Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə49/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   45   46   47   48   49   50   51   52   ...   74

Ə d ə b i y y a t 

Oqtay Şıxəliyev: monoqra-

fiya /mətnin müəl. və tərt. 

M.Tərlanov.- Bakı: İşıq, 

1988.- 68 s.

Abbasov, T. Oqtay 

Şıxəliyevin yaradıcılığı 

/T.Abbasov //Qobustan.- 

2011.- №2.- S.45-47. 

Araplı, Y. Gözəl bir insan 

kimi... /Y.Araplı //Mədəni 

həyat.-2014.- №9.- S.22-26.

Azəri, L. Paytaxtda iz 

qoyan rəssam /L.Azəri                     

//Mədəniyyət.- 2013.- 6 

noyabr.- S.12

Quliyev, Ə. Ustad rəssam: 

Oqtay Şıxaliyev /Ə.Quliyev    

//Azərbaycan.-2011.-4 sent.-

S.5.

Oqtay Yusif oğlu Şıxəliyev      

//Mədəniyyət.-2012.- 1 

fevral.- S.4; Xalq qəzeti.-

2012.-1 fevral.-S. 6

Sadıqov, S. Monumentalist 

rəssamın dəzgah rəngarlığı 

əsərləri /S.Sadıqov //

Palitra.-2015.- 8 may.- S.15.

İ n t e r n e t d ə

www.anl.az

Oqtay Şıxəliyev 

1931-2012

SENTY

ABR

Oqtay Yusif oğlu Şıxəliyev 1931-ci 

il sentyabr ayının 3-də Bakı şəhərində 

anadan  olmuşdur.  1939-cu  ildə  Bakı 

şəhər 1 saylı orta məktəbdə təhsil al-

mışdır. 


1947-ci  ildə  Ə.Əzimzadə  adı-

na  Rəssamlıq  məktəbinə  (indiki 

Azərbaycan  Dövlət  Rəssamlıq  Aka-

demiyası)  daxil  olmuşdur.  1952-ci 

ildə  rəssamlıq  məktəbini  fərqlənmə 

diplomu  ilə  bitirmişdir.  1952-1958-ci 

illərdə  V.İ.Muxina  adına  Leninqrad 

Ali  Bədii  Sənaye  Məktəbinin  bədii 

keramika  şöbəsində  dekorativ-tətbiqi 

sənət ixti-sası üzrə təhsil almışdır. 

1957-ci  ildə  Gənclərin  Ümumitti-

faq Sərgi Festivalında dekorativ sənət 

üzrə birinci mükafata layiq görülmüş-

dür.


1960-cı ildə Azərbaycan Rəssamlar 

İttifaqına üzv qəbul olunmuşdur. 1963-

1967-ci  illərdə  Ə.Əzimzadə  adına 

Bakı Rəssamlıq Məktəbində müəllim, 

1967-ci ildə Azərbaycan Teatr İnstitu-

tunda (indiki ADMİU) müəllim, 1969-

cu  ildən  baş  müəllim  vəzifələrində 

işləmişdir.  1983-cü  ildə  Azərbaycan 

İncəsənət  Universitetinin  Rəsm  ka-

fedrasının dosenti, 1993-cü ildə həmin 

kafedranın  professoru  elmi  rütbəsini 

almışdır.  2001-ci  ildən  Azərbaycan 

Dövlət  Rəssamlıq  Akademiyasının 

Rəsm  kafedrasının,  2005-ci  ildən 

Akademik rəsm kafedrasının, 2011-ci 

ildən  ömrünün  sonunadək  isə  Rəsm 

kafedrasının  professoru  vəzifələrində 

çalışmışdır. 

XX  əsrin  60-cı  illərindən  etibarən 

bir çox ictimai binaların-idman sarayı, 

məktəb, zavod, metro stansiyası, park 

və s. bədii tərtibatını vermiş və binala-

rın interyerində müxtəlif formalı kom-

pozisiyalar yaratmışdır. 

Rəssamın  monumental  yaradıcı-

lıq  nümunələrinə  misal  olaraq  Ba-

kıdakı  18  saylı  məktəb,  Bakı  məişət 

kondisionerləri zavodu, “Azərbaycan” 

nəşriyyatının  binası,  Bakıda  “Uşaq 

dünyası”  universal  mağazası  və  

digərlərini göstərmək olar. 

Rəngkarlıq  sahəsində  çalışmış, 

çoxlu  portret  və  mənzərə  təsvirləri, 

plakatlar  işləmiş,  dekorativ  vazalara 

və boşqablara tərtibat vermişdir. Daha 

çox  lokal  rənglərə  üstünlük  verən 

rəssam  bu  rənglərin  ahəngini  onların 

təzadı ilə birgə yaratmışdır. 

“Mənim 

qaracam”, 



“Nigar”, 

“Qız”,  “Kimyaçı”  kimi  portretlərdə, 

həmçinin, “Qobustan”, “Müharibənin 

nəticələri”  adlı  mənzərələrində  buna 

rast gəlmək mümkündür. 

Rəssam  dəzgah  rəngkarlığının 

müxtəlif  janrlarında  bir-birindən  ma-

raqlı  əsərlər  yaratmışdır.  “Çənlər” 

(1969), “Kürün ram edilməsi” (1970), 

“Ancaq  sülh”  (1970),  “Sallaqxana” 

(1970),  “Mənim  buketim”  (1971), 

“Kapella”  (1980),  “Muğam”  (1982) 

və s. əsərləri onun tematik tablolarının 

əsas bədii xüsusiyyətlərini əks etdirir.

Portret  və  mənzərə  janrında  ya-

ratdığı  “Qobustan  daşları”  (1966), 

“Sumqayıt  boruları”  (1970),  “Tarzən 

Bəhram  Mansurov”  (1972),  “SSRİ 

Xalq  artisti  Mirzağa  Əliyev”  (1974), 

“Aydın  səma”  (1974),  “Rəssam  Ra-

sim Babayev” (1975), “Nigar” (1975), 

“Rəssamın  ailəsi”  (1976),  “Meksika 

həyəti” (1982) və s. rəssamın yadda-

qalan uğurlu əsərlərindəndir.

Bir çox xarici ölkələrdə - Meksika, 

Almaniya,  Kanada  və  s.  yaradıcılıq 

səfərlərində olmuşdur. Əsərləri dünya-

nın müxtəlif ölkələrində nüfuzlu mu-

zey, qalereya və şəxsi kolleksiyalarda 

saxlanılır.

1982-ci  ildə  Azərbaycan  Respub-

likasının  “Əməkdar  rəssamı”,  1992-

ci  ildə  isə  “Xalq  rəssamı”  fəxri  ad-

larına  layiq  görülmüşdür.  Prezident 

təqaüdçüsü idi.

Oqtay  Şıxəliyev  2012-ci  il  yanvar 

ayının 30-da Bakı şəhərində vəfat et-

3

85 

illiyi

Rəssam


280

7

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq 

Əyyub Hüseynov

1916-1998

SENTY

ABR

Əyyub  Müseyib  oğlu  Hüseynov 

1916-cı  il  sentyabr  ayının  3-də  Naxçı-

van vilayətinin (Naxçıvan MR) Noraşen 

rayonunun (indiki Şərur) Xok kəndində 

anadan olmuşdur. 

Əyyub  Hüseynovun  yaradıcılığının 

erkən dövrü onun Bakı Rəssamlıq Tex-

nikumunda təhsil aldığı illərdən başlanır. 

O, 1931-ci ildə texnikuma daxil olmuş, 

buranı bitirdikdən sonra təhsilini Tbilisi 

Rəssamlıq Akademiyasında davam etdir-

mişdir.  Təhsilini  başa  vurduqdan  sonra 

bir müddət Naxçıvan Dövlət Dram Te-

atrında quruluşçu rəssam işləyən Əyyub 

Hüseynov  müxtəlif  tamaşalar  üçün  de-

korasiya və eskizlər hazırlayırdı. Lakin 

rəssam kimi dəzgah rəngkarlığına daha 

çox meyl etmişdir.

Əyyub  Hüseynov  zəhmət  və  kənd 

mövzularında  rəngarəng  tablolar  yarat-

mış,  yaradıcılığının  bütün  dövrlərində 

mənzərə,  portret,  məişət  janrlarına 

müraciət  etmiş,  özünəməxsus  bədii 

xüsusiyyətləri, geniş rəng yaxmaları ilə 

seçilən üslub nümayiş etdirmişdir.

Zaman etibarilə Əyyub Hüseynovun 

yaradıcılığını  üç  dövrə  bölmək  olar: 

sənət  fəaliyyətinə  başladığı  erkən  (30-

50-ci  illər),  yaradıcılığının  məhsuldar 

mərhələsi  olan  inkişaf  (60-80-ci  illər) 

və  bədii  sənətkarlıq  baxımından  cila-

lanmış  yetkin  dövrü  (80-90-cı  illər). 

Bu  dövrlərin  hər  birinin  özünəməxsus 

cəhətləri,  sənət  dünyagörüşü,  bədii  üs-

lub xüsusiyyətləri olmuşdur.

Yağlı boya ilə çoxlu sayda mənzərə, 

məişət-tematik  və  digər  mövzularda 

əsərlər yaradan rəssamın yaradıcılığında 

milli-tarixi  tematika  mühüm  yer  tutur. 

Daha  çox  mənzərəçi,  portretçi  rəssam 

kimi tanınsa da, tablolarında bu tematika 

olduqca  ifadəli,  təsirli  məzmuna,  dərin 

məna yükünə, ciddi ideya-bədii tutuma 

malikdir.

1948-1998-ci ildə pedaqoji fəaliyyətə 

başlamış,  1956-1965-ci  illərdə    Əzim 

Əzimzadə  adına  Azərbaycan  Dövlət 

Rəssamlıq  məktəbinin  (indiki  ADRA) 

direktoru işləmişdir. Ömrünün 50 ilini bu 

gün adları, yaradıcılıqları ilə şöhrət qa-

zanan neçə-neçə fırça ustalarının əhatəli 

bilgi qazanmalarına sərf etmişdi. 

Əyyub  Hüseynovun  əsərlərində  tor-

paq,  səma,  təbiət  təsvirləri  üstünlük 

təşkil  edir.  “Araz  vadisində”  mənzərə 

tablosunun  yaranmasından  70  ildən  ar-

tıq vaxt keçməsinə baxmayaraq, bu gün 

də  məşhurdur.  Əyyub  Hüseynov  so-

vet  dövründə  əsərləri  ilə  Azərbaycanı 

dünyada  tanıtdıranlardan  biri  olmuşdu. 

Müxtəlif  janrlarda  çəkdiyi  rəsmlərində 

milli dəyərlərimizi təsvir etmişdi. Yarat-

dığı tablolar bu gün də dünya muzeylərini 

bəzəyən eksponatlardandır.  

Əmək mövzusunda çəkdiyi “Kömək 

gəlib”, 

“Yaylaqda”, 

“Çobanlar”,  

mənzərə  janrında  “Şahbuz”,  “Yağış-

dan  sonra”,  “Aşıq  Ələsgər”,  “Əmək 

qəhrəmanı” portretləri məşhurdur.

1980-ci  ildə  o,  Əməkdar  incəsənət 

xadimi adına layiq görülmüşdür. 

Görkəmli fırça ustası Əyyub Hüsey-

nov 1998-ci il aprel ayının 17-də vəfat 

etmişdir.

Ə d ə b i y y a t

Hüseynov Əyyub Müse-

yib oğlu //Azərbaycan 

Sovet Ensiklopediyası: 

10 cilddə.- Bakı, 1987.- 

C.10.- S. 285.

Hüseynov Əyyub 

Müseyib oğlu //Naxçı-

van ensiklopediyası; 

Azərbaycan Milli EA.- 

Bakı, 2002.- S.192 .

Tarixin rəngləri 

əməkdar incəsənət 

xadimi Ə. Hüseyno-

vun yaradıcılığına 

milli-tarixi tematika/ E. 

Hüseynov// Mədəniyyət 

2014.- 5 oktyabr.- S.12.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

3

100 

illiyi

Rəssam


281

Musiqi.Opera.Balet

Ə d ə b i y y a t

Qədim və orta əsrlərin musiqi mədəniyyəti: tarixi-fəlsəfi təhlil /G.Abdullazadə; elmi red. A.Şükürov.- Bakı: Qartal, 1996.- 292 s.

Simfoniya [Notlar]: fortepiano üçün 4 əlli köçürmə /G.Abdullazadə.- Bakı: Adiloğlu, 2004.- 80 s.

Azərbaycan milli musiqisinin tədqiqi problemləri: məqalələr toplusu             /red.: G.Abdullazadə, E.Abasova; məsul red. A.Abduləliyev; 

Ü.Hacıbəyov adına BMA.- II buraxılış.- Bakı: Elm və həyat, 1996.- 78 s.

Abdullazadə Gülnaz Abutalıb qızı //Muğam ensiklopediyası /Heydər Əliyev Fondu.- Bakı, 2008.- S.11-12.

İ n t e r n e t d ə

www.anl.az

Gülnaz Abdullazadə

1946

SENTY

ABR

Gülnaz  Abutalıb  qızı  Abdullazadə 

1946-cı  il  sentyabr  ayının  7-də  Bakı 

şəhərində anadan olmuşdur. 

1971-ci  ildə  Azərbaycan  Dövlət 

Konservatoriyasının  (indiki  AMK) 

bəstəkarlıq sinfini bitirmişdir.  Görkəmli 

bəstəkar Cövdət Hacıyevin tələbəsi ol-

muşdur. 

1976-1979-cu illərdə M.Lomonosov 

adına  Moskva  Dövlət  Universitetinin 

aspiranturasında  (fəlsəfə  fakültəsinin 

Estetika kafedrası) təhsil almışdır. As-

piranturanı  bitirdikdən  sonra  “Hege-

lin  estetikasında  musiqi  incəsənətinin 

problemləri”  mövzusunda  namizədlik, 

1990-cı  ildə    doktorluq  dissertasiya-

sını  uğurla  müdafiə  etmişdir.  “Qədim 

və  orta  əsrlər  musiqi  mədəniyyətinin 

tarixi-fəlsəfi 

təhlili” 

(Şərq-Qərb 

kontekstində)  mövzusunda  elmi  işi 

yüksək  qiymətləndirilmiş  və  1992-ci 

ildə professor elmi rütbəsini almışdır. 

Gülnaz  xanım  1  saylı  musiqi 

məktəbində,  A.Zeynallı  adına  Musiqi 

Texnikumunda,

 

Azərbaycan  Pedaqoji 



Xarici  Dillər  İnstitunda  (indiki  ADX-

DU)  kafedra  müdiri  vəzifəsində  çalış-

mışdır. 

1991-ci  ildən  Bakı  Musiqi  Akade-

miyasının  elmi-tədqiqat  və  yaradıcılıq 

işləri üzrə prorektorudur. 

Gülnaz  Abdullazadə  Azərbaycan 

musiqişünaslığında ilk dəfə olaraq mu-

ğamların  fəlsəfi  mahiyyətini  araşdır-

mışdır. 


Azərbaycan  və  dünya  musiqisinin 

fəlsəfi  problemlərinə  və  Azərbaycan 

bəstəkarlarının  yaradıcılığına  dair  bir 

sıra əsərlərin müəllifidir. 

“Azərbaycan  muğamlarının  fəlsəfi 

mahiyyəti”  (1983),  “Musiqi  sənətinin 

fəlsəfi mahiyyəti” (1985), “Musiqi, in-

san,  cəmiyyət”  (1991),  “Azərbaycan 

fəlsəfəsi” (həmmüəllif, 1993), “Qədim 

və  orta  əsrlərin  musiqi  mədəniyyəti” 

(1996)  “Hegelin  musiqi  estetika-

sı”  (1999)  və  s.  monoqrafiyalarını 

yazarkən  bütövlükdə  muğamların  və 

folklor musiqisinin fəlsəfi mahiyyətinə 

əsaslanmışdır.

IV  Uluslararası  Türk  Kültürü 

Konqresində  (Ankara,  Atatürk  Kültür 

Mərkəzi. 1997, 4-7 noyabr), Uluslararası 

Avropada və Türk Cümhuriyyətlərində 

musiqi  mədəniyyəti  və  tədrisi 

konqresində (Ankara, Qazi Universite-

ti. 2002,13-16 noyabr), bir sıra  konf-

rans və seminarlarda məruzələrlə çıxış 

etmişdir. 

Gülnaz  Abdullazadə  1999-cu  ildə 

akademik  Yusif  Məmmədəliyev  adına 

mükafatın laureatı olmuşdur. 

7

70 

illiyi

Bəstəkar-musiqişünas


282

Musiqi.Opera.Balet

85 

illiyi

Mobil Əhmədov 

1931-2006

SENTY

ABR

Mobil Salman oğlu Əhmədov 1931-

ci  il  sentyabr  ayının  10-da  Gəncə 

şəhərində  anadan  olmuşdur.  1955-ci 

ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq 

Məktəbinə (indiki ADRA) daxil olmuş-

dur. Bir il sonra isə Azərbaycan Dövlət 

Konservatoriyasına  (indiki  AMK) 

qəbul  olmuş  və  Bülbülün  sinfində 

oxumuşdur. 1961-ci ildə təhsilini başa 

vuraraq  Dövlət  Radiosunun  xorunda 

işləməyə başlamış, həmin ilin sentyabr 

ayında Musiqili Komediya Teatrına so-

list kimi dəvət olunmuşdur. 

Mobil Əhmədov teatrın səhnəsində 

bir-birindən  maraqlı,  təkrarolunmaz 

obrazlar  yaratmış,  xalqın  yaddaşına 

həkk  olunmuşdur.  Şıxəli  Qurbanovun 

əsəri  əsasında  Süleyman  Ələsgərovun 

“Milyonçunun  dilənçi  oğlu”  operetta-

sında Yetim obrazı ilə çox böyük uğur 

qazanmışdır. 

O,  klassik  operettalarda  və  klassik 

milli  dramaturgiya  əsasında  yazılmış 

musiqili  komediyalarda  bir-birindən 

maraqlı  rollar  ifa  etmişdir:  Sərvər  və 

Rüstəm bəy, Əsgər (“Məşədi İbad” və 

“Arşın mal alan”, Ü. Hacıbəyli), Heydər 

bəy (“Hacı Qara”, M.F.Axundzadənin 

eyniadlı  əsəri  əsasında  libretto 

müəllifi  Ş.Bədəlbəyli.  R.Mustafayev 

və  V.Adıgözəlov),  Məhəmmədhəsən 

əmi  (“Danabaş  kəndinin  əhvalatları”, 

C.Məmmədquluzadənin  eyniadlı  əsəri 

əsasında  libretto  müəllifi  C.Səlimova, 

bəstəkar O.Kazımov) və s.

Mobil  Əhmədov  həmçinin  Tu-

ğay  (“Bir  dəqiqə”,  M.Əlizadə  və 

H.Xanməmmədov),  Nadir  (“Qızılax-

taranlar”, H.Seyidbəyli və T.Quliyev), 

Ayaz  (“Qaynana”,  M.Şamxalov  və 

Z.Bağırov),  Alay  (“Gözün  aydın”, 

M.Əlizadə  və  F.Əmirov),  Bəxtiyar 

(“Ulduz”  S.Rəhman  və  S.Ələsgərov), 

Arzu,  Zəfər,  Yetim,  Toğrul  (“Olmadı 

elə, oldu belə”, “Özümüz bilərik”, “Mil-

yonçunun  dilənçi  oğlu”,“Sevindik  qız 

axtarır”, Ş.Qurbanov və S.Ələsgərov), 

Cəsarət,  Çingiz  (“Nənəmin  şah-

lıq  quşu”,  “Boşanaq,  evlənərik”, 

Ə.Kürçaylı  və  V.Adıgözəlov),  Sahib 

(“Ləpələr”, Ə.Kürçaylı və A.Məlikov), 

Etibar  (“Qızılgül”,  M.Əlizadə  və 

S.Hacıbəyov)  və  s.  obrazlarını  yarat-

mışdır.

 

Şirin,  məlahətli,  coşğun  səsə 



və  zəngin  çalarlı  aktyorluq  ifadə 

vasitələrinə, eləcə də həssas obraz du-

yumuna malik olan Mobil Əhmədovun 

bu  gün  Azərbaycan  Teleradiosunun 

qızıl fondunda 600-ə yaxın lent yazısı 

saxlanmaqdadır. 

1978-ci  ildə  Azərbaycan  SSR-in 

“Əməkdar  artist”,  2000-ci  ildə  isə 

“Xalq  artisti”  fəxri  adlarına  layiq  gö-

rülmüşdür. 

Mobil  Əhmədov  2006-cı  il  iyun 

ayının 3-də Bakı şəhərində vəfat etmiş, 

Gəncədə dəfn olunmuşdur. 

Ə d ə b i y y a t

Vahidoğlu, Ü. Akt-

yorun tale ləpirləri 

/Ü.Vahidoğlu.- Bakı: 

Tural-Ə NPM, 2001.-  55 

s.

Qasımov, R. Ruhun şad 

olsun, Ustad! /R.Qasımov 

//525-ci qəzet .-2011.- 3 

iyun.-S.7.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.medeniyyet.az www.

genceinformsiya.com

10

Müğənni


283

Musiqi.Opera.Balet

110 

illiyi

Xanlar Haqverdiyev 

1906-1980

SENTY

ABR

Xanlar Məmməd oğlu Haqverdiyev 

1906-cı  il  sentyabr  ayının  25-da  Ağ-

dam rayonunun Seyidli kəndində, bəy 

ailəsində anadan olmuşdur.

1928-ci  ildə  Azərbaycan  Dövlət 

Konservatoriyasının  (indiki  AMK) 

Vokal şöbəsinə daxil olmuş, professor 

H.Speranskidən  rus  və  Avropa  mu-

siqisini,  Seyid  Şuşinskidən  isə  klas-

sik  mu-ğamlarımızın  incəliklərini 

öyrənmişdir.

1929-cu  ildə  Azərbaycan  Dövlət 

Opera və Balet Teatrına xorda oxumaq 

üçün  qəbul  edilmişdir.  Ona  “Əsli  və 

Kərəm” operasında Sofi rolu, Hüseyn-

qulu Sarabski (Kərəm) kimi sənətkarın 

tərəf müqabili olmaq tapşırılmışdır.

1932-1933-cü 

illərdə 


Türkmənistanda  Azərbaycan  Dövlət 

Opera  və  Dram  Teatrı  yaradılmışdır. 

Aşqabad  Azərbaycan  Teatrının  inki-

şafında  bir  çox  sənətkarlarla  yana-

şı  görkəmli  aktyor  Rza  Əfqanlının, 

opera  müğənnisi  Xanlar  Haqverdiye-

vin  də  rolu  olduqca  böyük  olmuşdur. 

O,  türkmən  xalqının  böyük  rəğbətini 

qazanmışdır.  Məhz  bunun  nəticəsi 

olaraq  müğənninin  əməyi  yüksək 

qiymətləndirilmiş,  1939-cu  ildə  ona 

“Türkmənistan SSR-in Əməkdar artis-

ti” fəxri adı verilmişdir.

Xanlar  Haqverdiyev  1959-cu  ildə 

Moskvada  Azərbaycan  incəsənəti  və 

ədəbiyyatı ongünlüyündə iştirak etmiş, 

“Sevil”,  “Koroğlu”  operalarında  çıxış 

etmişdir. 

Teatr 

incəsənəti 



sahəsində 

fəaliyyətinə  və  zəhmətkeşlər  qarşısın-

da  mədəni  xidmətlərinə  görə  1956-cı 

ildə  ona  “Azərbaycan  SSR  Əməkdar 

artisti” fəxri adı verilmişdir. 

Xanlar  Haqverdiyev  Azərbaycan 

Teatr Cəmiyyətinin üzvü idi. 

Lirik-dramatik  tenor  səs  tembrinə 

malik  olan  Xanlar  Haqverdiyev 

Məcnun, İbn Salam (“Leyli və Məcnun 

-  Ü.Hacıbəyli),  Kərəm  (“Əsli  və 

Kərəm”  -  Ü.Hacıbəyli),  Şah  İsma-

yıl,  Əlyar  (“Şah  İsmayıl”,  “Nərgiz”- 

M.Maqomayev),  Qərib  (“Aşıq  Qərib” 

-  Z.Hacıbəyli),  aşıq  (“Şahsənəm”  - 

R.Qlier) və s. partiyalar ifa etmişdir.

Musiqili  səhnə  sənətini  inki-

şaf  etdirmək  sahəsində  göstərdiyi 

xidmətlərinə  görə  o,  dəfələrlə 

Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət 

heyətinin,  keçmiş  Sovet  İttifaqı  res-

publikalarının fəxri fərmanları ilə təltif 

edilmiş,  “Əməkdə  fərqlənməyə  görə” 

medalına layiq görülmüşdür.

1962-ci  ilin  dekabr  ayında  Xan-

lar  Haqverdiyev  təqaüdə  çıxsa  da, 

bir  neçə  il  yenidən  opera  teatrında 

fəaliyyət göstərmiş, gənc müğənnilərin 

yetişməsində  yaxından  kömək  etmiş-

dir.


Xanlar  Haqverdiyev  1980-ci  il  de-

kabr ayının 5-də vəfat etmişdir.



Ə d ə b i y y a t

Çəmənli, M. Sənətkar 

ömrünün izləri 

/M.Çəmənli.- Bakı: Adi-

loğlu, 2006.- 128 s. 

Rəhimli, İ. Xanlar 

Məhəmməd oğlu 

Haqverdiyev //Rəhimli 

İ. Azərbaycan Dövlət 

Akademik Opera və Balet 

Teatrı.- Bakı, 2008.- 

S.332.

Xanlar Haqverdiyev 

//Azərbaycan Sovet 

Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1987.- 

C.10.- S.125. 

Xanlar Haqverdiyev       

//Üzeyir Hacıbəyli 

ensiklopediyası.- Bakı, 

2008.- S.109.

İ n t e r n e t d ə

www.anl.az

www.uzeyirbook.musigi-

dunya.az

25

Opera müğənnisi

284

10

Teatr.Kino

65 

illiyi

Yaşar Nuri

1951-2012 

SENTY

ABR

Yaşar  Məmmədsadıq  oğlu  Nuriyev 

(Yaşar  Nuri)  1951-ci  il  sentyabr  ayının 

3-də  Bakıda  tanınmış  və  unudulmaz 

aktyorumuz  Məmmədsadıq  Nuriyevin 

ailəsində  anadan  olmuşdur.  Səhnədə 

ilk dəfə on bir yaşında “Toy kimindir?” 

(dramaturq  Məhərrəm  Əlizadə)  tama-

şasında  Tapdıq  rolunda  çıxış  etmişdır. 

Məktəbli vaxtlarında dövlət televiziyası-

nın  “Yelkən”  verilişinin  aparıcılarından 

olmuşdur. Bundan başqa o, “Buratino”, 

“Qaranquş”,  “Pioner”  uşaq  verilişi-

teatrlarında  müntəzəm  iştirak  etmiş, 

müxtəlif dram dərnəklərinə getmişdir.

1968-ci ildə Bakıdakı 173 saylı orta 

məktəbi bitirmiş, Azərbaycan İncəsənət 

İnstitutunun  (indiki  ADMİU)  dram  və 

kino  aktyorluğu  fakültəsinə  daxil  ol-

muşdur. Kurs rəhbərləri tanınmış səhnə 

xadimləri  Rza  Təhmasib  və  Əliheydər 

Ələkbərovdan  aktyorluq  sənətinin 

incəliklərini  öyrənmişdir.  Tələbəlik 

illərində  Balaş  (“Sevil”  C.Cabbarlı), 

Salmanov (“Toy”S.Rəhman), Neznamov 

(“Günahsız müqəssirlər” A.N.Ostrovski) 

və s. obrazlar yaratmışdır.

1974-cü il dekabr ayının 1-də Akade-

mik Dram Teatrının baş rejissoru Tofiq 

Kazımovun dəvəti ilə kollektivin aktyor 

truppasına qəbul olunmuşdur. 

Yaşar  Nuri  Milli  Dram  Teatrında 

işlədiyi  gündən  repertuarda  olan  bir 

çox  tamaşalarda  iştirak  etmişdir.  Aka-

demik Milli Dram Teatrının səhnəsində 

ilk  rolu  Aleksandr  Vampilovun  “Öv-

lad”  (“Böyük  oğul”  1974)  komediya-

sının  tamaşasında  Silva  rolu  olmuşdur. 

Bundan  başqa  o,  Pərviz  (“Bağlardan 

gələn  səs”  İ.Əfəndiyev  -  1975),  Qa-

sım  (“Quşu  uçan  budaqlar”  Ə.Əylisli  - 

1978), Sərsəm Salman (“Dəli yığıncağı” 

C.Məmmədquluzadə  -  1978),  Əbdüləli 

bəy  (“Sevil”  C.Cabbarlı  -  1978)  və  s. 

obrazlarını yaratmışdır. 

Yaşar Nuri həm də məşhur kino usta-

sı idi. Əlliyə yaxın bədii filmə çəkilmiş, 

Azərbaycan  Dövlət Televiziyasında  ha-

zırlanmış  yüzdən  çox  tamaşada,  bədii 

kompozisiyada,  satirik  səhnəciklərdə 

iştirak etmişdir. Onun  əsasən baş rolla-

rı  ifa  etdiyi  teletamaşalar  televiziyanın 

qızıl  fondunda  daimi  sənət  nümunələri 

kimi  qorunur.  Bunlara  R.Həsənoğlunun 

hazırladığı  R.Qasımovanın  “Yollar 

görüşəndə...”,  “Ömrün  yolları”,  İsi 

Məlikzadənin “Qatarda”,  Anarın “Evləri 

köndələn  yar”,  Mövlud  Süleymanlının 

“Kökdən düşmüş piano”, H.Cavidin “To-

pal Teymur”, A.Qəhrəmanovun  əsərləri 

əsasında lentə alınmış “Səni axtarıram”, 

“Bağışla”,  “Səndən  xəbərsiz”  trilogi-

yası  və  s.  televiziya  tamaşalarını  misal 

göstərmək olar. Aktyor özünü həm kino-

da, həm də teatrda rejissor kimi sınamış, 

teatrda İ.Məlikzadənin “Subaylarınızdan 

görəsiniz” əsərinə quruluş vermiş, kino-

da isə “Spasibo” filmini ekranlaşdırmış-

dır.

1981-ci  ildə  “Azərbaycan  SSR-in 



Əməkdar artisti”, 1989-cu ildə “Xalq ar-

tisti” fəxri adlarına layiq görülmüş, 1991-

ci  ildə  40  illik  yubileyində  “Yaramaz” 

filmindəki roluna görə Dövlət mükafatı 

laureatı  olmuş,  1992-ci  ildə  isə  “Qızıl 

dərviş”  mükafatına  layiq  görülmüşdür. 

2005-ci  ildən  Azərbaycan  Respublika-

sının Fərdi təqaüdçüsü idi. 2011-ci ildə 

“Şöhrət” ordeni ilə təltif olunmuşdur. 

Yaşar Nuriyev 2012-ci il noyabr ayı-

nın 22-də vəfat etmişdir.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin