İYUL
Şövkət Əzizağa qızı Tağıyeva
1926-cı il iyul ayının 11-də Bakı
şəhərində anadan olmuşdur.
1948-1958-ci illərdə Azərbaycan
Elmlər Akademiyasının Tarix İnstitu-
tunda elmi işçi, baş elmi işçi, 1958-1976-
cı illərdə Şərqşünaslıq İnstitutunda
baş elmi işçi, 1976-cı ildən akademi-
yanınYaxın və Orta Şərq Xalqları İns-
titutunda Azərbaycanın Şərq ölkələri
ilə tarixi əlaqələri şöbəsinin, 1981-
1992-ci illərdə Cənubi Azərbaycan
şöbəsinin müdiri olmuşdur. İranın,
o cümlədən Cənubi Azərbaycanın
yeni və ən yeni tarixi, milli azad-
lıq hərəkatı, aqrar münasibətlər və s.
məsələlərin tədqiqatçılarındandır.
Elmi fəaliyyətə İranda, o cümlədən,
Cənubi Azərbaycanda milli azadlıq
hərəkatları tarixi üzrə tədqiqatlarla
başlamışdır. “1920-ci il Təbriz üsya-
nı” (1990) monoqrafiyasında Cəlil
Məmmədquluzadənın Təbrizə gəlişinə
xüsusi yer vermişdir. Müəlliflərindən
biri olduğu “Cənubi Azərbaycan tari-
xinin oçerki (1828-1917)” kitabında
Cənubi Azərbcandakı ədəbi-mədəni
inkişafa
C.Məmmədquluzadənin
və “Molla Nəsrəddin” jurnalının
təsiri, satirasının ictimai fikrə nüfuzu
məsələləri öz əksini tapmışdır.
2 monoqrafiyası və 50-dən çox
məqaləsi respublikada dərc olunmuş-
dur. 16 məqaləsi keçmiş Sovetlər Bir-
liyi, Polşa, Türkiyə, Kanada və İranda
çap edilmişdir. Ölkəmizdə baş verən
hadisələrlə bağlı respublikada və
xaricdə elmi konfrans və seminarlarda
məruzə və çıxışlar etmişdir.
Elmi
fəaliyyətində
aparıcı
istiqamətlərdən biri İranda aqrar
münasibətlər barəsində idi. Bu sahədə
axtarışlarını 1967-ci ildə Bakıda
müdafiə etdiyi “XIX əsrin sonu və
XX əsrin əvvəllərində İranda aqrar
münasibətlər” adlı doktorluq disser-
tasiyasında cəmləmişdir. Elmi yığın-
caqlarda Cənubi Azərbaycanla bağlı
fəaliyyəti aparıcı yer tutmuşdur. Res-
publikada və ondan kənarda Güney
azərbaycanşünaslıq elmi məktəbinin
yaradıcısı kimi tanınır.
1976-1991-ci illərdə Azərbaycan
EA-nın Şərqşünaslıq İnstitutun-
da fəaliyyət göstərmiş, Cənubi
Azərbaycan tarixi şöbəsinin yaradıcı-
sı və rəhbəri olmuş, bu sahədə elmlər
namizədləri yetişdirmişdir.
2000-ci ildə yetirmələrindən elmlər
namizədləri Ə.Bije və S.Bayramzadə
ilə birlikdə “Güney Azərbaycan” en-
siklopedik, elmi sorğu kitabını çap et-
dirmişdir.
“Güney Azərbaycan tarixi”nin 3
cildini hazırlamış, XIX-XX yüzilliklər
tarixinə aid araşdırmalarının elmi
nəticələrini ali və orta məktəblər
üçün hazırlanmış “Azərbaycan tarixi”
dərsliklərinin Cənubi Azərbaycana
aid fəsillərində əks etdirmişdir.
Görkəmli tarixçi alim Şövkət
Əzizağa qızı Tağıyeva 2015-ci il iyun
ayının 11-də vəfat etmişdir.
Ə d ə b i y y a t
1920-ci il Təbriz üsyanı
/Ş.Tağıyeva; red. R.Seyidov;
AzSSR EA, Şərqşünaslıq
İnstitutu.-Bakı: Elm, 1990.-
147 s.
XIX əsrin sonu və XX
əsrin əvvəllərində İran
kəndlilərinin vəziyyəti
/Ş.Tağıyeva; red.
Z.Abdullayev; AzSSR EA,
Yaxın və Orta Şərq Xalqları
İn-tu.- Bakı: Elm, 1969.-
197 s.
Bütöv Azərbaycançılıq ide-
yası: Bu ideya həm Güney,
həm də Quzey Azərbaycanda
düşüncələrə hakim idi
/Ş.Tağıyeva //Xalq cəbhəsi.-
2013.- 25 dekabr.- S.14.
Bütöv Azərbaycançılıq
ideyası: 1941-46-cı illər
milli-azadlıq hərəkatının
güneyli-quzeyli bütöv
xalqımız üçün əhəmiyyəti
/Ş.Tağıyeva //Xalq cəbhəsi.-
2013.- 26 dekabr.- S.14.
Rəhimli, Ə. Elmə, vətənə
həsr edilmiş ömür: Şövkət
Tağıyeva-85 /Ə.Rəhimli
//Türküstan.-2011.-10-16
aprel.- S. 13.
Демократические
республики Юго-
Восточного Кавказа
(Азадистан и Гилянская
Советская Республика)
/Ш. Тагиева; научный
ред. Э. Исмайлов.-Баку:
Кавказ, 2005.- 240 с.
11
Tarixçi
234
Tarix
80
illiyi
Vəli Əliyev
1936
İYUL
Vəli Hüseyn oğlu Əliyev 1936-cı il
iyul ayının 20-də Şəki şəhərində anadan
olmuşdur. Əslən naxçıvanlı olan ailə
bir müddət Zəngəzur mahalının Şıxlar
kəndində yaşamış, sonra Şəki şəhərinə
köçmüşdür.
1959-cu ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) tarix
fakültəsini bitirmişdir.
“Azərbaycanın tunc dövrü boyalı
qablar mədəniyyəti“ namizədlik, 1984-
cü ildə “Azərbaycanda orta tunc dövrü“
doktorluq dissertasiyasını müdafiə et-
mişdir. 1998-ci ildən professordur.
1990-1997-ci illərdə Azərbaycan
Milli Elmlər Akademiyasının Tarix İns-
titutunda elmi və baş elmi işçi, Tunc
və ilk dəmir dövrü şöbəsinin müdiri
olmuşdur. 1997-ci ildən ADPU-nun
Ümumi tarix kafedrasının müdiridir.
Cənubi Qafqazda və Ön Asiyada
yayılmış Kür-Araz erkən tunc dövrü
mədəniyyətinin Azərbaycanda eneo-
lit mədəniyyəti əsasında yaranması-
nı və Azərbaycanda e.ə. II minillikdə
erkən şəhərlərin yaranmasını müəyyən
etmiş, orta tunc dövrü boyalı qab-
lar mədəniyyətinə, son tunc və ilk
dəmir dövrü mədəniyyətinə, qədim
tayfa ittifaqlarının təşəkkülünə və s.
problemlərə dair tədqiqatlar aparmış,
Naxçıvan Muxtar Respublikasının
maddi mədəniyyət abidələrinin əsas
tədqiqatçısı və Naxçıvan arxeoloji eks-
pedisiyasının rəhbəri olmuş, Naxçıvan
şəhərinin 4000 ilə yaxın tarixə malik
olduğunu sübuta yetirmişdir. Gəmiqaya
petroqliflərini kəşf etmiş, Azərbaycanın
e.ə. V-I minilliklərdə qədim əhalisinin
türk mənşəli olduğunu sübuta yetirmiş-
dir. Bu sahədə 40 ilə yaxın elmi iş apa-
ran alim Naxçıvan Muxtar Respublika-
sı ərazisində 500-dən çox tarixi abidə
aşkara çıxarmışdır.
Vəli Əliyev 6 monoqrafiyanın,
200-ə qədər elmi məqalənin müəllifidir.
Əsərləri bir sıra ölkələrdə - Rusiya, Uk-
rayna, Gürcüstan, Özbəkistan, Pakistan
və s. dərc olunmuşdur. Beynəlxalq və
regional elmi konfrans və seminarlarda
məruzələr etmişdir. Tarixçi-arxeoloq
Azərbaycanşünaslar Birliyinin, Pakis-
tan və Mərkəzi Asiya Elmi Assosiasi-
yasının üzvü, Azərbaycan Beynəlxalq
Diaspora mərkəzinin elmi rəhbəri, “Mi-
ras” mədəni irsin öyrənilməsinə kömək
ictimai birliyinin üzvüdür.
2003-cü ildə AMEA-nın müxbir
üzvü seçilmişdir.
Ə d ə b i y y a t
Ağsunun tarixi səhifələri /V.Əliyev, F.Xəlilov; elmi red. F.Osmanov.- Bakı: Adiloğlu, 2001.- 94 s.
Gəmiqaya abidələri /V.Əliyev; red. M.Əsədova; rəssam N.Zavoraçayev.- Bakı: Azərnəşr, 1993.- 80 s.
Qarabağ: qədim dövr /V.Əliyev.- Bakı: Çaşıoğlu, 2010.- 204 s.
Naxçıvan /V.Əliyev; red. İ.Babayev.-Bakı: XXI - Yeni Nəşrlər Evi, 2002.- 320 s.
Naxçıvanın qədim qala şəhərləri /V.Əliyev, R.Bağırov; elmi red. İ.Babayev.- Bakı: Elm, 2012.- 191 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
20
Tarixçi-arxeoloq
235
İYUL
5
Əliqismət Lalayev
1956
Sənətşünas
60
illiyi
Ə d ə b i y y a t
Azərbaycan-Orta Asiya
teatr əlaqələri: [monoq-
rafiya] /Ə.Lalayev; elmi
red. İ.Kərimov; red.
V.Qafarlı; [ön söz müəl.
İ.Rəhimli].-Bakı: [Nağıl
Evi], 2009.- 195 s.
Milli dəyərləri ucaldan
insan /Ə.Lalayev //Baku
Post.-2013.- 12 dekabr.-
S.10.
Sadıq, Q. Əliqismət La-
layev - həyat rejissoru
/tərt ed. Q.Sadıq; red.
S.Sədaqətoğlu.- Bakı:
Qanun, 2010.- 247 s.
Asimqızı, A. “Yaxşıla-
rın yaxşısı” Əliqismət
Lalayev seçildi
/A.Asimqızı //Üç nöqtə.-
2012.- 9 may.- S.13.
Pənahqızı, T. Ümidlə,
inamla zirvəyə doğru!:
Əliqismət Lalayevin
ömür-gün yoluna yazı-
lan arzular /T.Pənahqızı
//Kaspi.- 2015.- 2 iyul.-
S.9.
İ n t e r n e t d ə
www.anl.az
https://az.wikipedia.org/
wiki/Əliqismət_Lalayev
www.proline-az.
com/?id=93162
Əliqismət Hümmət oğlu Lala-
yev 1956-cı il iyul ayının 5-də Sal-
yan rayonunda anadan olmuşdur.
Azərbaycan Dövlət Teatr İnstitutunun
(indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti) rejissorluq
fakültəsini fərqlənmə diplomu ilə bitir-
mişdir.
C.Məmmədquluzadə adına Naxçıvan
Dövlət Dram Teatrında səkkiz il quru-
luşçu rejissor kimi çalışmışdır. Dahi Hü-
seyn Cavidin həyat və yaradıcılığından
bəhs edən “Mənim tanrım gözəllikdir,
sevgidir” tamaşasında baş rolun ifaçısı
olmuşdur. Naxçıvan teatrında H.Cavidin
“Ana”, “Uçurum”, A.Dudarevin “As-
tana”,
A.Ostrovskinin
“Günahsız
müqəssirlər”, R.İbrahimbəyovun “Ul-
timatum”, H.Orucovun “Məni qınama-
yın”, L.Rəşidzadənin “Toya bir gün, bir
günorta qalmış” dramlarının, S.Rəhman
və E.Sabitoğlunun “Hicran” musiqili
komediyasının quruluşçu rejissoru ol-
muşdur.
1988-ci ildə Salyana qayıdan
Ə.Lalayev bir müddət yerli “Qələbə”
qəzetində məsul katib işləmiş, son-
ra rayon mədəniyyət şöbəsinin müdiri
vəzifəsində çalışmışdır.
1993-cü ildə Bakıya köçmüş, bura-
da M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının direktor müa-
vini olmuşdur. Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin İncəsənət Baş
İdarəsinin rəisi kimi çalışmışdır. Nazir-
liyin strukturundakı dəyişiklikdən son-
ra Mədəniyyət və Turizm Nazirliyinin
İncəsənət şöbəsinin müdiri olmuşdur.
Mədəniyyət və Turizm naziri Əbülfəs
Qarayevin 2008-ci il 6 may tarixli Əmri
ilə Ş.Qurbanov adına Dövlət Musiqili
Komediya Teatrının direktoru vəzifəsinə
təyin edilmişdir.
Onun rəhbərlik etdiyi kollektiv Ru-
siyanın tanınmış kollektivləri - No-
vosibirsk və Yekaterinburq Musiqili
Komediya Teatrları ilə sıx əməkdaşlıq
etməyə başlamış, həmin kollektivlərin
aparıcı sənətkarları Bakıya dəvət edil-
mişdir. Azərbaycan teatrları arasında
ilk dəfə məhz Musiqili Komediya Teat-
rı beynəlxalq qurumda təmsil olunmaq
fürsəti qazanmış, 2008-ci ildə Musiqili
Teatrların Beynəlxalq Assosiasiyasına
üzv qəbul edilmişdir.
Bu gün teatrın tamaşalarına dün-
yanın 20-dən çox xarici ölkəsində, o
cümlədən, ABŞ-da, Türkiyədə, İranda,
Rusiyada maraqla tamaşa edirlər. Teatr-
da Ə.Nesinin “Öldür məni, əzizim” əsəri
əsasında O.Qurbanovla S.Fərəcovun
yazdıqları “Şəhərdə manyak var”,
M.Məmmədovun “Matəm marşı, ya-
xud gözünüz aydın” tamaşası uğurla
oynanılmışdır. Ə.Lalayevin rəhbərliyi
dövründə ilk dəfə olaraq Avropa-
nın klassik operettası - S.Prokofyevin
“Petya və canavar” adlı simfonik əsəri
azərbaycanca səslənmiş, “Biri vardı,
bir yox” adı altında tamaşaya hazırlan-
mışdır. T.Ağayevanın “Bankir adax-
lı”, M.F.Axundzadənin “Kimyagər”,
Ü.Hacıbəylinin “O olmasın, bu olsun”,
“Ər və arvad” əsərləri tamaşaya qoyul-
muşdur.
Əliqismət Lalayev 1986-cı ildə Nax-
çıvan MR-nın “Əməkdar incəsənət xa-
dimi” fəxri adına layiq görülmüşdür.
Azərbaycan Jurnalistlər Birliyinin,
Azərbaycan Teatr Xadimləri İttifaqının
üzvü, sənətşünaslıq üzrə fəlsəfə dokto-
ru, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin dosentidir.
Dünya Azərbaycanlıları Mədəniyyət
Mərkəzinin Mədəniyyət və İncəsənət
Departamentinin direktorudur.
Mədəniyyət.Maarif.Təhsil
236
Maarifçi
Mədəniyyət.Maarif.Təhsil
165
illiyi
Rüşdiyyə Təbrizi
1851-1944
İYUL
Həsən Mehdi oğlu Rüşdiyyə
(Rüşdiyyə Təbrizi, Hacı Mirzə Həsən
Mehdi oğlu) 1851-ci il iyul ayının 5-də
Təbrizdə anadan olmuşdur. İlk təhsilini
ərəb və fars dillərini mükəmməl bilən,
dövrünün görkəmli ziyalılarından оlan
maarifpərvər atası Mоlla Mеhdidən
almışdır. Mütərəqqi təlim-tərbiyə
üsullarını öyrənib, İranda yaymaq
məqsədi ilə XIX əsrin 80-ci illərində
Qafqaza gəlmiş, 1883-cü ildə İrəvanda
azərbaycanlılar üçün yeni üsullu
məktəb açmışdır.
1887-ci ildə İrana qayıdan
Rüşdiyyənin 1888-ci ildə Təbrizdə
“Dəbistani-Rüşdiyyə”, “Mədrəseyi-
Rüşdiyyə” (sonralar “Rüşdiyyəyi-
Müzəffəriyyə” adlandırılmışdır) və
1897-ci ildə Tehranda açdığı yeni
üsullu məktəbləri mürtəce ruhanilər
və mövhumatçılar dəfələrlə bağlamış
və qarət etmişlər. Buna baxmayaraq,
Rüşdiyyə məktəbləri İranda yeni tədris
üsulunun yayılmasında mühüm rol oy-
namışdır. Bu məktəblərin tədris planına
Azərbaycan, fars, fransız dilləri, sərf-
nəhv, ədəbiyyat, riyaziyyat, fizika və
s. fənlər daxil idi. Tədris Azərbaycan
dilində aparılırdı. Dövrün ziyalı
şəxsləri, o cümlədən Məhəmmədəli
Tərbiyət, Əhməd Müdərris, Hüsеyn
Kamal Təbibzadə və başqaları bu
məktəbin müəllimləri olmuşlar.
Rüşdiyyənin Uşinski təliminə uyğun
qabaqcıl təlim üsulu İranda geniş yayıl-
mışdır. Onun 1902-1903-cü illərdə Teh-
randa nəşr etdirdiyi “Məktəb” və “Teh-
ran” qəzetlərində metodiki məqalələri
ilə yanaşı, mütləqiyyət üsul-idarəsini
ifşa edən yazıları da dərc edilmişdir.
1894-cü ildə M.Rüşdiyyə özünün
ilk “Vətən dili” adlı əsərini yazmış,
“Rüşdiyyəyi-Müzəffəriyyə”də tədris
olunan ana dili dərsləri məhz bu kitab
üzrə aparılmışdır. Sadə və aydın dildə
yazılan bu dərslik onu qavramaqda
məktəblilər üçün hеç bir çətinlik ya-
ratmır və sövti (səs) üsulu ilə ərəb
əlifbasının öyrənilməsini xеyli asanlaş-
dırırdı. Bu kitab Cənubi Azərbaycanda
sövti üsulu ilə yazılmış ilk əlifba
dərsliyi idi.
Mürtəce mütləqiyyət rejiminə qar-
şı çıxdığı üçün həbs edilərək Xorasan
əyalətinə sürgün edilən Rüşdiyyə 1905-
1911-ci illərdə İran inqilabı dövründə
Tehrana qayıtmış, ictimai-pedaqoji
fəaliyyətini davam etdirmişdir. Türk
(Azərbaycan) və fars dillərində də
bir çox əsərləri - “Bədayətüt-təlim”,
“Kifayətüt-təlim”,
“Nеhayətüt-
təlim”, “Təkmеlətüs-sərf”, “Ana dili”,
“Əlifbayi-Rüşdiyyə”, “Üsuli-əqaid və
ya ittihadi-bəşər” İranda oxunur və
bir çox məktəblərdə dərs vəsaiti kimi
istifadə olunurdu.
Rüşdiyyənin
ən
böyük
хidmətlərindən biri də qadın azadlığı
və qadın təhsili uğrunda mübarizə apa-
rıb qızlar məktəbi açması, kоrlar üçün
yеni охumaq üsulu iхtira еdib, оnlar
üçün də məktəb təsis еtməsi olmuşdur.
Cənubi Azərbaycan maarifpərvəri,
pedaqoq, publisist Həsən Mehdi oğlu
Rüşdiyyə 1944-cü il dekabr ayının10-
da vəfat etmişdir.
Ə d ə b i y y a t
Məmmədli, P. Həsən
Rüşdiyyə //Məmmədli P.
Cənubi Azərbaycan: ədəbi
şəxsiyyətlər, portretlər:
[portret oçerklər].- Bakı,
2015.- Hissə 1.- S.26-32.
Rüşdiyyə Təbrizi, Hacı
Mirzə Həsən Mehdi oğlu
//Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə.- Bakı,
1984.- C.8- S.238.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
5
237
İctimai xadim
Mədəniyyət.Maarif.Təhsil
165
illiyi
İsasultan Şahtaxtinski
1851-1894
İYUL
İsasultan Nəcəfqulu oğlu Şah-
taxtinski 1851-ci il iyul ayının 5-də
İrəvanda anadan olmuşdur. 1865-
1867-ci illərdə Tiflisdə D.Kipianinin
pansionunda təhsil almışdır. 1871-ci
ildə Tiflisdə realni gimnaziyanı bitir-
miş, rus, fars, ingilis, fransız və alman
dillərini öyrənmişdir.
Şaxtaxtinski 1872-1875-ci illərdə
Peterburq Əkinçilik İnstitutunda təhsil
almış, Parisdə və Londonda siyasi iq-
tisadi, Sürixdə isə təbiətşünaslığa dair
mühazirələri dinləmişdir.
1875-ci
ildə “Təbiətdə və
cəmiyyətin iqtisadiyyatında meşənin
əhəmiyyəti” mövzusunda disserta-
siya müdafiə etmiş, kənd təsərrüfatı
elmləri namizədi diplomu ilə Tiflisə
qayıtmışdır. Həmin vaxtdan Tiflisdə
jurnalistlik fəaliyyətinə başlamış,
“Tiflisskiy vestnik” qəzeti redaksiya-
sında siyasi məsələlər şöbəsinin mü-
diri olmuş, “Kavkazskiy almanax”ı
(1877) nəşr etdirmişdir. İki nömrəsi
çıxmış almanaxda müxtəlif təqvimlər,
bayramlar, Qafqazın coğrafiyası, in-
zibati bölgüsü, astronomiya, metrolo-
giya, habelə dövlət idarələri, maarif
xadimləri haqqında məlumat verilmiş-
dir. Şaxtaxtinskinin almanaxda dərc
olunmuş irihəcimli ”Şərqin böhranı”
məqaləsində Şərqın ictimai-siyasi və
iqtisadi həyatına, xüsusilə Türkiyənin
beynəlxalq münasibətlərinə dair ma-
raqlı mülahizələri irəli sürülmüşdür.
İsasultan Şaxtaxtinski 1878-ci ildən
ömrünün sonunadək Qars şəhərində
inzibati işdə çalışmış, xüsusi tapşı-
rıqlar üzrə məmur, hərbi qubernator
dəftərxanasında müdir işləmiş, 1883-
cü ildən çıxan “Qars” həftəlik rus
qəzetinin əsas əməkdaşlarından ol-
muşdur.
Zəmanəsinin yüksək mədəniyyətli
və alicənab şəxsiyyətlərindən olan
Şaxtaxtinski ənənəvi olaraq bir-birinə
qarşı qoyulan Qərb-Şərq tarixi-mədəni
regionlarının yaxınlaşmasına, qovuş-
masına çalışan açıq fikirli ziyalı ol-
muşdur.
Qürbətdə əbədiyyətə qovuşan
həmyerlimiz bütün həyatını imperiya
əsarətinə qarşı mübarizəyə həsr etmiş-
dir.
Azərbaycan jurnalisti, alim və ic-
timai xadim İsasultan Nəcəfqulu oğlu
Şaxtaxtinski 1894-cü il oktyabr ayının
18-də Qars şəhərində vəfat etmişdir.
Onun haqqında ədəbiyyatşünas
alim Vilayət Quliyev “İsa Sultan Şax-
taxtinskinin qəribə həyatı” (Bakı,
1999) adlı monoqrafiya yazmışdır.
2010-cu ilin may ayının 13-də
Kəngərli rayonunun Şahtaxtı kəndində
Şahtaxtinskilərin ev-muzeyi istifadəyə
verilmişdir.
Ə d ə b i y y a t
İsa-Sultan kimdir, onun
“Azərbaycan ədəbiyyatına
dair tədqiqlər (XIX-
XX əsrlər) kitabında
/Ə.Mirəhmədov.- Bakı,
1983.- 203 s.
Quliyev, V. İsa Sultan Şax-
taxtinskinin qəribə həyatı
/Vilayət Quliyev.-Bakı:
Ozan, 1999.- 88 s.
Şahtaxtinski İsasul-
tan Nəcəfqulu oğlu
//Cəlil Məmmədquluzadə
ensiklopediyası.-Bakı,
2008.- S.266.
Şahtaxtinski İsasul-
tan Nəcəfqulu oğlu
// Azərbaycan Sovet Ensik-
lopediyası: 10 cilddə.- Bakı,
1987.- C.X.- S.480.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
5
238
Alim
Mədəniyyət.Maarif.Təhsil
90
illiyi
Hüseyn Əhmədov
1926
İYUL
Hüseyn Mustafa oğlu Əhmədov
1926-cı il iyul ayının 17-də Qərbi
Azərbaycanın qədim Göyçə mahalın-
da - Krasnoselo rayonunun Toxluca
kəndində anadan olmuşdur.
1947-1951-ci illərdə H.Zərdabi adı-
na Kirovabad (indiki Gəncə) Pedaqoji
İnstitutunun tarix fakültəsində təhsil
almışdır. 1952-ci ildə Azərbaycan Pe-
daqoji İnstitutunun (indiki ADPU) as-
piranturasına daxil olmuş, 1958-ci ildə
professor Ə.Y.Seyidovun rəhbərliyi
altında “İbtidai məktəb şagirdlərinin
kommunist
əxlaqı
tərbiyəsində
nümunənin rolu və ondan istifadə
etmək yolları” mövzusunda disserta-
siya müdafiə edərək pedaqoji elmlər
namizədi alimlik dərəcəsi almışdır.
1957-1958-ci illərdə Azərbaycan
Elmi-Tədqiqat Pedaqogika İnstitu-
tunda (indiki APTPİ) kiçik elmi işçi
vəzifəsində işləmişdir. 1972-ci ildə aka-
demik Mehdi Mehdizadənin məsləhəti
ilə “XIX əsrdə Azərbaycanda məktəb
təhsilinin inkişaf tarixi” mövzusunda
doktorluq dissertasiyası müdafiə et-
mişdir.
Professor məktəb və təhsil
problemlərinin tədqiqinə həsr edilmiş
“XIX əsrin əvvəllərində Azərbaycanda
xalq maarifi və məktəb” (1967), “XIX
əsrin 40-cı illərində Azərbaycanda
xalq maarifi və məktəb” (1968),
“Azərbaycanda “rus-tatar” məktəbinin
tarixinə dair” (rus dilində, 1969), “Ana
dili” dərsliyi tərtibində ilk mərhələ
(1930-1980)” (1970), “Azərbaycanda
kənd ümumtəhsil məktəbləri tarixi”
(1970), “Azərbaycanda orta təhsil
müəssisələrinin meydana gəlməsi
tarixinə dair” (1970), “XIX əsrdə
Azərbaycan dilində dərslik və tədris
vəsaitləri tərtibi tarixindən” (1970),
“Azərbaycanda sənət məktəblərinin
təşkili tarixinə dair” (1971), “XIX
əsrdə Azərbaycanda məktəb təhsilinin
inkişaf tarixi” (1972) adlı onlarla ki-
tab, dərslik və dərs vəsaiti yazmışdır.
Onun “XIX əsr Azərbaycan məktəbi”
monoqrafiyası millətimizin yüzillik
təhsil tarixinin salnaməsidir.
Moskvada
çap
olunmuş
“Azərbaycan
pedaqoji
fikir
antologiyası”nın müəlliflərindən biri
olmaqla milli məktəb və pedaqogika-
mızı doğma Vətənimizin hüdudların-
dan kənarda da təbliğ etmişdir.
500-dən
artıq
elmi-pedaqoji
əsərin müəllifidir. Əsərləri bir sıra
xarici ölkələrdə, o cümlədən Rusi-
ya, İran, BƏƏ, Çexiya, Gürcüstan,
Özbəkistanda çap edilmişdir. Onun
rəhbərliyi və məsləhəti ilə 50-dən ar-
tıq elmlər namizədi və doktoru yetiş-
mişdir.
2005-ci ildə Türk Dünyası Araş-
dırmaları Uluslararası Elmlər Akade-
miyası tərəfindən “Türk Dünyasına
Hizmet” qızıl medalı ilə təltif edil-
miş, 2006-cı ildə Amerika Beynəlxalq
Ekspert və Bioqrafiya Araşdırmalar
İnstitutu tərəfindən pedaqogika elmi-
nin məharətli bilicisi elan edilmiş və
ona ixtisaslaşdırılmış bilik sertifikatı
göndərilmişdir.
Dostları ilə paylaş: |