İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
31
Akademik
244
İYUL
Tarixdə bu gün
Ramazan bayramı
İslam dininin müqəddəs bayramları arasında
Ramazan bayramı mühüm yer tutur. Bu bayramın
tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən
(miladi 622-623-cü il) başlanmışdır.
İslamda ilin ayları arasında Ramazan ayı ən
şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu “on
bir ayın sultanı” da adlandırırlar. Ramazan ayı in-
sanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara
öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq im-
kanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa
yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc rama-
zan ayında tutulduğu üçün ona “Ramazan orucu”
da deyirlər.
Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək,
siqaret çəkmək, və s. olmaz. Oruc tutmaqdan yal-
nız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vu-
ruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Oruc-
luq Ramazan ayında təzə ay çıxandan başlanır və
29-30 gün davam edir. Qurani-Kərimdə yazılır:
“Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə
qədər yeyib için; sonra gecəyə qədər orucunuzu
tamamlayın.” (“Bəqərə” surəsi, 187)
Məhəmməd peyğəmbər (s.ə.s.) buyurmuşdur
ki, Ramazan ayı gələndə cənnətin qapıları açı-
lar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da
zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna
görə oruc tutmayanlar sonra münasib bir vaxtda
onun əvəzinə oruc (qəzasını) tutmalı və ya fidyə
verməlidirlər.
Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaq-
la yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər.
Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu
yedirtməkdir. 60 günlük kəffarə orucuna bir gün-
lük qəza orucu da əlavə olunur.
Məhz Ramazan ayının axırıncı on gecələrinin
birində Quran hədiyyə edilmişdir. Deyilənə görə
bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-
nə keçən gecə baş vermişdir. Bu gecə “leylət al-
Qadr” - qüdrətli, əzəmətli gecə adlanır. Quranda
bu gecə haqqında belə yazılır: “Qədr gecəsi min
aydan daha xeyirlidir! O gecə mələklər və ruh
Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər.
O gecə dan yeri sökülənə kimi salamatlıqdır!”
(“Qədr” surəsi, 3-5)
Orucluğun başa çatdığı gün fitr bayramı adlanır.
Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik
edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruh-
larına dualar oxuyurlar. Bayram günü hər kəs öz
himayəsində olanlar üçün təqribən 3 kq buğda, ya-
xud xurma və ya kişmiş miqdarında kasıblar üçün
fitrə zəkatı verməlidir.
Sovet hakimiyyəti dövründə İslamın başqa
ayinləri və ibadətləri kimi, orucluq da qadağan
edilmişdi. Lakin imanlı adamlar gizlicə də olsa, öz
borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə
və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq
üçün orucluqdan imtina etməyə məcbur olmuş-
dular. Azərbaycan öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra insanların vicdan azadlığı bərpa
olunmuş, İslam dininə, onun ibadət və ayinlərinə
olan münasibət də dəyişmişdi. Ramazan (Orucluq)
bayramı Azərbaycanda Milli Məclisin qəbul etdi-
yi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Res-
publikasının bayramları haqqında” Qanuna əsasən
1993-cü ildən dövlət səviyyəsində qeyd olunmağa
başlamışdır.
Ə d ə b i y y a t
Hicrani, Ə.T. Orucun tarixi və mənəvi dəyərləri /Əli Təbrizi
Hicrani.-[Yersiz]:[Məhdiyar], 2005.-141 s.
Ramazan bayramı başlayır /A.Mehdiyev //Azərbaycan .-2015.- 16
iyul.- S.8.
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
/İ.Əliyev //Azərbaycan .-2015.- 16 iyul.- S.1.
7
245
Azərbaycan Dövlət Dəniz Akademiyası
1996
Ə d ə b i y y a t
«Azərbaycanda ener-
ji və dənizçilik hüqu-
qu: Beynəlxalq və milli
perspektivlər» mövzusunda
hüquq konfransı keçirilmiş-
dir //Azərbaycan .-2013.- 25
may.- S.8.
Əliyev, N.Azərbaycanın
hərbi-dənizçilik tarixi :
ən mühüm hərbi-siyasi
hadisələrin tarixi xrono-
loji xülasəsi : ən qədim
zamanlardan XXI əsrin
əvvəllərinədək /N. A. Əliyev
; Azərb. Ali Hərbi Dənizçilik
Məktəbi.-Bakı: [s. n.], 2008.
298 s.
Əliyev, N.Azərbaycanda
Hərbi-Dəniz qüvvələri ücün
kadır hazırlığı (1918-1997)
: Hərbi məktəblər ücün
dərs vəsaiti /N. A. Əliyev;
Elmi red.: M.N. Çobanov;
Rəyçilər: M.Abbasov,
R.Darabadi.-Bakı: Səda,
1999.-140 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
Azərbaycanda dənizçi kadrların ha-
zırlanmasına 1881-ci ilin noyabrından
başlanılmış və çox şərəfli tarixi inkişaf
yolu keçmişdir.
Həmin vaxtdan başlayaraq hər il 25-
30 tələbə gəmi sürücüsü və 15-18 tələbə
şkiper ixtisası üzrə dənizçilik siniflərini
bitirirdi. 1896-cı ildə dənizçilik sinifləri
nəzdində mexanika kursları açılmışdır.
1902-ci ildə həmin siniflərin əsasında
üçillik Bakı Uzaq Səfərlər Məktəbi
yaradılmışdır. 1924-cü ildə Bakı Su
Nəqliyyatı Texnikumu Bakı Su Yolla-
rı Texnikumu (BSYT) adlandırılaraq
Xəzər Dəniz Gəmiçiliyinin tabeliyinə
verilmişdir. BSYT 1930-cu ildə Bakı
Dənizçilik Texnikumuna, 1944-cü
ildə isə Bakı Dəniz Yolları Məktəbi
(BDYM) adlandırılmışdır. 1996-cı
ildə BDYM-in bazasında Azərbaycan
Dövlət Dəniz Akademiyası yaradıl-
mışdır.
Azərbaycan Dövlət Dəniz Akademi-
yası gəmiçilik, dəmirqayırma və gəmi
təmiri, gəmiqayırma və dəniz texnikası
və s. ixtisaslar üzrə mütəxəssis hazır-
layan ali təhsil müəssisəsi olub Bakı
şəhərində yerləşmişdir. Bir fakültəsi
(dəniz texnikası və gəmiçilik), on bir
kafedrası, dörd elmi tədqiqat labora-
toriyası, kitabxanası var. Burada on
iki ixtisas üzrə kadr hazırlanır. Akade-
miyanın əyani və qiyabi şöbələrində
564 tələbə təhsil alır (2008-2009).
Akademiyanın nəzdində sıravi heyət
üçün mütəxəssis hazırlayan Dənizçilik
məktəbi fəaliyyət göstərir. Dəniz
Akademiyasının təhsil diplomuna
əsasən Dövlət Dəniz Administrasiyası
tərəfindən verilən işçi diplomlar dün-
yanın 160-dan çox ölkəsində tanınır və
məzunlara dünya sularında üzmək üçün
beynəlxalq sertifikatlar verilir.
Akademiya Rusiya, Türkiyə, Almani-
ya, Polşa, Bolqarıstan, Qazaxstan, Gür-
cüstan, Ukrayna, Latviya və digər xari-
ci dövlətlərin ali dənizçilik məktəbləri
ilə əməkdaşlıq edir. Professor-müəllim
heyəti İngiltərədə, Rusiyada, Polşada
və Kiprdə ixtisasartırma kursları keç-
miş və müvafiq Beynəlxalq sertifikat-
lar almışlar. Akademiyanın on bir ka-
fedrasında 98 müəllim, o cümlədən, 4
professor, elmlər doktoru və 37 dosent,
elmlər namizədi, 24 nəfər baş müəllim,
31 assistent, 2 müəllim çalışır.
Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin möhkəmləndirilməsi,
onun
xarici
əlaqələrinin
genişləndirilməsi, beynəlxalq nüfuzu-
nun güclənməsi Dəniz Akademiyası
qarşısında inkişaf üçün perspektivlər
açır, yüksəkixtisaslı dənizçi kadrları ha-
zırlamaq sahəsində onun məsuliyyətini
artırır. Hazırda Akademiyada Qazaxıs-
tan, Türkümənistan və Gürcüstandan
da xarici tələbələr təhsil alır.
2003-cü ildən “Azərbaycan Dövlət
Dəniz Akademiyasının Elmi Əsərləri”
nəşr edilir.
15
İYUL
Tarixdə bu gün
246
Ağdam rayonunun işğalı günü
1993
Ə d ə b i y y a t
Abbasoğlu, B. Ağdam
ağrıları: [məlumat kita-
bı] /B.Abbasoğlu; red.
V.Quliyev.- Bаkı: Şuşa,
2003.- 151 s.
Abbasoğlu, B. Seyidlidə
bitən qeyrət /B.Abbasoğlu;
red. S.Ağayev.- Bakı:
Azərbaycan, 1998.- 128 s.
Tofiqli, V. XX yüzilin Ağdamı
/Tofiqli Vüqar (Cəfərov).-
Bakı: MHS-Poliqraf, 2014.-
223 s.
Tofiqli, V. Ağdam çörək
muzeyi: dünəni, bu günü
və sabahı /V.Tofiqli.-Bakı:
Adiloğlu, 2011.- 139 s.
Ağdam rayonu //Qarabağ:
yaddaş.- Bakı, 2010.- S.105-
122.
Sayadoğlu, P. Ağdam rayo-
nunun ermənilər tərəfindən
işğal olunmasından 21 il
ötür /P.Sadayoğlu// Yeni
Azərbaycan 2014.- 23 iyul.-
S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.trend.az.new
www.az.wikipedia.org
www.milli.az
Ərazisi: 1154
km²
Əhalisi: 175400
İşğal tarixi: 23.07.1993
Bu gün Azərbaycanın Ağdam ra-
yonunun işğalından 23 il keçir.
1993-cü il 23 iyul tarixində bi-
rinci Qarabağ müharibəsinin ən
geniş miqyaslı əməliyyatlarından
biri baş tutmuş, 1993-cü ilin iyun-
iyul aylarında Gəncə və Bakıda baş
verən hadisələr ermənilərə Qarabağ
cəbhəsində hücum əməliyyatlarını
genişləndirmək imkanı vermişdir.
Ağdama edilən birinci hücum
nəticəsiz qalmış, ermənilər qüvvəni
Ağdərə istiqamətində cəmləşdirmiş,
iyun ayının 26-da Ağdərə düşmən
əlinə keçmişdir.
Bunun ardınca ermənilərin iki
ordu korpusu Ağdam istiqamətində
əməliyyata başlamışdır. 600 min-
lik erməni ordusuna qarşı əsasən
könüllülərdən ibarət və düşməndən
sayca az olan Azərbaycanın milli
ordusu durmuş, 42 gün davam edən
döyüş Ağdamın işğalı ilə sona çat-
mışdır.
Ərazisi 1154 kvadrat kilometr
olan Ağdamın 882 kvadrat kilomet-
ri, rayon mərkəzi ilə birgə 90 kəndi
işğal olunmuş, işğal nəticəsində 128
min insan məcburi köçkün həyatını
yaşayır. Bunların 17 mini yaşlı
nəslin nümayəndəsidir.
İşğal nəticəsində Ağdam rayo-
nunun 38 kolxozu, 12 sənayеsi, 74
məktəbi, 271 mədəniyyət evi, bütün
dünyada yeganə olan Çörək muze-
yi, 67 idarə və 99 klubu düşmən
əlinə kеçmişdir.
Ağdam uğrunda gedən döyüşlər
zamanı 6 mindən artıq insan
şəhid olmuş, minlərlə insan fiziki
şikəstlik qazanmış, əhali öz doğma
ev-eşiyindən qovularaq məcburi
köçkün kimi Azərbaycanın 59 ra-
yonunun 875 yaşayış məntəqəsində
məskunlaşmışdır.
Ərazisinin 70 faizdən çoxunu
itirən Ağdamın işğalı ilə Azərbaycan
iqtisadiyyatı 3 milyard manat vəsait
itirmişdir. 40 min ha-dan çox əkin
sahəsi olan və ölkənin ən iri aqrar
rayonlarından sayılan Ağdamda
indi 17 min ha sahədə əkin aparılır.
Ermənistan Silahlı Qüvvələri
tərəfindən Azərbaycanın Ağdam ra-
yonunun işğalı nəticəsində ölkəmizə
ümumilikdə 6 milyard 179 milyon
dollar məbləğində ziyan dəymişdir.
Hər bir azərbaycanlı, hər bir ağ-
damlı əmindir ki, onun müqəddəs
ziyarətgahı, dəyişməz qibləgahı
olan, bu gün azan səsinə həsrət qal-
mış məscidimiz, musiqi səslərinə
möhtac qalmış bərli-bərəkətli tor-
paqlarımız, ata-babalarımızın uyu-
duqları məzarıstanlıqlarımız tеzliklə
azad еdiləcək.
O gün uzaqda dеyil.
23
İYUL
Tarixdə bu gün
247
AVQUST
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
®
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
•
(01.08.2001)
Azərbaycan Kinosu Günü (02.08.)
•
Cəbrayıl rayonunun işğalı günü (23.08.1993)
•
Füzuli rayonunun işğalı günü (23.08.1993)
•
Qubadlı rayonunun işğalı günü (31.08.1993)
•
1 avqust
Gün çıxır 06:37
Gün batır 21:15
31 avqust
Gün çıxır 07.06
Gün batır 20:32
22 iyul-
23 avqust
Şir bürcünün
Nişanəsi oddur.
Ulduzlar padşahı
olan Günəşin
himayəsindədir.
Günəşin şir
bürcündən keçdiyi
dövrdə doğulanlar
hökmlü və daxilən
zəngin olurlar.
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum
olur ki, şair böyük divan yaratmış, (lakin divan bizə tam şəkildə çatmamış) qəzəl
və qəsidələr müəllifi kimi şöhrət qazanmışdır. Lakin Şərq təzkirəçilərinin 20
min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şeirlərin çox az hissəsi
dövrümüzədək gəlib çatmışdır.
Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poema-
dan ibarət “Xəmsə” (“Beşlik”) müəllifi kimi daxil olmuşdur. 1176-1178-ci illərdə
“Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”), 1180-ci ildə “Xosrov və Şirin”, 1188-ci ildə
“Leyli və Məcnun”, 1197-ci ildə “Yeddi gözəl”, 1203-cü ildə “İsgəndərnamə” poe-
masını qələmə almışdır.
Nizami əsərlərini fars dilində yazmışdır. O, türk dilində yazmamasını “Ley-
li və Məcnun” əsərində özünə qüsur tutmuş, sonra “Yeddi gözəl”də bu məsələyə
bir daha toxunmuşdur. Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının
dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin
(Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli,
London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli
incilər kimi qorunub saxlanılır.
Heydər Əliyev Fondu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazir-
liyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı “Xəmsə”-ni, “Nizami
məqbərəsinin tarixi və taleyi” kitabını və buklet nəşr etmişdir.
Yeni formatda nəşr olunan “Xəmsə”də topluya daxil olan əsərlər ayrılıqda təqdim
olunur. Nizami Gəncəvi nin “Xəmsə”si Avstriya Milli Kitabxanasının “Azərbaycan
əlyazmaları” sərgisində nümayiş etdirilir.
875 il
1141-1209
Nizami Gəncəvi
248
Milli ədəbiyyat
Xalq şairi, nasir, publisist Tahiri Söhrab (Söhrab Tahir) Əbülfəz oğlunun
(06.08.1926) anadan olmasının 90 illiyi
Şair, nasir Hüseynov Əlisa Qulam oğlunun (Əlisa Nicat) (10.08.1936)
anadan olmasının 80 illiyi
Əməkdar mədəniyyət işçisi, yazıçı Babayeva Ələviyyə Hənifə qızının
(12.08.1921-23.09.2014) anadan olmasının 95 illiyi
Xalq şairi İmamverdiyev Qabil Allahverdi oğlunun (12.08.1926-03.04.2007)
anadan olmasının 90 illiyi
Yazıçı, dramaturq Abbasov Seyfəddin Əliağa (Seyfəddin Dağlı) oğlunun
(21.(27).08.1921-28.01.1983) anadan olmasının 95 illiyi
Dünya ədəbiyyatı
İngilis yazıçısı Skot Valterin (15.08.1771-21.09.1832) anadan olmasının
245 illiyi
Amerika yazıçısı Drayzer Teodorun (27.08.1871-28.12.1945) anadan
olmasının 145 illiyi
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
Əməkdar incəsənət xadimi, teatr rəssamı və qrafiki Mustafayev Həsənağa
Hacağa oğlunun (01.08.1896-22.04.1977) anadan olmasının 120 illiyi
Əməkdar rəssam Səfərova Xalidə Ələkbər qızının (25.08.1926-23.12.2005)
anadan olmasının 90 illiyi
Musiqi.Opera.Balet
Xalq artisti, baletmeyster Axundova Rəfiqə Hacı qızının (07.08.1931)
anadan olmasının 85 illiyi
Xalq artisti, müğənni Rəhimova Elmira Allahverdi qızının (13.08.1941)
anadan olmasının 75 illiyi
Xalq artisti, xanəndə Cavanşirov İsfəndiyar Aslan oğlunun (Xan Şuşinski)
(20.08.1901-18.03.1979) anadan olmasının 115 illiyi
Bəstəkar Əliverdibəyov Nazim Ağalar oğlunun (24.08.1926-17.02.1985)
anadan olmasının 90 illiyi
Teatr.Kino
Rejissor və teatr xadimi, aktyor Hidayətzadə İsmayıl Hüseyn oğlunun
(19.08.1901-11.11.1951) anadan olmasının 115 illiyi
2016
AVQUST
253
254
255
256
257
258
252
251
261
260
259
249
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Quliyev Emin Ələkbər oğlunun (12.08.1976-
13.03.1995) anadan olmasının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Aznaurov İsgəndər Söhrab oğlunun
(16.08.1956-22.04.1992) anadan olmasının 60 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Xəlilov Eldar Xəlil oğlunun (19.08.1976-
17.03.1995) anadan olmasının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Mehdiyev Fazil Umud oğlunun (20.08.1966-
24.09.1991) anadan olmasının 50 illiyi
Siyasət.Hərbi iş
Dövlət xadimi Cəlilov Afiyəddin Cəlil oğlunun (01.08.1946-29.09.1994)
anadan olmasının 70 illiyi
Tarix
AMEA-nın müxbir üzvü, professor Məmmədova Fəridə Cəfər qızının
(08.08.1936) anadan olmasının 80 illiyi
İqtisadiyyat.Fəlsəfə
Fəlsəfə elmləri doktoru, professor Quliyev Həsən Hüseyn oğlunun
(01.08.1941-24.02.2008) anadan olmasının 75 illiyi
AMEA-nın müxbir üzvü, professor Məmmədov Zakir Cabbar bəy oğlunun
(16.08.1936-02.03.2003) anadan olmasının 80 illiyi
İqtisad elmləri doktoru, professor Axundov Şəmsəddin Əhməd oğlunun
(28.08.1936) anadan olmasının 80 illiyi
Mədəniyyət.Maarif.Təhsil
Xalq artisti, aparıcı, kino redaktoru Hüseynov (Hüseynli) Rafiq Eyyub
oğlunun (04.08.1946) anadan olmasının 70 illiyi
Filologiya elmləri doktoru, professor Vəliyev Kamil Nəriman oğlunun
(Kamil Vəli) (18.08.1946) anadan olmasının 70 illiyi
Ədəbiyyatşünas, tənqidçi, fəlsəfə elmləri doktoru Ağa oğlu Məhəmmədin
(Məhəmməd Ağaoğlu) (24.08.1896-04.06.1949) anadan olmasının 120
illiyi
Nasir, ictimai xadim, Əməkdar mədəniyyət işçisi Xanbabayev Əjdər Rza
oğlunun (25.08.1931-30.05.1990) anadan olmasının 85 illiyi
Filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Əliyeva Nurlanə
Müzəffər qızının (28.08.1946) anadan olmasının 70 illiyi
Coğrafiya.Geologiya
Coğrafiya elmləri doktoru, professor Əyyubov Əsgər Cabbar oğlunun
(03.08.1926-2000) anadan olmasının 90 illiyi
Coğrafiya elmləri doktoru, professor, hidroloq Rüstəmov Saleh Hacı
oğlunun (25.08.1911-1985) anadan olmasının 105 illiyi
267
264
262
265
263
266
268
Riyaziyyat.Fizika.Astronomiya
Əməkdar elm və texnika xadimi, riyaziyyatçı Hüseynzadə Məcid Əziz
oğlunun (16.08.1916) anadan olmasının 100 illiyi
Kimya.Biologiya.Tibb
Əməkdar müəllim, kimya elmləri doktoru, professor Ağdamski Telman
Əhməd oğlunun (06.08.1936) anadan olmasının 80 illiyi
Tibb elmləri doktoru, professor Məmmədov Əbülfəz Meybulla oğlunun
(15.08.1926) anadan olmasının 90 illiyi
AMEA-nın müxbir üzvü, professor Salahov Mustafa Səttar oğlunun
(29.08.1931) anadan olmasının 85 illiyi
Texnika.Mühəndis işi
Texnika elmləri doktoru, professor Məmmədova Məsumə Hüseyn qızının
(07.08.1951) anadan olmasının 65 illiyi
Kitabxanaşünaslıq.Biblioqrafiya
Ş.İ.Xətai adına kütləvi kitabxananın (01.08.1991) yaradılmasının 25 illiyi
Azərbaycan Milli Konservatoriyasının kitabxanasının (10.08.2001)
yaradılmasının 15 illiyi
Tarixdə bu gün
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü (01.08.2001)
Azərbaycan Respublikası ərazisində bütün idarə və müəssisələrin, dövlət
və qeyri-dövlət qurumlarının, Azərbaycan dilində olan bütün nəşrlərin latın
qrafikalı əlifbaya keçməsi (01.08.2001)
“Nəşri-Maarif” mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş xeyriyyə
cəmiyyətinin (01.08.1906) yaradılmasının 110 illiyi
Azərbaycan Kinosu Günü (02.08.1898)
Azərbaycanda Hərbi-Dəniz Qüvvələri Günü (05.08.1996)
Hərbi Dоnanma Günü (05.08.1992)
Ermənistandakı azərbaycanlıların sonuncu nümayəndələri Meğri
rayonunun Nüvədi kəndindən silah gücünə qovulmuşdur (08.08.1991)
Bеynəlxalq Gənclər Günü (12.08.1999)
Azərbaycan Sərhəd Qoşunlarının Yaranması Günü (18.08.1994)
Beynəlxalq Humanitar Yardım Günü (19.08.2003)
Xüsusi Dövlət Mühafizə Xidməti Əməkdaşlarının Peşə Bayramı Günü
(23.08.2008)
Cəbrayıl rayonunun işğalı günü (23.08. 1993)
Füzuli rayonunun işğalı günü (23.08. 1993)
Beynəlxalq Azərbaycan Muğamı Günü (26.08.2010)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (26.08.1921) təsis edilməsinin
95 illiyi
Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Günü (30.08.1936)
Qubadlı rayonunun işğalı günü (31.08.1993)
269
273
270
272
271
|