Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə45/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   41   42   43   44   45   46   47   48   ...   74

27

Yazıçı

256

Dünya ədəbiyyatı 

245 

illiyi

Valter Skott

1771-1832

AVQUST

Skott Valter 1771-ci il avqust ayının 

15-də İngiltərənin Şotlandiya vilayətində 

anadan  olmuşdur.  Milliyyətcə  şotland-

dır.  1779-1984-cü  illərdə  Edinburq 

məktəbində  təhsil  almış,  1785-ci  ildə 

Edinburq  kollecinə  qəbul  olunmuşdur. 

Tələbəlik dövründən çox mütaliə etmiş, 

antik  dövrün  ədəbiyyatı  və  Şotlandiya 

poeziyası, alman dili və alman yazıçı-

larının əsərləri ilə maraqlanmış, tələbə 

yoldaşları  ilə  birgə  “Poetik  cəmiyyət” 

dərnəyi  təşkil  etmişdir.  1792-ci  ildə 

Edinburq Universitetini hüquqşünas ix-

tisası üzrə bitirmişdir. 

Yaradıcılığa  XVIII  əsrin  90-cı 

illərində  poeziya  ilə  başlamış  1800-cü 

ildən  etibarən  bir  neçə  il  ərzində  Şot-

landiyanın ucqar yerlərini gəzərək top-

ladığı  xalq  nəğmələrini  1802-ci  ildə 

“Şotlandiyanın  sərhəd  nəğmələri”  adı 

ilə  ikicilddə,  nəğmələrin  üçüncü  cildi-

ni isə 1803-cü ildə çap etdirmişdir. Bu 

topluya  daxil  edilmiş  xalq  şeirinin  əsl 

nümunələrində  Şotlandiya  tarixinə  aid 

çox  zəngin  materiallar  vardır.  Bu  top-

ludan  sonra  yazıçı  dalbadal  “Sonun-

cu  menestrelin  mahnısı”,  “Marmion”, 

“Göl qızı”, “Rokbi” adlı romantik po-

emalarını yazmışdır. Xüsusən, “Sonun-

cu  menestrelin  mahnısı”  (1805)  əsəri 

müəllifə, qədim Şotlandiyanı çox gözəl 

təsvir  etdiyinə  görə  böyük  şöhrət  qa-

zandırmışdı.

Tarixi  roman  janrının  yaradıcısı  ol-

muşdur. Otuzdan çox roman və povestin 

müəllifidir. Romanlarını gizli imzalarla 

dərc etdirmiş, müəllifliyini yalnız 1829-

cu ildə, əsərlərinin tam külliyatının nəşri 

ilə əlaqədar açıq elan etmişdir.

Mühüm  sosial-tarixi  konfliktlərin 

təsiri,  xalqın  və  dövlətin  taleyi, 

cəmiyyətin inkişafı, sosial ədalətsizlik, 

milli və sinfi mübarizə problemləri ilə 

bağlılıq Skottun tarixi romanlarının əsas 

xüsusiyyətləri idi. “Ueverli” (ilk roma-

nı,  1814,  anonim  nəşr),  “Puritanlar” 

(1816),  “Rob  Roy”  (1818),  “Edinburq 

məhbəsi”  (1818),“Ayvenqo”,  “Abbat” 

(1820),  “Kenilvord”  (1821),  “Vuds-

tok”  (1826)  və  s.  romanları  İngiltərə, 

“Kventin Dorvard” (1823), “Parisli qraf 

Robert” (1832) və s. romanları  Avropa 

ölkələrinin tarixindən bəhs edir.

Yaradıcılığında 

romantizmdən 

realizmə keçid özünü göstərmiş, 1816-

cu  ildə  yazdığı  “Puritanlar”  və  “Lam-

mermurlu gəlin” romanlarında tənqidi-

realist meyillər xüsusilə güclü olmuşdur. 

“Napoleon  Bonapartın  həyatı”  (1827), 

“Şotlandiyanın  tarixi”  (1829-1830), 

“Lord  Bayronun  ölümü”  (1824),  “Ro-

mançıların  həyatı”  (1821-1824)  və  s. 

tarixi-ədəbi əsərləri məşhurdur.

Valter  Skottun  yaradıcılığı  Avropa 

və Amerika ədəbiyyatında sosial roman 

janrının inkişafına güclü təsir göstərmiş, 

Stendal  onu  “bizim  ümumi  atamız” 

adlandırmış,  O.Balzak,  A.S.Puşkin, 

V.Q.Belinski və başqaları yaradıcılığını 

yüksək qiymətləndirmişlər.

Valter Skott 1832-ci il sentyabr ayı-

nın  21-də  Abbotsford  şəhərində  vəfat 

etmişdir.

Ə d ə b i y y a t

Ayvənhəu: [roman] /V. 

Skott; ing. dil. tərc. ed. 

Q. Bayramov; red. İ. Qa-

sımov.- Bakı: Şərq-Qərb, 

2013.- 518, [2] s.

Valter Skott. Bir saat 

səninlə.Kventin Dorvard. 

//İngilis ədəbiyyatı anto-

logiyası: 2 cilddə /tərt.

ed. Z. Ağayev; tərc. ed. 

S. Mustafa, Ş. Nağıyeva, 

A. Hacıyev [və b.].- Bakı: 

Şərq-Qərb, 2007.- C. 1.- 

S.171-187 s.

Собрание сочинений: в 

10 т. /В. Скотт ; [пер. 

с англ. И. Лихачева ; 

вступ. ст. Е. Кузнеца; 

ред. Ю. Григорьян, 

Э. Артемьева-

Скворцова].-Москва: 

Терра, Книжный клуб 

Книговек, 2015.

Айвенго /Вальтер 

Скотт; [пер. с англ. Е. 

Г. Бекетовой].-Санкт-

Петербург: Нева, 

Москва: 2006.- 608 с.

Эдинбургская темница: 

[роман] /В. Скотт; 

[пер. с англ. З. Е. 

Александровой, С. П. 

Мирлиной].-Москва: 

АСТ, Транзиткнига, 

2004.-525, [3] с.

15

İngilis yazıçısı


257

Dünya ədəbiyyatı 

145 

illiyi

Teodor Drayzer

1871-1945

AVQUST

Drayzer  Herman  Albert  Teodor 

1871-ci il avqust ayının 27-də İndiana 

ştatının  Teppe-Xot  şəhərində  anadan 

olmuşdur.

1886-1891-ci  illərdə  Çikaqo-

da  çalışmış,  1889-cu  ildə  İndiana 

universitetinə  qəbul  olsa  da  maddi 

vəziyyəti  üzündən  təhsilini  yarımçıq 

qoymuş,  1892-1894-cü  illərdə  Çika-

qo,  Sent-Lui,  Pitsburq  şəhərlərinin 

qəzetlərində  jurnalist  kimi  ədəbi 

fəaliyyətə  başlamışdır.  1894-cü  ildə 

Nyu-Yorka köçmüş və burada qarda-

şının  təsis  etdiyi  «Every  month»  jur-

nalında  1897-ci  ilədək  redaktor  kimi 

çalışmışdır.  Sonra  sifarişlə  “Metro-

politen”,  “Harpers”,  “Kosmopoliten” 

əsərlərini yazmışdır.

İlk  oçerk  və  hekayələri  1897-ci 

ildə çap olunmuşdur. 1900-cü ildə ilk 

irihəcmli əsəri olan “Kerri bacı”, 1911-

ci ildə “Cenni Herhardt” romanlarında 

sadə  insanların  mənəviyyatını  pozan 

Amerika həyat tərzini tənqid etmişdir. 

1912-ci ildə “Arzular trilogiyası” epo-

peyasına daxil olan “Maliyyəçi”, həmin 

ildə yazdığı “Dözümlü adam” və 1914- 

cü ildə “Titan” romanlarında Amerika 

inhisarçı  kapitalizmi  ifşa  olunmuş, 

1915-ci  ildə  yazdığı  “Dahi”  roma-

nında burjua cəmiyyətində sənətkarın 

mənəvi faciəsi göstərilmişdir.

1915-ci ildən sonra Drayzer ictimai 

qaydaların  adi  insanlara  göstərdiyi 

əzici  təsiri  əks  etdirən  hekayə  və 

esselər  yazmağa  başlayır.  Bu  ideya 

bir  məhkəmə  prosesinin  protokoluna 

əsaslanan, Amerika ədəbiyyatında re-

alizmin  zirvəsi  və  ədibin  ən  məşhur 

əsəri olan “Amerika faciəsi”nin möv-

zusunu təşkil edirdi.

1927-ci  ildə  dəvətlə  SSRİ-yə 

gəlmiş,  1928-ci  ildə  “Drayzer  Rusi-

yaya baxır” kitabını yazmışdır. Həmin 

vaxtdan  fəhlə  sinifinin  mübarizəsinə 

qoşulmuş,  1929-cu  ildə  “Ernita” 

povestində Amerika ədəbiyyatında ilk 

kommunist surətini yaratmışdır. 

1930-cu ildə ədəbiyyat üzrə Nobel 

mükafatı almaq üçün namizədliyi irəli 

sürülsə də bu ona qismət olmamışdır. 

1932-ci  ilin  noyabr  ayında  Drayzer 

“Paramount”  şirkəti  ilə  “Cenni  Her-

hardt”  romanı  əsasında  film  çəkilişi 

barədə müqavilə imzalamışdı. 1944-cü 

ildə ədəbiyyat və incəsənət sahəsindəki 

xidmətlərinə  görə Amerika  İncəsənət 

və  Ədəbiyyat  Akademiyası  yazıçını 

fəxri qızıl medalla təltif etmişdir.

Drayzer faşizm əleyhinə mübarizədə 

iştirak etmiş, 1945-ci ildə ABŞ Kom-

munist Partiyasına daxil olmuşdur. 

Amerika  yazıçısı,  ictimai  xadim, 

Amerika  ədəbiyyatında  realizmin  ən 

görkəmli nümayəndələrindən biri Te-

odor Drayzer 1945-ci il dekabr ayının 

28-də  Hollivudda  (Kaliforniya  ştatı) 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Cenni Herhart: roman 

/T.Drayzer; tərc. C.Bağır.- 

Bakı: [Qanun], [Əli və 

Nino], [2014].- 398 s.

Dahi:roman /T.Drayzer; 

tərc. ed. C.Bağır.-[Bakı]: 

[Qanun], [2014].- 806 s. 

Kerri bacı: roman 

/T.Drayzer; tərc. C.Bağır.- 

[Bakı]: [Qanun], [Əli və 

Nino], [2014].- 540 s.

Böyük şəhərlərdə tənhalıq 

/T.Drayzer//Ədəbiyyat 

qəzeti.- 2015.- 6 fevral.- 

S.11.

Американская трагедия: 

роман /Т.Драйзер; [пер. 

с англ. З.Вершининой, 

Н.Галь].- Москва: 

Эксмо, 2006.-793 с.

Финансист: роман          

/Т.Драйзер; пер. с англ.: 

М. Волосова; Серийное 

оформление художника: 

А.Яковлева.-Москва: 

Эксмо, 2006.- 604 с.

Rəcəbli, Ə.Ə. T.Drayzer 

və onun “Amerika faciəsi” 

romanı /Ə.Ə.Rəcəbli; 

elmi red. Z.Ağayev.- Bakı: 

Nurlan, 2004.- 152 s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

27

Amerika yazıçısı


258

Musiqi.Opera.Balet

85

illiyi

Rəfiqə Axundova

1931

AVQUST

Rəfiqə Hacı qızı Axundova 1931-ci il av-

qust ayının 7-də Bakıda anadan olmuşdur. 

1950-ci ildə Bakı Xoreoqrafiya məktəbini 

yüksək  qiymətlərlə  bitirmişdir.  Təhsilini 

bitirən  kimi  Moskvada  Böyük  Teatrda 

təkmilləşmə kursu keçmişdir. 1951-ci ildən 

ömrünü Azərbaycan Opera və Balet Teat-

rına bağlayan Rəfiqə Axundova  20  il bu-

rada solist kimi çalışmışdır. Uzun müddət 

həmin teatrın baletmeysteri olmuş, 1990-cı 

ildə isə baş baletmeysterliyə yüksəlmişdir.

l998-2000-ci illərdə Azərbaycan Dövlət 

Mədəniyyət  və  İncəsənət  Universitetində 

plastika və baletmeyster sənəti fənlərindən 

dərs demişdir. Onun təşəbbüsü və rəhbərliyi 

ilə  universitetdə  “rəqs  laboratoriyası”  ya-

radılmışdır.

