Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə42/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

Ə d ə b i y y a t

Seçilmiş pedaqoji əsərləri: 

12 cilddə /H.Əhmədov.- 

Bakı: Təhsil, 2006.- C.1.- 

C.12.

Avrasiya xalqlarının 

məktəb və pedaqoji fikir 

tarixinə dair oçerklər  

/H.M. Əhmədov; [red. M. 

İlyasov].-Bakı: [Maarif], 

[Nurlar], 2012.-541 s

XIX əsr Azərbaycan 

məktəbi /H.Əhmədov; 

elmi red. Ə.Ağayev, 

A.Bayramoğlu; 

Azərbaycan Beynəlxalq 

Universiteti.-Bakı: ABU 

Təhsil, 2006.- 580 s.

Maarif fədailəri: Firidun 

bəy Köçərli-150, Rəşid 

bəy Əfəndiyev-150 : [qoşa 

qanad] /Hüseyn Əhmədov.- 

Bakı: ADPU, 2013.-199, 

[1] s.

Rüstəmov F. Akademik 

Hüseyn Əhmədov və 

yetirmələri /F.Rüstəmov; 

elmi red.: Ə. Ağayev.- 

Bakı: Təhsil, 2004.- 202 s.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

17

239

239

Alim

Geologiya.Coğrafiya

65 

illiyi

Rəşid Cavanşir

1951

İYUL

Rəşid Cəmil oğlu Cavanşir 1951-ci il 

iyul ayının 17-də Bakıda anadan olmuş-

dur.  1973-cü  ildə  Azərbaycan  Neft  və 

Kimya  İnstitutunun  (indiki Azərbaycan 

Dövlət  Neft  və  Sənaye  Universiteti) 

geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. 

1984-1997-ci  illərdə  AMEA-nın  Dərin 

Neft  və  Qaz Yataqları Problemləri  İns-

titutunda  şöbə  müdiri,  1988-1995-ci 

illərdə  institutda  elmi  işlər  üzrə  direk-

tor  müavini  vəzifələrində  çalışmışdır. 

1995-2009-cu  illərdə  bir  neçə  nüfuz-

lu  beynəlxalq  neft  şirkətlərində  rəhbər 

vəzifələr  tutmuş,  2009-cu  ilin  sentyabr 

ayında  “BP  Exploration  (Shah  Deniz) 

Ltd.” şirkətinin prezidenti, 2012-ci ildə 

Böyük Britaniyanın “BP” neft şirkətinin 

Strategiya  və  inteqrasiya  üzrə  vitse-

prezidenti təyin edilmişdir.

Sistemli  yanaşma  əsasında  neft-qaz 

geologiyası  və  geofizikası  sahəsində 

mühüm elmi tədqiqatlar aparmışdır. İlk 

dəfə olaraq çöküntülərin nəzəri sıxılma 

modelləri,  dağ  süxurlarının  kollektor, 

ekranlaşdırıcı və fiziki xassələrinin ter-

mobarik, struktur-litoloji və geotektonik 

amillərin ayrı-ayrılıqda olan təsiri nəzərə 

alınmaqla  fiziki-riyazi  modelləşdirmə 

üsulları təklif olunmuşdur.

Elektron  mikroskopiya  əsasında 

tam  sıxılmaya  uğramamış  gillərin 

məsamə  fəzası  strukturu  və  mineraloji 

xüsusiyyətləri öyrənilmiş, ilk dəfə allo-

tigen mineral yaranmaların geokimyəvi 

və  termodinamik  şəraitli  kompüter 

modelləşdirilməsi  həyata  keçirilmişdir. 

Azərbaycan SSR Elmlər Akademiyasın-

da  elmi-tədqiqat,  Neft  Akademiyasın-

da  bir  neçə  il  müəllimlik  fəaliyyəti  ilə 

məşğul olmuşdur. 

212  elmi  əsərin,  8  monoqrafiyanın, 

12  müəlliflik  şəhadətnaməsi  və  paten-

tin müəllifidir. 2001-ci ildən AMEA-nın 

müxbir üzvüdür.

1988-ci  ildən  Azərbaycan  EA-nın 

Geologiya  İnstitutu  və  Dərin  Neft  və 

Qaz  Yataqları  Problemləri  İnstitutunun 

doktorluq elmi dərəcəsini vermək üçün 

ixtisaslaşdırılmış şuralarının üzvü olmuş 

və  1993-cü  ildən  Azərbaycan  Respub-

likası  Prezidenti  yanında AAK-nın Yer 

haqqında elmlər üzrə ekspert Şurasının 

üzvüdür.


1984-ci  ildən  indiyədək  Amerika 

Geoloq-Neftçilər  Cəmiyyətinin  üzvü, 

1989-1995-ci  illərdə  “Energy  Sources” 

(ABŞ)  beynəlxalq  elmi  jurnalının  re-

gional  redaktoru,  1989-1996,  2001-ci 

ildən  indiyədək  “Journal  of  Petroleum 

Science  and  Engineering”  (Hollandi-

ya)  beynəlxalq  elmi  jurnalının  redaksi-

ya heyətinin üzvü, Member of Editorial 

Board  of  the  “Azerbaijan  Geologist”, 

Member  of  Editorial  Board  of  “Seis-

moprognosis  observations  in  the  terri-

tory of Azerbaijan” beynəlxalq və xarici 

ölkələrin elmi qurumlarının üzvüdür.

Azərbaycan  neft  sənayesinin  inki-

şafında  xidmətlərinə  görə  Rəşid  Cəmil 

oğlu  Cavanşir  2011-ci  ildə Azərbaycan 

Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə 

təltif edilmişdir.

Ə d ə b i y y a t

Моделирование 

систем нефтегазовой 

геологии 

/Р.Джаваншир.- 

Мockва: Недра, 1990.- 

295 с.

Прогнозирование 

физических свойств 

коллекторов и 

покрышек нефти и 

газа /Р.Джаваншир.-  

Мockва: Недра, 1998.- 

200 с.

South Caspian Basin 

Petroleum Production 

(editor) //Journal of 

Petroleum: Science & 

Engineering.-Vol. 28 

(2000).- The Nether-

lands, 2000.

R.C.Cavanşirin 

“Şöhrət” ordeni ilə 

təltif edilməsi haq-

qında: Azərbaycan 

Respublikası Prezi-

dentinin Sərəncamı, 

14 iyul 2011-ci il] //

Azərbaycan.- 2011.- 15 

iyul.- S. 2.

Zamanov, A. Mücərrəd 

təməldən ali mükafata 

doğru: Dövlət Mükafa-

tına təqdim olunmuşdur 

[R.C.Cavanşir haq-

qında] /A.Zamanov, 

S.Əliyev //Respublika.- 

2014.- 13 may.- S.10.

17


240

85 

illiyi

Geologiya.Coğrafiya

Fərman Salmanov

1931-2007

İYUL

Fərman  Qurban  oğlu  Salmanov 

1931-ci  il  iyul  ayının  28-də  Şəmkir 

rayonunun  Morul  kəndində  anadan 

olmuşdur.  Orta  məktəbi  1947-ci  ildə 

başa  vurmuş,  əvvəl  Şirvan  Kompleks 

Ekspedisiyasında  kollektor  işləmiş, 

sonra  Azərbaycan  Sənaye  İnstitutu-

nun (indiki ADNSU) geoloji-kəşfiyyat 

fakültəsinə  daxil  olmuşdur.  1954-cü 

ildə həmin institutu bitirmişdir.

Əmək fəaliyyətinə hələ erkən yaşla-

rından geoloji ekspedisiyada sıravi işçi 

kimi  başlamış,  1954-1959-cu  illərdə 

Novosibirsk geologiya idarəsində geo-

loq, böyük geoloq, neft kəşfiyyatı eks-

pedisiyasının  rəisi  olmuşdur.  1959-cu 

ildə  Tümen  Ərazi  Geologiya  İdarəsi 

Surqut neft kəşfiyyatı ekspedisiyasının 

rəisi  vəzifəsinə  təyin  edilmiş,  1962-

1964-cü illərdə Ust-Balık ekspedisiya-

sının baş geoloqu, 1964-1970-ci illərdə 

Pravdinsk neft kəşfiyyatı ekspedisiya-

sının rəisi, 1970-1987-ci illərdə Tümen 

Baş  Geologiya  İdarəsinin  rəis  müavi-

ni  və  rəisi  vəzifələrində  çalışmışdır. 

1987-1991-ci  illərdə  SSRİ  geologiya 

nazirinin müavini olmuş, 1992-ci ildə 

“Rospan  İnternəşnl”  Qapalı  Səhmdar 

Cəmiyyətinin  prezidenti,  2002-ci  ildə 

isə  “İtera”  şirkəti  Direktorlar  şurası 

sədrinin  müşaviri,  eləcə  də  “Yuqneft-

qaz”  cəmiyyəti  Direktorlar  şurasının 

sədri vəzifəsində çalışmışdır.

Fərman  Salmanovun  adı  dünya 

neft  tarixinə  Tümenin  zəngin  təbii 

sərvətlərinin  ilk  kəşfiyyatçılarından 

biri  kimi  daxil  olmuşdur.  O,  heç  bir 

neft  ehtiyatının  olmadığı  iddia  edilən 

Qərbi Sibirdə 1961-ci ildə ilk neft ya-

taqlarını  üzə  çıxarmışdır.  Rəhbərliyi 

altında  karbohidrogen  ehtiyatları  ilə 

zəngin  yüzdən  artıq  irihəcmli  yataq 

kəşf edilərək istismara verilmişdir. İs-

tehsalatda  uğurlarını  elmi  fəaliyyətlə 

səmərəli  şəkildə  əlaqələndirən  alim 

1972-ci  ildə  doktorluq  dissertasiyası 

müdafiə edərək geologiya-mineralogiya 

elmləri  doktoru  elmi  dərəcəsi  almış, 

1989-cu  ildə  Rusiya  EA-nın  müxbir 

üzvü  seçilmişdir.  160-dan  çox  elmi 

əsərin, 10 monoqrafiyanın müəllifidir. 

Xanti-Mansi  və Yamalo-Nenets  Mux-

tar  dairələrinin,  Surqut  şəhəri,  Texas 

ştatı və Çinin Çzinçjou şəhərinin fəxri 

vətəndaşı seçilmişdir.

Neft  sənayesinin  inkişafındakı 

xidmətlərinə  görə  1966-cı  ildə  “Sosi-

alist  Əməyi  Qəhrəmanı”  fəxri  adına, 

1970-ci  ildə  Lenin  mükafatı  laureatı 

adına layiq görülmüş, “Oktyabr inqila-

bı”, iki dəfə “Qırmızı Əmək Bayrağı” 

ordenlərilə  təltif  edilmiş,  İ.M.Qubkin 

adına mükafatın laureatı, Rusiya Fede-

rasiyasının Əməkdar geoloqu, neft və 

qaz  sənayesinin  fəxri  işçisi  olmuşdur. 

2001-ci  ildə  Azərbaycanın  ali  müka-

fatına - “Şöhrət” ordeninə layiq görül-

müşdür.

Fərman Salmanov 2007-ci il martın 



31-də vəfat etmiş, öz vəsiyyəti ilə Mosk-

vada  Vaqankovsk  qəbiristanlığında 

dəfn edilmişdir.

Onu “Rusiya neftinin atası” adlan-

dırmış, haqqında film çəkmişlər. Sibi-

rin Tümen şəhərində xatirə lövhəsinin 

təntənəli  açı

lış  mərasimi  olmuş-

dur.  Surqutda  ev-muzeyi  qarşısında 

Heydər  Əliyev  Fondunun  Rusiyadakı 

nümayəndəliyinin təşəbbüsü ilə 2009-

cu ildə büstü qoyulmuşdur.



Ə d ə b i y y a t

Hüseynzadə, F. Rusiya 

neftinin azərbaycanlı fatehi  

/F.Hüseynzadə //Paritet.-

2012.- 23-24 fevral - S.11.

Məmmədli, İ. Tümen neftinin 

banisi: Neft tariximizdən 

/İ.Məmmədli //İki sahil.- 

2011.- 26 avqust.- S. 5.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org 

28

241

100 

illiyi

Riyaziyyat.Fizika.Astronomiya

Məcid Rəsulov

1916-1993

İYUL

Məcid Lətif oğlu Rəsulov 1916-cı 

il iyul ayının 6-da Şəki şəhərində ana-

dan  olmuşdur. Azərbaycan  Pedaqoji 

İnstitutunun  (indiki ADPU)  məzunu 

və  Azərbaycan  Dövlət  Universiteti-

nin (indiki BDU) aspirantı olmuşdur.

Məcid  Rəsulovun  ilk  elmi  araş-

dırmaları  onun  1946-1948-ci  illərdə 

“Diferensial  tənliklər  üçün  bəzi  qa-

rışıq  məsələlərin  həllinin  çıxııqlar 

üsulu ilə araşdırılması “ mövzusunda 

yazdığı namizədlik dissertasiyasında 

ümumiləşdirilmişdir. O, bu işdə xətti 

funksionalın  altfəzasında  bütün  Ba-

nax fəzasına davamının yeganəliyinin 

zəruri və kafi şərtlərini almış və baxı-

lan birölçülü xətti diferensial operato-

run normallığı üçün zəruri və kafi şərti 

isbat  etmişdir.M.L.Rəsulov  1960-cı 

ildə SSRİ EA-nın V.A.Steklov adına 

Riyaziyyat  İnstitutunun  Elmi  Şura-

sında “Xüsusi törəməli xətti diferen-

sial  tənliklər  üçün  qarışıq  və  sərhəd 

məsələlərinin həllinin çıxıqlar üsulu” 

mövzusunda  doktorluq  dissertasiya-

sını müdafiə edərək fizika-riyaziyyat 

elmləri  doktoru  elmi  dərəcəsini  al-

mışdır.

Məcid  Rəsulovun  1967-ci  ildə 



“Kontur  inteqralı  üsulu”  monoq-

rafiyası  İngiltərə  Kral  Riyaziyyat 

Cəmiyyətinin sifarişi ilə ingilis dilinə 

tərcümə  olunmuş  və  Hollandiyada, 

Amerika  Birləşmiş  Ştatlarında,  Ka-

nadada  çap  olunmuşdur.  Qeyd  edək 

ki, bununla da o, xaricdə monoqrafi-

yası çap olunan ilk azərbaycanlı riya-

ziyyatçı olmuşdur.

1975-ci  ildə  Moskvanın  “Nauka” 

nəşriyyatında  alimin  “Kontur  inteq-

rallar  üsulunun  tətbiqi”  adlı  ikinci 

monoqrafiyası  çıxmışdır.  Bunlardan 

başqa  professor  M.L.Rəsulov  180-ə 

qədər  elmi  məqalənin  müəllifidir. 

Yüksəkixtisaslı  kadrların  hazırlan-

masında  M.L.Rəsulovun  xidmətləri 

böyükdür.  Onun  rəhbərliyi  altında 

20-dən çox namizədlik və doktorluq 

dissertasiyaları  yazılmış  və  müdafiə 

edilmişdir.

M.L.Rəsulov 

Böyük 

Vətən 


müharibəsi  iştirakçısı  olmuşdur. 

1960-cı  ildən  Azərbaycan  Dövlət 

Universitetinin Riyazi fizika tənlikləri 

kafedrasının  müdiri,  1961-ci  ildə 

professor,  1968-ci  ildən Azərbaycan 

EA-nın  müxbir  üzvü,  1983-cü  ildən 

həqiqi üzvü olmuşdur. 

1976-cı  ildən  Azərbaycan  Sovet 

Ensiklopediyasının  elmi  redaksiya 

şurasının üzvü olmuşdur.

Akademik  M.L.Rəsulovun  elmi 

pedaqoji və ictimai fəaliyyəti dövlət 

tərəfin dən  yüksək  qiymətləndirilmiş 

və  o,  1980-ci  ildə  “Qırmızı  Əmək 

Bayrağı”  ordeni  və  bir  neçə  medal-

larla  təltif  edilmişdir.  1989-cu  ildə 

“Azərbaycan SSR Əməkdar elm xa-

dimi” fəxri adına layiq görülmüşdür.

Riyazi-fizika 

tənlikləri 

üzrə 

görkəmli  mütəxəssis,  diferensial 



tənliklər  və  funksional  analiz  kimi 

sahələrdə  çalışmış  riyaziyyatçı-alim, 

akademik Məcid Lətif oğlu Rəsulov 

1993-cü  il  fevral  ayının  11-də  Bakı 

şəhərində vəfat etmişdir.

Ə d ə b i y y a t

Метод контурного 

интеграла и его 

применение к 

исследованию задач 

для дифференциальных 

уравнений /М.Расулов.-

Москва: Наука, 1964.-    

462 с.

Приложения метода 

контурного интеграла 

/М.Расулов.-Москва: 

Наука, 1975.- 321 с.

Methods of contour integ-

ration.- Amsterdam, 1975.- 

387 p.

Rəsulov Məcid Lətif oğlu             

//Azərbaycan Sovet Ensiklo-

pediyası: 10 cilddə.- Bakı, 

1982.- C.8.- S.137-138.

Riyazi ədəbiyyatda 

müstəsna hadisə yarat-

mış alimimiz...: XX əsrdə 

Azərbaycanın yetişdirdiyi 

nadir şəxsiyyətlərdən biri     

//Azadlıq.- 2013.- 20 sent-

yabr.- S.14.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org 

6

Akademik


242

80 

illiyi

Texnika.Mühəndis işi

Firudin Məmmədov

1936

İYUL

Firudin İbrahim oğlu Məmmədov 

1936-cı il iyul ayının 1-də Naxçıvan 

Muxtar  Respublikası  Şərur  rayonu-

nun Şahtaxtı kəndində anadan olmuş-

dur.


1958-ci  ildə  Sənaye  İnstitutu-

nun (indiki Azərbaycan Dövlət Neft 

və  Sənaye  Universiteti  )  energetika 

fakültəsini,  sonra  “Neftkimyaavto-

matika”  Elmi-Tədqiqat  Layihə  İns-

titutunun  (Sumqayıt)  aspiranturasını 

bitirmişdir. 

1958-1968-ci  illərdə  Azərbaycan 

Neft və Kimya İnstitutunun Sumqayıt 

filialında baş müəllim, 1968-1970-ci 

illərdə  dosent,  1971-1974-cü  illərdə 

dekan və 1974-1985-ci illərdə kafed-

ra müdiri vəzifələrində çalışmışdır. 

1996-cı  ildə  professor  elmi 

rütbəsinə  layiq  görülmüşdür.  Həmin 

ildən Azərbaycan Sənaye İnstitutun-

da  (indiki  Sumqayıt  Dövlət  Univer-

siteti)  Elektrotexnika  kafedrasının 

müdiridir.  2001-ci  ildən Azərbaycan 

Milli Elmlər Akademiyasının müxbir 

üzvüdür.

İnformasiya 

nəzəriyyəsinə, 

idarəetmə  sistemlərinin  hesablama 

və  məlumat-ölçü  texnikasının  ilkin 

vericilərinin  nəzəriyyəsi,  islənilməsi 

və tətbiqinə, neftçıxarma dərinlik na-

sosları üçün elektromaqnit vericilərlə 

işləyən  tezlik  teleölçü  nəzəriyyəsinə 

dair tədqiqatlar aparmışdır.

İnformasiya nəzəriyyəsi sahəsində 

mütəxəssis,  texnika  elmləri  dokto-

ru Firudin İbrahim oğlu Məmmədov 

180-dan  çox  elmi  işin,  24  ixtiranın 

müəllifidir. 

Onun  rəhbərliyi  altında  beş 

namizədlik  dissertasiyası  müdafiə 

edilmişdir.



Ə d ə b i y y a t

Исследование дифференциального электромагнитного датчика со сплошным магнитопроводом в нагрузочном 

режиме:Электротехника /Ф.И.Мамедов, Р.Б. Дадашева, Р.А. Гусейнов //Знак.- 2006.- №6.- С.25-50.

Исследование магнитного поля двухмерного измерительного электромагнитного преобразователя: Известия высших учебных 

заведений. Южно-Российский государственный технический университет (Новочеркасский политехнический институт) 

/Ф.И.Мамедов, Р.Б. Дадашева //Электромеханика.- 2007.- №2.- С.40-44.

Определение основных электромагнитных параметров датчика расстояния: Электротехника /Ф. И.Мамедов, Т. А. Ахмедова   

//Знак.- 2009.- №4.- С.24-28.

Получение математической модели двухтактного вибровозбудителя с низкой механической частотой.mht: Электротехника 

/Ф.И. Мамедов, Р.Б. Дадашева //Знак.- 2010.- № 8.- С.51-56.

Məmmədov Firudin İbrahim oğlu // Naxçıvan ensiklopediyası.-Bakı, 2002.- S. 311.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org 

1

Alim

243

90 

illiyi

Texnika.Mühəndis işi

Midhət Abasov

1926-2012 

İYUL

Midhət  Teymur  oğlu  Aba-

sov  1926-cı  il  iyul  ayının  31-də 

Bakı  şəhərində  anadan  olmuşdur. 

Orta  məktəbi  bitirdikdən  sonra, 

1943-1949-cu  illərdə  ali  təhsilini 

Azərbaycan  Sənaye  İnstitutunun 

(indiki Azərbaycan Dövlət Neft və 

Sənaye  Universiteti  )  neft-mədən 

fakültəsində  almış,  1949-1952-ci 

illərdə isə həmin institutun aspiran-

turasında oxumuşdur.

Əmək  fəaliyyətinə  1949-cu  ildə 

“Azneft”  İstehsalat  Birliyinin  Qa-

radağ  Neft  Trestində  mədən  usta-

sı  kimi  başlayan  Midhət  Abasov 

1952-1953-cü  illərdə  Azərbaycan 

Sənaye İnstitutunda assistent, 1953-

1958-ci  illərdə Azərbaycan  Elmlər 

Akademiyasında  neft  ekspedisiya-

sının yeraltı hidrodinamika labora-

toriyasında  kiçik  elmi  işçi,  böyük 

elmi işçi, rəis müavini və laborato-

riya  rəhbəri,  1958-1960-cı  illərdə 

isə Azərbaycan Elmi Tədqiqat Neft-

çıxarma  İnstitutunda  laboratoriya 

rəisi vəzifələrində çalışmışdır. 

1953-cü  ildə  namizədlik,  1962-

ci  ildə  “Neft  və  qaz  yataqlarının 

işlənməsi və istismarı” mövzusunda 

doktorluq  dissertasiyasını  müdafiə 

etmişdir.  1960-cı  ildən  etibarən 

elmi  fəaliyyətini Azərbaycan  Milli 

Elmlər  Akademiyası  ilə  bağlamış, 

2003-cü  ilədək  Dərin  Neft  və  Qaz 

Yataqları  Problemləri  İnstitutunda 

(indiki Geologiya və Geofizika İns-

titutu) laboratoriya müdiri, elmi işlər 

üzrə  direktor  müavini  və  direktor 

vəzifələrini  tutmuş,  2003-cü  ildən 

ömrünün sonuna qədər Azərbaycan 

Milli Elmlər Akademiyasının Geo-

logiya  İnstitutunun  baş  elmi  işçisi 

olmuşdur.

1976-1990-cı illərdə Azərbaycan 

Elmlər Akademiyasının Yer Elmləri 

Bölməsinin akademik-katibi, 1990-

1997-ci illərdə akademiyanın vitse-

prezidenti vəzifələrində çalışmışdır. 

1989-cu ildə 12-ci çağırış SSRİ Ali 

Sovetinə xalq deputatı seçilmişdir. 

1991-1992-ci 

illərdə 

isə 


Azərbaycan Respublikasının dövlət 

katibi işləmişdir.

Midhət  Abasov  1968-ci  ildə 

Azərbaycan Milli Elmlər Akademi-

yasının  müxbir  üzvü,  1980-ci  ildə 

həqiqi  üzvü,  1984-cü  ildə  keçmiş 

SSRİ Elmlər Akademiyasının müx-

bir üzvü seçilmişdir.

660-dan artıq elmi məqalənin və 

16  monoqrafiyanın,  43  müəlliflik 

şəhadətnaməsinin  və  6  patentin 

müəllifidir.  Onun  rəhbərliyi  altın-

da 21 elmlər doktoru və 40 elmlər 

namizədi hazırlanıb. 

Azərbaycan Dövlət mükafatı lau-

reatı olmuş, “Qırmızı Əmək Bayra-

ğı” ordeni ilə, Akademik İ.M.Qubkin 

adına mükafatla, Azərbaycan SSRİ 

Ali Sovetinin Fəxri fərmanı ilə təltif 

edilmişdir. 

“SSRİ Fəxri neftçisi”, “SSRİ qaz 

sənayesinin fəxri işçisi”, “SSRİ ixti-

raçısı”, 1990-cı ildə “Azərbaycanın 

Əməkdar elm xadimi” fəxri adları-

na layiq görülmüşdür. 

Akademik Abasov  Midhət  Tey-

mur oğlu 2012-ci il aprel ayının 23-

də vəfat etmişdir.



Ə d ə b i y y a t

Изучение и прогнозирование 

параметров сложных 

природных резервуаров нефти 

и газа Южно-Каспийской 

впадины /М.Абасов (в соавт. 

Кондрушкин Ю.М. и др.).- 

Баку, 2007.- 67 c.

Повышение эффективности 

ограничения водопритоков 

в нефтяных скважинах 

/М.Абасов (в соавт.Стреков 

А.С.,Эфендиев Г.М.).- Баку, 

2009.- 125 c.

Фильтрационные процессы и 

идентификация параметров 

в многопластовых 

месторождениях /М.Абасов 

(в соавт.Азиов Э.Х.,Джалалов 

Г.И. и др.).- Баку, 2008.- 178c.

Midhət Teymur oğlu Abasov: 

biblioqrafiya /AMEA Geol. İn-

tu; tərt. ed. D.R.Mirzəyeva, A.A. 

İsrafilova; red. Z.A. Kərimov, 

T.Ş. Kazımova.- Bakı: Nafta-

Press, 2006.- 220, [1] s.

Abasov Midhət Teymur 

oğlu=Абасов Митат Теймур 

оглы=Abasov Mitat Teymur 

ogly //Azərbaycanın neftçi 

alimləri /AMEA Geologiya 

İnstitutu; tərt.ed. Ə.M.Dadaşov.- 

Bakı: “Nafta-Press”, 2007.- S. 

Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin