Kbt я25 uot (059) Baş redaktor


İrland yazıçısı 222



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə39/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   35   36   37   38   39   40   41   42   ...   74

26

İrland yazıçısı

222

Dünya ədəbiyyatı

150 

illiyi

Xalid Ziya Uşaqlıgil 

1866-1945 

İYUL

Ə d ə b i y y a t

Aşk-ı memnu /H.Z. 

Uşaklıgil.-İstanbul:Özgür 

Yayınları, 2011.- 246 s.

Kırık hayatlar /H.Z. 

Uşaklıgil.- İstanbul:Özgür 

yayınları, 2012.- 254 s.

Saray ve ötesi /H.Z. 

Uşaklıgil.-İstanbul:Özgür 

yayınları, 2012.-154 s.

Deveci, M. Halit Ziya 

Uşaklıgilin öykülerinde 

yapı ve izlek /M.Deveci.- 

Elazığ: [yayl.y.], 2013.- 

121 s.

Hacıyeva, M. Gizli eşqin 

aşkar görüntüləri: [“Aşkı-

Memnu” əsəri haqqında] 

/M.Hacıyeva //Ədəbiyyat 

qəzeti.- 2010.- 9 iyul.- S.5.

Sevda, A. Halit Ziya Uşak-

lıgilin romanlarında kadın 

ve kadın eyitimi: Türk dili 

ve edebiyatı öğretmenliği 

programı. Yüksek lisans 

tezi.- İzmir, 2007.

Алькаева, Л.О. 

Творчество Халида Зии 

/Л.О.Алькаева.- Москва, 

1966.- 201 с.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedikia.org

31

Türk yazıçısı

Xalid  Ziya  Uşaqlıgil  (Halid  Ziya 

Uşaklıgil)  1866-cı  il  (bəzi  mənbələrdə 

1865) iyul ayının 31-də İstanbulda ana-

dan olmuşdur. İlk təhsilini orta məktəbdə 

aldıqdan sonra Fatih Hərbi Rüştiyesinde 

oxumuşdur. Müharibənin başlanması ilə 

əlaqədar ailəsi ilə birgə İzmirə köçmüş, 

təhsilini  İzmir  Rüştiyəsində  davam  et-

dirmişdir. Fransız dilini təkmilləşdirmək 

üçün internat məktəbinə getmiş, fransız 

ədəbiyyatını yaxından öyrənmişdir. İlk 

yazılarını  İstanbulda  “Xəzine-i-Evrak” 

adlı  jurnalda  “Məhməd  Xalid”  adıy-

la  dərc  etdirmişdir.  Sonuncu  sinifdə 

oxuyarkən məktəbdən ayrılmış, atasının 

katibi olarak işə başlamışdır. Həmin ildə 

“Novruz” adlı jurnal dərc etdirmiş, bu-

rada tərcümə, şeir, hekayə, mənsur şeir 

və elmi yazılarını dərc etdirmişdir. Fran-

sız ədəbiyyatı tarixi ilə bağlı “Qərbdən 

Şərqə  Səyyale-i  Ədəbiyyə:  Fransa 

Ədəbiyyatının  nümunə  və  tarixi”  adlı 

kitabı 1885-ci ildə nəşr olunmuşdur. İz-

mir Rüştüyəsində fransız dili müəllimi 

kimi  çalışmış,  eyni  zamanda  Osmanlı 

bankında  işləməyə  başlamışdır.  İzmir 

məktəbi  açıldıqdan  sonra  müəllimliyə 

bu məktəbdə davam etmiş, fransız dili 

ilə  yanaşı  türk  ədəbiyyatından  da  dərs 

demişdir.

1886-cı  ildə  dostu  Tevfik  Nevzat 

ilə birlikdə “Hizmet” (Xidmət) adlı bir 

qəzet nəşr etmişlər. Bu qəzet Vali Xəlil 

Rüfət  Paşa  və  hüquq  dairəsi  rəisinin 

himayəsində  yayımlanmış,  şəhərin 

mədəniyyət  həyatına  yenilik  gətirmiş, 

yazıçıya isə geniş yaradıcılıq imkanı aç-

mışdır. İlk əsərləri - “Nemide” (1889), 

“Bir  ölünün  defteri”  (1889),  “Ferdi  ve 

Şürekasi”  (1894)  “Xidmət”  qəzetində 

dərc  olunmuşdur.  1885-ci  ildə  ardıcıl 

olaraq dərc olunan “Sefile” adlı ilk ro-

manı  qadağan  edilmişdir.  Romanlarla 

yanaşı  “Mezardan  sesler”  adlı  mənsur 

şeirləri də oxucular tərəfindən maraqla 

qarşılanmışdır.  Övladları  üçün  “Kırık 

oyuncaq”, “Kırık hayatlar” və “Bir acı 

hikaye” kitablarını yazmışdır.

1893-cü  ildə  ədib  İstanbula  getmiş 

baş  katiblik  vəzifəsində  16  il  işləmiş, 

vaxtının çoxunu mütaliəyə və yaradıcı-

lığa ayırmışdır.

1897-ci  ildə  çap  olunan  “Mavi  və 

siyah”  adlı  romanında  kədərli  eşq 

macərası  mövzusunu  geri  plana  almış, 

dövrün mətbuat dünyasını, “Edebiyyat-e 

Cedide”  ədəbiyyat  birliyinin  bu  dün-

yaya  baxışını  əks  etdirmişdir.  İlk  bö-

yük  türk  romanı  sayılan  “Puç  olmuş 

həyatlar”  (“Aşk-ı  Memnu”)  romanını 

1898-1900-cü illərdə yazmışdır. “Mavi 

və siyah” əsərinin qazandığı rəğbətdən 

sonra yazıları əsasən tirajı yüksək olan 

“İkdam”  və  “Sabah”  qəzetlərində  dərc 

olunmuşdur.

1930-cu ildən etibarən yaradıcılığın-

da  canlanma  başlamış,  “Cümhuriyet” 

və “Son Posta” qəzetlərində yazıları çap 

edilmişdir. 

Xalid Ziya Uşaqlıgil 1945-ci il mart 

ayının 27-də vəfat etmiş, İstanbulda Ba-

kırköy qəbiristanlığında dəfn olunmuş-

dur.


223

223

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

90 

illiyi

Vidadi Nərimanbəyov

1926-2001

İYUL

Ə d ə b i y y a t

Nərimanbəyov Vidadi 

Yaqub oğlu //Azərbaycan 

Sovet Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1983.- C.7.- 

S.225.

Асадова, И. История 

гения, писавшего 

портреты на фоне 

рвущихся снарядов: 

Видади Нариманбеков 

был единственным 

азербайджанским 

художником, 

романтически 

воспевшим подвиг 

азербайджанского 

солдата в ВОВ 

/И.Асадова //Эхо.- 2015.- 

9 мая. - С. 10.

Нигяр Нариманбекова: 

“Последнейего картиной 

была стая белых 

лебедей, улетающих в 

сияющую вечность...”    

//Эхо.-2014.- 28 июня.- 

С.10..

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.lit.az

13

Rəssam

Vidadi  Yaqub  oğlu  Nərimanbəyov 

1926-cı il iyul ayının 13-də Fransanın 

Kann şəhərində anadan olmuşdur. Ailəsi 

ilə birlikdə Bakıya qayıtmış, 1943-1944-

cü illərdə Ə.Əzimzadə adına Azərbaycan 

Dövlət Rəssamlıq Məktəbində oxumuş, 

1944-1950-ci illərdə Sovet Ordusu sıra-

larında xidmət etmişdir. 1950-1953-cü 

illərdə  Ə.Əzimzadə  adına Azərbaycan 

Dövlət Rəssamlıq Məktəbində təhsilini 

davam 


etdirmişdir. 

1953-1956-cı 

illərdə  V.Muxin  adına  Leninqrad  Ali 

Rəssamlıq-Sənaye  Məktəbində  və 

1957-1960-cı illərdə Tbilisi Rəssamlıq 

Akademiyasında təhsil almışdır.

Gənc  rəssam  tələbə  ikən  açıq 

səmanın,  günəşin  fonunda  qara  bulud 

layları təsvir edilmiş, öndə isə biri ya-

ğış, digəri quraqlıq arzulayan iki insan 

obrazı əks olunmuş “Düşmənin sevin-

ci...” tablosu ilə şöhrət qazanmışdır.

İkinci  Dünya  müharibəsi  rəssamın 

yaradıcılığına da təsir etmiş, əsərlərində 

müharibə və hərbi-vətənpərvərlik möv-

zusu  əsas  yer  tutmuşdur.  “Ağır  illər” 

(1960),  “Yolda”  (1963),  “Müharibə 

yolları”  (1965),  “Xatirələr”  (1967), 

“And”  (1969),  “Bakılılar.  Qırx  birinci 

il” (1970), “Böyük Vətən müharibəsi” 

(1971),  “Sovet  İttifaqına  xidmət 

edirəm!”  (1973),  “Bayraq”  (1975), 

“Adsız təpədə” (1978), “İthaf” (1980), 

“Vidalaşma” (1981) və s. tematik tab-

lolarında  müharibənin  fəlakətləri,  so-

vet xalqının faşizmə qarşı qəhrəmanlıq 

mübarizəsi öz əksini tapmışdır.

1961-ci ildən SSRİ Rəssamlar İttifa-

qının üzvü olmuşdur. 1963-cü ildə “Yol-

da”  monumental,  irihəcmli  tablosu  ilə 

şöhrət qazanmışdır. Əsər R.Mustafayev 

adına  Azərbaycan  Dövlət  İncəsənət 

Muzeyinin daimi eksponatıdır.

Rəssam  portret  və  natürmort  janr-

larında  da  özünü  sınamış,  “Nəzifənin 

portreti”  (1965),  “Natürmort”  (1969), 

“Oğlumun  portreti”  (1972),  “Tələbə 

qız” (1977), “Tələbə Nigar” (1980) və 

s.  rəsmlərini  çəkmişdir. Yalnız  keçmiş 

SSRİ məkanında deyil, Macarıstan, Çe-

xiya, Bolqarıstan, Rumıniya, Almaniya, 

Əlcəzair,  Finlandiya,  İtaliya, Avstriya, 

Türkiyə, Hindistan, İraq və s. ölkələrdə 

fərdi sərgisi təşkil edilmişdir. 

1972-1986-cı  illərdə  Azərbaycan 

SSR  Rəssamlar  İttifaqının  İdarə 

Heyətinin  sədr  müavini  vəzifəsində 

işləmişdir. 

1992-2000-ci illərdə Fransanın Bor-

do, Po, Biarritz şəhərlərində “Buskay-

rol” (“Bouscayrol”) Qalereyasında fərdi 

rəssamlıq sərgisi keçirilmişdir.

20  Yanvar  faciəsinə  həsr  etdiyi 

“Qatillər” tablosu dünyanın bütün sərgi 

salonlarında nümayiş etdirilmişdir. 

Görkəmli  rəssamın  yaradıcılığı, 

ictimai  fəaliyyəti  dövlət  tərəfindən 

yüksək  qiymətləndirilmiş,  1977-ci 

ildə  “Əməkdar  rəssam”,  1982-ci  ildə 

“Xalq  rəssamı”  fəxri  adlarına,  ulu 

öndər Heydər Əliyevin 2001-ci il tarixli 

Sərəncamı  ilə  “Şöhrət”  ordeninə  layiq 

görülmüşdür.

Vidadi  Nərimanbəyov  2001-ci  il 

dekabr  ayının  13-də  vəfat  etmiş,  Bakı 

şəhərində dəfn olunmuşdur.

2006-cı ildə Vidadi Nərimanbəyovun 

xatirəsinə “Sənətə həsr olunmuş ömür” 

filmi lentə alınmışdır.


224

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

410 

illiyi

Rembrandt van Reyn 

1606-1669

İYUL

Rembrandt  Harmens  van  Reyn 

1606-cı  il  iyul  ayının  15-də  Hollan-

diyanın  Leyden  şəhərində  anadan  ol-

muşdur. 1613-cü ildə latın məktəbində 

təhsil almış, sonra rəssamlıq məktəbinə 

getmişdir.  1620-ci  ildə  istedadlı  gənc 

14  yaşında  Leyden  universitetinə  da-

xil olmuşdur. 1624-cü ildə Amsterda-

ma  köçərək  orada  Piter  Lastmandan, 

Yan  və Yakob  Peynas  qardaşlarından 

rəssamlıq  dərsi  almışdır.  Burada  altı 

ay yaşamış, rəssam kimi formalaşaraq 

əsrinin ən uğurlu rəssamı kimi tanın-

mış,  yenidən  Leydenə  qayıtmış,  ata 

evində Yan  Livenslə  birlikdə  emalat-

xana açmışdır.

1630-1640-cı  illər  Rembrandt  ya-

radıcılığının  uğurlu  dövrü  və  şəxsi 

həyatının  xoşbəxt  çağları  olmuşdur. 

Bu  illərdə  qrup  portretlər  ustası  kimi 

şöhrət  qazanan  rəssam  külli  miq-

darda  sifariş  almış,  yanına  çoxlu  şa-

gird gəlmişdir.  Yaratdığı portretlərdə 

(“Doktor  Tülpün  anatomiya  dərsi” 

(1632),  Mauritshöys  muzeyi,  Haaqa; 

“Saskiyanın  portreti”  (1634),  Kas-

sel  Şəkil  Qalereyası  və  s.)  obrazların 

səciyyəvi  cizgilərini  məharətlə  verə 

bilmişdir. Rəssamın bu dövrdə çəkdiyi 

“Çarmıxdan  endirilmə”  (1634),  “İb-

rahimin  qurban  verməsi”  (1635), 

“Danaya”  (1636)  (Ermitaj  -  Sankt-

Peterburq),  “Samsonun  gözlərinin  çı-

xarılması”  (1636,  Ştedel  Rəssamlıq 

İnstitutu  -  Frankfurt-Mayn)  kimi  sü-

jetli  kompozisiyalarda  bir  tərəfdən 

barokko  incəsənətinə  xas  dekorativ 

əlamətlər,  digər  tərəfdən  isə  obrazla-

rın realist şərhi özünü büruzə vermiş-

dir. 1639-cu ildə Breenştrass şəhərinə 

köçmüş, həyatının ən mürəkkəb döv-

rünü  yaşamışdır.  1642-ci  ildə  “Gecə 

gözətçiləri”  (Amsterdam  Dövlət  Mu-

zeyi) əsərini başa çatdırmış, lakin tab-

lo sifarişçilərin (atıcı rotanın zabitləri) 

etirazına səbəb olmuş, sifarışlərin ara-

sı tamamilə kəsilmiş, emalatxanasında 

şagirdlərin sayı azalmışdır. 

Əsasən  Bibliya  süjetləri  əsasında 

kompozisiyalar  üzərində  işləmişdir. 

1657-1658-ci illərdə yaratdığı “Assur, 

Aman və Esfir” (1660, A.S.Puşkin adı-

na  Təsviri  Sənət  Muzeyi)  və  “Fərsiz 

oğulun  qayıtması”  (təqr.  1668-1669, 

Ermitaj)  dini  kompozisiyalarında 

emosional gərginlik, obrazların psixo-

loji  dramatizmi  güclüdür.  Rembrandt 

həmçinin görkəmli rəsm və ofort usta-

sı kimi də tanınmışdır.

Holland boyakarı və qrafiki təqribən 

800 tablo, 300 ofort və 2000 rəsm əsəri 

çəkmişdir. 

Dünya  incəsənətinin  ən  görkəmli 

nümayəndələrindən  biri  olan  Remb-

randt  van  Reyn  1669-cu  il  oktyabr 

ayının 4-də Amsterdamda vəfat etmiş, 

yurdsuzlar qəbiristanlığında dəfn olun-

muşdur.

1956-cı  ildə  rəssamın  anadan  ol-



masının  350  illiyi  ümumdünya  miq-

yasında, keçmiş SSRİ-də, o cümlədən 

Azərbaycanda da qeyd edilmişdir.

Ə d ə b i y y a t

Vahid, T. Dəyirmançının 

dahi oğlu: Dünya rəssamları 

/T.Vahid //Mədəniyyət.- 

2013.- 12 iyul.- S.12.

Геташвили, Н. Рембрандт: 

Галерея гениев                      

/автор текста и сост. 

Н.Геташвили.- Москва: 

Олма Медиа Групп

2010.- 298 c.- Сокровища 

живописи.

Геташвили, Н. Рубенс, 

Веласкес, Рембрандт: 

гении эпохи барокко: 

[альбом] /Н.Геташвили; 

вт. текста и 

сост. А.Королева, 

М.Торопыгина.- Москва: 

Олма Медиа Групп, 2013.- 

298 c. 298 с.- Сокровища 

живописи.

Жабцев, В. Харменс 

ван Рейн Рембрандт: 

[Изоматериал]: [альбом]    

/В.Жабцев.- Минск: 

Харвест, 2007.- 127 с. 

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

15

Holland rəssamı


225

225

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

100 

illiyi

Maral Rəhmanzadə

1916-2008

İYUL

Maral Yusif qızı Rəhmanzadə 1916-

cı il iyul ayının 23-də Bakının Mərdəkan 

qəsəbəsində anadan olmuşdur. 1922-ci 

ildə Bakıdakı H.Cavid adına 8 saylı qız 

məktəbinə  getmişdir.  Hələ  məktəbli 

ikən “Ana dili” kitabındakı xalq nağıl-

larına  və  “Aran  köçü”  hekayəsinə  ilk 

şəkillərini çəkmişdir.

1930-1933-cü  illərdə  Ə.Əzimzadə 

adına  Azərbaycan  Dövlət  Rəssamlıq 

Texnikumunda,  1934-1940-cı  illərdə 

Moskva 

Rəssamlıq 



İnstitutunda 

təhsil  almışdır.  Yaradıcılığının  erkən 

dövründə  çəkdiyi  “Azərbaycan  qadı-

nı  keçmişdə  və  indi”  (1940),  “Qadın-

lar müharibə illərində” (1942) dəzgah 

rəsmləri  silsilələrində Azərbaycan  qa-

dınlarının həyatı, məişəti, qəhrəmanlığı 

və s. öz əksini tapmışdır. Böyük Vətən 

müharibəsindən sonrakı illərdə, əsasən 

qrafika  sahəsində  (litoqrafiya,  linoq-

ravüra)  fəaliyyət  göstərmiş,  “Bizim 

Xəzərdə”  (1953-1960),  “Sosialist 

şəhəri Bakı” (1959-1960), “Sumqayıt-

Rustavi”  (1962)  və  s.  linoqravüra 

silsilələrini  çəkmiş,  yaradıcılığında 

əmək  və  məişət  mövzuları  xüsusi  yer 

tutmuşdur.

1957-ci ildə Moskvada təşkil edilmiş 

şəxsi sərgisindən sonra “Sovetskiy xu-

dojnik” nəşriyyatı tərəfindən rəssamın 

xüsusi  albomu  nəşr  edilmişdir.  1965-

1982-ci  illərdə  Azərbaycan  kəndinin 

həyatı,  doğma  təbiət  “Bizim  qızlar”, 

“Doğma  vətənim”,  “Azərbaycan”, 

“Mənim bacılarım” rəngli linoqravüra 

silsilələrində  sənətkarlıqla  əks  olun-

muşdur. 1964-cü ildə çəkdiyi “Xınalıq. 

Sıldırım qaya üzərində” rəngli linoqra-

vüra  R.Mustafayev  adına Azərbaycan 

Dövlət  İncəsənət  Muzeyində  saxlanı-

lır.

“Dəniz  nefti”  mövzusu  Maral 



Rəhmanzadə  yaradıcılığında  özünü 

işıqlı  xətlə  göstərmiş,  “Neftin  daşın-

ması”,  “Neftçilər  tankerdə”,  “Re-

zervuar  parkı”,  “Yeddi  gəmi  adası”, 

“Günəş şüaları”, “Fırtınada” və “Ərzaq 

gətiriblər”  kimi  qrafik  miniatürləri 

energetikası  və  romantikası  ilə  digər 

işlərindən  çox  fərqlənmiş  və  rəssama 

uğur gətirmişdir.

Təsviri 


sənətimizin 

zəngin 


ənənələrini davam etdirən rəssam kitab 

qrafikası  sahəsində  də  geniş  fəaliyyət 

göstərmiş, M.S.Ordubadinin “Qılınc və 

qələm”  (1955);  Füzulinin  “Qəzəllər”, 

Nizaminin “Leyli və Məcnun” (hər iki-

si 1958) bədii əsərlərinə illüstrasiyalar 

çəkmişdir.  

1964-cü ildə “Azərbaycan SSR Xalq 

rəssamı” fəxri adına layiq görülmüşdür. 

1965-ci  ildə  Azərbaycan  SSR  Dövlət 

mükafatı laureatı, Qırmızı Əmək Bay-

rağı, “Şərəf nişanı” ordenləri, həmçinin 

medallarla  təltif  edilmişdir.  1996-cı 

ildə ulu öndər Heydər Əliyevin imza-

ladığı Fərmana əsasən “Şöhrət” ordeni 

ilə təltif edilmişdir.

Görkəmli  rəssam  Maral  Yusif  qızı 

Rəhmanzadə 2008-ci il mart ayının 16-

da Bakı şəhərində vəfat etmişdir.

Ə d ə b i y y a t

Maral Rəhmanzadə. 

1916-2008 [İzomaterial]: 

qrafika, rəngkarlıq /layih. 

rəhb. Ç.Fərzəliyev; mətnin 

müəl. X.Əsədova; foto. 

Ə.Ağasiyev; ing. dilində 

tərc.: İ.Peart, S.İbrahimova, 

Ə. Məlikova.-Bakı: Sərvət, 

[Şərq-Qərb], 2013.- 104 s.

Maral Rəhmanzadə: 

[rəngkarlıq və qrafi-

ka]         /ideya Xalq Bank

layih. rəhb. R.Həşimov; 

tərt. E.Məmmədova; bədii 

tərt. və dizayn T.Qorçu  

mətnin müəl. Ş.Məlikova; 

tərc.: E.Eynullayev; red. 

S.Babullaoğlu.- Bakı: Xalq 

Bank, 2011.-238 s.

Abbaslı, T. Rəhmanzadə 

Maral xanım: Uzun ömür, 

uzunömürlü əsərlər müəllifi 

/T.Abbaslı //Mədəniyyət.- 

2012.- 20 iyul.- S. 12.

Gözü ilə deyil, qəlbi ilə 

görən xanım: Maral 

Rəhmanzadənin rənglər dün-

yası haqqında düşüncələr... 

//Kaspi.-2013.- 1 mart.- S.9.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

23

Rəssam


226

Musiqi.Opera.Balet

75 

illiyi

Flora Kərimova

1941 

İYUL

Flora Ələkbər qızı Kərimova 1941-

ci  il  iyul  ayının  23-də  Bakıda  anadan 

olmuşdur.  1964-cü  ildə  Asəf  Zeynallı 

adına Bakı Musiqi Texnikumunu bitir-

miş,  1965-1971-ci  illərdə  Azərbaycan 

Dövlət Tibb İnstitutunda (indiki ATU), 

1972-1977-ci illərdə Azərbaycan Dövlət 

Konservatoriyasında (indiki Bakı Musi-

qi Akademiyası) təhsil almışdır.

Səhnəyə  ilk  gəlişi  1956-1957-ci 

illərdə keçirilən Azərbaycan gənclərinin 

festivalında  iştirakı  ilə  başlamışdır. 

Şmidt  zavodunun  bədii  özfəaliyyət 

kollektivində, Azərbaycan Dövlət Tibb 

İnstitutunun  “Çinar”  ansamblında, 

1960-cı  ildə Azərbaycan  Dövlət  Filar-

moniyasında çıxış etmişdir. 

1983-cü  ildən  Azərbaycan  Tele-

radio  Verilişləri  Şirkətinin  solistidir. 

Repertuarında  görkəmli  Azərbaycan 

bəstəkarları  T.Quliyev,  R.Hacıyev, 

F.Əmirov, E.Sabitoğlu, F.Sücəddinovun 

bəstələdiyi mahnılar  başlıca yer tutur. 

Bəstəkar Elza İbrahimova məxsusi ola-

raq  F.Kərimovanın  səsi  üçün  “Afət” 

operasını  bəstələmişdir.  1966-cı  ildə 

Azərbaycan  Dövlət  Opera  və  Balet 

Teatrında  Leyli  (“Leyli  və  Məcnun”,  

Üzeyir Hacıbəyli) partiyasında 6 tama-

şada çıxış etmiş, 1969-cu ildə “Qanun 

naminə” bədii filmində Züleyxa roluna 

çəkilmişdir. “Böyük Dayaq” (1962), “O 

qızı tapın” (1970), “Gün Keçdi” (1971), 

“Həyat  bizi  sınayır”  (1972),  “Qız,  oğ-

lan və şir” (1974), “Payız melodiyala-

rı” (1974), “Şahzadə-qara qızıl” (1974), 

“Alma almaya bənzər” (1975), “Toplan 

və kölgəsi” (1977), “Sonrakı peşmançı-

lıq”  (1978),  “Qayınana”  (1978),  “Yol-

lar  görüşəndə...”  (1979),  “Onun  bəlalı 

sevgisi” (1980),  “Ağ atlı oğlan” (1995) 

və s. adlı film və tamaşalarda səslənən 

mahnıların ifaçısı kimi çıxış etmişdir.

Füsunkar  səsə  malik  Flora  xanımın 

ifasında səslənən “Yoxluğunu bilə bilə”, 

“Yalan imiş”, “İlahi”, “Ruhumuz qovu-

şacaq”,  “Qarabağ”,  “Əzizim”,  “Bakı 

sabahın xeyir”, “Bir axşam taksidən...”, 

“Bir  daha”,  “Dünya  köhnə  dünyadır”, 

“Əlvida”, “Onun bəlalı sevgisi”, “Unut 

sən  məni”,  “Saçlarına  gül  düzüm”, 

“Unutma”, “Sən uzaq yaşıl ada” mah-

nıları bu gün də tamaşaçılar tərəfindən 

sevə-sevə dinlənilir.

Azərbaycan musiqi ifaçılığı sənətinin 

inkişafındakı  xidmətlərinə  görə  Flo-

ra Ələkbər qızı Kərimova 1990-cı ildə 

“Əməkdar artist”, 17 noyabr 1992-ci il 

tarixində “Xalq artisti” fəxri adına layiq 

görülmüşdür. 

1994-ci  ildə  ABŞ-ın  Sülh  və  De-

mokratiya  İnstitutu  tərəfindən  İnsan 

hüquqları  Müdafiəsi  Departamentinin 

“Ən mübariz müğənni”, “İnsan haqları-

nın müdafiəçisi” baş mükafatını almış, 

2014-cü  ildə  “Borçalı”  cəmiyyətinin 

“Şərəf medalı” ilə təltif edilmişdir.



Ə d ə b i y y a t

Xəlilzadə, F. Bənövşə 

ətirli səs /F.Xəlilzadə; 

red. V.Quliyev.- Bakı: 

Azərbaycan, 1993.-    

48 s.

Ol, Ə.Səsindən tanınan 

/Ə.Ol (Cəbiyev); red. 

Q.İsabəyli.- Bakı: Cik-

cik, 1993.-48 s.

Cəbrayıloğlu, E. Flora 

Kərimovanın özü və 

səsi /E.Cəbrayıloğlu     

//Ədalət.-2011.- 23 

iyul.- S.11.

Cəlaloğlu, E. Gözəllik 

mücəssəməsi-Flora 

Kərimova /E.Cəlaloğlu       

//Türküstan.- 2015.- 

7-13 iyun.- S.13.

Flora Kərimova                   

//Dəyişikliklərə cəsarəti 

çatan örnək xanım-

lar /Rasional İnkişaf 

uğrunda Qadınlar 

Cəmiyyəti (RİQC); 

kitabın müəllifi. Meh-

riban Vəzir; layihənin 

müəllifi və rəhbəri. 

Ş.İsmayılova.-Bakı, 

2008.- S.83-84.

Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin