Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə37/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   33   34   35   36   37   38   39   40   ...   74

Ə d ə b i y y a t

Квази A-голоморфное 

сечение гибридного 

подрасслоения 

/А.Салимов //Тр. геом. 

сем., Казанск. Ун-т.- 

Вып. 21.- 1991.- 85-93.

Лифты полиаффинор-

ных структур на чистых 

сечениях тензорного 

расслоения /А.Салимов    

//Изв. вузов Матем., 

1996.- №10.- C.55-62.

Новый метод в теории 

лифтов тензорных полей 

в тензорное расслоение 

/А.А. Салимов.-Изв. вузов 

Матем.- 1994.- № 3.-C 

69-75. 

Norden structures of 

Hessian type /A.Salimov, 

A.Gezer //Turkish J.Math.-

Turkey, 2014.- №. 3(38).- 

462-469. 

On deformed Riemannian 

extensions associated 

with twin Norden metrics 

/A.Salimov, R.Cakan          

//Chin. Ann. Math. Ser. 

B.-China, 2015.- №3(36).-

345-354.

Some notes on paracontact 

structures /Salimov A.A., 

Cayir H //Acad. Bulgare 

Sci..- Bulgaria, 2013.- №.3 

(66).- 331-338.

www.anl.az

www.az.wikipedia.org

7

Alim

210

Riyaziyyat.Fizika.Astronomiya

75 

illiyi

Şahlar Əsgərov

1941

       İYUN

Şahlar  Qaçay  oğlu  Əsgərov  1941-ci 

il iyun ayının 15-də Kəlbəcər rayonunda 

anadan olmuşdur. 

1958-1963-cü  illərdə  Azərbaycan 

Dövlət Universitetinin (indiki BDU) fi-

zika  fakültəsində  təhsil  almış,  təyinatla 

Universitetdə çalışmışdır.

1964-1967-ci illərdə ADU-nun əyani 

aspirantı olaraq Leninqrad Sabit Cərəyan 

İnstitutunda  professor  L.A.Senanın 

rəhbərliyi  altında  fiziki-elektronika 

sahəsində  tədqiqatlar  aparmışdır.  As-

piranturanı  bitirdikdən  sonra  ömrünü 

doğma  universitetinə  bağlayaraq  bu-

rada  müəllim,  dosent,  dekan  müavini 

və  prorektor  vəzifələrində  çalışmışdır. 

1970-ci ildə “Alçaq enerjili ionlarla me-

talların  katod  tozlanması”  mövzusunda 

namizədlik, 1992-ci ildə isə Bakı Dövlət 

Universitetində  “Toxunma  sərhədinin 

qeyri  bircinslilik  dərəcəsinin  metal-

vakuum  və  metal-yarımkeçirici  struk-

turlarının elektrofiziki xassələrinə təsiri” 

mövzusunda  doktorluq  dissertasiyasını 

müdafiə edərək fizika-riyaziyyat elmləri 

doktoru elmi dərəcəsi almışdır. 1994-cü 

ildən professordur. 1990-cı ildə yaratdığı 

“Amorf təbəqələr” elmi-tədqiqat labora-

toriyasının elmi rəhbəridir.

Elmi  fəaliyyəti  dövründə  bir  sıra 

uğurlara  Alçaq  enerjili  ionlarla  toz-

lanmanın  öyrənilməsi  istiqamətində 

əldə  etdiyi  elmi  nəticələr  40  ildir  ki, 

müntəzəm  olaraq  böyük  elmi-texniki 

layihələrin həllində (ion mühərriklərində 

və  termonüvə  reaktorlarında)  geniş 

tətbiq  olunmaqdadır.  Xüsusilə  ABŞ-

ın  kosmik  tədqiqatlar  üzrə  baş  idarəsi 

NASA və AİAA (Amerika Astronavtika 

İnstitutu)  əməkdaşları  kosmik  gəmilər 

üçün  ion  mühərrikləri  hazırlanmasında 

bu  nəticələrdən

 

geniş  istifadə  edirlər. 



Onun  Azərbaycanda  əsasını  qoyduğu 

ikinci  elmi  istiqamət  fiziki  elektronika 

və mikroelektronikaya aid olan “Metal-

yarımkeçirici  kontakt”ının  (MYK) 

öyrənilməsidir.

1974-cü  ildə  Danimarkanın  Texni-

ki  Universitetində  birillik  stajkeçmədə 

olarkən katod tozlanması sahəsində əldə 

etdiyi  nəticələri  metal-yarımkeçirici 

kontaktına tətbiq etmiş və kontakt üçün 

qeyri-bircins  model  təklif  etmişdi.  Bu 

istiqamətlərdə onun aldığı nəticələr çox-

saylı elmi məqalələrdə və ixtiralarda əks 

olunmuşdur. 

Ş.Əsgərov  200-dən  çox  elmi,  700-

dən artıq publisistik məqalənin, 11 kita-

bın, 3 monoqrafiyanın müəllifidir. Onun 

numizmatika,  kriminalistika  və  tətbiqi 

incəsənət sahələrində ixtira və patentləri 

vardır.


20-yə  qədər  dissertasiya  işinə,  100-

dən çox diplom işinə rəhbərlik etmişdir. 

Bir  sıra  beynəlxalq  akademiyaların  üz-

vüdür.


Tanınmış  alimin  fəlsəfi  mövzulara 

da həsr olunmuş “Keçid dövrünə fəlsəfi 

baxış”  (1998),  “Milli  birlik  probleminə 

fəlsəfi baxış” (2001), “Təhsilimiz dünən, 

bu gün və sabah” (2003), “Düşüncə tərzi” 

(2008) və digər kitabları özünün yüksək 

ideya-məzmunu,  analitik  səviyyəsi,  ak-

tuallığı,  problemlərə  yanaşma  üslubu, 

mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə 

diqqəti cəlb edir.

1995-2000  və  2000-2005-ci  illərdə 

millət  vəkili,  2000-2005-ci  ildə 

Parlamentdə  Elm  və  Təhsil  məsələləri 

Daimi Komissiyasının sədri olmuşdur. 

Elmi  fəaliyyəti  və  xidmətləri

 

dövlətimiz 



tərəfindən 

layiqincə 

qiymətləndirilmiş, 1999-cu ildə “Şöhrət” 

ordeni, 2001-ci ildə “Əməkdar elm xadi-

mi” fəxri adıyla təltif edilmişdir. 2011-ci 

ildən Prezident  təqaüdçüsüdür.



Ə d ə b i y y a t

Hamımızın bir vətəni 

var, bu da Azərbaycandır              

/Ş.Əsgərov; red. 

Y.Əsgərov.- Bakı: 

Azərbaycan Universiteti

2000.-179 s.

Kamilləşən düşüncə     

/Ş.Əsgərov; red. 

Ə.Cabbarlı.- Bakı: [E.L], 

2013.- 230 s.

Təhsilimiz dünən, bu 

gün, sabah /Ş.Əsgərov; 

red. S.Ağababayeva; 

rəs. N.Rzaquliyev.- Bаkı: 

Azərbaycan, 2003.-280 s.

“Tolerantlıq Şərqdə, 

xüsusən də Azərbaycanda 

mədəni dəyərə, əxlaq 

normasına çevrilib”: 

/Ş.Əsgərov; müsah. 

apardı S.Mürvətqızı 

//525-ci qəzet.- 2013.- 12 

aprel.- S.6.

Yaşam fəlsəfəsi 

/Ş.Əsgərov //525-ci 

qəzet.-2015.- 6 iyun.- 

S.27.

Şahlar Qaçay oğlu 

Əsgərov: Bibli-

oqrafik göstərici                                 

/[red.: G.Adıgözəlqızı, 

E.Əsgərova, R.Cəfərov; 

rəssam. N.Rzaquliyev].-

Bakı: Azərbaycan, 2007.-

144 s.

15

Alim

211

Kitabxanaşünaslıq.Biblioqrafiya

50 

illiyi

Azad Qurbanov

1966

       İYUN

Azad  İsa  oğlu  Qurbanov  1966-cı 

il iyun ayının 26-da Göyçə mаhаlının 

Cil kəndində anadan olmuşdur. 1973-

1983-cü illərdə Bakı şəhərindəki 45 

saylı  orta  məktəbdə  oxumuş,  1983-

1991-ci illərdə BDU-nun Mexanika-

riyaziyyat  fakültəsində,  1992-1995-

ci illərdə isə Azərbaycan Dövlət Neft 

Akademiyasında (indiki Azərbaycan 

Dövlət Neft və Sənaye Universiteti) 

aspiranturada təhsil almışdır.

1997-ci ildə “Maye, qaz və plazma 

mexanikası” ixtisası üzrə “Mürəkkəb 

reoloji mühitin gərginlik-deformasiya 

halının mayenin süzülməsinə təsirinin 

tədqiqi”  mövzusunda  namizədlik 

dissertasiyası müdafiə edərək fizika-

riyaziyyat  elmləri  namizədi  alimlik 

dərəcəsi  almışdir.  Azərbaycan  Res-

publikası Prezidenti yanında Ali At-

testasiya Komissiyasının 06.04.2004-

cü il tarixli qərarı ilə ona dosent elmi 

adı verilmişdir.

Əmək  fəaliyyətinə  hələ  tələbə 

olarkən başlamış, 1987-1991-ci illərdə 

BDU-nun  Hesablama  mərkəzində 

texnik, 1995-1999-cu illərdə “Tətbiqi-

riyaziyyat”  Elmi-Tədqiqat  İnstitu-

tunda elmi işçi, 1999-2000-ci illərdə 

Kompüter  mərkəzində  şöbə  müdiri, 

2000-2001-ci illərdə İnformatika ka-

fedrasında müəllim və 2001-2012-ci 

illərdə dosent vəzifəsində çalışmışdır. 

Hazırda  Kitabxanaçılıq-informasiya 

fakültəsinin  dekanı  və  Kitabxanaşü-

naslıq kafedrasının dosentidir.

“İnformatika”, “Elmdə və təhsildə 

kompüter  texnologiyası”,  “Kitab-

xanaçılıq  informatikası”,  “Kitab-

xanalarda  informasiya  xidməti” 

fənlərindən dərs deyir. Kitabxana - in-

formasiya texnologiyaları, verilənlər 

bazasının idarəetmə sistemləri, riyazi 

modelləşdirmə, ədədi üsullar, hidro-

dinamika sahələri üzrə tədqiqat apa-

rır.

30-dan artıq elmi əsərin, o cümlədən 



ali məktəb tələbələri üçün “Kitabxa-

na  informatikası”  (I-II  cild,  2001-

2002;  M.Xəlilov  və  N.Musayeva 

ilə  birgə),  “Kitabxana  proseslərinin 

kompüterləşdirilməsinin 

əsasları” 

(2007, A.Xələfov  ilə  birgə),  “Kom-

püter texnikası və proqramlaşdırma” 

(2010,  E.Məmmədov,  A.Hüseynova 

ilə  birgə),  “İnformatika”  (2011, 

İ.Qurbanov  və  R.Abdullayeva  ilə 

birgə), 


“Kitabxana-informasiya 

fəaliyyətinin menecmenti və marke-

tinq” (2012, M.Məmmədov, P.Kazımi 

ilə  birgə),  “Kitabxana-informasiya 

fəaliyyətinin  iqtisadiyyatı”  (2012, 

P.Kazımi, N.İsmayılova ilə birgə) və 

s. kimi 13 kitabın, 6 tədris proqramı-

nın müəllifidir.

2002-ci  ildə  Fransa  Respubli-

kasının  Nitsa  “Sofiya-Antipolis” 

Universitetində  ixtisasartırma  kursu 

keçmişdir. Bir sıra respublika və İran, 

Almaniya, Türkiyə, İordaniya, Rusi-

ya, Özbəkistan kimi xarici ölkələrdə 

keçirilmiş beynəlxalq elmi konfrans-

larda, seminar və simpoziumlarda iş-

tirak etmişdir.

Ə d ə b i y y a t

İnformatika /A. İ. Qur-

banov, İ.Ə. Qurbanov, 

R. A. Abdullayeva.-Bakı: 

[Ərgünəş], 2012.-420 s.

Kitabxana-informasiya 

fəaliyyətinin 

iqtisadiyyatı:dərs vəsaiti 

/A.İ. Qurbanov, P.Kazımi, 

N.İsmayılova.- Bakı: 

Mütərcim, 2012.- 306 s. 

Kompüter texnikası 

və proqramlaşdırma 

[Elektron resurs]: dərs 

vəsaiti /A. İ. Qurbanov, 

E. M. Məmmədov, A. S. 

Hüseynova.-Bakı: Təhsil, 

2010.- 169 s.

İnformasiya cəmiyyəti 

və mərkəzləşdirilmiş 

kitabxana sistemləri 

/A.Qurbanov//Kitabxana-

şünaslıq və İnformasiya: 

Elmi-nəzəri və praktiki 

jurnal.-2014.- № 2.(14)- 

S.18-22.

Sadıqova S.A. Qur-

banov Azad İsa oğlu 

//Kitabxanaçılıq-

informasiya fakültəsi: 

biobiblioqrafik lüğət 

/S.A. Sadıqova.-Bakı: 

Mütərcim, 2012.-219 s.

ww.anl.az

www.az.wikipedia.org

26

Alim


212

Tarixdə bu gün 

İYUN

15

15

Milli Qurtuluş Günü 

1993 

1991-ci 


ilin 

oktyabrında     

Azərbaycan  müstəqillik  əldə  etsə  də, 

Ermənistanın  işğalçılıq  niyyəti  güdən 

təcavüzü  respublikada  vəziyyəti 

gərginləşdirmişdir.  1993-cü  il  iyunun 

4-də  Gəncədə  polkovnik  Surət  Hü-

seynovun  nəzarəti  altında  olan  hərbi 

hissənin hakimiyyətə itaətsizliyi ölkəni 

tamamilə xaosa sürükləmişdi. Situasi-

yanı nəzarətə almaq üçün hakimiyyətin 

atdığı  tələsik  addımlar  vəziyyəti 

düzəltməmiş,  əksinə,  Gəncəyə  yola 

düşən dövlət nümayəndələri girov gö-

türülmüşdür.  Qiyamçı  hərbi  hissənin 

rəhbərliyi,  Baş  nazir  və  Milli  Məclis 

Sədrinin, sonra isə Prezidentin istefası-

nı tələb etmişdir. Vəziyyət nəzarətdən 

çıxmış,  ətraf  rayonların  icra  başçıla-

rı  zorla  dəyişdirilmiş,  Surət  Hüsey-

novun  qiyamı  məhdud  Gəncə  civar-

larından  çıxaraq,  üzü  Bakıya  doğru 

geniş  miqyas  almışdır.  Belə  böhranlı 

və  ağır  vəziyyətdə  ölkə  vətəndaşları 

yeganə  çıxış  yolunu  yenə  də  müdrik 

rəhbərinin hakimiyyət sükanı arxasına 

keçməsində  görmüşdür.  Bu  taleyük-

lü  sınaq  anında  xalqın  çağırışına  səs 

verən, dövlətin gələcək taleyinə biganə 

qalmayan böyük strateq Heydər Əliyev 

Bakıya dönərək respublikada yaranmış 

hakimiyyət böhranının aradan qaldırıl-

ması  istiqamətində  əməli  fəaliyyətə 

başlamışdır.  Ümummilli  liderin  bir 

qrup  ziyalı  ilə  Gəncəyə  səfər  etməsi 

və  heç  bir  riskdən  çəkinməyərək  si-

lahlanmış  qüvvələrlə  danışıqlar  apar-

ması vətəndaş müharibəsi təhlükəsinin 

qarşısının  alınmasında  mühüm  addım 

olmuşdur.  Bundan  bir  neçə  gün  son-

ra  -  iyun  ayının  15-də  isə  ulu  öndər 

parlamentdə səslənən təkidli xahişləri, 

ən əsası xalqın istəyini nəzərə alaraq o 

zamankı Azərbaycan Respublikası Ali 

Sovetinin Sədri vəzifəsinə seçilməsinə 

razılıq vermişdir. Bu tarixi hadisə res-

publika həyatında xaos və anarxiyadan 

qurtuluşa doğru yeni mərhələnin baş-

lanğıcına çevrilmişdir. Beləliklə də, 15 

iyun Azərbaycanın tarixinə Milli Qur-

tuluş Günü kimi daxil edilmişdir.

Ulu  öndərin  Ali  Sovetin  Sədri 

seçilməsi  Azərbaycanda  eyni  za-

manda  mütərəqqi  parlamentarizm 

ənənələrinin  formalaşmasını  təmin 

etmişdir.  Heydər  Əliyev  parlamentin 

cəmiyyətdəki nüfuzunun sağlamlaşdı-

rılması  tədbirlərinə  başlamış,  yüksək 

idarəçilik  keyfiyyətləri  sayəsində  ali 

qanunverici  orqanda  xoşagəlməz  si-

yasi  çəkişmələrin,  qeyri-etik  davra-

nışların  qarşısını  almışdır.  Müzakirə 

və  diskussiyaların  sivil,  demokratik 

meyarlar çərçivəsində aparılması üçün 

şəxsi  nümunə  göstərmiş,  parlament 

idarəçiliyinə  yeni  ruh  və  müasirlik 

gətirmişdir.  Milli  Məclisin  iclasla-

rı,  mətbuat  konfransları,  respublika 

əhəmiyyətli  müşavirələr  birbaşa  ya-

yımla  televiziya  ekranlarına  verilmiş-

dir.

Sonralar  millət  vəkilləri  15  iyun 



tarixinin  təqvimə  Azərbaycanın  Qur-

tuluş  günü  kimi  salınması  təklifi  ilə 

çıxış  etmişlər  və  Milli  Məclis  bu 

təklifi bəyənmişdir. O vaxtdan Heydər 

Əliyevin yenidən hakimiyyətə qayıdışı 

Milli Qurtuluş günü kimi qeyd edilir. 



Ə d ə b i y y a t

Əliyeva, N. Milli Qurtuluş 

Günü - millətin özünə ina-

mının bərqərar olduğu gün 

/N.Əliyeva //Səs .-2015.- 13 

iyun.- S. 11.

Nağıyev, 

M.15 

İyun 

Milli 

Qurtuluş 

Günü  

Müstəqilliyimizin 

zəfər 

yürüşü  /M.Nağıyev  //Səs 

.-2015.- 10 iyun.- S. 6.

Rəhimzadə, A. 15 İyun-Milli 

Qurtuluş  Günü  ölkəmizə 

və  xalqımıza  dirçəliş,  inti-

bah  gətirdi  /A.Rəhimzadə             

//Yeni Azərbaycan 2014.- 14 

iyun.- S.6.

Rəhimzadə,  V.  Milli  Qur-

tuluş  Günü  Azərbaycanın 

inkişafının  və  yüksəlişinin 

əsas  istinad  nöqtəsidir:  15 

iyun  Milli  Qurtuluş  Günü-

dür /V.Rəhimzadə //Respub-

lika 2014.- 14 iyun.- S.6.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

213

Tarixdə bu gün 

Ümumdünya Qaçqınlar Günü 

2000 

     İYUN

Hər  il  iyun  ayının  20-də  BMT 

Ümumdünya  Qaçqınlar  Gününü  qeyd 

etməklə  bütün  dünyanı  qaçqınların  və 

məcburi köçkünlərin vəziyyətinə diqqət 

ayırmağa çağırır. Ümumdünya Qaçqın-

lar Günü 2000-ci il 4 dekabr tarixində 

BMT  Baş  Assambleyası  tərəfindən 

yekdilliklə qəbul olunmuş qətnamə ilə 

müəyyən edilmişdir. 20 iyunda qaçqın-

ların və məcburi köçkünlərin cəsurluğu, 

mətanət və iradəsi qeyd olunmaqla on-

lara mənəvi dəstək verilir.

Bu  gün  BMT  QAK  6300  nəfər 

heyətlə  120  ölkədə  fəaliyyət  göstərir. 

Heyətin  80  faizdən  çoxu  dünyanın 

müxtəlif  yerlərindəki  sahə  ofislərində, 

tez-tez isə ailələrindən ayrı, çətin şərtlər 

altında çalışır.

BMT-nin açıqlamasına görə dünyada 

15.4 milyon qaçqının beşdə dördü ka-

sıb ölkələrin payına düşür. Qaçqınların 

ümumi sayının dördə birindən bir qədər 

çox isə 3 ölkəyə - Pakistan, İran və Su-

riyaya aiddir. Bu göstəriciyə Şimali Af-

rika və Yaxın Şərqdə baş verən son ix-

tişaşlardan qaçqın düşən insanlar daxil 

edilməmişdir. Onların sayı isə artmaqda 

davam  edir.  Dünya  qaçqınları  sırasın-

da Azərbaycanın  da  20  faiz  torpaqları 

erməni yaraqlıları tərəfindən işğal edi-

lib.  Bu  işğal  nəticəsində  1  milyondan 

artıq  azərbaycanlı  öz  yurd-yuvasından 

qaçqın düşüb.

Azərbaycanda  BMT  QAK-ın  20 

nəfərlik  heyəti  qaçqın  və  sığınacaq 

axtaran  şəxslərə  zəruri  maddi  yardı-

mın  göstərilməsi  və  mümkün  olduq-

ca  fəal  şəkildə  davamlı  həll  yollarını 

təmin  etməkdən  ibarətdir.  Azərbaycan 

hökumətinin 250 mindən çox qaçqının 

inteqrasiya  edilməsi  və  yarım  milyon-

dan  artıq  məcburi  köçkünün  yaşayış 

şəraitinin  yaxşılaşdırılması  BMT-nin 

Qaçqınlar üzrə Ali Komissarı və BMT  

Baş  Katibinin  məcburi  köçkünlərin 

hüquqları  üzrə  xüsusi  nümayəndəsi 

tərəfindən  təqdirəlayiq  hal  kimi 

qiymətləndirilmişdir.  Təşkilat  məcburi 

köçkünlərin hələ də üzləşdikləri huma-

nitar problemlərin aradan qaldırılmasın-

da və onların hüquqlarının, o cümlədən 

Dağlıq  Qarabağ  münaqişəsinin  sülh 

yolu  ilə  həlli  nəticəsində  öz  doğma 

yurdlarına  qayıtma  hüququnun  qorun-

ması  sahəsində  hökumətin  səylərinə 

fəal şəkildə qoşulmuş və dəstək vermiş-

dir.


20  iyunda  biz  dünya  qaçqınlarını 

yada  salır,  həyata  ruhlandırır,  onlara 

mənəvi  dəstək  göstəririk.  Bu  şərəf  və 

ləyaqətini  ən  çətin  şəraitdə  qorumaq 

üçün  mücadilə  edən  didərgin  və  yurd 

yuvasından  məhrum  olmuş  insanların 

həmrəyliyi günüdür.

Ümumdünya  Qaçqınlar  gününün 

qeyd  edilməsində  əsas  məqsəd  dünya 

ictimaiyyətinin  diqqətini  bu  insanların 

yaşadıqları ağır şəraitə cəlb etməkdir.

20

Ə d ə b i y y a t

Dünyada hər 4 saniyədə 

bir insan qaçqına və ya 

məcburi köçkünə cevrilir 

//Azərbaycan.- 2013.- 21 

iyun.- S.3.

Rəşad, R.Qaçqın və 

məcburi köçkünlərin 

problemlərinin həlli: 20 

iyun - Ümumdünya qaç-

qınlar günüdür /R.Rəşad 

//Ekspress .-2015.- 20-22 

iyun S. 14.

Zümrüd. 20 İyun - Ümum-

dünya Qaçqınlar Günüdür 

/Zümrüd //Səs .-2015.- 20 

iyun.- S.11.

İ n t e r n e t d ə

www.azadliq.org

www.refugees-idps-

committee.gov.az


214

Tarixdə bu gün 

Beynəlxalq Olimpiya Günü

1967

     İYUN

1947-ci  ildə  Beynəlxalq  Olimpi-

ya  Komitəsinin  (BOK)  Stokholmda 

keçirilən  41-ci  sessiyasında  təşkilatın 

Çexoslovakiyadan  olan  üzvü  doktor 

Qruss  Dünya  Olimpiya  Günü  bayra-

mını keçirmək təklifi ilə çıxış etmişdi. 

Onun  təklif  etdiyi  layihə  bəyənilmiş 

və  BOK-un  1948-ci  ilin  yanvarında 

Sankt-Moritsdə keçirilmiş 42-ci sessi-

yasında Olimpiya Gününün keçirilməsi 

haqqında qərar qəbul olunmuşdur. 

Birinci  Olimpiya  Günü  1948-ci 

il  iyun  ayının  23-də  -  Beynəlxalq 

Olimpiya  Komitəsinin  yaradılması 

günü - dünyanın 9 ölkəsində - Portu-

qaliya, Yunanıstan, Avstriya, Kanada, 

İsveçrə,  Böyük  Britaniya,  Uruqvay, 

Venesuela  və  Belçikada  qeyd  olun-

muşdur.  Həmin  gün  BOK-un  prezi-

denti Ziqfrid Edstrom dünyanın bütün 

gənclərinə  müraciətlə  çıxış  etmişdir. 

Sonralar  BOK  prezidentinin  Olimpi-

ya Günü ərəfəsində bayram iştirakçı-

larına  müraciət  etməsi  ənənə  şəklini 

almışdır.

Olimpiya  Gününü  daha  təntənəli 

şəkildə  və  bütün  Milli  Olimpiya 

Komitələrinin  iştirakı  ilə  qeyd  etmək 

məqsədi  ilə  1987-ci  ildə  Olimpi-

ya  Qaçış  Günü  (OQG)  təsis  edil-

mişdir.  Birinci  OQG-də  qadınlar  və 

kişilər arasında 10 km məsafəyə qaçış 

təşkil  olunmuşdur.  OQG-ü  BOK-un 

himayəsi altında, onun Kütləvi İdman 

Komissiyasının rəhbərliyi ilə keçirilir. 

Azərbaycanda  Beynəlxalq  Olimpiya 

Qaçış Günüilk dəfə 1996-cı ildə keçi-

rilmişdir.  Elə  həmin  ildə Azərbaycan 

müstəqil  dövlət  kimi  ilk  dəfə  Olim-

piya  oyunlarına  qatılmışdır.  Olimpi-

ya  Qaçış  Günü  hər  ilin  iyun  ayında 

Bakı  və  Gəncə  şəhərlərində  keçirilir. 

Proqrama  müxtəlif  məsafələrə  qaçış, 

master  klass,  bədii  hissə  və  s.  daxil-

dir. Tədbirdə iştirak edən hər bir işti-

rakçıya  üzərində  Olimpiya  Gününün 

loqosu olan maykalar, BOK-un xüsu-

si sertifikatları, qaliblərə sponsorların 

hədiyyələri  və  MOK-un  diplomları 

verilir. 2012-ci ildə Beynəlxalq Olim-

piya Günü MOK-un 20 illik yubileyinə 

həsr olunmuşdu. 7 gün ərzində ilk dəfə 

olaraq  “Olimpiya  Yol  Yürüşü”  adlı 

layihə  Azərbaycanın  9  bölgəsində, 

daha  sonra  Bakıda  “Olimpiya  Qaçış 

Günü”  keçirilmiş,  bu  tədbirlərdə  id-

man  yarışları,  əyləncəli  proqramlar, 

viktorinalar  təşkil  edilmişdi.  Ümumi 

hesabla  12000-dən  artıq  iştirakçı  bu 

tədbirlərdən faydalanmışdı. 

Bu  il  2015-ci  ildə  tarixdə  ilk  dəfə 

olaraq  Azərbaycan  “Birinci  Avropa 

Oyunları”na (ing. 2015 European Ga-

mes) ev sahibliyi etdi. Birinci Avropa 

Oyunları 12 iyun - 28 iyun 2015-ci il 

tarixində Azərbaycanın paytaxtı Bakı-

da və Mingəçevirdə keçirilmişdir. Bir 

çox  innovativ  idman  növünü  özündə 

cəmləşdirən  ilk  Avropa  oyunları  Av-

ropanın 50 Milli Olimpiya Komitəsini 

birləşdirən Avropa Olmipiya Komitəsi 

tərəfindən keçirilmişdir. Oyunlarda 50 

ölkədən 20 idman növü üzrə 6000-dən 

çox idmançı yarışmışdır.

Aktivində 56 medal olan idmançı-

larımız 21 qızıl, 15 gümüş və 20 bü-

rünc medalla qitənin 2-cisi olmuşdu. 



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin