Ə d ə b i y y a t
Xəlilzadə, F. Sənətin ucalığında //Ruhumuzun ünvanı Şuşa: [puplisistika] /F. Xəlilzadə; red. Q. Paşayev.-Bakı: [Zərdabi LTD
MMC], 2013.-S.176.
Zakirqızı, Z. İmkanım olsaydı, evdəki bütün güzgüləri yığışdırardım: Rafiq Hüseynli / Zakirə Zakirqızı //ATV Maqazin.-2012.-
№1.-8-11.
İ n t e r n e t d ə
www.anl.az
4
Mədəniyyət.Maarif.Təhsil
268
Mədəniyyət.Maarif.Təhsil
Tənqidçi
70
illiyi
Kamil Vəli Nərimanoğlu
1946
AVQUST
Kamil Nəriman oğlu Vəliyev (Kamil
Vəli Nərimanoğlu) 1946-cı il avqust
ayının 18-də Cəbrayıl rayonunda ana-
dan olmuşdur. Orta məktəbi bitirdikdən
sonra 1965-1970-ci illərdə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU)
filologiya fakültəsində təhsil almışdır.
Elmi və publisistik yaradıcılığa tələbəlik
illərindən başlamış, “Vaqif dili, Vaqif üs-
lubu” adlı ilk məqaləsi “Lenin tərbiyəsi
uğrunda” çoxtirajlı universitet qəzetində
çap edilmişdir. 1970-ci ildə universi-
teti fərqlənmə diplomu ilə bitirdiyinə
və mətbuatda müntəzəm çıxış etdiyinə
görə filologiya fakültəsinin Azərbaycan
dilçiliyi kafedrasında müəllim saxlanıl-
mışdır.
1976-1981-ci illərdə həmin kafed-
rada baş müəllim, 1981-1988-ci illərdə
dosent, 1989-cu ildə professor, 1988-
1998-ci illərdə universitetin filologiya
fakültəsində Azərbaycan dilçiliyi kafed-
rasının müdiri olmuşdur.
1974-cü ildə “Azərbaycan dilində
“ki” şəkilçisi” mövzusunda namizədlik,
1988-ci ildə “Azərbaycan qəhrəmanlıq
eposunun poetik sintaksisi” mövzusun-
da doktorluq dissertasiyasını müdafiə
etmişdir.
1990-cı ildə Türkiyə Folklor Araşdır-
maları Vəqfinin nümayəndəsi, Səlcuq
Universitetinin (Konya şəhəri) fəxri
doktoru seçilmişdir. Türkiyə linqvistika
cəmiyyətinin müxbir üzvüdür. 1977-ci
ildən “Azərbaycan” jurnalı redaksiya
heyətinin, 1981-ci ildə Azərbaycan Ya-
zıçılar Birliyinin və Jurnalistlər Birliyi-
nin üzvü olmuşdur.
1993-cü ildə Azərbaycan Respubli-
kası Baş nazirinin müavini vəzifəsində
işləmişdir.
1991-1992-ci illərdə Türkiyədə İz-
mir Eğey Universitetində, 1999-2000-
ci illərdə Şimali Kipr Respublikasında
Doğu Ağdəniz Universitetinin professo-
ru olmuş, mühazirələr oxumuşdur.
Hazırda Avrasiya Strateji Araşdırma-
lar Mərkəzinin sədri, çoxcildli “Türk
Dünyası ədəbiyyatı” kitabının redaksiya
şurasının üzvü, Türkiyədə çap olunan
“Bilgi”, “Yol”, “Milli folklor”, “Tür-
kologiya” (Qazaxıstan) dərgilərinin
redaksiya heyətinin, Çingiz Aytmatov
Akademiyasının üzvüdür. Türk Dil Qu-
rumunun Atatürk Kültür Mərkəzinin və
Türk Folklor Qurumunun fəxri üzvüdür.
Yedditəpə Universitetinin müəllimidir.
Azərbaycan Avrasiya Araşdırmaları
Mərkəzinə rəhbərlik edir.
Kamil Vəliyev 2002-ci ildə “Ey Fü-
zuli” esse-romanı, Məhəmməd Füzuli-
nin “Türk divanının dibaçəsi”ni, Əlişir
Nəvainin “İki dilin mübahisəsi”, Yusif
Balasaqunlunun “Qutatqu bilik” əsərini
(müştərək tərcümə) ön sözlə kütləvi ti-
rajla nəşr etdirmişdir. İndiyədək 40 elmi
monoqrafik əsərin, çoxlu tərcümələrin,
500-dən cox məqalənin müəllifidir. 20-
dən çox ölkədə konfrans və simpozium-
larda iştirak etmişdir.
Kamil Vəliyev xidmətlərinə görə
Türkiyə Respublikasının “Şərəf və
Ləyaqət nişanı” ilə təltif olunmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan dövlət
dili siyasəti: dil-
poetika araşdırmaları
/K.V.Nərimanoğlu.- Bakı:
Çinar-Çap, 2006.-257 s.
Azərbaycan eposunun
poetik sintaksisi: monoq-
rafiya /K.V.Nərimanoğlu;
elmi red. V.Aslanov.-Bakı:
Oskar, 2009.- 316 s.
Eşqin sözü: Düşüncələr:
sistemli-sistemsiz,
məntiqli-absurd, aydın-
bulanıq /K.Vəli; red.
L.Cəbrayıllı.- Bakı:
Nurlan, 2011.- 182 s.
Səs: muğam işığın-
da təksəsli, çoxsəsli
düşüncələr: esse-kollaj
/K.Vəli; red. Q.Ağsəs.-
Bakı: Nurlan, 2011.191 s.
Çelişki ve yenilik dehası
Mirza Fathali Ahunt-
zade: Doğumunun 200.
yılı anısına deneme
/K.V. Nerimanoğlu;
editör Y.Akpınar; red.
A.F.Erkolor.- İstanbul:
Doğu Kütuphanesi,
2013.- 85 s.
Kamil Vəli Nərimanoğlu:
biblioqrafiya /tərt.
M.Vəliyeva; red.
N.Nağıyeva.- Bakı: AzA-
tam, 2007.-304 s.
www.anl.az
www.az.wikipedia.org
18
14
269
14
Tarixdə bu gün
Azərbaycan Əlifbası və Azərbaycan
Dili Günü
2001
AVQUST
1 avqust ölkəmizdə ən əziz
günlərdən biri kimi qeyd olunur. Çünki
milli varlığımızın əsas atributlarından
olan Ana dilimizlə bağlıdır. Dil millətin
simasını səciyyələndirən amillərdən
biri, onun milli sərvətidir. Millətin di-
linin dövlət dili statusuna yüksəlməsi
isə tarixi hadisə, milli dövlətçilik tari-
xinin qızıl səhifəsidir. Ulu öndər milli-
mənəvi dəyərlərimizin ən qiymətlisi
və bir millət kimi milli varlığımızın
rəmzi olan Azərbaycan dilinin saflaş-
dırılması və inkişafı istiqamətində çox
mühüm addımlar atmışdır. Ölkəmizdə
Azərbaycan dilinin hərtərəfli inkişa-
fı, işlək dilə çevrilməsi, beynəlxalq
münasibətlər sisteminə yol tapması
Ana dilimizin gözəl bilicisi, mahir
natiq, ulu öndər Heydər Əliyevin di-
lin qorunmasına yönələn düşünülmüş
siyasətinin nəticəsidir.
Azərbaycan SSR-in 1978-ci il
Konstitusiyasında Azərbaycan dili-
nin dövlət dili kimi qəbul edilməsi isə
həmin dövr üçün əhəmiyyətli hadisə
idi. 1993-cü ildə Heydər Əliyevin
Azərbaycanda ikinci dəfə hakimiyyətə
qayıdışından sonra Azərbaycan dili
öz inkişafında yeni mərhələyə qədəm
qoymuşdur. 1995-ci ildə ümum-
xalq səsverməsi yolu ilə qəbul edilən
müstəqil dövlətimizin ilk Konstitusi-
yası ilə dövlət dilinin adı bərpa edildi.
Bu, ulu öndərin Ana dilimizə dəyişməz
mövqeyinin daha bir parlaq nümunəsi
olmuşdur.
Bundan sonra hökumət səviy-
yəsində Ana dilinin inkişafı və qo-
runması istiqamətində əhəmiyyətli
sənədlər qəbul edilmişdi. “Dövlət dili
işinin təkmilləşdirilməsi haqqında” 18
iyun 2001-ci il tarixli Fərman, yeni
əlifbaya keçidin 2001-ci ilin avqustu-
na kimi ölkəmizdə bütünlüklə təmin
edilməsi ulu öndərin öz doğma dilinə
bağlılığını bir daha təsdiq etmişdi.
Ümummilli liderin 9 avqust 2001-
ci il tarixli Fərmanı ilə avqustun
1-i ölkəmizdə “Azərbaycan dili və
Azərbaycan əlifbası günü” kimi qeyd
olunur. 2002-ci il 30 sentyabr tarixində
“Azərbaycan Respublikasında Dövlət
dili haqqında” Azərbaycan Respub-
likasının Qanununun qəbul edilməsi
Azərbaycan dilinin dövlət dili kimi
işlədilməsi, onun tətbiqi, qorunması
və inkişaf etdirilməsi istiqamətində
daha bir addımdır. Bu ənənələri ölkə
Prezidenti İlham Əliyev uğurla da-
vam etdirməkdədir. Dövlət başçı-
sının müxtəlif vaxtlarda imzaladığı
“Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında” və “Azərbaycan Milli en-
siklopediyasının hazırlanması haqqın-
da” Sərəncamları və bu istiqamətdə
görülən işlər də dilimizin inkişafına
böyük qayğının təzahürüdür.
1
Ə d ə b i y y a t
1 Avqust Azərbaycan
Dili və Əlifbası Günü-
dür /N.Əlləddinqızı //Səs
.-2015.- 1 avqust.- S. 11.
Xalqın alın yazısı : 1 avqust
Azərbaycan Əlifbası və
Azərbaycan Dili Günüdür
/F.Yunisli //Mədəniyyət
.-2015.- 31 iyul.- S. 11.
Mahmudov, M. Azərbaycan
əlifbası türk kontekstində. 1
avqust Azərbaycan əlifbası
və Azərbaycan dili günüdür
/M.Mahmudov //Respubli-
ka.- 2013.- 31 iyul.- S.5.
...Özü haqda - “1 Avqust
Azərbaycan Əlifbası və
Azərbaycan Dili Günü”
barədə - elə özü ilə...
/T.Abbaslı //Mədəniyyət
.-2014.- 1 avqust.- S.11.
İ n t e r n e t d ə
www.anl.az
www.azterm.az
www.aztv.az
www.files.preslib.az
www.yeniazerbaycan.com
270
Tarixdə bu gün
Hərbi-Dəniz Qüvvələri Günü
1996
AVQUST
Ə d ə b i y y a t
Azərbaycan Ali
Hərbi Dənizçilik
Məktəbi-Donanmanın
xidmətində 70 [Mətn]
/N. Əliyev; elmi red.
P.Q. Darabadi; rəyçi
Ş. Ə. Sultanov [və b.];
Azərbaycan Ali Hərbi
Dənizçilik Məktəbi.-
Bakı: [s.n.], 2009.-430
s.
Azərbaycan Hərbi
Dəniz Qüvvələrinin ya-
ranmasından 97 il keçir
//Azərbaycan.-2015.- 5
avqust.- S. 3.
Qaraca, B. Havada, qu-
ruda, dənizdə... :5 av-
qust Azərbaycan Hərbi
Dəniz Qüvvələrinin
yaranma günüdür /
Bəxtiyar Qaraca //
Azərbaycan .-2013.- 4
avqust.- S. 1.
Qaradağ rayo-
nunda Hərbi Dəniz
Qüvvələrinin yeni baza-
sının və “N” saylı hərbi
hissənin açılışı olub //
Azərbaycan .-2015.- 26
iyun.- S.2, 3.
5
Azərbaycanın Hərbi Dəniz Qüvvələri
1919-cu ilin avqustunda ingilislər
Azərbaycanı tərk etdikdən sonra for-
malaşmağa başlamışdır. Bu vaxta
qədər Xəzər dənizinin qərb sahillərində
müdafiəni ingilis hərbi gəmiləri təmin
edirdi. Xəzər hərbi donanmasının
gəmiləri isə Bakı azad olunarkən Port-
Petrovsk limanına qaçırılmış və yalnız
1918-ci il noyabr ayında ingilislər Bakı-
ya gəldikdən sonra geri qaytarılmışdır.
Yeni
yaranmış
Azərbaycan
hərbi donanmasında yüksək rütbəli
zabitlərdən yalnız “Ərdahan” və “Ast-
rabad” gəmilərində xidmət edən dəniz
xidməti kapitanı Həsən Çilingərzadə
və 1-ci dərəcəli kapitan Gitançızadə
azərbaycanlı idi. Hərbi Nazirlikdə do-
nanma ilə məğul olan bölmə olmadı-
ğından Xəzər hərbi donanması ilə bağlı
məsələlərə Nəqliyyat Nazirliyində baxı-
lırdı.
1919-cu ilin sonlarında Baş
qərargahın nəzdində 6 ştat vahidindən
ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıl-
mışdı. Ümumilikdə Azərbaycan Xəzər
hərbi donanmasının tərkibində 75, 100
və 120 mm çaplı toplarla silahlanmış iki
kanoner gəmisi – “Ərdahan” və “Kars”,
“Astrabad”, “Göytəpə”, “Araz”, “Nar-
gen” xidməti və köməkçi gəmiləri, “Or-
yol” nəqliyyat gəmisi, silahlı “Puşkin”
paraxodu, həmçinin kater var idi.
Hərbi donanma üçün kadrların ha-
zırlanması məqsədilə Bakı Dəniz Avi-
asiyası məktəbinin bazasında Xüsusi
hərbi-dəniz aviasiyası məkəbi, 1919-cu
ilin oktyabrın 14-də isə dəniz aviasiyası
dəstəsi yaradıldı.
Yenidən müstəqillik əldə etdikdən
sonra Azərbaycan Respublikası Parla-
mentinin 9 oktyabr 1991-ci ildə qəbul
etdiyi “Azərbaycan Respublikası Silah-
lı Qüvvələri haqqında” qanuna əsasən
Silahlı Qüvvələrin tərkib hissəsi kimi
Hərbi Dəniz Qüvvələrinin yaranması-
nın hüquqi bazası müəyyən olunmuşdu.
Keçmiş Sovetlər ittifaqı tərkibində olan
müstəqilliyini əldə etmiş Rusiya, Qa-
zaxıstan, Türkmənistan və Azərbaycan
Xəzəryanı dövlətləri arasında əldə olu-
nan razılığa görə Azərbaycan onun
ərazisində yerləşən sabiq Xəzər hərbi
donanmasının bütün bazalarına və 25%
hərbi gəmilərinə sahib olmuşdu.
İkinci dəfə dövlət müstəqilliyini əldə
etdikdən sonra 26 iyul 1992-ci ildə “Ba-
kılı” gözətçi gəmisində ilk dəfə olaraq
müstəqil Azərbaycanın üçrəngli Dövlət
bayrağı qaldırılmış və Azərbaycan öz
Hərbi Dəniz Qüvvələrini yaratmağa
başlamışdı. İlk mərhələdə Hərbi Dəniz
Qüvvələrinə müxtəlif tipli gəmilərlə
komplektləşdirilmiş beş divizion və
sahil bölmələri daxil olmuş, Xəzər
hövzəsində yerləşən müşahidə postla-
rı və mayakların fəaliyyəti bərpa olun-
mağa başlanmışdı. 4 noyabr 1997-ci il
tarixli “Azərbaycan Respublikasının
Hərbi Dəniz Bayraqları haqqında” qa-
nuna əsasən hərbi və köməkçi gəmilərdə
qaldırılan bayraqlar haqqında əsasnamə
qəbul edilmişdi. 7 avqust 2000-ci ildən
etibarən Hərbi Dəniz Qüvvələrinin bütün
gəmilərində Hərbi Dəniz Qüvvələrinin
bayrağı qaldırılmışdı.
1996-cı ildə Ali Hərbi Dənizçilik
Məktəbi əsasında Dəniz Akademiyası
təşkil olunmuş və həmin ildə ulu öndər
Heydər Əliyevin fərmanı əsasında 5 av-
qust tarixi - Azərbaycanda Hərbi-Dəniz
Qüvvələri Günü kimi qeyd olunmağa
başlamışdır.
271
Tarixdə bu gün
Cəbrayıl rayonunun işğalı günü
1993
AVQUST
Ərazisi : 1049
km²
Əhalisi: 54430 nəfər
İşğal tarixi: 23.08.1993
1993-cü il avqust ayının 23-də
Cəbrayıl rayonu işğalçı erməni
silahlı qüvvələri tərəfindən zəbt
edilmişdir.
1994-cü il Horadiz əməliyyatı
zamanı Milli Ordunun hərbi silah-
lı qüvvələri şəhər mərkəzinə və
Xudafərin körpüsü istiqamətində
irəliləsə də, Cəbrayılın yalnız
Cocuq-Mərcanlı kəndi düşmən
işğalından azad olunmuşdur.
İşğaldan əvvəl rayonda 72 orta
və natamam orta məktəb, 3 musi-
qi məktəbi, 12 mədəniyyət evi, 32
klub, 10 mədəni çadır və avtoklub,
78 kitabxana, 3 daimi, 4 səyyar
kinoqurğu fəaliyyət göstərmişdi.
Zəngin eksponatları olan tarix-
diyarşünaslıq muzeyi olmuşdu.
Əhaliyə 210 çarpayılıq mərkəzi
xəstəxana və ümumi çarpayı sayı
245 yer olan kənd xəstəxanaları,
Dağ Tumas, Quycaq, Balyand
kəndlərində 11 həkim, 52 feld-
şer - mama məntəqəsi xidmət
göstərirdi.
Cəbrayıl rayonunda respub-
lika və rayon əhəmiyyətli 120-
dək tarixi memarlıq abidəsi,
qiymətli ağac növlərindən ibarət
meşələr, böyük ehtiyata malik
yeraltı sərvətlər, qeyri-adi flo-
ra və faunası ilə seçilən Dirida-
ğın özünəməxsus təbiət guşələri,
mineral maddələrlə zəngin su
mənbələri erməni işğalçıları
tərəfindən dağıdılaraq məhv edil-
mişdir.
Ümumiyyətlə,
döyüşlərdə
180, atəşkəs dövründə isə 16
nəfər həlak olmuş, 14 nəfər po-
lis, 60 nəfər mülki şəxs dünyasını
dəyişmiş, 90 nəfərə yaxın isə əsir
və itkin düşmüşdür. Cəbrayıllılar
içərisində 180 nəfər Qarabağ
müharibəsi əlili statusu almış,
6 nəfər isə “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür. Cəbrayıllılar arasında
351 nəfər şəhid ailəsi var.
2006-2007-ci illər ərzində
erməni işğalçıları tərəfindən
rayonun 16 min hektardan
artıq
ərazisində
yanğınlar
törədilmişdir.
Ölkənin 58 bölgəsinə səpələnən
cəbrayıllılar daha çox Beyləqan,
İmişli, Sabirabad, Saatlı, Biləsuvar
rayonlarında məskunlaşmışlar.
Biz inanırıq ki, qələbə uzaqda
deyil. Ali baş komandanın yürüt-
düyü uzaqgörən siyasət, apardığı
danışıqlar nəticəsində torpaqla-
rımız işğaldan azad olacaq, bü-
tün həmvətənlərimiz öz yurd-
yuvalarına dönəcəklər.
23
Ə d ə b i y y a t
Abuzərov, A. Cəbrayılın qəm
karvanı /A.M. Abuzərov.-
Bakı: Ulu, 2000.-180 s
Əlimiz çatmayan yurd
yerlərimiz Cəbrayıl və
Füzulinin işğalından 22 il
ötür //Mədəniyyət .-2015.- 19
avqust.- S. 15.
Xalid.Bu gün iki rayonun
işğal tarixi anılır Cəbrayıl və
Füzulinin işğalı ilə daha 191
600 Azərbaycanlı məcburi
köçkün düşüb /Xalid //Üç
nöqtə .-2013.- 23 avqust.- S.
10.
Tarixin dedikləri və
demədikləri Cəbrayılın işğa-
lından 22 il keçir /B.Qaraca
//Azərbaycan .-2015.- 22
avqust.- S. 5.
Tapdıqoğlu, N.Qapısı bağlı
yollar Füzuli və Cəbrayıl
rayonlarının işğalından 22 il
keçir /N.Tapdıqoğlu //Kredo
.-2015.- 4 sentyabr.- S. 14-15.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.files.preslib.az
272
Tarixdə bu gün
Füzuli rayonunun
işğalı günü
1993
AVQUST
23 avqust 1993-cü ildə ümumi sahəsi 1386
km²
olan Füzuli rayonunun qərb hissəsindən 125368
hektar ərazinin erməni bədxahları tərəfindən işğal
olunmasından 23 il ötür.
Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin
adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu
ildə yenidən təşkil olunmuş və Qaryagin adlandı-
rılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz
Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi
şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli
rayonu adlandırılmışdır.
Qarabağımızın dilbər guşəsi olan Füzuli rayo-
nu ərazisində müxtəlif vaxtlarda Qaraköpəktəpə,
Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay
sahillərində tədqiqatlar aparılmış, Azərbaycanın
qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-
ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli
Hüseynov tərəfindən aşkar olunmuş preneandertal
– Azıxantrop adamının alt çənəsinin sümükləri ra-
yon mərkəzindən 15 km aralı məsafədə yerləşən
Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeo-
logiya elminin böyük nailiyyətləri olan bu abidə
Qarabağın Füzuli rayonu ərazisində vaxtilə qədim
paleolit dövrünün mövcudluğunu aşkarlamışdır.
İşğaldan əvvəl rayonda 1 şəhər, 1 şəhər tipli
qəsəbə, 75 kənd, 70 kitabxana, 20 mədəniyyət evi,
45 klub, xalq və dövlət dram teatrları, 685 çarpa-
yılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi,
vərəm və dəri - zöhrəvi xəstəlikləri dispanseri, 20
kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38
məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kol-
xoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər
var idi.
Məhsuldarlıq baxımından kənd təsərrüfatına ya-
rarlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri
olan rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük,
qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf
etmişdi. Kənd təsərrüfatı ilə yanaşı, tikinti tresti,
6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s.
fəaliyyət göstərirdi.
1988-ci ildən başlayan erməni təcavüzünə qar-
şı mübarizədə minlərlə Füzuli sakini döyüşmüş,
yüzlərlə insan şəhid olmuş, yaralanmış, itkin düş-
müşdür. Qarabağ müharibəsində ölkəmizdə ən çox
itkin və şəhid verən Füzuli rayonunun əhalisi ol-
muşdur. Füzulinin 1100-dən çox şəhid və itkini,
113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var.
Erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq
zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır.
Müharibənin əsas ağırlığını Qacar, Divannalar,
Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbu-
laq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı,
Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə,
Mollavəli kəndlərinin əhalisi çəkmişlər. Hazırda
51 kənd və rayon mərkəzi erməni tapdağı altında
zillət çəkir, 55 min nəfərə yaxın füzulili köçkün
həyatı yaşayır.
Rayonun işğaldan azad olunmuş ərazisində 13
qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si yeni
salınmış və məcburi köçkün ailələri müvəqqəti
olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51
min nəfər məcburi köçkün məskunlaşmışdır.
2006-2009-cu illər ərzində rayonun 35 000
hektardan artıq ərazisi ermənilər tərəfindən yandı-
rılmışdır.
Ümid edirik ki, işğal olunmuş torpaqlarımız ya-
xın zamanlarda erməni zülmündən azad ediləcək,
Minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaqdır.
Dostları ilə paylaş: |