qayıdan  Seymur 

Məmmədov  könüllü  olaraq  Füzuli 

rayonunda  814  saylı  özünümüdafiə 

batalyonuna 

yazılmışdır. 

İstər 


kəşfiyyatçı kimi, istərsə də sıravi dö-

yüşçü  kimi  döyüş  əməliyyatlarında 

xüsusi fəallıq göstərmişdir. 

1992-ci  ilin  ilk  aylarında  Qacar, 

Divanallar, Govşad, Yuxarı Veysəlli, 

Dilağarda kəndlərinin müdafiəsi uğ-

runda  gedən  ağır  döyüşlərdə  iştirak 

etmişdir.  Xocalıdan  Qırmızı  Bazara 

gətirilən 14 azərbaycanlının əsirlikdən 

qurtarılmasında,  Govşadlı  yaxın-

lığında  mühasirəyə  düşən  11  nəfər 

döyüş  yoldaşının  xilas  edilməsində 

böyük fəallıq göstərmişdir. 

1992-ci il aprelin 1-də Xocavənd 

rayonu  Məlikcan  kəndi  uğrun-

da  gedən  son  döyüşlərdə  Seymur 

2  saat  ərzində  öz  qumbaraatanı  ilə 

bir  düşmən  tankını,  bir  PDM-i, 

50-dən  çox  qulduru  məhv  etmiş, 

qəhrəmancasına həlak olmuşdur. 

Bakı  şəhərində  Şəhidlər  Xiyaba-

nında dəfn olunmuşdur.  

Azərbaycan  Respublikası  Prezi-

dentinin 11 avqust 1992-ci il tarixli 

131  saylı  Fərmanı  ilə  Məmmədov 

Seymur 


Qəhrəman 

oğluna 


ölümündən  sonra  “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmiş-

dir.

Təhsil  aldığı  orta  məktəb  Milli 



Qəhrəmanın adını daşıyır.

Ə d ə b i y y a t

Seymur Qəhrəman oğlu 

Məmmədova “Azərbaycanın 

Milli Qəhrəmanı” adı verilməsi 

haqqında: [Sıravi - Azərbaycan 

Respublikasının suverenliyinin və 

ərazi bütövlüyünün qorunmasın-

da, dinc əhalinin təhlükəsizliyinin 

təmin edilməsində göstərdiyi 

şəxsi igidlik və şücaətə görə]: 

Azərbaycan Respublikası Pre-

zidentinin Fərmanı, 11 avqust 

1992-ci il //Azərbaycan Respub-

likası Ali Sovetinin Məlumatı. - 

1992.- № 15.- S.70.- (Ölümündən 

sonra) 

Əsgərov, V. Məmmədov Seymur 

Qəhrəman oğlu /V. Əsgərov          

// Azərbaycanın Milli 

Qəhrəmanları.- Yenidən işlənmiş 

II nəşr.- Bakı, 2010.- S.206.

Məmmədov Seymur Qəhrəman 

oğlu //Azərbaycanın Milli 

Qəhrəmanları: biblioqrafiya 

/M.F.Axundov adına Milli Kitab-

xana; tərt.ed. H.Həmidova.- Bakı, 

2008.- S.143.

Seyidzadə, M. Məmmədov Seymur 

Qəhrəman oğlu /M.Seyidzadə       

// Milli qəhrəmanlar zirvəsi.- 

Bakı, 2010.- S.149.

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

287

Arif  Vəliş  oğlu  Qubadov  1966-cı  il 

sentyabr  ayının  20-də  Cəlilabad  rayo-

nunun  Əliqasımlı  kəndində  anadan  ol-

muşdur.  1983-cü  ildə  Əliqasımlı  kənd 

orta  məktəbini  bitirmiş,  1984-cü  ildə 

isə  Cəlilabad  rayon  Hərbi  Komissarlığı 

tərəfindən  hərbi  xidmətə  çağırılmışdır. 

Xidmətini SSRİ-nin müxtəlif yerlərində 

keçmişdir.

Erməni 

quldurlarının 



Qərbi 

Azərbaycanda və Qarabağda törətdikləri 

vəhşiliklər  Arif  Qubadovu  çox  narahat 

etmiş, 1992-ci ildə Azərbaycana gələrək 

Milli Ordumuzda xidmət etməyə başla-

mışdır. 


1992-ci  ilin  iyun  ayında  Naxçıvan 

MR-nın Sədərək bölgəsində gedən qanlı 

döyüşlərdə  Arif  qəhrəmancasına  vuru-

şaraq düşmənin xeyli canlı qüvvəsini və 

döyüş texnikasını məhv etmişdir. 

Onun dəstəsi 1993-cü ilin iyun ayında 

Ağdam  rayonuna  göndərilmiş,  rayonun 

Əfətli,  Yusifcanlı  kəndlərinin  düşmən 

tapdağından  azad  edilməsində  böyük 

qəhrəmanlıq  göstərmiş,  kəndlər  tezliklə 

azad edilmişdir.

1993-cü ilin avqustunda öz taboru ilə 

Füzuli bölgəsinə yollanaraq Əhmədbəyli, 

Aşağı və Yuxarı Kürd-Mahmudlu, Alxan-

lı kəndlərini düşməndən təmizləmişdir. 

1994-cü  ildə  Tərtər  və  Ağdərə 

döyüşlərində  də  fəal  iştirak  edərək, 

öz  döyüşkənliyi  və  rəşadəti  ilə 

fərqlənmişdir.

Xidmətlərinə  görə  Azərbaycan  Res-

publikası  Prezidentinin  4  aprel  1995-ci 

il tarixli 307 saylı Fərmanı ilə Qubadov 

Arif  Vəliş  oğluna  “Azərbaycanın  Milli 

Qəhrəmanı” fəxri adı verilmişdir. 

1996-cı  ildə  Bakı  Ali  Birləşmiş 

Komandirlər Məktəbinə, 2001-ci ildə isə 

Azərbaycan Respublikası Sərhəd Qoşun-

ları  Hərbi  Akademiyasına  daxil  olmuş, 

2003-cü ildə oranı müvəffəqiyyətlə bitir-

mişdir. 


Polkovnik-leytenant 

rütbəsinədək 

yüksələn  Arif  Qubadov  N  saylı  hərbi 

hissənin  komandir  müavini  vəzifəsində 

işləmişdir.  

2009-cu il sentyabr ayının 25-də uzun 

sürən xəstəlikdən sonra vəfat etmişdir.

Doğulduğu Cəlilabad rayon Əliqasımlı 

kəndində dəfn edilmişdir.

Milli Qəhrəmanlar

Arif Qubadov 

1966-2009 

Milli Qəhrəman

50 

illiyi

20

SENTY

ABR

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 

haqqında: [Qubadov Arif Vəliş oğlu - Müdafiə Nazirliyi, baş leytenant - Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun 

müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət 

göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- S.1. 

Əsgərov, V. Qubadov Arif Vəliş oğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S 161-162.

Qubadov Arif Vəliş oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Milli Kitabxana; tərt.ed. H.Həmidova.- 

Bakı, 2008.- S.119-120.

Seyidzadə, M. Qubadov Arif Vəliş oğlu /M. Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.123. 

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az


288

Zakir  Tofiq  oğlu  Yusifov  1956-cı  il 

sentyabr  ayının  29-da  Bakı  şəhərində 

anadan olmuşdur.

1974-cü  ildə  194  saylı  orta  məktəbi 

bitirdikdən  sonra  Sasovski  adına  Mülki 

Təyyarəçilik Məktəbinə daxil olmuşdur.

1977-ci  ildə  təhsilini  başa  vuraraq, 

Yevlax Aviadəstəsində əmək fəaliyyətinə 

başlamışdır. AN-2  təyyarəsinin  koman-

diri,  eskadrilya  komandirinin  müavini, 

eskadrilya  komandiri,  uçuşu  təşkil  və 

təminetmə  müfəttişliyinin  təyyarəçi-

müfəttişi vəzifələrində çalışmışdır. 

Zakir Yusifov 1988-ci ildə Azərbaycan 

Dövlət Universitetinin (indiki BDU) hü-

quq  fakültəsinin  qiyabi  şöbəsinə  daxil 

olmuşdur.

Azərbaycanda ilk hərbi vertolyot es-

kadrilyası Milli Qəhrəman Yavər Əliyevlə 

Zakir Yusifovun əməyi nəticəsində yara-

dılmışdır.  Qısa  zamanda  Qarabağda  və 

digər  döyüş  bölgələrinə  uçuşlar  etmiş, 

ən uğurlu uçuşunu isə Füzuli-Xocavənd 

istiqamətində yerinə yetirmişdir. 

Cəsur  komandir  yüzədək  hərbi  uçuş 

keçirərək  Əsgəran,  Füzuli,  Xocavənd, 

Tərtər, Ağdərə, Şuşakənd uğrunda gedən 

döyüşlərdə  iştirak  etmiş  və Azərbaycan 

Hərbi  Aviasiyasının  döyüş  salnaməsinə 

şanlı səhifələr yazmışdır. 

1992-ci il oktyabr ayının 11-də Səfiyan 

kəndində növbəti əməliyyat keçirən za-

man  Zakir  Yusifovun  vertolyotu  vurul-

muş və bütün heyət həlak olmuşdur.

Azərbaycan  Respublikası  Prezidenti-

nin 5 fevral 1993-cü il tarixli 457 saylı 

Fərmanı ilə Yusifov Zakir Tofiq oğluna 

ölümündən  sonra  “Azərbaycanın  Milli 

Qəhrəmanı” fəxri adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər Xiyabanında 

dəfn edilmişdir.

Vaxtilə  oxuduğu  194  saylı  orta 

məktəb və Bakının Nizami rayonundakı 

küçələrdən biri onun adını daşıyır. 

Milli Qəhrəmanlar

Zakir Yusifov

1956-1992

Milli Qəhrəman

60 

illiyi

29

SENTY

ABR

Ə d ə b i y y a t

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı“ adı verilməsi haqqında:-[Yusifov 

Zakir Tofiq oğlu-mayor-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin 

təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 5 fevral 1993-ci il              

//Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1993.- №3.- S.11.- (Ölümündən sonra). 

Əsgərov,V. Yusifov Zakir Tofiq oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.-Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.279.

Seyidzadə, M.Yusifov Zakir Tofiq oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.219. 

Yusifov Zakir Tofiq oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- 

Bakı, 2008.- S.201-202. 

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az


289

Mirələkbər Mirələsgər оğlu İbrаhimоv 

1961-ci  il  sentyabr  ayının  30-da  Qərbi 

Аzərbаycаnın  Vеdibаsаr  mаhаlının 

Хаlisа  kəndində,  ziyаlı  аiləsində  ana-

dan  olmuşdur.  Birinci  sinifə  dоğmа 

kəndlərində  gеtmişdir.  Sоnrа  аiləsi  ilə 

birgə Bаkıyа köçmüşdür. 

1978-ci  ildə  Bаkıdаkı  158  sаylı  оrtа 

məktəbi bitirdikdən sоnrа hərbi хidmətə 

gеtmişdir.

1980-ci ildə hərbi хidmətini bаşа vur-

muş,  Аzərbаycаn  Pеdаqоji  İnstitutunun 

(indiki ADPU)  idmаn  və  hərbi  hаzırlıq 

fаkültəsinə  dахil  оlmuşdur.  Təyinаtı  ilə 

Lənkərаndа üç il müəllim işləmiş, sоnrа 

Bаkıyа qаyıdaraq 153 sаylı оrtа məktəbdə 

ibtidаi  hərbi  hаzırlıq  müəllimi  kimi 

pеdаqоji fəаliyyətini dаvаm еtdirmişdir.

1990-cı ilin 20 Yаnvаr hаdisəsindən və 

eləcə də Dаşаltı, Mаlıbəyli, Kərkicаhаn 

qırğınlаrındаn  sоnrа  cəbhəyə  gеtməyi 

qərаrа  аlan  Mirələkbər  İbrahimov 

Yаsаmаl  rаyоn  Hərbi  Kоmissаrlığınа 

mürаciət еtmişdir. 

1993-cü  ildə  оnu  yеnicə  yаrаdılmış 

5-ci  Yаsаmаl  tаbоrunа  kоmаndir  təyin 

еdirlər.  Mirələkbər  öz  tаbоru  ilə  Füzu-

li  rаyоnunun  Аlхаnlı,  Kürdmаhmudlu, 

Аşаğı  Sеyidəhmədli  kəndləri  uğrundа 

gеdən  döyüşlərdə  iştirаk  еdərək, 

mərdliklə vuruşmuşdur. 

Mirələkbər İbrahimov 1994-cü il mаrt 

ayının 5-də Qоrqаn kəndi uğrunda gedən 

döyüşlərdə qəhrəmancasına həlak olmuş-

dur. Bаkı şəhərinin Şəhidlər Хiyаbаnındа 

dəfn еdilmişdir.

Аzərbаycаn 

Rеspublikаsı 

Prеzidеntinin  16  sеntyаbr  1994-cü  il 

tаriхli  203  sаylı  Fərmаnı  ilə  kаpitаn 

İbrаhimоv Mirələkbər Mirələsgər оğlunа 

ölümündən  sоnrа  “Аzərbаycаnın  Milli 

Qəhrəmаnı” fəxri аdı vеrilmişdir.

Vахtilə  dərs  dеdiyi  153  sаylı  оrtа 

məktəb оnun аdını dаyışır.



Milli Qəhrəmanlar

Mirələkbər İbrahimov

1961-1994

Milli Qəhrəman

55 

illiyi

30

SENTY

ABR

Ə d ə b i y y a t

Аzərbаycаn Rеspublikаsının Müdаfiə Nаzirliyinin hərbi qulluqçulаrınа “Аzərbаycаnın Milli Qəhrəmаnı” аdı vеrilməsi hаqqındа: 

[İbrаhimоv Mirələkbər Mirələsgər оğlu-kаpitаn- Аzərbаycаn Rеspublikаsının suvеrеnliyinin və ərаzi bütövlüyünün qоrunmаsındа, 

vətənimizin tоrpаqlаrının еrməni işğаlçılаrındаn müdаfiə еdilməsində gеdən döyüşlərdə qəhrəmаnlıqlа vuruşаrаq göstərdiyi şəхsi igidlik 

və sücаətə, öz müqəddəs əsgəri və хidməti bоrcunun yеrinə yеtirilməsində göstərdiyi misilsiz хidmətlərə görə]: Аzərbаycаn Rеspublikаsı 

Prеzidеntinin Fərmаnı, 16 sеntyаbr 1994-cü il //Аzərbаycаn.- 1994.- 21 sеntyаbr.- S.1. (Ölümündən sоnrа).

Əsgərov, V. İbrаhimоv Mirələkbər Mirələsgər оğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.-Yenidən işlənmiş II nəşr.- Bakı, 

2010.- S.133.

İbrаhimоv Mirələkbər Mirələsgər оğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- 

Bakı, 2008.- S.101-102.

Seyidzadə, M. İbrаhimоv Mirələkbər Mirələsgər оğlu /M. Seyidzadə // Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.103. 

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

290

Xanlar Hacıyev 

1956

Hüquqşünas

60 

illiyi

Siyasət.Hüquq.Hərbi iş

SENTY

ABR

9

Xanlar  İrşad-Faiq  oğlu  Hacı-

yev 1956-cı il sentyabr ayının 9-da 

Gəncə şəhərində anadan olmuşdur. 

1978-ci ildə Azərbaycan Dövlət 

Universitetinin  (indiki  BDU)  hü-

quq fakültəsini bitirmişdir.

1978-1980-ci  illərdə  SSRİ 

Elmlər Akademiyasının  Dövlət  və 

Hüquq  İnstitutunda  təcrübə  keç-

mişdir. 

1980-ci  ildən  M.V.Lomonosov 

adına  Moskva  Dövlət  Universite-

tinin hüquq fakültəsinin aspirantu-

rasında  təhsil  almış,  1983-cü  ildə 

dissertasiya müdafiə edərək hüquq 

elmləri  namizədi  alimlik  dərəcəsi 

almışdır.

1983-1985-ci illərdə RSFSR Ali 

Məhkəməsində  məsləhətçi  olmuş, 

1985-1988-ci  illərdə  isə  “Sovet 

ədliyyəsi” jurnalında cinayət hüqu-

qu və cinayət prosesi şöbəsinin re-

daktoru vəzifələrində işləmişdir. 

1988-1990-cı  illərdə  SSRİ  Ali 

Məhkəməsində  baş  məsləhətçi 

vəzifəsində çalışmışdır. 

1990-1992-ci illərdə Azərbaycan 

Respublikası  Ali  Məhkəməsinin 

hakimi,  1992-1993-cü  illərdə  Ali 

Məhkəmənin sədrinin birinci müa-

vini vəzifələrində işləmişdir. 1993-

cü ilin noyabr ayından 1998-ci ilin 

iyul  ayına  qədər Azərbaycan  Res-

publikası Ali Məhkəməsinin Sədri 

olmuşdur.

1998-ci  ilin  iyul  ayının  14-də 

Azərbaycan  Respublikası  Milli 

Məclisinin  qərarı  ilə  Azərbaycan 

Respublikası 

Konstitusiya 

Məhkəməsinin hakimi, Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı 

ilə Azərbaycan Respublikası Kons-

titusiya  Məhkəməsinin  Sədri 

vəzifəsinə təyin olunmuşdur.

Avropa Şurası Venesiya Komis-

siyasının, Azərbaycan Respublika-

sının Dövlət İdarəetmə sistemində 

islahatlar  aparılması  üzrə  Dövlət 

Komissiyasının,  Azərbaycan  Res-

publikası  Prezidenti  yanında  hü-

quq  islahatları  komissiyasının, 

habelə  Azərbaycan  Respublikası 

Məhkəmə  Hüquq  Şurasının  üzvü 

olmuşdur.

2002-ci ildə hüquq elmləri dok-

toru alimlik dərəcəsini almışdır.

2003-cü  ilin  aprel  ayının  2-dən 

İnsan  Hüquqları  üzrə  Avropa 

Məhkəməsinin  hakimi  vəzifəsində 

fəaliyyət göstərir. 

2003-cü  ildə  Azərbaycan  Res-

publikası Prezidentinin Fərmanı ilə 

“Şöhrət” ordeni ilə təltif olunmuş-

dur.


Ə d ə b i y y a t

İnsan hüquq və azadlıq-

larının müdafiəsinə həsr 

olunmuş qərarların toplusu 

(Azərbaycan, ingilis və rus 

dillərində) /red. X.Hacıyev; 

Azərbaycan Respub-

likasının Konstitusiya 

Məhkəməsi.- Bakı: Səda, 

2001.- 204 s.

Beynəlxalq humanitar 

hüquqda məsuliyyət 

məsəllələri /V.Ə.İbayev; 

red. X.Hacıyev, rəy.: 

S.Qayıbov, R.Məmmədov.- 

Bakı: Elm, 2000.- 166 s.

Hakimdə sağlam düşüncə 

və ədalət olmalıdır 

/X.Hacıyev //İki sahil.-

2012.- 14 avqust.- S.10.

Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin