24
Bəstəkar
261
Teatr.Kino
115
illiyi
İsmayıl Hidayətzadə
1901-1951
AVQUST
İsmayıl Hüseyn oğlu Hidayətzadə
1901-ci il avqust ayının 19-da (bəzi
mənbələrdə 1 sentyabr) Bakıda anadan
olmuşdur.
Ailə vəziyyəti ilə əlaqədar olaraq
“İttihad” məktəbində güzəştlə oxuma-
ğa izn verilmiş, lakin 1917-ci ildə ata-
sının vəfatından sonra təhsildən uzaq-
laşmaq məcburiyyətində qalmışdır. Elə
həmin ildən də Bakıdakı müxtəlif dram
həvəskarları dərnəklərində aktyorluq
etmiş, hətta tamaşalar hazırlamışdır.
1919-cu ilin payızında müxtəlif teatr
truppaları birləşib “Dövlət Teatrosu”
kimi fəaliyyətə başlayanda kollektivin
nəzdində İsmayıl Hidayətzadə də var-
dı.
Rejissorluq sənətinə də maraq
göstərmiş, Azərbaycan teatrında çalışan
rus rejissorlardan olan İvanovun yanın-
da müavin işləmişdir. 1926-ci ildə ara-
bir özünü rejissorluqda sınamış, sonra
Mirzə Rza Vaizzadənin “Səyavuş” pye-
sini tamaşaya qoymuşdur.
İndiki Milli Dram Teatrında 1937-
ci ilədək aktyor, sonra həm də rejissor
işləmişdir. Üzeyir bəy Hacıbəylinin
“Koroğlu” operasının məşqləri ilə
bağlı Azərbaycan Dövlət Opera və
Balet Teatrına rejissor ştatına keç-
miş, az sonra kollektivə baş rejissor
təyin olunmuşdur. Teatr tənqidçilərinin
bəyəndiyi “Siyavuş”dan sonra Opera
və Balet Teatrında “Koroğlu” və “Kar-
men” operalarını, Rus Dram Teatrında
“1905-ci ildə”, “Vaqif” tamaşalarını
səhnələşdirmişdir. 1938-ci ildə Mosk-
vada keçirilən Azərbaycan mədəniyyəti
günlərində onun quruluş verdiyi “Ko-
roğlu” və “Arşın mal alan” tamaşaları
böyük uğur qazanmışdır. Bu, İsmayıl
Hidayətzadənin rejissor kimi şöhrətini
artırmış və Moskvadan qayıdandan son-
ra o, Opera və Balet Teatrının rəhbəri
təyin edilmişdir.
Rejissor və teatr xadimi İsmayıl
Hidayətzadə aktyor kimi coşğun ehti-
rasa, tükənməyən enerjiyə malik idi.
Səhnədə çevik və həssas görünürdü.
Şərif, Mazandaranski, Əmiraslan bəy
Salamov və Xosməmməd (“Almaz”,
“1905-ci ildə”, “Oqtay Eloğlu” və “Dö-
nüş”, Cəfər Cabbarlı), Şvandiya (“Lyu-
bov Yarovaya”, Konstantin Trenyov),
Şmaqa (“Günahsız müqəssirlər”, Alek-
sandr Ostrovski), Hacı Qara (“Hacı
Qara”, Mirzə Fətəli Axundzadə),
Cücə və Şakro (“Topal Teymur” və
“Knyaz”, Hüseyn Cavid), Pyer (“İki
yetimə”, Adolf Denneri və Germon),
Rəmzi (“Tələbələrin kələyi”, Bran-
don Tomas), Şeyx Nəsrulla (“Ölülər”,
Cəlil Məmmədquluzadə), rolları akt-
yorun parlaq sənət qələbələri kimi
qiymətləndirilmişdir.
Görkəmli aktyor, rejissor 1933-cü
ildə “Əməkdar artist”, 1938-ci ildə
“Xalq artisti” fəxri adlarına layiq görül-
müşdür.
İsmayıl Hidayətzadə 1951-ci il no-
yabr ayının 1-də Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Cəfərov, C. İsmayıl
Hidayətzadə /C.Cəfərov;
red. İ.Rəhimli.- Bakı: Ça-
şıoğlu, 2005.- 132 s.
“Balaca Ərəblinski”
ləqəbli böyük sənətkar
//Azadlıq.- 2013.- 13-14
yanvar.- S.14.
Xəlilzadə, F. “Balaca
Ərəblinski”nin bö-
yük arzuları: Sənət
dünyası /F.Xəlilzadə
//Azərbaycan.- 2011.- 19
avqust.- S.5.
Mükərrəmoğlu,
M.O, sənətini həyatı
qədər sevirdi: İsma-
yıl Hidayətzadə - 110
/M.Mükərrəmoğlu
//Xalq qəzeti.- 2011.- 14
avqust.- S. 6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
19
Rejissor
262
Milli Qəhrəmanlar
40
illiyi
Emin Quliyev
1976-1995
AVQUST
Emin Ələkbər oğlu Quliyev 1976-cı
il avqust ayının 12-də Bakının Qaradağ
rayonunun Sahil qəsəbəsində anadan ol-
muşdur. 1993-cü ildə 273 saylı məktəbi
bitirmiş, 25 avqust 1994-cü ildə Qara-
dağ rayon Hərbi Komissarlığı tərəfindən
Milli Orduya çağırılmışdır. Yalamada
hərbi təlim keçdikdən sonra 776 saylı
hərbi hissəyə göndərilmişdir. Emin Qu-
liyev xidmət etdiyi batalyonun əsgərləri
ilə birlikdə 1995-ci ilin fevral ayının
əvvəllərində Şubanıya ezam olunmuş-
dur. Burada özünün əsgəri keyfiyyəti
ilə fərqlənmiş, daim komandirin diqqət
mərkəzində olmuşdur. 1995-ci ilin 17
mart hadisələrində Emin vətəndaşlıq və
əsgəri borcunu yerinə yetirərək dövlət
çevrilişinə cəhdin qarşısının alınmasın-
da xüsusi fəallıq göstərmişdir. Yaralıla-
rın döyüş meydanından çıxarılmasında,
aparılan döyüş əməliyyatlarında fəal
iştirak etmiş, özü də bu döyüşdə həlak
olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 saylı
Fərmanı ilə Quliyev Emin Ələkbər oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmışdir.
Məzarı doğulduğu Sahil qəsəbəsindəki
Şəhidlər Xiyabanındadır.
Bakının Qaradağ rayonunun Sahil
qəsəbəsindəki 14 saylı xüsusi internat
məktəbi, Qaradağ rayonunda bir küçə
və park Milli Qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi
haqqında: [Quliyev Emin Ələkbər oğlu-Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- S.1.- (Ölümündən
sonra).
Əsgərov, V. Quliyev Emin Ələkbər oğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.165.
Quliyev Emin Ələkbər oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.-
S.121-122.
Seyidzadə, M. Quliyev Emin Ələkbər oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.126.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
12
Milli Qəhrəman
263
Milli Qəhrəmanlar
60
illiyi
İsgəndər Aznaurov
1956-1992
AVQUST
İsgəndər Söhrab oğlu Aznaurov 1956-
cı il avqust ayının 16-da Özbəkistаn
Rеspublikаsı Buхаrа vilаyətində ana-
dan olmuşdur. 1963-1973-cü illərdə
orta məktəbdə təhsil almış, sonra əmək
fəаliyyətinə bаşlаmışdır. 1975-ci ildə
Аkkurqаn rаyоn Hərbi Kоmissаrlığı
tərəfindən hərbi хidmətə çаğırılmış,
1977-ci ildə оrdudаn tərхis оlunmuşdur.
Nümunəvi hərbi хidmətə görə dəfələrlə
kоmаndаnlığın təşəkkürlərinə və fəхri
fərmаnа lаyiq görülmüşdür. İsgəndər
1978-ci ildə Dаşkənd İrriqаsiyа
İnstitutunа dахil оlmuş, 1983-cü ildə аli
təhsilini bаşа vurub təyinаtlа Dаşkənd
vilаyəti Ахаnqаrаn rаyоnu Qаlyаkudur
sоvхоzunа göndərilmişdir.
1990-cı ildə аiləsi ilə birlikdə
Аzərbаycаnın
Şəmkir
rаyоnunun
Kür qəsəbəsinə köçmüş, burаdа
cihаzqаyırmа zаvоdundа çаlışmışdır.
Еrməni işğаlçılаrının tоrpаqlаrımızа
bаsqını İsgəndəri narahat etmiş, 21
аprеl 1992-ci ildə könüllü Milli Оrdu
sırаlаrınа yаzılmışdır. 861 sаylı hərbi
hissənin аrtillеriyа üzrə kоmаndir
müаvini təyin edilmişdir. Bаş lеytеnаnt
Gədəbəy rаyоnunun Şınıх bölgəsində
pеşəkаr hərbçi kimi düşmənin mühüm
hərbi bаzаlаrının məhv еdilməsində
şücaət göstərmişdir. Ağır döyüşlərin
birində düşmənin dörd tоpunu sırаdаn
çıхаrаrаq оnlаrlа еrməni yаrаqlısını
məhv еtmişdir. Оnun rəhbərliyi аltındа
kеçirilən əməliyyаt zаmаnı sərrast tоp
аtəşləri ilə düşmən mövqеlərinə ciddi
zərbələr vurulur, silаh-sursаt аnbаrlаrı
dаğıdılırdı. 18 аprеl 1993-cü ildə igid
zаbit sоn döyüşə girmiş və bu döyüşdə
qəhrəmаncаsınа həlаk оlmuşdur.
Аzərbаycаn
Rеspublikаsı
Prеzidеntinin 15 yаnvаr 1995-ci il tаriхli
262 sаylı Fərmаnı ilə bаş lеytеnаnt
Аznаurоv İsgəndər Söhrаb оğlu
ölümündən sоnrа “Аzərbаycаnın Milli
Qəhrəmаnı” fəxri аdınа lаyiq görülmüş-
dür.
Bаkının Şəhidlər Хiyаbаnındа dəfn
еdilmişdir. Оnun аdınа Şınıх bölgəsində
“İsgəndər qаlаsı” vаr. Kür qəsəbəsindəki
1 sаylı məktəb qəhrəmаnın аdını dаşıyır.
Məktəbin girişində büstü qоyulmuşdur,
2 sаylı оrtа məktəbdə isə оnun şərəfinə
“Хаtirə guşəsi” yаrаdılmışdır.
Ə d ə b i y y a t
Аzərbаycаn Rеspublikаsının bir qrup hərbi qulluqçusunа və pоlis işçilərinə “Аzərbаycаnın Milli Qəhrəmаnı” аdı vеrilməsi hаqqındа
[Аznаurоv İsgəndər Söhrаb оğlu - Müdаfiə Nаzirliyi, bаş lеytеnаnt - Аzərbаycаn Rеspublikаsının suvеrеnliyi və ərаzi bütövlüyünün
qоrunmаsındа, vətənimizin torpaqlarının еrməni işğаlçılаrından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq
göstərdiyi səxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz хidmətlərə görə]:
Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Fərmаnı, 15 yаnvаr 1995-ci il //Аzərbаycаn.- 1995.- 17 yаnvаr.- S.1. (Ölümündən sоnrа)
Аznаurоv İsgəndər Söhrаb оğlu //Azərbaycanın Milli Qəhrəmanları / M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- Bakı,
2008.- S.32-33.
Əsgərоv, V. Аznаurоv İsgəndər Söhrаb оğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.-
S.43-44.
Seyidzadə, M. Аznаurоv İsgəndər Söhrаb оğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.23.
www.anl.az; www.az.wikipedia.org; www.milliqahraman.az; www.muallim.edu.az
16
Milli Qəhrəman
264
Milli Qəhrəmanlar
40
illiyi
Eldar Xəlilov
1976-1995
AVQUST
Eldar Xəlil oğlu Xəlilov 1976-cı il
avqust ayının 19-da Qərbi Azərbaycanın
Zəngibasar
rayonunun
Zəngilər
kəndində dünyaya göz açmışdır. 1983-
cü ildə burada məktəbə getmiş, altıncı
sinifə qədər öz doğma kəndlərində təhsil
almışdır. 1988-ci ildə yüz minlərlə soy-
daşlarımız kimi öz doğma yurdların-
dan zorla çıxarıldıqdan sonra ailəsi ilə
birlikdə Bakının Bakıxanov qəsəbəsində
məskunlaşmışdır. Təhsilini 96 və 252
saylı orta məktəblərdə davam etdirmiş,
sonra Bakıdakı 10 saylı Texniki-peşə
məktəbini bitirmışdir. 29 sentyabr 1994-
cü ildə Sabunçu rayon Hərbi Komissar-
lığı tərəfindən Milli Ordu sıralarına ça-
ğırılmışdır.
17 mart 1995-ci il tarixində dövlət
çevrilişinin qarşısının alınmasında Mil-
li Ordumuzun əsgərləri arasında Eldar
Xəlilov da öz vətəndaşlıq borcunu yerinə
yetirmişdir. Azərbaycan əsgərinə xas
olan döyüş əzmkarlığı nümayiş etdirmiş,
daxili irticanın tərksilah edilməsində
mərdlik və şücaət göstərmişdir. Təəssüf
ki, qarşıdurma itkisiz ötüşməmiş və
gənc əsgər Eldar Xəlilov 17 mart 1995-
ci ildə həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 say-
lı Fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu
ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adına layiq görülmüş-
dür. Bakıdakı II Şəhidlər Xiyabanında
dəfn edilmişdir.
Bakının Bakıxanov qəsəbəsindəki
küçələrdən biri onun adını daşıyır.
Vaxtilə oxuduğu 252 saylı orta məktəbdə
isə qəhrəmana həsr olunmuş guşə yara-
dılmışdır. Qəsəbədə büstü qoyulmuş-
dur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi
haqqında: [Xəlilov Eldar Xəlil oğlu -Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun müdafiəsi,
onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- S.1.- (Ölümündən
sonra).
Ənsər, B. Əbədiyyətə qovuşan Eldar /B.Ənsər //Ağrıdağlı qəhrəmanlar.- Bakı, 2004.- S.78-81.
Əsgərov, V. Xəlilov Eldar Xəlil oğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.-Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.- S.132.
Xəlilov Eldar Xəlil oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- Bakı, 2008.-
S.100-101.
Seyidzadə, M. Xəlilov Eldar Xəlil oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.101.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
19
Milli Qəhrəman
265
Milli Qəhrəmanlar
Milli Qəhrəman
50
illiyi
Fazil Mehdiyev
1966-1991
AVQUST
Fazil Umud oğlu Mehdiyev 1966-cı
il avqust ayının 20-də Laçın rayonunun
Ələkçi kəndində doğulmuşdur. Ailəsi ilə
birgə Ağdam rayonunun Abdal-Gülablı
kəndinə köçmüş, 1983-cü ildə orta
təhsilini həmin kənddə almışdır. 1984-
1986-cı illərdə hərbi xidmətdə olmuşdur.
Sverdlovsk şəhərində hərbi xidmətini
başa vurub, Abdal-Gülablı kəndinə qa-
yıtmışdır. İşləmək üçün Rusiyaya getmiş,
sonra Vətənə qayıdıb sürücülük peşəsinə
yiyələnmişdir. Abdal-Gülablıda yerləşən
sanatoriyada sürücü işləmişdir. Erməni
təcavüzkarlarının ölkəyə hücumları za-
manı Fazil 1990-cı ildə Ağdam rayon
Daxili İşlər Şöbəsində yaradılmış polis
batalyonuna yazılmış, tezliklə ən ağır, ən
çətin döyüşlərə qatılmışdır. 1991-ci ildə
Ağdərənin Canyataq, Mehmanə, Qazan-
çı, Sırxavənd kəndlərində gedən qızğın
döyüşlərdə iştirak etmişdir. Qaradağlı
kəndində ayağından ağır yaralanmış-
dır. 1991-ci ilin avqustunda ermənilərin
“Niva” markalı bir maşınını ələ keçirərək,
Ağdam rayon polis şöbəsinə təhvil ver-
mişdir. 1991-ci il sentyabrın 23-dən 24-
nə keçən gecə ermənilər böyük qüvvə ilə
Abdal-Gülablı kəndinə hücuma keçmiş,
köməyə gələn Fazil Ağdamdan gələn
yolda pusquya düşmüş və Ağbulaq kəndi
yaxınlığında ermənilərin qəfil hücumu-
na məruz qalmışdır. Bu döyüşdə faciəli
şəkildə həlak olmuşdur. Ağdam rayonu-
nun Qarağacı qəbiristanlığında dəfn edil-
mişdir.
Azərbaycan Respublikası Prezidenti-
nin 8 oktyabr 1992-ci il tarixli 264 saylı
Fərmanı ilə Mehdiyev Fazil Umud oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmiş-
dir. Bakının Nəsimi rayonunda, Xətai
prospektində büstü qoyulmuşdur. Səbail
rayonunda adına küçə var.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi haqqında:
Mehdiyev Fazil Umud oğlu polis nəfəri - [Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr
1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).
Abbasoğlu, B. Gülablı qartalı /B.Abbasoğlu //Ölərkən dünyaya gələn oğullar.- Bakı, 2004.- S.199-212.
Əsgərov, V. Mehdiyev Fazil Umud oğlu //V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.-Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.- S.183.
Mehdiyev Fazil Umud oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- Bakı, 2008.-
S.129-130.
Seyidzadə, M. Mehdiyev Fazil Umud oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.101.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
20
266
Siyasət.Hüquq.Hərbi iş
Dövlət xadimi
70
illiyi
Afiyəddin Cəlilov
1946-1994
AVQUST
Afiyəddin Cəlil oğlu Cəlilov 1946-cı
il avqust ayının 1-də Naxçıvan şəhərində
anadan olmuşdur.
1969-cu ildə Leninqrad (indiki Sankt-
Peterburq) Dağ Mədən İnstitutunu,
1981-ci ildə Moskvada Sov.İKP MK ya-
nında İctimai Elmlər Akademiyasını bi-
tirmişdir. 1969-1973-cü illərdə Naxçıvan
duz mədənlərində mühəndis-mexanik
işləmişdir. 1973-1979-cu illərdə məsul
komsomol, partiya və dövlət işində ça-
lışmış, Naxçıvan Vilayət Komsomol
Komitəsinin birinci katibi və Azərbaycan
Lenin Komsomol Gənclər İttifaqı Mərkəzi
Komitəsinin katibi işləmişdir. 1989-1992-
ci illərdə Naxçıvan Muxtar Respublikası
Nazirlər Sovetinin sədri, Vilayət Parti-
ya Komitəsinin birinci katibi, Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri,
Azərbaycan Respublikası Prezidentinin
müşaviri olmuşdur.
Afiyəddin Cəlilov Naxçıvanda işlədiyi
dövrdə Ermənistanın təcavüzü nəticəsində
blokada şəraitində yaşayan Naxçıvan
Muxtar Respublikasının iqtisadi-sosial
problemlərinin həlli, muxtar respublika-
da vətəndaş həmrəyliyinin yaranması və
sabitliyin qorunub saxlanması sahəsində
önəmli fəaliyyət göstərmişdir.
1992-ci ildən Azərbaycan Respub-
likası Milli Məclisi Sədrinin müavini
olan Afiyəddin Cəlilov ölkəmizin dövlət
müstəqilliyinin möhkəmləndirilməsində,
onun daxili və xarici siyasətinin forma-
laşmasında fəal iştirak etmişdir. 1994-
cü ildə Qara dəniz İqtisadi əməkdaşlıq
Təşkilatı Parlament Assambleyasının
vitse-prezidenti seçilmişdir. Bir neçə
çağırış Azərbaycan SSR və Naxçıvan
MSSR Ali Sovetlərinin, Naxçıvan Mux-
tar Respublikası Ali Məclisinin deputatı
olmuşdur. 1991-ci ildən Azərbaycan Res-
publikası Milli Məclisinin deputatı idi. İki
“Şərəf nişanı” ordeni və medallarla təltif
olunmuşdur.
Dövlət xadimi Afiyəddin Cəlilov 1994-
cü il sentyabr ayının 29-da Azərbaycan
dövlətçiliyinin düşmənləri tərəfindən
qəddarcasına qətlə yetirilmişdir. Bakı
şəhərində, Fəxri Xiyabanda dəfn olun-
muşdur.
Ə d ə b i y y a t
Cəlilov Afiyəddin Cəlil oğlu //Naxçıvan Ensiklopediyası.- Bakı, 2002.- S.84.
“Gecə yarısı qətl” kitabının təqdimat mərasimi: İsa Nəcəfovun Ali Sovetin sədr müavini Afiyəddin Cəlilovun və Prezident yanında
xüsusi idarənin rəisi Şəmsi Rəhimovun qətlinə,1994,1995-ci il dövlət çevrilişinə həsr olunmuş kitabı haqqında //Azərbaycan .- 2002.- 10
iyul.-S.2.
Seyidzadə,T.H. Yaşasaydı, çox işlər görərdi: Afiyəddin Cəlilovun parlaq gələcəyindən qorxanlar ona atəş açdı, qəddarcasına qətlə yetir-
di /T.H.Seyidzadə //Azad Azərbaycan.- 2015.- 7 yanvar.- S.7.
Vitse spikerin sifarişli qətli //Yeni Azərbaycan .- 2002.- 12 may.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
1
267
Diktor
70
illiyi
Rafiq Hüseynli
1946
AVQUST
Rafiq Eyyub oğlu Hüseynov (Rafiq Hü-
seynli) 1946-cı il avqust ayının 4-də Şuşa
şəhərində anadan olmuşdur. Məktəbdə
oxuyan vaxtlardan “Azərbaycanfilm”
dövlət kinostudiyasında uşaq rolları-
nı dublyaj etmiş, 100-dən çox filmlərin
səsləndirilməsində iştirak etmiş, televi-
ziyaya gələndən sonra kinostudiya ilə
əlaqəsi daha da sıxlaşmışdır.
Milli televiziyanın ilk diktorların-
dan olan Rafiq Hüseynli 18 yaşından
Azərbaycan televiziyasında çalışmışdır.
Azərbaycan
televiziyasında
öz
məktəbini yaratmış bu görkəmli dik-
tor 1960-cı ildən etibarən diktorluq
fəaliyyətinə başlamış, səsinin ahəngi,
diksiyası, gözəl natiqlik qabiliyyəti ilə se-
çilmişdir. O, hər bir mətni məzmunundan
asılı olaraq inandırıcı şəkildə çatdırmağı
bacaran, danışıq texnikasından ustalıqla
bəhrələnən, tamaşaçı yaddaşında qalan
diktor olmuşdur. “Televiziyanın qonaq
otağı” adlı müəllif proqramı da olmuş-
dur.
Xalq artistı, aparıcı, kino redaktoru
Rafiq Hüseynli 1990-cı ildən Azərbaycan
televiziyasından uzaqlaşsa da fəaliyyətini
dayandırmamış, kinostudiyada fəaliyyətini
davam etdirmişdir. Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində,
Politologiya və Sosial İdarəetmə İnsti-
tutunda dərs demiş, professor elmi adını
almışdır. “Yurd” jurnalının baş redaktoru
vəzifəsində çalışmışdır. Müxtəlif illərdə
dublyajla məşğul olmuş, dərs demiş, jur-
nalist kimi fəaliyyət döstərmiş, hətta bir
arada mahnı da oxumuş, disk buraxdır-
mışdır. 2007-ci ildə Aztv aparıcılarının
bədii rəhbəri vəzifəsinə təyin edilmişdir.
Bu gün onun çoxsaylı yetirmələri var.
Diktorluq
sənətinin
görkəmli
nümayəndələrindən olan Rafiq Hüseynov
bir sıra filmlərin də müəllifi kimi öz adını
mədəniyyət tariximizə yazmışdır. 1991-ci
ildə “Ölü zona” filminə görə Azərbaycan
Dövlət mükafatına layiq görülmüşdür.
Azərbaycan efiri üçün Rafiq Hüseyn-
li çox dəyərli bir şəxsiyyətdir. Göstərdiyi
xidmətlərə görə Xalq artisti fəxri adına
layiq görülən diktor bu gün Azərbaycan
diktorlarının müəllimi sayılır.
Dostları ilə paylaş: |