“Qız  qalası”  (Ə.Bədəlbəyli),  “Yeddi 

gözəl”,  “İldırımlı  yollarla”  (Q.Qarayev), 

“Gülşən”  (S.Hacıbəyov),  “Məhəbbət 

əfsanəsi”  (A.Məlikov),  “Baxçasaray  fon-

tanı” (B.Asafyev), “Jizel” (A.Adan) və s. 

baletlərdə  əsas  partiyaların  ifaçısı  olmuş-

dur. 

M.Məmmədovla  birlikdə  Azərbaycan 



Opera və Balet Teatrında “Xəzər ballada-

sı”  (T.Bakıxanov),  “Qobustan  kölgələri” 

(F.Qarayev), “Yallı”, “Azərbaycan süitası” 

(R.Hacıyev),  “Babək”  (A.Əlizadə),  “Şel-

kunçik” (P.Çaykovski), hətta 1975-1978-ci 

illərdə Qara Qarayevin “İldırımlı yollarla” 

və  “Yeddi  gözəl”  baletlərinə  quruluş  da 

vermişdir.

Uzun  müddət  Əlcəzair,  İsveç,  Mi-

sir  və  Belçikada  pedaqoq-baletmeyster 

işləmiş, Əlcəzairdə “Üç inqilab” adlı bale-

tini (R.Hacıyev, M.Məmmədovla birgə) və 

“Muğam” musiqili xoreoqrafiya lövhəsini 

tamaşaya  qoymaqla  adını  bu  ölkənin 

mədəniyyət tarixinə həkk etdirmişdir. XX 

əsrin  70-ci  illərində  Novosibirskdə  “İldı-

rımlı yollarla” baletinin quruluşunu vermiş, 

Qahirədə “Yeddi gözəl”, Antverpendə “Ka-

leydoskop”  baletlərini  (M.Məmmədovla 

birgə) tamaşaya qoymuşdur.

1969-cu  ildə  Parisdə  keçirilən  VII 

Beynəlxalq  Rəqs  Festivalında  onun  iş-

tirakı  ilə  “Xəzər  balladası”,  “Qobustan 

kölgələri”,  “Azərbaycan  süitası”  nümayiş 

etdirilmişdir.  Paris  Rəqs  Akademiyasının 

diplomuna  layiq  görülən  Rəfiqə Axundo-

vanın özünəməxsus sənəti və istedadı haq-

qında Fransa mətbuatı maraqlı rəylər dərc 

etdirmişdir.

1994-cü  ildə  Qara  Qarayevin  “Yeddi 

gözəl”  baletini  (M.Məmmədovla  birgə) 

Ankarada  tamaşaya  qoymuşdur.  “Doğma 

xalqıma”,  “Dədə  Qorqud”,  “Qərib  cinlər 

diyarında”,  “Qayınana”,  “Yeddi  gözəl”, 

“Bəyin oğurlanması”, “Bir qəlbin iki das-

tanı”  və  s.  filmlərdə  Rəfiqə Axundovanın 

özünəməxsus, şux milli rəqsləri yaddaşlara 

həkk olunmuşdur.

Azərbaycan  baletinin  inkişafındakı 

xidmətlərinə görə Rəfiqə Axundova 26 ap-

rel 1958-ci ildə Azərbaycan Respublikası-

nın “Əməkdar artisti”, 21 may 1970-ci ildə 

“Xalq artisti” fəxri adlarına, “Şərəf nişanı” 

ordeninə layiq görülmüşdür.

Azərbaycan Dövlət Televiziyası 2001-ci 

ildə qüdrətli balet ustaları Rəfiqə Axundo-

vanın və Maqsud Məmmədovun

 

yaradıcı-



lığına həsr olunmuş “İki qəlbin bir dastanı” 

sənədli filmini çəkmişdir.



7

Baletmeyster

Ə d ə b i y y a t

Xəlilzadə, F. Xoreoqra-

fiya sənətinin ulduzu: 

Xalq artisti, baletmeys-

ter Rəfiqə Axundovanın 

anadan olmasının 

80 illiyi münasibətilə 

/F.Xəlilzadə                 

//Azərbaycan.- 2011.- 7 

avqust.- S.5.

İradə. “Məhəbbət 

əfsanəsi”ndən 

məhəbbət dastanınadək 

/İradə //Mədəniyyət.-

2011.- 5 avqust.- S.12.

Rəhimli, İ. Maqsud 

Məmmədov və Rəfiqə 

Axundova //Rəhimli 

İ. Azərbaycan teatr 

tarixi: dərslik.- Bakı, 

2005.- S.298-299.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

259

Musiqi.Opera.Balet

115 

illiyi

Хаn Şuşinski 

1901-1979

AVQUST

İsfəndiyаr  Аslаn  оğlu  Cаvаnşirоv 

(Хаn Şuşinski) 1901-ci il avqust ayının 

20-də Şuşа şəhərində аnаdаn оlmuşdur. 

Qаrаbаğ  хаnəndəlik  məktəbinin  nаdir 

simаlаrındаn  biridir.  On  аltı  yаşındа 

оlаrkən  ustаdı  İslаm  Аbdullаyеvlə 

birgə  iştirаk  еtdiyi  məclisdə  “Kürdü-

Şаhnаz”  muğаmını  hеyrətаmiz  bir 

tərzdə  ifа  еtdiyinə  görə  müəllimi  оnа 

“Хаn  Şuşinski”  аdını  vеrmişdir.  Хаnın 

bir  хаnəndə  kimi  yеtişməsində  Cаbbаr 

Qаryаğdıоğlunun və Sеyid Şuşinskinin 

də böyük təsiri оlmuşdur.

1920-ci ildə Bаkıyа gələrək öz ifаçılıq 

fəаliyyətini  dаhа  dа  gеnişləndirmişdir. 

1934-cü  ildə  Tiflis  şəhərində  keçirilən 

Zaqafqaziya xalqlarının birinci incəsənət 

olimpiadasında  birinci  mükafata  la-

yiq  görülmüş  və  Zaqafqaziya  Mərkəzi 

İcraiyyə  Komitəsinin  birinci  dərəcəli 

Fəxri fərmanı ilə təltif edilmişdir. 1944-

cü ildə Azərbaycanın bir qrup incəsənət 

nümayəndələri ilə birlikdə İrana getmiş, 

Tehran, Təbriz, Ərdəbil, Qəzvin, Rəşt və 

s.  şəhərlərdə  müvəffəqiyyətlə  çıxış  et-

mişdir. Xanəndənin səsi 25 yaşında necə 

qüdrətli və təravətli idisə, 70-75 yaşla-

rında  da  eyni  əzəmət,  eyni  nikbinliklə 

səslənirdi.  Хаn  Şuşinski  bir  sıra  mah-

nı  (“Şuşanın  dağları”,  “Məndən  gen 

gəzmə”,  “Ay  gözəl”  və  s.)  və  təsniflər 

bəstələmişdir.  Оnun  ifаsındа  səslənən 

“Mirzə  Hüsеyn  sеgаhı”,  “Şаhnаz”, 

“Qаrаbаğ  şikəstəsi”,  “Kürd-şahnaz”, 

“Rаst”,  “Bayatı-Şiraz”,  “Qatar”,  “Ca-

hargah”,  “Mahur”,  “Hеyrаtı”,  “Şur”, 

“Sеgаh  Zаbul”  ritmik  muğаmlаrı,  bir 

sıra  təsniflər,  “Qara  qaşın  vəsməsi”, 

“Süsən-sünbül”, “Alma almaya bənzər”, 

“Girdim  yarın  bağçasına”,  “Apardı 

sellər Saranı” və s. хаlq mаhnılаrı mu-

siqi  fоnоtеkаmızın  qızıl  fоndunа  dахil 

оlmuşdur.

Хаn  Şuşinski  1939-cu  ildən  Bakı-

da  yaşamış,  qırx  ilə  yaxın  Аzərbаycаn 

Dövlət  Filаrmоniyаsının  solisti  ol-

muşdur.  1960-cı  ildə  Аzərbаycаn 

Dövlət  Filаrmоniyаsının  nəzdində 

Muğаm  studiyаsı  yаrаtmış  və  burаdа 

gənc  хаnəndələrə  muğаmın  sirlərini 

öyrətmişdir. 

Xanəndə, 

həmçinin 

А.Zеynаllı  аdınа  Musiqi  Məktəbində 

də dərs dеmişdir. Əsl yаrаdıcı sənətkаr 

kimi  Azərbaycan  muğamlarını,  mil-

li  musiqi  хəzinəsini  yеni  mаhnılаrlа 

zənginləşdirmiş, bir neçə muğama yeni 

xallar,  guşə  və  şöbələr  əlavə  etmiş-

dir.  Bu  bахımdаn  оnun  “Qəmərim”, 

“Şuşаnın dаğlаrı” mаhnılаrı dillər əzbəri 

оlmuşdur.  1971-ci  ildə  Azərbaycanın 

musiqi ictimaiyyəti Xanın 70 illik yubi-

leyini keçirmişdir. 

1943-cü ildə “Xalq artisti” fəxri adı-

na layiq görülmüş, “Şərəf nişanı” ordeni 

və bir çox medallarla təltif edilmişdir.

Böyük хаnəndə Хаn Şuşinski 1979- 

cu  il  mаrt  ayının  18-də  Bаkıdа  vəfаt 

еtmişdir.

2013-cü  il  aprel  ayının  29-da 

Beynəlxalq  Muğam  Mərkəzində  Xan 

Şuşinskinin  virtual  muzeyinin  və  me-

morial saytının təqdimatı keçirilmişdir. 

Adına muğam festivalı keçirilmiş, fond 

yaradılmış, haqqında film çəkilmişdir.

Ə d ə b i y y a t

Çəmənli, M. Mu-

ğam dünyasının xanı: 

Xatirələr /M.Çəmənli; 

red. G.Ələkbərqızı.- Bakı: 

Gənclik, 2001.- 272 s.

Şuşinski F. Xan Şuşinski: 

[monoqrafiya] /F.Şuşinski; 

red. S.İsmayılova; ön 

söz. T.Quliyev.-Bakı: İşıq, 

1989.-104 s.

Abdullayeva, T. Səsin 

və ifanın Xan ucalığı 

/T.Abdullayeva //525-ci 

qəzet.-2014.- 23 avqust.- 

S.16.

Əhmədalılar, T. 

Xan! /T.Əhmədalılar                  

//Mədəniyyət .-2013.- 21 

avqust.- S.10.

Xan Şuşinski //Muğаm 

еnsiklоpеdiyаsı; Heydər 

Əliyev Fondu /rеd. hеy. 

sədri, bаş rеdаktоr 

Mеhribаn Əliyеvа.- Bakı, 

2008.- S.188-189.

Muğamın Xanı... : Böyük 

Xan Şuşinskidən 9 əhvalat 

//Ekspress.- 2014.- 21 

avqust.- S.15.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

20

Xanəndə


260

AVQUST

1

Musiqi.Opera.Balet

90 

illiyi

Nazim Əliverdibəyov 

1926-1985 

AVQUST

Nazim  Ağalar  oğlu  Əliverdibəyov 

1926-cı  il  avqust  ayının  24-də  Kislo-

vodsk şəhərində anadan olmuşdur. 

İlk  musiqi  təhsilini  1938-1944-cü 

illərdə  Bakı  Musiqi  Texnikumunda, 

sonra  onillik  musiqi  məktəbində  (in-

diki  Bülbül  adına  Orta-ixtisas  Mu-

siqi  Məktəbi)  V.Anşeleviçin  violon-

çel  sinfində  almışdır.  Onillik  musiqi 

məktəbinin buraxılış imtahanı zamanı 

özünün  bəstələdiyi  ilk  pyeslərindən 

birini  çalmışdır.  Daha  sonra  Üzeyir 

Hacıbəyov  adına  Azərbaycan  Dövlət 

Konservatoriyasının 

bəstəkarlıq 

fakültəsində  təhsilini  davam  etdirərək 

1952-ci ildə professor Cövdət Hacıye-

vin bəstəkarlıq sinfini bitirmişdir.

Musiqinin  müxtəlif  janrlarına 

müraciət etmiş, uşaqlar üçün “Cırtdan” 

nağıl-operasının, “Nazxanım naz edir” 

musiqili komediyasının, “Muğan” xo-

reoqrafik  lövhələrinin,  iki  balet  süita-

sının,  “Mingəçevir”  simfonik  poema-

sının, xalq çalğı alətləri orkestri üçün 

“İçəri şəhər” adlı musiqi lövhələrinin, 

A.Puşkinin sözlərinə “Çiçək” romanı-

nın,  Hüseyn  Cavidin  sözlərinə  silsilə 

romansların,  çoxlu  sayda  kamera-

instrumental  və  xor  əsərlərinin, 

kinofilmlərə  və  teatr  tamaşalarına  ya-

zılmış  musiqilərin  müəllifidir.  Onun, 

xüsusilə  “Bayatı-Şiraz”  muğamının 

akapella  xor  üçün  işləməsi  çox  oriji-

naldır.


Nazim 

Əliverdibəyov 

Ü. 

Hacıbəylinin  “Leyli  və  Məcnun”  və 



“Əsli  və  Kərəm”  operalarının  klavir 

və  partiturasının  yeni  redaktəsini  ha-

zırlamışdır. Hazırda bu operalar onun 

redaktəsi ilə Azərbaycan Dövlət Opera 

və Balet Teatrında tamaşaya qoyulur.

1951-ci  ildən  Bülbül  adına  Orta-

ixtisas  Musiqi  Məktəbində  nəzəriyyə 

və  bəstəkarlıq  üzrə  müəllimlik  etmiş, 

1964-1985-ci illərdə - 20 ildən artıq bu 

məktəbə  rəhbərlik  edərək  gənc  nəslin 

musiqi-estetik  tərbiyəsi  sahəsində 

əzmlə  çalışmışdır.  1960-cı  ildən 

Azərbaycan  Dövlət  Konservatoriya-

sında  “Azərbaycan  xalq  musiqisinin 

əsasları” fənnindən dərs demişdir.

Nazim  Əliverdibəyov  1956-cı  ildə 

Azərbaycan  Bəstəkarlar  İttifaqının 

üzvü  olmuş,  respublikanın  musiqi 

həyatında fəal iştirak etmişdir. 

Simli 


kvartet 

(1950), 


“Qəhrəmanlıq”- Simfonik orkestr üçün 

uvertüra (1951), Simfonik orkestr üçün 

Balet süitası (1956), Simfonik orkestr 

üçün “Rəqs suitası” (1978), violançel 

ansamblı  və  simfonik  orkestr  üçün 

“Skertso”  və  “Vals”  (1978)  və  başqa 

əsərləri məşhurdur.

Görkəmli  bəstəkar  Nazim  Ağalar 

oğlu  Əliverdibəyov  1985-ci  il  fevral 

ayının  17-də  Bakı  şəhərində  vəfat  et-

mişdir.

Ə d ə b i y y a t

Bir hissəli əsərlər 

[Notlar] /Ü. 

Hacıbəyov; işləyəni N. 

Əliverdibəyov.- Bakı: 

1985.- 43 s.

İki romans və mah-

nı [Notlar] : səs və 

fortepiano üçün /N. 

Əliverdibəyov; H. Ca-

vid.- Bakı: 1982.- 13 s.

Mahnılar [Notlar]: 

fortepiano ilə oxumaq 

və xor üçün /mus. N. 

Əliverdibəyov.- Bakı: 

İşıq, 1979.- 51, [1] s.

Əliverdibəyov Nazim 

Ağalar oğlu //Üzeyir 

Hacıbəyli ensiklope-

diyası; Azərbaycan 

Mədəniyyətinin Dostları 

Fondu.- Bakı, 2008.- 

S.47.

Əliverdibəyov Nazim 

Ağalar oğu //Muğam 

ensiklopediyası; Heydər 

Əliyev fondu.- Bakı, 

2008.- S.64.

İbrahimova, S. Nazim 

Əliverdibəyovun 

A-capella xor üçün 

işlədiyi “Bayatı-

şiraz”ın ladstruk-

tur xüsusiyyətləri 

/S.İbrahimova //

Musiqi dünyası.- 2011.- 

№2/47.- S.36-44.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin