Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə36/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   32   33   34   35   36   37   38   39   ...   74

Ə d ə b i y y a t

Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycan Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Məcidov Zakir Nüsrət oğlu-baş leytenant-xidməti borcunu yerinə yetirərkən şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı, 14 sentyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.-№ 17.-S.33.- 

(Ölümündən sonra)

Əsgərov, V. Məcidov Zakir Nüsrət oğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.-Yenidən işlənmiş II nəşr.-Bakı, 2010.- S.185.

Məcidov Zakir Nüsrət oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- Bakı, 2008.- 

S.131.

Seyidzadə, M. Məcidov Zakir Nüsrət oğlu /M. Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.156.

İ n t e r n e t d ə

www..anl.az; www.az.wikipedia.org; www.infocenter.gov.az; www.milliqahraman.az  

26

Milli Qəhrəman

204

Milli Qəhrəmanlar

60 

illiyi

Yavər Əliyev

1956-1992

İYUN

Y

avər Yaqub oğlu Əliyev 1956-cı il 



iyun ayının 27-də Bakı şəhərində anadan 

olmuşdur.  Pirallahı  adasında  yerləşən 

235 saylı orta məktəbi bitirdikdən sonra 

Kremençuq  Aviasiya  Məktəbinə  daxil 

olmuşdur.  Zabrat  hava  limanında  işə 

düzələn  Y.Əliyev  ilk  gündən  bacarığı 

və peşəkarlığı ilə diqqəti cəlb etmişdir. 

Tükənməz səyi nəticəsində müxtəlif tipli 

vertolyotların idarə olunmasını dərindən 

öyrənmiş, qısa zaman kəsiyində əvvəlcə 

Mİ-4, Mİ-2 vertolyotlarına pilot, sonra 

Mİ-8 vertolyotuna ikinci pilot və daha 

sonra isə komandir təyin edilmişdir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin 

yaranmasında  onun  böyük  xidmətləri 

olmuşdur. 1992-ci il fevral ayının 14-də 

MDB hərbi hissələrindən Azərbaycana 

bir  neçə  vertolyotun  göndərilməsində 

Yavər Əliyevin xüsusi əmək sərf etmiş-

dir.  Dəfələrlə  Qarabağa  Mİ-24  vertol-

yotunda  uçuşlar  etmiş,  həmçinin  aşağı 

yüksəklikdə uçaraq düşmən mövqelərinə 

ağır zərbələr endirmişdir.

1992-ci  ilin  yanvar  ayının  22-də 

yoldaşlarının  idarə  etdiyi  Mİ-8  vertol-

yotunun  düşmən  tərəfindən  vurulduğu 

zaman Şuşaya gələrək düşmən atəşi al-

tında qalan Azərbaycanın igid oğulları-

nın cəsədlərini götürə bilmişdir. 

1992-ci il fevral ayının 26-da, Xocalı 

faciəsi baş verən zaman dərhal Xocalıya 

gedərək şəhid olmuş həmyerlilərimizin 

cəsədlərini Ağdama gətirmişdir.

1992-ci  il  fevral  ayının  29-da  dö-

yüş  manevrlərini  təkrarlamaq  üçün 

təlim uçuşları keçən Sergey Senyuşkin 

və  Yavər  Əliyevin  idarə  etdiyi  Mİ-24 

vertolyotunun  məşqi  zamanı  qəzaya 

uğramış və hər iki qəhrəman həlak ol-

muşdur. Bakı şəhərinin Şəhidlər Xiya-

banında dəfn edilmişdir.

Azərbaycan  Respublikası  Preziden-

tinin 14 sentyabr 1992-ci il tarixli 204 

saylı  Fərmanı  ilə  Əliyev  Yavər  Yaqub 

oğlu  ölümündən  sonra  “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adına layiq gö-

rülmüşdür.

Yavər Əliyevin adı 843-cü vertolyot 

alayının siyahısına düşmüş, Hərbi Hava 

Qüvvələrinin birinci xüsusi vertolyot es-

kadrilyasına, Milli Aviasiya Akademiya-

sına və vaxtilə təhsil aldığı Artyom ada-

sındakı 235 saylı orta məktəbə onun adı 

verilmişdir.  Bakıxanov  qəsəbəsindəki 

orta məktəbdə Yavər Əliyevin adını da-

şıyan muzey də fəaliyət göstərir.



Ə d ə b i y y a t

Azərbaycan Respublikası Hərbi Hava qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Əliyev Yavər Yaqub oğlu-kapitan-xidməti borcunu yerinə yetirərkən şəxsi igidlik və şücaət göstərdiyinə görə]:Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı, 14 sentyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.-№17.-S.33.- (Ölümündən sonra) 

Əsgərov, V. Əliyev Yavər Yaqub oğlu /V.Əsgərov //Azərbaycanın Milli  Qəhrəmanları.-Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.91.

Seyidzadə, M. Əliyev Yavər Yaqub oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.61.

Əliyev Yavər Yaqub oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt.ed. H.Həmidova.- Bakı, 2008.- 

S.64.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az  

27

Milli Qəhrəman

205

Milli Qəhrəmanlar

40 

illiyi

Elşən Hüseynov

1976-1995

İYUN

Elşən  İbrahim  oğlu  Hüseynov 

1976-cı  il  iyun  ayının  30-da  Saatlı 

rayonunun Qıraqlı kəndində anadan 

olmuşdur. 

1993-cü  ildə  Qıraqlı  kənd  orta 

məktəbi bitirmiş, 1994-cü ildə Saatlı 

rayon Hərbi Komissarlığı tərəfindən 

Milli  Orduya  çağırılmışdır.  Hərbi 

hissədə xidmətdə olan Elşən Hüsey-

nov tez bir zaman ərzində hamının 

hörmətinin qazanmışdır. 

1995-ci ildə mart hadisələri zama-

nı Elşən Hüseynov öz  vətəndaşlıq 

borcunu yerinə yetirərək Milli Ordu 

sıralarına  qoşulmuş,  qəhrəmanlıq 

nümayiş etdirmişdir. 1995-ci il mart 

ayının 17-də qeyri-qanuni silahlan-

mış,  dövlət  çevrilişinə  cəhd  edən 

bir  qrup  qiyamçı  ilə  qarşıdurmada 

qəhrəmancasına  həlak  olmuşdur. 

Saatlı  rayon  Qıraqlı  kəndində  dəfn 

edilmişdir. 

Azərbaycan  Respublikası  Pre-

zidentinin  4  aprel  1995-ci  il  tarix-

li  307  saylı  Fərmanı  ilə  Hüseynov 

Elşən İbrahim oğlu ölümündən son-

ra “Azərbaycanın Milli Qəhrəmanı” 

fəxri adına layiq görülmüşdür. 

Saatlı rayon Mərkəzi Xəstəxanası 

qəhrəmanın adını daşıyır.

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 

haqqında: [Hüseynov Elşən İbrahim oğlu-Müdafiə Nazirliyi, sıravi- Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruşunun 

müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət 

göstərdiyinə görə]:Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- (Ölümündən 

sonra)

Əsgərov, V. Hüseynov Elşən İbrahim oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.-Yenidən işlənmiş II nəşr.-Bakı, 2010.- S.122.

Hüseynov Elşən İbrahim oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt.ed. H.Həmidova.- Bakı, 

2008.- S.88.

Seyidzadə, M. Hüseynov Elşən İbrahim oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.94.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az 

30

Milli Qəhrəman


206

Siyasət.Hüquq.Hərbi iş

90

illiyi

Arif Heydərov

1926-1978

İYUN

Arif Nəzər oğlu Heydərov 1926-cı 

il iyun ayının 28-də Ağdaş rayonunda 

anadan olmuşdur. Əmək fəaliyyətinə 

1942-ci ildə başlamış, M.Əzizbəyov 

adına  neft  trestində  çilingər  şagir-

di  işləmişdir.  1943-1944-cü  illərdə 

keçmiş  SSRİ  Dövlət  Təhlükəsizliyi 

Komitəsinin  (DTK)  Moskvada 

yerləşən xüsusi məktəbində təhsil al-

mışdır.

1944-1945-ci  illərdə  İkinci  Dün-



ya  müharibəsinə  yollanmış,  Berlinə 

hücum  əməliyyatında  iştirak  et-

mişdir.  Müharibədən  sonra  1945-

1947-ci illərdə Polşa və Almaniyada 

müttəfiqlərin qoşunlarının heyətində 

xidmətdə olmuş, keçirilən əməliyyat 

qruplarının tərkibində işləmişdir.

1947-ci  ildə  Azərbaycana  qayıt-

dıqdan  sonra  Azərbaycan  Dövlət 

Təhlükəsizlik  Komitəsində  (indiki 

MTN) Mühafizə şöbəsində əməliyyat 

işçisi kimi fəaliyyətə başlamışdır.

1949-1970-ci  illərdə  DTK-nın  

Kəşfiyyat şöbəsində işləmiş, operativ 

tapşırıqlarla əlaqədar dəfələrlə xarici 

ölkələrdə səfərdə olmuşdur.

1957-ci  ildə  Azərbaycan  Dövlət 

Universitetinin  (indiki  BDU)  tarix 

fakültəsini  bitirmişdir.  Rus,  alman, 

türk və fars dillərini mükəmməl bil-

diyi üçün diplomat qismində bir sıra 

xarici ölkələrə göndərilmişdir.

1967-1970-ci  illərdə  SSRİ-nin 

Türkiyədəki konsulu vəzifəsində ça-

lışan Arif Heydərov bacarıqlı diplo-

mat kimi şöhrət qazanmış, iki dövlət 

arasında  münasibətlərin  inkişafında 

mühüm rol oynamışdır.

Ümummilli lider Heydər Əliyevin 

1969-cu  ildə  respublikaya  rəhbər 

təyin  olunması  milyonlarla  insan 

kimi, onun da taleyində də yeni bir 

mərhələnin  başlanğıcına  çevril-

mişdir.  Heydər  Əliyevin  təklifi  ilə 

1970-1978-ci  illərdə  A.Heydərov 

Azərbaycan  SSRİ-nin  Daxili  İşlər 

naziri  vəzifəsinə təyin olunmuşdur.

1967-ci ildə Dövlət Təhlükəsizliyi 

Orqanlarının  fəxri  əməkdaşı,  1970-

ci ildə SSRİ Daxili İşlər Nazirliyinin 

Əməkdar  işçisi,  “Qırmızı  Bayraq”, 

“Şərəf  nişanı”  ordenləri,  həmçinin 

SSRİ  və  xarici  ölkə  medalları  ilə 

təltif edilmişdir. Azərbaycan SSR Ali 

Sovetinin  (8-9  çağırış)  deputatı  ol-

muşdur.


1971-ci  ildə  general-leytenant 

rütbəsini almışdır.

Arif Heydərov 1978-ci il iyun ayı-

nın  29-da  xidməti  vəzifəsini  yerinə 

yetirərkən  faciəli  şəkildə  həlak  ol-

muşdur.


1996-cı  ildə  general-leytenantın 

anadan  olmasının  70  illiyinə  həsr 

olunmuş  təntənəli  yubiley  gecəsi 

keçirilmişdir.  Bakının  küçələrindən 

və  Xəzər  Gəmiçiliyi  İdarəsinin 

gəmilərindən  birinə  onun  adı  veril-

mişdir.

Ə d ə b i y y a t

Heydərov Arif general 

/Naşir: E. Şahmar; 

Ön söz: A. Şərif, C. 

Əlibəyov.- Bakı: Əbilov, 

Zeynalov və oğulları, 

2006.- S. 230.

Heydərov Arif Nəzər 

oğlu //Azərbaycan 

Sovet Ensklopediyası: 

10 cilddə.-Bakı, 1987.- 

C.10.- S.161-162.

Heydərov Arif Nəzər oğlu 

//Fəxri xiyaban: [soraq 

kitabı] /Heydər Əliyev 

Fondu.- Bakı, 2007.-S.85.

Аббасова, P. Уроки 

жизни /Р.Аббасова        

//Yol.-2014.- C.79-86.

İ n t e r n e t d ə

www.adam.az 

www.anl.az

www.az.wikipedia.org

28

General-leytenant


207

70 

illiyi

Aybəniz Əliyeva-Kəngərli

1946

 

       İYUN

Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli 

1946-cı il iyun ayının 6-da Naxçıvan Mux-

tar  Respublikasının  Şərur  rayonunda  ana-

dan  olmuşdur.  1968-ci  ildə  Azərbaycan 

Dövlət  Universitetinin  Kitabxanaçılıq 

fakültəsini  (indiki  BDU,  Kitabxanaçılıq-

informasiya  fakültəsi)  bitirmişdir.  1968-

2002-ci  illərdə  Nizami  Gəncəvi  adına 

Azərbaycan  Ədəbiyyatı  Muzeyində  kitab-

xana müdiri vəzifəsində çalışmış, 1992-ci 

ildə “Azərbaycan nağıllarında qadın obra-

zı” mövzusunda namizədlik dissertasiyası-

nı  müdafiə  etmişdir.  1996-cı  ildə  “Elmlər 

Akademiyaları  Beynəlxalq  Assosiasiyası-

nın nəzdində yaradılmış elmi kitabxanalar 

və  informasiya  mərkəzlərinin  direktorlar 

şurası”nın üzvü seçilmişdir.

2002-2014-cü  illərdə  AMEA  Mərkəzi 

Elmi Kitabxanasının direktoru vəzifəsində 

çalışmış,  2003-2014-cü  illərdə  AMEA 

Mərkəzi  Elmi  Kitabxanasının  “Elmi 

əsərləri”  məcmuəsinin  baş  redaktoru  ol-

muşdur. 2014-cü il noyabr ayından AMEA 

M.Füzuli  adına  Əlyazmalar  İnstitutunun 

elmi işlər üzrə direktor müavini vəzifəsini 

icra edir.

2003-cü  ildə  V.İ.Vernadski  adına  Uk-

rayna  Milli  Kitabxanasının  nəşri  olan 

“Milli  Elmlər Akademiyaları  kitabxanala-

rı: fəaliyyət problemləri, inkişaf meyilləri” 

elmi-nəzəri məcmuənin beynəlxalq redak-

siya  heyətinin  üzvü,  2008-ci  ildən  Yeni 

Azərbaycan  Partiyasının  üzvü,  2008-ci 

ildə Azərbaycan qadınlarının Milli Konfe-

derasiyasının AMEA üzrə İdarə Heyətinin 

sədri,  2008-ci  ildə  “Kitabxanaların 

modernləşdirilməsi  və  davamlı  inkişafı 

Konsepsiya  və  Dövlət  Proqramlarının  ha-

zırlanması  üzrə  Milli  İdarələrarası  Koor-

dinasiya  Şurası”nın  üzvü,  2009-2014-cü 

illərdə  Azərbaycanda  “Kitabxanaşünas-

lıq,  kitabşünaslıq  və  biblioqrafiya”  üzrə 

Problem  Şurasının  sədri,  2009-cu  ildə 

“Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-

nəzəri,  metodik  və  təcrübi  jurnal”ının, 

“Kitabxanaşünaslıq  və  informasiya:  elmi-

nəzəri  jurnalı”n  redaksiya  heyətlərinin 

(BDU)  və “Beynəlxalq Elmi Araşdırılma-

lar  Jurnalı”nın  redaksiya  heyətinin  üzvü, 

2010-cu ildə Azərbaycan Yazıçılar Birliyi-

nin üzvü seçilmişdir.

2010-cu ildə “Azərbaycan folklor kitabı: 

qaynaqları, təşəkkülü və inkişaf mərhələləri” 

adlı doktorluq dissertasiyasını müdafiə et-

mişdir. Kitabxanaşünaslıq, biblioqrafiyaşü-

naslıq,  kitabşünaslıq  və  ədəbiyyatşünaslıq 

elminin  aktual  məsələlərinə  həsr  olun-

muş  “Məhəmməd  Füzuli-500”  (1996), 

“Bəşəriyyət  qadınla  yüksələcək”  (2001), 

“Müasir  Azərbaycanda  elmin  informa-

siya  təminatı  və  kitabxanalar”  (2007), 

“Azərbaycan folkloru və kitab mədəniyyəti” 

adlı  monoqrafiya  (2008),  “Heydər  Əliyev 

və Azərbaycan elmi” biblioqrafik göstərici 

(2010), “Azərbaycan folkloru” biblioqrafik 

göstəricisi  (2010),  “Mənəvi  dəyərlərimiz: 

yaradanlar və yaşadanlar” (2011) “Heydər 

Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcild-

liyinin elmi biblioqrafik göstəricisi (2013) 

kimi 15 kitab və monoqrafiyanın, 170-dən 

çox  elmi  məqalənin  müəllifi,  120-ə  yaxın 

biblioqrafik  göstəricinin  tərtibçi-müəllifi, 

elmi redaktorudur. 8 doktorant, 15 disser-

tantın elmi rəhbəridir.

2006-cı və 2010-cu illərdə kitabxanaşü-

naslıq  elminin  inkişafındakı  xidmətlərinə 

görə  AMEA-nın  Fəxri  fərmanı  ilə  təltif 

olunmuşdur. 2011-ci ildə D.S.Lixaçev mü-

kafatı  uğrunda  müsabiqənin  nəticələrinə 

əsasən  “Milli  kitab  mədəniyyəti  kontek-

stində Azərbaycan folklor kitabının öyrənil-

məsinə bəxş etdiyi qiymətli xəzinəyə görə” 

diplomuna layiq görülmüşdür. 2012-ci il də 

KİV-in  Həmkarlar  Birliyinin  “Xalqın  nü-

fuzlu ziyalısı” diplomu ilə təltif olunmuş-

dur.

Ə d ə b i y y a t

Arif Mir Cəlal oğlu 

Paşayev: biblioq-

rafiya /tərt. müəl. 

A.Əliyeva-Kəngərli, 

Ə.Həzərxanov; 

red.: F.Hüseynova, 

İ.Səfərov; AMEA, 

Mərkəzi Elmi Kitabxa-

na.- Bakı: Şərq-Qərb, 

2011.- 239 s.

Nailə Məmmədəli qızı 

Vəlixanlı: biblioq-

rafiya /Azərb. Milli 

EA, Mərkəzi Elmi 

Kitabxana ; tərt.-müəl. 

A.Əliyev-Kəngərli; 

red. N.Seyidəliyev, 

İ.Səfərov.- Bakı: Elm, 

2012.- 237, [3] s.

Səlahəddin Sədrəddin 

oğlu Xəlilov: biblioq-

rafiya /tərt. müəl. A.K. 

Əliyeva, E. Yüzbaşov; 

AMEA, Mərkəzi Elmi 

Kitabxana.- Bakı: Elm, 

2013.- S 340.

Milli və elmi irsimizin 

yaddaşı /A.Əliyeva-

Kəngərli //Respublika.-

2014.- 8 iyun.- S.3

Ценный научно-

исторический 

источник /А.Алиева-

Кенгерли //Бакинский 

рабочий.-2011.- 3 

июня. - С.4

www.anl.az

www.az.wikipedia.org

6

Alim

Mədəniyyət.Maarif.Təhsil


208

Mədəniyyət.Maarif.Təhsil

130

illiyi

Qəribsoltan Məlikova

1886-1967

       İYUN

Qəribsoltan Həsən bəy qızı Məlikova 

1886-cı il (bəzi mənbələrdə 1896) iyun 

ayının  11-də  Göyçay  qəzasının  Zərdab 

kəndində  (indiki  Zərdab  şəhərində), 

maarifpərvər 

ziyalı, 

Azərbaycan 

mətbuatının banisi Həsən bəy Məlikov-

Zərdabinin ailəsində anadan olmuşdur.

Qəribsoltan  Məlikova  orta  məktəbi 

bitirdikdən  sonra  Tiflisdə  rus  qızlar 

gimnaziyasında  təhsil  almışdır.  Atası 

Həsən  bəy  Zərdabinin  vəfatından  3  il 

sonra  onun  arzusu  ilə  Bakıya  köçməyə 

məcbur olmuş və 1910-cu ildə pedaqoji 

fəaliyyətə başlamışdır.

1915-1918-ci  illərdə  Bakıdakı  rus-

tatar  (Rus-Azərbaycan)  qız  məktəbində 

dərs demiş, 1918-1920-ci illərdə bir sıra 

çətinliklərə sinə gərərək Bakıdakı Üçün-

cü rus qız gimnaziyasında, sonra isə ikin-

ci  rus-qız  gimnaziyasında  Azərbaycan 

dilindən  dərs  demiş,  həm  də  pedaqoji 

kursda öz təhsilini artırmışdır. Hətta bəzi 

tarixi  mənbələrdə  Qəribsoltan  xanımın 

İmperator  üçüncü  Aleksandr  adına  Bi-

rinci  Bakı  kişi  gimnaziyasının  Pedaqo-

ji  Şurasında  bütün  sınaqlardan  keçərək 

“Xalq məktəblərinin müəllimi” adına la-

yiq görüldüyü də göstərilir. Bu nailiyyət 

nəinki Qəribsoltan xanımın, eləcə də bü-

tün Azərbaycanlı qadınlarının irəliləyişi, 

onların oxumaq imkanlarının təsdiqi idi.

Ailə üzvlərinin represiyası səbəbindən 

Gəncəyə  köçərək  bir  müddət  burada 

sakit  həyat  yaşamaq  istəmişdir.  İkinci 

Dünya  müharibəsi  illərində  görkəmli 

bəstəkar  Rauf  Hacıyevin  anası  Nanə 

xanımla  (Nanə  xanım  Zərdablı  olduğu 

üçün)  Zərdaba  getmiş  və  hər  ikisi  orta 

məktəblərdə müəllim kimi çalışmışlar.

Bu cəfakeş xanım ailə həyatı qurma-

mış,  ömrü  boyu  ədəbi  irsi  təqib  olun-

muş,  yasaq  edilmiş  atasının,  repressiya 

qurbanı  olan  qardaşının,  Fransada  ya-

şamağa  məcbur  olan  bacı  və  qardaşı-

nın,  yeznəsi  Əlimərdan  bəy  Topçuba-

şovun,  bu  üzüntülərə  dözə  bilməyən 

anası  Hənifə  xanımın  dərdi  ilə  yaşa-

mışdir.  Həsən  bəyin  ailəsindən  tək  ya-

digar qalmış Qəribsoltan xanımı qarda-

şı Midhətin faciəli həyatı, anası Hənifə 

xanımın  vaxtsız  ölümü,  Bibiheybət 

məscidinin  yanından  atası  Həsən  bəyin 

məzarı  yerləşən  qəbiristanlığın  dağı-

dılması  xəbəri  çox  sarsıtmışdır.  Çox 

çətinliklə  də  olsa  cənazənin  qalıqlarını 

Həsən  bəyin  ömür-gün  yoldaşı  Hənifə 

xanım  Məlikova-Abayevanın  yanında 

basdırmışdır.

Bütün  bu  çətinliklərə  baxmayaraq 

vətənpərvər müəllimə Azərbaycanda So-

vet hakimiyyəti qurulan ilk illərdə yeni 

yaradılan məktəblərin, savad kurslarının 

təşkilində yaxından iştirak etmiş, qabaq-

cıl bir pedaqoq kimi respublikada maa-

rifin  inkişafında  əlindən  gələn  köməyi 

əsirgəməmişdir.

1956-cı  ilədək  Bakının  bir  sıra  orta 

məktəblərində yorulmaq bilmədən çalış-

mış, neçə-neçə nəslin yetişməsində bö-

yük rol oynamışdır.

Azərbaycan  elm  və  mədəniyyətinin 

inkişafındakı  əvəzsiz  xidmətlərinə 

görə  Qəribsoltan  Məlikovaya  1948-

ci  ildə  “Azərbaycan  SSR-in  Əməkdar 

müəllimi” adı verilmiş, Lenin ordeni ilə 

təltif edilmişdir.

Maarifpərvər  ziyalı  Qəribsoltan 

Məlikova  1967-ci  il  mart  ayının  9-da 

Bakı şəhərində vəfat etmişdir.



Ə d ə b i y y a t

Məlikova Qəribsoltan 

Həsən bəy qızı              

//Azərbaycan qadını 

ensiklopediyası /red. 

hey. R.Mehdiyev [və 

b.]; baş red. İ.Vəliyev; 

[müəl. X. Abbasov [və 

b.]].- Bakı, 2002.-

S.270.

Məlikova Qəribsoltan 

Həsən bəy qızı             

//Azərbaycan Sovet 

Ensklopediyası: 10 

cilddə.- Bakı, 1982.- 

C.6.- S.490.

Məmmədov, S. Bu xalq 

sənsizdir /S.Məmmədov 

//Nurlu ömrümün 

dastanı.- Bakı, 1975.- 

S.43-49.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.zerdab.com

11

Pedaqoq

209

Riyaziyyat.Fizika.Astronomiya

60 

illiyi

Arif Səlimov

1956

       İYUN

Arif Ağacan oğlu Səlimov 1956-cı ildə 

Ağsu rayonunda anadan olmuşdur. 1973-

cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi bi-

tirmiş və 1973-1978-ci illərdə Azərbaycan 

Dövlət  Universitetinin  (indiki  BDU) 

mexanika-riyaziyyat  fakültəsində  təhsil 

almışdır.

1978-1980-ci illərdə Azərbaycan EA-

nın  (indiki  AMEA)  Kibernetika  İnstitu-

tunda  mühəndis-riyaziyyatçı  kimi  çalış-

mış,  1980-1983-cü  illərdə  isə  Rusiyanın 

Kazan  Dövlət  Universitetinin  aspiran-

turasında  həndəsə  və  topologiya  ixtisası 

üzrə təhsil almışdır.

1984-cü  ilin  yanvar  ayında  Kazan 

şəhərində  məşhur  sovet  həndəsə  alimi 

V.Vişnevskinin  elmi  rəhbərliyi  altında 

namizədlik  dissertasiyasını  müdafiə  et-

mişdir.  1984-1995-ci  illərdə  ADU-nun 

Həndəsə kafedrasında assistent və dosent 

vəzifələrində çalışmışdır.

1998-ci ilin sentyabr ayında isə Kazan 

Dövlət Universitetində həndəsə və topo-

logiya  ixtisası  üzrə  doktorluq  dissertasi-

yasını müdafiə etmişdir.

Norden  (anti-Hermit)  strukturaları 

və  tenzor  operatorları  nəzəriyyələrində 

aldığı  fundamental  nəticələr  və  lift 

nəzəriyyəsində  yaratdığı  yeni  metod  ilə 

diferensial  həndəsə  sahəsində  dünyada 

tanınmış bir alimdir.

Arif  Səlimovun  163-dən  çox  elmi 

əsəri  var.  Bu  əsərlərdən  150-si  xaricdə 

çap olunmuş, 25 əsəri “Springer”, “Birk-

hauser  Verlag”,  “Elsevier“,  “World  Sci-

entific”  kimi  məşhur  nəşriyyatlarda  işıq 

üzü görmüşdür. Əsərləri ABŞ, Yaponiya, 

Cənubi  Koreya,  Çin,  Hindistan,  Sinqa-

pur,  Meksika,  Rusiya,  İngiltərə,  İtaliya, 

Fransa, Hollandiya, Polşa, Türkiyə və s. 

ölkələrin nüfuzlu elmi jurnallarında nəşr 

olunmuşdur.

“American  Mathematical  Society” 

və  “European  Mathematical  Society” 

tərəfindən  təftiş  edilən  “International 

Electronic  Journal  of  Geometry”  və 

“TWMS Jour. of Pure Appl. Math.” adlı 

beynəlxalq jurnalların redaksiya heyətinin 

üzvüdür.


Kazan Dövlət Universitetində həndəsə 

üzrə keçirilən Lobaçevski konfranslarında 

4 dəfə baş məruzəçilərdən biri olmuşdur.  

Arif Səlimov 2006-cı ildə 4-ci Beynəlxalq 

Həndəsə konfransında və 2011-ci ildə isə 

Türkiyə  Riyaziyyatçılar  Cəmiyyətinin 

24-cü illik konfransında baş məruzəçi ol-

muşdur.


Tələbə  və  magistrlər  üçün  çap  olun-

muş  3  kitabın  (1-i  Azərbaycanda,  2-si 

isə  Türkiyədə)  müəlliflərindən  biri-

dir.  Onun  rəhbərlik  etdiyi  3  elmi  layihə 

(TBAG-105T551, 

TBAG-108T590, 

TBAG-112T111)  2006,  2008  və  2012-

ci  illərdə,  Türkiyənin  Elm  və  Texnika 

Komitəsinin  qrantlarına  layiq  görülmüş, 

14 məqaləsi isə eyni Komitənin müxtəlif 

illərdə təşviq mükafatlarını almışdır. Arif 

Səlimov 1995-ci ildən Türkiyənin Atatürk 

Universitetində  müqavilə  ilə  çalışmağa 

başlamış, hazırda bu universitetin Mate-

matik Bölümündə müqavilə ilə professor 

vəzifəsində çalışmaqdadır.

A.Səlimovun  Bakı  Dövlət  Univer-

siteti  ilə  sıx  əlaqələri  bu  gün  də  da-

vam  etməkdədir.  Bu  illər  ərzində  onun 

rəhbərliyi  altında  8  tələbəsi  fəlsəfə  dok-

torluğu  dissertasiyasını  müdafiə  etmiş-

dir,  bunlardan  2-si  Azərbaycandan,  6-sı 

isə Türkiyədəndir. Bundan başqa, fəlsəfə 

doktoru  olan  daha  8  Türkiyəli  elm  ada-

mı  onun  rəhbərliyi  altında  post-doktora 

(PhD)  tədqiqatları  aparmışdır.  Onlardan 

6-sı hal-hazırda professordur.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin