251
Milli ədəbiyyat
AVQUST
Ə d ə b i y y a t
Əsərləri /Əbülfəz oğlu
Söhrab Tahiri.- 20
cilddə.- Bakı: [Zərdabi
LTD], 2005- 2012.
Seçilmiş əsərləri /
Söhrab Tahir Azərazər;
ön sözün müəl. S.
Rüstəmxanlı.- Bakı:
Şərq-Qərb, 2005.- 272
s.
Ata: Poema-epos /Söh-
rab Tahir Azərazər.-
Bakı: Ağrıdağ, 2002.-II
kitab.- 208 s.
Pənah, G. Söhrab
Tahir Azər Azərin
lirikası /G.Pənah; elmi
red. E. Əlibəyzadə,
Q. Namazov; red. Y.
Əhmədov.-Bakı: Şur,
2012.-447 s.
Sonuncu şah: Üç
kitabdan ibarət
tarixi-sənədli-bədii
roman /Söhrab Tahir
Azərazər.-Bakı: Ağrı-
dağ, 2001.-500 s.
Yusifli, V. Söhrab əmi...
/V.Yusifli //Ədəbiyyat
qəzeti.-2015.- 14
mart.- S.13.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
6
Söhrab Tahir
1926
90
illiyi
Şair
Söhrab Əbülfəz oğlu Tahiri (Söhrab Tahir)
1926-cı il avqust ayının 6-da (bəzi mənbələrdə
may ayının 27) Cənubi Azərbaycanın Astara
şəhərində anadan olmuşdur. 1939- 1943-cü
illərdə “Səadət” və “Şahpur” məktəblərində
9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin
ağırlığı üzündən atası ilə “İran-İngilis neft
şirkəti”ndə tornaçı, qaynaqçı, motorçu
işləmişdir.
1941-ci ildə ailəsi ilə Təbrizə getmiş, bir
müddət atasının qaynaqçı sexində işləmişdir.
Cənubi Azərbaycanda Milli hökumət quru-
lan zaman Azərbaycan Demokrat Partiyası
Mərkəzi Komitəsi təşkilat şöbəsinin parti-
ya bilet bölməsində möhürdar vəzifəsində
işləmişdir.
İlk mətbu şeiri olan “Yaşa qüdrətli qo-
şun” 1949-cu ildə “Azərbaycan” qəzetində
dərc olunmuşdur. O vaxtdan müntəzəm ola-
raq dövri mətbuatda “Ərdəbil”, “Təbrizim”,
“Savalanım”, “Ərk qalası”, “Mərənd” və s.
şeirləri, hekayə, ədəbi-tənqidi və publisistik
məqalələrini dərc etdirmişdir. 1946-cı ildə
Bakıya təhsil almağa göndərilmiş, Bakıda
diş həkimliyi və feldşerlik məktəbini bitir-
mişdir. 1952-1957-ci illərdə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) fi-
lologiya fakültəsində təhsil almış, 1959-
1961-ci illərdə Moskvada M.Qorki adı-
na Ali Ədəbiyyat kurslarında müdavim
olmuşdur. 1959-1961-ci illərdə eyni zaman-
da Azərbaycan Demokrat Firqəsi Mərkəzi
Komitəsində (ADF MK-da) təlimatçı, ADF-
nin Bakı şəhər komitəsinin birinci katibi,
Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin
sədri vəzifəsində çalışmışdır. 1962-1966-cı
illərdə ADF-in Bakı komitəsində birinci ka-
tib, 1967-1973-cü illərdə “Azərbaycan” jur-
nalı redaksiyasında məsul katib, 1974-1980-
ci illərdə ADF MK orqanı “Azərbaycan”
qəzetinin və “Azərbaycan” jurnalının re-
daksiyalarında bədii şöbədə müdir, ADF-in
nəzdində çıxan “Səhər” ədəbi-tarixi jurna-
lında baş redaktor müavini, 1981-1984-cü
illərdə isə ADF MK-nın siyasi-nəzəri orqanı
olan “Azərbaycan” jurnalının redaktoru ol-
muşdur.
1993-cü ildən Yeni Azərbaycan Par-
tiyasının üzvüdür. 1993-2003-cü illərdə
Azərbaycan Respublikası Elmlər Akade-
miyasının Milli Münasibətlər İnstitutunda
aparıcı elmi işçi olmuşdur. 2003-cü ildən
hal-hazıra kimi Azərbaycan Milli Elmlər
Akademiyasının Şərqşünaslıq İnstitutunun
böyük elmi işçisidir.
İndiyə qədər 1000-dən çox şeiri, 57 po-
eması, 8 romanı, 10 povesti, 70-dən çox
hekayəsi, 800-dən artıq ədəbi-elmi-publistik
məqaləsi çap olunmuşdur. Bununla yanaşı,
xarici ölkələrdə də kitabları nəşr edilmiş-
dir. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə
Təbrizdə “21 Azər” medalı və bir sıra me-
dallarla, Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin Fəxri fərmanı ilə, 2010-cu ildə Ru-
siya Yazıçılar İttifaqı və onun Moskva şəhər
təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-
tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq
V.V.Mayakovski ordeni ilə təltif olunmuş-
dur. 1984-cü ildən Azərbaycanın Əməkdar
mədəniyyət işçisi, 1998-ci ildən Xalq şairidir.
2006-cı ildə Azərbaycan Respublikası Prezi-
dentinin Sərəncamı ilə “Şöhrət” ordeninə la-
yiq görülmüşdür.
252
Milli ədəbiyyat
80
illiyi
Əlisa Nicat
1936
AVQUST
Əlisa Qulam oğlu Hüseynov (Əlisa
Nicat) 1936-cı il avqust ayının 10-da
Azərbaycanın Lerik rayonunun Yu-
xarı Gədik kəndində anadan olmuş-
dur. 1957-1963-cü illərdə Lənkəran
şəhər orta məktəbini bitirdikdən sonra
Azərbaycan Dövlət Universitetinin (in-
diki BDU) filologiya fakültəsində təhsil
almışdır.
Bədii yaradıcılığa orta məktəbdə
oxuyarkən başlamış, “Bircə söz” adlı
ilk şeiri 1955-ci ildə “Ədəbiyyat və
incəsənət” qəzetində dərc olunmuşdur.
1961-ci ildə “Gecəniz xeyrə qalsın, ul-
duzlar” adlı ilk hekayəsi, 1964-cü ildə
ilk şeirlər kitabı olan “Yay axşamı”,
1970-ci ildə isə “Bir qız, üç çinar” adlı
ilk hekayələr kitabı nəşr edilmişdir.
1967-1972-ci illərdə Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri
Komitəsində redaktor vəzifəsində ça-
lışmışdır. 1974-1983-cü illərdə “Elm
və həyat” jurnalında ədəbi işçi və
daha sonra şöbə müdiri olmuşdur. Bir
müddət Lənkəran rayonunun Şağlaküçə
kəndində yaşamış, yaradıcılıqla məşğul
olmuş “Zərdüşt”, “Əsarət bayramı”,
“Gərəksiz” povestlərini qələmə al-
mışdır. 1990-cı ildən Bakıya köçüb
mətbuat sahəsində çalışmış, 1991-
1992-ci illərdə “Turan” adlı müstəqil
ədəbi, siyasi, tarixi, fəlsəfi jurnal təsis
etmiş və onun baş redaktoru olmuşdur.
“Nağıllara dönən tarix” (1993),
“Ruhların söhbəti” (1994), “Dünya
sərkərdələri” (1995), “Dünya filosof-
ları” (1995), “Kədər şərabı” (1997),
“Dünya tarixçiləri” (1998), “Yüz bö-
yük Azərbaycanlı” (1999), “Karvan”
(2000), “Tarixin qürubu” (2009) ki-
tablarını nəşr etdirmiş, Azərbaycan
ədəbiyyatına fəlsəfi hekayə və pritça
janrını gətirmişdir. Tarixi romanlar
və fəlsəfi antologiya-ensiklopediyalar
müəllifi kimi tanınır. Əsərləri 24 cilddə
külliyyat halında nəşr olunmuşdur.
Görkəmli
yazıçı
tərcüməçilik
fəaliyyəti ilə də məşğul olmuş, Plutar-
xın “Makedoniyalı İskəndər” (1982),
Məhəmməd Tahirin “Şeyx Şamil”
(1983), Alber Kamünün “Yad”, Ceyma
Coysun “Dublinlilər” və başqa əsərləri
doğma dilimizə tərcümə etmişdir.
Şair, nasir, filosof Əlisa Nicat 1998-
ci ildən “Hürriyyət” qəzetinin əməkdaşı
kimi çalışır.
1999-cu il aprel ayının 28-də
Azərbaycan Milli Elmlər Akademiya-
sının Fəlsəfə və Hüquq İnstitutunun
Elmi şurasının qərarı ilə səmərəli elmi
və elmi-maarifçilik fəaliyyətinə görə
fəlsəfə elmləri üzrə Fəxri Doktor adına
layiq görülmüşdür.
Ə d ə b i y y a t
Əsərləri: 24 cilddə.
Şeirlər /Ə.Nicat; red.
F.Ağazadə.- Bakı: Adi-
loğlu, 2009.- C.I.- 394 s.
Mələklər və iblislər: ta-
rixi, siyasi roman: 1918-
20-ci illər /Ə.Nicat;
red. və ön sözün müəl.
T.Hüseynoğlu.- Bakı:
Adiloğlu, 2007.-306 s.
Müdriklik məbədi
/Ə.Nicat.-Bakı: Nərgiz,
2005.-1107, [1] s.
Qızıl fəlsəfə: Dünyanın
100 ən dərin aforizmi
və onların şərhi /Əlisa
Nicat; red.: Hacıqafarlı;
ön söz: Ə.Abbasov.-Bаkı:
Adiloğlu, 2003.-202 s.
Karvan: Seçilmiş əsərlər
/Ə.Nicat.- Bakı: Qanun,
2000.- 759 s.
Kafkanın gündəlikləri
/Ə.Nicat //Hürriyyət.-
2012.- 16-19 aprel.-
S.14.
Bir suallı müsahibə:
Əlisa Nicat-75 /Ə.Nicat
//Hürriyyət.- 2011.- 5-7
avqust.- S.12.
İ n t e r n e t d ə
www.anl.az
www.kitabxana.net
10
Şair
253
Milli ədəbiyyat
95
illiyi
Ələviyyə Babayeva
1921-2014
AVQUST
Ələviyyə Hənifə qızı Babayeva
1921-ci il avqust ayının 12-də Bakı-
da anadan olmuşdur. Orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) filologi-
ya fakültəsində təhsil almışdır.
1951-1973-cü illərdə “Azərbaycan
qadını” jurnalında məsul katib,
1973-1976-cı illərdə “Gənclik”
nəşriyyatında Müasir ədəbiyyat
şöbəsinin müdiri, 1976-1985-ci
illərdə baş redaktor olmuşdur. 1951-
ci ildən Azərbaycan Yazıçılar Birliyi-
nin üzvü idi.
Ələviyyə xanım bədii yara-
dıcılığa 1936-cı ildə “Ədəbiyyat
qəzeti”ndə dərc olunmuş “İki həyat”
adlı hekayəsi ilə başlamışdır. Onun
kiçikyaşlı uşaqlar üçün “Mənim
müəllimim”, “Kənd yolları”, “Yenə
baharda”, “Sehrli pillələr” hekayə
kitabları çap edilmişdir. Uşaq yazı-
çısı kimi uzun illər kiçik hekayələr
yazmış, uşaqların mənəvi dünyası-
nın zənginləşməsinə, vətənpərvərlik
ruhunda tərbiyələnmələrinə xidmət
etmişdir.
“Kölgə”, “Yarpaqlar nə haqda pı-
çıldaşır”, “Tut” adlı hekayələr kitabı-
nı, “Adamlar və talelər”, “Hardasan
dost, harada”, “Anadil ağlayırdı”,
“Yanar su”, “Ölürəm, a dağlar” po-
vest və romanlarını bu mövzuya həsr
etmişdir.
Onun müasir rus ədəbiyyatından
tərcümələri də var. A.Qaydarın “Uzaq
ölkələr” (1950), V.Biankinin “İz ilə”
(1947), “Ayı balası” (1959), “Qırmızı
təpə” (1963), K.Paustovskinin “Oğru
pişik” (1951), V.Q.Korolenkonun “Sa-
tın alınmış uşaqlar” (1962), Y.Sotnikin
“Əcaib quş” (1964), V.Astafyevin
“Ulduz xəzanı” (1970), Y.Çaruşinin
“Nikitanın oyuncaqları” (1984) və s.
onun tərcüməsində kütləvi tirajla çap
olunmuşdur.
25-dən artıq kitabın müəllifidir.
Bir sıra əsərləri rus, ingilis, türk,
bolqar, çin, yapon və başqa dillərə
tərcümə olunmuş və həmin ölkələrin
nəşriyyatlarında çapdan çıxmışdır.
Moskvada Azərbaycan ədəbiyyatı
ongünlüyündə, həmçinin ölkəmizin
bir çox yerlərində ədəbi tədbirlərdə
iştirak etmişdir. Azərbaycan Yazıçı-
lar İttifaqında qəbul komissiyasının
üzvü, tərcümə seksiyasının rəhbəri
olmuşdur.
2011-ci ilin avqust ayında
Ələviyyə Babayevanın 90 illik yubi-
leyi təntənəli şəkildə qeyd edilmişdir.
1979-cu ildə “Azərbaycanın
Əməkdar mədəniyyət işçisi” fəxri
adına layiq görülmüşdür.
Ələviyyə Babayeva 2014-cü il
sentyabr ayının 23-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Rəngbərəng yuxular: 60 ildə
gördüklərim, sevdiklərim
və sevmədiklərim:Həyat-
behişt və cəhənnəm əzabı
/Ə.Babayeva; red. Arif Şamo.-
Bakı: Araz, 2000.- 232 s.
Son döngə: roman
/Ə.Babayeva; red. V.Quliyev.-
Bakı: Azərnəşr, 2000.- 430 s.
Yanar su: roman
/Ə.Babayeva; red.
Z.Şahsevənli.- Bakı: Qapp-
Poliqraf, 2003.- 225 s.
Gəncəli, S. Ələviyyə Baba-
yeva /S.Gəncəli //Qadın,
Gözəllik və Ülviyyət: ensiklo-
pedik toplu.- Bakı, 2001.- S.
265.
Xəlilzadə, F. Qəhrəmanlarına
bənzəyən yazıçı /F.Xəlilzadə//
Kaspi.-2014.- 27 sentyabr.- S.
18.
Xəlilzadə, F. Sabah mütləq
olacaq: Ələviyyə Babayeva -
90 /F.Xəlilzadə //Azərbaycan.-
2011.- 11 avqust.- S. 5.
Yerfi, R. Nəsrimizin ağbirçəyi
/R.Yerfi //Kaspi.-2013.- 12-14
yanvar.- S. 21.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
12
Yazıçı
254
Milli ədəbiyyat
90
illiyi
Qabil
1926-2007
AVQUST
Qabil Allahverdi oğlu İmamverdiyev
1926-cı il avqust ayının 12-də Bakıda ana-
dan olmuşdur. 1948-ci ildə Azərbaycan
Pedaqoji İnstitutunun (indiki ADPU) dil
və ədəbiyyat fakültəsini bitirmişdir. “Gəl,
baharım!” adlı ilk şeiri 1944-cü il aprelin
2-də “Ədəbiyyat qəzeti”ndə çap olunmuş-
dur. Bir müddət öz şeirlərini “Qabil Nikbin”
təxəllüsü ilə çap etdirmişdir. 1948-1951-ci
illərdə M.F.Axundov adına Yardımlı rayon
orta məktəbində müəllimlik etmiş, sonra
isə Bakıdakı 40 saylı fəhlə-gənclər orta
məktəbində dərs hissə müdiri, APİ-nin
Azərbaycan ədəbiyyatı kafedrasında labo-
rant, yenidən Yardımlı rayonunda müəllim
kimi çalışmışdır. 1950-ci ildə “Səhər açı-
lır” adlı ilk kitabı nəşr olunmuşdur. 1951-
1954-cü illərdə “Azərbaycan müəllimi”,
“Kommunist” qəzeti redaksiyalarında
əməkdaşlıq etmişdir.
1954-1956-cı
illərdə
Moskva-
da M.Qorki adına Ədəbiyyat İnstitutu
nəzdində olan ikiillik ali ədəbiyyat kurs-
larında müdavim olmuşdur. 1957-ci ildə
Bakıya gəlmiş, Azərbaycan Dövlət Tele-
viziya və Radio Verilişləri Komitəsində
ədəbi-dram verilişləri redaksiyasının
məsul redaktoru, 1960-1972-ci illərdə
“Ədəbiyyat və incəsənət” qəzeti redaksi-
yasında Poeziya şöbəsinin müdiri, 1975-
1979-cu illərdə “Azərbaycan” jurnalı-
nın redaksiyasında şeir üzrə ədəbi işçi,
baş redaktorun müavini vəzifələrində
işləmişdir. 1977-ci ildə İtaliyada keçirilən
Azərbaycan günlərində, 1980-ci ildə “Li-
teraturnaya qazeta”nın Daşkənddə təşkil
etdiyi “dəyirmi masa”da, Türkiyənin Bur-
sa, Qars, Ankara şəhərlərində keçirilən
böyük ədəbi-ictimai tədbirlərdə, 1990-
cı ildə Qeysəriyyədə Millətlərarası Bö-
yük Azərbaycan konqresində, 1992-ci
ildə Tehranda (İran), Şəhriyar poeziya
günlərində, 1994-cü ildə Azərbaycan Pre-
zidenti nümayəndə heyəti tərkibində Çində
səfərdə olmuşdur.
Uşaq şairi kimi məşhur olmasa da, onun
uşaqlar və yeniyetmələr üçün əsərlərindən
ibarət “Nağaraçı” adlı kitabı, klassik
ənənələrimizə əsaslanıb yeni məzmun
aşıladığı minə yaxın rübailəri, “Nəsimi”
mənzum romanı, “Ömür həbləri” satirik
romanı, bir sıra ədəbi məqalələri ayrıca ki-
tabda nəşr edilmişdir. Əsərləri SSRİ və xa-
rici ölkə xalqlarının dillərinə çevrilmişdir.
Qabil 1976-cı ildə Azərbaycan Dövlət
mükafatı laureatı olmuş, 1984-cü ildə
“Əməkdar incəsənət xadimi”, 1992-ci ildə
isə “Azərbaycanın Xalq şairi” fəxri adları-
na layiq görülmüşdür. 1980-ci ildə “Əmək
igidliyinə görə” medalı və Azərbaycan Ali
Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə
təltif edilmişdir. 1996-cı ildə Azərbaycan
ədəbiyyatının inkişafındakı xidmətləri və
anadan olmasının 70 illiyi münasibətilə
Azərbaycan Respublikasının Preziden-
ti Heydər Əliyevin Fərmanı ilə “Şöhrət”
ordeninə, 1998-ci ildə Ədəbiyyat Fon-
dunun Rəsul Rza mükafatına layiq gö-
rülmüş, 2006-cı ildə “İstiqlal” ordeni ilə
təltif edilmişdir. 1996-cı ildə 70 illik yu-
bileyi təntənəli şəkildə Azərbaycan Opera
və Balet Teatrında keçirilmişdir. 2001-ci
ildə “Azərbaycan Telefilm Yaradıcılıq
Birliyi”ndə şairə həsr edilən “Qabil” adlı
film istehsal edilmişdir.
Xalq şairi Qabil 2007-ci il aprel ayının
3-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn
edilmişdir.
12
Şair
Ə d ə b i y y a t
Seçilmiş əsərləri /Qa-
bil.- Bakı: Şərq-Qərb,
2004.- 247 s.
Dənizlər mavidir,
meşələr yaşıl: Şeirlər və
hekayə /Qabil.- Bakı:
Şirvannəşr, 2003.-216 s.
Ömrün gecə qata-
rı: diqqət, vətəndaş
sərnişinlər! ömrün
gecə qatarına minik
başlanır /Qabil; [red.
A. İsabəyli].-Bakı:
Şirvannəşr, 2007.-280 s.
Ömür həbləri: roman /
Qabil.-Bakı: Şirvannəşr,
2005.- 228 s.
Rübailər /Qabil.- Bakı:
Şirvannəşr, 2004.-280 s.
Xəyal, S. Qabil: yara-
dıcılığı əsasında /Sona
Xəyal; red. və ön sözün
müəl. Fikrət Sadıq.-
Bakı: Yurd, 2006.-200 s.
Məmmədov, Ə. Po-
eziyamızın görkəmli
nümayəndəsi: Qa-
bilin anım gününə
/Ə.Məmmədov//Xalq
qəzeti.-2014.- 3 aprel.-
S. 6.
www.anl.az
www.az.wikipedia.org
255
Milli ədəbiyyat
95
illiyi
Seyfəddin Dağlı
1921-1983
AVQUST
Seyfəddin Əliağa oğlu Abbasov
(Seyfəddin Dağlı) 1921-ci il avqust
ayının 27-də (bəzi mənbələrdə avqust
ayının 21) Abşeronun Xızı kəndində,
yoxsul kəndli ailəsində anadan olmuş-
dur. 1927-ci ildə Bakıda yeddiillik
məktəbi bitirdikdən sonra N.Nərimanov
adına Sənaye Texnikumunun kimya
fakültəsində təhsil almışdır. Tələbə
ikən “Kommunist” qəzeti redaksiya-
sında müxbir, ədəbi işçi, şöbə müdiri
və məsul katib vəzifələrində işləmişdir.
1941-1956-cı illərdə Sovet Ordusunda
xidmət etmiş - avtomexanik, “Ordu”
qəzetində ədəbi işci, “Diviziya”
qəzetinin redaktoru olmuşdur. Sovet or-
dusunun tərkibində İrana getmiş, sonra
Moskvada Hərbi Akademiyaya qəbul
olunmuşdur. Təhsilini başa vurub Bakı-
ya qayıtdıqdan sonra həm jurnalistlik,
həm də yaradıcılıq fəaliyyəti ilə məşğul
olmuş, 1956-1959-cu illərdə Dövlət Ra-
dio Komitəsində baş redaktor, “Bakı”
telestudiyasının direktoru və sədr mü-
avini, “Kirpi” satirik jurnalının baş re-
daktoru olmuşdur.
1965-1973-cü illərdə Bakı zəhmətkeş
deputatları Sovetinin X, XI, XII, XIII,
XIV çağırışlarında deputat seçilmiş,
1976-cı ildə “Azərbaycanfilm” kinos-
tudiyasında ssenari redkollegiyasının
üzvü, 1980-cı ilin may ayından ömrünün
sonuna qədər “Yazıçı” nəşriyyatında re-
daktor vəzifəsində çalışmışdır.
Yaradıcılığa şeirlə başlasa da son-
ralar bunu ardıcıl şəkildə davam
etdirməmişdir. Onun satirik şeirlərindən
bəzilərinə hətta musiqi də yazılmışdır.
Bunlardan bəstəkar Cahangir Cahangi-
rovun bəstələdiyi, müğənni Mirzə Ba-
bayevin oxuduğu “Çayçı” mahnısı çox
məşhurdur. Sonralar respublika dövri
mətbuatında çap etdirdiyi felyetonlarla
yaradıcılığa davam etmiş, İkinci Dün-
ya müharibəsi dövründə felyetonları
və satirik hekayələri “Vətən uğrunda”
jurnalında, “Ədəbiyyat qəzeti”ndə və
Təbrizdə “Vətən yolunda” adlı hərbi
qəzetdə çap olunmuşdur. 1948-ci ildə
Azərbaycan dövlət nəşriyyatı “Dəniz
kəşfiyyatçısı” adlı ilk kitabını sonralar
isə “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapı-
sı”, “Sabiqlər” kitablarını nəşr etdirmiş
və geniş oxucu kütləsinin rəğbətini qa-
zanmışdır.
Əsərləri rus və digər xarici dillərə
tərcümə olunmuşdur. Yazıçının dram
əsərləri “Adı sənin, dadı mənim” (1963),
“Aydınlığa doğru” (1965), “Mənziliniz
mübarək” (1971), “Təzə gəlin” (1975),
“Kölgələr pıçıldaşır” (1976) respubli-
kanın müxtəlif teatrlarında tamaşaya
qoyulmuşdur. “Bahar kimi solmaz”
(1979) ədəbi ssenarisi əsasında film
çəkilmişdir.
Azərbaycan ədəbiyyatının, mət-
buatının inkişafında özünəməxsus xü-
susi yeri olan görkəmli nasir, publisist,
dramaturq, tərcüməçi, yumoristik no-
vellalar, hekayələr müəllifi Seyfəddin
Dağlı 1983-cü il yanvar ayının 28-də
vəfat etmişdir. Bakı küçələrindən birinə
onun adı verilmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: iki
cilddə /S. Dağlı; (ön söz)
Ağasəfa; [red. A. Hü-
seynova]Bakı: Azərnəşr,
1992.-379 s.
Məşəl yanır: hekayələr,
povest və roman /S. Dağlı;
red. Ağasəfa.-Bakı: Yazıçı,
1985.- 359, [1] s.
Şirin duz: roman /S.
Dağlı ; rəyçi. R. Əliyeva ;
[red. Ü. Kürçaylı].-Bakı:
Azərnəşr, 1988.- 214 s.
Bahar oğlu... Novruza
yetişmədi... /S. Dağlı//
Qobustan: sənət toplusu.-
2014.- № 1/162.- S.19-21.
Abbaslı, T. Seyfəddin Dağ-
lı : fizio-ideoloji surəti,
şəxsiyyəti, özünə (və
hamıya) məxsusluğu ilə se-
çilmiş Obraz... /T.Abbaslı
//Mədəniyyət.- 2013.- 16
yanvar.- S. 13.
Xəlilzadə, F. Ustad
və cəsarətli sənətkar:
Seyfəddin Dağlı - 90
/F.Xəlilzadə//Azərbaycan.-
2011.- 23 avqust.- S. 5.
Unudulmaz satira ustası
Seyfəddin Dağlı: Məşhur
“Kirpi” jurnalının redak-
toru//Azadlıq.- 2012.- 31
iyul.- S.14.
Dostları ilə paylaş: |